F. M. Dostoyevskinin "Cinayət və Cəza"əsərində şəxsiyyət və cəmiyyət problemi Sumqayıt 2023



Yüklə 110,46 Kb.
səhifə2/2
tarix01.10.2023
ölçüsü110,46 Kb.
#151379
1   2
Ceza (1) (2)

Tədqiqatın obyekti və predmeti:

Diplom işimin əsas obyekti və predmeti Dostoyevskinin ”Cinayət və Cəza” əsərinin obrazlarını cəmiyyət tərəfindən necə göründüyünü,onların orada tutduğu yeri,şəxsiyyət kimi hansı mövqedə dayandıqlarını təsvir etməkdir. Bütün bu mübahisə doğuran səbəblərin hamısı diplom işimdə təhlilə cəlb olunmuşdur.



Tədqiqatın məqsəd və vəzifələri:
Tədqiqatın əsas məqsəd və vəzifəsi dünya şöhrətli Dostoyevskinin “Cinayət və Cəza”əsərindəki şəxsiyyət və cəmiyyət problemini elmi baxımdan təhlil etmək,aktual və vacib mövzu olduğunu göstərməkdir.
Mövzunun işlənmə dərəcəsi:
F.M.Dostoyevski yaradıcılığı “Cinayət və Cəza”əsəri dünya ədəbiyyatında, o cümlədən, Azərbaycan ədəbiyyatında hər zaman böyük maraqla qarşılanmış və sevilərək oxunmuşdur.Bu gün Dostoyevski yaradıcılığını tədqiq edənlərin sayı çoxdur.Məmməd Qocayev,Tağıyeva Mahrux Məzahim qızı, Reyhan Mirzəzadə ,Minaxanım Təkləli,Xatirə Nurgül,Məti Osmanoğlu və.b.adını qeyd etmək olar.Onların hər biri tədqiqatında“Cinayət və Cəza”əsərinin müxtəlif mövzularına toxunmuşdur.Beydulla Musayev 1960-cı ildə əsəri azərbaycan dilinə tərcümə etmişdir.Raskolnikovun yuxu görmələrini iki cür təsnif etmişdir:Cinayətədək gördüyü yuxu və Cinayətdən sonra gördüyü yuxu məsələsini izah etmişdir.Daha sonra sarı rənginin simvolikasını açıb göstərib.Hətta sarı rəngi əsərdə müsbət mənanı ifadə edirsə,”Qurani-Kərim”də sarının “baxanların içini açdığı” şəkildə qeyd etmişdir.Məmməd Qocayev ”həqiqətin dərki məsələsinin bədii həlli”mövzusuna xüsusi toxunmuşdur.Gördüyümüz kimi əsər haqqında çox fikirlər var,bunların hər biri haqqında ayrı-ayrı məlumatlar verəcəm.
I F Ə S İ L
Cinayət və Cəza” əsərinin ideya və məzmunu

Öncə Dostoyevskinin bu əsəri necə və niyə yazdığını qeyd etmək istəyirəm. 1850-ci ildə Dostoyevski Omskda ağır işə göndərilir. Məhz bu çətin təcrübə “Cinayət və Cəza” romanının ideyasının doğulduğu an oldu. Daha sonra Fyodor Mixayloviç qardaşına yazdı: ”Yadınızda deyilmi, mən sizə hamıdan sonra yazmaq istədiyim bir etiraf-roman haqqında danışdım, dedim ki, hələ də özüm keçməliyəm. Keçən gün bir anda yazmağa qərar verdim. Bütün qanlı ürəyim bu romana arxalanacaq. Mən bu ağır zəhmətdə, çarpayıda uzanaraq, çətin bir kədər anında və özümü məhv edərkən düşündüm...”. Roman üzərində düşünən yazıçı baş qəhrəmanın adından etiraf formasında povest qurmağa hazırlaşırdı.Bütün narahatlıqlar,əzablar,zehni təlaşlar,ağır əmək təcrübəsi işin əsasını təşkil etməli idi.Ancaq vurğu təkcə Rodion Raskalnikovun dərin şəxsi təcrübələrinə deyil,həm də digər personajların davranışlarına və şəxsiyyətlərinə-güclü,qəhrəmanın uzunmüddətli inanclarını düzəldənlərə yönəldilmişdir. Fiziki yorğunluq, sürgün edilmiş məhkumun çətin həyatı ona Omskda yazmağa başlamağa imkan vermədi. Nəhayət, əzab çəkən yazıçı məktub göndərdi və orada əsərin rədd edildiyi təqdirdə əlyazmasını geri istədi. Nəhayət, nəşriyyatdan cavab alındı,orada redaktorlar problemi izah etdi və başlanğıcın artıq çapa getdiyini söylədi. Məhz bu vaxt “Cinayət və Cəza”nın ilk səhifələri gəldi. Redaktorlar Dostoyevskidən qorxdular,lakin çətinlikləri nəzərə alaraq onun romanını nəşr etməyə razı oldular. Dostoyevski üçün uğurlu oldu. Romanı çox dəyərləndirdilər. Əsər Dostoyevski sağlığında böyük və tanınan əsərə çevrildi. 1882-ci ildə alman dilinə,1884-cü ildə fransız dilinə,1886-cı ildə ingilis dilinə tərcümə olundu. Aradan əsrlər, zamanlar keçdi, hələ də Dostoyevskinin əsərləri, o cümlədən, ”Cinayət və Cəza”insanlar tərəfindən sevilir.


Müəllif bu əsəri yazarkən bu ifadəni işlədib: ”Bu romana bütün ürəyim qan tökəcək”. Dostoyevski əsərlərində əsas mövzular-kasıbların taleyi, onların həyatda sərt reallıqla qarşılaşması və.s qoyulmuşdur. 1865-ci il iyunun 8-də Fyodor Mixayloviç “Sərxoşlar”romanını “Oteçestvennie zapiski” jurnalının naşiri A.A.Kraevski məhz bu əsərdə Marmeladovlar ailəsinin personajları meydana çıxdı,lakin yazıçıya rədd cavabı verildi.Çox pula ehtiyacı var idi. Daha sonra başqa nəşriyyatla müqavilə bağladı.O,üç cildlik topladığı əsərlərinin hüquqlarını verdi və gələn il noyabrın 1-dək yeni roman yazmağı öhdəsinə götürdü.Dostoyevski kreditorlarını ödəyib xaricə getdi.Ancaq yazıçı yenə çox pulunu itirdi,yenə çətin vəziyyətdə qaldı.Daha sonra qaldığı otelin sahibləri onu əvvəlcə yeməkdən,sonra işıqdan imtina etdilər.Dostoyevski qərara gəldi ki,yeni roman yazsın.Dünya ədəbiyyatında ən böyüklərdən birinə çevriləcək bir kitab üzərində işləməyə başladı.Bu əsərin ideyasının kökünün real həyatda baş vermiş bir hadisədən irəli gəldiyi qeyd olunur.1865-ci ilin yanvar ayında iyirmi yeddi yaşlı Moskva sakini,dini etiqadında təfriqəçi Gerasim Çistov yaşlı bir qadını balta ilə öldürdü.Dostoyevski bundan təsirlənərək Raskalnikovun hekayəsini yaradır.Romanı yazmaq,onun sonunu gətirmək müəllif üçün heç də asan olmadı,çünki” son” roman üçün çox böyük təsir oynayırdı.Qəhrəmanın taleyinin hansı sonluqla bitəcəyi əsər üçün ən vacib nöqtədir.Dostoyevski bunu ustalıqla təsvir etmişdir.Raskalnikov obrazı mürəkkəb obrazdır.Onu təsvir etmək heç də asan məsələ deyil.Dostoyevski bu əsər üçün ən vacib sözlərini demişdir:”Rahatlıqda xoşbəxtlik yoxdur,xoşbəxtlik əziyyətlə satın alınır.Bu,planetimizin qoymuş olduğu qanundur,lakin həyat prosesinin hiss etdiyi bu bilavasitə şüur o qədər böyük sevincdir ki,illərlə çəkdiyiniz əziyyəti ödəyə bilərsiniz.İnsan xoşbəxt olmaq üçün doğulmur.İnsan xoşbəxt olmağa layiqdir,həmişə əzab çəkir.Burada heç bir ədalətsizlik yoxdur,çünki həyat və şüur haqqında bilik öz üzərinə idi:Allahın insanı tapdığı yollar ağlasığmazdır”. Əsərin ideya və məzmunu elə birbaşa obrazların daxili aləmini təsvir edir.
İlk hissədə əsərin necə yazıldığını öyrənmiş olduq.Belə bir sual qoyaraq başlayım: Xəstəlikmi cinayət doğurur,yoxsa öz-özünəmi yaranır?
Cinayətin törəmə səbəbi sadəcə maddi ehtiyac deyil,mənəvi yoxsulluqdur.Ağılla ruh,ideya ilə mənəviyyat arasında qarşıdurma var. Həyatda hər zaman ən böyük konflikt yaradan səbəb budur ki,kimisə günahlandırırıq.
