Multimedia vasitələri və onlardan təlim prosesində istifadə



Yüklə 30,84 Kb.
səhifə1/3
tarix15.01.2022
ölçüsü30,84 Kb.
#51309
  1   2   3
Mühazirə 6. Multimedia vasitələri və onlardan təlim prosesində istifadə (1)
intellektual oyunlar

Multimedia vasitələri və onlardan təlim prosesində istifadə.
Multimedia termini iki sözdən “multi” – çox , “media” – daşıyıcı  sözlərindən əmələ gəlmişdir. Ona görə də multimedia dedikdə məlumatların, o cümlədən səsin, qrafiklərin, film kadrlarının və s-nin yadda saxlanılması və təsviri vasitələri başa düşülür. Ümmiyyətlə, multimedia, rəqəmləri, qrafik təsvirləri, səsi, o cümlədən musiqini birləşdirmə texnologiyasıdır.

Multimedia - kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğudur. Bu gün işlədilən multimedia 1990-cı ildən yaranmışdır. 1993 – cü ildə isə kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu elan edildi. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər.

Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.

1. İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsidir. Adətən mətn, səs və qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasını ifadə edir. Multimedia veb-qovşaqlarının xarakter, hətta əsas xüsusiyyəti hiperlinkidir.

2. Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır. Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imkanı verir.

Multimedia- kompüter–multimedia texnologiyasını həyata keçiren apparat və proqram vasitələri ilə təchiz edilmiş kompüterdir.

     Mutimedianın apparat vasitələrinə qrafik adapterlər, monitorlar, videoadapterlər, səs kartları, diskovodlar, o cümlədən CD-ROM –lar daxildir.

     Proqram vasitələrinə isə qrafik redaktorlar,  videotəsvirlərin redaktorları, səs məlmatlarını yaradan və redaktə edən redaktorlar,  həmçinin istifadəçiyə bu və ya digər şəkildə məlumatı təqdim edən tətbiqi proqramlar daxildir. Belə tətbiqi proqramlara misal olaraq kompyuter oyunlarını misal göstərə bilərik.



Multimedia faylları

WAV – formatlı fayllarda səslər, musiqi, danışıqlar, səs effekləri və s. saxlanılır. Bu faylın adı ingilis sözü olan wave (dalğa) sözündən götürülmüşdür.

AVİ – formatlı fayllarda videoməlmatlar (Audio Video İnterval –ced ) saxlanılır.

        Multimedia avadanlığı.



Kompüterin audio vasitələri

Hər bir multimedik fərdi kompüterin platasının tərkibində audioadapter vardır. Audioadapterlər kompüterə təkcə stereofonik səsləndirmə deyil, həm də səs siqnallarının xarici yaddaş qurğularına yazılması imkanını verir.

Adioadapter səs siqnalını rəqəm koduna çevirən analoq-rəqəm çeviricisinə malikdir. Bu qurğu səs siqnalını əvvəlcə rəqəm tipli koda çevirir və sonra xarici yaddaş qurğusuna yazır. Bu cür informasiyalar kompüterin yaddaşında WAV tipli fayl kimi saxlanılır. Diskdən oxunan rəqəmsal siqnal rəqəm –analoq çevrəcisinə verilir, o da öz növbəsində siqnalı yenidən analoq siqnalına çevirir.

Müasir audioadapterlər musiqi səslərini iki üsulla sintez edirlər: Tezlikli modullaşdırma metodu ilə FM(Frequency Modulation) və dalğalı sintez metodu ilə (Wave Table). Ikinci üsul daha natural səsləndirməni təmin edir, çünki burada hər bir səs səslər cədvəlindən seçilir.

Tezlikli sintez (FM) 1974-cü ildə yaranmışdır.1985-ci ildə AdLib səs kartı yaradıldı.O, tezlikli modulyasiyadan istifadə edərək musiqi səsləndirməyi bacarırdı. SoundBlaster adlanan yeni səs kartı isə səs siqnalını həm yaza, həm də səsləndirə bilirdi. Standart FM sintez orta səs xarakteristikalarına malikdir. Buna görə də səs kartlarında mürəkkəb filtrlər yerləşdirilir ki, müxtəlif səs maneələrindən onu qorusun.

Qeyd etmək lazımdır ki, səs kartına daxil olan səs siqnalı təkcə kompüterdən deyil, digər qurğulardan da daxil ola bilər. Məsələn: MIDI (Musical Instruments Digital lnterface) qurğusundan. MIDI qurğusundan gələn siqnalda musiqinin özü deyil, onun notları olur. Ona görə də səs kartı belə siqnalı aldıqda onu kodlaşdırır və sintizator vasitəsilə uyğunlaşdırır.

Göründüyü kimi audioadapterlor kifayət qədər mürəkkəb mexanizmdir və onun əsasını analoq-rəqəm audiotexnikası təşkil edir.


  • CD-ROM-lar. WAV və AVI faylları adətən böyük yaddaş tuumlu olurlar. Ona görə bu fayllar əsasən kompakt disklərdə saxlanıır. Belə diskləri isə oxuya bilmək üçün kompyuterlər CD –ROM adlanan kompakt diskləri oxuyan qurğularla təmin olnmalıdırlar.

  • Səs plataları. Səs plataları səs fayllarını yaratmaq və səsləndirmək üçün nəzərdə tutulmuşdur. Səs platalarına səs kartları da deyilir. Səs plataları 16 və 32 mərtəbəli olurlar.

  • Mikrofonlar. Mikofonlardan səs fayllarını daxil etmək və səsləndirmək üçün istifadə olunur.

Multimedianın istifadə oblastı aşağıdakılardır:

· Kompüter texnologiyalarından istifadə etməklə öyrətmə;

· Informasiya və reklam xidməti;

· əyləncə, oyun, real virtual sistem;



Mutlimedik aparat vasitələri özü də iki hissəyə bölünür: əsas aparat vasitələri və xüsusi aparat vasitələri.

Əsas aparaı vasitələrinə - minimum olaraq takt tezliyi 100-200 MHz, əməliyyat yaddaşı 8-64 Mbayt, sərt diski 1-2 Qbaytlıq, manipulyator, stereogücləndiriciləri və SVGA videoadapterləri olan kompüter daxildir.

Xüsusi aparat vasitələrinə - CD ROM, TV-Tyuner, qrafik akselerator (gücləndirici), videotəsvir plataları və digər akuslik aparatları aid etmək olar.

Multimedik proqram vasitələrinə - ensiklopediyalar, bütün fənlər üzrə interaktiv kurslar, oyunlar, elektron prezentasiyalar, satış reklam vasitələri, İnternet trinajorları və s. daxildir.

Multimedia əlavələrinin yaradılması vasitələrinə - videotəsvir redaktorlarını, peşəkar qrafik redaktorları, səsli informasiyanın yazılması üçün istifadə olunan vasitələri və s. aid etmək olar.

Multimedia texnologiyasına aşağıdakıları aid etmək olar:

Televiziya qəbulu - televiziya siqnallarının kompüter monitoruna ötürülməsi

Annimasiya - hərəkətdə olan obrazların və ya şəkillərin ardıcıl göstərilməsi

Səsli effektlər - musiqi alətlərinin səsləndirilməsinin, musiqi fraqmentlərinin, təbiət səslərinin saxlanılması.

Üçqat qrafika (3D) - qrafikin təkcə uzununa və eninə deyil, həmdə dərinliyinə görə təsvir edilməsi aiddir.


Yüklə 30,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə