1
Xorxe Luis Borxes
DANTE HAQQINDA DOQQUZ ESSE
Yazıya ön söz
Xorxe Luis Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı
mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı,
hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır. Lakin
buradakı fikirlər cildlərə sığar. Onlar ilk baxışda qəribə görünür; hər yerdə ziddiyyət,
ziddiyyət. Sonra başa düşürsən ki, Borxes müxtəlif mümkün baxışları və şərhləri
nəzərə alaraq, hər şeyi eyni vaxtda müxtəlif yönlərdən görür. Borxes dünyanın
faniliyini, ondakı bütün hadisələrin mürəkkəbliyini qeyd edir. Borxesi
təsnifləndirmək çətindir: o, demək olar, bütün dinlərin dərin bilicisi idi, lakin dindar
deyildi. Tarix səhnəsindən silinmiş, eləcə də mövcud xalqlar, çarlıqlar və dinlər -
aydın məsələdir. O isə, bir erudit və həvəskar tarixçi kimi, xəyalının gücünə,
fantaziyası ilə naməlum tayfaları, ölkələri və sektaları, maddiləşdirilmiş yuxunun
başgicəlləndirən obrazlarını, sonsuz kitabxanalar, qüdrətli lotereyalar, başlanğıcı və
sonu anlaşılmaz olan universal kitablar yaradır.
"Kitab qurdu", bivec qauço həyatı üçün darıxır; vətənpərvər argentinalı
yaradıcılığı etibarilə dünya vətəndaşıdır, onun qəhrəmanları yunanlar, ərəblər,
hindular, yəhudilər, çinlilər, skandinavlar, irlandlardır...
Lakin onun baş qəhrəmanı Söz və Fikirdir, bütün dövrlərin və xalqların
ədəbiyyatıdır. Maraqlıdır, o, heç yerdə nə marksizm-leninizmi, nə də SSRİ-ni yada
salmır; bu təlim, bu quruluş ona o qədər yaddır ki, hətta düşməncəsinə münasibət də
döğurmurdu - çünki, ümumiyyətlə, hər cür ehkam Borxes üçün yolverilməzdir. Lakin
qatı antisovet düşüncəlilərdən fərqli olaraq, o da, sovet ədəbiyyatı üçün mövcud
deyildi ya da yalnız mənfini müsbətlə əvəz etməklə onun baxışlarını 180 dərəcə
2
döndərmək mümkün olmamışdı (ifrat sağçılar yaxud solçularla olduğu kimi). Borxes,
sadəcə, başqa Kainatda yaşayırdı, onun fikirləri o qədər gözlənilməzdir ki, sanki bizi
dördüncü, hətta beşinci dərəcədən müşahidə edir. Dünyanın dərkedilməzliyi Borxesə
pərişanlıq deyil, sevinc bəxş edirdi - dərketmə prosesi məhz özünün nəhayətsizliyi ilə
gözəldir. Borxesdə nə möminlər var, nə də yaramazlar (hərçənd ki, o, "Alçaqlığın
ümumi tarixi"ni də yazmışdı). O, nə hakimdir, nə müstəntiq; o, tədqiqatçıdır.
Borxesə qadağa qoyulduğu dövr arxada qalıb.Bu gün hesab edilir ki, yüksək
erudisiya, ayıq və aydın ağıl, başqalarının görmədiyini, görə bilmədiyini görmək
bacarığı, ruhən cəlbedici fantaziya, həqiqi dialektik düşüncəyə malik oxucunu cəlb
edir. "Dante haqqında doqquz esse" "Sərt Dante"nin qəbul edilmiş obrazını inkar
edərək, "İlahi komediya"ya dünyanın mənzərəsini vermək kimi misli olmayan kobud
cəhd və ən gözlənilməz analogiyalar verməklə, ona bədbəxt sevgi abidəsi kimi
baxmaqla, şairin ruhuna nüfuz etməsi ilə təəccübləndirir.
A.FRİDMAN
Dante haqqında mühazirələrdən
...Məsələ Dantenin nə ilahiyyatla, nə də mifologiya ilə bağlı düşüncələrindədir.
Məsələ ondadır ki, heç bir kitab belə estetik hisslər doğurmur. Kitablarda isə, mən
hisslər axtarıram.
"Komediya" hamının oxumalı olduğu kitabdır. Ədəbiyyatın bizə təklif edə
biləcəyi bu ən yaxşı hədiyyəni səhifələyərkən biz qəribə asketizmə qapılırıq.
Özümü "Komediya"nı oxumaq xoşbəxtliyindən nə üçün məhrum edim? Özü də
ki, onun mütaliəsi çox asandır.
Çətini oxuduqdan sonradır; fikirlər, mübahisələr… lakin öz-özlüyündə kitab son
dərəcə aydındır. Və ola bilsin ki, ədəbiyyatda ən canlı baş qəhrəman Dantedir ...
Proloq
Şərq kitabxanasında çox - çox əsr əvvəllərə aid qravürlü cədvəl təsəvvür edək.
Məsələn, deyək ki, ərəb qravürünü; ordakı bütün nağıllar min bir gecədə əks olunub.
Və yaxud bu, Çin qravürü də ola bilər; yüzlərlə və minlərlə qəhrəmanı olan Çin
3
romanının illüstrasiyaları da ola bilər. Obrazlardan nəsə - çevrilmiş konusu xatırladan
ağac, dəmir divarda qırmızı qüllə diqqətimizi cəlb edir, daha sonra başqa nə isə
diqqətimizi cəlb edir. Ağır gün başa çatır və qravürün səndə yaratdığı təəssüratdan
asılı olaraq anlayırsan ki, o, Yer üzündəki hər şeyi; nə varsa, olubsa, olacaqsa,
keçmişin və gələcəyin tarixini, nəyimiz varsa onu, nə əldə ediriksə, hamısını, bu sakit
labirintin hansısa küncündə bizi gözləyən hər şeyi əks etdirir... Və bu, mənə başqa bir
sehri, başqa, bütün kainat boyda olan qravürü -- Dante haqqında poemanı xatırladır.
Düşünürəm ki, əgər biz onu ilk dəfə oxuyuruqmuş kimi oxuya bilsəydik
(bizimçün sifariş edilmiş həzz), onda onun universallığı da, əlahiddə möhtəşəmliyi
də, ucalığı da nəzərimizə çarpmazdı. Biz əvvəllər onun qismən tutqun, boğucu və ən
çox da məzəli xüsusiyyətlərini qeyd edərdik; hər şeydən əvvəl, yəqin ki, ingilis
dantoloqlarını uzaqlaşdıran cəhətini: müxtəlifliyin və dəqiq müqayisələrin
tapılmasını. Dantenin “insanla ilan bir-birinə dolaşıb bir-birinə çevrilirlər” deməsi az
idi; o, bu qarşılıqlı metamorfozanı kağızı yaxan odla müqayisə edir; özü də əvvəlcə
tünd qırmızı zehin təsirindən ağlığı öləziyir, amma hələ tam qaralmır, tünd qırmızı
zeh yaranır (Cəhənnəm, XXV). Onun deməsi az idi ki, yeddinci dairənin zülmətində
günahkarlar gəlməni ayırd etmək üçün gözlərini zilləyirlər; o, onları Ayın tutqun
işığına zillənmiş insanla, yaxud iynəni saplayan qoca dərzi ilə müqayisə edir
(Cəhənnəm, XV). Cəhənnəmin dərin qatlarında suyun buz olduğunu bildirmək
kifayət etmirdi, o, əlavə edir ki, bu, su deyil, şüşədir (Cəhənnəm, XXXII). Belə
müqayisələr barədə Makeley də düşünüb. O, Kerinin əksinə olaraq deyir ki, Miltonun
"qəlbi dumanları" və "təmtəraqlı ümumiləşdirmələri" Dantenin "təfərrüatlar"ından
ona daha az təsir edir. Daha sonra Reskin Miltonun dumanlarını pisləyir və Dante
cəhənnəminin dəqiq topoqrafiyasını bəyənir.
Hiperbolanın şairlərin silahı olduğu hamıya məlumdur. Qonqorda olduğu kimi,
Petrarkada da qadınlar həmişə qızılı saçlı, su isə büllur kimidir. Rəmzlərin mexaniki
və kobud seçimi sözlərin aydınlığını qiymətdən salır , laqeydliyə və diqqətsizliyə
əsaslandıqları görünür. Dante bu səhvləri özünə yasaq etmişdir - bütün poemada
özünü doğrultmayan bircə söz belə yoxdur. Dantenin dəqiqliyi süni ritorikanın
məhsulu deyil; bu, poemanın hər epizodunda görüb duyduğu reallığın, tamlığın
4
təsdiqidir. Bu cəhət son dərəcə gözəl və eyni zamanda xəsisliklə ifadə edilmiş
qəhrəmanların psixologiyasının xüsusiyyətlərinə də aiddir. Onlar sanki poemaya
hörülmüşlər; bəzilərini sitat gətirəcəyəm: Cəhənnəmlik ruhlar ağlayır və Allahı
söyüb - biabır edirlər, amma elə ki, Haronun qayığına minirlər, qorxu dözülməz,
əzablı cəhənnəmə düşmək arzusu ilə əvəz olunur (Cəhənnəm, III). Vergilinin heç
vaxt göylər yüksəlməyəcəyini eşidən Dante dərhal onu müəllim ( və cənab)
adlandırır. Bununla onu əvvəlki kimi sevdiyini göstərir və ola bilsin, Vergilinin
faciəsini biləndə, onu daha çox sevir (Cəhənnəm, IV). Dante ikinci dairədə qara
tufanda Françeska ilə Paolonun arasında məhəbbətin necə yarandığını bilmək istəyir.
Françeska deyir ki, heç onların özlərinin də bundan xəbərləri olmayıb («Soli eravamo
e sanza alcun sospetto») və aralarında sevgi təsadüfən, mütaliə zamanı baş verib.
Vergili tək ağılın köməyi ilə ilahi əbədiyyətə qovuşmağın yolunu qürurluların
bildiyini söyləyir, lakin dərhal susur, boynunu bükür, ona görə ki, o, özü də belədir
(Əraf, VI). Ərafın dik yamacında mantuanlı Sordellonun kölgəsi Vergilidən haralı
olduğunu soruşur. Vergili Mantuiyadan olduğunu deyəndə, Sordello sözünü
bitirməyə aman verməyb, onu bağrına basır (Əraf, VI).
Müasir roman inadla əqli proseslərdən bəhs edir, Dante isə, yalnız jestləri yaxud
niyyətləri təsvir edərək, onlar haqqında anlayış verir.
Pol Klodel qeyd edir ki, can verəndən sonra biz, çətin ki, cəhənnəmin
dairələrini, Ərafın terraslarını və ya konsentrik səmaları görəcəyik. Dante, təbii ki,
onunla razılaşardı; o, özünün ölüm topoqrafiyasını poemasının sxolastika və forması
ilə ucalan bina kimi düşünmüşdü.
Dantedə kainat Ptolemeyin astronomiyasına və xristian ilahiyyatına əsaslanır.
Torpaq hərəkətsiz sahədir. Şimal yarımkürəsinin mərkəzində (insanlara bura qədər
icazə verilib) - Sion dağıdır; dağdan 90 dərəcə şərqdə Qanq çayı qurtarır, 90 dərəcə
qərbdə Ebro çayı doğulur. Cənub yarımkürəsi torpaqla yox, su ilə örtülüb və ora
insanlara qadağandır.Onun mərkəzində Sionun antipodu olan Əraf dağı yerləşir. İki
çay və iki dağ yer kürəsində xaç əmələ gətirir.
Sionun altında (lakin ondan bir qədər geniş) Cəhənnəmin çevrilmiş konusu açılır
və amfiteatrın pillələri kimi, daralmış dairələrə bölünmüş yerin mərkəzinə doğru
5
gedir. Dairələrin sayı doqquzdur, onların topoqrafiyası dəhşətlidir, xarabalıqdan
ibarətdir; ilk beş dairə Cəhənnəmin üst qatını göstərir, son dörd dairə isə - aşağı
qatdır; bura dəmir divarlarla əhatə olunmuş qırmızı qüllələrli şəhərdir. İçəridə -
sərdabələr, quyular, uçurumlar, bataqlıq və qumsallıq; konusun ucunda isə, "Yer
kürəsini deşən qurd Lütsifer".
Letanın sularının qayalarda açdığı çat Cəhənnəmin dibini Ərafın dibi ilə
birləşdirir. Ərafın dağları yalnız bir girişi olan adalardır; yan tərəflərdə ölüm
günahlarına uyğun olan terraslar üst-üstə qalaqlanıb; zirvədə Behişt bağı çiçəkləyib.
Yerin ətrafında doqquz konsentrik sahə var; ilk yeddisi planetlərə uyğundur (Ayın,
Merkurinin, Veneranın, Günəşin, Marsın, Yupiterin, Saturnun səması), səkkizinci -
Hərəkətsiz ulduzların səması, doqquzuncu da eləcə. Birinci Hərəkətverici qüvvə də
adlandırılan büllur səma. O, Allahın olduğu nöqtənin ətrafında Möminlərin
müqayisəolunmaz çiçəyinin -- Behişt gülünün açdığı Behişti əhatə edir... Dantenin,
oxucunun da müşahidə etdiyi kimi, Ərafın 1 və 3, eləcə də dairənin sehrinə tabe olan
dünyasının konfiqurasiyasının əsas cizgiləri bunlardır. Timeyin Dantenin xatırlatdığı
"Demiurq" və ya "Yaradan" kitabı fırlanmanı hərəkətin ən kamil növü, dairəni ən
kamil bədən hesab edir. Platonun Demiurqu Ksenofan və Parmenidlə bölüşdüyü bu
ehkam Dantenin keçdiyi üç dünyanı diqtə etdi.
Doqquz dövr edən səma, su ilə örtülmüş və mərkəzdə dağ olan cənub
yarımkürəsi qədim kosmologiyaya açıq - aşkar uyğun gəlir; bəziləri hesab edir ki,
"qədim" epiteti eynilə poemanın fövqəladə quruluşuna da uyğundur. Cəhənnəmin
doqquz dairəsi isə, Ptolemeyin doqquz səması kimi, heç də az köhnə və müdafiəsiz
deyil, Əraf isə, Dantenin onu yerləşdirdiyi dağ kimi qeyri - realdır.
Buna hər cür etiraz etmək mümkündür: əvvəla, Dante O Dünyanın həqiqi və ya
aydın topoqrafiyasını müəyyən etmək fikrində deyildi. O, özü Kan Qrandeyə latınca
yazdığı məşhur məktubunda deyirdi ki, "Komediya"nın süjeti alleqorik mənada
insanın öz xidmətləri və ya səhv hərəkətləri ilə özü-özünə mükafatı yaxud edam
qazanması deyil, sadəcə, ölümdən sonra ruhların vəziyyətidir. Şairin oğlu Cakopo di
Dante bu fikri inkişaf etdirib. Onun komediyaya verdiyi proloqda oxuyuruq
ki,"Komediya" insanın üç vəziyyətini alleqorik şəkildə göstərməyə cəhd edir:
6
"Cəhənnəm" adlandırılan birinci hissədə günahlara baxılır, ikincidə - Əraf -
günahdan yaxşılığa keçiddir, üçüncüdə - "Cənnət"də isə, mükəmməl insan. Çünki
"Ən Ali xeyiri dərk etmək üçün insana yüksək dərəcədə xeyirxahlıq və həzz
lazımdır". Qədim dövrün digər şərhçiləri də belə düşünürdülər. Məsələn, Cakomo
della Lora deyirdi: "Şair kitabı üç hissəyə bölür - Cəhənnəm, Əraf və Cənnət. Ondan
ötrü ki, həyatın üç növdə ola bilməsini göstərsin: günahkarların, tövbə edənlərin və
xeyirxahların həyatını". Daha bir ağlabatan şərh: XIX əsrin sonlarında "Komediya"nı
öyrənən Françesko da Buti yazır: "Poemanın süjeti cismən bədəndən ayrılan ruhun
vəziyyətidir, amma mənəvi - cəzalar və mükafatlar iradə azadlığına görə insana
çatacaq".
Hüqo "Kölgənin söylədikləri"ndə yazır ki, cəhənnəmdə Kain üçün Avelin
obrazını qəbul edən kabus, Neronun Aqrippinanı tanıdığı həmin o kabusdur.
Qəddarlığın ittihamı köhnəliyin ittihamlarından daha ciddidir. Nitsşe "Bütlərin
toranı"nda (1888) Danteni " qəbirlərin üstündə şeir yazan goreşən" adlandıraraq, bu
ittihamı heyrətamiz aforizmlə zərbə çevirdi.
Tərif, göründüyü kimi, ağıllı olmaqdan daha çox, gurultuludur və dillərə
düşməsi - xüsusi şöhrətə!- görə qayğısız qısa fikirlərin dəbdə olmasına borcludur.
Onu təkzib etməyin ən yaxşı üsulu onu yozmağa cəhd etməkdir. Dantenin
sərtliyi və amansızlığı formal xarakterli başqa mülahizələrlə izah edilir.
Panteistlər hesab edirlər ki, Allah kainatla eynidir, öz yaratdıqlarının hər
birindədir və onların taleyidir; bu fikir, ehtimal ki, səhvdir və əgər o, həqiqət kimi
qəbul edilərsə, kafirlikdir, amma şairdən və onun şeirindən söhbət gedirsə,
danılmazdır. Uydurduğu əfsanəsinin qəhrəmanlarından hər birində şairin özündən də
nə isə var; ya bir nəfəs, ya da bir detal. Onun əsərində özünün hər yerdə
mövcudluğunu gizlətmək və ya kölgələmək heç də asan bir məsələ deyil. Problem
Dante üçün xüsusilə ağırdır: poemasının xarakteri ilə qəhrəmanlarını elə
şöhrətləndirməli və ya rüsvay etməlidir ki, oxucu son nəticədə ədalət obrazının
müəllifin özü olduğunu hiss etməsin. Buna nail olmaq üçün Dante özünü
"Komediya"dan çıxardı və göstərdi ki, şəxsi reaksiyası ilahi hökmə ya uyğun gəlmir,
ya da hərdən uyğun gəlir - Filipp Arsenti və ya İudada olduğu kimi.
7
IV nəğmənin zadəgan qəsri
XIX əsrin əvvəlində yaxud XVIII əsrin sonunda işlək ingilis dilinə sakson və ya
şotland mənşəli, nəsə mübhəm bir dəhşət mənasını verən “eere”, “uncanny”, “weird”
epitetləri daxil oldu. Belə epitetlər mənzərənin romantik konsepsiyasına uyğun idi.
Almanlar bunu “unheimlich” sözü ilə çox əla tərcümə etmişlər; ispanca isə bu, çox
güman ki, hamısından yaxşı- “siniestro” deməkdir. "Uncanniness"in bu xüsusi
keyfiyyətini nəzərdə tutaraq, bir zaman mən belə yazdım: «Vilyam Bekfordun
“Vatek”indəki (1782) son səhifələrdəki odlu qəsr ədəbiyyatda ilk əsl dəhşətli
cəhənnəmdir. Ondan əvvəlki ən məşhur cəhənnəm, “Komediya”nın kədərli çarlığı
dəhşətli yer deyil, dəhşətlərin baş verdiyi yerdir. Fərq aydındır».
Stivenson (yuxular haqqında fəsil) qeyd edir ki, uşaqlıqda ona iyrənc boz rəngli
yuxular əzab verib; Çesterton («Cümə axşamı olan insan», VI) təsəvvür edir ki,
dünyanın qərb sərhədində ağacdan daha böyük və daha kiçik ağac və hardasa şərqdə
- öz arxitekturasına görə acıqlı qəsr ola bilər. Edqar Po «Şüşə qabda tapılan
əlyazmalar»da elə bir cənub dənizindən söhbət açır ki, orada gəminin gövdəsi canlı
bədən kimi böyüyür; Melvill “Mobi Dik”in bir çox səhifələrini balinanın dözülməz
ağlığı qarşısında yaranan dəhşətin təsvirinə həsr edir … Mən nümunələr gətirirəm
amma ola bilsin ki, eləcə qeyd etmək kifayət edər ki, Dantenin Cəhənnəmi -tərifi
göylərə qaldırılmış həbsxana obrazıdır, Bedfordun cəhənnəmi - dəhşət tunelləridir.
Ötən axşam Konstitusiya vağzalında qəflətən möhtəşəm «uncanniness»i -
"Komediya”da cəhənnəmin darvazalarının səssiz və təmkinli dəhşəti timsalında
xatırladım. Mətni yoxladım; səhv etmədiyimə əmin oldum.
“Cəhənnəm”in ən məşhur nəğmələrindən biri -- IV nəğməsi haqqında danışıram.
“Cənnət”in son səhifələrində çox şey, hətta deyərdim, hər şey izah olunur.
«Komediya» - Dantenin yuxusudur və yuxu süjetindən başqa bir şey deyil. Onun
sözlərinə görə, o, özü də meşəyə necə düşdüyünü bilmir («tant' era pieno d'sonno a
quel punto») [1]. «Sonno»- günahkarın həyəcanlı ruhunu verməkçün bir metaforadır,
amma yuxunun qeyri-müəyyən başlanğıcına işarə edir. Sonra Dante deyir ki, yolunu
8
kəsən dişi canavar “artıq çoxlarını məhv edib”. Qvido Vitali qeyd edir ki, ilk
baxışdan belə fikir yaranmır ki, biz yuxuda nə baş verdiyini bildiyimiz qədər, Dante
də bunu bilirdi. Meşədə naməlum adam peyda olur. Dante onu görən kimi bilir ki, bu
şəxs uzun müddət susub -- həmin tip haqqında yeni məlumat. Mamilyano qeyd edir
ki, bu, məntiqi baxımdan yox, poetik baxımdan bəraət qazanıb. Fantastik səyahət
başlanır. Vergilinin siması birinci dövrənin girişinin ağzında dəyişir. Dante onun
bənizinin ağarmasını qorxu ilə izah edir. Vergili danışır ki, o, kədər içindədir və
ittiham edilmişlərdən biridir. Dante bu xəbərdəki dəhşəti gizlətmək və ya şəfqət
diləmək üçün ehtiram titullarından istifadə edir: "dimmi, maestro mio, dimmi,
signore" [2]. Hava ağrıların deyil, kədərin nəfəsindən əsir. Vergili izah edir ki, bura
Etiqadını elan etməzdən əvvəl ölənlərin Cəhənnəmidir; onu dörd ali kölgə
salamlayır; üzlərdə nə bir kədər, nə bir sevinc var; bunlar Homer, Horatsi, Ovidi və
Lukandır; Homerin sağ əlində qılınc var. Bu, eposda onun birinciliyinin rəmzidir.
Məşhur kölgələr Danteni özlərinə tay kimi qəbul edirlər, öz əbədi monastırlarına
- yeddiqat yüksək divarlarla (yeddi azad incəsənət və ya üç intellektual və dörd
mənəvi məziyyət) və quru yolu kimi keçdikləri çayla (yer nemətləri və ya bəlağət)
mühasirəyə alınmış qəsrə aparırlar. Qəsrin sakinləri rəğbət oyadırlar; yavaş-yavaş və
xəsisliklə danışır, qürurla, çox möhtəşəm bir şəkildə və aramla baxırlar. Qalanın
həyətində sirli yaşıllıq var.
Dante təpədən antik və İncil qəhrəmanlarını və onların arasında bir müsəlman
görür («Averois, che e'gran commento feo») [3]. Biri yadda qalan cizgilərlə («Cesare
armato con li ochi grifagni») [4], digəri möhtəşəm tənhalığı ilə diqqəti cəlb edir («e
solo, in parte vidi e'Saladino») [5]. Onlar ümiddən məhrum olublar, əzablara məruz
qalmayıblar, lakin bilirlər ki, Allah onları qəbul etməyəcək. Adları quruca
sadalamaqla oxucunu həyəcanlandırmaqdan daha çox, məlumatlandıraraq, Dante
nəğməni bitirir.
Həmçinin Abraamın Qucağı adlandırılan patriarxların Limbi haqqında təsəvvür
(Luka, 16) və xaç suyuna salınmamış ölən körpələrin limbi ilahiyyat üçün adidir.
Lakin səxavətli bütpərəstləri bu qucaqda yerləşdirmək, Françesko Torrakanın
şahidliyinə görə, yalnız Dantenin ağlına gəlib. Bütpərəstlik dövrünün dəhşətini
9
yumşaltmaq üçün şair böyük Roma tarixinə müraciət edir. Onu tərifləmək istəyir,
lakin anlamaya bilmir ki - bu fikir Qvido Vitaliyə məxsusdur - antik dövrə hədsiz
sadiqlik əxlaqi hədəflərə ziddir. Dante dinə itaətsizlik edərək qəhrəmanlarını xilas
edə bilməzdi; onları İnkar Cəhənnəmində təsəvvür edir; onlara səmada Allahı seyr
etmək xoşbaxtlığı verilməmişdir və Dante onların sirli taleyinə ağlayır. İllər
keçdikdən sonra o, Göydə Yupiteri təsəvvür etməklə bu problemə qayıdır. Bokaçço
fikir verir ki, "Cəhənnəm"in VII və VIII nəğmələrinin yazılması arasında sürgünlə
bağlı böyük fasilə var. Buna «lo dico, sequitando ch'assai primo» [6] şeiri işarə edir.
Ola bilsin ki, bu elə belədir, amma qəsr haqqında nəğmələrlə digərləri arasında fərq
daha vacibdir. V nəğmədə Dante Françesku da Riminini ölməz misralar deməyə
vadar edir. Yetər ki, istə, o, Aristotelin, Heraklitin və Orfeyin dilindən nəğmədə necə
sözlər verərdi! Bilərəkdən ya yox, onların sükutu vahiməni gücləndirir və səhnəyə
uyğun gəlir. Benedetto Kroçe deyir: «Gözəl qəsrdə, müdriklər və qəhrəmanlar
arasında, incə poeziya əvəzinə quruca məlumatdır. Heyrət, pərəstiş, kədərin adı
çəkilir, lakin təsvir olunmur» («Dantenin poeziyası », 1920).
Şərhçilər orta əsr qəsrini antik sakinləri arasındakı ziddiyyətlərə görə pisləyirlər;
bu qarışıqlıq həmin dövrün mənzərəsi üçün səciyyəvidir və əlbəttə, qeyri-reallığın
rahiyəsini gücləndirir.
Dördüncü nəğmənin planı və icrası, bəziləri ilahiyyat xarakterli olmaqla, bir sıra
çətinliklər törədir. «Eneida»nın ehtiraslı oxucusu Yelisey çöllərində və ya bu xoşbəxt
çöllərin orta əsr variantında ölüləri təsəvvür edirdi; «un luogo aperto, luminoso» [7]
şeirində Eneyin öz romalılarını gördüyü yüksəlişin əks-sədası və «largior hie campos
aether» [8] var. Ehkamın cuşa gətirdiyi Dante Cəhənnəmdə öz nəcib qəsrini
ucaltmalı idi. Mario Rossi burada rəsmiyyətin poeziya ilə toqquşmasını, poemanın
daxili münaqişəsi ilə daxili ziddiyyətlərin mənbəyi olan -intuitiv hiss olunan
xoşbəxtliklə dəhşətli hökmü aşkar edir. Bir yerdə deyilir ki, hava dəhşətli ahlardan
titrədi, digər yerdə isə, üzlərdə nə sevinc, nə də kədər var idi. Burada şairin təxəyyülü
qüsursuz deyil. Bu, nisbi yöndəmsizlik səbəbindən qəsrə və onun sakinlərinə yaxud
əsirlərinə quruluq, xüsusi dəhşət verir. Bu sakit sadalamada mum fiqurlar
muzeyindəki kimi nəsə bir ağırlıq hiss olunur: Sezar silahlıdır və hərəkətsizdir;
10
Laviniya əbədi olaraq atası ilə yanaşı əyləşib; şübhəsiz ki, sabah da bugünkü kimi,
dünənki kimi, bütün günlərdəki kimi olacaq.
“Əraf”ın son abzaslarından birində deyilir ki, yazmaları qadağan edilmiş
şairlərin kölgələri vaxtı qısaltmaq üçün cəhənnəmdə ədəbi mübahisələr aparır.
(Cobertinin dediyi kimi, Dante “Komediya”nın ilk nəğmələrində uydurduğu
əhvalatın adi şahidindən daha artıqdır”».)
Belə deyək, qalanın belə qəribə olmasının səbəbləri: söz düzülüşündən gələn
səbəbləri, texniki səbəbləri müəyyən edilib, lakin şəxsi səbəblər çatışmır. Hansısa
ilahiyyatçı hesab edib ki, qəsrdə Allahın olmaması qorxu yaratmaqdan ötrü yetərli
idi. Qeyd edək ki, tersinalardan birində nəzakətlə bəyan edilir ki, yerdə şöhrət deyilən
şey ki var, mənasız şeydir. («Non e il mondan romore altro ch'un fiato e muta nome
perche muta lato» [9], - “Əraf”, XI). Mən daha bir şəxsi səbəbdə israrlıyam.
«Komediya»nın bu yerində Homer, Ovidi, Horatsi və Lukan, bu nəhənglərdən nə
isdedadı, nə də yaradıcılığı ilə geri qalmadığını düşünən Dantenin öz proyeksiyası və
ya əksi idi. O, özünü həmin nəslin insanı, məşhur şair kimi görürdü və bilirdi ki,
başqaları da ona bu cür baxacaqlar. Böyük möhtərəm kölgələr Danteni öz dairələrinə
qəbul etdilər: «ch'e si mi fecer della loro schieza, si ch'io sesto tra cotanto Senno»
[10].
Bu, yuxugörənin özünün güclə ayrıla bildiyi Dantenin yuxusunun ilkin
obrazlarıdır. Onlar dayanmadan ədəbiyyat haqqında danışırlar (bəs, nə etsinlər?).
Onlar «İliada»nı yaxud «Farsaliya»nı oxuyurlar yaxud «Komediya» yazırlar, onlar öz
sənətlərində zirvəyə çatırlar. Lakin onlar Cəhənnəmdədirlər, çünki Beatriçe onları
unudub.
Dostları ilə paylaş: |