Ömrünü yoxsuluqla keçirmiş,həyatı ağır sınaqlarından keçmiş bir obrazın taleyindən bəhs edir bu əsər. Bütün insanlar iki cür təsvir edilir: ”Adi” və “Qeyri-adi”. Adi insanlar-gərək itaət etsinlər,onların qanundan kənara çıxmağa ixtiyarı yoxdur,çünki onlar adidir.Qeyri-adi insanlar isə hər cür qanundan kənara çıxa bilər və cinayət işləyə bilər,çünki onlar da qeyri-adidir.Əsərin məzmunu sadəcə cinayətdənmi ibarətdir,yoxsa cəmiyyətin bir insanı hansı nöqtəyə gətirdiyindənmi?
Baxın,bu həyatda bir qatildən də cani insanlar var.Ümidimizi öldürənlər var.Ümid insanı həyata bağlayır. Mən bunu əsərdə iki obrazda gördüm: Raskolnikov və Sonya.
Raskolnikovda da eyni anda iki istək yaranır: Öz ictimai vətəndaşlıq vəzifəsini yerinə yetirmək və mənəvi borcuna sadiq qalmaq yanğısı. Bu məsələni D.İ.Pisarev, B.R.Ryurikov araşdırıb ki,Raskalnikov cinayəti yoxsulluqdan törədib. Mən bu fikirlə razıyam,çünki heç bir insan anadangəlmə qatil olaraq dünyaya gəlmir,onun yaşadıqları onu həyatda formalaşdırır.M.M.Baxtin,V.V.Veresayev cinayəti hansısa ideya altında törətdiyini qeyd etmişdir.Əsərin ideyasına fərqli şəkildə yanaşmağı daha üstün tuturam,çünki əsəri psixoloji roman adlandırıb keçmək düzgün olmaz.
Bu əsərdə sevgi,azadlıq,inanc,ümid,mübarizə,yaşamaq və.s var.Yazıçı ancaq müəyyən zaman və məkan kəsiyində baş verən hadisələri deyil,həm də bu hadisələrin qəhrəmanın şüurunda necə əks-səda verdiyindən də söhbət açır.Amma elə məqamlar da var ki,onlar sanki hadisələrin zaman və məkan kəsiyindən kənarda təsvir edilir.A.Rozanov qeyd edir ki,yazıçı insan qəlbinin incə duyğularını açıb göstərir.Qəhrəmanın heç özünə də bəlli olmayan gizli aləminə nüfuz edir,insan şüurunun “sağlam”,”xəstə” nöqtələrini işıqlandırır.
Sefan Zveyqin də dediyi kimi “psixoloqların psixoloqu”dur Dostoyevski. Bəzən elə məqamlar verir ki,onun nə demək istədiyini,ya da oxucuya nə çatdırmaq istədiyini anlaya bilmirsən.Bu həyatda ən çox kimi günahlandırırıq?
Şopenhauer qadınları,Marks varlıları,Froyd anasını,Dostoyevski isə özünü...
Adornonun dediyi kimi”elə olmaq və başqa cür olmamaq...” İndi isə Raskolnikova diqqət edin.İşlədiyi günahla sadəcə özünü günahlandırırdı.O,bu cinayəti işləməklə özünü Napoleon Bonaparta bənzədirdi.Özünə tez-tez bu sualları verirdi:Napoleon Bonapart onun yerində olsaydı nə edərdi?
Cavabında isə həmişə düşünərdi ki,əgər o,balta ilə edibsə,Napaleon əlləri ilə boğardı.Belə bir əməl estetik baxımdan yanlış olsa da,hətta dini baxımdan da yanlış olsa da,hətta ümumi vəziyyət ictimai rifah xeyrinə olmasa da,düşünürdü ki,bəli, o da öldürərdi.Bəs əsas məsələ cinayətdirmi?
Cinayətə sürükləyən səbəb sadəcə onun yaşadığı yoxsulluqmu idi?
Belə bir sual qoyum:Dünyada bu qədər cani insanlar var ki,başqalarını günahsız yerə öldürür.Bir də günahsız yerə öldürənləri başqa bir insan öldürsə siz ona nə deyərdiz?
Qatil,yoxsa qəhrəman?Siz Raskalnikovu sadəcə çirkin,bəlkə də heç kimin işinə yaramayan qarını öldürdüyü üçün günahlandırırsız.Bəs Sonya? Ya da Dunya?Onları yaşadığı həyata görə tənqid edirsinizmi?
Mən etmirəm. “Əslində o, nə bu qədər qorxaq,nə də qıpıq idi,hətta əksinə,çox dalğın,fikirli idi.Özünü hər kəsdən uzaq tutmağa çalışırdı.Yoxsulluq onu əldən salmışdı,lakin keçirdiyi sıxıntılı vəziyyət onu narahat etmirdi” (“Cinayət və Cəza” Bakı,Qanun nəşriyyatı 2022,s5) .
Kim ki çox cəsarət göstərir insanlar içində o,haqlı olur.Bu hər zaman belə olub,olacaq da..
Nihat Pir Raskolnikov obrazını əsərdə fərqli şəkildə yanaşıb.O, qeyd edir ki,Raskalnikov qatil olacaq biri deyil,onu bunu etməyə sürükləyən səbəb var.Bu səbəbin tamah olduğunu düşünür.Çünki daxilən Raskolnikov bu sualı özünə verirdi:”
Sən bunu bacararsan?Sizcə,bacardı?
Zənnimcə,yox.Raskalnikov bunu çox yaxşı bilirdi.O,qarını öldürmədi,o,sadəcə “mən”ini,özünü,gələcəyini,ümidlərini öldürdü.Bu dünyada onun qarşısında ancaq bir şey dururdu.Hazırda mənasız və məqsədsiz bir təşviş,gələcəkdə isə ardı-arası kəsilmədən özünü fəda etməyəcəkdi.O nə üçün yaşasın? Nəyə doğru can atsın? Ancaq mövcud olmaq üçün yaşasın?
Bizi yaşadan şeylər həyatda sahib olduğumuz hər şeydir.Bəlkə də bunun fərqində olmuruq, həyat bizim üçün sadəcə boş-mənasız bir məkandan ibarətdir.Amma bizi yaşadan fərqində olmadığımız, özümüzdən çox onların xoşbəxtliyini istədiklərimizdir. Əsərin dönüş nöqtəsi bilirsiz haradır?
Anası Raskolnikova məktubu yazıb göndərdikdən sonra Raskolnikov bundan çox təsirlənir.Çünki, hər şey o məktubdan sonra oldu.Bacısının başqa biriylə evlənəcəyini eşidəndə ona çox təsir edir, Raskolnikovun qüruru incinir.Raskolnikov sanki iki şey arasnda qalır.Hansı yolu seçəçəyini bilmir.Bu durum bunu göstərmir ki,sən qatil olasan,amma o yola səni sürükləyən səbəb mütləq ki, budur.Çünki bizim üçün qürur önəmlidir.Bəlkə də,bizim qürürumuzun sındığı an biz həyatdan qopuruq.Aqil Abbas “Allahı qatil edənlər”əsərində Akademik obrazını təsvir edərkən bir insan üçün onun qürurunun,mənəviyyatının nə qədər önəmli olduğunu göstərmiş olur.O, əsərdə Akademik vətən üçün əsgər olursa,heç də vəziyyət onun istədiyi kimi olmur.O,ədalətsizliklə qarşılaşır və bunu qəbul edə bilmir.Komandir ona elə ifadələr işlədir ki,bu ifadələrin qarşısında susmaq mümkün olmaz.”Cinayət və Cəza”əsərində də Sonyanın mənəviyyatı alçaldılır,qüruru sınır,onun namusuna ləkə atılır.Bunu necə qəbul etsin?Necə bunların qarşısında dayansın?
Biz rəsmi adam da ola bilərik,ya da həmişə vətəndaş,insan da ola bilərik.Bunu biz hiss edirik,çünki bunun haqqını sadəcə tanrıya veririk.Dostoyevski qeyd edib ki: “Böyük insanlar,böyük acılar çəkmək məcburiyyətindədirlər”.Bəzən uşaq ikən hadisələr bizim gələcəyimizi göstərə bilər.Qoqolun həyatından maraqlı bir nüansı qeyd etmək istəyirəm,çünki əsərlə oxşar xüsusiyyəti çox yaxındır.
Qoqol 5 yaşında olanda evdə tək qalır.Qəribə hisslər keçirir,nə yaşadığını bilmir,əlləri titriyir.Daha sonra qara pişiklər onu qorxudur.Pişiki götürüb,çölə çıxır.Pişiki boğur və öldürür.Sonra isə çox peşman olur.Zaman keçdikcə daha çox vicdan əzabı çəkir,amma Qoqolun şair olduğu 5 yaşındakı hadisədən sonra bilindi.Bəlkə də,o hadisə olmasaydı Qoqolun həyatı bu qədər bizə maraqlı gəlməzdi,bəlkə də bu gün onun kimliyini belə tanıya bilməzdik.Əsas məsələdə odur ki,sənin cəmiyyətdə mövqeyin necədir,bəzən bunu müəyyən etmək belə çox çətin olur. Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar”əsərində də insanın daxili aləmini təsvir edir.O,əsərdə göstərir ki,Nelli gənc qızdır,amma həyatda gənc olmasına baxmayaraq,yaşadıqları o qədər çətin idi ki... Qüruru alçalır,həyat onu ağır sınaqlardan keçirir,yaşamaq onun üçün çətinləşir.Mənə ən çox təsir edən o oldu ki,Nelli özünü çox çarəsiz hiss edir və əsərin sonunda da onun ölümü ilə sonlanır.Bu və başqa obrazları daha çox müqayisə etmək olar.Bəzən bu əsərləri oxuduqca belə sual verirəm? Müəllif qəhrəmanına bu həyatı yaşadaraq real insan həyatını təsvir etmək istəyir,yoxsa,niyə qəhrəmanına bu zülmü yaşatsın ki? İndi isə biz...
Biz bəzi şeyləri yaşamağa layiq deyilik ,amma bunu yaşamalıyıq,çünki yaşayaraq öyrənirik.Mənim Raskolnikov obrazını sevməyimin səbəbi onun qatil olması deyil,Raskolnikovu anlamağımdır.Bəzən tənha qalmaq istəyir,yaşamaq onun üçün ağırlaşır,həyat ona ədalətsiz gəlir,həyatın tamam mənasız gəlməsi və ən qəribə tərəfi budur ki,mən Raskolnikovun həyata bu qədər nifrət etməsi ilə yanaşı ən sona kimi ümid etməsinə heyran qaldım,çünki o,hələ də nəsə gözləyir.Bəlkə də,onu Raskolnikov edən səbəb budur.Ya da Sonyanın yaşadığı vəziyyət olsun.Ögey ana ilə böyüməsi,hər gecə evə içib gələn ata ilə yaşaması,cəmiyyət tərəfindən alçaldılıb tənqid edilməsi və.s.Mən eyni vəziyyəti Fantina obrazında da gördüm.Qadını günahlandırır cəmiyyət.. Niyə? Çünki o yaxşı ana deyil... Yaxşı ana olmasa,saçını və dişini övladından ötrü satar? Neçə insan bu sualı verib görəsən? Nə qədər insan onu anlamağa çalışıb?
Tənqid cəmiyyətin edə bildiyi ən yaxşı vəzifədir.Bunu çox sadə şəkildə deyə bilərəm..
Dostoyevski məhz bu səbəblərə görə qəhrəmanının duyğularını tam açıb göstərmir ki,oxucu onun fikrini anlasın. Cəmiyyətdə əzab çəkmək,insanların sənin nə yaşadığını görməməsi,sıxıntı içərisində nələrisə yaşamaq və.s hər biri bizi nələrəsə sürükləyir.Raskalnikov var-dövlətin yaramaz insanların əlində cəmləşməsinə,onların necə mənəviyyatsız və əxlaqsız olduğunu görməsi və.s hər biri ona çox təsir edirdi.Sanki qəhrəman dərdini kiməsə danışmaq istəyirdi,amma bunu bacarmırdı,çünki onu anlayan heç kim yox idi.Zamanla görürdü ki,insanlığını,paklığını itirir.İndi isə bir sual verim: “Zəifləri və alçaldılmışları xilas etmək üçün qanun pozmaq olarmı?”Qanunu mən daha başqa cür izah edə bilərəm.Əslində həyatın hər cür qanunu var,lakin bu qanuna kimlər nə qədər yerinə yetirir? Əsas da elə bu maraqlıdır.Qanun-nəyəsə məcbur qalıb,özünə yalan danışaraq,başqa biri olaraq davranıb onu həyata keçirməkdir,çünki onu sən yaratmırsan.Sadəcə sən onu pozmamalısan,çünki sən buna məcbursan.Yalan danışmaq-insanın bütün başqa məxluqata görə yeganə imtiyazdır!Yalan danışarsan-həqiqətən çatarsan.Bəs doğru? Doğru yerini tapar,ancaq özgənin ağlı ilə oturub-durarsan,həyatı gözübağlı keçirərsən... Raskalnikovun da,Sonyanın da,Dunyanın da həqiqəti və yalanı ortada idi.Düşdükləri vəziyyət hər şeyi açıqlayırdı.Sanki onlar əzab çəkməyə məhkum insanlar idi.Məsələ onda deyil ki,onlar yalan danışırlar,yalanı həmişə bağışlamaq olar,hətta yalan yaxşı şeydir,ona görə ki,doğruya yol açır.Adamı acıqlandıran odur ki,hələ üstəlik yalanlarına baş əyirlər. Məsələ obrazların etdikləri səhv deyildi,məsələ odur ki,onların bunu yaşamasına vadar edən səbəb nə idi?Səbəb nəticədən öncə gəlir,əvvəl baş verir,sonra nəticə olur,amma nəticəni dəyişə bilməzsən.Hər əsərdə cəmiyyətin günahsız qurbanları olur.V.Hüqonun”Səfillər”əsərində Jan Valijan,Fantina və.s Tənqid etmədikmi? Onları günahlandırmadıqmı?Onların heç birini kənarda axtarmayın.Hər bir obraz elə özümüzük.Sonyanın taleyi elə Raskalnikovla birlikdə əsərin məğzini,ideyasını təşkil edir.İlahi,cəmiyyət insanları necə məhvə sürükləyir...Niyə heç kim bunu aradan qaldırmaq istəmir?Hər kəsin içində aparacağı bir mübarizə olmalıdır.Əvvəl qarını öldürür,sonra izini itirmək üçün Lizavetanı öldürür.İşlədiyi cinayəti Sonyaya etiraf etməsi təsadüfdürmi?O,Sonyanı çox sevirdi,bütün bunları danışaraq bir az da olsa vicdanını rahatladacağını düşünürdü.Bəlkə də,bu əzabdan xilas ola bilərdi.Bəs Sonya Raskalnikovu yenə sevəcəkdimi?
Onları həyatda birləşdirən ortaq nöqtə odur ki,ikisi də bu həyatda əzab çəkməyə məhkumdur.Sonyanı Raskalnikov,Raskalnikovu da Sonya başa düşürdü.Həyat onları bir nöqtədə birləşdirdi.Məncə,sevgidə ən önəmli şey odur ki,bir-birlərinin yaşadığı vəziyyətin nə qədər ağır olduğunu görməkdir.Onlar çəkdikləri hər çətinlikdə nə qədər yorulduqlarını görə bilirdilər.Sonuna kimi bir-birlərinə dəstək olur.Ən sonda ümidin bitmədiyinə ikisi də inanırdı.Sanki həyat yenidən onların üzünə güləcəkdi.
Əsərin ideya və məzmununu Raskolnikovun cinayəti işlədiyi vaxt və ondan öncəki vaxt da təşkil edir.Bununla bağlı tədqiqatçılar maraqlı araşdırmalar aparıb.Mahrux Tağıyeva Raskalnikovun cinayəti işləmə səbəbini,yuxularını izah etmişdir.V.V.Rozanov qeyd etmişdir ki,əsərin daxili aləmi bədii bütövlüyə malikdir.Təsvir olunmuş reallığın hansısa müəyyən sistem daxilində məhz bədii vəhdətdə bir-biri ilə birləşdiyini qeyd etmişdir.Eyni zamanda müəllif əsərdə hər şeyi açıb danışmır,insanları düşünməyə çağırır.Dostoyevski yaradıcılığında yuxular onun leytmotivini təşkil edir. “Dayının yuxusu”, “Peterburq yuxuları”, “Gülməli adam yuxuları” əsərlərində də bu mövzuya toxunulub.Əsərdə 3 cür yuxu təsnif edilib:Raskalnikovun cinayətədək gördüyü yuxu,Raskalnikovun xəyalı,Raskolnikovun qarabasmaları... Raskolnikov tam cinayət öncəsi yatmır,xəyala dalır.Bunu da ikinci mərhələdə danışacağıq.Dostoyevskiyə görə ,bu yuxu qəhrəmana əzab verir,onlara qarşı mübarizə apara bilmir.Onun üçün yuxular “xəstə”,”dəhşət” adlanır.
Raskolnikovun xəyalı-Raskalnikov elə zənn edir ki,Afrikada,Misirdə hansısa vahədədir,dincəlir.Hiss olunur ki,səyahətdədir.O,yemək yemir,ancaq su içir.Rəngli daşların və qızıl kimi parlayan qumun üzərində uzanıb axıb gedən bulaqa baxır.Burada təzadlıq var.Raskolnikovun yuxuda gördükləri ilə həyatda yaşadıqları arasında ziddiyyət var.Rənglər özü simvolikadır.
Sarı-bulanıq,qırmızı-qan ifadə edir.Bunların hamısı onun düşdüyü həyatı təsvir edir. Raskolnikov qarabasmaları-Ona elə gəlir ki,hələdə yuxudadır.Qəribə səslər eşidir,özünə gələ bilmir.Pyotr Petroviçin səsini eşidir,qadın naləsini eşidir və hər biri ona təsir edirdi.Raskolnikov bunların təsirindən oyana bilmirdi.
Bu əsərdə şərə qarşı mübarizə də görmək olar.Şər qəbuledilməzdir,heç bir insan mənəviyyatı,heç bir humanizm duyğusu şərlə barışa bilməz.Bununla belə şərə qarşı şər,gücə qarşı güc tətbiq etmək cəhdi şəri yox etmir,onu daha da artırır.Ona görə də,pravoslav dini etikasının tələblərindən çıxış edərək,Dostoyevski mübarizəni deyil,mütiliyi,şəfqəti,sevgini təbliğ edirdi.Biz bunu obrazlar vasitəsi ilə görürük.Bu əsərdə Sividriqaylov obrazı mənfi obraz olaraq gedir və əsərin əsas obrazlarından biridir.Svidriqaylov xarakter olaraq əsərin ideya və məzmununda əsas rol oynayır.Raskalnikovun bacısı Dunyanı çox sıxışdırır,onu çətin vəziyyətdə qoyur.Bütün bunlar əsərdəki hadisələrin gedişatına çox təsir göstərir.Hər əsərdə şərə qarşı mübarizəni görmək olar.Məsələn:Raskalnikov və Sonyanın cəmiyyətə qarşı apardığı mübarizəni nümunə verə bilərik,çünki onlar arasında dərin körpü var.Mən eyni məsələni C.Londonun”Martin iden” əsərində də görürəm.Martin cəmiyyət tərəfindən alçalır,ən kasıb olduğu vaxtda kimsə onu saymadığı halda pulu olduğu zaman hər kəs onunla yaxınlıq qurur.Hətta əsəri oxuyanlar hər zaman belə sual verir:Niyə Martin intihar etdi? Bunu cavablandırmaq çətin deyil,ümumiyyətlə,bir obrazın həyatla özünə sədd çəkməsini müəyyən etmək çətin deyil.Martin İden sevdiyi insan üçün özünü necə dəyişdirməyə çalışdı,amma sonunda heç bir şeyin mənası qalmadı.Raskolnikov da bunu hər zaman dilə gətirirdi.Mən düşünürəm ki,gənclərin bu qədər həssas,həyata qarşı hər şeyi olduğu kimi deməsi və.s onların təcrübələrinin az olması ilə bağlıdır.Həyat bizi zaman vasitəsilə böyüdür,onun hər anını dadırıq.Gənc tələbə şəhərdə təhsil alır,imkanı yox,anası və bacısından başqa həyatda heç kimi yoxdur.Bütün bunlar bizə hər şəkildə təsir göstərir.Bəzən həqiqəti axtarmağa çalışırıq, onu qəbul edə bilmirik, çox boşluqda oluruq,bəzən yaşam bizim üçün çox ağır olur və daha çoxu...Xuraman Hüseynzadə qeyd edir ki,görəsən,bütün qatillər Raskolnikovdur? Əlbəttə,dərhal,yaxud sonradan da Raskalnikov kimi peşman olub xeyirxah işlər görməklə əməllərindən peşman olduqlarını,bununla günahlarının bağışlanmasını istəyənlər olur.Müəyyən yerlərdə razılaşmaq olmur,çünki Raskolnikov məncə,o cinayəti şüurlu şəkildə etməyib.Əgər əsərdə diqqət etdiksə,Raskalnikovun xəstəliyindən,gündəlik başına gələn hadisələrdən,keçirdiyi hisslərdən danışan zaman onun doğurdan da,bu cinayəti qəsdən etdiyini deyə bilmərəm.Buna aid fakt da deyə bilərəm.Əgər biz Raskolnikovun cinayəti qəsdən işlədiyini deyiriksə niyə cinayəti işlədikdən sonra şüuraltı şəkildə baltanı daşın altına qoyur? Bu o deməkdir ki,o,potensiallı qatil deyil,o sadəcə olaraq cəmiyyət tərəfindən tənqid edilən bir insan olaraq etmişdir.Bütün bu məsələlər barədə ikinci fəsildə çox geniş danışacam.Çox düşündüyümüz zaman həqiqəti itirə bilirik,onu axtarırıq,amma tapa bilmirik,çünki həqiqəti şübhədə axtarmaq istəmirik.Həqiqət şübhədən yaranır.Deyəcəyik ki,həqiqət budur ki,bu əsərdə nəticə olaraq bir cinayət işlənib və biz bunu dəyişə bilmirik.Amma mən desəm ki bu cinayətin yaranma səbəbi birdən-birə yarandı? Bəlkə də,çoxumuz deyərik ki,cinayət işləməyə yönəlik olduğu üçün bu hadisə baş verdi.Bəs sual yaransa ki hər şeyin yaranma səbəbi nədən irəli gəlir? Çox güman ki,yaranmalıydı ki yarandı deyib sadəcə üzərindən keçərik.Bəs bu zaman belə bir sual ortaya çıxır:Hər şey birdən-birə baş verir? Əlbəttə,xeyr.Deməli hər şeyin bir səbəbi var.Bu fəlsəfə qanunudur-səbəb nəticəni izah edir.Dostoyevski də zənnimcə,bizə fikirlərini bu şəkildə çatdırmağa çalışıb. Əsərdə müəyyən hadisələr var ki,Nekrasovun “Hava haqqında”şeiri ilə uyğun gəlir.Məsələn:atın döyülməsi,insanların məsum heyvana qarşı amansız davranışı “Cinayət və Cəza” əsəri ilə müəyyən yerlərdə üst-üstə düşür.Fərq oradadır ki,Nekrasov hadisələri kənar şəxsin gözüylə təsvir edibsə,Dostoyevski hadisələri ləngidib və hər cür təfərrüatı ilə təsvir etmişdir.Bütün bunlar əsərin ideyasını daha yaxşı təsvir etməyə imkan verir.Bir də əsərin ideya və məzmunun ən vacib nöqtəsi odur ki,Dostoyevski dini məsələni necə təsvir etmişdir? Onun ideya axtarışlarında pravoslav baxışlar durur.Məsələn:Tolstoy da öz əsərlərində buna toxunmuşdur.İncildən,İsa peyğəmbərdən hər iki müəllif bəhs etmişdir.Demək olar ki,əsərin qəhrəmanının dini fikirlərdən istifadə edilmişdir.Bunu mən Stendalın “Qırmızı və Qara” əsərində də gördüm.Zənnimcə,din- bir obrazın daxili aləmini açmağa çox kömək edir.Əsərin sonunda Raskolnikov dustaqlarla birlikdə kilsəyə dua etməyə gedir və dustaqlar onu günahlandırırlar ki,sən Allaha inanmırsan,amma Raskolnikov onlara heç bir şəkildə cavab vermirdi.İndi belə bir sual yaranır:Necə oldu ki,Raskolnikov birdən-birə Tanrıya inanır,Tanrıya dualar edir? Bəlkə də bu onun vicdanının səsi idi.Bəlkə də,belə olmalıydı.Raskalnikov xəstə olanda xəstəxanada yatırdı və o çox qəribə yuxu görmüşdü.Guya bütün dünya,Asiyanın içərilərindən Avropaya gələn,heç eşidilməmiş taun xəstəliyi yayılmışdı.Bu xəstəlik nəticəsində seçmə adamlardan başqa,hər kəs məhv edilməlidir.İnsanların bədəninə yerləşəcək və mikroskopla görünən trixinlər yaranacaq.Bu trixinlər ağıl və iradəsi olan ruhlardır.Kəndlər,şəhərlər bu xəstəliyə yoluxur və dəli olurlar.Hər kəs təşviş içində idi,heç kim bir-birini anlamırdı.İnsanlar mənasız söhbətlər üstündə bir-birini öldürürdülər.Yanğınlar baş verir,hər kəs bir-birinə zülm verir,adi işlərini kənara atıb bir-birləri ilə ədavət aparırdılar.Bütün bunların nəticəsində Raskolnikova çox əzab verirdi,çünki bunlar onun sayıqlamaları idi.Və işin ən pis tərəfi Raskalnikov gündən-günə daha da pisləşirdi.(“Cinayət və “Cəza”,Bakı,Qanun nəşriyyatı,2022,s617-618)
