89
AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT TƏDRİSİ
2021, № 2 (268), 89-96
D İ L Ç İ L İ K: Q R A M M A T İ K A
Türk dillərinin tarixi sintaksisi
Ramil Zeynalov
Sumqayıt Dövlət Universiteti, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının
dissertantı. Azərbaycan. E-mail: ramilzeynalov1982@gmail.com
https://orcid.org/0000-0002-4669-1201
XÜLASƏ
Müstəqillik əldə edildikdən sonra ölkəmizdə dilçilik
sahəsində bir sıra uğurlar əldə edilib ki, bunlardan biri
də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin
Azərbaycan dilinə tərcümə edilməsidir. Bu tərcümədən
sonra
türkoloji
araşdırmaların
mərkəzi
olan
Azərbaycanda bu fundamental lüğətin araşdırılmasına
və ciddi əsərlər yazılmağa başlandı. Türk dillərinin
tarixi sintaksisini araşdıraraq onun inkişaf yolunu
izləmək üçün əsərdə işlənən atalar sözü və məsəllərin
mühüm əhəmiyyəti vardır. Bu nümunələrin sintaktik
xüsusiyyətlərinin araşdırılması Azərbaycan dilçiliyi ilə
yanaşı, türkoloji dilçilik üçün də mühüm faktların
meydana çıxarılmasına şərait yaratmışdır. Əsərdə atalar
sözü və məsəllərdə işlədilən söz birləşmələrinin
növlərini və bu birləşmələrə aid sözlər arasındakı
sintaktik əlaqələrin (yanaşma, idarə, uzlaşma) müasir
Azərbaycan dili ilə müqayisəsini vermək türk
dillərində, o cümlədən Azərbaycan dilində bu tip
birləşmələrin tarixi inkişafını öyrənmək baxımından
olduqca mühüm materiallar verir.
AÇAR SÖZLƏR
sintaksis, dilçilik,
M.Kaşğari, türk dilləri
MƏQALƏ TARİXÇƏSİ
göndərilib: 06.04.2021
qəbul edilib: 16.04.2021
MƏQALƏNİ ÇAPA
MƏSLƏHƏT BİLƏN
Dostları ilə paylaş: |