Dərslik komplekti Müəlliflər: Seyidli Yaşar



Yüklə 178,13 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix04.05.2017
ölçüsü178,13 Kb.
  1   2   3

 

 

 

 



Respublikanın ümumtəhsil məktəblərinin 

6-cı sinifləri üçün ―Biologiya‖ dərslik komplekti 

 

 

Müəlliflər: Seyidli Yaşar 

Xumar Əhmədbəyli 

Əliyeva Nailə 

 

 

Bakı: ―Bakı Nəşr‖ 2013. 

 

 



 

Dərslik komplekti ilə  bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələr bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 

 

 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından; 

5.  ―Müəllim  üçün  metodik  vəsait‖in  (MMV-nin)  məzmununun  işlənməsi  

baxımından.  

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  komplekti  dərslikdən  və  müəllim  üçün  metodik  vəsaitdən  ibarətdir. 



Dərslikdə  təlim  materialları  ―Mündəricat‖,  ―Biologiya  canlı  orqanizmlər 

haqqında  elmdir‖,  ―Canlı  orqanizmlərin  quruluşu‖,  ―Orqanizmlərin  həyat 

fəaliyyəti‖,  ―Orqanizm  və  mühit‖  tədris  vahidləri  üzrə  qruplaşdırılmış  8  fəsildən 

ibarət  olmaqla,  54  mövzunu  əhatə  etmişdir.  Təlim  materiallarının  yaxşı 

mənimsənilməsi üçün hər fəslin sonunda ―Ümumiləşdirici tapşırıqlar‖ verilmişdir.  

Dərslikdə  şagirdlərdə  mövzu  haqqında  ilkin  təsəvvürlərin  formalaşdırılması, 

öyrənilən  bilik  və  bacarıqların  tətbiqi  və  qiymətləndirilməsi  üçün  ―Maraqoyatma‖

―Fəaliyyət‖,  ―Bilirsinizmi?‖,  ―Öyrəndiklərinizi  tətbiq  edin‖,  ―Nə  öyrəndiniz”, 

―Öyrəndiklərinizi  yoxlayın‖,  ―Açar  sözlər‖  kimi  bölmələrin  verilməsi 

təqdirəlayiqdir.  

Azərbaycan    Respublikası Təhsil  Nazirliyinin  təsdiq  etdiyi  tədris  planına  görə, 

fənnin tədrisi üçün həftədə 2 saat olmaqla, 64 saat vaxt ayrılmışdır.  

Dərslik komplektindəki materiallarla yeni təhsil proqramına (kurikulum) əsasən 4 

məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılması nəzərdə tutulmuşdur. 

Bununla  yanaşı,  dərslikdəki  materiallar  standartların  bəzilərinin  tam  şəkildə 

reallaşdırılmasına imkan vermir.  



4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 

Bu  alt  standartın  ―Vətənimizin  təbiəti‖  mövzusunda  reallaşdırılması  nəzərdə 

tutulmuşdur.  Mövzu  ətraflı  izah  edilmədiyindən,  buna  nail  olunmamışdır.  Mövzuda 

yalnız  respublikanın  flora  və  faunası,  bitki  örtüyü,  heyvanlar  aləmi  və  nəsli 

kəsilməkdə  olan  bitki  və  heyvanlar  haqqında qısa  məlumat  verilmiş,  lakin  canlıların 

bir-birilə və ətraf mühitlə əlaqəsi izah edilməmişdir.  



 

Bu  alt  standart  ―Canlıların  təsnifatı‖, ―Bakteriyaların  yayılması  və  təbiətdə 



rolu‖,  ―Xəstəliktörədən  bakteriyalar.  Viruslar‖,  ―Bitki  orqanlarının  yeraltı  və 

yerüstü şəkildəyişmələri‖ və s. mövzularında isə müəyyən qədər reallaşdırılmışdır. 

2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 

Bu  alt  standartın  ―Bakteriyaların  yayılması  və  təbiətdə  rolu.  Xəstəliktörədən 



bakteriyalar.  Viruslar‖  mövzusunda  reallaşdırılması  nəzərdə  tutulmuşdur.  Bu 

mövzuların  tədrisi  çərçivəsində  “Maddələr  mübadiləsinin  pozulması”  anlayışı  ilə 

bağlı nəinki  heç bir fikrə, eyni  zamanda sual, tapşırıq və fəaliyyətə də rast gəlinmir. 

Deməli,  şagird  maddələr  mübadiləsinin  (insanlarda,  heyvanlarda,  bitkilərdə) 

pozulması  dedikdə,  nələrin  nəzərdə  tutulduğunu,  bu  pozulmanın  hansı  hallarda  baş 

verdiyi  və  onun  təzahürləri  barədə  sistemli  bilgi  ala  bilmədiyinə  görə,  alt  standartda 

təsbit  edilmiş  bilik  və  bacarığı  da  formalaşdıra  bilməyəcək.  Şagirdin  bu  prosesdə 

qazanacağı  bilik  və  bacarıqlar  əslində  onun  biologiya  fənni  çərçivəsində 

mənimsəyəcəyi  və  ömrü  boyu  istifadə  edəcəyi  ən  vacib  bilik  və  bacarıqlardandır. 

Çünki  düzgün  maddələr  mübadiləsi  sağlam  həyat,  onun  pozulması  isə  həyata  təhdid 

deməkdir.    

2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır. 

Bu  alt  standartın  ―Prokariot  orqanizmlər‖,  ―Gövdənin  daxili  quruluşu‖, 



―Bitkilərin  yeraltı  qidalanması‖, ―Bitkilərin  havadan  qidalanması. Fotosintez‖, 

―Bakteriya  və  göbələklərin  qidalanması‖  və  ―Bitkilərdə  tənəffüs‖  mövzularının 

tədrisi  yolu  ilə  formalaşdırılması  nəzərdə  tutulmuşdur.  Həmin  mövzularla  bağlı 

dərslərdə  alt  standartın  birinci  hissəsinə  aid  bilik  və  bacarıqların  formalaşdırılması 

üçün  kifayət  qədər  material  olsa  da,  ikinci  hissəsinə  –  bioloji  proseslərə  dair 

hesablamalara aid yalnız bircə bəsit tapşırıq var (səh. 33). Deməli, alt standartın tam 

şəkildə formalaşdırılması mümkün olmayacaq.   

Ümumiyyətlə,  dərslikdəki  materiallar  fənn  üzrə  bilik  və  bacarıqların 

formalaşdırılmasına,  şagirdlərdə  canlı  orqanizmlər  haqqında  əsaslı  məlumatlar  əldə 

etməyə əsasən imkan versə də,  dərslikdə məzmunla bağlı çoxlu sayda elmi, pedaqoji 

səhvlərə, ifadə xətalarına yol verilib. 



Səhifə  10-da  ―Respublikamız  müxtəlif  iqlim  qurşaqlarında  yerləşir‖  fikri 

düzgün  deyil.  Azərbaycan mülayim iqlim qurşağında yerləşir, lakin onun ərazisində 



 

müxtəlif  iqlim  tipləri  (8)  müəyyən  edilib



1

.  “İqlim  qurşağı”  və  “iqlim  tipi”  fərqli 

anlayışlardır.  

Səhifə  11-də  ―Vətənimizin  ərazisində  yalnız  bizim  təbiətə  xas  olan  –

dəmirağac,  Lənkəran  akasiyası,  şabalıdyarpaq  palıd,  şümşad,  eldar  şamı, 

qaraçöhrə  və  s. ağaclara  rast  gəlinir‖  fikrinin “Vətənimizin ərazisində dəmirağac, 

Lənkəran  akasiyası,  şabalıdyarpaq  palıd,  şümşad,  eldar  şamı,  qaraçöhrə  və  s. 

ağaclara rast gəlinir kimi verilməsi məqsədəuyğun hesab edilir.  

Səhifə 12-də  ―Nə öyrəndiniz‖    blokunda  ―flora‖  anlayışının tərifinin səhifə 

11-də olduğu kimi verilməsi məqsədəuyğun hesab edilir.  

Səhifə  14-də  biologiya  elminin  sahələrinə  botanika,  zoologiya,  mikologiya, 

bakteriologiya,  virusologiya  və  ekologiya  aid  edilmişdir.  Burada  ―Biologiyanın 

sahələri‖  başlığının  çıxarılması  məsləhətdir.  Çünki  biologiya  elminin  sahələri 

çoxdur. Burada isə onun bəzi sahələri göstərilmişdir. 



Səhifə  17-də  ―Yaranan  fərdlər  fərdi  inkişafı  dövründə  (doğulandan  ölənə 

qədər)  dəyişilir‖  cümləsi  Yaranan  fərdlər  fərdi  inkişafı  dövründə  (mayalanma 

anından ölənə qədər) dəyişilir” kimi yazılmalıdır. 

Səhifə 18-də  ―Açar sözlər‖dən ―Böyümə və inkişaf‖ sözləri çıxarılmalıdır. 

Səhifə  19-da  ―Canlıların  təsnifatını  öyrənən  elm  sistematika  adlanır‖ 

əvəzinə  “Canlıların  müxtəlifliyini    öyrənən  elm  sistematika  adlanır”  yazılmalıdır. 

Belə ki, elm təsnifatı öyrənmir, onu yaradır. 

Yenə  həmin  səhifədə  sonuncu  abzasda  verilmiş  ―K.  Linney  hər  bir  növü  – 

ikiqat  latın  adları  ilə  adlandırmışdır‖  cümləsi “K. Linney növü adlandırmaq üçün 

sələfləri  tərəfindən  təklif  olunan  ikiqat  latın  adlarını  elmə  daxil  etmişdir”  kimi 

yazılmalıdır. 



Səhifə 21-də  ―Açar sözlər‖dən ―Növ‖ anlayışı  çıxarılmalıdır. 

Səhifə  22-də  ―Onurğalı  heyvanlarda  olduğu  kimi,  onda  inkişaf  zamanı 

bədənin  dayağını  təşkil  edən  xorda  meydana  gəlir  və  sonradan  onurğaya 

çevrilir‖ cümləsi  qüsurludur.  Belə  ki,  onurğa  xordadan  deyil,  onun  ətrafında  əmələ 

gəlir.  Bu  cümlədən  sonra  “Buna görə  də  o,  xordalılar  tipinə  aid  edilir  cümləsinin 

verilməsi  məqsədəuyğun  hesab  edilir.  Həmçinin  burada  verilmiş  təsnifata  “fəsilə”ni 

də daxil etmək lazımdır. Çünki səhifə 20-dəki təsnifatda fəsilə də qeyd olunmuşdur.   

                                                                 

1

 http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_t%C9%99bi%C9%99t i  



 

Yenə  həmin  səhifədə  ―Belə  ki,  insanda  meymundan  fərqli  olaraq  kəllənin 



beyin şöbəsi üz şöbəsindən böyükdür‖ cümləsindən sonra “Bu onda şüurun inkişaf 

etməsinə  və  əlin  əmək  alətinə  çevrilməsinə  səbəb  oldu”  fikrinin  qeyd  olunması 

məqsədəuyğun hesab edilir.  



Səhifə  24-də  tapşırıq  3-də  sistematik  vahidlərin  arasından  “aləm”  sözü   

çıxarılmalıdır. 



Səhifə  26-da  ―Orqanizmlərin  hüceyrəli  quruluşu‖  deyil,  “Orqanizmlərin 

hüceyrəvi quruluşu yazılması daha doğru olar. 

Səhifə  27-də  ―Fəaliyyət  2‖də    ―Tubus  (baxış  borusu)  –  mikroskopun 

gövdəsinə  bərkidilir‖  əvəzinə  “Tubus  (baxış  borusu)  –  mikroskopun  ştativinə 

bərkidilir yazılmalıdır.  

Səhifə  34-də  ―Bir  ədəd  bağırsaq  çöpü  bakteriyasının  gün  ərzində  verdiyi 

nəsil oturacağı 2 m



, hündürlüyü isə 1 km-ə çatan piramidanı  doldura bilərdi‖ 

cümləsində  piramidanın  təsviri  düzgün  verilməmişdir.  Burada  ―2  m



2

‖  əvəzinə 

“2 km



2

 yazılmalıdır. 



Yenə  həmin  səhifədə  ―Bakteriyalar  milyon  illər  ərzində  orqanizmlərin 

qalıqlarını  minerallaşdıraraq  faydalı  qazıntı  yataqlarının  yaranmasında  iştirak 

etmişdir‖  fikri düzgün deyil. Çünki  faydalı qazıntılar üzvi qalıqların minerallaşması 

nəticəsində əmələ gəlmir.  



Səhifə  35-də  ―insan  brusellyozla  yoluxmuş  qaramaldan  sağılmış  çiy  südlə 

qidalandıqda...‖ cümləsinin  “insan brusellyozla  yoluxmuş  qaramaldan  sağılmış  çiy 

və  ya  yaxşı  bişirilməmiş  südlə  qidalandıqda...”  kimi  verilməsi  daha  məqsədəuyğun 

hesab edilir. 



Səhifə  36-da  ―İnsanda  viruslar  -  qrip,  qızılca, çiçək,  göyöskürək  və  QİÇS 

(qazanılmış  immun  çatışmazlığı  sindromu)  xəstəliyi  törədirlər‖  fikri  düzgün 

deyil.  Göyöskürək virus mənşəli deyil, bakteriya mənşəlidir. 



Səhifə  37-də ―Qonur  ayının  yeni  doğulan  balasının  çəkisi  500  q-a  çatsa  da, 

özü  təxminən  200  kq  olur”  fikri  düzgün    deyil.  Şimalda  yaşayan  qonur  ayıların 

kütləsi  700-800  kq-a  qədər  çatır.  Hətta  1134  kq  ağırlığında  qonur  ayı  da  qeydə 

alınıb

2



                                                                 

2

 http://ru.wikipedia .org/wiki/%D0%91%D1%83%D1%80%D1%8B%D0%B9_%D0%  



BC%D0%B5%D0%B4%D0%B2%D0%B5%D0%B4%D1%8C 

 

Səhifə  39-da  ―Hollandiyalı  alim  Levenhuk  ...  sudan  bir  damcı  götürərək 



lupa  ilə  nəzərdən  keçirdi‖  cümləsində  ―lupa‖  əvəzinə  “mikroskopla”  yazmaq 

məsləhətdir. Səhifə 29-da  ―mikroskopla‖ yazılmışdır. 



Səhifə  41-də  ―XIX  əsrdə  alman  alimləri  Teodor  Şvan  və  Matias  Şleyden 

müəyyən  etdilər  ki,  bitki  və  heyvan  orqanizmləri  hüceyrələrdən  təşkil 

olunmuşdur‖  fikri  düzgün  deyil.  1675-ci  ildə  italyan  həkimi Marçello 

Malpigi və 1682-ci  ildə  ingilis  botaniki Qrü  Neemiya bitkilərin  hüceyrələrdən  təşkil 

olunduğunu  təsdiqləmişlər.  1802-1808-ci  illərdə  fransız  tədqiqatçısı  Şarl-Fransua 

Mirbel  müəyyən  etmişdir  ki,  bütün  bitkilər  hüceyrələrin  əmələ  gətirmiş  olduqları 

toxumalardan  ibarətdirlər. Jan-Batist  Lamark isə 1809-cu  ildə  sübut  etmişdir  ki, 

heyvanlar  da  bitkilər  kimi  hüceyrələrin  əmələ  gətirmiş  olduqları  toxumalardan 

ibarətdirlər

3

.Teodor Şvan və Matias Şleyden isə “Hüceyrə nəzəriyyəsi”ni yaratmışlar. 



Səhifə 47-49-da ―Dayaq – hərəkət orqanlar sistemi‖ əvəzinə “Əzələ və sümük 

sistemi yazılması məsləhətdir.  

Səhifə  47-də  ―Orqanizmdə  müəyyən  yeri  olan,  bir  neçə  növ  hüceyrə 

qrupundan  təşkil  olunan  və  hər  hansı  funksiya  yerinə  yetirən  hissəsi  orqan 

adlanır‖  cümləsinin  “Orqanizmdə  müəyyən  yeri  olan,  bir  neçə  növ  toxuma 

qrupundan  təşkil  olunan,  bir  və  ya  bir  neçə  funksiya  yerinə  yetirən  hissəsi  orqan 

adlanır” kimi verilməsi məsləhətdir.  

Səhifə  52-də  zoğun  tərifinin  Gövdənin  üzərində  yarpaq  və  tumurcuq  olan 

cavan hissəsi zoğ adlanır kimi verilməsi daha məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  ―Gövdənin  əsas  funksiyaları  ...  budaqları  və 

yarpaqları  işığa  çıxarmaqdır‖  cümləsindən  ―budaqları‖  sözünün  çıxarılması 

məsləhətdir. Belə ki, budaqlar elə gövdənin şaxələnmiş hissələridir.  



Yenə həmin səhifədə ―Çoxalma prosesində iştirak edən orqanlara — çiçək, 

toxum və meyvə aiddir‖ cümləsi “Cinsi çoxalma prosesində iştirak edən orqanlara 

- çiçək, toxum və meyvə aiddir kimi yazılmalıdır. 

Səhifə  53-də  şəkilaltı  yazıda  ―zoğ  (gövdə)‖  göstərilmişdir.  Buradan  zoğun 

çıxarılması təklif edilir. 



Səhifə  54-də  ―Tumurcuq  xaricdən  tumurcuq  pulcuqları  ilə  örtülmüşdür‖ 

cümləsi  “Tumurcuğun  xarici  hissəsi  tumurcuq  pulcuqlarından  təşkil  olunmuşdur 

kimi yazılmalıdır. 

                                                                 

3

 http://ru.wikipedia .org/wiki/%D0%9A%D0%BB%D0%B5%D1%82%D0%BA%D0%B0  



 

Yenə  həmin  səhifədə  ―Yarpaqla  gövdə  arasında  qalan  bucağa  yarpaq 



qoltuğu  deyilir‖  cümləsinin  “Yarpaqla,  ondan  yuxarıda  yerləşən  buğumarası 

arasında  yaranan  bucağa  yarpaq  qoltuğu  deyilir  kimi  yazılması  daha 

məqsədəuyğun hesab edilir. 



Səhifə  57-də  ―Açar  sözlər‖də  olan  “floema”  artıq  olduğundan  şagirdləri 

çaşdırır. 



Yenə  həmin  səhifədə ―Öyrəndiklərinizi  yoxlayın‖da yazılmışdır: ―1. Dəricik 

və ya mantar + ilk qabıq + floema.‖ Burada gövdənin daxili quruluşunda İlk qabıq 

anlayışı” verilməmişdir. 

Səhifə 59-da mürəkkəb yarpaqların bölgüsü və şəkilləri verilmiş, lakin buna aid 

heç bir bitki nümunəsi göstərilməmişdir. 



Səhifə 61-də ―Ondan altda  qeyri-düzgün  formalı  və  xloroplastları  nisbətən 

az  olan  ...‖  cümləsi  “Ondan  altda  qeyri-düzgün  formalı  hüceyrələrə  malik  və 

xloroplastları nisbətən az olan ... kimi yazılmalıdır. 

Yenə  həmin  səhifədə  ―Ağızcıqlar  iki  qapayıcı  hüceyrədən  təşkil 

olunmuşdur‖  cümləsi  “Ağızcıqlar  iki  qapayıcı  hüceyrədən  və  yarıqdan  təşkil 

olunmuşdur kimi yazılmalıdır. 

Səhifə  62-də  verilmiş  “Nə  öyrəndiniz”  və  “Açar  sözlər”  mənasızdır.  Çünki 

―Açar sözlər‖in sayı birinci cümləni tamamlamır.  

Səhifə  63-də ―kökün  zonaları‖  yarımbaşlığının  “cavan  kökün  zonaları”  kimi 

yazılması daha məqsədəuyğundur.  



Yenə  həmin  səhifədə  ―Güclü  küləklər  ağacları  əysə  də,  onlar,  adətən 

yıxılmır və sınmır‖ fikri düzgün  deyil. Əgər söhbət güclü küləklərdən (saniyədə 24 

m-dən    yuxarı  sürətlə  əsən)  gedirsə,  onlar  ağacları  nəinki  sındırır,  yıxır,  hətta 

kökündən çıxarıb başqa yerə də atır. 

Səhifə  65-də  ―Açar  sözlər‖dən  ―Əmici  tellər‖    ―Kökün  növləri‖ 

çıxarılmalıdır. 



Səhifə  66-da  ―Maraqoyatma‖  mətnində  kartof  bitkisi  ―kol‖  kimi 

göstərilmişdir. Burada ―kolu‖ deyil, “bitkini” yazılmalıdır. 



Səhifə 67-də

 

qoltuq  tumurcuqları  haqqında  verilmiş  ―Dibciyin  üzərində  təpə, 



ətli  pulcuqların  qoltuğunda  isə  qoltuq  tumurcuqları  olur‖  izahı  düzgün  deyil. 

Cümlədən elə başa düşülür ki  onlar dibciyə aid deyil, dibciyin üzərində yerləşmir. 



 

Yenə həmin səhifədə ―Soğanaqlı bitkilərə soğan, sarımsaq, dağ laləsi ... kimi 



çoxillik  bitkilər aiddir‖ cümləsindən  “soğanı” çıxarmaq  lazımdır.  Belə  ki,  “soğan” 

çoxillik deyil, ikiillik bitkidir. 



Səhifə  69-da  ―Onların  belə  adlandırılmasının  səbəbi  xüsusi  orqanları 

vasitəsi  ilə  həşərat  tutmağa  uyğunlaşmalarıdır‖  cümləsi  “Onların  belə 

adlandırılmasının  səbəbi  xüsusi  şəklini  dəyişmiş  orqanları  vasitəsi  ilə  həşərat 

tutmağa uyğunlaşmalarıdır” kimi yazılmalıdır. 

Yenə həmin səhifədə həşəratyeyən bitkilər haqqındakı məlumatlarda  qeyd 

etmək olar ki,  bu bitkilər əsasən avtotrof qidalanma üsulundan istifadə  edirlər. Azota 

olan tələbatı ödəmək üçün xüsusi orqanları şəklini dəyişərək həşəratı tutmaq üçün 

uyğunlaşmışdır. Ümumilikdə, bu bitkilər miksotrof bitkilərə aiddir. 



Səhifə 70-də ―Şehçiçəyinin  (1)  yarpaqlarının  üzərində  yapışqanlı  damcılar 

olan  qırmızımtıl  tükcüklər  vardır‖  cümləsi  “Şehçiçəyinin  (1)  yarpaqlarının 

üzərində  yapışqanlı  damcılar  olan  qırmızımtıl  vəzili  tükcüklər  vardır  kimi 

yazılmalıdır. 



Yenə  həmin  səhifədə  verilmiş  ―Həşərat  parıldayan  damcı  üzərinə  qonan 

zaman  yarpağın  ucu  qatlanaraq  həşəratı  udur‖  cümləsi  “Həşərat  parıldayan 

damcı üzərinə qonan zaman yarpağın üzərindəki tükcüklər qatlanaraq həşəratı udur” 

kimi yazılmalıdır. 



Səhifə  74-də sonuncu şəkildə ―söyüdün  çiçəkləri‖ deyil, “söyüdün sırğa çiçək 

qrupları” yazılmalıdır. 

Yenə  həmin  səhifədə  ―Lakin  bəzi  bitkilərdə  (dağlaləsi,  süsən,  amarillis,    

inciçiçəyi)  ...‖  cümləsinin  “Lakin  bəzi  bitkilərdə  (dağlaləsi,  süsən,  nərgizgülü, 

inciçiçəyi) ... kimi yazılması məqsədəuyğun hesab edilir. 

Səhifə 75-də  ―Bircinsli çiçəklər  bitki  üzərində  yerləşməsinə görə  birevli  və 

ya  ikievli    bitkilərə  bölünür‖  cümləsinin  “Bircinsli  çiçəklərin  bitki  üzərində 

yerləşməsinə  görə  birevli  və  ikievli    bitkilər  ayırd  olunur”  kimi  yazılması 

məqsədəuyğun hesab edilir. 



Səhifə 76-da tək-tək yerləşən çiçəklər haqqında məlumat verilməmişdir. 

Səhifə 78-də ―Öyrəndiklərinizi tətbiq edin‖də, cədvəldə D bəndində iki  bitki 

növü  göstərilmişdir  -  yerkökü,  cəfəri.  Qalan  bəndlərdə  isə  yalnız  bir  bitki  növü 

verilmişdir. Bütün bəndlərdə bir bitkinin verilməsi məqsədəuyğun hesab edilir.

 


 

Səhifə  79-da ―  ...  lobya  toxumlarını  götürərək  onun  formasını,  rəngini  və 



saplağın  izi  olan  göbəkciyi  diqqətlə  nəzərdən  keçirin‖  cümləsinin  “...  lobya 

toxumlarını götürərək onun formasını, rəngini və toxum  saplağının izi olan göbəkciyi 

diqqətlə nəzərdən keçirin kimi verilməsi məqsədəuyğun hesab edilir. 

Yenə  həmin  səhifədə  verilmiş  ―Qabığın  altında  iki  iri  və  qalın  ləpə 

yarpaqları  və  rüşeymin  yerləşdiyinə  diqqət  yetirin‖  cümləsi  qüsurludur.  Ləpə 

yarpaqları  rüşeymin  ayrılmaz  hissələri  olduğundan,  burada  “rüşeymin  digər 



hissələrinin yerləşdiyinə diqqət yetirin yazılmalıdır.     

Səhifə 90-da ―Açar sözlər‖dən  ―Böyümə‖ anlayışı çıxarılmalıdır. 

Səhifə  95-də  ―Açar  sözlər‖dən  ―Üzvi  gübrələr‖  və  ―Mineral  gübrələr‖ 

anlayışları çıxarılmalıdır. 



Səhifə 96-da fotosintezə aid təcrübələr kifayət qədər deyil. 

Səhifə 98-də  ―Açar sözlər‖dən ―Avtotrof qidalanma‖ anlayışı çıxarılmalıdır 

Səhifə  99-da    ―Parəbüzənin  öz  qısa  –  üçhəftəlik  həyatı  dövründə  1000-ə, 

yetkin  fərdi  isə  4000-ə  qədər  mənənəni  məhv  edir‖  fikri  düzgün    deyil. 

Parəbüzənlər qidanın mövcudluğundan asılı olaraq bir neçə aydan bir ilə qədər, hətta 

iki  ilə  qədər  yaşaya  bilir

4

,  payız  fəslində  daş  meyllərdə,  tikintilərin  divarlarında, 



yarpaqların altında qışlayırlar.

 

Səhifə 106-da ―Mərciməklər isə adətən gövdənin qabıq hüceyrələri arasında 



yerləşir‖  cümləsində  “mərciməklərin  mantarda  yerləşdiyi  fikrinin  vurğulanması 

təklif edilir. 



Səhifə  111-də  həmişəyaşıl  bitkilər  haqqındakı  məlumatda  ―qaraşamı‖  misal 

göstərmək olmaz. Belə ki, o, yarpaqlarını tökən bitkidir.   



Kataloq: monitoring -> level6 -> PDF
PDF -> Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli
monitoring -> Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
monitoring -> Cri(2016)17 Version azerbaïdjanaise
monitoring -> Dərslтф фomplОФtт тlə лкğlı tqdk-вк нкбТl olmuş Яə Кхıq müгкфтrələrНə лтlНТrТlmТş qОвНlər, ТrКНlКr Яə təФlТПlər əsКsınНК
monitoring -> Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifl əri üçün “Həyat bilgisi” dərsliyi
monitoring -> Dərsliklə bağlı tqdk-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış yekun rəY
PDF -> Dərslik komplekti Müəlliflər: Sevda İsmayılova
monitoring -> Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli
monitoring -> Gender Bərabərliyi və Qadın Təşəbbüsləri Açıq Cəmiyyət İnstitutu

Yüklə 178,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə