13.04.2022, 15:12
Boyalı küp - Muzeyin inciləri - Milli Azərbaycan Tarixi Muzeyi
azhistorymuseum.gov.az/az/exhibit/47
1/2
Boyalı küp
Nadir sənətkarlıq əsərlərindən biri də 1936-cı ildə
arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən
Naxçıvanda, Şahtaxtı nekropolundan tapılmış
polixrom rəsmli küpdür. Usta onun üzərini müxtəlif
növ heyvan və quş rəsmləri ilə bəzədiyi üç zolağa
ayırmışdır. Üst zolaqda bir-birinin arxasında irili-
xırdalı qu quşları təsvir edilib. İkinci, nisbətən enli
zolaq şaquli istiqamətdə çəkilən həndəsi naxışlarla
iki hissəyə bölünmüşdür: bir hissədə keçilər, onlara
hücum edən canavar, eləcə də müxtəlif heyvan və
quşlar əks olunmuşdur; digər hissədə isə həmin
heyvanlardan əlavə vəhşi eşşək və ya at təsvirləri də
vardır. Üçüncü zolaqda isə küp bir-birinə bənd
edilmiş romblarla əhatələnmişdir. Hündürlüyü 47 sm,
gövdəsinin diametri 48 sm, ağız diametri 19,5 sm,
oturacaq diametri 17 sm olan Şahtaxtı küpü muzeyin
daimi ekspozisiyasında uzun illlərdən bəri nümayiş
edilən, məxsus olduğu dövrün əkinci-maldar
əhalisinin reallığı əks etdirən bədii təsəvvürünün
əsrarəngiz məhsuludur.
Eksponat haqqında məlumat
13.04.2022, 15:12
Boyalı küp - Muzeyin inciləri - Milli Azərbaycan Tarixi Muzeyi
azhistorymuseum.gov.az/az/exhibit/47
2/2
Adı:
Boyalı küp
Dövr:
Orta tunc dövrü
Tapıldığı yer:
Şahtaxtı (Naxçıvan)
Ölçüləri:
Hündürlüyü 47 sm, gövdəsinin diametri 48 sm, ağız diametri 19,5 sm,
oturacaq diametri 17 sm.
İnventar
nömrəsi:
AF 1576