Doktor mom ® şərbət doktor mom ® Tərkibi



Yüklə 19,8 Kb.
Pdf görüntüsü
tarix25.03.2017
ölçüsü19,8 Kb.
#12590

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

DOKTOR MOM 



®

     şərbət 

DOKTOR MOM 

®

 



 

Tərkibi 

Təsiredici maddələr

Şərbətin hər 100 ml-nin tərkibində olan quru ekstraktlar: 

Damarlı adatoda yarpağı, kökü, çiçəyi, qabığı (Adhatoda vasika) 

600 mq 


Barbados əzvayı yarpağı, şirəsi, məti (Aloe barbadensis) 

 

500 mq 



Reyhan yarpağı, toxumu, kökü (Ocimum sanctum) 

 

          1000 mq 



Andız 

kökü 


(Inula 

racemosa) 

     200 

mq 


Zəncəfil 

kökümsovu 

(Zingiber 

officinale) 

    100 

mq 


Uzun kurkuma kökümsovu (Curcuma 

longa) 


   500 

mq 


Hind quşüzümü kökü, meyvəsi, toxumu (Solanum indicum) 

 

200 mq 



Kubeba bibəri meyvəsi 

(Piper 


cubeba) 

    100 


mq 

Lüt biyan kökü (Glycyrrhiza glabra) 

    600 

mq 


Terminalia belerika meyvəsi 

(Terminalia 

belerica)   200 

mq 


və 

Levomentol 

        

 

60 



mq 

Köməkçi maddələr: saxaroza, qliserol, limon turşusu monohidrat, natrium benzoat, natrium 

metilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, sorbin turşusu, rəngləyici BQ Supra (xinolin 

sarısı və brilyant mavisi rəngləyicilərinin qarışığı), ananas dadvericisi, distillə suyu. 

 

Təsviri 

Tünd-yaşıl rəngli, ananas iyli şərbət. 

 

Farmakoterapevtik qrupu 

Bitki mənşəli bəlğəmgətirici vasitə. 

 

ATC kodu 

R05CA10 

 

Farmakoloji xüsusiyyətləri 

Bitki mənşəli kombinəolunmuş preparat bronxolitik, mukolitik, bəlğəmgətirici və iltihab əleyhinə  təsirlərə 

malikdir. 

 

İstifadəsinə göstərişlər 

Tənəffüs yollarının quru öskürəklə  və ya çətin ifraz olunan bəlğəmli öskürəklə müşayiət olunan kəskin və 

xroniki respirator xəstəliklərinin simptomatik müalicəsi (faringit, laringit, o cümlədən «lektor», traxeit, bronxit). 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

3 yaşa qədər uşaqlar. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya dövründə istifadə  təcrübəsinin olmaması ilə  əlaqədar olaraq preparatın bu dövrdə 

istifadəsi məsləhət görülmür. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Bəlğəmin xaric olmasının pozulması mümkünlüyü ilə əlaqədar olaraq öskürək əleyhinə preparatlarla birlikdə 

qəbul edilməsi məsləhət görülmür. 

 

Xüsusi göstərişlər 

Preparatın tərkibində şəkər vardır, bunu şəkərli diabeti olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan 

şəxslər nəzərə almalıdırlar. Böyüklər üçün 1 birdəfəlik dozanın (5,0-10,0 ml) tərkibində 3,75-7,50 q saxaroza 

vardır, bu da 0,31-0,62 ÇV-nə (çörək vahidi) bərabərdir. 



 

İstifadə qaydası və dozası 

Uşaqlara: 

3 yaşdan 5 yaşa qədər - gündə 3 dəfə ½ çay qaşığı (2,5 ml); 


6 yaşdan 14 yaşa qədər - gündə 3 dəfə ½-1 çay qaşığı (2,5-5,0 ml). 

14 yaşdan böyük uşaqlara və böyüklərə: 

gündə 3 dəfə 1-2 çay qaşığı (5,0-10,0 ml). 

Müalicə kursu 2-3 həftədir. Həkimin məsləhəti ilə müalicə kursunu uzatmaq və ya təkrar olaraq aparmaq olar. 

 

Əlavə təsirləri 

Allergik reaksiyalar mümkündür. 

 

Doza həddinin aşılması 

Bu vaxta qədər preparatın doza həddinin aşılması barədə məlumat daxil olmamışdır. 

 

Buraxılış forması 

Şərbət. 100 ml, ilkin açılışa nəzarətli alüminium qapaqla bağlanmış yaşıl rəngli polietilentereftalat flakonda. 

Bir flakon polipropilendən olan ölçü qabı (15 ml) və içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

2,5 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 

İstehsalçı 



«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 



«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 

 

Qeydiyyat şəhadətnaməsinin sahibi 



«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 



«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 

 

Document Outline

  • Farmakoloji xüsusiyyətləri 
    • Saxlanma şəraiti 


Yüklə 19,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə