Tövsiyə
Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi
Göygöl rayon MKS
SAĞLAM HƏYAT TƏRZİ YAŞA
Göygöl MKS - 2014
Ümumi məlumat
Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Narkotik aslılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqlarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin Azərbaycanda vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş bu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilməlidir.
Səhiyyə Nazirliyindəki mənbədən verilən məlumata görə, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376 nəfər olub.
Yalnız 2013-cü ildə 1509 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. Onların 14-ü qadındır. Əvvəlki illərlə müqayisədə ölkədə qadın narkotik istifadəçilərinin sayında elə də ciddi dəyişiklik olmayıb. Ölkədəki bütün narkotik istifadəçilərinin 539 nəfəri qadındır. Ötən il bu rəqəm 528 nəfər, 2011-ci ildə isə 511 nəfər olub.
Ümumilikdə narkotik istifadəçiləri arasında daha çox 30-39 yaş arası olan insanlar üstünlük təşkil edir.
Rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) yoxdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər kefiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.
Narkomaniyaya “YOX” deyək!!!
Həyatı seç!!! İşığı seç!!!
Narkotiklər olmayan yolu seç!!!
Dostları ilə paylaş: |