Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
F.M. Dostoyevskinin "Cinayət və Cəza"əsərində
şəxsiyyət və cəmiyyət problemi
Sumqayıt - 2023
Mündəricat
Giriş
I fəsil. “Cinayət və cəza” əsərinin ideya və məzmunu
II fəsil. Cəmiyyət və şəxsiyyət arasındakı konfliktin “Cinayət və cəza” əsərində təzahürü
Nəticə
Ədəbiyyat
Giriş
Mövzunun aktuallığı:
Rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri Fyodor Mixayloviç Dostoyevski yaradıcılığı və onun “Cinayət və Cəza” əsəri Dünya ədəbiyyatında xüsusi qiymətləndirilir. Ümumiyyətlə, Dostoyevski yaradıcılığında qoyulan problemlər: şəxsiyyət və cəmiyyət, insan psixologiyasının görünməyən tərəfləri, obrazların düşdüyü mühit və.s onun əsərlərində, o cümlədən, “Cinayət və Cəza” əsərində təsvir edilmişdir. Dostoyevskinin əsərləri bu gün ən çox tədqiq edilən, müzakirə olunan əsərlər sırasına daxildir. Onun “Alçaldılmış və təhqir edilmiş insanlar”, “Yer altından qeydlər”, “İdiot”, “Bəyaz gecələr”, “Bədbəxt insanlar”, “Karamazov qardaşlar” və.s kimi əsərləri dünyada insanlar tərəfindən sevilərək oxunulan əsələr sırasına daxildir. Dostoyevskinin ”Cinayət və Cəza” əsərindəki obrazların düşdükləri mühitdən,yaşadıqları həyatdan aydın şəkildə görürük ki,cəmiyyətin qınağ hədəfinə çevrilir. Bu məsələ çox mübahisəlidir. Çünki, burada konflikt yaranıb. Əsərin qəhrəmanını o çirkab həyata sürükləyən amil, cəmiyyətmi oldu, yoxsa, insanın özümü?
Bildiyimiz kimi, əsərin əvvəlində də qeyd edilmişdir ki, Raskolnikov obrazı ipoxondriya xəstəliyinə tutulub. Bəlkə elə onu cinayət işləməyə sürükləyən səbəb budur. Digər konflikt yaradan səbəblərdən biri də budur ki, Raskolnikov qarını öldürdükdən sonra heç nəyin yaxşı olmayacağını bildiyi halda niyə o yola baş tutur?
Obrazın daxilində təsvir olunan xüsusiyyətləri anlamaq çətin məsələdir. Çünki, Dostoyevski bunu mənlik şüuru ilə bağlamışdır. "Mən"lik şüuru psixologiyada çox geniş izah olunub.İnsanın başqa adamlarla ünsiyyət qurmaması,özünü onlardan ayırması,fiziki və mənəvi cəhətdən “mən”ini dərk etməsi “mən”lik şüuru ilə bağlıdır.Raskolnikov da cəmiyyətin bu tip insanlarından biridir. “Mən-obraz” eyni vaxtda müxtəlif xarakterli ola bilər: “Real mən”, “Sosial mən”, “İdeal mən” aid etmək olar. Əsərdə təsvir olunan obrazların daxili aləminə endiyimiz zaman “mən”lik şüurunu daha yaxşı başa düşmək olur. Məsələn: A.Abbasın ”Allahı qatil edənlər” əsərini oxuduğumuz zaman gözümün önündə ilk canlanan Raskolnikov obrazı oldu. Çünki, orada insanı təsvir edən psixoloji an var. Bu psixoloji durum bizim daxilimizi açıb göstərir və bizim cəmiyyət tərəfindən necə qarşılandığımızı da təsvir etmiş olur.
Dostları ilə paylaş: |