Balsam "golden star"



Yüklə 10,75 Kb.
Pdf görüntüsü
tarix04.05.2017
ölçüsü10,75 Kb.

TƏSDİQ EDİLMİŞDİR 

Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi 

Farmakoloji və Farmakopeya 

Ekspert Şurasının sədri 

E.M.Ağayev 

 

“ 15 ”  fevral  2010-cu il 



 

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 



(xəstələr üçün) 

 

 

"QIZIL ULDUZ" BALZAMI     duru balzam

BALSAM "GOLDEN STAR" 

 

 

Tərkibi 



Təsiredici maddələr: 100 ml balzamın tərkibində 28 q kristal mentol, 8,88 q kamfora , 22,9 q nanə yağı, 0,1 q  

  

 



        evkalipt yağı, 0,46 q mixək yağı, 0,38 q darçın yağı vardır. 

Köməkçi maddələr: maye parafin  

 

Təsviri 

Şəffaf qəhvəyi-qırmızı rəngdə, spesifik efir yağları iyli maye. 

 

Farmakoloji xüsusiyyətləri 

Preparat yerli qıcıqlandırıcı, yayındırıcı, antiseptik təsirə malikdir. 

 

АТС kodu: R05X 



 

İstifadəsinə göstərişlər

Qrip, baş  ağrısı, soyuqdəymə  xəstəlikləri, zökəm, həşəratların sancmaları zamanı kompleks müalicədə 

simptomatik vasitə kimi istifadə olunur. 

 

Əks göstərişlər 

- Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük. 

- Dəri xəstəlikləri və preparat çəkilən yerlərdə dərinin tamlığının pozulması. 

- 2 yaşına qədər uşaqlar, dərinin irinli xəstəlikləri. 

 

Xüsusi göstərişlər 

Göz və burunun selikli qişalarına düşməsindən çəkinmək lazımdır. 

 

İstifadə qaydası və dozası 

Preparat nazik layla dərinin ağrıyan hissələrinə  çəkilir və  sürtülür  (baş  ağrısı zamanı - gicgaha və boyun 

nahiyəsinə; soyuqdəymə xəstəlikləri zamanı kürək və sinə nahiyəsinə; zökəm olduqda - burun qanadları uzərinə). 

Həşəratların sancması zamanı balzam sancılmış yerə sürtülür.

 

Əlavə təsirləri 

Allergik reaksiyaların əmələ gəlməsi mümkundür, о halda preparatdan istifadə dayandırılmalıdır. Balzamın qalıqları 

dəri üzərindən sabun və ilıq su ilə yuyulmalıdır. 

 

Buraxılış forması 

Xaricə istifadə üçün  5 ml balzam, yivli plastik qapaqlı  şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton 

qutuya yerləşdirilir. 

 

Saxlanma şəraiti 

15-25°C temperaturda, quru va uşaqların əli çatmayan yerds saxlanılmalıdır. 

 

Yararlılıq müddəti 

5 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır.

 

İstehsalçı 

“Danafa Farmasyutikal ASC", Vyetnam. 



 


Yüklə 10,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə