8-ci sinif Azərbaycan dili və
Ədəbiyyat fənləri üzrə olimpiada sualları
1.Hansı cümlədə fərqləndirilmiş söz isim və sifət kimi düşünülə bilməz?
A)Adil şah oldu.
B)Vahid kitabdan dərs keçirdi.
C)Əli yaman ilişmişdi
D)Qorxmaz igidlərdən söz açdı.
Cavab: C variantı.
2.Hansı sözü 3 fərqli formada tərkibinə görə təhlil etmək olmaz?
A) sınaq B) qorxaq C) ağrıdır D) yaradır Cavab: C variantı.
“İsmin həm mənaca, həm də quruluşca növlərini öyrənə bildik” cümləsində neçə nitq hissəsi işlənmişdir?
A)8 B)9 C)7 D)10 Cavab: B variantı.
Verilmiş nümunənin morfoloji təhlilinə aid yanlış fikri müəyyən edin.
Ana qarnındakı o qandanam mən...
Bütün kainata qan olsun kəfən! (Səməd Vurğun)
A)Birinci misrada adlıq hallı isim işlənməmişdir
B)İsimlərin heç birində mənsubiyyət şəkilçisi yoxdur
C)”Qan” sözü təsriflənən feilin tərkib hissəsi kimi işlənmişdir
D)Ana- yiyəlik hallı isimdir.
Cavab : C variantı
Qara hərflərlə verilmiş hansı söz iki fərqli nitq hissəsi kimi düşünülə bilməz?
Dostları ilə paylaş: |