İslam dünyada ən çox yayılmış dinlərdən biridir. Bu din VII əsrdə Ərəbistanda meydana gəlmişdir. İslamın yaranması ilə çoxallahlığa və bütpərəstliyə qarşı mübarizə başlandı. Məlumdur ki, islamadək insanlar Günəşə, Aya, müxtəlif ruhlara, təbiət cismlərinə və əcdadlara sitayiş edirdilər. İslam adı, s-l-m kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır , 1) sülh 2) boyun əymək və ya itaət etmək.İslamın banisi Məhəmməd peyğəmbər 570-ci ildə Məkkədə anadan olmuşdur. İslam dinində əsəs 3 ehkam var; 1) tövhid 2) Nübuvvət 3) məadə. Islam dinini qəbul edənlər müsəlman adlanır. Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini öyrənib, özlərinə örnək götürürlər. İslamın 5 şərti var. Bunları bilməy hər bir müsəlman üçün vacibdir.Bunlar:1.Kəlmeyi şəhadəti bilməy ,2.Namaz qılmaq,,3.Oruc tutmaq, 4.Zəkat vermək,5.Həcc ziyarətinə getməkdir. İslam dini dünyada ən böyük ikinci dindir və çox sürətlə dunya üzərində yayılır. Dünyada 1 milyard 757 milyon müsəlman var və dünyada müsəlmanların sayına görə 221 milyon müsəlman əhali ilə İndoneziya 1-ci yerdədir.İslam dinin müqəddəs və ən əsas kitabı Qurani-Kərim dir.Quran kəlməsinin mənası oxumaq deməkdir Quranda 114 surə və 6236 ayə var. Quranda ən uzun surə Bəqərə surəsi (286 ayə) ən qısa surə isə Kövsər surəsidir (3 ayə) . Quran 23 ilə hissə-hissə nazil olmuşdur və təhrifə məruz qalmamışdır.Quran ALLAH tərəfindən birbaşa deyil, Cəbrail (mələk) vasitəsi ilə nazil olmuşdur.Quran Fatihə surəsi ilə başlayır və Nas surəsi ilə bitir.Quranın Quranda gələn bir çox adı vardır və o adlar bunlardır ; Əl-Kitab , Ümmül-Kitab , Əl-Furqan , Əl-Huda , Əz-Zikr . Namaz islam dininin sütunlarından biridir və həmçinin İslamın 5 şərtindən 2-cisidir.Şəriətə görə müsəlmanlar gündə 5 vaxt vacib namaz qılmalıdır. Quranda buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır.