Ekonometrika anlayışı və tərkib hissələri



Yüklə 58,49 Kb.
səhifə1/3
tarix13.12.2022
ölçüsü58,49 Kb.
#74263
  1   2   3
dovlet imtahani ekonometrika


  1. Ekonometrika anlayışı və tərkib hissələri

Ekonometriyanın predmeti iqtisadi təzahürlərin və proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla öyrənməkdən ibarətdir. Bu, iqtisadiyyat elminin yeni istiqamətidir. Ekonometriya riyazi iqtisadiyyatdan real, iqtisadi prosesləri konkret hesablama materiallarının tətbiqi ilə fərqlənir. Ekonometriya iqtisadiyyatın nəzəri təhlilinin nailiyyətlərini riyaziyyat və statistikanın nailiyyətləri ilə sintez edir. Ekonometriya iki – «ekonomiya» (iqtisadiyyat) və «metrika» (ölçmə) sözlərindən düzəldilmişdir və məşhur Norveç alimi, Nobel mükafatı laureatı R.Friş tərəfindən elmə daxil edilmişdir. Ekonometriya termininin əvəzinə bəzən “ekonometrika” termini də işlədilir. Bu elm xarici ölkələrdə, xüsusilə Qərbdə geniş yayılmışdır. Bazar münasibətlərinə malik inkişaf etmiş ölkələrdə ali məktəblərin elmi iqtisadi yönümlü ixtisaslarında geniş tədris olunur. Ekonometriya elmi XX əsrin əvvəllərində xətti proqramlaşdırma məsələsinin, sahələrarası balans modelinin yaranması və onların real iqtisadi proseslərə tətbiqi ilə yaranmışdır. Keçmiş sovet elmində ekonometrik modellərə iqtisadi-riyazi üsulların tərkib hissəsi kimi baxılırdı. İqtisadi-riyazi üsullar terminini akademik V.S.Nemçinov 60-cı illərin əvvəllərində elmə daxil etmişdir. İqtisadi-riyazi üsullar iqtisadiyyatın öyrənilməsi üçün iqtisadiyyat və riyaziyyat elmlərinin birləşməsinin ümumiləşmiş adıdır. Ekonometrik modellər iqtisadiyyatın mikro və makro səviyyəsində uğurla tətbiq edilir. Bu modellər vasitəsilə iqtisadiyyatın nəzəri məsələləri riyazi statistikanın üsulları ilə faktiki və ya empirik materiallar əsasında yoxlanılır. Bu baxımdan ekonometrik modellərin qurulması və adekvatlığın yoxlanması riyazi statistikanın korrelyasiya və reqresiya təhlili ilə bilavasitə bağlıdır. İstifadə edilən riyazi aparatın xarakterinə görə iqtisadi-riyazi modellər aşağıdakı kimi təsnifata ayrılır: 4 1. Xətti optimallaşdırma modelləri; 2. Qeyri-xətti optimallaşdırma modelləri; 3. Dinamik proqramlaşdırma tipli modellər; 4. Şəbəkə planlaşdırılması və idarə edilməsi modelləri; 5. Ehtiyatların optimal idarə edilməsi modelləri; 6. Kütləvi xidmət modelləri; 7. Korrelyasiya və reqressiya təhlili modelləri; 8. Tələb və təklifın bazar tarazlığı modelləri; 9. Iqtisadi qeyri-müəyyənlik və risk şəraitində optimal qərarların qəbulu modelləri. Zaman faktorunu əks etdirmə səviyyəsinə görə iqtisadi-riyazi modellər statik və dinamik modellərə ayrılırlar.

2. Model və modelləşdirmə anlayışı


Ekonometrikanın mərkəzi anlayışı olan sistemlərin əsas tədqiqat metodu, və mexanizmi hesab edilən modelləşdirmə metodu nəzəri tədqiqat və praktik fəaliyyət qaydası olmaqla modellərin qurulması və istifadəsini nəzərdə tutur. Latın mənşəli modelus («modulus») sözündən götürülmüş model sözü nümunə, norma mənasını verir. Elmi dərketmənin çox mühüm instrumentlərdən biri hesab edilən model tədqiqat obyektinin şərti obrazı hesab edilir. Tədqiqatın subyekti (tədqiqatçı) tərəfindən model elə qurulur ki, bu modelin köməyi ilə öyrənilən sistemin tədqiqatın məqsədi baxımından əhəmiyyətli olan xarakteristikalarını (xüsusiyyətlərini, qarşılıqlı əlaqələrini, struktur və funksional parametrlərini və s.) əks etdirmək mümkün olsun. Model anlayışı analogiya prinsipinə əsaslanır. Maddi aləmin müxtəlif təyinatlı sistemlərinə daxil olan obyektlərin xüsusiyyətlərini nəzərdən keçirsək, görmək olar ki, bu xüsusiyyətlərdən bəzilərinə müəyyən oxşarlıq, bənzərlik xasdır. Bu oxşarlıq bəzən xarici formalarda, bəzən strukturda, bəzən də eyni təsirlər zamanı davranış xarakterinin dəyişməsində özünü biruzə verir. Obyektlərin və proseslərin bir-birinə bənzəməsinə aid çoxlu misallar göstərmək olar. Məsələn, maşının kiçildilmiş maketi onun quruluşu haqqında fikir yürütməyə imkan verir. Bu halda biz birbaşa analogiya ilə qarşılaşırıq. Belə analogiya bir sıra praktik məsələləri həll etməyə imkan verir (təyyarələrin aerodinamik xarakteristikalarının öyrənilməsi və s.). Modellərin təyinatını və idarəetmədə oynadığı rolu daha dəqiq müəyyən etmək üçün modelləşdirmə metodunun mahiyyətini acıqlamaq zəruridir. Sistemin əvvəlcədən öyrənilməsi və onun vacib xarakteristikalarının müəyyən edilməsi əsasında modelin qurulması, onun eksperimental və nəzəri təhlili, nəticələrin sistem haqqında məlumatlarla tutuşdurulması, modellərin dəqiqləşdirilməsi və real sistemə adekvatlığının təmin edilməsi və s. modelləşdirmə metodunun əsasını təşkil edir. Modelləşdirmə iki sistemin mövcud olmasını nəzərdə tutur:
 Bizim idarə etdiyimiz və ya idarə etmək istədiyimiz real sistem;
 Bu sistemin modeli, onun analoqu.
Beləliklə, model real sistemin insan tərəfindən yaradılan oxşarıdır. Maddi aləmin müxtəlif təyinatlı sistemlərində, o cümlədən də iqtisadi sistemlərdə riyazi modellərin qurulması və tətbiqi imkanları onunla izah edilir ki, bir çox həlləri kəmiyyətcə ölçülə bilən və həm idaraetmə obyektini, həm də ətraf mühiti xarakterizə edən kəmiyyətlərlə əlaqələndirmək olar. İqtisadi sistemlərdə bu kəmiyyətlər rolunu işləri icra etmək üçün tələb edilən işçilərin sayı, məhsul buraxılışının həcmi, nəqliyyat vasitələrinin sayı, maliyyə vəsaitlərinin məbləği, investisiya qoymaq üçün seçilən obyektlərin sayı və s. oynaya bilər.
Modelləşdirmə dedikdə iqtisadi riyazi modellərin qurulması, öyrənilməsi və idarəetmə strategiyalarının yaradılması məqsədi ilə istifadə olunması başa düşülür. Ümumi qəbul edilmiş yanaşmaya görə modelləşdirmə prosesinə 3 element daxildir: 1. Subyekt (tədqiqatçı); 2. Tədqiqat obyekti; 3. Dərk edən subyektlə dərk olunan obyekt arasındakı münasibəti əlaqələndirən model. Biz yuxarıda modellərin qurulmasında analogiya prinsipinin rolunu nəzərdən keçirərkən öyrənilən real sistemlə onun modeli arasındakı analogiyaya toxunmuşduq. Analogiyanın istiqamətindən asılı olaraq 3 tip modelləri fərqləndirmək qəbul olunmuşdur: 1. Qrafık modelləri 2. Fiziki modellər 3. Məntiqi-riyazi modellər. Qeyd edək ki, ümumi təsnifat əlamətlərinə görə qrafik modelləri və fiziki modellər material modellərinə aid edilir və bu qrupa əlavə olaraq həm də əşyariyazi modellər də daxil edilir. İdeal modellər qrupuna daxil edilən məntiqiriyazi modellərdən başqa bu qrupa həm də təsviri (xəyali) modellər daxil edilir. Modellərin tiplərinin müxtəlifliyi onların qurulması mexanizmlərinin - modelləşdirmə metodlarının müxtəlifliyinin bilavasitə nəticəsi kimi də qəbul oluna bilər. Ümumilikdə, modelləri müxtəlif xarakteristikalara görə fərqləndirmək olar və bunlara misal olaraq modelləşdirilən obyektlərin xarakterini, tətbiqi sahələrini, modelləşdirmənin dərinliyini və s. göstərmək olar. Bizi əsasən modellərin iqtisadi sistemlərdə tətbiqi maraqlandırdığı üçün biz modellərin xarakterini əsas götürəcəyik. Əgər modelləşdirmə metodlarına bu aspektdən yanaşsaq, onda həmin metodları iki böyük qrupa ayırmaq olar:  material (əşya) modelləşdirmə;  ideal modelləşdirmə. Material modelləşdirmə dedikdə tədqiqatların öyrənilən sistemin fiziki, həndəsi, dinamik və funksional xarakteristikalarının təcəssümü olan model əsasında aparılması başa düşülür. Material modelləşdirmənin reallaşdırma mexanizmləri olaraq fiziki modelləşdirməni (fiziki modellərin qurulması), həndəsi modelləşdirməni (qrafik modellərin qurulması), əşya-riyazi modelləşdirməni - analoq modelləşdirməni (əşya-riyazi modellərin qurulması) göstərmək olar.
3. Dinamik sıralar və onların analitik bərabərləşdirilməsi metodu
Statistika elminin mühüm vəzifələrindən biri sosial –iqtisadi hadisələri zaman etibarı ilə dəyişməklə öyrənməkdən ibarətdir. Sosial –iqtisadi hadisələrin zamanda dəyişilməsini öyrənmək üçün dinamika sıraları, yəni xronoloji sıralar qurmaq lazımdır. “Dinamika” yunan sözü olub –qüvvə, “xronos” isə vaxt deməkdir.
Sosial –iqtisadi hadisələrin zamanda dəyişilməsini xarakterizə edən statistika göstəriciləri sırasına dinamika sırası deyilir. Dinamika sıralarının statistik işlənməsi üsulları XX əsrin iyirminci illərində intensiv inkişaf etməyə başlamışdır.
Dinamika sıralarının elementləri aşağıdakılardır: 1) statistika məlumatının aid olduğu vaxt anı gün, ay, rüb, il; 2) sıranın səviyyəsi adlanan məlumatın özüdür. Hər iki element –vaxt və səviyyə -dinamika sırasının üzvləri adlanır.
Dinamika sıralarını düzgün tədqiq etmək üçün onların növlərini bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an və fasilə dinamika sıranın səviyyəsi müəyyən tarixə verilir. Məsələn, statistika müşahidəsi nəticəsində əhalinin sayı, kənd təsərrüfatı maşınlarının sayı və gücü, mal –qaranın sayı, ticarətdə əmtəə qalığı və s. haqqında toplanılan məlumat dinamika sırası şəklində sistemləşdirilir. An dinamika sırasına misal Azərbaycan Respublikasının bütün təsərrüfat kateqoriyalarında məhsuldar mal –qaranın sayını göstərmək olar.
Fasiləli dinamika sıralarında sıranın səviyyəsi sosial –iqtisadi hadisələrin həcmini müəyyən vaxt ərzində ifadə edir. An dinamika sırasından fərqli olaraq, fasiləli dinamika sıralarının səviyyələrini cəmləmək olar və iqtisadi mənası olan göstəricilər alınar. Belə cəmləmə nəticəsində daha iri dövr ərzində hadisənin səviyyəsini xarakterizə etmək mümkündür.
Dinamika sıralarında öz əksini tapan vaxtın tamlığına görə onları tam olmayan dinamika sırasına ayırmaq olar. Dinamika sırasında dövrlər, ardıcıl bərabər fasilələrlə verilərsə, belə sıraya tam dinamika sırası deyilir. Tam olmayan dinamika sıralarında ardıcıl bərabər fasiləli dövrlər verilmir.

Yüklə 58,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin