EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix08.05.2017
ölçüsü4,06 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

61

62

EcoVision

BAŞLIQ


1

EcoVision

BAŞLIQ


Hörmətli oxucular!

Hər il olduğu kimi “EcoVision” jurnalının bu ildəki ilk sayı Azərbaycan - Türkiyə 

əlaqələrinin  ötənilki durumuna həsr edilib. Bununla yanaşı jurnalımızın bu sayında 

maraqlı xəbərlər, müəllif yazısı və müsahibələr oxucularımıza təqdim olunur. 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 

Xarici  siyasət  məsələlərinin  təhlili  şöbəsinin  müdiri  Cavid  Vəliyev  müsahibəsində 

2014-cü  ildə  Azərbaycan–Türkiyə  münasibətlərinin  vəziyyəti  ilə  bağlı  bir  çox 

məsələlərə aydınlıq gətirir. Bununla yanaşı 2015-ci ildə iki ölkə arasında iqtisadi və 

ticarət  münasibətlərinin  perspektivləri  ilə  bağlı  da  fikirlərini  bölüşüb:  “Türkiyənin 

Azərbaycandakı sərmayəsinin 1.5 milyard dolları qeyri-neft sektorundadır. Bu miqdar 

önümüzdəki  illərdə  arta  bilər.  Azərbaycan  tərəfi  Türkiyə  şirkətlərinin  Azərbaycanda 

yaradılan yeni sərmayə parklarına yatırımlarını artırmağını istəyir. Xüsusən trikotaj, 

dəri, inşaat malları, kənd təsərrüfatı alətləri kimi sahələrdə Türkiyə təcrübəsindən fay-

dalanmaq olar. 

Külək,  günəş  kimi  alternativ  enerji  mənbələrindən  istifadə  üçün  qarşılıq-

lı  əməkdaşlıq  yolları  qurula  bilər.  Bu  sahədə  də  artıq  razılaşmalar  var  və  layihələr 

hazırlanır. Turizm son illərdə Azərbaycanın inkişaf etdirmək istədiyi qeyri-neft sekto-

rudur və bu sahədə tərəflər arasında qarşılıqlı sərmayə yatırımı yolları tapılmalıdır. 

Bunlardan başqa, Azərbaycan və Türkiyə şirkətləri üçüncü ölkələrdə, xüsusən qonşu 

dövlətlərin ərazisində ortaq yatırımlar edə bilərlər.”

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov isə jurnalımıza 

müsahibəsində  Türkdilli  Ölkələrin  Əməkdaşlıq  Şurasının  ötənilki  fəaliyyəti  ilə  bağlı 

sualları ətraflı cavablandırıb: “Ötən il ərzində siyasi və iqtisadi sahələrdə əməkdaşlığa 

əlavə  olaraq  Türk  Şurasının  fəaliyyətləri  nəqliyyat,  turizm,  təhsil,  diaspor  və  media 

da daxil olmaqla prioritet sahələri əhatə etmişdir. Türk Şurasının yaranmasında əsas 

ideya və bizim də ən əsas məqsədimiz Türk dünyasında regional əməkdaşlıq və in-

teqrasiyaya yol açaraq üzv dövlətlərimiz arasında ikitərəfli münasibətlərin dördtərəfli 

münasibətlərə çevrilməsindən ibarətdir.”

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev isə müəllif 

yazısında Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin son illərdəki vəziyyətinin təhlilini 

təqdim edir: “Azərbaycanın ən böyük neft şirkəti olan SOCAR tərəfindən də Türkiyəyə 

yatırılan  investisiyanın  həcminin  ümumilikdə  20  mlrd.  ABŞ  dollarına  çatdırılma-

sı  gözlənilir.  Bütün  bu  yatırılan  qarşılıqlı  investisiyalar  regional  və  qlobal  iqtisadi 

layihələrin reallaşmasında və hər iki ölkənin dünya bazarında strateji tərəfdaş kimi 

rəqabətədavamlı fəaliyyətinin təmin olunmasında başlıca rol oynayacaqdır.  ”

Ənənəvi  “Sahibkar”  rubrikasının  bu  dəfəki  qonağı  "Network  Global  Logistik" 

şirkətinin ölkə üzrə meneceri Oktay Vayiçdir. Bu müsahibədə oxucularımız  iş adamı-

nın  uğur hekayəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. 

Ənənəvi  olaraq  bu  sayımızda  da  regionda,  dünyada  və  ölkəmizdə  baş  verən 

hadisələr, ATİB-in və onun üzvü olan şirkətlərin fəaliyyəti ilə bağlı xəbər, qanunvericilik 

xəbərləri, habelə ən son iqtisadi göstəriciləri diqqətinizə təqdim edirik. Bununla yanaşı, 

yeni  nəşr  edilən  bir  sıra  maraqlı  kitablar  haqında  da  qısa  resenziyaları  diqqətinizə 

çatdırırıq. Həmçinin oxucularımız ATİB-ə daxil olan biznes təklifləri və yaxın gələcəkdə 

ölkəmizdə və regionda planlaşdırılan tədbirlər haqqında anonslarla tanış ola biləcəklər.  

Jurnalımızın hər sayında oxucularımızın maraq və istəklərini nəzərə almağa ça-

lışmışıq. Bu mənada bizə ünvanlayacağınız rəy və təkliflər jurnalın gələcək sayların-

da işimizi daha da asanlaşdırar və istəklərinizə uyğunlaşmaq üçün ciddi şəkildə yol 

göstərər. Təklif və iradlarınızı pr@atib.az elektron ünvanında böyük məmnuniyyətlə 

gözləyirik. Eyni zamanda ATİB-ə poçtlada müraciət edə bilərsiniz. 

Hörmətlə,

Rəşad Rəsullu | Baş redaktor

EcoVision

22/2015


Təsisçi:

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)



Baş redaktor:

Rəşad Rəsullu



Əməkdaşlar:

Eyvaz Qocayev

Gülnar Şirinova

Dizayner:

İntiqam Məhəmmədli



Korrektor:

Kəmalə Cəfərova



Reklam verən şirkətlər:

AXA MBASK

AtaBank

C Qurp MMC



FARMETİK

İLK İnşaat 

İstanbul Çarşı

Iteca CASPIAN

Kemal Aksezgin Pulluk Senaye

Qafqaz Tikinti Materiallrı A.Ş

Network Global

PAŞA Həyat Sığorta

"RR" Şirkətlər qrupu

"SR GROUP CO" MMC

Türk Hava Yolları

YapıKrediBank Azərbaycan



Çap olunub:

“Letter Press” nəşriyyat evi

Jurnal Azərbaycan Respublikasının Ədliyyə 

Nazirliyində qeydiyyatdan keçmişdir: 3026

“EcoVision” jurnalına istinad zəruridir. 

* işarəli materiallar reklam xarakteri daşıyır.

Jurnaldakı mətn və ya illüstrativ 

materialların təkrar dərci yalnız redaksiyanın 

yazılı razılığından sonra mümkündür.

Jurnal dövlət və özəl strukturlar, yerli və 

xarici şirkətlər, beynəlxalq təşkilatlar və 

diplomatik nümayəndəliklərə pulsuz yayılır.

Reklam materiallarının məzmununa görə 

redaksiya məsuliyyət daşımır. 

Müəlliflərin nümayiş etdirdiyi mövqe ilə 

redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Bəzi xəbərlərin və məqalələrin 

hazırlanmasında APA, AzərTAc, 

və “Trend” informasiya agentliklərinin 

materiallarından istifadə edilib. 



Ünvan:

Bakı şəhəri, İstiqlaliyyət 21 

5-ci mərtəbə, AZ1001

Tel: (994 12) 449 88 82/83

Faks: (994 12) 449 88 84

e-mail: pr@atib.az 

Baş redaktordan

2


3

4

EcoVision

BAŞLIQ


Mündərİcat

Xəbərlər

Ölkə, region və dünya xəbərləri

12

atİB ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə davam edir

cemal Yangın, atİB İdarə Heyətinin sədri 

8

atİB xəbərləri

Son üç ay atİB üçün əlamətdar hadisələrlə yaddaqalan oldu

24

atİB üzvlərindən xəbərlər

Qeyri-neft sektorunu təmsil edən şirkətlər fəaliyyətləri  

haqqında ictimaiyyəti məlumatlandırır

34

Uğur qazanmaq üçün nəzəriyyə 

ilə təcrübənin vəhdəti önəmlidir

"network Global Logistik" şirkətinin ölkə üzrə meneceri Oktay Vayiç “EcoVision” 

jurnalının “Sahibkar” rubrikasında  suallarımızı  cavablandırır

37

atİB ailəsinə yeni üzvlər qəbul edildi

34

44

Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf 

etdirilməsi əsas hədəflərimizdən biridir

türkdilli Ölkələrin əməkdaşlıq Şurasının baş katibi ramil Həsənovun “EcoVision”

 jurnalına  müsahibəsi

40

2014-cü il: azərbaycan-türkiyə strateji tərəfdaşlığı yeni mərhələdə

azərbaycan respublikasının Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin Xarici siyasət 

məsələlərinin təhlili şöbəsinin müdiri cavid Vəliyevin “EcoVision” jurnalına müsahibəsi

 

  BU SaYıMızın əSaS MÖVzUSU

5

6

EcoVision

BAŞLIQ


Qanunvericilik xəbərləri

53

Biznes təklifləri

56

Yeni kitablar

     

58

anonslar

   

            

növbəti aylarda əhəmiyyətli biznes tədbirlərinin təşkili gözlənilir

55

azərbaycan–türkiyə iqtisadi əlaqələri son illərin təhlilində

ruslan atakişiyev, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi araşdırmalar 

və tədris Mərkəzinin prezidenti

50

azərbaycan–türkiyə əlaqələrinin 2014-cü ildə xronologiyası

48

Mündərİcat

7

8

EcoVision

XİTAB


Hörmətli oxucular!

Hörmətli ATİB üzvləri!

Azərbaycan  Respublikası  ilə  Türkiyə  Cümhuriyyəti 

arasında  dostluq  və  qardaşlıq  prinsiplərinə  əsaslanan 

ikitərəfli  münasibətlər  2014-cü  ildə  də  uğurla  inkişaf 

etmişdir.  Ötən  il  iki  qardaş  ölkə  arasındakı  əlaqələrin 

möhkəmləndirilməsi istiqamətində, həm də Azərbaycan 

Türkiyə  İş  Adamları  Birliyinin  fəaliyyətində  bir  çox 

əhəmiyyətli hadisələrlə yadda qaldı.

İki  ölkə  arasında  əlaqələrin  inkişafında  dövlət 

başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mü-

hüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  2014-cü 

ildə  baş  tutan  qarşılıqlı  səfərlər  Azərbaycan-Türkiyə 

əlaqələrinin daha da dərinləşməsinə xidmət etmişdir. 

Türkiyənin  yeni  seçilmiş  Prezidenti  Rəcəb  Tayyib 

Ərdoğanın və Əhməd Davudoğlunun Baş nazir olaraq 

ilk rəsmi xarici səfərini Azərbaycana etməsi bir daha 

göstərdi ki, strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq 

münasibətləri uğurla inkişaf edir. 

Türkiyə  Respublikasının  Prezidenti  Rəcəb  Tayyib 

Ərdoğan sentyabr ayının əvvəlində Azərbaycana etdiyi 

rəsmi səfər zamanı ölkə başçıları arasında Azərbaycan-

Türkiyə münasibətlərinin müxtəlif aspektləri, qarşılıqlı 

əməkdaşlığın  daha  da  genişləndirilməsi,  beynəlxalq 

və regional hadisələrin müzakirəsi aparıldı. Görüşdə 

iki  ölkə  arasında  strateji  əməkdaşlığa  əsaslanan 

ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inki-

şaf etdiyi vurğulandı. Bu səfərin ölkələrimiz arasında 

dostluq  əlaqələrinin  daha  da  möhkəmlənməsi  işinə 

xidmət  edəcəyi  bildirildi  və  əlaqələrin  bundan  son-

ra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik 

ifadə olundu. 

ATİB Azərbaycan-Türkiyə əlaqələrinin iqtisadi və 

digər  istiqamətlərdə  inkişafı  üçün  2014-cü  ildə  də 

öz  töhfəsini  vermişdir.  Azərbaycan  Respublikasının 

Prezidenti cənab İlham Əliyevin 2014-cü ili “Sənaye 

ili” elan etməsi ilə əlaqədar ATİB-in təşkilatçılığı və 

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Mil-

li Konfederasiyasının tərəfdaşlığı ilə Bakı şəhərində 

“İqtisadi  artım  və  sənayeləşmə:  Azərbaycanın  im-

kanları  və  Türkiyənin  təcrübələri”  adlı  regional 

sənaye  konfransı  keçirildi.  Azərbaycan  Respubli-

kası  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  başda  olmaq-

la,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  yüksək 

səviyyəli  nümayəndələri,  Türkiyə  Cümhuriyyətinin 

Azərbaycandakı səfiri və müşavirləri, universitet rek-

torları və araşdırma institutlarının tanınmış alimləri, 

özəl  sektor  təmsilçilərinin  iştirak  etdiyi  konfrans-

da  "Azərbaycan  və  Türkiyənin  sənayeləşmə  pro-

sesinin  mərhələləri  və  qazanılan  nailiyyətlər"  və 

"Sənayenin  inkişafında  özəl  sektorun  önəmi  və 

sənayenin  maliyyələşməsi"  məsələləri  müzakirə 

olundu.  Beləliklə,  Azərbaycan  Türkiyə  İş  Adamları 

Birliyi Azərbaycan Sahibkarlar Təşkilatları Milli Kon-

federasiyası ilə birgə təşkil etdiyi regional konfransla 

“Sənaye ili”nə öz töhfəsini vermiş oldu. 

atİB ikitərəfli əlaqələrin 

inkişafına töhfə verməyə davam edir

cemal Yangın

ATİB İdarə Heyətinin sədri



9

Hörmətli oxucular,

Hörmətli ATİB üzvləri!

Öncəki illərdə olduğu kimi, ötən ildə də ATİB Azərbaycan 

dövlətinin nazirləri, komitə sədrləri ilə görüşlərdə ölkənin 

iqtisadi-sosial  inkişafı  üzrə  çağırışlarını  müzakirə  edib, 

iş  adamlarının  inkişaf  prosesində  iştirakı  barədə  fikir 

mübadiləsi aparılıb.

ATİB  Azərbaycan  Respublikasının  əmək  və  miqrasiya 

qanunvericiliyi,  əcnəbi  vətəndaşların  Azərbaycanda  çalış-

maları üçün zəruri olan prosedur, iş yerlərində təhlükəsizlik 

normalarının  təmin  edilməsi  üzrə  tələblər  və  s.  barədə 

üzvlərini məlumatlandırmaq üçün aidiyyəti dövlət orqan-

ları ilə birgə davamlı olaraq tədbirlər həyata keçirir. 2014-

cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial 

müdafiəsi  nazirinin  müavini  İdris  İsayevin  və  Azərbaycan 

Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir-

liyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad 

Əlizadənin Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvləri 

ilə  görüşü  keçirildi.  Görüşdə  Türkiyənin  Azərbaycandakı 

Səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşavi-

ri Namık Ata da iştirak edib. 

ATİB  üzvləri  ölkə  daxilində  və  xaricində  keçirilən 

biznes  forumlarında,  sərgilərdə  və  başqa  tədbirlərdə 

yaxından  iştirak  edir.  Habelə  xarici  və  yerli  partnyor 

təşkilatlarla  əlaqələr  ATİB-in  fəaliyyətində  mühüm 

yer  tutduğuna  görə  birliyimiz  hər  zaman  olduğu  kimi, 

ötən  ildə  də  münasibətlərin  təkmilləşməsi  üçün  bir 

sıra  addımlar  atmışdır.    9  dekabr  2014-cü  ildə  Bakı-

da "Caspian European Club"un təşkilatçılığı və maliyyə 

naziri  Samir  Şərifovun  iştirakı  ilə  biznes  forumu  ke-

çirilib.  Forumda  Azərbaycanın  2015-ci  il  üçün  büdcə 

siyasəti,  neftin  qiymətinin  kəskin  düşməsinin  büdcəyə 

təsiri,  Azərbaycanın  dövlət  maliyyəsinin  idarə  edilməsi 

məsələləri müzakirə olunub. Forumda ATİB-lə Avropa ilə 

İqtisadi Əməkdaşlıq İctimai Birliyi  arasında əməkdaşlıq 

haqqında  memorandum  imzalandı.  Protokolun  imza-

lanmasında  məqsəd  sahibkarlar  arasında  əməkdaşlığın 

genişləndirilməsi, üzvlərin inkişafı və hədəflərinə çatma-

ları üçün birgə əməkdaşlıq etməkdir.

ATİB 2014-cü ildə də beynəlxalq arenada fəaliyyətlərini 

davam  etdirib.  6  may  2014-cü  il  tarixində    Tiflisdə 

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı 

ilə “2014 Tiflis sammiti” keçirilib. Gürcüstan, Azərbaycan və 

Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırıl-

mış gələcək layihələri müzakirə edib.  “2014 Tiflis sammiti” 

adlı beynəlxalq tədbirdə ATİB də təmsil olunmuşdur. 

20-22 noyabr 2014-cü il tarixlərində DEİK-DTİK İş Kon-

seyinin Avropa, Asiya-Pasifik, Avrasiya bölgələrinin dəstək 

verdiyi Avstriya 4-cü Dünya Davamlı Enerji Forumu keçiril-

di. Üç günluk forumda ikitərəfli görüşlər keçirildi. Forumda 

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri  

olaraq  iştirak  etdim.    Forumda  dünyanın  70  ölkəsindən 

eləcə də Çindən, Amerikadan, Macarıstandan, Fransadan, 

Nigeriyadan  və  digər  ölkələrdən  yüksək  səviyyəli  enerji, 

ətraf  mühit,  nəqliyyat  firmaları,  ölkələrin  səfirləri,  alimlər 

iştirak edib.

ATİB  ötən  il  ərzində  də  işgüzar  “səhər  yeməkləri” 

ənənəsini və həmçinin “Zirvə Söhbətləri”ni davam etdirdi. 

Hər zaman olduğu kimi, 2014-cü ildə də  Azərbaycana ma-

raq göstərən sahibkarları məmnuniyyətlə qəbul etdik. Ötən 

il Azərbaycana səfərlər edən bir çox dövlət və özəl sektor 

nümayəndələri ATİB-də görüşlərdə olmuşlar. 2014-cü ildə 

də ATİB Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi ilə 

və Türkiyədən gələn rəsmi heyətlərlə görüşlər təşkil edərək 

çox sıx əlaqələrini daha da dərinləşdirmişdir. Müxtəlif sek-

torlardan olan iş adamları ATİB-in ofisində üzvlərimizlə ikili 

görüşlər  keçirmək,  əməkdaşlıq  perspektivlərini  müzakirə 

etmək imkanı qazandılar.

Ötən il ərzində ATİB Bakıda keçirilən bir çox beynəlxalq 

sərgiyə  öz  stendi  qatıldı.  ATİB  yarandığı  ilk  gündən 

etibarən  media  ilə  qarşılıqlı  hörmət  və  əməkdaşlığa 

əsaslanan fəaliyyətini ötən ildə də davam etdirmişdir. Bu-

nun    nəticəsidir  ki,  2014-cü  ildə  Azərbaycan  və  Türkiyə 

mediasında,  o  cümlədən,  müxtəlif  qəzet  və  informasi-

ya  agentliklərində,  internet  portallarda  ATİB-in  fəaliyyəti 

barədə müxtəlif xəbərlər, müsahibələr dərc edilib.

Hörmətli oxucular!

Hörmətli ATİB üzvləri!

Bildiyiniz kimi, 2009-cu ilin noyabrından etibarən dərc 

edilən  ATİB-in  korporativ  dərgisi  olan  “EcoVision”  jurna-

lının  konsepsiyasına  Azərbaycan  və  dünyada  baş  verən 

ən  son  iqtisadi  yeniliklər,  sahibkarlar  və  investorlar  üçün 

tövsiyələr, görkəmli ictimai xadimlərlə müsahibələr daxildir. 

Jurnal dövlət təşkilatları, hökumət orqanları, QHT, şirkətlər, 

ali təhsil müəssisələri, xarici ölkələrin Azərbaycandakı dip-

lomatik nümayəndəliklərinə pulsuz yayılır. Ötən il ərzində 

jurnalın  4  sayı  işıq  üzü  görüb  və  aktual  mövzuları  əhatə 

edib. “EcoVision” jurnalının 2014-cü ildə çap olunan sayları 

2013-cü ilin yekunları üzrə Azərbaycan-Türkiyə əlaqələrinə, 

milli iqtisadiyyatın hərəkətverici gücü olan sənaye sekto-

runa,  Azərbaycanda  insan  resurslarının  idarə  olunması 

məsələlərinə  və marketinq və reklam sektorundakı möv-

cud vəziyyətə həsr olunub. 

Hörmətli oxucular, inanıram ki, 2015-ci ildə fəaliyyətimizi 

daha  da  genişləndirərək,  ATİB  üzvlərinin  və  əməkdaşlıq 

etdiyimiz təşkilatların dəstəyi ilə daha böyük nailiyyətlərə 

imza  atacağıq.  Bu  il  Azərbaycan  ilə  Türkiyə  arasındakı 

əlaqələrin bütün sahələrdə daha yüksək səviyyəyə çataca-

ğına inanırıq.



10

EcoVision

  Azərbaycanda  biznes  mühitinin  təkmilləşdirilməsi  üçün 

dövlət orqanları və ATİB üzvləri arasında körpü rolu həyata 

keçirilir.

  “Təqvim” bülleteni vasitəsilə hər iş günü üzvlər mediada əks 

edilən əsas xəbərlərlə tanış olurlar.

  Gündəlik tenderlər barəsində üzvlər məlumatlandırılır.

  Həftəlik  çıxan “Kompas”  bülletenində  Azərbaycan,  Türkiyə 

və  dünya  iqtisadiyyatında  əsas  proseslər  və  hadisələr 

barədə məlumat verilir.

  İldə  4  dəfə  nəşr  edilən  “EcoVision”  jurnalında  üzvlərə 

müxtəlif imkanlar təqdim edilir.

  Rüblük  nəşr  edilən  “Hüquqi  İcmal”  vasitəsilə  üzvlər 

qanunvericilikdə  biznesə  təsir  edən  əlavə  və  dəyişikliklər 

barədə məlumatlandırılır.

  “İqtisadi Monitorinq” rüblük hesabatında Azərbaycanın cari 

makroiqtisadi vəziyyəti təhlil edilir.

  ATİB peşəkar ekspertləri cəlb etməklə sektorlar üzrə iqtisadi 

tədqiqatların həyata keçirilməsini təmin edir.

  ATİB ofisində təqdimat, seminar və treninqlərin keçirilməsi 

xidmətini reallaşdırır.

  ATİB  üzvləri  haqqında  məlumatların  təşkilatın  internet 

səhifəsində yerləşdirilməsi imkanını yaradır.

  Üzvlər üçün müxtəlif dövlət orqanları təmsilçilərinin iştirak 

etdiyi açıq və qapalı toplantılar keçirir.

  Üzvlər arasında əlaqələrin gücləndirilməsi üçün mütəmadi 

olaraq səhər yeməkləri və axşam ziyafətləri təşkil edilir.

  Üzvlərinə  ictimaiyyətlə  və  media  ilə  əlaqələr  üzrə  dəstək 

xidməti göstərilir.

BcB (Qara dəniz və Xəzər dənizi Biznes Birliyi)

Regionda 

yaradılan 

ilk  beynəlxalq  qeyri-

hökumət təşkilatı olan BCB hazırda özündə 17 ölkədən 

22  təşkilatı  birləşdirir.  BCB-nin  qarşısında  duran  əsas 

məqsəd  üzv  ölkələrin  biznes  təşkilatları  arasında  ins-

titutlaşmış  əməkdaşlığın  qurulması  və  əlaqələrin 

təkmilləşdirilməsi,  ticarət  və  investisiya  fəaliyyətlərini 

və  sahibkarlıq  ruhunu  gücləndirməklə  regionun  iq-

tisadi  və  sosial  inkişafına  yardım  etməkdən  ibarətdir. 

http://www.bcbusiness.org 



ataF 

(azərbaycan türkiyə tarixi araşdırmalar Fondu)

Təşəbbüsün 

məqsədi 

Azərbaycan 

və  Türkiyə  tarixlərində  ortaq  məsələ 

olan  erməni  probleminin  bitərəf  və 

elmi  cəhətdən  qiymətləndirilməsi  və  sənədlərə 

əsaslanaraq həqiqətlərin aşkara çıxarılması, region 

xalqları arasındakı anlaşılmazlıqlar və əməkdaşlığa 

mane olan hər bir problemi aradan qaldıracaq həll 

yolunun tapılmasına töhfə verilməsidir. 

TAR  (Türkiyə

AzərbaycanRusiya)



Azərbaycan Türkiyə İş Adamları Birliyi Türkiyə 

və  Rusiya  ilə  qonşu  olan  və  hər  iki  ölkə  ilə 

siyasi,  iqtisadi,  sosial  və  mədəni  sahələrdə 

geniş əlaqələrə malik Azərbaycanda birgə layihə həyata keçirə 

biləcəyini  düşünərək  "Türkiyə

AzərbaycanRusiya  əlaqələri"- 



TAR  haqqında  konsepsiya  irəli  sürmüşdür.  Konsepsiya  Türkiyə, 

Azərbaycan  və  Rusiya  arasında  hərtərəfli  əlaqələrin  inkişaf 

etdirilməsinə  xidmət  edir.  O,  həmçinin  Türkiyə  və  Rusiyadan      

informasiya  texnologiyalarının  transferi  yolu  ilə  Azərbaycanda 

iqtisadi  dəyəri  olan  böyük  layihələrin  həyata  keçirilməsini 

nəzərdə    tutur.  Türkiyənin  Avropa  İttifaqına  girmək  üçün  sərf 

etdiyi  intensiv  cəhdlər  və  bu  cəhdlər  nəticəsində  əldə  etdiyi 

təcrübələrdən istifadə edərək, Türkiyənin və Rusiyanın təşəbbüsü, 

Azərbaycanın  fəal  iştirakı  ilə  yeni  bir  regional  əməkdaşlığın 

formalaşdırılması qarşıya məqsəd qoyulur.

ATUS (Azərbaycan

TürkiyəABŞ)



ATİB  ilk  növbədə  Türkiyə  ilə  Azərbaycan, 

sonra  isə  Türkiyə,  Azərbaycan  və  digər 

ölkələr  arasında  əlaqələrin  daha  da 

inkişaf  etdirilməsi  missiyasının  təzahürü  olaraq  2006-cı  ildə 

“Azərbaycan

TürkiyəABŞ  əlaqələri”  –  ATUS  Konsepsiyasını 



işləyib  hazırlamışdı.  Bu  konsepsiya  Avrasiya  regionu  üçün 

mühüm  əhəmiyyət  kəsb  edən  iqtisadi  əlaqələri  gücləndirməyi 

və biznes sahəsində tərəfdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. 

Konsepsiya  strateji  əhəmiyyətə  malik  Avrasiya  regionunda 

hər bir ölkənin məqsədlərini və onların bu məqsədlərə çatmaq 

üçün  birgə  fəaliyyət  istiqamətlərini  müəyyən  etməyə  çalışır. 

Bununla əlaqədar meydana çıxan məsələlər ATUS Konsepsiyası 

çərçivəsində  müntəzəm  təşkil  olunan  beynəlxalq  elmi-praktik 

konfranslarda müzakirəyə çıxarılır. Konfranslar bu ölkələrin hər 

birində növbə ilə keçirilir.

Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə