Laboartoriya iĢi 5.
Qanın plazma və formalı elementlərə ayrılması.
Qan plazma və formalı elementlərdən ibarətdir. Qanın 55-
60%-ni plazma, 40-45%-ni formalı elementlər təşkil edir (şəkil 2).
Plazmanın tərkibində 90-92% su, 8-10% quru maddə olur. Qanın
zülallarına albuminlər, qlobulinlər və fibrinogen aiddir.
ĠĢ üçün lazımdır: sitrat qan, sentrifuqa və onun sınaq
şüşələri.
ĠĢin gediĢi. Sentrifuqanın sınaq şüşələrinə sitrat qan töküb
sentrifuqada 3000-4000 dövrlərdə 10 dəqiqə fırladılır. Plazma və
formalı elementlərin həcm nisbətinə fikir verilir və nəticə dəftərə
yazılır.
Şəkil 2. Qаnın fоrmаlı еlеmеntləri
İnsandan az və çox miqdar qan yeməkdən əvvəl götürülür. Az
miqdar qan sol əlin IV barmağından alınır. Bu məqsədlə xususi
hazırlanmış birdəfəlik skarifikatorlardan istifadə edilir. Birinci
17
damcı pambıqla silinir. Sonrakı damcılar EGS-ni, eritrositlərin,
leykositlərin, hemoqlobinin (HB) miqdarını təyin etmək üçün, qan
yaxması hazırlamaq üçün istifadə olunur. Qan götürüldükdən
sonra barmağın ucuna yod məhlulunda isladılmış pambıq qoyulur
və xəstə onu sıxır. Çox miqdar qan götürmək üçün dirsək
venalarından istifadə edilir. Biokimyəvi analiz üçün venadan 20
ml qan götürülür.
Laboratoriya iĢi 6.
Qanda eritrositlərin və leykositlərin miqadarının təyini
Qanın formalı elementlərinin (eritrositlərin və leykositlərin)
miqdarı 1 mm
3
qanda saymaqla təyin edilir. 1 mm
3
qanda eritrosit-
lərin miqdarı milyonlarla, leykositlərin miqdarı isə minlərlə he-
sablanır. Normada sağlam kişidə 1 mm
3
qanda 4,5-5 mln., qadında
isə 4-4,5 mln. eritrosit olur. İnsanın cəmi qanında 25 trln. eritrosit
olur.
Heyvanlardan az miqdarda qanı qulağın xırda damarlarından
götürmək olar; xəzdərili heyvanlardan -pəncədən (barmaqdan), quy-
ruğun ucundan; toyuqlardan -pipikdən və saqqaldan; ördək və
qazlardan -pəncənin yumşaq yerindən; siçanlardan -quyruqdan. Çox
miqdarda qan qaramaldan, qoyun və keçidən, atlardan, dəvələrdən,
camışlardan, marallardan vidaci venadan xüsusi iynələrin vasitəsi
ilə alınır; donuzlardan -quyruq venasından (quyruğun ucunu kəs-
məklə və ya onun ventral səthində damarları kəsməklə), qulağın iri
damarlarından, və ya kranial boş venadan; itlərdə -arxa ətrafın safen
venasından və ya ön ətrafın saidin dərialtı venasından; tülkülərdən
və şimal tülkülərindən -plantar venadan; dovşanlardan-qulaq vena-
sından; hind donuzlarından – ürəkdən; toyuqlardan - qanadın daxili
səthinin venasından (şəkil 3) və ya ürəkdən; bаlıqlаrdаn - quyruq
аrtеriyаsındаn (şəkil 4) və yа ürəkdən.
18
Şəkil 3. Quşdаn qаn аlınmаsı. 1-qаnın аlınmа nöqtəsi.
Şəkil 4. Bаlığın quyruq аrtеriyаsındа qаn аlınmаsı
Heyvanlarda yaşından, cinsindən, məhsuldarlıqdan, ilin fəs-
lindən və başqa faktorlardan asılı olaraq onların miqdarı dəyişir.
Qanın formalı elementlərinin miqdarının təyini diaqnostik əhə-
miyyətə malikdir.
Eritrositlərin funksiyaları: 1)Oksigeni ağ ciyərlərdən toxuma-
lara daşıyır; 2)Karbon qazını toxumalardan ağ ciyərlərə daşıyır;
3)Qida maddələrinin daşınmasında iştirak edİr; 4) Qanın pH-nın
sabit saxlanmasında iştirak edir; 5) Orqanizmdə immunitetin
əmələ gəlməsində iştirak edir.
Qanda eritrositlərin və hemoqlobinin miqdarının azalması qan
azlığı (a n e m i y a) xəstəliyinə səbəb olur.
ĠĢ üçün lazımdır: mikroskop, Qoryayev kamerası, qanı du-
rultmaq üçün qarışdırıcılar (melanjerlər), 3%-li natrium-xlor
məhlulu, metil abısı ilə rənglənmiş 3%-li sirkə turşusu məhlulu,
19
qan almaq üçün skarifikator (iynə), spirt, efir, yod, cilalanmış
ötürücü şüşə, dovşan, pambıq.
ĠĢin gediĢi: Dovşanın qulağı dezinfeksiya edilir və qulağın
kənarındakı venaya skаrifikаtоr batırılır. Birinci damcı qan pam-
bıqla silinir. İkinci damcıdan eritrositləri saymaq üçün qarışdı-
rıcının (melanjerin) 0,5 bölgüsünə qədər qan çəkilir. Sonra qanın
üzərinə qarışdırıcının 101 bölgüsünə qədər 3% -li natrium-xlor
məhlulu çəkilir. Bu zaman qan 200 dəfə duruldulur. Götürülən
qanın məhlulla bərabər qarışması üçün qarışdırıcı 1-2 dəqiqə
barmaqların arasında çalxalanır.
Leykoskitləri saymaq məqsədilə həmin qayda üzrə leykositlər
üçün olan qarışdırıcının 0,5 bölgüsünə qədər qan və 11 bölgüsünə
qədər sirkə turşusu məhlulu çəkilir (20 dəfə durutlma alınır).
Qarışdırıcı 1-2 dəqiqə çalxalanır.
Eritrositlərin sayılması. Nyuton halqası almaq şərti ilə örtü-
cü şüşə Qoryayev kamerasının toru üzərinə yapışdırılır (şəkil 5).
Qarışdırıcıdan 2-3 damcı qan qarışığı atıldıqdan sonra bir damcı
örtücü şüşənin kənarına tökülür. Qarışığın artığı kameranın şırı-
mına axır və torun üzərində qalan durulaşdırılmış qanın qatı 0,1
mm hündürlükdə olur.
Mikroskopun kiçik böyüdücüsü altında hesablama kame-
rasının toru tapılır. Tora tökülən qarışığın hərəkəti dayanandan
sonra eritrositlər mikroskopun böyük böyüdücüsü altında (okulyar
7x, obyektiv 40x) sayıla bilər.
Eritrositlər hesablama kamerasının torundakı, daxili 16 kiçik
kvadrata bölünmüş olan 25 kvadratın 5-də sayılır. Bunun üçün
növbə ilə mikroskopda 1,7,13,20 və 25-ci böyük bölgülü kvad-
ratlar tapılır (bu kvаdrаtlаr аdətən diоqоnаl üzrə yеrləşirlər) və
eritrositlər sayılır. Kvadratlardakı eritrositləri düzgün hesablamaq
üçün içərisindəki və 4 yan xəttlərİn ikisinin (üst və ön xətlərin)
üzərindəki hüceyrələr sayılır. 5 böyük (80 kiçik) kvadratda sayılan
eritrositlər toplanır.
1 mm
3
qanda olan eritrositlərin miqdarını tapmaq üçün
aşağıdakı düsturdan istifadə edilir:
20
X =
Burada: X – 1 mkl qanda eritrositlərin miqdarı; A – 5 böyük
kvadratda (80 kiçik kvаdrаtdа) sayılmış eritrositlərin miqdarı; M -
qanın durultma dərəcəsi (200); H – içərisində еritrоsitlər sаyılаn 5
böyük kvadratda olan kiçik kvadratların sayı (16·5= 80); 4000 –
nəticəni qаnın 1 mkl həcminə çеvirmək üçün əmsаl (kiçik
kvadratın üzərində say kamerasının həcmi - 1/4000 mkl).
Şəkil 5. Qоryаyеv kаmеrаsı.
А-kаmеrаnın üstdən görünüşü; B- Qоryаyеv tоru (1- kiçik kvаdrаt, 2 – böyük
kvаdrаt); C- еritrоsitlər üçün qаrışdırıcı; D-lеykоsitlər üçün qаrışdırıcı)
21
Fərz edək kİ, 5 böyük (80 kiçik) kvadratda 480 eritrosit
sayılmışdır (durultmа dərəcəsi – 200). Bu zaman 1 mm
3
qanda
eritrositlərin miqdarı belə hesablanır:
X =
= 480
10000 = 4800000
Deməli 1 mm
3
qanda 4800000 eritrosit vardır. Alınan nəticə
dəftərə qeyd olunur.
Lеykоsitlərin sаyılmаsı. Qаndа lеykоsitlərin miqdаrını təyin
еtmək üçün qаnın аlınmаsı, duruldulmаsı, kаmеrаnın tоrunun
örtülərək mikroskоp аltındа tаpılmаsı, duruldulmuş qаnın tоrun
üzərinə tökülməsi – еritrоsitləri sаymаq üçün istifаdə еdilən üsulа
uyğundur. Lаkin burаdа iki fərq vаrdır: 1)lеykоsitlər üçün оlаn
qаrışdırıcının həcmi еlədir ki, müаyinə üçün götürülən qаn 10 və yа
20 dəfə duruldulа bilər; 2)lеykоsitlər tоrdаkı dаxili 16 kiçik kvаd-
rаtа bölünmüş 25 böyük kvаdrаtın hаmısındа sаyılır. Lеykоsitləri
sаymаq üçün duruldulmuş qаnın 1-2 dаmcısı аtılır və sоnrаkı dаmcı
örtük şüşəsinin kənаrınа tökülür. Mаyеnin hərəkəti dаyаndıqdаn
sоnrа, lеykоsitlər mikrоskоp аltındа (оkulyаr 15x, оbyеktiv 20x)
sаyılır.
25 böyük (25 x 16 = 400 kiçik) kvаdrаtdа sаyılаn lеykоsitlər
tоplаnır və 1 mkl qаndа miqdаrını hеsаblаmаq üçün istifаdə еdilir.
Leykositlərin miqdarı aşağıdakı düsturla hesablanır:
X =
Burada: X -1 mkl qanda leykoositlərin miqdarı; A -100 böyük
kvadratda sayılmış leykositlərin miqdarı; M-qanın durultma dərə-
cəsi (20);H-25 böyük kvadratda olan kiçik kvadratların (16·25=400)
sayı; 4000 –
nəticəni qаnın 1 mkl həcminə çеvirmək üçün əmsаl
(kiçik kvadratın üzərində say kamerasının həcmi - 1/4000 mkl).
22
Fərz edək kİ, 25 böyük (400 kiçik) kvadratda 35 leykosit
sayılmışdır (durultmа 20 dəfə оlmuşdur). 1 mm
3
qanda leykosit-
lərin miqdarını hesablamaq üçün aşağıdakı düsturdan istifadə
edilir.
X =
= 7000
Deməli, 1 mm
3
qanda 7000 leykosit vardır. Nəticə dəftərdə
qeyd olunur. Normada insanda 1mm
3
qanda 6-8min leykosit olur.
Müxtəlif lаbоrаtоriyа hеyvаnlаrındа qаnın tərkibi аşаğıdаkı
cədvəldə (cədvəl 2) göstərilmişdir.
Cədvəl 2.
Müxtəlif lаbоrаtоriyа hеyvаnlаrındа lеykоsitlərin miqdаrı
Hеyvаnlаr
L
еyk
оs
it
lə
r
Lеykоsitlər düsturu
Еоzi-
nоfil-
lər
Bаzо-
fillər
Nеytоrfillər
Limfо-
sitlər
Mоnо
-sitlər
Çubuq-
nüvəli
lər
S
еq
m
еn
t-
n
üv
əl
il
ər
It
5-14
1-4
0-0,5
3-8
40-70
14-25
3-8
Pişik
6-18
1-4
0-0,2
3-5
50-66
30-45
2-5
Dоvşаn
4-19
0-4
0-1
2-6
10-68
30-79
1-5
Siçоvul
10-30
0-1
0-3
0-2
13-60
50-73
0-10
Siçаn
5-30
0-2
0-0,5
0-6
13-50
39-80
0-1
MÖVZU: QANIN FIZIKI- KIMYƏVI XASSƏLƏRI
Məşğələyə hazırlaşmaq üçün suallar:
1.Qanın xüsusi çəkisi və osmotik təzyiqi.
2.İzo-, hipo- və hipertonik məhlullar.
3.Hemoliz və onun növləri.
4.Eritrositlərin osmotik davamlılığı.
23
5.Qanın pH-ı və bufer sistemi.
6.Hemoqlobin və onun orqanizmdə rolu.
7.Mioqlоbin və onun orqanizmdə əhəmiyyəti.
8.Qanın osmotik təzyiqi.
9.Qanın onkotik təzyiqi.
10.Homeostaz və onu təmin edən sistemlər
11.Eritrositlərin çökmə sürəti və onun mexanizmi.
12.Müxtəlif heyvanlarda və insanda hemoqlobinin miqdarı.
Laboratoriya iĢi 7.
Müxtəlif maddələrin təsirindən qanın hemolizi
Eritrositlərin parçalanaraq hemoqlobinin xaricə çıxmasına
hemoliz deyilir. Hemoliz - ərimə deməkdir. Hemolizin aşağıdakı
növləri vardır:
1.Mexaniki hemoliz,
2.Kimyəvi hemoliz,
3.Osmotik hemoliz,
4.Bioloji hemoliz.
ĠĢ üçün lazımdır: mikroskop, sınaq şüşələri, ştativ, əşya və
örtük şüşələri, pipet, 0,3%, 0,9%, 3%-li natrium xlor məhlulları,
saf su, 0,1%-li xlorid turşusu məhlulu, ammonyak, Qoryayev
kamerası, sitrat qan.
ĠĢin gediĢi. Nömrələnmiş 5 ədəd sınaq şüşəsi ştativə qoyulur.
Birinci sınaq şüşəsinə 5 ml fizioloji məhlul tökülür; ikinciyə - 5ml
0,3%-li natrium xlor məhlulu; üçüncüyə - 5 ml saf su, dördüncüyə
- 4,5 ml fizioloji məhlul və 0,5 ml ammonyak məhlulu, beşinciyə -
4,5 ml fizioloji məhlul və 0,5 ml 0,1%-li xlorid turşusu məhlulu
tökülür. Sonra hər sınaq şüşəsinə 2 damcı qan əlavə edilib
çalxalanır.
Sınaq şüşələrindəki qarışığa işiqda baxılaraq hansında
hemoliz getməsi (qarışığın şəffaf olması) müəyyən edilir.
24
Cisim şüşəsi üzərinə bir damcı sitrat qan qoyub üzəri örtücü
şüşə ilə örtülür, ona mikroskopun əvvəl kiçik, sonra da böyük
böyüdücü altında baxılır.
Nazik pipetlə örtücü şüşənin altına 1-2 damcı saf su əlavə
edilir və eritrositlərin forması müşahidə edilir. Başqa preparatın
örtücü şüşəsi altına 1-2 damcı 3%-li natrium xlorid məhlulu əlavə
edilib, yenə də eritrositlərin formaları müşahidə edİlİr. Alınan
nətİələr dəftərə yazılır.
Laboratoriya iĢi 8.
Eritrositlərin osmotik davamlılığının (ЕОD) təyini.
ĠĢ üçün lazımdır: 5 ədəd sınaq şüşəsi, pipetlər, fibrinsizləş-
miş və ya sitrat qan, 1%-li natrium xlorid məhlulu, saf su,
senrifuqa.
ĠĢin gediĢi. Müxtəlif konsentrasiyalı natrium xlor məhluları
cədvəldə (cədvəl 3) göstərilən kimi hazırlanır və təcrübə aşağıdakı
sxem üzrə aparılır.
Hər bir sınaq şüşəsinə 5 damcı qan əlavə edilir. Çalxalanır və
2 saata ştativə qoyulur və ya sentrifuqada 15-20 dəqiqə fırladılır.
Hansı sınaq şüşəsində qismən hemoliz getmişsə, o eritrositlərin
minimal davamlılığı, hansında tam hemoliz getmişsə - maksimal
davamlılığı olacaqdır.
Cədvəl 3.
Müxtəlif konsentrasiyalı natrium xlor məhlularının
hаzırlаnmаsı
Məhlullar
Sınaq şüşələrinin №-ləri və
maddələrin ml-lə miqdarı
Qeyd: hansı
konsentrasiyada
eritrositlərin
dağılması müəyyən
edilir.
1
2
3
4
5
1 %-li NaCl məhlulu
1
3
5
7
9
Saf su
9
7
5
3
1
Məhlulun cəmi
miqdarı
10
10
10
10
10
25
Məhlulun
konsentrasiyası
0,1
0,3
0,5
0,7
0,9
Laboratoriya iĢi 9.
Qan zərdabının bufer xassəsinin təyini.
ĠĢ üçün lazımdır: 25 ml-lik iki büret, 4 kiçik stəkan, 1 ml-lik
dərəcəli pipet, 0,1 n xlorid turşusu məhlul, 0,1 n natirum hidroksid
məhlulu, 0,1%-li metiloranj və 0,1%-li fenolftalein məhlulları, saf
su, at və ya inək qanının zərdabı.
ĠĢin gediĢi.
1. Qələvi buferin təyini. Iki stəkan götürülür. Bir stəkana 10
ml saf su, ikinci stəkana 10 ml saf su və 1 ml zərdab tökülür. Hər
bir stəkana 2 damcı metiloranj indikatoru əlavə edilir. Sonra
qarışıq, damcıları saymaqla 0,1 n xlorid turşusu məhlulu ilə
itməyən zəif qırmızı rəng alınana qədər titrlənir. Titrləmə bufer
xassəsi olmayan nəzarət rolu görən sudan başlanmalıdır.
2.Turş buferin təyini. İki təmiz stəkan götürülür. Birinə 10 ml
saf su, ikincisinə isə 10 ml saf su və 1 ml zərdab tökülür. Hər bir
stəkana 2 damcı fenolftalein əlavə edilir və 0,1 n NaCl məhlulu ilə
itməyən cəhrayı rəng alınana qədər titrlənir. Titirləmə nəzarət
məqsədilə su ilə də aparılır.
Laboratoriya iĢi 10.
Qanda hemoqlobinin miqdarının təyini.
Hemoqlobin (HB) mürəkkəb zülaldır və eritrositlərin tərki-
bində olur. Hemoqlobinin 96%-ni qlobin (zülal), 4%-ni hem (bo-
yayıcı maddə) təşkil edir (şəkil 6, 7). Hemoqlobin oksigenin və
karbon qazının daşınmasını təmin edir. Hemoqlobin oksinegeni və
karbon qazını birləşmə halında daşıyır. Oksigen ilə birləşmiş
hemoqlobin oksihemoqlobin (HbO
2
), karbon qazı ilə birləşmiş
hemoqlobin karbohemoqlobin (HbCO
2
), dəm qazı ilə birləşmiş
hemoqlobin karbooksi-hemoqlobin (HbCO) adlanır. Hemoqlоbin
26
dəm qazı ilə asan birləşir. Qanda hemoqlobinin və eritrositlərin
miqdarının azalması qanazlığı xəstəliyinə (anemiya) səbəb olur
(cədvəl 4).
Cədvəl 4.
Müxtəlif hеyvаnlаrın qаnındа hеmоqlоbinin miqdаrı
Hеyvаnın növü
Sаliyə görə
(%)
Tərəddüd
еtməsi
100 ml qаndа
hеmоqlоbinin miqdаrı (q)
Аt
80
50-100
13,6
Qаrаmаl
65
56-74
11,0
Dəvə
90
66-114
15,2
Cаmış
49
28-70
8,3
Kеçi
63
45-81
10,7
Yаk
57
36-78
9,0
Qоyun
68
54-80
11,6
Dоnuz
60
51-99
10,6
It
80
65-95
13,7
Pişik
65
47-83
11,0
Dоvşаn
69
51-87
11,7
Tоyuq
75
51-99
12,7
Qаz
95
80-150
16,1
Şəkil 6. Hеmin kristаllаrı
27
Şəkil 7. Bəzi hеyvаnlаrdа hеmоqlоbin kristаllаrı.
А-аtdа, B-dоnuzdа, V-itdə
ĠĢ üçün lazımdır: Sali hemometri, 0,1 n HCl məhlulu, saf su,
skаrifikаtоr, yod məhlulu, pambıq, sitrat qan və ya qan almaq
üçün heyvan.
ĠĢĠn gediĢi. Sali hemometrinin (şəkil 8) dərəcəli sınaq
şüşəsinin 2 bölgüsünə qədər 0,1 n HCl məhlulu tökülür.
Hemometrin mikropipetinə 20 mm
3
(0,02 ml bölgüsünə
qədər) qan çəkilir. Mikropipetin ucu pambıqla silinir, sonra
dərəcəli sınaq şüşəsindəki xlorid turşusuna salınaraq qan məhlulu-
nun dibinə əlavə edilir, mikropipet xlorid turşusunun üst təmiz
qalmış hissəsi ilə bir neçə dəfə yuyulur.
Sınaq şüşəsindəki qarışıq şüşə çubuq ilə qarışdırılır. Sonra
həmin sınaq şüşəsi 5-10 dəqiqə müddətində hemometrdə yerinə
qoyulur. Bu müddətdə hemoqlobin xlorid turşusu ilə reaksiyaya
girərək hematin-xlorid alınır ki, bu da qarışığa tünd qəhvəyi rəng
verir.
Hematin-xlorid məhlulu olan sınaq şüşəsi hemometrə qoyulur
və qarışığın rəngi standart məhlulların rənginə bərabərləşənə
qədər onun üzərinə damcı-damcı saf su əlavə edilərək qarışdırılır.
Rənglər bərabərləşəndən sonra hesablama aparılır. Hesablama
əgər müayinə aparılan sınaq şüşəsinin üzərindəki rəqəmlər 2-dən,
23-ə qədərdirsə, o zaman qanın şüşədə üst səviyyəsinin yanındakı
rəqəm hemoqlobinin qram faizlə miqdarı olacaqdır.
28
Əgər dərəcəli sınaq şüşəsi üzərindəki rəqəm 10-dan 140-a
qədər olarsa (buna Sali vahidi deyilir) onda həmin rəqəm hemoq-
lobinin vahidlə miqdarını göstərir. Sali vahidini qram faizə çevir-
mək üçün tənasüb qurulmalıdır. Nəzərə almaq lazımdır ki, 100
Sali vahidi 100 ml qanda 16,67 qram hemoqlobinin olmasını
göstərir.
Şəkil 8. Sаli hеmоmеtri:
1-hеmоmеtrin kоrpusu; 2-stаndаrt
məhlullаr; 3-bölgülü sınаq şüşəsi;
4-qаn götürmək üçün pipеt. Sаğ
tərəfdə hеmоmеtrin şkаlаsı (qrаm-
fаizlə – nisbi hеmоqlоbin ədədi)
Məsələ: Fərz edək müayinə olunan qanın durultmadan sonra
dərəcəli sınaq şüşəsində səviyyəsi 80 Sali rəqəminə bərabər
olmuşdur,o zaman
100 - 16,67
80 - X
X=
= 13,33 q% olacaqdır.
Təcrübənin nəticəsi analiz olunaraq dəftərdə qeyd olunur.
29
İnsanda hemoqlоbinin miqdarı sağlam kişidə 13-16 q% (14,5
q%), qadında 12-14 q% (13q%) olur. Alman kimyaçısı Xane Fişer
40 yaşında müstəqil elmi-tədqiqat işi apararaq müəyyən etmişdir
ki, qanın hemoqlobini zülaldan və hemdən ibarətdir. Xane Fişer
1929-cu ildə hemin quruluşunu (strukturunu) müəyyən etmişdir.
1930-cu ildə bu kəşfə görə ona Nobel mükafatı verilmişdir.
Heyvanlarda hemoqlоbinin miqdarı heyvanın növündən,
yaşından, fizioloji vəziyyətindən, dəniz səhtinə nisbətən hündür-
lükdən asılıdır (cədvəl 4).
Laboratoriya iĢi 11.
Hemoqlobinin və onun törəmələrinin spektral müayinəsi.
ĠĢ üçün lazımdır: Spektroskop, saf su, qan, natrium
hidrosulfit kristalı.
Müəyyən məhlulda hemoqlobin və ya onun törəmələrinin
olması onların udulma spektrinə görə təyin edilə bilər.
ĠĢin gediĢi.10 ml saf suya 1-2 damcı qan əlavə edilərək, zəif
hemoqlobin məhlulu hazırlanır. Bu məhluldan spektrin xüsusi
sınaq şüşəsi doldurulub işiq mənbəyi ilə spektraskopun arasına
qoyulur. Spektrin sarı, yaşıl rəngi (DE xətti) arasında görünən iki
nazik udma xətti oksihemoqlobinin spektridir.
Hemoqlobini reduksiya etmək və onun spektrini müşahidə
etmək üçün müayinə olunan məhlula bir neçə natrium hidrosulfit
kristalı salınır. Bundan 3-4 dəqiqə keçmiş həmin məhluldan spek-
trin sarı-yaşıl rəngi üzərində enli tünd zolaq alınır. Bu zolaq re-
duksiya olunmuş hemoqlobinin spektridir.
MÖVZU: QANIN LAXTALANMASI.
Qanın laxtalanma xassəsinin pozulması xəstəlikdir və
hemofiliya adlanır.
Qanın laxtalanması fermentativ–kimyəvi prosesdir və
orqanizm üçün müdafiə əhəmiyyəti vardır. Belə ki, müxtəlif
30
zədələnmələr zamanı orqanizmi çox qan itirməkdən qoruyur.
Qanın laxtalanması plazmada həll olunmuş halda olan
fibrinogenin həll olunmayan fibrinə çevrilməsidir (şəkil 9) və 5
mərhələdən ibarətdir:
1.Tromboplastinin əmələ gəlməsi.
2.Trombinin əmələ gəlməsi.
3.Fibrinin əmələ gəlməsi.
4.Əmələ gəlmiş laxtanın həcmən kiçilməsi.
5.Əmələ gəlmiş laxtanın əriməsi.
MəĢğələyə hazırlaĢmaq üçün suallar.
1.Qanın laxtalanmasının orqanizm üçün əhəmiyyəti.
2.Qanın laxtalanmasının müasir nəzəriyyəsi.
3.Qanın laxtalanmasını zəiflədən, sürətləndirən faktorlar.
4.Qan laxtalandırıcı və əks laxtalandırıcı sistemləri.
5.Qanın laxtalanmasının tənzimi.
6.Müxtəlif heyvanlarda və insanda qanın laxtalanma sürəti.
7.Qanaxmalar zamanı ilk yardım.
Laboratoriya iĢi 12.
Qanın fibrinsizləĢdirilməsi.
Fibrinogeni alınmış qan fibrinsizləĢdirilmiĢ qan adlanır.
Fibrinogen qanın zülalıdır.
Dostları ilə paylaş: |