1
BĐRLƏŞMĐŞ MĐLLƏTLƏR TƏŞKĐLATINDA ĐSLAHAT
Ban Ki-munun rəhbərliyi altında
Daha firavan dünya üçün gücləndirilmiş Birləşmiş Millətlər Təşkilatı
Hər gün, humanitar böhran, insan hüquqları pozuntuları, silahlı münaqişələr, səhiyyə və
ətraf mühit problemlərinin də daxil olduğu getdikcə artan yeni təhlükələr ilə qarşılaşırıq
və bu buzə daha güclü Birləşmiş Millətlər Təşkilatına olan ehtiyac barədə xatırladırlar.
Bəzən Birləşmiş Millətlər Təşkilatından bir çox insanlar üçün daha çox işlər görmək tələb
olunur. Mən iyirmi birinci əsrdə möhkəm yerini tutmuş güclənmiş və səmərəli, fəaliyyətdə
olan, aydın və məsul Birləşmiş Millətlərə yeni həyat verməkdə və ona olan yenilənmiş
inam əldə etməkdə qətiyyətliyəm. Baş Katib Ban Ki-mun
ĐSLAHAT ƏSAS PRĐORĐTET KĐMĐ
21-ci əsrdə dünya əhalisi üçün təşkilatın əhəmiyyət və səmərəliliyinin artırılması,
Birləşmiş Millətlər Təşkilatının islahatı Üzv Dövlətlər üçün prioritet məsələlərdən biridir.
2005-ci ildə Dünya Sammitində
http://www.un.org/summit2005/
dünya liderləri
dövrümüzdə baş verən qlobal problemlərə daha effektiv və sürətli cavabı təmin edən daha
çox səlahiyyət və qüvvəyə malik olan gücləndirilmiş Birləşmiş Millətlər Təşkilatının
yaradılmasına olan öhdəliklərini bir daha təsdiq etdilər. Dünyanın hər bir tərəfində təcili
qlobal məsələlər ilə məşğul olduğunu nəzərə alaraq yenilənmiş, canlandmış və daha
məsuliyyətli Birləşmiş Millətlər Təşkilatına daha çox ehtiyac var.
2008-ci
il
yanvar
ayında,
Baş
Katib
Ban
Ki-mun
http://www.un.org/ga/president/62/issues/reform.shtml
Üzv
Dövlətlərin
və
onların
əhalisinin 21-ci əsrdə qarşılaşdıqları təhlükələri aradan qaldırmaq üçün Birləşmiş Millətlər
Təşkilatının inkişafa ehtiyac duyulan sahələrini qeyd etdi. Ətraf mühit, ictimai səhiyyə və
insan təhlükəsizliyi sahəsində dünya heç bir sərhəd tanımayan təhlükə və çətinliklərlə
üzləşir. Lakin, mahiyyət etibarı ilə bu çətinliklər eyni zamanda, Dövlətlər, digər qurum və
vətəndaş cəmiyyəti və özəl sektor kimi iştirakçıların kollektiv fəaliyyəti üçün şəraiti
genişləndirir və bununla BMT-nin ümumi məqsədlərə nail olması üçün birgə fəaliyyət
mərkəzi olmasına imkan verir. BMT yalnız effektiv və səmərəli olduğu halda insanlar
üçün əhəmiyyət kəsb edir. Buna görə də, insanların həyatının daha təhlükəsiz, sağlam,
tərəqqili və qorxu və ədalətsizlikdən azad olması üçün real nəticələr əldə etmək prioritet
olmalıdır. Sonda, bu sahələrdə inkişaf bütün tərəflərin bir-birinə tam cavabdeh olduğu
halda təmin edilə bilər. Təşkilatın gücləndirilməsi Üzv Dövlətlərin, BMT-nin yüksək
rütbəli məsul şəxslərinin, işçi heyətinin və digərlərin birgə fəaliyyətini tələb edir. Üzv
dövlətlər Nizamnamədə təsis olunmuş orqanların səlahiyyətinə düşən bir sıra məsələləri
müzakirə edirlər. Baş Katib Üzv Dövlətlərlə məsləhətləşmə əsasında effektiv, mühüm və
cavabdeh BMT-nin bu günün və sabahın təhlükələrinə cavab verə bilməsini təmin etmək
üçün getdikcə irəliləyir. Bu cəhdlər əlavə məlumatlarla əlaqə linki aşağıda qeyd edilmişdir.
2
ĐNKĐŞAF SAHƏSĐNDƏ ÇAĞIRIŞLARA QARŞI ĐRƏLĐLƏMƏK
Baş Katib və Üzv Dövlətlər yoxsulluğa qarşı mübarizə və BMT-nin inkişaf sütununun
gücləndirilməsinə olan ehtiyacı vurğuladılar. 2005-ci il Dünya Sammiti, xüsusilə Minilliyin
Sammitinin inkişaf barədə fikirlərini formalaşdırılmasında və Minilliyin Đnkişaf
Məqsədlərinin (MĐM
http://www.un.org/millenniumgoals/
) ayrılmaz tərkib hissəsi olduğu
beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinin daxil olduğu ümumi inkişaf
məqsədləri üzrə razılığa gəlməkdə mühüm BMT sammit və konfranslarının mühüm rolunu
qeyd etdi. Yekun BMT Đnkişaf Gündəliyi hər bir kəs üçün inkişafa nail olmağa vəd verir.
BMT-nin inkişaf sütunu bu vədə əməl etmək üçün güclü olmalıdır.
Dünyanın ən kasıb əhalisinin ehtiyaclarının ödənilməsi
“Biz Minilliyin Đnkişaf Məqsədlərinə nail olmaq üçün təyin edilən müddətin tam
ortasındayıq. Güclü və davamlı səylər hazırkı mərhələdə bizim böyük cəhdlərimizin
müvəffəqiyyət və uğursuzluq arasında böyük fərq anlamını ala bilər”
2000-ci ildə Üzv Dövlətlər tərəfindən razılaşdırılmış Minilliyin Đnkişaf Məqsədləri
(MĐM)
http://www.un.org/millenniumgoals/ci
dünyanın əsas inkişaf çətinliklərinə
yönələn ən inamlı beynəlxalq öhdəçiliklərdir. Baş Katib bu məqsədlərin həyata
keçirilməsinə nail olmaq üçün cəhdlərin ikiqat artırılmasına çağırmışdır.
Bu məqsədlərə nail olmaq üçün inkişaf qeyri-müntəzəm olaraq qalır. Xüsusilə, az
inkişaf etmiş ölkələrin sayının çox olduğu Afrika bu inkişaf yolundan kənarda
qalır.
Bu problemlərin aradan qaldırılması məqsədilə Baş Katib 2007-ci ilin sentyabr
ayında
Minilliyin
Đnkişaf
Məqsədləri
Afrika
Təşkilati
Komitəsi
http://www.un.org/apps/news/story.asp?NewsID=23809&Cr=millennium&Cr1=de
velopment
formasında yeni əməkdaşlıq vasitəsinin başlanğıcını qoydu. Đlk dəfə
BMT, Dünya Bankı
http://www.worldbank.org/
və Beynəlxalq Valyuta Fondunun
http://www.imf.org/external/index.htm
rəhbərliyi, Afrika Birliyi, Afrika Đnkişaf
Bankı, Avropa Komissiyası, Đslam Đnkişaf Bankı və Đqtisadi Əməkdaşlıq və Đnkişaf
Təşkilatının Đnkişafa Yardım Komitəsinin mövcud öhdəliklər vasitəsi ilə Afrikada
xüsusi ehtiyacların araşdırılması və bu qitədə MĐM-ə çatma yollarını
sürətləndirməsi məqsədilə bir yerə toplaşmışdırlar.
Təşkilati Komitə səylərini üç əsas sahədə birləşdirmək qərarına gəldi:
i) Səhiyyə, təhsil, infrastruktur, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, eyni zamanda,
statistika sistemində öhdəliklərin yerinə yetirilməsi üçün effektiv mexanizmlərin
müəyyənləşdirilmədi
ii) Afrika hökumətlərinə əlavə xəstəxanalar, məktəblər, həmçinin səhiyyə sahəsində
işçi qüvvəsi üçün uzunmüddətli planlar yaratmaq üçün proqnozlaşdırmanın inkişafı.
iii) Ölkə səviyyəsində birgə səylər arasında sinerjinin yaradılması və gücləndirilməsi
3
Baş Katibin Müavininin sədrlik etdiyi və BMT sisteminin və digər çoxtərəfli
təşkilatların nümayəndələrindən ibarət olan MĐM Afrika Đşçi Qrupu MĐM Afrika
Təşkilati Komitəsinə yardımı davam edəcək.
MĐM-lərə nail olmaq üçün təkan əldə etmək məqsədi ilə oxşar cəhdlərin davamı
olaraq Baş Katib, Baş Assambleyanın Prezidenti ilə birgə 25 sentyabr 2008-ci il
tarixində Yüksək Səviyyəli Tədbir (YST) təşkil edəcək. YST, mövcud inkişaf
öhdəlikləri və razılaşdırılmış inkişaf məqsədlərinə nail olunmasına yardım üçün
inkişaf əməkdaşlığının səmərəliliyi üzrə 2008-ci il mühüm hadisələr təqviminin
əsas hissəsini təşkil edəcək. Bundan əlavə, bu öhdəliklərin həyata keçirilməsi üzrə
əməli addımları göstərmək üçün dünya liderlərinin forumu olacaq. Dünya
liderlərindən, onların konkret planları və fəaliyyəti barədə məlumat almaqla, YST
bu sahədə tədbirlərin həyata keçirilməsini və davam etdirilməsini sürətləndirəcək.
Baş Assambleyada
www.un.org/ga
və Đqtisadi və Sosial Şuranın (ECOSOC)
www.un.org/ecosoc/
funksional komissiyalarında dövlətlər arası proseslər vasitəsi
ilə BMT konfranslarının həyata keçirilməsi və onların nəticələrinin izlənilməsi
fəaliyyətin əsas istiqaməti kimi davam edəcək. ECOSOC 2008-ci ildə Đllik Nazirlər
səviyyəsində Müzakirədə (ĐNM) davamlı inkişafı nəzərdə tutan 7-ci MĐM-ə xüsusi
diqqət verəcək.
Buna əlavə olaraq, Katiblik, 62-ci Baş Assambleyanın (A/RES/62/203) qərarının
davamı olaraq, Nisbətən Az Đnkişaf Etmiş ölkələr üzrə Birləşmiş Millətlər
Təşkilatının dördüncü Konfransı üçün üsullar və hazırlıq prosesləri də daxil
olmaqla bələdçi plan hazırlayacaq.
Baş Katib, eyni zamanda, Katibliyi dünyanın ən yoxsul əhalisinin, yerli və qlobal
səviyyədə iqtisadi inkişaf nəticəsində kənarlaşdırılan “ən aşağı yoxsulluq
səviyyəsində yaşayan milyard”-ın ehtiyacları üzrə fəaliyyətə daha çox diqqət
yetirməyə çağırmışdır.
Beynəlxalq inkişaf məqsədlərinə çatmaqda liderliyin təmin olunması
“Dinc və ədalətli dünyanın yaradılması üçün iqtisadi və sosial inkişafa heç bir alternativ
yoxdur. BMT sisteminin nəcib missiyasının effektiv yerinə yetirməsi üçün Təşkilatın inkişaf
sütununun möhkəm olması vacibdir ”
MĐM-ləri və daha geniş mənada inkişafa nail olmaq üçün BMT-nin aparıcı rol oynamasını
təmin etmək üçün təşkilatın səmərəliliyi artırılmalıdır.
BMT Katibliyinin Đqtisadi, sosial və davamlı inkişaf üzrə işlərinə öhdəliyi və Baş
Assambleyanın 62/236 nömrəli qətnaməsinə əsasən, Baş Katib Üzv Dövlətlərə
BMT Katibliyinin inkişaf fəaliyyəti üzrə mandatın effektiv və səmərəli
istifadəsinin daha da yaxşılaşdırmaq üçün təkliflər vermişdir. Baş Katibin təklifinə
Đqtisadi və Sosial Məsələlər üzrə Departament
http://www.un.org/esa/desa/
, BMT
Ticarət və Đnkişaf üzrə Konfransı
http://www.unctad.org/,
BMT Regional
Komissiyaları
http://www.un.org/Depts/rcnyo/newsletter/home.htm
və Đnkişaf üzrə
Hesablama
http://www.un.org/esa/devaccount/
daxildir. Assambleya həmçinin, Baş
Katibdən xahiş etmişdir ki, Đnkişaf etməkdə olan, dənizə çıxışı olmayan və kiçik
ada dövlətləri üzrə Ali Nümayəndənin ofisinin
http://www.un.org/ohrlls/
mandatını
4
dəstəkləmək üçün bütün mənbələrdən uyğun resursların səfərbər edilməsini xahiş
etmişdir.
Bu təcrübə hazırda həyata keçirilən BMT-nin inkişaf məqsədləri üzrə liderliyinin
gücləndirmə cəhdləri ilə uyğun gəlir:
i) Təsisatı və proqram səviyyələrində biliklərin, səmərəlilik, uyğunlaşma və
təsirin artırılması
ii) Geniş BMT sistemində inkişaf fəaliyyətləri arasında sinerjinin yaradılması
iii) BMT-nin üç əsas fəaliyyət sahələri olan inkişaf, sülh və təhlükəsizlik, və
insan hüquqları üzrə əlaqənin möhkəmləndirilməsi
iv) BMT-nin inkişaf profilini daha da gücləndirmək üçün əsas iştirakçıların və
ictimai informasiya fəaliyyətinin daha da möhkəmləndirilməsi. Bu cəhdlər
BMT-nin 21-ci əsrin ehtiyac və problemlərinin öhdəsindən daha effektiv
gəlməsi üçün mövqeyinin daha da yaxşılaşdırılması ilə nəticələnəcək.
MĐM-lərinə çatmaq Baş Katibin gündəliyində əsas yerlərdən birini tutmaqda davam
edəcək.
Yoxsulluq, qloballaşdırma, ətraf mühitin deqradasiyası və iqlim dəyişikliyinin təsiri
ədalətli və hərtərəfli sosial və iqtisadi inkişaf, eyni zamanda qadınların, əlil
insanların və yerli əhali üçü həssas olan məsələlərə qarşı tədbirlərin görülməsi üzrə
BMT fəaliyyətinin əsas hissəsi olaraq qalacaq.
Đqlim dəyişikliyi
http://www.un.org/climatechange
hazırkı dövrümüzün əsas
problemlərindən biridir. BMT Kyoto protokolunun qüvvədən düşməsinə qədər
2012-ci ilə qədər olan müddətdə, iqlim dəyişikliyi təhlükəsinə qarşı hərtərəfli
qlobal çərçivə yaratmaq məqsədini güdür. BMT hələ də bu sahədə lider olaraq qalır.
Baş Katib bütün BMT qurumlarının karbon neytral və Kyoto Protokoluna
uyğunlaşma fonduna sərmayənin yatırılacağı barədə məlumat vermişdir.
Ana və uşaq sağlamlığının, HIV/AIDS və Quş Qripi daxil olmaqla ictimai səhiyyə
nəhəng çətinliklərə səbəb olur. Səhiyyəyə sərmayənin yatırılması iqtisadi inkişaf,
insan inkişafı və qlobal təhlükəsizliyin təməl daşıdır. Son zamanlar maliyyə və
insan resurslarının qlobal səhiyyə fəaliyyətinə geniş şəkildə yönəldilməsinin
səmərəli olması məqsədi ilə uyğun fəaliyyət növlərinin inkişafı üçün cəhdlər
ediləcək.
Baş Katib daha zəif ölkələrin maraqlarına və ehtiyaclarına daha əlaqəli şəkildə
xidmət etməsi üçün Katibliyin fəaliyyətinin səmərəliliyinin artırılması niyyətini
göstərmişdir. Burada, iqtisadi, sosial və ətraf mühit məsələlərinin inkişaf, sülh və
təhlükəsizliyə əsas hədə olduğu Afrika, Đnkişaf etməkdə olan, dənizə çıxışı olmayan
və kiçik ada dövlətləri daxil olmaqla xüsusi ehtiyacları olan ölkələrdə daha çox
diqqət yönələcəkdir.
Đnkişaf etməkdə olan ölkələrdə regional və hökumətlər arası səviyyədə inkişaf və
iqtisadi əməkdaşlığın regional ölçüsü BMT-nin fəaliyyətində xüsusi yer tutacaq.
UNCTAD XII Konfransı
http://www.unctadxii.org/en/
və Đnkişaf üçün
Maliyyələşdirmə Konfransı
http://www.un.org/esa/ffd
da daxil olmaqla, xüsusilə,
maliyyə, inkişafa yardım və kredit, ticarət və gəlir, investisiya və texnologiya ilə
əlaqədar inkişaf üzrə keçiriləcək mühüm BMT konfrans və tədbirlərinin əksəriyyəti
BMT inkişaf gündəliyini daha da möhkəmləndirəcək.
Baş Katibin Müavininin Đnkişaf Gündəliyi üzrə Məsləhətləri BMT Đnkişaf
Gündəliyinin tərtib edilməsi və Təşkilatın inkişaf sütununu gücləndirilməsi üçün
5
əlaqələndirilmiş cəhdlərə yardımı davam etdirəcək. Đcraçı Komitələrə yenidən
baxışın bir hissəsi kimi, Đqtisadi və Sosial Məsələlər üzrə Đcraçı Komitənin
effektivliyi gücləndiriləcəkdir.
SÜLH VƏ TƏHLÜKƏSĐZLĐYĐN TƏMĐN OLUNMASI ÜÇÜN BMT SƏYLƏRĐNĐN
GÜCLƏNDĐRĐLMƏSĐ
Baş Katib Birləşmiş Millətlər Təşkilatının münaqişələrin qarşısını alınmasında, sülhün
yaradılması və qorunmasında olan rolunun gücləndirilməsi haqda qərarını ifadə etdi.
Bunlar davam edən proseslərin hissələridir, və bu proseslərə yanaşmalar bütövlük təşkil
etməli, əlaqələndirilməli və anlaşılan olmalıdırlar. BMT-nin preventiv diplomatiyasını və
sabit sülh proseslərini dəstəkləməsi bacarığını möhkəmləndirmək üçün uzunmüddətli
həllərin tapılmasına yardım edəcək və Təşkilatın münaqişə şəraitlərinə effektli təsir
göstərməsi üçün təkan olacaq. Eyni zamanda, Üzv Dövlətlər BMT-nin Qlobal Terrorizmə
qarşı Strategiyasının tətbiqinə yardım etməklə dünya miqyasında terrorizmə qarşı
beynəlxalq müqavimətin formalaşmasına səbəb olacaq.
Sülh əməliyyatlarının sabitləşdirmək və idarə etmək bacarığını gücləndirmək
“Həddindən artıq çox tələb səbəbindən, bizim sistem gərginliklə üzləşib. Biz gələcəkdə
hansı növ sülh əməliyyatlarını görmək istrdik? Bu islahatlar bizə gücləndirilmiş
bacarıqlar, bir yerə cəmlənmiş dəstək, və daha effektiv, şəffaf və məsuliyyətli sistem
tərəfindən üzərimizə düşən tələbləri yerinə yetirilməsi imkanını verəcək.”
BMT tərəfindən təmin olunan sülh
http://www.un.org/Depts/dpko/dpko/
dünya üzrə
milyonlarla insan üçün həyati əhəmiyyət daşıyır. Heç bir başqa çoxmillətli təşkilat
müqayisə edilə biləcək dərəcədə bu qədər mülki və hərbi heyətdən istifadə etmir.
Heç bir ikitərəfli iştirakçı bu həcmdə və belə mürəkkəb sahə əməliyyatlarında
məşğul deyil.
Bu misilsiz çətinliklərin öhdəsindən gəlmək üçün Baş Məclis Baş Katibin Sülh
Qoruma Əməliyyatları Departamentinin (SQƏD) strukturunun dəyişdirilməsi,
döyüş zonalarında qulluq edən işçilərin qəbulu, məsul vəzifələrin təyini və maliyyə
idarə etməsi kimi köməkçi funksiyaların birləşdirilməsi məqsədi ilə Regionlara
Dəstək
Departamentin (RDD) yaradılması təkliflərini qəbul etdi. RDD-nın təsis
edilməsi
http://www.un.org/News/Press/dos/2007/ga10602.doc.htm
resursların daha
effektiv və məsuliyyətli idarə edilməsini, regionlarda fəaliyyətə yardım
tələblərinə
cavab vermə hazırlığını təmin edəcək.
Sülh Qoruma Əməliyyatları Departamenti (SQƏD) missiyanın effektiv idarə
edilməsi, strateji planlaşdırma və siyasi rəhbərlik üzərində diqqəti cəmləşdirəcək, və
regional təşkilatlarla sıx əlaqənin gücləndirilməsini daxil etməklə BMT və qeyri-
BMT iştirakçılarının əməkdaşlığına şərait yaradacaq. SQƏD daxilində Qanunun
Aliliyi və Təhlükəsizlik Đnstitutları, Hərbi Đşlər və Polis kimi əsas sektorlar artıq
gücləndirilmişdir. Yalnız sülh qoruma prosesinin artmasını nəzərə alaraq gələcəkdə
artıq vəsaitlərə ehtiyac olacaq.
6
Sahə təchizatı Departamenti ümumilikdə sistemi və BMT-nin sahə missiyalarını
təchizini daha effektiv loqistika, personal, maliyyə, kommunikasiya və informasiya
texnologiyaları ilə təmin edəcək. Kompleks Əməliyyatlar Qruplarının yaradılması
vasitəsi ilə hər iki Departament birlikdə işləyərək maksimal effektivliyə, məsuliyyət
və şəffaflığı təmin edilməsinə və səylərin ahənginin yaradılmasına köməklik
məqsədilə aydın hesabat və məruzə xətlərinin gücləndirilməsinə nail olacaqlar.
Preventiv diplomatiya, vasitəçilik, sülhməramlılıq və sülhün təmin edilməsi və sülh
yaratma proseslərinin artırılması
“BMT-nin müdaxilə etmək səlahiyyətlərini gücləndirmək – münaqişələrin sonrakı yox daha
erkən mərhələdə həlli – edilə biləcək ən gözəl sərmayəmiz ola bilər”
BMT nəinki sülh razılaşması əldə olunduqdan sonra vəziyyəti sabitləşdirmək üçün hərbi
kontingenti cəbhə boyu yerləşdirməsi səlahiyyətini artırmalıdır, həmdə siyasi üsullarla
münaqişələrin qarşısını almaq və həll etmək bacarığını gücləndirməlidir. Baş Katib,
münaqişələrin geniş və daha çox maliyyə tələb edən fəlakətlərə gətirməzdən əvvəl erkən
mərhələdə qarşısı alınması və həll olunması üçün BMT-ni daha yaxşı təchiz edilməsi və
mövqeyinin yaxşılaşdırılmasını arzulayır.
Bu məqsəd ilə Baş Katib 2007-ci ilin noyabr ayında Siyasi Đşlər Departamentini
gücləndirilməsi və yenidən qurulması haqda təkliflərini açıqladı. Bu təkliflər
planına əsasən departamentin daha mobil və sahə yönümlü, aktiv və effektiv
preventiv diplomatiya vasitələrindən istifadə edən struktura transformasiyası, və
Baş Katibin xoşməramlı vasitəçiliyi də daxildir. Struktur dəyişikliyinin bəzi
elementləri aşağıdakılardır:
- Gücləndirilmiş regional işlər üzrə şöbələri
- Potensial münaqişə ərazilərində yüksək səfərbərlik
- Carı sahə əməliyyatlarının gücləndirilmiş idarə etmə və nəzarəti.
- Üzv Dövlətlərlə aparılan məsləhətləşmələr əsasında, münaqişələrin qarşısını
alınmasında və həllində regional təşkilatlarla və Hökumətlərlə yaxından əməkdaşlıq
edə bilən regional ofislərin tədricən yaradılması
- Potensial problemlərin geniş şəkildə yayılmasından əvvəl müəyyən edilməsi və
vaxtında həll olunması üçün Hökumətlərlə təkmilləşmiş iş imkanı.
Siyasi Đşlər Departamenti çərçivəsində olan Vasitəçiliyə Dəstək Bölüyü artıq
regional şöbələrlə sahələrdə münaqişələrin qarşısını alınması və həll edilməsinə
çalışan BMT-nin sülh elçilərinə yardım məqsədilə birgə işləyir. BMT-nin tam
növbəli “ehtiyat” vasitəçilər komandası 2008-ci ilin mart ayında əməliyyata
başlayıb, və bu komanda bütün dünya üzrə vasitəçilik səylərini ekspert məsləhətləri
ilə təmin edəcək.
Münaqişə şəraitində olan ölkələrə yardım etmək və yenidən qeyri-sabitlik və yeni
müharibə vəziyyətinin qarşısını almaq məqsədi ilə Sülh Qurma Komissiyası (SQK)
http://www.un.org/peace/peacebuilding/
,
onun
Təchizat
Ofisi
http://www.un.org/peace/peacebuilding/pbso.shtml
, və Sülh Qurma Fondu 2005-ci
il Dünya Sammitində Üzv Dövlətlərlə məsləhətləşmə əsasında təsis olunmuşdurş
7
Bunlar Təşkilatın sülhün möhkəmləndirilməsi və idarəetmə və inkişaf, uzun
müddətli stabilliyin təmin olunması üçün təməlin qoyulması üçün sülh
quruculuğunun etibarlı yol olması haqda inamını əks edir.
Sülh Quruluşu Komissiyanın nəzarəti altında olan iki ölkə Burundi və Sierra Leone
yeni işlərin açılması, səmərəli idarəçilik, qanunun üstünlüyü, demokratiyanın
möhkəmləndirilməsi və təhlükəsizlik sektorunda islahatları prioritet sahələr kimi
müəyyən etmişlər. 2007-ci ildə Qvineya-Bisau üçüncü ölkə oldu ki, SQK tərəfindən
Təhlükəsizlik
Şurasının
dəstəyi
ilə
gündəliyə
salındı.
http://www.un.org/Nesws/Press/docs/2008/pbc28.doc.htm/
BMT-nin Demokratiya Fondu (UNDEF)
http://www.un.org/democracyfund/
yeni
və bərpa olunmuş demokratiyaları gücləndirmək və irəliyə çəkmək məqsədini
daşıyan layihələri qrantlarla mükafatlandırır. 62 milyon ABŞ dollarına malik olan
Fond BMT-nin uyğun olan departamentləri, bölmələri, fondları, proqramları və
agentlikləri daxil olmaqla, hökumət, qeyri-hökumət, milli, regional, beynəlxalq
təşkilatlara dəstək göstərir. 2006-cı ildə layihə seçiminin və vəsaitlərin
ödənilməsinin birinci mərhələsində, Baş Katib əsasən Afrikanın aşağı Saxara
bölgəsinə həsr olunmuş ümumi dəyəri 36 milyon ABŞ dolları olan 125 layihə təsdiq
etmişdir. Đkinci mərhələ üçün sənəd qəbulu 2007-ci ilin axırında elan olunmuşdur.
http://www.un.org/democracyfund/XLatestUpdate.htm
.
Məsləhət
olunmuş
layihələrin siyahısını nəzərdən keçirmək üçün BMT-nin Demokratiya Fondunun
(UNDEF) Məşvərətçi Şurasının görüşü 2008-ci ilin mart ayında keçirildi.
Dostları ilə paylaş: |