Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
DOKTOR MOM
®
şərbət
DOKTOR MOM
®
Tərkibi
Təsiredici maddələr:
Şərbətin hər 100 ml-nin tərkibində olan quru ekstraktlar:
Damarlı adatoda yarpağı, kökü, çiçəyi, qabığı (Adhatoda vasika)
600 mq
Barbados əzvayı yarpağı, şirəsi, məti
(Aloe barbadensis)
500 mq
Reyhan yarpağı, toxumu, kökü (Ocimum sanctum)
1000 mq
Andız
kökü
(Inula
racemosa)
200
mq
Zəncəfil
kökümsovu
(Zingiber
officinale)
100
mq
Uzun kurkuma
kökümsovu
(Curcuma
longa)
500
mq
Hind
quşüzümü kökü, meyvəsi, toxumu (Solanum indicum)
200 mq
Kubeba bibəri meyvəsi
(Piper
cubeba)
100
mq
Lüt biyan kökü (Glycyrrhiza glabra)
600
mq
Terminalia belerika meyvəsi
(Terminalia
belerica) 200
mq
və
Levomentol
60
mq
Köməkçi maddələr: saxaroza, qliserol, limon turşusu monohidrat, natrium benzoat, natrium
metilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, sorbin turşusu, rəngləyici BQ Supra (xinolin
sarısı və brilyant mavisi rəngləyicilərinin qarışığı), ananas dadvericisi, distillə suyu.
Təsviri
Tünd-yaşıl rəngli, ananas iyli şərbət.
Farmakoterapevtik qrupu
Bitki mənşəli bəlğəmgətirici vasitə.
ATC kodu
R05CA10
Farmakoloji xüsusiyyətləri
Bitki mənşəli kombinəolunmuş preparat bronxolitik, mukolitik, bəlğəmgətirici və iltihab əleyhinə təsirlərə
malikdir.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının quru öskürəklə və ya çətin ifraz olunan bəlğəmli öskürəklə müşayiət olunan kəskin və
xroniki respirator xəstəliklərinin simptomatik müalicəsi (faringit, laringit, o cümlədən «lektor», traxeit, bronxit).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
3 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu dövrdə
istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəlğəmin xaric olmasının pozulması mümkünlüyü ilə əlaqədar olaraq öskürək əleyhinə preparatlarla birlikdə
qəbul edilməsi məsləhət görülmür.
Xüsusi göstərişlər
Preparatın tərkibində şəkər vardır, bunu şəkərli diabeti olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan
şəxslər nəzərə almalıdırlar. Böyüklər üçün 1 birdəfəlik dozanın (5,0-10,0 ml) tərkibində 3,75-7,50 q saxaroza
vardır, bu da 0,31-0,62 ÇV-nə (çörək vahidi) bərabərdir.
İstifadə qaydası və dozası
Uşaqlara:
3 yaşdan 5 yaşa qədər - gündə 3 dəfə ½ çay qaşığı (2,5 ml);
6 yaşdan 14 yaşa qədər - gündə 3 dəfə ½-1 çay qaşığı (2,5-5,0 ml).
14 yaşdan böyük uşaqlara və böyüklərə:
gündə 3 dəfə 1-2 çay qaşığı (5,0-10,0 ml).
Müalicə kursu 2-3 həftədir. Həkimin məsləhəti ilə müalicə kursunu uzatmaq və ya təkrar olaraq aparmaq olar.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür.
Doza həddinin aşılması
Bu vaxta qədər preparatın doza həddinin aşılması barədə məlumat daxil olmamışdır.
Buraxılış forması
Şərbət. 100 ml, ilkin açılışa nəzarətli alüminium qapaqla bağlanmış yaşıl rəngli polietilentereftalat flakonda.
Bir flakon polipropilendən olan ölçü qabı (15 ml) və içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2,5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«Yunik Farmasyutikal Laboratoriz»
(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay 400 030, Hindistan.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com
Qeydiyyat şəhadətnaməsinin sahibi
«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat
«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55