Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix06.05.2017
ölçüsü1,15 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

QURANIN OXUNUŞU
71
istifadə  olunmuşdur.  Beləliklə  bu  problem  həll  edilmişdir.  Daha 
sonralar isə Xəlil ibn Əhməd (vəfatı-175/791) bugün də davam edən 
bu sistemi təkmilləşdirmişdir. 
Hərəkələrin olmaması digər bir müqəddəs kitab olan Tövratın 
oxunuşunda da probleme səbəb olmuşdur. Belə ki, Tövratın dili bir 
çox cəhətdən ərəb dilinə bənzəyən ibrani dilidir. Yəhudi alimləri bu 
problemi uzun müddət həll edə bilməmişlər. Bu da Tövratın yanlış 
oxunmasına və anlaşılmasına səbəb olmuşdur. Yəhudi alimləri də 
daha sonralar hərəkə və nöqtələrdən istifadə edərək bu məsələni 
həll etmişlərdir.
Hərəkə  və  nöqtələmə  fəaliyyətlərindən  sonra  Qurana  başqa 
bəzi işarələr də qoyulmuşdur. Bunlardan biri ayə sonlarına qoyulan 
“durğu-fasilə” işarəsidir. Bu işarələr əvvəlcə ellips (meyilli dairə), 
sonra dairə, daha sonra isə gül formasında qoyulmuşdur.
Hicri altıncı əsrdə Məhəmməd ibn Teyfur əs-Səcavəndi (vəfa-
tı-560/1165)  Qurana ayələrin mənaları nəzərə alınaraq hazırlanan 
və “səcavənd” adlanan işarələr qoymuşdur. Bunlardan başqa surə 
və cüz başlıqları, hizb və səcdə işarələri Qurana əlavə edilmişdir. 
Eyni  zamanda  hər  beş  və  on  ayədən  sonra  “təxmis”  və  “təşir” 
işarələri yazılmışdır. 
IV. QURANIN OXUNUŞU
Qurani-kərimin oxunuşu ilə əlaqədar İslam ədəbiyyatında üç 
əsas istilah işlədilir: tilavət, təcvid və qiraət.
Tilavət”  sözü  “izləmək,  ardınca  getmək  və  oxumaq”  mənalarını 
daşıyır. Tilavət sözü Quranda təsirli fel kimi vəhy ilə əlaqədar dörd 
dəfə, Kitab və səhifələrlə əlaqədar bir dəfə, hekayələrlə əlaqədar altı 
dəfə, hökm ilə əlaqədar bir dəfə, Tövratla əlaqədar üç dəfə, ayələrlə 
əlaqədar olaraq isə otuz iki dəfə işlədilmişdir.

TƏFSİR ÜSULU VƏ TARİXİ
72
Qurandakı kəlimələrin nitqinə məxsus səslərin əmələ gəlməsini, 
tələffüzünü və akustikasını öyrənməklə məşğul olan Quran elminə 
təcvid elmi ( ilm ət-təcvid)” deyilir.
Qiraət  kəliməsi  “qa-ra-ə”  felinin  məsdəri  olub  “oxumaq” 
mənasına  gəlir.  Termin  olaraq  isə  qiraət  “Quran  sözlərinin  tələffüz 
variantlarını öyrənən elmdir ”. Başqa cür tərif etsək qiraət “hər hansı 
bir kəlmə üzərində məd, cəzm, hərəkə, sükun, nöqtə və irab cəhətdən ortaya 
çıxan dəyişikliklərdir”. 
A. Qiraət məsələsi
İlk nəsildən nəql olunan rəvayatlərə əsaslanan mühüm elm lər-
dən biri də qiraətdir. Hz. Peyğəmbər həyatdaykən Quranın bəzən 
fərqli şəkildə oxunmasına icazə vermişdir. Səhabilər Rəsulullahdan 
(s.ə.s.) müxtəlif qiraət formalarını öyrənirdilər. Sonrakı dövrlərdə 
də  onlardan  bu  qiraətləri  tabeun  və  ətbaut-tabeun  alimləri  əxz 
etmişlər.  Bütün  bunların  nəticəsində  də  bir-birindən  fərqli  qiraət 
formaları ortaya çıxmışdır. Bu qiraətləri oxuyan qurralar, müxtəlif 
İslam ölkələrinə yayılmış və onların bu ölkələrdə oxuduqları qiraət 
tərzləri də onların adını almışdır. Bu qiraətlər içərisində ən məşhur 
olanları Abduulah  ibn  Kəsirin,  Nafinin,  Əbu Amrın,  İbn Amirin, 
Asımın , Həmzənin və Kisayinin qiraətləri idi. 
Hicri  ikinci  əsrin  sonlarında  qiraət  məsələsində  mütəxəssis 
olan  İslam  alimləri  bütün  qiraətləri  bir  yerə  topladılar,  vəchlərin 
və rəvayətlərin kimlərə aid olduğunu ortaya çıxarıb səhih və şəz 
qiraətləri bir-birindən ayırmaq üçün bəzi qaydalar təsbit etdilər. Və 
beləliklə qiraətlərin təsbitinə dair ilk araşdırmalar hicri ikinci əsrdə 
rəsmən başladı. Bu sahədə ön plana çıxan alim Harun ibn Musadır 
(vəfatı-170/786). Ancaq bu dövrdəki qiraət sahəsindəki fəaliyyətlər 
şifahi  şəkildə  idi.  Qiraətə  dair  ilk  əsərlər  hicri  III  əsrdə  yazılmış-
dır. Tarixi mənbələr bu mövzuda ilk dəfə əsər yazan alimlərin Əbu 

QURANIN OXUNUŞU
73
Übeyd əl-Qasım ibn Səllam (vəfatı-224/828), Əbu Hatim əs-Sicistani 
(vəfatı-255/868)  və  İbn  Cərir  ət-Təbəri  (vəfatı-310/922)  olduğunu 
bildirir. Lakin hər nə qədər qiraət mövzusunda əsərlər qələmə alın-
sa da, hələ “yeddi qiraət” ifadəsi işlədilmirdi.
Hicri  IV  əsrdə  Əbu  Bəkr  İbn  Mücahid  (vəfatı-324/935)  xalq 
arasında yayılan qiraətləri bir yerə toplayaraq “Kitabus-Səba” adlı 
əsərini  yazdı.  Bundan  sonra  xalq  da  onun  bu  təsnifini  əsas  aldı. 
Daha sonra isə İbn əl-Cəzəri (vəfatı-833/1429) bu yeddi qiraət ima-
mının qiraətlərinə üç qiraət əlavə edərək onların sayını ona çatdırdı 
və bu qiraətlər “qiaraəti aşərə” adlandırıldı. 
1. Qiraətlərin növləri
Qiraətlər səhih və qeyri-səhih ( şaz) deyə iki yerə ayrılır. Səhih 
qiraətlər “mütəvatir” və “məşhur”, qeyri-səhih qiraətlər isə “ahad”, 
müdrəc” və “mövzu” qiraətlərdən ibarətdir.
a. Səhih qiraətlər
Qiarətlərin  məqbulluğu  (səhihliyi)  şərtlərini  alimlər  belə 
müəyyənləşdirmişlər:
1. Qiraət gərək ərəb dilinin sintaktik kateqoriyalarından birinə 
(vəch min vücuh ən-nəhv) müvafiq olsun, dilçilik qaydalarını poz-
muş olmasın.
2. Hz. Osman Müshəfinin yazılışına (rəsm) müvafiq olsun.
3.  İsnadı  ardıcıl  olaraq  (bit-təvatür)  Peyğəmbərə  (s.ə.s)  gedib 
çıxsın.
Mütəvatir qiraətlər isnadı düzgün, sübuta yetirilmiş və ardıcıl 
şəkildə  ötürülmüş  qiraətlərdir.  Bunlar  “qiraət  əl-səba/yeddi  qiraət” 
imamlarının nəql etdiyi qiraətlərdir.

TƏFSİR ÜSULU VƏ TARİXİ
74
Məşhur qiraətlərə gəlincə bunlar isnadı düzgün, lakin ardıcıllı-
ğı tam olmayan, ərəb dili qaydalarına və Müshəfin rəsminə müva-
fiq olan, qarelər arasında məşhur olan, onlar tərəfindən səhv və ya 
müstəsna ( şaz) hesab edilməyən qiraətlərdir. Əbu Cəfər , Yaqub və 
Xələfin qiraətləri məhz məşhur qiraətlərdir.
b. Qeyri-səhih (şaz) qiraətlər
Mütəvatir qiraətin üç şərtinin və ya bu şərtlərdən hər hansı biri-
nin olmadığı qiraətlər qeyri-səhih qiraətlərdir. Daha əvvəl qeyd et-
diyimiz kimi bu qiraətlər üç yerə bölünür: ahad, müdrəc və mövzu 
(uydurma) qiraətlər.
İsnadı düzgün, lakin ərəb dili qaydalarına və müshəfin rəsminə 
müxalif olan, qarelər arasında tanınmayan qiraətlərə “ahad qiraətlər” 
deyilir. Bu qiraətlərdə oxumaq düzgün sayılmır.
Müdrəc  qiraətlər  bəzi  ayələrə  təfsir  şəklində  əlavə  edilmiş 
dəyişiklikləri nəzərdə tutan qiraətlərdir. Səd ibn Əbi Vəqqasa, İbn 
Abbasa və İbn Zübeyrə aid edilən bəzi qiraətlərdə onların təfsirləri 
qiraət ünsürü kimi qəbul edilmişdir. Məsələn, Nisə surəsinin 12-ci 
ayəsiki ifadə “və ləhu əxun əv uxtun” şəklində oxunarkən, Səd ibn 
Əbi  Vəqqas  təfsir  məqsədilə  “min  ümmin”  ifadəsini  buraya  əlavə 
etmiş və bu əlavə qiraət ünsürü hesab edilmişdir.
Mövzu qiraətlər (uydurma qiraətlər) əsli olmadan kimə isə isti-
nad edilən qiraətlərdir. Mühəmməd ibn Cəfər Xüzainin İmam Əbu 
Hənifəyə istinad etdiyi Fatir surəsinin 28-ci ayəsindəki “Allah” sö-
zünü damməli oxuması buna misal verilə bilər. Bu oxuyuşa görə 
ءاَمَلُعْلا ِهِداَبِع  ْنِم َالله  َشْ َي اَمَّانإِا
 
ayəsi “... Allah, alim qullarından qorxar...” 
mənasına gəlir. Halbuki ayənin əsl mənası belədir: “ ...Allahdan qul-
lar içərisində yalnız alim olanlar qorxar...” 

QURANIN OXUNUŞU
75
Quranda  fərqli  qiraətlərə  izn  verilməsini  alimlər  müxtəlif 
səbəblərlə izah edirlər:
1. Ərəblər Quran enmədən əvvəl müxtəlif ləhcələrdə danışır-
dılar.  Onların  hamısının  bir  ləhcədə  danışmaları  qeyri-mümkün 
idi. Buna görə də müxtəlif ləhcələrdə danışan ərəblərin təhrifə yol 
verməmələri və Quranı oxumalarını asanlaşdırmaq üçün müxtəlif 
qiraətlərədə oxumalarına izn verildi. 
2.  Quranın  fərqli  qiraətlərdə  oxunmasının  bir  hikməti  də  bü-
tün  ərəb  qəbilələrinə  Quranın  möcüzəvi  bir  kitab  olduğunu 
göstərməkdir. Çünki Quran onlara özünün və ya on surəsinin və 
yaxud da bir surəsinin bənzərini gətirmələri mövzusunda meydan 
oxuyarkən sadəcə bir ləhcədən deyil, müxtəlif ləhcələrdən istifadə 
etsələr belə onun bənzərini yarada bilməyəcəklərinə diqqət çəkir. 
3. Bundan başqa qiraətlər İslam hüquqşünaslarının hökm çıxar-
maqda  müraciət  etdikləri  bir  yoldur.  Fəqihlərdən  biri  bir  qiraəti 
əsas  alarkən,  digər  fəqih  başqa  bir  qiraəti  əsas  almışdır.  Məsələn 
Maidə surəsinin 6- ayəsindəki “və ərculəkum” ifadəsindəki “ləm” 
hərfini Nafi, İbn Amir, əl-Kisai və Həfs kəsrə ilə oxumuşlar. “Ləm” 
hərfini fəthə ilə oxuyanların qiraətinə görə dəstəmaz alarkən ayaq-
lar yuyulmalı, kəsrə ilə oxuyanlara görə isə məsh edilməlidir.
4. Qiraətlər eyni zamanda Hz. Peyğəmbərin ümmətinin digər 
ümmətlərdən  üstünlüyünü  göstərir.  Çünki  bu  ümmət  Rəblərinin 
kitabına  böyük  maraq  göstərmiş,  onun  fərqli  oxunuş  şəkillərini 
Peyğəmbərdən  öyrəndikdən  sonra  onu  elm  halına  gətirmiş  və 
beləliklə Quranı təhrif və təbdildən qorumuşlar. 
2. Qiraət imamları və raviləri
a. Əbu Abdurrəhman Nafi (vəfatı-169/785). İsfahanlıdır, Mədi-
nədə yaşamışdır. Onun raviləri Qalun və Vərşdir.

TƏFSİR ÜSULU VƏ TARİXİ
76
b. Abdullah ibn Kəsir (vəfatı-120/738). Məkkəlilərin qiraət ima-
mı olan İbn Kəsir tabeun alimlərindəndir. Onun raviləri Bəzzi və 
Qunbüldür.
c. Əbu Əmr əl-Mazini (vəfatı- 154/770). Bəsrəlilərin qiraət ima-
mıdır. Raviləri əd-Duri və əs-Susidir.
d. Abdullah  ibn Amir  (vəfatı-118/736).  Şamlıların  qiraət  ima-
mıdır. Tabeun alimlərindən olub qiraəti səhabələrdən əxz etmişdir. 
Raviləri Hişam və İbn Zəkvandır.
e. Əbu Bəkr Asim ibn Əbi-n Nücud (vəfatı-128/745). Tabeundan 
olan Asim Kufəlilərin qiraət imamıdır. Raviləri Əbu Bəkr Şubə və 
Həfsdir. 
f. Həmzə ibn Həbib əz-Zəyyat (vəfatı-156/773). Raviləri Xələf və 
Xəlladdır.
g. Əli ibn Həmzə əl-Kisai (vafatı-189/805). Raviləri əd-Duri və 
Əl- Harisdir. 
h.  Əbu  Cəfər  Yəzid  ibn  əl-Qəqa  əl-Məxzumi  (vəfatı-130/747). 
Raviləri İsa ibn Vərdan və Süleyman İbn Cəmmuzdur.
i.  Yəqub  ibn  İshaq  (vəfatı-  205/820).  Raviləri  Mühəmməd  ibn 
Mütəvəkkil və Rəvh ibn Əbdülmümindir.
j. Xələf ibn Hişam (vəfatı-229/843). Raviləri İshaq ibn İbrahim 
və İdris ibn Əbdülkərimdir.
Qiraət-i Əşərə” deyə bilinən bu qiraətlərdən bu gün sadəcə üçü 
işlənməkdədir  ki,  bunlar Asim,  Nafi  və  Əbu  Əmrin  qiraətləridir. 
Günümüzdə  müsəlmanların  əksəriyyəti  Quranı  demək  olar  ki 
Asim  qiraətinin  Həfs  rəvayətinə  görə  oxuyurlar.  Nafi  qiraətinə 
gəlincə  bu  qiraətdən  Misir  istisna  olmaqla  Şimali  Afrikanın  bəzi 

QURANIN OXUNUŞU
77
bölgələrində istifadə olunur. Əbu Əmr qiraəti isə sadəcə Sudanda 
oxudulmaqdadır.
Bu mövzuda İslam alimləri bir çox əsərlər yazmışlar. Azərbay-
can alimləri Mühəmməd ibn Mahmud ət-Tusi (vəfatı- hicrətin 620-
ci  ilindən  sonra)  və  Mühəmməd  ibn  Abdulkərim  ət-Təbrizinin 
(vəfatı-704 h.) də qiraətlər elmi sahəsində böyük xidmətləri olmuş-
dur.
B. Yeddi hərf (əl-Əhruhufu-s səbə) məsələsi
Quran  qiraətində  ən  önəmli  məsələlərdən  biri  də  yeddi  hərf 
məsələsidir. Bu ifadə, “uc, tərəf , zirvə, tiyə , yön , üslub , ləhcə , qiraət” 
və s. kimi mənalara gələn “hərf ” sözü ilə yeddi rəqəmi anlamına 
gələn “səbə” kəlməsindən meydana gəlmişdir. “Səbə” kəlməsi ərəb 
dilində həqiqi və məcazi anlamlarda işlədilir. Həqiqi mənada yeddi 
sayını, məcazi mənada isə rahatlıq mənasını bildirir.
Übeyy ibn Kəbdən belə bir rəvayət gəlir : “Hz. Peyğəmbər Bənu 
Qiffar quyusunun başında olarkən Cəbrayıl onun yanına gəlmiş və 
demişdir:
Allah  təala  sənə əmr edir  ki,  ümmətin Quranı  bir  hərf  üzürə 
oxusun. 
Hz. Peyğəmbər dedi:
Allahdan  məni  bağışlamasını  diləyirəm.  Ümmətimin  gücü 
buna çatmaz. 
Bu  dialoq  bu  şəkildə  üç  dəfə  təkrarlandı.  Dördüncü  dəfə 
Cəbrayıl belə dedi:
Allah  sənin  ümmətinə  Quranı  yeddi  hərf  üzürə  oxumalarını 
əmr edir, hansı hərf üzürə oxusalar doğru oxumuş olarlar.
90
90  Müslüm, Salətul-müsafirin; 274. Əbu Davud, əl-Vitr, 22; Nəsai, əl-
İftitah, 38.

TƏFSİR ÜSULU VƏ TARİXİ
78
  Yenə  bu  mövzuda  Hz.  Ömərdən  gələn  başqa  bir  rəvayət 
belədir: ” Rəsulullahın (s.ə.s.) sağlığında Hişam İbn Hakimin (na-
mazda) Fürqan surəsini oxuduğunu eşitdim. Hişam bu surəni Hz. 
Peyğəmbərin mənə öyrətdiyindən fərqli olaraq oxuyurdu. Az qala 
onun üzərinə atılacaqdım. Ancaq salam verənə qədər səbr etdim. 
Salam verən kimi ondan soruşdum:
Bu surəni sənə bu şəkildə kim öyrətdi ? 
Hişam:
Rəsulullah öyrətdi -dedi.
Mən də ona:
Yalan söyləyirsən. Çünki Peyğəmbər bu surəni mənə sənin oxu-
duduğundan fərqli olaraq öyrətdi-dedim. Yaxasından tutaraq onu 
Rəsulullahın yanına apardım.
Ey  Allahın  Rəsulu!  Bu  adamın  Fürqan  surəsini  sənin  mənə 
öyrətdiyindən fərqli olaraq oxuduğunu eşitdim-dedim
Hz. Peyğəmbər mənə:
Hişamın yaxasını burax-dedi və ona :
Ey Hişam oxu!-deyə əmr etdi. Hişam da o surəni mənim Hi-
şamdan eşitdiyim kimi oxudu. O zaman Hz. Peyğəmbər:
Bu surə bu şəkildə endirildi dedi. Sonra da mənə sarı dönərək :
Ey Ömər oxu-deyə əmr etdi. Mən də Rəsulullahın (s.ə.s) mənə 
öyrətdiyi kim oxudum. Hz. Peyğəmbər mənə də:
Bu surə bu şəkildə endirildi. Quran yeddi hərf üzürə nazil ol-
muşdur. Bunlardan hansı sizə asan gəlirsə onu oxuyun buyurdu.
91
Yeddi  hərf  mövzusunda  qırx  altı  hədis  rəvayət  edilmişdir  ki, 
bunların otuz dördü səhihdir. 
91   Buxari, Fəzailul-Quran, 5; Müslüm, Salətul-müsafirin, 272.

QURANIN OXUNUŞU
79
Yeddi hərflə bağlı görüşlər:
Yeddi hərflə bağlı müxtəlif fikirlər söylənmişdir. Bu fikirlərdən 
birincisinə  görə  “yeddi  hərf”  bir  neçə  ərəb  qəbiləsinin  birgə  dili 
kimi başa düşülməlidir. Əbu Übeyd əl-Qasim ibn Səllam göstərirdi 
ki,  “əhrufu-s  səba”  hədisində  məqsəd  ərəb  qəbilə  dillərinin  yeddi 
ləhcəsinə işarə etməkdir, daha doğrusu, Quran ərəb qəbilələrindən 
yeddisinin,  məsələn,  Qüreyşin,  Hüzeylin,  Həvazinin,  Yəmən 
əhlinin və başqa qəbilələrin ləhcələrində nazil edilmişdir. 
Lakin bu fikrin əleyhdarları onu tutarlı dəlillərlə təkzib edirlər. 
İbn Qüteybə deyir ki, Quran yalnız Qüreyş ləhcəsində nazil olmuş-
dur və məlum Quran ayəsini (İbrahim, 4) misal gətirir. 
İkinci  rəy  ondan  ibarətdir  ki  ,  “yeddi  hərf”  nitqdə  müxtəlif, 
mənaca müvafiq yeddi ləfzdir. Bu müddəanı Süfyan İbn Üyeynə və 
Əbu Cəfər İbn Cərir ət-Təbəri müdafiə etmişlər. Təbərinin fikrincə 
yeddi hərf” bir sözün ləfzcə müxtəlif, mənaca müvafiq yeddi vari-
antıdır. Məsələn, biz “gəl” demək üçün “həlummə”, “əqbil”, “təal”, 
ileyyə”,  “qəsdi”,  “nəhvi”  və  “qurbi”  sözlərini  işlədirik.  Bu  sözlər 
tələffüzdə  müxtəlifdir,  mənaca  isə  müvafiqdirlər.  Quranda  da 
belədir: məsələn, “səyhətən” və “zəqyətən” ləfzcə müxtəlif olsalar da 
eyni mənalı sözlərdir.
Lakin bu rəyin tərəfdarları Quranda elə bir ləfz göstərə bilmirlər 
ki, yeddi cür tələffüz edilsin, amma eyni mənada olsun. 
Üçüncü rəyə əsasən, “yeddi hərf” qiraətlərdəki yeddi müxtəlif 
variantdır  (vücuh  əl-xilaf).  Bu  rəyin  tərəfdarları  səhih  və  şaz 
qiraətləri nəzərdə tutur və onların yeddi variantını göstərməyə ça-
lışırlar, guya hər variant bir hərfdir. Bu variantları İbn Qüteybə aşa-
ğıdakı kimi sadalayır:

TƏFSİR ÜSULU VƏ TARİXİ
80
1. Sözün sonluq fleksiyalarında (irab) ixtilaf. Bu cür ixtilaf sö-
zün yazılışını saxlayır, mənasını da dəyişdirmir, yalnız sonluqlar-
da, yaxud səs tərkiblərində dəyişikliyə səbəb olur, məsələn , “hünnə 
əthəru ləkum” (Hud, 78) kəlamında “əthəru” sözü “əthərə” kimi oxun-
muşdur.
2. Sözlərin sonluqlarında, yaxud səs tərkiblərində baş verən, on-
ların mənalarını dəyişdirən, yazılışlarını isə saxlayan dəyişikliklər, 
məsələn , “Rəbbəna baid beynə əsfarina” kəlamında ilk iki söz “Rəbbuna 
baədə” kimi oxunmuşdur.
3.  Sözlərin  sonluqlarında  dəyişiklik  etmədən  onların  hərfləri 
barəsində ixtilaf. Bu zaman sözlərin mənaları dəyişilirdi, halbuki 
yazılışı saxlanılırdı, məsələn, “keyfə nunşizuhə”
92
  kəlamı “nunşiruhə” 
kimi oxunmuşdur.
4. Sözün özü barəsində onun yazılış rəsmini dəyişdirən, amma 
mənasını dəyişdirməyən fərq, məsələn, “in kənət illə sayhətən” ( Ya-
sin 29) kəlamı “illə zəqyətən” kimi oxunmuşdur.
5. Sözün həm yazılışında, həm də mənasında dəyişiklik, məsələn, 
 təlhin məndud”
93
 kəlamı “və təlin məndud “ kimi oxunmuşdur ki, 
burada  “salxım-salxım  sallanmış  möüz“  dəyişilərək  “salxım-salxım 
bir-birinin üstünə düzülmüş tumurcuqlar” mənasını almışdır. 
6.  Sözün  cümlə  tərkibində  qabağa  və  ya  geriyə  çəkilməsi  ilə 
bağlı yerdəyişmə fərqi, məsələn, “və cəət səkrəu-l məvti bi-l həqqi” ( 
Qaf, 19) kəlamı “və cəət səkrətu-l həqqi bi-l məvti” kimi oxunmuşdur.
7.  Artırma  və  ya  əksiltmə  yolu  ilə  dəyişiklik,  məsələn,  “ləhu 
tisun    tisunə  nəcətən”
94
  cümləsinə  “nəcətən”  kəliməsindən  sonra 
ünsa” sözü də əlavə edilərək oxunmuşdur. 
92  Bəqərə, 2/259
93  Vaqiə, 56/29
94  Sad, 38/23

QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
81
Yuxarıda zikr olunan rəylərdən hansının daha doğru olduğu-
nu  söyləmək  çətindir. Amma  Quranın  oxunmasını  asanlaşdırnaq 
məqsədi güdən bu rüxsət Hz. Osmanın müshəfləri çoxaltması ilə 
ortadan qalxmışdır. Buna görə də yeddi hərf məsələsi artıq bu gü-
nün məsələsi olmayıb, tamamilə o dövrlə əlaqədar olan müvvəqqəti 
rüxsət idi. 
V. QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
Qurani-kərimdə və hədisdə Quranın başqa dillərə tərcüməsini 
açıq şəkildə əmr edən və ya qadağan edən hər hansı bir ifadə yoxdur. 
Ancaq xüsusilə fiqh məzhəblərinin ortaya çıxdığı dövrdən etibarən 
bu məsələ mübahisə mövzusu olmuşdur. Alimlərin bir qismi bəzi 
ayələrdən və hədislərdən yola çıxaraq Quranın tərcümə edilməsinin 
vacib olduğunu söyləmişlər. Bəzi alimlər isə yenə Qurandan yola 
çıxaraq onun başqa dillərə tərcümə edilməsinin doğru olmayacağı, 
tərcümə edildiyi təqdirdə möcüzə xüsusiyyətini itirəcəyi görüşündə 
olmuşlar.  Nəticə  də  isə  tərcümə  edilməsi  tərəfdarlarının  görüşü 
üstün gəlmiş və Quran müxtəlif dillərə tərcümə olunmağa başlan-
mışdır.  Çünki  hər  nə  qədər  Qurani-kərim  ərəb  dilində  nazil  olsa 
da, onun muxatəbləri sadəcə ərəblər deyil, eyni zamanda bütün in-
sanlardır. Buna görə də Quranı sadəcə ərəblərlə məhdudlaşdırmaq 
doğru olmazdı. 
Ərəblərin xaricindəki digər millətlər İslam dinini qəbul etdikdən 
sonra, Qurani-kərimi və başqa din kitablarını ana dillərinə tərcümə 
etmə  ehtiyacını  hiss  etmişlər.  İranlı  və  türk  mənşəli  alimlər  bu 
sahədə mühüm fəaliyyətlər göstərmişlər .
95
Quran  tərcümə  tarixində  ilk  olma  xüsusiyyətinə  malik  olan 
tərcümə,  Hz.  Peyğəmbər  tərəfindən  bəzi  xarici  dövlət  başçılarına 
95  Abdulkadir İnan, Kurani Kerimin Türkçe Tercümeleri Üzerine İnceleme, s. 3.

TƏFSİR ÜSULU VƏ TARİXİ
82
göndərilən  diplomatik  məktublardakı  bəzi  ayələrdir.
96
  Rəsulullah 
(s.ə.s) tərəfindən göndərilən bu məktublarla birlikdə həmin ayələr 
də  tərcümə  edilmiş  və  ehtimal  olunur  ki,  bu  tərcümə  işi  Hz. 
Peyğəmbərin göndərdiyi elçilər tərəfindən həyata keçirilmişdir.
97
 
Böyük  tarixçi  və  hüquqşünas  olan  əs-Səraxsi  belə  deyir: 
“Rəvayət edildiyinə görə iranlılar Salman Farisiyə məktub yazaraq 
Quranın birinci surəsini farsca yazmasını istəmişlər. Onlar dilləri 
ərəb dilinə öyrəşənə qədər namazlarında onu oxumuşlar.”
98
Tacuş-Şəriə də “Nihayə haşiyətül-hidayə” adlı əsərində belə de-
yir: “Salman Farisi Hz. Peyğəmbərə müraciət etmiş və onun razılığı 
ilə Quranın birinci surəsini fars dilinə tərcümə etmişdir. Bilindiyi 
kimi Salman Farisi Hz. Peyğəmbərin Mədinədəki səhabələrindən 
biri idi.
99
 Beləliklə deyilə bilər ki, Qurana dair ilk tərcümə az da olsa 
Hz. Peyğəmbər zamanında edilmişdir.
100
A. Qurani-kərimin türk dilinə tərcüməsi (məalı) və təfsiri
Türk xalqlarının mədəniyyət tarixində din kitablarının bu dilə 
tərcüməsi fəaliyyəti  müxtəlif türk  boylarının beynəlmiləl dinlərlə 
təmas qurduqları dövrlərdə başlamışdır. Türklər qədim zamanlar-
da buddizmlə tanış olmuşdu. Türk dilindəki qədim terminlərin bir 
çoxu islam ədəbiyyatına türk dilinə tərcümə edilən buddizm dininə 
aid əsərlərdən keçmişdir. Türklər buddizmdən başqa Zərdüştlük, 
Manixeizm və Xristian dinləri ilə də təmas qurmuşdular. Türklərin 
böyük mədəni və ticarət mərkəzlərində bütün bu dinlərə mənsub 
insanlar yaşamışlar. Yüz ildən bəri aparılan tədqiqatlar nəticəsində 
96  Bu ayələr üçün bax. Taha 20/ 47; Əli İmran 3/64; Nisə 4/71; Tövbə 
9/29.
97  Muhsin Demirci, Kuran Tarihi, s. 214.
98  Məhəmməd ibn əs-Səraxsi , əl-Məbsut , I, 37. 
99  Muhammed Hamidullah, Aziz Kuran, tərc: A. Hatip- M. Kanık, s. 78.
100 Muhsin Demirci, e.a.ə. s.214

QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
83
bu dinlərin müqəddəs kitablarının türk dilində tərcümələri tapıl-
mışdır.
101
Türklər  X  əsrin  ortalarında  İslam  dinini  kütləvi  olaraq  qəbul 
etdikdən sonra, bu yeni dinin təlimatını və əsaslarını öyrənmə ehti-
yacı duyduqları və dinin əsas mənbəyi olan Quranı anlamaq üçün 
öz dillərinə tərcümə etdirmək istədikləri şübhəsizdir.
102
İslamdan əvvəl türklər arasında uyğur əlifbası yayılmışdı. İlk 
türkcə  Quran  tərcümələrinin  də  bu  əlifba  ilə  tərcümə  edilmə  eh-
timalı böyükdür. Ancaq bugünə qədər uyğur əlifbası ilə yazılmış 
mükəmməl bir Quran tərcüməsi tapılmamışdır. 
103
 Bizə qədər gələn 
ən əski türkcə Quran tərcümələri bunlardır:
1.  Rusiya  Elmlər  Akademiyası  Şərqşünaslıq  İnistitunda  olan 
tərcümə.
2. Türk və İslam Əsərləri Muzeyində olan tərcümə.
3. İstanbulda Millət Kitabxanasındakı tərcümə.
4. Mançestr şəhərində yerləşən Rilands kitabxanasındakı Qu-
ran tərcüməsi.
104

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə