Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2016-ci IL üçün illik hesabat I


noyabr- Azərbaycan Respublikasının Konstitusiyası Günü



Yüklə 189,17 Kb.
səhifə3/3
tarix05.05.2017
ölçüsü189,17 Kb.
1   2   3

12 noyabr- Azərbaycan Respublikasının Konstitusiyası Günü

http://bilasuvar.cls.az/uploads/image/918381452687523.jpg

     12 noyabr- Azərbaycan Respublikasının Konstitusiyası Günü  münasibəti ilə  Mərkəzi kitabxanada sərgi təşkil olunmuşdur.Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.  Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.   Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.  Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib.

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

  Dekabr

Heydər Əliyevin anım günü

http://bilasuvar.cls.az/uploads/image/77391450082416.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanada 10 dekabr 2016-cı il tarixdə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçisi Zaur Şahbazov iştirak etdi. Tədbiri giriş sözü ilə Mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova açdı. Rəfiqə Cəfərova çıxışında qeyd etdi ki, Heydə Əliyevin dünyasına qovuşduğu andan 12 illik bir zaman məsafəsi ayırır. Amma qətiyyətlə demək olar ki, bu illərin bir anı belə xalqımız üçün Heydər Əliyevsiz ötüşməmiş, O, həmişə bizimlə olmuşdur. Çünki yaşadığımız hər gündə biz bu müdrik liderin uzaqgörən ideyalarının təntənəsini görürük.Bu gün bir Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərkən böyük qürur hissi duyuruq.Keçdiyimiz qısa tarixi dövr sübut edir ki,vaxtı ilə bu müdrik şəxsiyyətin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Ulu öndərimizin müqəddəs ideaları xalqımızın qəlbində əbədi olaraq yaşamaqdadır.Vətənini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı ürəyində sonsuz Heydər Əliyev məhəbbətini fəxrlə daşıyır. Bu gün Azərbaycan xalqı müstəqilliyini yenidən onlara qaytardığına, Azərbaycan adını dünyada tanıtdığına görə dövlətimizin bu günki, hərtərəfli inkişafının təməlini qoyduğuna görə Ulu Öndərimizə minnətdardır.Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətlərini saymaqla tükənməz.O, dahi siyasətçi kimi bir ölkənin, bir regionun çərçivəsinə sığışmır.Çünki O, dünya miqyaslı bir siyasətçi idi. Bəli, O əsl dahi idi.Dahilər adi olmurlar.Məşhur bir filosofdan soruşurlar: -dahi insanla talantlı insanın fərqi nədədir.O, belə cavab verir: - talantlı insan hər kəsin vura bilmədiyi hədəfi vura bilən insandır.Dahi insan isə heç kəsin görə bilmədiyi hədəfi vuran insandır.Dahilər üçün zaman, məkan, məhfum yoxdur.Onlar heç zaman keçmiş olmurlar.Ulu Öndər Heydər Əliyev də bizim üçün bu gündür, gələcəkdir.Onun haqqında keçmişdə olmuş kimi danışmaq mümkün deyil.

 

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür



c:\users\admin\desktop\15822816_348495868868234_4936846973357347564_n.jpg c:\users\admin\desktop\15747636_348495995534888_2132045388967889907_n.jpg

30 dekabr 2016-cı il tarixdə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbiri keçirildi.

     Tədbirdə uşaqlara  yeni il hədiyyələri təqdim olundu,   rayonun  mədəniyyət  işçilərinin  ifasında musiqilər səsləndirildi.


       Rayonda yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirləcək.

Uşaq şöbəsi

2016-cı ilin hesabat ilində Biləsuvar rayon Uşaq şöbəsində da müxtəlif məzmunlu tədbirlər hazırlanıb, həyata keçirilmişdir. Uşaq şöbəsi 2016-cı ildə öz oxucularına yüksək səviyyədə kitabxana xidməti göstərmişdir. Uşaq şöbəsində oxuculara 5 nəfər kitabxanaçı xidmət göstərir. Bunlardan 1 ali təhsilli 2 nəfəri orta ixtisas, 2 nəfəri isə orta təhsillidir. Kiçik yaşlı oxucular kitabxana xidmətindən rahat istifadə edirlər.

Rayon Uşaq şöbəsi cari ildə rayondakı Uşaq bağcası ilə birgə bir sıra tədbirlər hazırlayaraq həyata keçirmişdir. Uşaq şöbəsində 2016-cı ildə 90 kütləvi tədbir keçirmişdir. Bunlardan yazıçı və şairlərin yubileylərinə, kitab təqdimatlarına, əlamətdar günlərə, tarixi hadisələrə geniş yer verilmişdir. Uşaq şöbəsi 1 saylı, 2 saylı uşaq baxcalarında sərgi, ucadan oxu təşkil etmişdir.Uşaq şöbəsində vaxtaşırı yubileylər qeyd olunur, şair və yazıçıların əsərlərindən ibarət sərgi, “Uşaqların rəng dünyası” adlı sərgi hazırlanmışdır. Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi döyüş yollarını əks etdirən sərgi və foto stend , “Beynəlxalq uşaqların müdafiəsi günü” ilə əlaqədar tədbir, “Yeni kitabların”, “Dünya ədəbiyyatından nə oxumalı”, Uşaqların əl işlərindən ibarət, Milli vətənpərvərliklə əlaqədar sərgilər hazırlanmışdır. “Xocalı faciəsi”, “Azərbaycan soyqırımı”, “İtirilmiş vətən torpağı” haqqında sərgilər, söhbətlər məktəblərdə və bağçalarda keçirilmişdir.

Uşaq şöbəsinin fondu 2016-cı ildə 17130 nüxsə olmuşdur. Oxucuların sayı 2690 nəfər olmuşdur. Kitab verlişi isə 27500 ədəd olmuşdur.

Uşaq şöbəsinə yeni kitab 164 ədəd daxil olmuşdur
Valideynlərin uşaqlarla görüşü

c:\users\bilesuvar mvt\desktop\14440672_293418571042631_1171869426702611682_n.jpg c:\users\bilesuvar mvt\desktop\14370062_293418554375966_1163797787611655070_n.jpg

19.09.2016 - cı il tarixdə MKS-nin Uşaq şöbəsinin Nağıl otağında valideynlərin uşaqlarla görüşü təşkil edilmişdir. Tədbirdə 20 nəfər iştirak etmişdir. Tədbirdə uşaqlara “Bülbül və qarğa “, “Mən uşaq deyiləm ”, “Dostlarım məndən qaçar”, “Padşah və xoruz ” və müxtəlif hekayələr oxunmuşdur. Nağıl otağında valideynlər və uşaqlar nağıl qəhrəmanlarıın eskizləri ilə yaxından tanış oldular.

http://bilasuvar.cls.az/uploads/image/200501431930278.jpg http://libraries.az/uploads/image/71771432727844.jpg

Biləsuvar rayon Uşaq şöbəsinin işçiləri 12.05.2016-cı il tarixdə 1 saylı Uşaq  baxçasında uşaqlara ucadan oxu təşkil etmişlər. Sonra uşaqların hazırladığı səhnələşdirilmiş Turp nagılına tamaşa edilmişdir.

2016-cı ildə Uşaq şöbəsində “Uşaqların nağıl dünyası” adlı nağıl otağı yaradılmışdır.Kitabxanaya daxil olan qəzet və jurnalların kartatekaları yaradılmışdır.

Nağıl otağı qonaqları

  c:\users\admin\desktop\13096338_207747372943085_2806536049176525495_n.jpg c:\users\admin\desktop\13076830_207747102943112_2842068330055136947_n.jpg

Uşaq şöbəsinə 2 komputer verilmişdir . Uşaq şöbəsi internet şəbəkəsinə qoşulmuşdur. Kitabxanada istilik və işıq normaldır.

c:\users\admin\desktop\12985577_196625827388573_3766839951720765806_n.jpg c:\users\admin\desktop\12932603_196626154055207_648982325989717292_n.jpg c:\users\admin\desktop\12961466_196625670721922_286978545924537650_n.jpg

8 aprel 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin Nağıl otağında rayon 1 saylı uşaq baxçasının körpələri qonaq oldu. Uşaq şöbəsinin baş kitabxanaçısı Nailə Məmmədova uşaqlara nağılları ucadan oxudu. Uşaqlar müsiqi sədaları ilə rəqs etdilər.

Komplektləşdirmə və kitabişləmə şöbəsi

Biləsuvar rayon Mərkəzləşmiş Kitabxana Sisteminə 2016-cı il ərzində cəmi 1127 ədəd 326 adda kitab olmuşdur. Bu kitablardan 485 ədəd xidmət şöbəsinə, 642 isə filiallara paylanmışdır.Bu kitablardan 941 ədədi azərbaycan dilində,117xarici dildə,69 ədədi isə rus dilindədir. Mərkəzi kitabxanaya müəllif tərəfindən hədiyyə olaraq 301ədəd ,Kürdəxanı anbarından 500ədəd,Kitabxana kollektorundan 310 ədəd,Gözdən Əlilər Kitabxanasından 15 ədəd, Oxucu tərəfindən 1ədəd kitab daxil olmuşdu.126 ədəd 120 adda uşaq ədəbiyyatı daxil olmuşdu.



Metodika və məlumat biblioqrafiya şöbəsi

Metodika və Məlumat biblioqrafiya şöbəsi Biləsuvar rayon MKS-nin əsas şöbələrdən biridir. Biləsuvar rayon Mərkəzi kitabxanasında və onun filiallarında keçirilən tədbirlərə metodiki köməkliklər edir və onların həyata keçirilməsinə nəzarət etməklə fəaliyyət göstərir .Bu mənada Metodika və Məlumat biblioqrafiya şöbəsi 2016-cı ildə kitabxanalarda tarixi və əlamətdar günlərin, Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə verilmiş görkəmli xadimlərin yubleylərinin qeyd olunması istiqamətində aşağıdakı metodiki köməkliklər həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əlaqədar olaraq Metodiki və Məlumat biblioqrafiya şöbəsi Mərkəzi kitabxana və onun filiallarına 2016-cı ildə “2016-cı il “Multikulturalizm ili”dir, Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar ”Tarix yaradan şəxsiyyət”, Şairə Mədinə Gülgünün 90 illiyi ilə “Bu ömrü mən yaşamalıydım ”, Vətənpərvərlik mövzusunda “ Vətən sevgisi” , Müstəqilliyimizin 25–ci ildönümü ilə əlaqədar “Ən böyük naliyyətimiz əbədi müstəqilliyimizdir” , adlı metodiki məktublar hazırlanmış, filiallara göndərilmişdir.

Tarixi və Əlamətdar günlərlə bağlı “20 Yanvar-Azadliğa gedən yolun başlanğıcındır.” 26 Fevral-Xocalı Qan yaddaşımızdır” adlı metodiki köməkliklər göstərilmişdir . Xalqımızin Milli Novruz bayramı münasibəti ilə “Novruz-gün” adlı metodiki tövsiyələr verilmiş və köməkliklər göstərmişdir.

Yuxarda qeyd olunan bütün metodiki tövsiyə və köməkliklər Biləsuvar rayon MKS-nin “ bilasuvar.cls.az” saytındə yerləşdirilmişdir.

Kitabxananın Metodika və Məlumat biblioqrafiya şöbəsi tərtib olunmuş qrafik əsasında il boyu, müntəzəm filiallara gedişlər etmiş, tövsiyələr vermişdir.

Bu metodiki tövsiyə və köməkliklərlə yanaşı Mərkəzi kitabxanada Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Mədəniyyət və Turizm Nazirliyinin əmrlərinin, M.F.Axundov adına Milli Kitabxananın metodiki vəsait və tövsiyələrindən ibarət vəsaitlərin daimi sərgiləri təşkil edilmişdir. Metodika və Məlumat biblioqrafiya şöbəsi 2016-ci il üçün Əlamətdar-Tarixi günlərin təqvimi və nümunəvi illik tədbirlər planı işləyib hazırlamış və filiallara göndərmişdir.

1 saylı şəhər kitabxanası
Biləsuvar rayon MKS-nin 1saylı şəhər kitabxanası üzrə oxucu sayı 2016-cı ildə 810 nəfər, kitab fondunun ümumi miqdarı 10046 nüsxə,kitab verilişi 8025, yeni daxil olmuş kitabların sayı 25 olmuşdur. Bunlardan 1ədəd rus dilində kitabdır.

2016-cı ildə 1 saylı şəhər kitabxanada müxtəlif məzmunlu tədbirlər hazırlanıb həyata keçirilmişdir.2016-cı il “Multikulturalizm ili” olması ilə bağlı kitabxanada ilboyu sərgi təşkil edilmişdir. 20 Yanvar Faciəsinin 26-cı il dönümünə, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş tədbir və faciədə həlak olan şəhidlərin xatirəsinə sərgi təşkil edilmişdir. Şair Mədinə Gülgün 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə əlaqədar kitabxanada sərgi təşkil edilmişdir. Şair Səməd Vurğunun-110 illik, Mirzə İbrahimovun 105 illik yubileyi, Nizami Gəncəvinin -875 yubileyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi təşkil olunmuşdur.

Həmçinin 1 saylı şəhər kitabxanasında tarixi günlərə aid sərgi və kütləvi tədbirlər oxuculara təqdim olunmuşdur. 1 saylı şəhər kitabxanası kompyuterlə təmin olunmuşdur. Kitabxanada istilik və işıq normaldır.

2 saylı şəhər kitabxanası

Biləsuvar rayon MKS-nin 2 saylı şəhər kitabxanası üzrə oxucu sayı 2016-cı ildə 692 nəfər, kitab fondunun ümumi miqdarı 6786 nüsxə,kitab verilişi 8532, yeni daxil olmuş kitabların sayı 16 olmuşdur.

2016-cı ildə 2 saylı şəhər kitabxanada müxtəlif məzmunlu tədbirlər hazırlanıb həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən foto stendlər hazırlanmışdır. 2016-cı il “Multikulturalizm ili”” olması ilə bağlı kitabxanada ilboyu sərgi təşkil edilmişdir. 20 Yanvar Faciəsinin 26-cı il dönümünə, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş tədbir və faciədə həlak olan şəhidlərin xatirəsinə sərgi təşkil edilmişdir. Şair Mədinə Gülgün 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə əlaqədar kitabxanada sərgi təşkil edilmişdir. Şair Səməd Vurğunun-110 illik yubileyi, Mirzə İbrahimovun 105 illik yubileyi, Nizami Gəncəvinin -875 yubileyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi təşkil olunmuşdur.

Həmçinin 2 saylı şəhər kitabxanasında tarixi günlərə aid sərgi və kütləvi tədbirlər,dəyirmi masalar oxuculara təqdim olunmuşdur. 2 saylı şəhər kitabxanası 6 kompyuter və internetlə təmin olunmuşdur. Kitabxana 2 mərtəbəli binadn ibarətdir, istilik və işıq normaldır.


3 saylı şəhər kitabxanası

Biləsuvar rayon MKS-nin 3 saylı şəhər kitabxanası üzrə oxucu sayı 2016-cı ildə 625 nəfər, kitab fondunun ümumi miqdarı 5604 nüsxə,kitab verilişi 8775, yeni daxil olmuş kitabların sayı 25 olmuşdur. Bunlardan 1 rus dilində kitabdır. Kitabxanada 1 ədəd kompyuter var.

3 saylı şəhər kitabxanasında 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş foto-stendlər, 26 fevral Xocalı faciəsi ilə əlaqədar sərgi, 8 mart Beynəlxalq Qadınlar gününə aid sərgi və ədəbi - bədii gecə, Xalqımızın ən qədim bayramı olan “Novruz” bayramı münasibətilə “Novruz bayramınız mübarək” adlı sərgi, 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ilə əlaqədar sərgi təşkil edilmişdir. 15 may da “Ailə Günü”, 28 may Respublika Günü münasibəti ilə, 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə, 9 noyabr “Dövlət Bayrağı” günü ilə, 12 noyabr Azərbaycan Respublikası Konstitusiyası Günü ilə, 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar sərgi təşkil edilmiş və tədbir keçirilmişdir.2016-cı ildə 3 saylı şəhər kitabxanada müxtəlif məzmunlu tədbirlər hazırlanıb həyata keçirilmişdir 2016-cı il “Multikulturalizm ili”” olması ilə bağlı kitabxanada ilboyu sərgi təşkil edilmişdir. 20 Yanvar Faciəsinin 26-cı il dönümünə, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş tədbir və faciədə həlak olan şəhidlərin xatirəsinə sərgi təşkil edilmişdir. Şair Mədinə Gülgün 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə əlaqədar kitabxanada sərgi təşkil edilmişdir. Şair Səməd Vurğunun-110 illik yubileyi, Mirzə İbrahimovun 105 illik, Nizami Gəncəvinin -875 yubileyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi təşkil olunmuşdur.


Səyyar Xidmət -3 saylı şəhər kitabxanası
c:\users\boss\desktop\14695505_312479962469825_337658479660118038_n - копия.jpg c:\users\boss\desktop\14650772_312480145803140_6714124011624424409_n - копия.jpg
Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə "2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar Biləsuvar rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən mütəmadi olaraq tədbirlər hazırlanaraq həyata keçirilmişdir. Biləsuvarda azərbaycanlılarla yanaşı digər xalqların da nümayəndələri yaşayırlar. Onlarla daim əlaqə saxlanılır, keçirilən müxtəlif tədbirlərə dəvət olunurlar. Mərkəzi kitabxananın və 3 saylı şəhər kitabxanasının əməkdaşları Biləsuvarda yaşayan I qrup əlil Viktor Mixayılovun ailəsində olaraq onlara səyyar kitabxana xidməti göstərmişdir.Ailə onlara göstərilən bu xidmətdən çox razı qalmış və öz minnətdarlıqlarını bildirmişlər Onlarla əlaqə mütamadi olaraq davam etdiriləcəkdir.

Həmçinin 3 saylı şəhər kitabxanasında tarixi günlərə aid sərgi və kütləvi tədbirlər,dəyirmi masalar oxuculara təqdim olunmuşdur. 3 saylı şəhər kitabxanasında istilik normaldır.


MKS-nin kənd filialları

Biləsuvar rayon əhalisinə kitabla xidmət işində Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarının rolu böyükdür. Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 29 filialı 80 mindən çox əhaliyə xidmət edir. Bu filialların fondunda 235113 ədəd kitab vardır. 2016-cı ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarına 642 ədəd kitab daxil olmuşdur. İl ərzində kitabxana filiallardan 19257 nəfər istifadə etmişdir. Kitab fondunun çox hissəsinin kiril qrafikasında olması nəticəsində kitabxana filialların oxucularının,kitab verlişi sayında azalma müşahidə edilmişdir. Kitabxana filialları kitabxanalara oxucu cəlb etmək üçün müxtəlif məzmunlu tədbirlərdən ilboyu geniş istifadə edirlər. Kitabxana filiallarına 23 komputer verimişdir.



Açıq kitabxana-Arazbari kənd kitabxanası



c:\users\boss\desktop\14855959_313888465662308_8731045309046226346_o.jpg c:\users\boss\desktop\14671177_313888425662312_2946930741280495499_n.jpg
Biləsuvar rayon Arazbari kənd kitabxanasının böyük kitabxanaçısı Xoşqədəm Əsgərova Şəhid Fədail Sadıqov adına ümumi orta məktəbin həyətində "Açıq kitabxana" təşkil etmişdir.
Səyyar xidmət-Nəsimi kənd klitabxanası

c:\users\boss\desktop\14883629_313885005662654_2407987504243843776_o.jpg c:\users\boss\desktop\14859730_313885012329320_2621062568454764037_o.jpg
Biləsuvar rayon Nəsimi kənd kitabxanasının böyük kitabxanaçısı Mustafayev Əflatun Nəsimi kənd orta məktəbin şagirdlərinə səyyar xidmət göstərmişdir. Məktəbin müəllimləri bu xidmətə görə kitabxanaçıya öz təşəkkürlərinin bildirmişlər.

Kitabxana filiallarında 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş foto-stendlər, 26 fevral Xocalı faciəsi ilə əlaqədar sərgi, 8 mart Beynəlxalq Qadınlar gününə aid sərgi və ədəbi - bədii gecə, Xalqımızın ən qədim bayramı olan “Novruz” bayramı münasibətilə “Novruz bayramınız mübarək” adlı sərgi, 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ilə əlaqədar sərgi təşkil edilmişdir. 15 may da “Ailə Günü”, 28 may Respublika Günü münasibəti ilə, 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə, 9 noyabr “Dövlət Bayrağı” günü ilə, 12 noyabr Azərbaycan Respublikası Konstitusiyası Günü ilə, 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar sərgi təşkil edilmiş və tədbir keçirilmişdir.

Kitabxana filialları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 2016-cı il “Multikulturalizm ili” olması ilə bağlı kitabxanada ilboyu sərgi təşkil edilmişdir. Şair Mədinə Gülgün 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. Şair Səməd Vurğunun-110 illik yubileyi, Mirzə İbrahimovun 105 illik, Nizami Gəncəvinin -875 yubileyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir və dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi təşkil olunmuşdur.

Onlar barədə geniş oxucu kütləsinə məlumat verilir.

Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 2016-ci ilin yekununa görə 321757 nüsxədən ibarət olmuşdur. Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucu sayı 26257 nəfər olmuşdur və kitab verlişi üzrə 311097 ədəd kitab verilmişdir.

Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin direktoru: E.Talıbov.




Kataloq: front -> files -> libraries -> 525 -> documents
documents -> 20 Yanvar –Azadlığa gedən yolun başlanğıcıdır.
documents -> Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2015-ci IL üçün illik hesabat I
documents -> 15 fevral 2013, 21: 50 Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu
525 -> CƏFƏrqulu rüSTƏmov
525 -> К ц 1 а р в и я р (энциклопедиядин к1ват1ал)
documents -> BİLƏsuvar rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ MƏRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemiNİn metodika və MƏlumat biBLİoqrafiya şÖBƏSİ
documents -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir
documents -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və
documents -> Xocalı qan ağlayır” ( metodiki vəsait ) Biləsuvar – 2017

Yüklə 189,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə