BƏDDUA
Əuzu billahi minə şeytani racim. Bismillahir Rəhmanir Rəhim.
ALLAHım mən özümü qınamaqda həddi aşaraq, üzüntü və kədərlə, əsəblə, nalə və fəryadla, qışqırıq və göz yaşı ilə verdiyin ömrə, həyatıma, dünyaya, dünyaya gəlməyimə, dünyaya gəldiyim günə , yaşamağa, var olmağıma, ata-anama, əzizlərimə, yaxınlarıma, bacı-qardaşıma, qohum-əqrəbama, qonşularıma , tanıdığım və tanımadığım Adəm övladlarına, varlığıma, bədənimə, ruhuma, sağlığıma, əzalarıma, qüsrlarıma, evimə, əşyalarıma, yediyimə, içdiyimə, geydiyimə, verdiyin və aldığın nemətlərə, kasıblığıma, sıxıntılarıma, bəxtimə, taleyimə, sevməyə, sevgiyə, (əgər varsa, evliliyimə, yoldaşıma, uşaqlarıma, qayınatama, qayınanama ) dil ilə və qəlb ilə etdiyim bütün bəd-dualarımdan, qarğışlarımdan, oxuduğum bəla və lənətlərimdən , çəkdiyim ahh-lardan və sitəmlərimdən , dediyim küfrlərdən və bütün pis sözlərimdən və “ALLAH mənim cəzamı, bəlamı versin”, “ALLAH mənə lənət etsin” kimi pis arzularımdan və maddi-mənəvi cəhətdən haqqıma təcavüz edən insanlara “Haqqım haram olsun”, “Burnunuzdan gəlsin”, “Xeyrini görməyəsən” deyərək Sənin mülkünü lənətləməkdən Sən şahid ol ki, dünya yaranandan bü günə qədər yağan yağmur dənələrinin sayı qədər tövbə etdim.
TÖVBƏ ETDİM ƏSTAĞFİRULLAH YA QAFFAR – (Bu cümlə 100 dəfə təkrar deyilsin )
ALLAHım, bu günahlardan ana-atamın, ailəmin, ata-ana soyumdan olan bütün ölmüş və sağ insanların, Ümməti-Muhəmməddən olan bütün ölmüş və sağ insanların, mənim, ata-anamın və ata-ana soylarımın yəni bizim boynumuzda maddi və mənəvi haqları olan insanların, bizə görə etmərinə günah edən insanların da adından mən Sənə tövbə etdim.
TÖVBƏ ETDİM ƏSTAĞFİRULLAH YA QAFFAR – (Bu cümlə 33 dəfə təkrar deyilsin )
Ya ALLAH, Ya RƏHMAN, Ya RƏHİM, Ya FƏRD, Ya HƏYY, Ya QƏYYUM, Ya HAKƏM, Ya QUDDUS, Ya ƏDL, Ya TƏVVAB, Ya SƏTTAR, Ya QAFFAR ismi-əzəmin haqqına, Quranın hörmətinə, Hz.Muhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Muhəmmədin (əleyhimus səlam) şərəfinə mənim etdiyim və edəcəyim və Ümməti-Muhəmmədin etdiyi və edəcəyi duaları, ibadətləri, tövbələri, istiğfarları ali dərəcədə qəbul et. Azı çox kimi qəbul edən, dərəcəsini qat-qat artıran Kərim olan Sənsən. Allahum mə salli əla Muhəmməd və ali Muhəmməd. Amin! Amin! Amin! Ya Səttar birəhtikə ya ər həmər rahimin !
QEYD : TÖVBƏ ŞEYTANI YANDIRSA DA, TÖVBƏLƏRİMİZİ ŞEYTANDAN QURTULMAQ ÜÇÜN DEYİL, ÖZÜMÜZÜ ALLAHA ƏHV ETDİRMƏK NİYYƏTİ İLƏ ETMƏLİYİK.
BAĞIŞLANACAĞIMIZA İNANARAQ ETMƏLİYİK !
Dr. Qahir ( Paranormal-Psixiatr) +994 55 558 71 38
Dostları ilə paylaş: |