Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) XÜÇ (xroniki ürək çatışmazlığı) zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?



Yüklə 1,49 Mb.
səhifə17/25
tarix10.12.2016
ölçüsü1,49 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

1061) XÜÇ (xroniki ürək çatışmazlığı) zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?
A) Tredmil test

B) Rentgenoloji müayinə

C) Sutkalıq EKQ monitorlama müayinəsi

D) EKQ


E) Doppler ExoKQ
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
1062) Kəskin sol mədəcik çatışmazlığında hansı diuretikin istifadəsi daha məqsədəuyğundur?
A) Furosemid

B) İndapamid

C) Diakarb

D) Veroşpiron

E) Mannitol
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
1063) Mitral stenoz zamanı protodiastolik küyün yaranma səbəbi hansıdır?
A) Mitral requrgitasiya

B) Səyrici aritmiya

C) Qulaqcıqların aktiv sistolası

D) Aortal requrgitasiya

E) “Sol mədəcik – sol qulaqcıq” təzyiq qradiyentinin artması
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
1064) Ürəyin dəqiqəlik həcmi nədir?
A) Ürək vurğularının sayının nəbz təzyiqinə hasili

B) Ürək vurğularının sayının arterial təzyiqə hasili

C) Bir dəqiqədə ürək vurğularının sayının sistola vaxtı qovulan qanın miqdarına nisbəti

D) Bir dəqiqədə ürək vurğularının sayının sistola vaxtı qovulan qanın miqdarına hasili

E) Ürək vurğularının atma fraksiyasına (AF) nisbəti
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1065) Anasarka nədir?
A) Sifətdə ödemin olması

B) Qarın boşluğunda mayenin olması

C) Bütün toxuma və boşluqların ödemi

D) Perikardda mayenin olması

E) Plevra boşluğunda mayenin olması
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1066) XÜÇ-də (xroniki ürək çatışmazlığı) ən çox təsadüf edilən şikayət hansıdır?
A) Ürək ağrısı

B) Yuxusuzluq

C) Öskürək

D) Başgicəllənmə

E) Təngnəfəslik
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1067) Sol mədəciyin struktur və həndəsi formasının dəyişməsi necə adlanır?
A) Keylşmə

B) "cor bovinum"

C) Dilatasiya

D) Yuxulu miokard

E) Remodelləşmə
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
1068) β-blokatorlar hansı sinif antiaritmik preparatlara aiddir?
A) V qrup

B) IV qrup

C) I qrup

D) III qrup

E) II qrup
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
1069) Amiodaron hansı sinif antiaritmik preparatlara aiddir?
A) II qrup

B) V qrup

C) III qrup

D) I qrup

E) IV qrup
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
1070) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?
A) 50 - 60 mq

B) 30 - 40 mq

C) 400 mq və daha çox

D) 80 - 200 mq

E) 10 - 20 mq
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
1071) Aşağıdakı preparatlardan hansı III-cü sinif antiaritmik preparatlara aiddir?
A) Esmolol

B) Propafenon

C) Sotalol

D) Ropranolol

E) Metoprolol
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
1072) Miokard infarktı keçirmiş xəstələrdə ikincili infarkt və qəfləti ölüm hallarının qarşısını alan preparat hansıdır?
A) Prokainamid

B) Propranolol

C) Amiodaron

D) Xinidin

E) Flekainid
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1073) Xəstəxanadan kənar pnevmoniyalı xəstənin intensiv terapiya blokunda müalicəsinə göstəriş hansıdır?
A) Hərarətin normadan artıq olması

B) Vazopressorlarla müalicəyə ehtiyac olan septiki şok vəziyyəti

C) Tənəffüsün sayının < 30 olması

D) leykositoz

E) 1 payın zədələnməsi
Ədəbiyyat: Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
1074) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən qısa müddətli təsirə malik beta 2 aqonistlərə hansı aiddir?
A) Salbutamol

B) Natri kromolin

C) Flutikazon

D) Salmeterol

E) Formoterol
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
1075) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən antixolinergik preparat hansıdır?
A) İpratropium bromid

B) Terbutalin

C) Montelukast

D) Aminofillin

E) Fenoterol
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
1076) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən teofillin qrup preparata hansı aiddir?
A) Aminofillin

B) Oksitropium bromid

C) Beklometazon

D) Budesonid

E) Metilprednizolon
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
1077) Kəskin işemik insult keçirən arterial hipertenziyalı xəstələrdə uzun müddətli antihipertenziv müalicə nə zaman başlanılmalıdır?
A) Xəstəliyin başlanmasından 24 saat sonra

B) Xəstəlik başlayandan 4 - 5 gün sonra

C) Uzun müddətli antihipertenziv müalicəyə ehtiyac yoxdur, yalnız arterial təzyiq yüksələn zaman qısa təsirli preparatlardan istifadə etmək lazımdır.

D) Xəstəlik başlayan andan

E) Xəstəliyin başlanmasından 3 gün sonra
Ədəbiyyat: İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
1078) Kəskin koronar sindrom zamanı opioidlər ağrını aradan qaldırmazsa, hansı preparatın istifadəsi məsləhət görülür?
A) Xəstənin nitrosorbiti dil altına qoyub sorması yaxud çeynəməsi

B) 250 mq aspirin çeynəmək

C) Oksigen verilməsi

D) Vena daxilinə nitratların yeridilməsi

E) Daxilə beta adrenoblokator təyin etmək
Ədəbiyyat: Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol. Bakı, 2009
1079) Mədəciklərin asistoliyası zamanı hansı tədbirlərin görülməsi məsləhətdir?
A) V/dax. kordaron infuziyası

B) V/dax. dopamin infuziyası

C) V/dax. mezaton yeridilməsi

D) V/dax. atropin, adrenalin yeridilməsi və elektrik stimulyasiyası

E) V/dax. lidokain yeridilməsi
Ədəbiyyat: Диагностика и лечение больных острым инфарктом миокарда с подьемом сегмента ST электрокардиограммы. Российские рекомендации, Москва 2007.
1080) EKQ-də ST seqmentinin elevasiyası olmayan miokard infarktının müalicəsində aşağıdakı hansı preparatın istifadəsi məsləhət görülmür?
A) Nitratların

B) Trombolitiklərin

C) Aspirinin

D) Klopidoqrelin

E) ß adrenoblokatorların
Ədəbiyyat: Рекомендации по лечению острого коронарного синдрома без стойкого подьема сегмента ST на ЭКГ. Российские рекомендации, Москва 2010.
1081) Hamiləlik dövründə arterial təzyiqi tez aşağı salmaq üçün hansı preparatın istifadəsi məsləhətdir?
A) Anaprilini çeynəmək yaxud sormaq

B) Nifedipini daxilə qəbul etmək

C) Papaverini v/dax. yeritmək

D) Kaptoprili çeynəmək yaxud sormaq

E) Laziksi v/dax vurmaq
Ədəbiyyat: Диагностика и лечение артериальной гипертензии у беременных. Проект рекомендаций. Москва 2010.
1082) Hamiləlik zamanı arterial hipertenziya fonunda ağciyərlərin ödemi əmələ gələrsə, seçim preparatı hansıdır?
A) Nitroqliserin dil altına bir neçə dəfə

B) Kaptoprili çeynəmək yaxud sormaq

C) MgSO4 v/dax

D) Nitroqliserin v/dax. damcı ilə

E) Nifedipini sormaq yaxud çeynəmək
Ədəbiyyat: Диагностика и лечение артериальной гипертензии у беременных. Проект рекомендаций. Москва 2010.
1083) Anafilaktik şokun ilkin əlamətləri qeyd edilən zaman seçim preparatı hansıdır?
A) Na tiosulfat

B) Kalsi glükonat

C) Tavegil

D) Dimedrol

E) Adrenalin
Ədəbiyyat: Anafilaktik şok üzrə klinik protokol. Bakı, 2009.
1084) Atrio-ventrikulyar blokadalı xəstədə Morqani-Adams-Stoks tutması baş verərsə, hansı tədbirin görülməsi məsləhətdir ?
A) Mezaton inyeksiyası

B) Dopamin infuziyası

C) İzoptin v/dax.

D) Ürəyin elektrostimulyasiyası

E) Adrenalin inyeksiyası
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1085) "Kəskin qarın" zamanı həkim taktikası necə olmalıdır?
A) Təcili hospitalizasiya

B) Narkotiklərdən istifadə etmək

C) Xəstəni imalə etmək

D) İşlədici preparatlar istifadə etmək

E) Ağrıkəsicilər vurmaq
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1086) Kəskin pankreatit zamanı aşağıdakılardan hansı məsləhət görülmür?
A) 2 - 3 gün ərzində aclıq

B) Papaverin hidroxlorid

C) Qarın nahiyyəsinə soyuq qoyulması

D) Atropin sulfat

E) Morfi istifadə edilməsi
Ədəbiyyat: Мартынов А.А. Диагностика и терапия неотложных состояний в клинике внутренних болезней. 2000 г.
1087) Aşağıdakılardan hansı qlikozid intoksikasiyasının əlamətinə aid deyil?
A) Ekstrasistoliya

B) Ürəkbulanma, qusma

C) Əşyaların sarı yaxud qırmızı rəngdə görünməsi

D) Atrio-ventrikulyar blokada

E) PQ intervalının qısalması
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1088) Mədə - bağırsaq traktının parezi zamanı məsləhət görülmür:
A) Mədənin 5 % - li Na bikarbonat məhlulu ilə yuyulması

B) Serukal

C) Prozerinin ə/dax yaxud d/altı istifadəsi

D) Domperidon

E) Narkotik analgetiklərin istifadə edilməsi
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1089) Feoxromositoma mənşəli hipertonik krizlərdə aşağıdakılardan hansının istifadəsi məsləhət görülür:
A) Qanqloblokatorların

B) Aminazinin

C) ß - adrenoblokatorların

D) MgSO4


E) Fentolamin, tropafen
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1090) Anafilaktik şokun müalicəsində 2-ci sıra preparatlara hansı aiddir?
A) Adrenalin

B) İnfuzion terapiya

C) Aminofillin

D) Antihistamin preparatları

E) Qlükokortikoidlər
Ədəbiyyat: Anafilaktik şok üzrə klinik protokol. Bakı, 2009.
1091) Qaraciyərüstü sarılığa nə aiddir?
A) Birləşmiş bilirubinin və qələvi fosfatasanın artması

B) Qanda sərbəst bilirubinin artması

C) Birləşmiş və sərbəst bilirubinin ganda artması

D) Qanda retikulositlərin asalması

E) Qanda birləşmiş bilirubinin artması
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1092) Sümük iliyində hansı hüceyrə qrupları qeyd olunur?
A) Leykopoezə aid hüceyrələr gruppu

B) Eritropoezə və trombopoezə aid hüceyrə gruppu

C) Retikulyar stromanın hüceyrələr qruppu və qanyaradacı hüceyrələr qruppu

D) Eritropoezə aid hüceyrələr gruppu

E) Qanyaradacı hüceyrələr gruppu
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1, М.1985 г.
1093) Sümük iliyin parenximasının dənəli sıranın birincili hüceyrələr necə adlanır?
A) Promielositlər

B) Metamielositlər

C) Mielositlər

D) Leykositlər

E) Mieloblastlar
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1М., 1985 г.
1094) Eritroid xəttin morfoloji tərəfdən müəyyən olunan birinci hüceyrəsi necə adlanır?
A) Normosit

B) Retikulosit

C) Eritrosit

D) Pronormosit

E) Eritroblast
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1, 1985 г.
1095) Qranulositlərin ən axırıncı bölünən hüceyrəsi hansıdır?
A) Promielosit

B) Seqmentnüvəli qranulosit

C) Mielosit

D) Metamielosit

E) Çübuqnüvəli qranulosit
Ədəbiyyat: А.И.Воробъев.Руководство погематологии, т.1, 1985 г.
1096) Toxumaların oksigenə yüksək tələbətı nəyə səbəb olur?
A) Leykositlərin qanda artmasına

B) Eritropoetinin yaranmasına

C) Qanın pH - in dəyişilməsinə

D) Retikulositopeniyaya

E) Qanın gatılaşmasına
Ədəbiyyat: А.И.Воробъев, Руководство по гематологии, т. 1,1985 г.
1097) Sümük iliyin səviyyəsində trombosit yetişən zaman hansı hüceyrədən ayrılır?
A) Normositdən

B) Promegakariositdən

C) Meqakariositdən

D) Meqakarioblastdan

E) Pronormositdən
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1098) Eritrositlərin diametri normada nə qədərdir?
A) 8, 5 - 9, 0 mkm

B) 4, 5 - 5, 5

C) 6, 0 - 7, 0 mkm

D) 7, 5 - 8, 0 mkm

E) 5 ,0 - 6, 0 mkm
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1099) Bağırsağın hansı fermentin təhsirindən hem - in çevrilməsi baş verir?
A) Qlutationperoksidaza

B) Qlutamintransferaza

C) Qlutationreduktaza

D) Katalaza

E) Hemoksigenaza
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1100) Tərkibində hem qrupu olmayan dəmirtərkibli zülalın adı nədir?
A) Hemoglobin

B) Hematoidin

C) Ferritin

D) Hemosiderin

E) Transferrin
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1101) Hemoqlobinin yaranması üçün həddindən artıq porfirin sintezi harada gedir?
A) Dalaqda

B) Qaraciyərdə

C) Əzələlərdə

D) Limfa düyünlərində

E) 12 barmaq bağırsaqda
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1102) Düztəsirli antikoaqulyantın antaqonisti hansıdır?
A) Vikasol

B) Kalsi qlyukonat

C) Protamin sulfat

D) Epsilon - aminokapron turşusu

E) Rutin
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
1103) Qaraciyərüstü sarılıqda nəyin artması qeyd olunur?
A) Sərbəst bilirubinin qanda artması

B) Birləşmiş bilirubinin və qələvi fosfstszanın artması

C) Qələvi fosfatazanın artması

D) Birləşmiş bilirubinin qanda artması

E) Birləşmiş və sərbəst bilirubinin artması
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1104) Sadalanlardan hansında eritrositlərin miqdarı və hemoqlobinin səviyyəsi artır?
A) Hemoxromatozda

B) Kəskin pankreatitdə

C) Qaraciyər sirrozunda

D) Mədə xorasının penetrasiyasında

E) Qaraciyər damarların zədəlməsində
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1105) Hemofiliyanın əsas kliniki əlaməti hansıdır?
A) Oynag boşluğunda qansızma

B) Hematomezis

C) Hematuriya

D) Petexial səpki

E) Bağırsaq ganaxması
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1106) Sulema sınağının müsbət olduğu nədən xəbər edir?
A) Hiperbilirubinemiyadan

B) Hiperprotrombinemiyadan

C) Hiperaminotransferazadan

D) Hiperlipidemiyadan

E) Disproteinemiyadan
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1107) Hb-nin əsas fraksiyasında Hb A2 neçə faiz tutur?
A) 96, 0 faiz

B) 0, 1 faiz

C) 1, 5 faiz

D) 5, 0 faiz

E) 3, 5 faiz
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1108) Misi bədəndən kənarlaşdıran preparat hansıdır?
A) Desferal

B) Panangin

C) Kuprenil

D) Unitiol

E) Antasid dərmanlar
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
1109) Kəskin transmural miokard infarktı keçirən xəstədə mikrohematuriyanı aşkar etmək üçün hansı taktika tələb olunur?
A) Kalsitərkibli dərmanları damardaxili təyin etmək

B) Vikasol dərialtı təyin etmək, amma heparini həmin dozada saxlamaq

C) Heparinin dozasını saxlamag uyğun qanlaxtalanma müddətinə görə

D) Heparini təcili ləğv etmək

E) Təcili olarag heparini dərialtı vurmagla problemi həll etmək
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
1110) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) L - tiroksin

B) Tireokomb

C) Triyodtironin

D) Tireoidin

E) Tireotom
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1111) Endemik urun profilaktikasında istifadə olan preparatlar hansılardır?
A) Anaboliklər

B) Qlukokortikoidlər

C) Vitaminlər

D) Yod preparatları

E) β - blokatorlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1112) Kəskin tireoidit nə ilə bitir?
A) Hipotireoz ilə

B) Qalxanvarı vəzidə düyünlərin əmələ gəlməsi ilə

C) Xroniki formaya keçid ilə

D) Sağalma ilə

E) Yarımkəskin tireoidit ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1113) Yarımkəskin tireoiditin yaranma səbəbləri hansılardır?
A) İbtidailər

B) Stafilokoklar və streptokoklar

C) Rikketsiyalar

D) Viruslar

E) Göbələklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1114) Fibroz tireoidit zamanı qalxanvari vəzi palpasiya zamanı necə olur?
A) Flyuktuasiya edir

B) Bərk və ağrısız

C) Bərk və ağrılı

D) Bərk və müəyyən sahədə ağrılı

E) İstidir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1115) Fibroz tireoiditin müalicə metodları hansılardır?
A) Konservativ

B) Rentgenoterapiya

C) Fizioterapevtik

D) Lazeroterapiya

E) Cərrahi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1116) Diffuz toksiki ur zamanı tireostatik terapiyanın kontrolu qanda hansı göstəriciyə görə aparılır?
A) Tireoqlobulinlərə anticismlər

B) Sərbəst T3

C) Tireoperoksidazaya anticismlər

D) Sərbəst T4

E) TSH
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1117) Tireotoksikozun əsas simptomu hansıdır?
A) Səirici aritmiya

B) Arıqlama

C) Taxikardiya

D) Diffuz hiperhidroz

E) Əzələ zəifliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1118) Tireotrop hormon hansı hormonun sintezini artırır?
A) Tiroksinin

B) Adrenalinin

C) Noradrenalinin

D) Testosteronun

E) Kortizolun
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1119) Qanda tiroksinin miqdarı artanda nə baş verir?
A) TSH sekresiyasının artır

B) TSH səviyyəsi dəyişmir

C) Tireoliberinin miqdarı dəyişmir

D) TSH sekresiyasının azalır

E) Tireoliberinin miqdarı artır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1120) Orqanizmdə yodun yodid formasında sorulması harada baş verir?
A) Mədə-bağırsaq traktının hər yerində

B) Ağız boşluğunda

C) Nazik bağırsaqda

D) Mədədə

E) Yoğun bağırsaqda
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
1121) Tireoid hormonların artıq olması nəyə səbəb ola bilər?
A) Zülal sintezinə təsir göstərmir

B) Zülalların katabolizminin sürətləndirir

C) Lipidlərin sintezinə təsir göstərmir

D) Zülalların sintezinin sürətlənməsi

E) Lipidlərin sintezinin sürətləndirir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1122) Fibroz tireoidit zamanı cərrahi müdaxiləyə göstərişlər hansıdır?
A) Eutireoz

B) Kaxeksiya

C) Hipotireoz

D) Traxeyanın və qan damarlarının sıxılması

E) Tireotoksikoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1123) T4 T3 - ə çevrilməsini hansı preparatlar blokada edir?
A) Ca - antaqonistləri

B) Konkor və kaliy yodid

C) Merkazolil və anaprilin

D) Anaboliklər

E) Qlyukokortikoidlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1124) Diffuz toksiki urun müalicəsində qlyukokortikoidlərə göstərişlər hansıdır?
A) Göz simptomları

B) Taxikardiya

C) Tireoid anticismlərin orta titri

D) Kaxeksiya

E) Oftalmopatiya və tireotoksikozun residivi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1125) Cərrahi əməliyyat zamanı şəkərli diabet xəstələrinin sutkalıq insulin dozası neçə V təşkil edir?
A) 1 V/kg

B) 0, 1 V/kg

C) İnsulin çatışmazlığının dərəcəsindən asılı olaraq doza individual seçilir

D) 0, 6 V/kg

E) 0, 3 V/kg
Ədəbiyyat:
1126) Biquanidlərin təyini aşağıdakı hallarda göstərişdir?
A) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

B) Kaxeksiya

C) Hipoqlikemiya

D) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə

E) I tip şəkərli diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1127) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) İnfarktın tipik qedişatı (ağrı ilə)

B) Residivin yaranmaması

C) Mikroinfarktlar, aritmiyalar

D) İnfarktın geniş yayılması, ürək çatmamazlığının əlamətlətinin meydana çıxması, tromboemboliyaların yaranması

E) Təkrari infarktın yaranmaması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1128) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Alkoqol qəbulu

B) İnsulinin dozasının artırılması.

C) Stress

D) Qida rejiminin pozulması, fiziki aktivlik

E) İnsulinin dozasının azaldılması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1129) Hipoqlikemiya nəyin yaranmasına səbəb olur?
A) İnsulinrezistentliyə

B) Beyin qan dövranının pozulmasına

C) Retinal qansızmalara

D) Qaraciyərin piylənməsinə

E) Mikrioanqiopatiyaların proqressivləşməsinə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
1130) Disproteinemiya nə deməkdir?
A) Albuminin azalması, qlobulinlərin artması

B) Qlobulinlərin artması

C) γ - qlobulinin artması

D) Ümumi zülalın azalması

E) Albuminin artması
Ədəbiyyat: Клиническое руководство по лабораторным тестам // Под ред. Н.У. Тица, Юнимедпресс, 2003. – 542 с.
1131) Kəskin revmatik qızdırma haqqında ifadələrin hansıları düzgündür?
A) Kəskin revmatik qızdırmanın müalicəsinin müassir antibakterial taktikasında penisillinlərə əhəmiyyət verilmir

B) Kəskin revmatik qızdırmanın inkişafının kəskin streptokok yoluxması ilə əlaqəsi var

C) Kəskin revmatik qızdırmanın inkişafı yaşla əlaqədar deyil

D) Kəskin revmatik qızdırmanın inkişafında degenerativ proseslər durur

E) Xəstələrin hamısında revmatik poliartrit inkişaf edir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 61- 62
1132) Karditin başlanğıc obyektiv əlamətlərinə hansılar aiddir?
A) Diastolik küy, ürək tonlarının zəiflənməsi, bradikardiya

B) Sistolik küy, ürək ölçülərinin hər iki tərəfə böyüməsi

C) Ürək ölçülərinin sağa böyüməsi, taxikardiya

D) Sistolik küy, ürək döyüntülərinin çoxalması, ürək tonlarının zəiflənməsi

E) Diastolik küy, I tonun aksenti, ürək döyüntülərinin çoxalması
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина»., стр. 118- 126


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə