Naxçivan döVLƏt universiteti TƏLƏBƏLƏRİn nəZƏRİNƏ!



Yüklə 17,06 Kb.
tarix02.01.2022
ölçüsü17,06 Kb.
#44663
ELAN FAKÜLTƏLƏR


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli 129 nömrəli qərarı ila Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli qərarına dəyişiklik edilmiş və Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və “Sosial baxımdan həssas əhali” qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.

2020/2021-ci tədris ilinin payız semestri (I yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (II yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur (Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olanlar təkrar müraciət etməlidirlər). Belə ki, həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (I yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (II yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən va ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (II yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

e-telebe.edu.az elektron portalı vasitəsi ilə tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.

Sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müraciət etmə hüququna malikdirlər:



1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.
QEYD: Sənədlər Tələbə-məzun elektron məlumat mərkəzinə təqdim edilməlidir (əsas korpus, 212№ otaq).

Əlaqə vasitələri:

0775615090 Anar Tarverdiyev

e-mail ünvan: tarverdiyevanar@yahoo.com

0709088749 Elvin Qocayev

e-mail ünvan: elvinqocayev49@gmail.com
Yüklə 17,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin