Sərbəst iş-2 Ad: Elgün Soyad: Kərimov Qrup: 1139aa fenn: Ekologiya Movzu : Ekologiya elminin tarixi və müasir dövrdə müxtəlif alimlər tərəfindən onun inkişafi Muəllim: İslamova Rəna



Yüklə 34,32 Kb.
tarix22.04.2022
ölçüsü34,32 Kb.
#56101
elgun-Sərbəst iş 2




Sərbəst iş-2

Ad:Elgün

Soyad:Kərimov

Qrup:1139aA

Fenn:Ekologiya

Movzu : Ekologiya elminin tarixi və müasir dövrdə müxtəlif alimlər tərəfindən onun inkişafi

Muəllim: İslamova Rəna

Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel (e.ə. 384-322), Böyük Pliney , R.Boykonun əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur. Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların davranışları haqqında (məs. balıqların miqrasiyası, qış yuxusu, quşların köçməsi, heyvanların qurucu fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə üsulundan) yazmışdır. Aristotelin şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371- 280 e.ə) müxtəlif şəraitlərdə bitkilərin forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir. Ekologiya yeni elm sahəsidir.Bu elmin ayri-ayri ideyaları hələ çox keçmişdə tətbiq olunurdu. Hələ qədim dövrlərdə ibtidai icma quruluşunda, quldarlıq quruluşunda quşların, balıqların və vəhşi heyvanların artması üçün bir növ yasaqlıq yerləri ayrılır, müəyyən vaxtlar heyvan ovları qadağan edilirdi. Rusiyada təbəti mühafizəsınə dair ilk fərmanlar XI-XII əsrlərdə verilmişdir.I Pyoturun dövründə də təbiətin mühafizəsi ümumdövlət xarakteri almışdı.Çar meşələrin qorunmasına xüsusi diqqət yetirirdi.Seyrək meşəli rayonlarda ağaclardan odun kimi istifadə olunması qadağan olnmuşdur.I Pyotr cənub rayonlarında meşələr salınması barədə fərman vermişdi.Eyni zamanda digər təbii sərvətlərin mühafizəsi,məsələn çay suyunun təmizliyi,amansızcasına balıq ovunun qadağan edilməsi, balıqların kürü tökən yerlərinin mühafizəsi, torpağın qorunması və s. haqqında bir sıra qərarlar vermişdi. Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin – İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası K.Linneyin, alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına çevrilməsinin əsas səbəbləri «İqlimin temperaturu, qidanın keyfiyyəti və əhlilləşdirmənin təsiridir». İlk evolyusiya təliminin müəllifi Lan-Batist-Lamark (1744-1829) orqanizmlərin uyğunlaşma dəyişkənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərmişdir. Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə təsirinin neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi. Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu. Aleksandr Humboltun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Humbolt elmə belə təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmi müəyyənləşdirir. İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V. Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və anlayışlarını əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın banilərindən biri saymışdır. 1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı cinslərin saxlanması» kitabı çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur. 1864-cü ildə amerikalı Corc Marşın ―İnsan və təbiət‖ adlı kitabı dərc edildi.Bu kitabda insanın təbiətə təsiri nəticəsində təbiətin müvazinətinin pozulması qeyd olunurdu.1872-ci ildə dünyada ilk Yellüston milli parkı yaradıldı.Vəhşi heyvanları mühafizə cəmiyyəti quruldu. 1861-ci ildə Azərbaycanın görkəmli maarifpərvər alimi H.Zərdabi torpağın, suyun,havanın gigiyenasına aid əsər yazir, təbiətiə öz materialist münasibətini bildirir. XIX sərin sonu XX əsrin əvvəlində bütün dünyada təbiəti mühafizə hərakatı başlandı.XX əsrin birinci yarısında təbiətin mühafizəsinə dair bir sıra qərarlar qəbul edilmişdir.1911-ci ildə Rusiya,Yaponiya,Kanada və ABŞ arasında dəniz heyvanlarının mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı. Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində qəti formalaşdı. 1913- 1920-ci illərdə ekoloji elmi cəmiyyətlər təşkil olundu, ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris olunmağa başladı. 1948-ci ildə Parisdə təbiətin mühafizəsinin beynəlxalq ittifaqı (TMBİ) yaradıldı. Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir. Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi.Və artıq ekologiya özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi. Ekológiya (yun. oykos— ev, yaşayış yеri, təsərrüfat; loqos — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir: Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya terminini elmdə ilk dəfə 1866-cı ildə alman bioloqu Ernest Hekkel "Orqanizmin ümumi morfologiyası" əsərində işlətmiş, bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır. Ernest Hekkel (1834-1919) – tanınmış alman təkamülçü-bioloqu, Darvin nəzəriyyəsinin tərəfdarı olmuşdur. Darvinin təkamül faktoru olan təbii seçim haqqında baxışlarını dərinləşdirmiş, həyatın cansız maddələrdən təbii olaraq yaranması haqqında ideya ilə çıxış etmişdir. Çoxhüceyrəli orqanizmlərin yaranması ideyasını irəli sürmüşdür. İlk dəfə fərdin inkişafında onun əcdadlarının təkamül mərhələlərinin əks olunması haqqında biogenetik qanununu da irəli sürmüşdür. Ekologiyanı ayrıca bioloji elm kimi təklif etmişdir. Ən tanınımış kitabları bunlardır: ―Antropogeniya‖ və ya ―İnsan inkişafının tarixi‖ (1874), ―Dünya sirləri‖ (1899), ―Həyatın möcüzələri‖ (1904). Hekkelə görə, ―ekologiya orqanizmlərin ətraf mühitə münasibətləri haqqında ortaq elmdir. Buna geniş anlamda mövcudluğun bütün şərtləri aiddir. Onlar qismən canlı, qismən isə cansız təbiətdəndirlər. Hər ikisi orqanizmlərin yaşaması üçün olduqca gərəklidirlər, çünki özlərinə uyğunlaşmağı məcbur edirlər‖. Hekkelə görə ekologiya canlı orqanizmlərin ―ev məişəti‖ haqqında elmdir. Onun vəzifəsi, Darvinin şərti olaraq ifadə etdiyi ―mövcudluq uğrunda mübarizənin‖ mürəkkəb münasibətlərini araşdırmaqdır. Təbiəti mühafizə məsələlirinin elmi cəhətdən əsaslandırılması üzrə alimlərdənB.N.Sukaçev,A.A.Qriqoryev,V.B.Soçev,İ.P.Gerasimov,A.M.Ryabçikov,V.A.Kovda, İ.T.Fralov və başqaları böyük işlər görmüşdür. Azərbaycan alimlərindən –H.Ə.Əliyev, M.A.Musayev, M.E.Salayev, M.A.Müseyibov, Ş.Y.Göyçaylı, Q.H.Mustafayev, M..Ə.Salmanov,X.Y.Xəlilov, Ə.A.Əsgərov və başqalarının təbiəti mühafizə sahəsində böyük xidmətləri olmuşdur
Yüklə 34,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin