Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə8/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
Mövzu ime

İnformasiya eyniləşdirməsi - kosmetik məhsulların qablaşdırılmasının və tarasının, markalanmasının, müşayətedici sənədlərinin standartların tələblərinə və etalon nümunəyə uyğunluğunun təyin edilməsidir.
İlkin eyniləşdirmə malın qablaşdırılmasına və və tarasına baxış ilə başlayır.
Markalanma rus dilində olmalıdır, tam həcmdə informasiyaya malik olmalıdır: adı, tərkibi, yararlılıq müddəti, məqsədli təyinatı, istifadə qaydası, habelə istehsalçı haqqında məlumat.
İstehsalçı firmanın eyniləşdirilməsi. Kosmetik məhsullar istehsal edən bir çox firma var və istehlakçılar əmin olmalıdır ki, onların aldıqları məhsullar saxta deyil. Ona görə də istehsalçı firmanın eyniləşdirilməsi mərhələsi çox vacibdir.
Malın markalanmasında ölkə, istehsalçı firma və onun hüquqi ünvanı göstərilməlidir. Bu zaman malın markalanmasında göstərilən firmanın hüquqi ünvanı ilə məhsulların istehsal edildiyi filialın yerləşdiyi ölkəni qarışdırmaq olmaz. Markalanmaya əsasən məhsullara görə məsuliyyət daşıyan istehsalçı firma müəyyən edilir, hərçənd tara və malın özü də onun tapşırığı ilə digər müəssisələr tərəfindən istehsal oluna bilər.
Bundan başqa istehsalçının eyniləşdirilməsi zamanı ştrix kodu da nəzərə almaq lazımdır, çünki onun ilk rəqəmləri yalnız malın hansı ölkədə kodlaşdırıldığı barədə məlumat verir. Əgər hər hansı firmaların malları eyni təşkilatda kodlaşdırılırsa, o zaman müxtəlif malların ştrix koddlarında olan ondan sonrakı beş rəqəm eynidir. Əgər istehsalçı firma göstərilməyibsə (ancaq ölkə göstərilibsə), malın eyniləşdirilməsi üçün istehsalçının kodları yoxdur. Bu zaman firma barədə məlumat flakonun altında göstərilir və çox güman ki, bu mal saxtadır.
Saxtalaşdırılmış məhsulların adları geniş tanınmış firmaların və ya məhsulların adlarına çox bənzəyir (bəzən bir-iki hərfi dəyişdirirlər, məsələn diş məcunu Blend-a-med və Bel-a-med).
Kosmetik məhsulların istehsal tarixinin və yararlılıq müddətinin eyniləşdirilməsi. Yerli kosmetik məhsulların markalanmasında istehsal tarixi və yararlılıq müddətinin qeyd edilməsi qəbul olunub. Bir qayda olaraq, yararlılıq müddəti tarda və ya qablaşdırılmada göstərilir.
Xarici firmalar, xüsusilə də iri firmalar məhsullarını onların özlərinin hazırladıqları kodlaşdırma sistemi ilə markalayırlar. Kodu basma, boya və ya digər üsullarla vururlar. Standart avropa kodu mövcuddur:

  • birinci hərif malın istehsal olunduğu həftənin günü və vaxtını göstərir;

  • iki rəqəm modelin (reseptin) nömrəsinə uyğundur - 1-dən 53-dək;

  • üçüncü rəqəm ilin son rəqəminə uyğundur;

  • ikinci hərf - istehsal olunduğu ölkəni göstərir (F - Fransa, D - Almaniya, U -Böyük Britaniya və s.);

  • dördüncü rəqəm istehsal xəttinin nömrəsinə uyğundur.

Daha çox idxal məhsullarının istehsal tarixinin markalanması zamanı son iki rəqəmlə məhsulun istehsal olunduğu il və ilin günü göstərilir.
Bəzən malın markalanmasında bir tarix göstərilir və bunun istehsal tarixini, yoxsa yaralılıq müddətini göstərdiyi haqqında məlumat olmur. Bu halda məhsulun tədarükünə dair sənədlərlə tanış olmaq, tədarük vaxtını müəyyən etmək lazımdır, markalanmasında və ya qablaşdırılmasında istehsal tarixi barədə məlumat tapmağa çalışmaq lazımdır.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin