Bitkilərin işıqlanma şəraitinin optimallaşdırılması və istiliyə təlabatının nizamlanması



Yüklə 102,5 Kb.
səhifə1/3
tarix21.05.2022
ölçüsü102,5 Kb.
#58942
  1   2   3
4. Bitkilərin işıqlanma şəraitinin optimallaşdırılması və istiliyə təlabatının nizamlanması

Bitkilərin işıqlanma şəraitinin optimallaşdırılması və istiliyə təlabatının nizamlanması


Plan:

  1. Bitkilərin işıq amilinə təlabatının müxtəlifliyi, FFR.

  2. Əkinçilikdə bitkilərin işığa tələbatının nizamlanması.

  3. Bitkilərin istiliyə təlabatının müxtəlifliyi.

  4. Bitkilərin istiliyə tələbinin nizamlanmasının fəal və qeyri fəal yolları.

Bitkilərin həyat amillərinin dəyişdirilməsi, onların böyümə­si­nə və inkişafına birbaşa təsir göstərir. Həyat amilləri bitkilərin bioloji xüsusiyyətlərinə uyğun olmadıqda həyati əhəmiyyətli fizio­loji proseslər pozulur və bəzi halda bitkilər tamamilə məhv olur. Əksinə, bitkilər həyat amilləri ilə optimal təmin edildikdə, onlar normal inkişaf edərək yüksək məhsul verirlər.
İşıq istisna olmaqla, digər bütün amillər bitkilərə əsasən tor­paqdan daxil olur. Ona görə əkinçilikdə onların nizamlan­ma­sı torpaq vasitəsilə həyata keçirilir.
Torpağa istiliyin, havanın, nəmliyin və qida maddələrinin da­xil olması, onların yerdəyişməsi, sərf olunması, fiziki və kim­yəvi formasının dəyişilməsi, uyğun olaraq torpağın istilik, hava, su və qida rejimi adlanır.
Əkin­çilikdə bitkilərin işıq, istilik, hava, su və qida rejim­lə­ri­nin nizamlanması müxtəlif üsullarla həyata keçirilir.


İşıq


Günəş bütün canlıların yaşaması üçün lazım olan bioloji proseslərin yerinə yetirilməsinə sərf olunan işığın və istiliyin yeganə və ilkin mənbəyidir.
Nüvə reaksiyası nəticəsində əmələ gələn günəş işığının infraqırmızı şüalarının çox hissəsi atmosferin su buxarları ilə udulur, ultrabənövşəyi şüalar isə ozon və karbon iki oksidi tərəfindən saxlanılır və onların ancaq hissəsi atmosferdən keçərək yer səthinə düşür. Yer səthinə səpələnən günəş işığı, fizioloji fəal şüalarla zəngin olduğuna görə xlorofil hissəcikləri ilə tamamilə tutula bilir.
Günəş işığı yer kürəsinin hər yerində bərabər paylanmır və yerləşdiyi en dairəsindən asılı olaraq, ərazinin işıqlanma müddəti müxtəlif olur. Bununla yanaşı bitkilərin nəzəri bioloji məhsuldarlığı ərazinin işıqlanma şəraitindən asılı olaraq dəyişir (cədvəl 4).
Bitkilərin məhsuldarlığı, fotosintez prosesi nəticəsində üzvi maddələrin əmələ gəlməsi üçün onların istifadə etdiyi günəş şüasının miqdarından asılıdır.
Yerə səpələnən günəş şüasının az hissəsi bitkilər tə­rə­fin­dən mənimsənilir. Bitkilərin istifadə edə bildiyi şüanın miqdarı foto­sintetik aktiv radiasiya (FAR) adlanır və 380-720 nm həd­dində olur.
Fotosintez məhsullarında toplanan enerjinin miqdarının, udulan enerjinin miqdarına nisbəti fotosintetik aktiv radiasiya­nın istifadə olunma əmsalı (FAR-ın İƏ) adlanır.
Cədvəl 4
Günəş enerjisinin coğrafi en dairəsindən asılılığı və enerjinin 5% istifadəsi zamanı bitkilərin potensial bioloji məhsul əmələ gətirmə imkanı

Ərazinin coğrafi en dairəsi

Günəş enerjisi, mlrd k.c/ha

Bioloji məhsul alınmasının nəzəri imkanı, ton/ha

0-20

41,9-37,7

125-110

20-30

37,7-25,1

110-75

30-40

25,1-20,9

75-55

40-50

20,9-14,6

55-40

50-60

14,6-8,4

40-25

60-70

8,4-7,2

25-12

İstehsalat şəraitində fotosintetik fəal radiasiyanın istifadə olunma əmsalı cəmi 1-1,5%, əlverişli şəraitdə 5-6%, nadir hal­larda isə 7-8% təşkil edir.


Hazırda beynəlxalq bioloji proqramlar FAR-nın bitkilər tə­rə­fin­dən mənimsənilməsini 2-3%-ə çatdırmaq üçün əkin­çi­lik­də möv­cud üsullar, qaydalar və sistemlər hazırlamağı nəzərdə tutur.
Kənd təsərrüfatı bitkiləri işığa və istiliyə ümumi tələbatına görə orta qurşağın və cənub en dairəsinin bitkilərinə bölünür­lər. Orta qurşağın bitkiləri soyuğa və şaxtaya davamlıdır və uzun günlü bitkilər adlanırlar.
Cənub en dairəsinin bitkiləri iqlimin kəskin dəyişməsinə döz­mür və qısa günlü bitkilər adlanırlar.
Əgər uzun günlü şimal rayonlarında hektardan 100 sent­ner üzvi maddənin quru kütləsinin əmələ gəlməsinə 2% FAR sərt olunursa, cənub rayonlarında 1% FAR sərf olunduqda 200 sentner məhsul alınır.
İşıq bitkilərin məhsuldarlığına və təsərrüfatın səmərəlilik əmsalına təsir göstərir.
Bitkilərin ərzaq və ya xammal məqsədilə istifadə edilə bi­lən faktiki məhsulunun, onların əmələ gətirdikləri ümumi üzvi küt­ləyə, yəni bioloji məhsula nisbəti təsərrüfatın səmərəlilik əm­salı adlanır və adətən 0,2-0,7% təşkil edir. Təsərrüfatın səmərəlilik əmsalının artırılması əkinçilikdə əsas məsələ sayılır. İşıqlanma şəraitinin şəkər çuğundurunun və kartofun məhsul­dar­lığına təsirini öyrənən zaman müəyyən edilmişdir ki, həmin bitkilər yüksək işıqlanma şəraitində becərildikdə təsərrüfatın səmərəlilik əmsalı 2,5-3,0 dəfə artır. (cədvəl 5).

Yüklə 102,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin