Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 9,96 Kb.
tarix13.01.2022
ölçüsü9,96 Kb.
#51251
elmi tedqiqat (1)


Elmi tədqiqatın metodologiyası və metodları

1.1.Elmi tədqiqatın mahiyyəti və vəzifələri.

1.2.Elmi tədqiqatın əsas anlayışları

1.3.Elmi tədqiqatın prinsipləri və məntiqi sxemi.

1.4.Elmi tədqiqatın səviyyələri

1.5.Tədqiqat metodlarının təsnifatı


Metodologiya metodlar haqqında elm olmaqla iqtisadiyyatın müxtəlif sahələrini eyni zamanda iqtisadi hadisə və prosesləri müəyyən edir.Metodologiyanın əsas həll etdiyi məsələlər ilk növbədə iqtisadi sistemin fəaliyyəti onun inkişafı,elmi dərketməni müxtəlif yollarla üsullarla müəyyən etməkdir.Ümumi iqtisadi hadisə və proseslərin metodologiyasında bir neçə yanaşma vardır.

  1. Subyektiv yanaşma

  2. Neoklassik yanaşma

  3. Rasionalist yanaşma

  4. Dialektik yanaşma

  5. Materialist yanaşma

Bu gün dünyada elm qəti olaraq cəmiyyətin məhsuldar qüvvəsinə çevrilmişdir.Hər bir elm öz predmetini öyrənərkən mütləq şəkildə metodlara müraciət etməlidir.Yəni hər bir elm öz predmetini mütləq şəkildə müəyyən metodlar vasitəsilə öyrənir.Metod-tədqiqatın həyata keçirilməsi üçün bir sistemdir həmdə tedqiqatın aparılması üçün bir yol xəritəsidir.Cəmiyyətin həyatında baş verən iqtisadi proseslərin tərəfləri haqqında həmçinin ayrı-ayrı xüsusiyyətləri barədə və ümumi xüsusi cəhətləri haqqında məlumatların əldə olunması metodlar vasitəsilə həyata keçirilir.Elmi tədqiqatın metodları onun üsulları kimi ayrı-ayrı faktlar ayrı-ayrı hadisələrin müəyyən olunması ilk növbədə bu hadisələrin müşahidəsindən təcrübəsindən və elmi-psixoloji problemlərin öyrənilməsindən başlayır.Elmi tədqiqatın metodologiyası- mərhələli şəkildə ayrı-ayrı tədqiqat proseslərinin istiqamətinin müəyyənliyini özündə əks etdirir. Müasir dövrdə yalnız elmi nəticələrin əldə edilməsi və onun təcrübədə tətbiqi deyil. həm də elmi-texniki tərəqqinin nəticələrinin mənimsənilməsi və ötürülməsi prosesi elmin iştirakını tələb edir.

Elmi tədqiqat elmin mövcudluğunun və inkişafının formasıdır.İstənilən elmi tədqiqatın özünün obyekti və predmeti vardır. Elmi tədqiqatın obyekti maddi yaxud ideal sistemdir. Predmeti isə sistemin strukturu, sistemdaxil və sistemdənkənar ünsürlərin qarşılıqlı fəaliyyət və inkişaf qanunauyğunluğu, müxtəlif xüsusiyyətlər, keyfiyyətlərdir və s.

Müasir elmi ədəbiyyatda tədqiqat anlayışı mahiyyətinə çoxlu sayda təriflər verilir.Bu elmi anlayışa çoxsaylı təriflər verilməsi onun mürəkkəb və çoxmənalı anlayış olması,ona müxtəlif elmi-nəzərdən baxılması zərurliyi ilə izah edilir. Deməli, tədqiqata elmi iş, elmi tədqiqat, hadisənin mahiyyətini, xüsusiyyətlərini və inkişaf meylini dərk etməyə imkan verən insanın fəaliyyət növü kimi baxmaq olar. Bundan başqa o faktı da nəzərə almaq lazımdır ki, “tədqiqat” anlayışı elmin, texnikanın və sosial dünyagörüşün inkişafına uyğun olaraq daimi təkamül edir.Bu gün insanın peşəkar fəaliyyətinin bir çox növləri elmi yanaşmanı tələb edir, nəticə etibarilə tədqiqat gündəlik təcrübəyə nüfuz edir.

Tədqiqat insanın yaradıcı fəaliyyətinin daha yüksək səviyyəsi kimi çıxış edir. Ümumiyyətlə, bu çoxcəhətli anlayışın əsas fərqləndirici xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:

-problem və vəziyyəti müəyyən etmək (anlamaq),

-onun mənşəyini müəyyən etmək,

-inkişaf və davranışın məzmununu, xüsusiyyətlərini, qanunauyğunluqlarını aşkar etmək,

-toplanmış biliklər sistemində həmin problem və vəziyyətin yerini müəyyən etmək,

-həmin problemin təcrübədə həll edilməsi məqsədilə yeni bilik və təsəvvürlərdən istifadə edilməsinin yollarını, vasitələrini və imkanlarını tapmaq.

İstənilən tədqiqatın həyata keçirilməsi zamanı nəzərə alınması zəruri olan xarakteristikalara aiddir: -tədqiqatın elmi əsaslandırılması,4 -tədqiqatın metodologiyası, -tədqiqatın təşkili, -tədqiqatın elmi yeniliyi, -tədqiqatın nəticələri və səmərəliliyi.

Elmi tədqiqatın uğurlu alınması üçün onu düzgün planlaşdırılması, təşkil edilməsi və müəyyən ardıcıllıqla yerinə yetirilməsi zəruridir.İdrak (dərketmə, yeni bilik əldə etmə) prosesi özünə faktların toplanmasını daxil edir. Faktları sistemləşdirmədən, ümumiləşdirmədən, məntiqini anlamadan heç bir elm mövcud ola bilməz. Faktların tədqiqatçıya hava kimi lazım olduğuna baxmayaraq, onların ayrı-ayrılıqda götürülməsi hələ elm deyildir. Faktlar sistemləşdirilmiş və ümumiləşdirilmiş şəkildə çıxış etdikdə elmi biliyin tərkib hissəsinə çevrilir. Yaradıcı ideyadan başlayaraq elmi işlə yekunlaşmasına qədər istənilən elmi tədqiqat fərdi şəkildə həyata keçirilir. Ümumi və xüsusi metodlara əsaslanaraq tədqiqatçı tədqiqata başlamaq üçün nəyin lazım olduğu, faktları necə ümumiləşdirmək və nəticələrə hansı yollarla gəlmək kimi suallara cavablar əldə edir. Bu zaman aşağıdakı tövsiyyələrə riyaət edilməsi qanuna uyğundur: -dürüst və aydın (aksomatik) olmayan heç nəyi həqiqət kimi qəbul etməmək, -mürəkkəb məsələləri problemin həll edilməsi üşün gərəkli olan hissələrə ayırmaq, -mürəkkəb və çətin məsələləri dərk etmək üçün tədqiqata ən sadə və əlverişli olandan başlamaq, -nəyinsə diqqətdən kənarda qalmamasına əmin olmaq üçün hər şeyə dərindən müraciət etmək.

Elmi tədqiqat kifayət qədər uzun və mürəkkəb prosesdir. O, ideyanın yaranmasından başlayaraq fərziyyə və mühakimələrin düzgünlüyünün sübut olunması ilə başa çatır. Elmi tədqiqatın əsas mərhələlərinə aiddir: -ideyanın yaranması, tədqiqat mövzunun formalaşdırılması, -tədqiqatın məqsəd və vəzifələrini formalaşdırmaq, -fərziyyələrin irəli sürülməsi, nəzəri tədqiqat, -eksperimentin aparılması, elmi faktların və nəticələrin ümumiləşdirilməsi, -elmi tədqiqatın təhlili və tərtibi, -elmi tədqiqatın tətbiqi və səmərəliliyinin müəyyən edilməsi.

Elmi tədqiqatda elmi istiqamət, problemlər və mövzular fərqləndirilir. Elmi tədqiqatın hazırlıq mərhələlərindən biri elmi tədqiqat mövzusunun seçilməsidir. Elmi-tədqiqatın mövzusu müəyyən elmi istiqamətə yaxud elmi problemə aid ola bilər.Problem sahəvi, sahələrarası və qlobal ola bilər. Problem bir sıra mövzulardan ibarətdir. Mövzu elmi tədqiqatın müəyyən sahəsini əhatə edən elmi vəzifədir.Tədqiqat mövzuları nəzəri, praktiki və qarışıq ola bilər. Nəzəri mövzular əsasən ədəbiyyat mənbələri, praktiki mövzular faktların öyrənilməsi, ümumiləşdirilməsi və təhlili əsasında işlənib hazırlanır. Qarışıq mövzular özündə tədqiqatın həm nəzəri, həm də praktiki tərəflərini birləşdirir.Mövzunun seçilməsi çətin, məsuliyyətli vəzifədir və özünə bir neçə mərhələni daxil edir.

Birinci mərhələ problemin formalaşdırılmasıdır.

İkinci mərhələ özünə problemin quruluşunun işlənib hazırlanmasını daxil edir. Mövzular, alt mövzular, suallar ayırd edilir.

Üçüncü mərhələdə problemin aktuallığı, yəni müasir mərhələdə onun elm və texnika üçün dəyərliliyi müəyyən edilir.



Tədqiqat mövzusuyeni elmi vəzifələri həll etməlidir. Bu o deməkdir ki, tədqiqat mövzusu heç vaxt işlənməmişdir və müasir dövrdə işlənmir, yəni təkrarçılıq yoxdur. Tədqiqat mövzusu iqtisadi baxımdan səmərəli və əhəmiyyətli olmalıdır. İstənilən tətbiqi tədqiqat mövzusu iqtisadi səmərə verməlidir. Bu mühüm tələblərdən biridir.Onu da qeyd etmək lazımdır ki, elmi tədqiqat mövzusu kollektivin ixtisasına uyğun olmalıdır.Ədəbiyyatları öyrənərkən yalnız materialın götürülməsinə cəhd etmək lazım deyil. Paralel olaraq tapılmış informasiya haqqında düşünmək lazımdır. Bu proses mövzu üzərində işin bütütn müddətində baş verməlidir.

İstənilən deyil, yalnız elmi faktları yığmaq lazımdır. “Elmi fakt” anlayışıadi həyatda tətbiq edilən “fakt” anlayışından geniş və çoxcəhətlidir. Elmi faktlardan danışarkən proseslərin obyektiv xüsusiyyətlərini əks etdirən, elmi biliyin əsasını təşkil edən ünsürləri başa düşülür. Elmi faktlar əsasında hadisələrin qanunauyğunluğu müəyən edilir, nəzəriyyələr formalaşdırılır və qanunlar aşkar edilir. Elmi faktlar yenilik, dəqiqlik, obyektivlik və etibarlılıq xüsusiyyətləri ilə xarakterizə olunur.
Yüklə 9,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin