Ci illərdəki loqotipi 2001-2006-cı illərdəki loqotipi



Yüklə 0,63 Mb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü0,63 Mb.
#40223
  1   2   3
referat 2387
TAM VERSİYA DİPLOM, TAM VERSİYA DİPLOM








1992-2001-ci illərdəki loqotipi

2001-2006-cı illərdəki loqotipi







2006-2012-ci illərdəki loqotipi

2012-ci ildən istifadə etdiyi loqotip
W I N D O W S

W indows əməliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən yaradılmışdır. Dünyada ən çox istifadə edilən əməliyyat sistemidir. Microsoftun ilk əməliyyat sistemi olan MS-DOS-dan fərqli olaraq Windows-da eyni anda bir çox əməliyyatı yerinə yetirmək mümkündür. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompyuterlər üçün standarta çevrildi. Windows – müasir kompyuterlərin istifadəsində yeni imkanlar açan bir sistemdir, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.

Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində manitorun ekranı "işçi masa" kimi təqdim olunur ki, bu masada həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər. Hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur.

İnteqrasiya mühiti üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.

Microsoft müntəzəm olaraq yaranan problemləri aradan qaldıran və yeni imkanlar yaradan yeniləmə paketləri yaradır. İlk belə paket Gold/SPO-dur və o öz əhəmiyətini artıq 2004-cü ildə itirmişdir. Bundan sonra 9 sentyabr 2002-ci ildə Service Pack1 yaradıldı və onun imkanları daha genişləndirildi. Bu paket USB2.0 və bir çox məlumatların mubadiləsinə imkan yaradan proqramlarla dəstəklənirdi.

6 avqust 2004-cü ildə daha da inkişaf etdirilmiş, Service Pack2 yaradıldı və ilk dəfə olaraq WI-FI dəstəyi əlavə olundu. Service Pack 2 istifadə olunması üçün sərt diskdə 1.8QB yer ayrılmalıdır.

2007-ci ildə isə artıq Service Pack 3 yaradıldı və istifadəyə verildi. Microsoft Windows ailəsinin son üzvü 26 Oktyabr 2012-ci ildə bazara çıxan Windows 8-dir.

Windows əməliyyat sistemlərinin üstün cəhətləri:


  • Yüksək etibarlılığı və asan idarə olunması.

  • Aparat vasitələrinin yoxlanması.

  • İnternetə böyük daxili inteqrasiya.

  • İstifadənin yüngüllüyü və rahatlığı.

  • Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.

  • Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s.

  • Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange).

  • Multimediya prinsipini saxlayır. Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.










Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə