Biznes mədəniyyəti biznes fəaliyyətinin təşkilinin ayrılmaz hissəsi olub ümumi mədəniyyət ünsürləri üzərində qurulur və xalqın mədəniyyəti ilə sıx bağlıdır



Yüklə 6,45 Kb.
tarix25.12.2023
ölçüsü6,45 Kb.
#195084
Giriş


Giriş
Biznes mədəniyyəti biznes fəaliyyətinin təşkilinin ayrılmaz hissəsi olub ümumi mədəniyyət ünsürləri üzərində qurulur və xalqın mədəniyyəti ilə sıx bağlıdır. Mədəniyyət ictimaiyyətin, yaradıcı qüvvələrin və insan qabiliyyətlərinin, insanların fəaliyyətlərinin təşkili formalarında və növlərində, onların yaratdıqları maddi və mənəvi dəyərlərdə ifadə olunan inkişaf səviyyəsidir. “Biznes mədəniyyəti” anlayışının müxtəlif tərifləri mövcuddur. V.D.Kozlov biznes mədəniyyətinin tam və geniş tərifini verir. Onun fikrincə, biznes mədəniyyəti “fəaliyyət, adət, ənənə, fərdi və qrup maraqlarının, işçilərin davranış xüsusiyyətlərinin, rəhbərlik tərzinin və s. qayda və normalarının formal və qeyri-formal sistemi”nin məcmusudur. Biznes mədəniyyəti istehsal və kommersiya fəaliyyətinin elə təşkilini nəzərdə tutur ki, biznesdə uğurlar işçilərin əmək və qazandıqları əməkhaqqından maksimum dərəcədə məmnun qaldıqları şəraitin yaradılması ilə uyğunlaşsın. Biznesin xarakterindən asılı olaraq mədəniyyətin aşağıdakı növləri fərqləndirilir: ticarət mədəniyyəti, sərfəli sazişlər mədəniyyəti, investisiya mədəniyyəti və inzibatçılıq mədəniyyəti. Ticarət mədəniyyəti sürətli əks əlaqə və nisbətən aşağı risklə xarakterizə olunur. Ticarət sferasının əməkdaşları kimi, çox vaxt cəsarətlə eksperimentlər aparan gənc insanlar çıxış edirlər. Bu insanlar təbiətcə insansevən, böyük mənəvi tələbatları olmayan, zahirən cazibədar insanlardır. Onlar alıcılara müraciət edərkən məlum yumor payı ilə natiqlikdən bacarıqla istifadə edirlər. Bir-biriləri ilə həvəslə ünsiyyət bağlamaq və fikir mübadiləsi aparmaq, ticarət mədəniyyəti sferasını şəriklik hissi, kollektivçilik və yoldaşlıq ruhu ilə dolu kommunikativ bir sahəyə çevirir. Ticarət mədəniyyətinin effekti ondan ibarətdir ki, onun sayəsində çox şeyi sürətlə hərəkətə gətirmək olar. Sərfəli sazişlər mədəniyyəti (möhtəkirlik mədəniyyəti) uğurlu (və ya uğursuz) müəssisələrin orta və yüksək dərəcəli maliyyə riskli, sürətli əks əlaqəsilə xarakterizə olunur. Bu mədəniyyət tipinə qiymətli kağızlar, ödəniş vasitələri, xammal və s. ilə uğurlu sazişlərin həyata keçirildiyi yerlərdə rast gəlinir. Belə mədəniyyətin elementləri dəb, kosmetika, peşəkar idman, reklam və riskli müəssisələrin maliyyələşdirilməsi sferasında özünü göstərir. Sərfəli sazişlər sahəsinin əsas strategiyası ələ keçən şanslardan tez istifadə olunmasıdır. Burada əməkdaşlar kimi gənc və ya mənəvi cəhətdən gənc insanlar çıxış edirlər.


Fəsil 1.
Yüklə 6,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin