Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə1/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
  1   2   3   4   5   6   7   8   9   ...   40
Mövzu ime


Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan:
1.Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması. 2.Sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması 1.Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması. Ətriyyat mallarının eyniləşdirilməsi və saxtalaşdırılması.
"Parfumeriya (Ətriyyat)" sözü fransız sözü olan parfumerie – parfum (xoş qoxu; ətir) sözündən meydana gəlmişdir. Bu onunla izah olunur ki, yaşayış və ictimai binaların ətirləndirilməsi üçün daha çox ətirli bitkilərin və qətranların xüsusi qurğularda yandırılması üsulu tətbiq edilirdi.
Ətriyyat məhsullarına ətirlər, odekolonlar, ətriyyat dəstləri və dərini, saçları, geyimləri və s. ətirləndirmək üçün nəzərdə tutulmuş ətirli sular aiddir. Ətriyyat məhsullarının bəzi növləri həm gigiyenik həm də təravətləndirici vasitə kimi istifadə olunur.
Ətriyyat məhsullarının eyniləşdirməsi - malın adının, ətriyyat mayesində kompozisiyaların kütlə payının onun markasında və müşaiyətedici sənədlərində göstərilən məlumatlarla eynilik təşkil etməsinin müəyyənləşdirilməsidir.
Ətriyyat məhsullarının eyniləşdirmə ekspertizası normativ-texniki sənədlərində qeyd olunmuş müəyyən əlamətlərə uyğunluğunu müəyyənləşdirmək məqsədilə həyata keçirilir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qoyula bilər:

  • bu mal hansı çeşid (növ) qrupuna aiddir;

  • ətriyyat məhsullarının sinifinin (qrupunun) təyini;

  • reseptə əsasən tərkibində 10% -dən çox (az) su olan ətriyyat mayesində kompozisiyaların kütlə payının təyini;

  • şəffaflığın, ətrin dayanıqlılığının müəyyən edilməsi;

  • məhsulun təhlükəsizliyi.

Çeşid (növ) aidiyyatinin eyniləşdirmə ekspertizası - ətriyyat mallarının müəyən növə, qrupa və ada aid olmasının müəyyənləşdirilməsidir.
Ətriyyat malları aşağıdakı növlərə ayrılır.
Ətir - xoşagələn, davamlı, harmonik iyli ətirli maddələrin qarışıqlarının spirtli məhlullarıdır. Bütün növ ətirləri aşağıdakı əlamətlərinə görə qruplaşdırmaq olar: konsistensiyaya, iyin davamlılığına, qoxunun xarakterinə, kompozisiyaların məzmununa, istehsal yerinə, təyinatına.
Konsistensiyaya görə ətirlər qruplaşdırılır:
maye ətir - ətirləndirici vasitə olaraq istifadə olunan çiçək və ya meyvə qoxulu ətriyyat kompozisiyalı xoş qoxulu spirt və ya su - spirt məhlullarıdır;
bərk (qatı) ətir – ətir kompozisiyası hopdurulmuş və müəyyən rəngli, daha çox karandaş formalı mumşəkilli kütlədir. Dəriyə sürtmək üçün istifadə edirlər;
tozəsaslı ətirlər – toz şəklinə salınmış və ətriyyat kompozisiyası ətirləndirilmiş qurudulmuş bitkilərdən hazırlanmışdır.
Qoxusunun xarakterinə görə ətirlər qruplaşdırılır:
çiçək – hər hansı bir çiçək qoxusuna sahib olan (yasəmən, jasmin və s.)
fantaziya – bir neçə çiçəyin qoxusuna uyğun olan və ya təbiətdə rast gəlinməyən qoxular.
Kompozisiyanın tərkibinə görə (keyfiyyətindən aslı olaraq) ətirlər dörd qrupa bölünür – ekstra, A, B, C.
Ekstra qrupa daxil olan ətirlər ətriyyat kompozisiyasının ən azı 10%-ni (ətirin kütləsinin) təşkil edir, qoxunun davamlılığı isə ən azı 60 saat olmalıdır.
“A” qrupuna daxil olan ətirlər bir qayda olaraq ətriyyat kompozisiyasının ən azı 10%-ni təşkil edir, qoxunun davamlılığı isə ən azı 40 saat olmalıdır.
“B” qrupuna daxil olan ətirlərin tərkibində ən azı 5% ətriyyat kompozisiyası və 10%-dən çox su olur, qoxunun davamlılığı isə ən azı 30 saat olmalıdır.
“C” qrupuna əsasən gül iyli ətirlər daxil olur və onların tərkibində ən azı 5% ətriyyat kompozisiyası və 30%-ə qədər su olur, qoxunun davamlılığı isə ən azı 30 saat olmalıdır.
B və C qruplarına daxil olan ətirlər futlyar ilə və futlyarsız olaraq istehsal olunur.
Təyinatına görə ətirlər qadın və kişi üçün olmaqla iki qrupa bölünür.
Odekolonlar –çiçək və ya meyvə qoxulu ətriyyat kompozisiyalı spirt və ya su - spirt məhlullarıdır. Onları gigiyenik, təravətləndirici və aromatik vasitə kimi istifadə edirlər.
Tərkibindən asılı olaraq odekolonlar iki qrupa bölünür - gül və gigiyenik.
Gül odekolonları gigiyenik və ətirləndirici vasitə kimi istifadə edirlər.
Gigiyenik odekolonlar onunla fərqlənir ki, onlar yalnız gigiyenik məqsədlər üçün istifadə edilir. Onların ətri xoş olmalıdır, amma güclü və xüsusilə davamlı olmamalıdır. Kompozisiyanın tərkibi 2% -ə qədər olur və tərkibinə sitrus bitkilərinin efir yağları daxildir. Spirtin tündlüyü 60% -i keçmir.
Odekolonları gigiyenik əhəmiyyəti spirtin və ətirli maddələrin dezinfeksiya edici və təravətləndirici xüsusiyyətindən ibarətdir.
Odekolonlar da ətirlər kimi kompozisiyanın tərkibinə görə (keyfiyyətindən aslı olaraq) dörd qrupa bölünür – ekstra, A, B, C.
Ekstra qrupa daxil olan odekolonlar yüksək keyfiyyətli odekalonlara aid olur və kompozisiyanın 3-5%-ni təşkil edir. Qoxunun davamlılığı isə ən azı 24 saat olmalıdır. Bədii tərtibatlı qablarda və korpusda buraxılır.
A qrupuna daxil olan odekolonlar bir qayda olaraq kompozisiyanın 3-5%-ni təşkil edir. Qoxunun davamlılığı isə ən azı 24 saat olmalıdır.
B qrupuna daxil olan odekolonlar kompozisiyanın 3-4%-ni təşkil edir. Qoxunun davamlılığı isə nizamlanmayır.
C qrupuna daxil olan odekolonlar kompozisiyanın 2-3%-ni təşkil edir. Qoxunun davamlılığı isə nizamlanmayır.
A, B və C qruplarına daxil olan odekolonlar futlyar ilə və futlyarsız olaraq istehsal olunur.
Ətirli su - çiçək və ya fantaziya istiqamətli qoxulu ətriyyat kompozisiyalı su - spirt məhlullarıdır.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin