Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 49,12 Kb.
səhifə1/11
tarix23.02.2023
ölçüsü49,12 Kb.
#85312
  1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 1


MÖVZU 1
Elmi tədqiqatın metodologiyası və metodları
1.1. Elmi tədqiqatın mahiyyəti və vəzifələri.
1.2. Elmi tədqiqatın əsas anlayışları
1.3. Elmi tədqiqatın prinsipləri və məntiqi sxemi.
1.4. Elmi tədqiqatın səviyyələri
1.5. Tədqiqat metodlarının təsnifatı
Bu gün dünyada elm qəti olaraq cəmiyyətin məhsuldar qüvvəsinə çevrilmişdir. Hər bir dövlətin strateji doktorinasının strukturuna, cəmiyyətin inkişafının əsas prinsiplərinə elmi-texniki tərəqqi məsələləri daxil edilir. Müasir dövrdə yalnız elmi nəticələrin əldə edilməsi və onun təcrübədə tətbiqi deyil, həm də elmi-texniki tərəqqinin nəticələrinin mənimsənilməsi və ötürülməsi prosesi elmin iştirakını tələb edir.
Elmi tədqiqat elmin mövcudluğunun və inkişafının formasıdır. Elmi (elmi tədqiqat) fəaliyyət yeni biliklərin əldə edilməsinə və tətbiqinə istiqamətlənən fəaliyyətdir.
Elmi tədqiqatın məqsədi elmdə işlənib hazırlanmış dərketmə prinsipləri və metodları əsasında obyekt, proses yaxud hadisənin, onların əlaqələrinin hərtərəfli, etibarlı öyrənilmək, həmçinin istehsalda (təcrübədə) tətbiqi insan üçün faydalı olan nəticələr əldə etməkdir.
İstənilən elmi tədqiqatın özünün obyekti və predmeti vardır.
Elmi tədqiqatın obyekti maddi, yaxud ideal sistemdir.
Predmeti isə sistemin strukturu, sistemdaxil və sistemdənkənar ünsürlərin qarşılıqlı fəaliyyət və inkişaf qanunauyğunluğu, müxtəlif xüsusiyyətlər, keyfiyyətlərdir və s.
Filologiya dilciliyi baxımından tədqiqat sözü “daxilidən təqib etmə” söz birləşmələrindən əmələ gəlmişdir ki, bu da öyrənilən obyektin daxili mahiyyətini dərk etməyi, onun xarici amillərlə qarşılıqlı əlqələrini öyrənməyi nəzərdə tutur.
Müasir elmi ədəbiyyatda bu anlayışın mahiyyətinə çoxlu sayda təriflər verilir. Belə ki, məntiqi sorğu lüğətində “tədqiqat” hər hansı bir obyektin (hadisənin) yaranması, inkişafı və cəmiyyətin maraqları baxımından dəyişdirilməsi qanunauyğunluqlarının aşkar edilməsi məqsədilə onun elmi baxımdan öyrənilməsi prosesi kimi müəyyən edilir.

Yüklə 49,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin