Kosmetika məhsullarının əsas funksional xassələrinin eyniləşdirilməsi malın xassələrinin orqanoleptik yolla öyrənilməsi ilə başlayır: rəngi, qoxusu, məhsulun bu təyinata xas olması. Çox vaxt orqanoleptik xüsusiyyətlər məhsulun adının düzgün müəyyən edilməsi üçün kifayət etmir, ona görə də laborator üsulla analiz tətbiq edilir. Laborator üsulla məhsulun adına uyğunluğunu təsdiqləmək və ya təkzib etmək üçün daha dəqiq nəticə almaq mümkündür.
Kosmetik məhsulların keyfiyyət eyniləşdirməsi - bu normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsidir. Bu növ eyniləşdirmə yolverilən və yolverilməz nöqsanları, habelə əmtəənin markalanmasında və/ və ya əmtəə-müşayətedici sənədlərind göstərilən sorta uyğunluğunu aşkar etməyə imkan verir. Belə eyniləşdirmə ilə malın keyfiyyətinin standart və ya qeyri-standart olduğu müəyyən edilir.
Bütün kosmetik məhsullar texnoloji reqlamentlərə və resepturalara görə GOST tələblərinə uyğun, müəyyən edilmiş qaydada təsdiq olunmuş sanitariya norma və qaydalarına riayət edilməklə istehsal edilməlidir (zərərsizlik və səmərəliliyi üçün müvafiq tibb müəssisələrində və səhiyyə orqanlarında yoxlamalardan keçirilir və yalnız Rusiya səhiyyə Nazirliyinin icazəsi ilə satışa buraxılır).
Saxtalaşdırma istehsal prosesi zamanı keyfiyyətli məhsulların digər, daha ucuz, öz təyinatına uyğun olmayan məhsullarla dəyişdirilməsi, qəlpləşdirilməsi kimi müəyyənləşdirilir. Saxtalaşdırma üsulundan asılı olaraq krem istehlakçıları çeşid, kəmiyyət, qiymət, informasiya və keyfiyyət saxtalaşdırılması ilə üzləşirlər.
Çeşid saxtalaşdırılması zamanı məhsulun adı və ya onun bu və ya digər çeşid qrupuna aid olmasının dəyişdirilməsi yolu ilə həyata keçirilir.
Kəmiyyət saxtalaşdırılması qablaşdırmada və ya qaimə və taranın həcmində kremin miqdarının azaldılması yolu ilə həyata keçirilir.
Qiymət saxtalaşdırılması istehlakçıların kremin keyfiyyətinə uyğun olmayan yüksək qiymətlər ilə aldadılmasıdır.
İnformasiya saxtalaşdırılması istehlakçının əmtəə haqqında yalan və bilərəkdən yanlış məlumatlarla aldadılmasıdır. Belə ki, istehsalçı ölkədə ilə tədarükçü ölkələr haqqında məlumatlar (çox vaxt krem tübiklərində istehsalçı ölkə kimi Fransanı göstərirlər, halbuki əslində bu krem başqa ölkədə hazırlanıb), tətbiqi üsulları (məsələn kremin istifadəsi üsulu ya göstərilmir, ya da həqiqətə uyğun deyil) fərqli ola bilər.
Keyfiyyət saxtalaşdırılması zamanı əsas və köməkçi xammallar daha az istehlakçı xassələrinə sahib ucuz komponentlər ilə dəyişdirilir. Bahalı təbii boyaq maddələrinin süni, ucuz maddələrlə əvəz olunması daha geniş yayılıb.