Sonya Raskalnikov dustaq olanda ona İncil kitabını gətirib verir, öncələr o,kitabı açmır,yastığının altına qoyur.Sonya ona bu kitabdan çox danışmışdı və Raskolnikov bundan çox bezmişdi.”Lazarın dirilməsi”ni onun üçün oxuyurdu.Bir gün Sonya İncildən ilk dəfədir ki,danışmır və Raskalnikov ondan kitabı istəyir,amma yenə cəsarət etmir.Raskolnikov sadəcə bu sualı verdi və əsərdə mənim üçün belə ən qaranlıq hissə qalan bu oldu:Raskolnikov kitab haqqında nə düşündü,onun kitabı oxumağa cəsarəti çatdımı?O,sadəcə bunu dedi:”Məgər onun əqidəsi indi mənim də əqidəm olmaya bilərmi? Heç olmasa onun hissləri,onun meyli,onun arzusu...” (“Cinayət və Cəza” Bakı,Qanun nəşriyyatı,2022,s621)Bəzi məqamlar vardır ki,o bizim üçün belə çox qaranlıq qalır.Mən sadəcə bunu deyə bilərəm ki,Raskolnikov dustaq olduğu andan həyatı boyunca qaranlıq qəlbi ilk dəfədir ki,işıqlandı,çünki mən onda bunu hiss elədim.Raskolnikovun son ana kimi ümidi vardı,onun ümidi heç bir vaxt tükənməmişdi.Bəs onu necə oyada bilərdi? Raskolnikov Marmeladovun yas mərasimində ən yaxşı şəkildə iştirak edir.Onun üçün dualar oxutdurur,mərasim təşkil edir,ehsanlar verdirir,dinin bütün qaydalarını həyata keçirir.Əgər bu obraz bunları edirsə,onun dini inancı nə qədər aşağı ola bilər? Demək ki,Raskolnikov sadəcə qəlbinin səsini dinləyib hər şey necə olmalıdırsa o cür davranırmış.Bununla belə biz oxucuların ağlında yaranan suallar tam cavabın tapa bilmir. Dostoyevski belə məqamları verməklə oxucunu maraqda qoyur və onu düşünməyə çağırır.Əgər bu əsəri hiss edərək oxuyuruqsa,onun nə hiss etdiyini bilmək çətin məqam deyil.Dostoyevski əsərdə sarı rəngin simvolikasını verməklə də müəyyən sirli məsələlərin izahını təyin etmişdir.Dostoyevski sarı rəngini şifrə olaraq göstərmişdir.Məsələn:Qızıl günəş işığında parıldadığına görə kilsə simvolikasında İlahi işığın,şöhrətin,ləyaqətin,zənginliyin təcəssümü kimi qəbul olunur.Kilsələrin günbəzlərində,daxili divarlarındakı rəsmlərdə qızılı-sarı rənglə qarşılaşırıq.Daha sonra obrazları sarı əşya taxır,sarı yağış yağır,hər yer sarı rəngində olur və.s Bunların heç biri təsadüfü olaraq işlənməyib.Zənnimcə,sarı rənginin ifadəsi daha başqa cürdür.Məsələn:Raskolnikov tünd-sarışın saçlı təsvir edilir,evlərin pərdəsi sarı rəngdədir.Sarını iki cür ifadə etmək olar:Ya solğunluq,iztirab,durğunluq ifadə edir,ya da sarı hər şeyin yaxşı olduğunu-sevgini,xoşbəxtliyi ifadə edir.Məncə,bu əsərdə paralel təsvir olunub,çünki bu əsərdə ikilik paralelliyi gördüm.Raskolnikovun acısı və Raskolnikovun xoşbəxtliyi... Raskalnikov o vaxt xoşbəxtdir ki,Sonyanı sevir və əsərin sonunda sanki onun qəlbini rahatladan bir hiss var.Bəlkə də, bu hiss Raskolnikovun özünü dərk etməsidir.
Raskolnikovun acısı-Raskolnikov əzab çəkir,daxilən nə yaşadığını hiss etmir.Butün bunlar müəllifin “sarı”rəngi verməklə obrazın daxili aləmini açmağa kömək edir.Əsərdə diqqət etdiksə,müəllif rəng simvolikasından danışarkən,onların dini təsəvvüründən belə bəhs edərkən onların daxili aləmini təsvir etməyi çox yaxşı bacarır.
Dostoyevski o qədər ustalıqla işləyib ki bu əsəri zamanla onu dəfələrlə oxuduqca yeni-yeni nüansları öyrənirsən.Sanki əsəri ilk dəfədir ki,oxuyursan.Mən bu hissi heç bir əsərdə bu qədər tam yaşamamışam.Bəlkə də,bu bir az da mənim Dostoyevski əsərlərinə olan sevgimdən irəli gəlir.
Hüseyin Cavid Dostoyevskiyə “böyük ruhşünas”deyirdi.O,özü hər zaman vurğulayırdı ki,insan xarakterini,psixologiyanı,səfaləti hələ bu qədər möhtəşəm ifadə etmək asan deyil.M.Ə.Rəsulzadə XX əsrdə Azərbaycanda baş verən hadisələrə görə Dostoyevskini öz məqalələrində xatırlatmışdı.İnsan səfilliyini təsvir etmək asan deyil.Bunu ilk Hüqoda öyrənmişdim.Səfillik iki cür olur:Maddi və mənəvi.Mənəvi səfillik düzəlməyən səfillikdir.Mənəvi səfillik o deməkdir ki,iztirab,qəlb yoxsulluqu və daha dəhşətlisi də ola bilər.M.Ə.Rəsulzadə onu Höte,Servantes qədər bəşəri olduğunu xüsusi vurğulayıb.Azərbaycan ədəbiyyatı ilə müqayisə edək:Mir Cəlal yaradıcılığında,Ə.Haqverdiyev əsərlərində “xırda adamlar” ifadəsi işlənib.Ailə-məişət,əxlaqi-tərbiyəvi məsələlər,dərin mənalı ifadələr çox işlənib.Əslində bunlar bir az dərin məsələlərdir.Sadəcə göstərməyə çalışdım ki,bəzi müəlliflərin əsərində əxlaqi-tərbiyəvi,sosializm münasibətləri,cəmiyyətdəki insanların davranışları və.s verilib.Mən çox nümunələr verə bilərəm,amma bizim üçün mənəvi zənginliyin,ya da insan xarakterinin əsl necə olmasıdır.
“Cinayət və Cəza”əsərində iki obrazı müqayisə edərək iki zidd qütbün qarşı-qarşıya dayanmasını təsvir edə bilərəm.Svidriqaylov və Raskalnikov.Biri insanlıqdan mənəvi şəkildə yoxsul,digəri isə daim əsl insan xarakterinin axtarışındadır. “Martin İden” əsərində Ruf və Martin arasındakı fərqin nə qədər olduğunu görmək olar.Rufun böyüdüyü mühitlə,Martinin yetişdiyi mühit tamam fərqlidir.Onlar arasında ziddiyyəti görmək asandır.Martin üçün həyat artıq “ölülərin dirilmədiyi,” “heç bir yaşamın sonsuz olmadığı yerə çevrilmişdi”.Bunu edən tərəf də əslində biz oluruq,çünki həyatın yaşamı və onun gedişatı bizdən asılı olur. “Cinayət və Cəza” əsərində digər iki obraz arasında da görə bilərik.Əslində bu obrazlar məni əsərdə ən çox güldürən tərəfdir,amma bu obrazları gördüyüm an sadəcə bizim ədəbiyyatımızın komediya mövzusunda yazılan əsərlərdəki obrazlar ağlıma gəldi.
Amaliya İvanovna və Katerina İvanovna obrazları-əsərin ən maraqlı obrazlarıdır.Bir-birləri ilə yola getməyən,hər ikisi özünü daha çox üstün tutan,həyatın bir o qədər də ağır sınaqlarından keçmiş qadın obrazlarıdır.Biri övladlara baxan,hər gecə evə içki içib gələn adamla yaşayan,ən ağır həyatı yaşayan qadın obrazıdırsa,digəri özünü daha çox üstün tutan qadın obrazıdır.Əslində hər zaman belə obrazlara ötəri yanaşılır və ikinci planda qalır.Məsələn:Razumixin də belələrindəndir.Raskolnikovun heç yaxın dostu olmadığı halda ona dostluq edən,onun üçün hər fədakarlığı etməyə hazır olan əsl dostdur.Raskolnikovun bacısı Duneçkanı səmimi qəlbdən sevən bir obrazdır.Bu tip obrazlar cəmiyyətin hər zaman xilaskar və ən sevilən bir o qədər də gözdən kənarda qalan insanları olur.Razumixin sonuna kimi əsl dostluq edir.Məncə,Dostoyevskinin əsərdə fərqli obrazlar yaratmasının səbəbi elə cəmiyyətdəki müxtəlif tipdə olan insanları ifadə etməsidir.Məsələn:sonuna kimi sevən insan da,əsl dostluq edən də,bizi güldürüb eyni zamanda ağır həyat yaşayan da və ən önəmlisi fədakar analar da var.Bunların hər biri mənim üçün çox önəmlidir.Raskolnikov bəlkə,həyatda yoxsul,kasıb bir insan ola bilərdi,amma o həyatın ən şanslı insanı idi,çünki onu təmiz qəlblə sevən Sonyası, yardım edən Razumixini və sonuna kimi gözləyən anası vardı.Məni ən çox kədərləndirən elə bu idi.Əsərdə müəllif valideyn-övlad münasibətinə ayrıca toxunub.Bu əsərin ayrıca ideya və məzmununu təşkil edir:1)Raskolnikov və anası; 2)Sonya və atası; Raskolnikovun anasıyla olan münasibəti əsərin sonunda-Raskolnikovu sürgünə aparanda anasının hələ də yolunu gözləməyi oldu.Əsərdə verilib ki,Raskalnikovun sürgünə getməyini anasına bilindirmirlər,amma bu heç vaxt mümkün ola bilməz.Bir ana övladının harada və necə olduğunu mütləq ki,bilməsə də nə hiss etdiyini çox yaxşı bilər.Raskolnikov həbsdə olarkən belə ağlı anasında idi,amma anası bu övlad dərdinə dözə bilmədi.Bəlkə də,o son nəfəsini belə verərkən,bəlkə də o son dəfə gözlərini yumarkən belə övladının gələcəyinə o qədər əmin idi ki...
Hər qəhrəmanın taleyi çox fərqli olur.Valideyn-övlad münasibətlərini təsvir etmək belə ustalıq tələb edir,çünki o,insan qəlbinə toxunmaldır.Hər zaman valideyn-övlad münasibəti deyəndə bu dörd müəllifin əsəri ağlımda olur:Hüqo,Dostoyevski,Şekspir,Şiller...Məni ən çox kədərləndirən bəlkə də,bu müəlliflərin əsərləri olub.Şekspirin “Hamlet”, “Kral lir”,Şillerin “Qaçaqlar”,Hüqonun “Səfillər” əsərləri...Sonyanın atası ilə olan münasibəti Şekspirin “Kral lir”əsərindəki Kordelya və atasının münasibətinə bənzəyir.Orada sadəcə bir cümlə qəlbimə toxundu...
Atası Kordelyadan onu nə qədər sevdiyini soruşanda ona həmişə deyərdi ki, “bir qız atasını necə sevməlidirsə,mən də səni o qədər sevirəm” deyərdi..
Ya da Hamletin atasının intiqamını almaq üçün həyatını və hər şeyini gözə alması və.s bunları əsərdə duymamaq,hiss etməmək qəti mümkün deyil.Sanki müəllif insanlara onları görmək üçün səslənir.Bunlar hər biri real hadisələrdir. “Səfillər”dəki Kozetta və Fantina münasibəti çox kədərləndirirdi.Bəlkə də,bir ana və övlad olaraq münasibətlərini doya-doya yaşaya bilmirdilər,amma bir nüans var ki,Fantinanın övladı üçün etdiyi fədakarlığı görməmək üçün yəqin ki,insan olmamaq gərəkdir.
Şillerin”Qaçaqlar” əsərindəki Frans və atsının münasibətinə də baxanda görürük ki,bir övladın ata sevgisi görməyərək böyüməsi onu həyatda duyğusuz bir canlı olaraq yetişməsinin səbəbi olur. “Səfillər” əsərinin Jülyen obrazı da belələrdəndir.Qəddar obraz olaraq bilinir,amma elə olma səbəbini araşdıranda görürük ki, nə ata,nə də ana sevgisi görüb.Bütün bu danışılanlar uzandıqca uzana bilər,amma məsələnin mahiyyətin anlamaq üçün bəzən bunları bilmək gərəkdir.Dostoyevski qəhrəmanları gördüyümüz kimi fərqli mübarizələr aparır.Və önəmli olan o mübarizədə qalib,məğlub olma məsələsi deyil,önəmli olan nə dərəcədə mübarizə aparmaqdır.Bəlkə də,əsərin bu qədər sevilmə səbəbi hər obrazın bizə qatdığı fərqli xarakterlərinin olmasıdır.Bunları anlamaq üçün əsəri hər yaşda oxumaq gərəkdir.Hər yaşımızın bizə qatdığı fərqli təcrübələri olur və bu təcrübələr onu göstərir ki,bu obrazlara biz necə yanaşmalıyıq.Bəzilərimiz Raskolnikovu indi sevmiriksə,bir müddət sonra sevə bilərik,bəzilərim isə o obrazı bəlkə də,heç vaxt sevməyəcək,amma yenə də ondan öyrənəcəyimiz nəsə var. Mənim Raskolnikovdan öyrəndiyim ən böyük dərs bu oldu:Bu yaşadığımız həyatı gözəlləşdirmək üçün yox,daha da güclü və iradəli insan olmaq üçün yetişməliyik.Bəlkə də,özünə yenilib həyatın ən yüngül görünən imtahanında belə yenilmək səni məğlub göstərə bilər,amma unutmamalıyıq ki,həyatda duyğusuz bir insan kimi yetişməkdənsə tək olub iradəli insan kimi yetişmək daha önəmlidir.Çünki, həyat elə bir yerdir ki,burada məğlub olmaq çox asandır,burada duyğularına yenilmək də çox asandır.Bunu etməməliyik, etməklə başqalarını ucaldıb özümüzü məğlub edirik.İnsan olmaq üçün kiməsə yaxşılıq etmək, ya da ki onun xeyrinə nəsə etmək demək deyil.İnsan olmaq üçün sadəcə “insan”olmaq lazımdır.Mənim üçün insanın duyğuları önəmlidir.Duyğular bəzən elə bir anda o qaranlıqdan bizi çıxarır ki,həyatımızı tamam xilas edir.Xülasə,Dostoyevskinin də dediyi kimi “Həyatı mənasından da artıq sevmək lazımdır”.
İnsan ən çox nədən qorxur? Nədir bizi geri atan? Bunların cavabını Dostoyevski əsərdə qarşıya qoyub.İnsan həyatda atacağı addımdan, risk almaqdan ,söyləyəcəyi sözdən qorxar.Raskolnikovun atacağı yeni addım varmı? Deyəcəyi yeni söz varmı?
Raskolnikov çox danışmaqdan,həqiqəti etiraf etməkdən qorxurdu,çünki Raskalnikov hər zaman çox danışmağa başlayanda sadəcə deyərdi ki”artıq kifayətdir,çox danışdım”.
Bu ifadələrin verilməsi onu göstərir ki,Raskolnikov özünə nələrisə etiraf edə bilmir,sanki nəyisə bağışlaya bilmirdi.Bəzən obrazın daxili aləminə endikdə görürük ki,sanki özünə haqsızlıq etdiyini düşünür,bəlkə də o,bu qədər qorxmasaydı özünü çox sevər və həyata qarşı daha cəsarətli olardı.Raskolnikov qorxaq deyildi,sadəcə onu geri atan səbəblər vardı.Raskolnikov çox savadlı və istedadlı idi.Hüquq fakültəsini oxuyurdu,amma artıq təhsili atmışdı,çünki həyat onun üçün çox ədalətsiz və mənasız gəlmişdi.Raskolnikovun psixi davranışlarını dünya irsində önəmli yer tutan İrvinq Stoun yaradıcılığı və onun əsərindəki qəhrəmanla da müqayisə etmək istəyərəm.Van Gog Cənubi Fransada müalicə alarkən “Ulduzlu gecə”əsərini çəkir.Həkimlər bunu zehni tarazlığın göstəricisi olaraq xarakterizə etdilər.Onun ölümündən sonra bu əsər ən önəmli əsərlərdən birinə çevrildi.Bəlkə də,xəstə və ya axmaq görünən insanlar ən ağıllı və istedadlı insanlar ola bilər,çünki onlar hər zaman real düşünməyi bacarır.Əslində xəyal aləmində real düşünməyi bacarır desək daha yaxşı olar.Hər sənətkar, ya da insan yaradacılığı əsər üzərində işləyərkən,ya da düşündüyü hər hansı bir şey haqqında xəyal aləmə dalır,lakin onu reallıqla bağlayır və elə də təsvir edir.Onun əsərlərindəki obrazları da belə görmək olar.Mən onun əsərini oxuyanda,onu araşdırdığım zaman eyni Dostoyevski əsərlərinin məzmununu gördüm.Psixoetik epizod və deluziyalardan əziyyət çəkən Vinsent ruhi sağlamlığına görə narahat olsa da,fiziki sağlamlığına heç fikir vermirdi.Sol qulağının bir hissəsini kəsməsi onun insanlardan,xüsusilə də,dostu Pol Qogendən uzaqlaşmasına səbəb olmuşdu.İnsanlar onu “dəli” adlandırırdı,amma intihar etdikdən sonra hər kəs onu”səhv başa düşülmüş dahi” adlandırmağa çalışdı.Eyni şeyi Raskolnikovda da görürəm.İnsanlar ona “dəli”,ya da “xəstə” adını verir.Məni ən çox da düşündürən tərəf budur ki,əgər bu insana bu adları veririksə,niyə bir müddət sonra onları anlamağa çalışırıq.Ya da “xəstə”,”qatil” adlandırmağa çalışırıq ki? Heç bir obraz birdən-birə qatil,ya da xəstə olaraq yaranmır.Psixologiya belə bunu izah edir ki,hər insanın müəyyən keçdiyi mərhələlərdə aldığı tramvalar olur.Bunlar zaman-zaman bizə təsir edə bilir.Raskolnikovun ipoxondriya xəstəsi olduğu kimi...
Anidən gələn əsəb,depressif hisslər keçirmək,hər kəsdən uzaqlaşması,əllərinin əsməsi və.s bunlar onun xəstə olmasına səbəbi ola bilər,hətta cinayət işləməsinə də səbəb ola bilər,amma məsələ bu deyil.Məsələ odur ki,Raskolnikovu xəstə edən səbəb cəmiyyət yoxsa özüdür?
Bu çox böyük və mübahisəli məsələdir,bunun haqqında ikinci fəsildə geniş və aydın şəkildə danışacağıq.
Cəmiyyət və şəxsiyyət arasındakı konfliktin “Cinayət və Cəza” əsərində təzahürü
Mən cəmiyyət və şəxsiyyət məsələsini psixoloji təzahürdə necə olduğunu,yəni əsərdə bunun necə təsvir edildiyini izah etməyə çalışacam.İlk öncə təbii ki, şəxsiyyətin nə olduğunu və onun cəmiyyətlə nə kimi əlaqəsinin olduğunun izahını verib əsərə keçəcəm.Kimdir şəxsiyyət?
İlk öncə qeyd edim ki, cəmiyyəti formalaşdıran da şəxsiyyətdir,şəxsiyyəti də formalaşdıran cəmiyyətdir.Şəxsiyyət odur ki,azad və məsuliyyətli olmalıdır,amma hər məsuliyyətli və azad olan insan şəxsiyyət deyil.Şəxsiyyət məsələsi psixologiyada,fəlsəfədə,sosiologiyada və.b sahələrdə çox araşdırılıb.Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektli olur.Məncə,insan fərd olaraq dünyaya gəlir,amma şəxsiyyət kimi sonradan formalaşır.Azad olmaq-düşüncələrini söyləmək,fikirlərini ifadə etmək deməkdir,çünki biz bəzən azadlıq anlayışlarını fərqli tərəflərə çəkə bilərik.Bu gün bizim cəmiyyətimizdə hər kəsin azad düşünmə və fikir söyləmə haqqı var,çünki bu,bizim tolerant olmağımızdan irəli gəlir.İndi bu anlayışların əsərlə nə kimi əlaqəsi ola bilər?
Cəza cinayətdənmi yaranır? Ya da cinayət işləməyin səbəbi cəmiyyət,yoxsa insanın özü olur?
Fikirlər fərqli ola bilər,amma mən həm əsərdən çıxardığım nəticələrə əsasən göstərəcəm ki,doğurdan da,heç kim qatil olaraq dünyaya gəlmir.Sadəcə olaraq kimin potensialının daha çox və az olduğunu görəciyik.Əgər biz bu gün cəmiyyətin bir parçasıyıqsa,biz bu gün burada formalaşırıqsa, hər mənada etdiyimiz hər şey ona təsir göstərəcəkdir.Məsələn,bunu daha yaxşı izah etmək üçün özümü nümunə kimi verim:Mən bu gün burada fikir və davranışlarımla bəzilərinə müsbət,bəzilərinə mənfi təsir göstərə bilərəm.Amma mənim dediyim hər hansı fikir kimsə tərəfindən bəyənilməyib rədd edilərsə,bu artıq tolerantlığın və bərabərliyin pozulduğunu göstərir. “Cəmiyyət” anlayışı çox sadə görünə bilər,lakin sadə göründüyü qədər mürəkkəb anlayışdır.Rus psixoloqlarının bir-birindən fərqli fikirləri var.A.R.Kavalyov izah edir ki,bizim şəxsiyyət kimi formalaşmağımızda tələbat və maraqların,ideya və praktikanın və ən önəmlisi xarakterin vacib olduğunu xüsusi vurğulayır.Mən onun fikirləri ilə razıyam,çünki xarakter bizim üçün ən önəmli rol daşıyır.Aristotel “Poetika”əsərində xarakteri ayrıca izah etmişdir.Başqa alimlər şəxsiyyətin inkişafını mühit,irsiyyət və.s ilə əlaqələndirir,amma hər şeyi bir kənara qoyun.Hər şey bizim özümüzdən asılı deyilmi? Bizi kim formalaşdırır? Əlbəttə,biz..
Mühitlə əlaqələndirsək təsiri olar,amma keçib gedər və daim olmaz.İrsiyyət desək,bir ailədə dünyaya gələn insan fərqli şəkildə tərbiyə oluna bilər.Mənim üçün də xarakter daha vacibdir.Bu gün bizi biz edən “mən”lik və xarakterdir.Dostoyevski əsərində bu mövzunu seçməyimin də səbəbi elə birbaşa bununla bağlıdır.Bu gün hər kəsə şəxsiyyət desək nə qədər haqlı olarıq?
Hər kəs müəyyən fikirlər ifadə edə bilər,bizim üçün o fikrin nə qədər mahiyyət daşıdığı və bizim üçün nə qədər önəmli olduğu vacibdir.Sual verə bilərsiz ki,bir qatildən nə öyrənə bilərik ki? Ya da o,bizə nə dərəcədə fayda qata bilər? Bəlkə də,bizim öyrənə biləcəyimiz ən önəmli fikir o”qatil” adlandırdığımız insandır.Raskolnikovu özü qatil elədi,yoxsa cəmiyyət?
Yenə deyə bilərsiz ki,Raskolnikovun qatil olmasının səbəbində cəmiyyətin nə dərəcədə rolu ola bilər? Elə məhz cəmiyyətin rolu ilə bağlıdır.Bəzən fərqində olmuruq,lakin deyilən hanısa bir ifadə bizi çox incidə bilər və bizi həyatdan küsdürməyə belə səbəb ola bilər.Axmaq,dəli adlandırdığımız o insanlar elə ifadələr işlədə bilər ki,onun bizdən nə qədər ağıllı olduğunu fərqinə vara bilərik.Ədalətsiz cəmiyyət var? Ədalətsiz cəmiyyətdə haqsız düşüncələr var? Cəmiyyətdə nə yaşadığını bilmədən bir insanı daha tez tənqid edə bilmək problemi var?
Bütün bunlar haqlı səbəblər deyil ki? Məncə,haqlı səbəblərdir.Biz əgər deyiriksə,bu cəmiyyətin nümayəndəsiyəm o zaman niyə bizim düşüncələrimiz önəmli olmasın?
Haqlı,ya da haqsız olmaq önəmli deyil,nə qədər fikir yürütməyimiz önəmlidir.Hər zaman mükəmməl olmağa çalışırıq,amma heç bir insan mükəmməl deyil.Şəxsiyyət olmaq o demək deyil ki,sənin tutduğun vəzifə,söylədiyin fikir,ya da nə qədər tanınırsa və.s bunlar səni şəxsiyyət etməz.O zaman olar ki,doğurdan da, sənin söz demək haqqın var.Raskolnikov var-dövlət talayan,əxlaqsız və mənəviyyatsız insanların olduğu cəmiyyətdən sıxıldığı üçün təhsilini belə atdı.Bu bizim üçün çox sadə görünür,amma bəzən bir toplumda savadsız insanı itirmək minlərlə geri düşüncəli insanların qazanılmasına yol aça bilər.Və biz fərqində olmadan insanı uçuruma belə sürükləyə bilirik,amma yenə də kimi günahlandırırıq? Özümüzdən başqa hər kəsi...
Mən buna aid nümunə üçün çox kənara çıxmaq yox,elə yaşadığımız real həyatdan nümunələr vermək istəyirəm.Bu gün minlərlə insan tənqidlərə görə və istəmədiyi yaşama görə həyatını məhv edir,hansı ki kiminin güvən problemi,risk almaq qorxusu,söz söyləmək qorxusu və.s bunlar hər biri bizi geri atır.Və biz bu problemləri azaltmaq əvəzinə onu daha çox artırmağa çalışırıq.Toplum olaraq burada fəaliyyət göstəririksə, dəstək və güvən ən önəmlisidir.Bu gün Sonyaları,Rasklonikovları kənarda axtarmayın,onların heç biri uzaqda deyil,əksinə hər birimiz həyatda Sonya,Raskolnikov ola bilirik.Hər ikisi həyatdan o qədər zərbə almışdı ki,bəlkə elə onların birləşməsinin səbəbi budur.Sevgi birində sevgini axtarmaq deyil,o insanda bilmədiyimiz bir vaxtda bilmədiyimiz bir anda özünü tapmaqdır.Hər gün yeni kitab oxuyuruq və hər gün fərqli xarakterdə bir obrazla tanış oluruq,amma kitabı oxuduqdan sonra kitabı bağlayırıq və bizim üçün əsər sadəcə iki-üç saatlıq səyahətdən başqa bir şey olmur.Mən “Cinayət və Cəza”nı oxuduqdan sonra onun təsirindən çıxmadım,hətta Raskolnikov obrazı ilə bağlı araşdırmalar apardım.Sanki obrazda fərqli yenilik axtarıram və mən o kitabı son dəfə bağlamadım,hər gün yenidən açaraq oxumağa çalışdım.Bu gün Raskolnikova sual vermək haqqım olsaydı sadəcə bu sualı verərdim: “Həyatda dəyməyəcək şeylər üçün özünü pis etməyə ,düzələcək olan bir şeyə görə ümidini söndürməyə,işığını ömrünün sonuna kimi sönülü qoymağa dəyərdi?...”
Bəlkə də,məndə tənqid edilirəm, Raskolnikov obrazını sevdiyim üçün insanlar tərəfindən haqsız görünürəm,amma mənim üçün önəmli olan haqlı,ya da haqsız görünmək deyil,sonuna qədər onu qorumaq və anlamaqdır.Onu etdiyi hərəkətə görə alqışlamıram,onu potensiallı qatil heç adlandırmıram və mənə görə Raskolnikov cəza çəkməyə məhkum olan məsum obrazdır.Raskolnikov sanki yaşadığı həyata qarşı bu qədər necə ədalətsiz olduğunu sorğulayırdı.Yəni bəzən anlamaq olmur ki,bu qədər gözəl səmanın altında pis insanlar necə yaşaya bilər ki..
Bəzən,insan illərlə dözür,boyun əyir,ən ağır cəzalara tab gətirir və birdən hansısa balaca bir işdə,hansısa boş bir şeydə,az qala heç nədən partlayar.Cəmiyyətin tənqid edilən insanları ən çox bu həyata qarşı üsyanla çıxış edir.Ona görə də,bu həyat yaxşı olanların deyil,yaxşı oynuyanların həyatıdır.Raskolnikovun insanlardan ən çox gözlədiyi onu anlayanın olmasını istəməsiydi.Yəni,kəlmələrə belə ehtiyac qalmadan anlaşılmaq...
Bu əsərdə baş verən hadisələri bəzən anlamaq olmur,amma əsəri oxuyanda bu sualı da özümə verdim.Bəlkə bütün hadisələri obraz öz aləmində,yəni xəyalında canlandırıb? Bəlkə də,heç belə şeylər real həyatda baş verməyib,bütün bu uydurmaların hər biri obrazın daxilində apardığı mübarizədən başqa bir şey deyil?
Maraqlı faktlardan biridir ki,şizofreniya xəstəsi olan bir qadın həyata qarşı çox mübarizə aparır,hər gün zülm çəkir,həyata tutunmağa çalışarkən gündən-günə həyatdan qopur və bütün bunların nəticəsində artıq o, bir xəstəyə çevrilir.Düşünün ki,hər gün hər yerdə faciələr baş verir:Həyatını itirən kim,körpə iniltisini eşidən kim,təbiətin məhv olduğunu görən kim və.s bütün bunların baş verməsinə dözə bilməyən qadın üsyan edir.Amma sonda bilirsiz nə olur?
Elə bütün bunların baş verməsinin səbəbi həmin qadınmış,yəni o,bütün bunları beynində canlandırıb.Hər şey sadəcə yuxudan ibarət imiş...
Sizcə də,həyat sadəcə yuxudan ibarət deyil? Gözlərini yumursan və açırsan.Yenə ən başa dönürsən.Hər şey yenidən təkrarlanır.Hər gün həyat mənasızlaşır.Yaşam bizə acı verir,sanki bütün bunlar göz qırpımında olur keçir.Zamanı durdura bilmirsən,haqsızlıq olduğu zamanla heç nəyi geri qaytara bilmirsən.Bu həyatın qoyduğu qanun budur.Ya davam etməlisən,ya da susub göz yumub keçməlisən.Hərdən bu sualı verirəm:Yaş artıqdcamı hər şey öz əlamətini itirir,yoxsa anidənmi? Ya da bütün bunlar baş verməlidirmi,yoxsa sadəcə onu idarə etmək bizimmi əlimizdədir?
İçimdə bir qasırğa var,amma simamda hələ də o daş ifadədən başqa heç nə yoxdur.Heç bir hissim üzümdə canlanmır...
Məni,Raskolnikovu,bu gəncləri həyata qarşı soyuqqanlı edən səbəb nədir?
Niyə biz bu həyatın əylənib-gülən,sevilib,xoşbəxt olan insanı deyil də,hər gün içində dəfələrlə ölən,kədərlə yatıb,kədərlə qalxan,hər gün bir az daha göz yaşı tökən insanlarıyıq?
Niyə biz bu haqsızlıqları yaşayıb dərs çıxarmalıyıq? Bəlkə də,ondan dərs çıxarmağa ehtiyac qalmaz və biz daha xoşbəxt yetişə bilərik.Sevgi dolu qəlblə böyüyüb,içində sadəcə saf hisslər daşıyan insanlar ola bilərik.Bunlar sadəcə bizdən asılı deyil,bunların baş verməsinin səbəbi elə ətrafımızda olan insanlardır.Ya xoşbəxt olmaq üçün xoşbəxt sonluğu seçməyi bacaracaqsan,ya da o yolda bədbəxt olmağa razı olacaqsan.Raskolnikov kimi həyat yaşamağı heç kim seçməyə bilər,amma bəlkə onun qazandığı xoşbəxtliyi çoxumuz axtarırıq.
Alimlər düşünür ki,Rasklnikov narsist bir obrazdır.Bəziləri onun asosial olduğunu düşünürdü.Məncə,o,narsist deyildi,çünki narsist insan sadəcə öz fikirlərini önəmsəyir,sadəcə özünün mərkəzdə olmasını istəyir,amma Raskolnikovu narsist adlandırırqsa,niyə vicdanına sual verdiyini də təyin etməliyik.Narsist insanlar bilirsiz kimdir? Cəmiyyətdə elə insanlar var ki,sadəcə özünün ağıllı olduğunu düşünür,sadəcə o mərkəzdə dayansın istəyir,hər kəs onun fikrini bəyənməlidir,hər kəs onu sevməlidir və.s
Həyatda elə insanların heç sonunun yaxşı olduğunu görməmişəm.Narsist insanlar hər zaman insanlar yeniləyir.Hər gün başqalarıyla tanış olur.Bunu real cəmiyyətdə görmüşəm.Elə insanlar var ki,düşünür ki oyunu qaydasına görə oynayır,amma düşünmür ki,onun oynadığı oyun heç də qaydasına görə deyil,əksinə onu hər gün batağlığa sürükləyir.Raskolnikovda bunu heç də hiss eləməmişəm.Bir hiss var ki,hər zaman Raskolnikovun daha məsum olmasına sürükləyən səbəbdir.Əgər,bu insan sadəcə cani bir qatildirsə,niyə içində böyük sevgi daşısın ki...
Bu yola onu mənəvi və maddi səfalət sürüklədi.Franz Kafkanın dediyi kimi,çirkli bir pəncərədən baxıb hər şeyi və hər kəsi qınayırıq,amma onun nə yaşadığını bilmək istəmirik.
Dünyada düz yolla getmək üçün gərək axıradək özünü qurban verəsən.İnsanın məqsədi ancaq xoşbəxt olmaqdan ibarət deyil,insan dünyaya yalnız vicdanlı olmaqdan ötrü gəlmir.O, bəşəriyyət üçün böyük bir şey açmalı,nəcib olmalı,insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir.Çox qəribədir...
İnsanlar içərisində ən nəcib,ən gözəl hesab etdiyin bir adamdan qorxduğun halda,bütün amansızlıqlarına və hiylələrinə bələd olduğun,nifrət etdiyin başqa bir adamdan qorxmuram.
Heç kimə mən səni anlayıram demə,çünki mənim yaşadıqlarımı yaşamasan sən heç bir zaman anlaya bilmərsən məni....Hərkəsin həyat hekayəsi fərqlidir,kimisi xoşbəxt,kimisi kədərlidir.Ən önəmlisi isə bu həyatda insan olduğun kimi insanlıq etməyi bacarmaqdır.Hər kəs insandır,amma hər kəs də insanlıq yoxdur.Həyat niyə belə çətindir?Niyə həyatımızda gözlənilməyən şəkildə ani hadisələr baş verir?
Çünki insanlar asan olan heç nəyin dəyərini bilmirlər.Bəli, həyatın çətin olduğunu qəbul edirəm.Amma çətin olduğuna görə məğlub olmağı əsla qəbul etmirəm.Bəzən həyatın çətin olduğu və davam edə bilməyəcəyimizi düşünməyimiz üzündən xəyallarımızı tərk edirik.Həyat sanki bir oyundur.Daha doğrusu mənə görə elədir.Daha çox çalışan qalib,daha az çalışan məğlub olur.Bəzən həyat bizi incitməyə,sındırmağa,belimizi bükməyə çalışır və bunu bacarır da...Əyilsəniz həyat bir az da əzəcək.Hər şeyi dik duruşla qəbul edib,bütün yaşanan pis hadisələrin bir gün sonunun olacağını düşünərək yola davam etmək və çətinliklərə qalib gələcəyimizə inanmaq lazım olur.Sanki həyat bizi dəfələrlə sınağa çəkir.Qurduğumuz xəyalların real cəmiyyətlə arasındakı fərqlər çoxdur.Bu gün elə ən böyük konflikt oradan başlayır.Raskolnikovun da xəyalları ilə yaşadığı cəmiyyət arasında çox fərq var.Kimsəsiz şəkildə yaşayan,təkbaşına çarəsiz qalan gənc həyatın ən ağır çətinliklərini yaşamaq məcburiyyətində qalmışdır.Əgər,bunlar sadəcə bir yuxudursa,niyə Raskolnikov onu elə təsvir etsin ki?...
Bəlkə də,belə bir cəmiyyətin və insanlığın necə batdığını göstərməyə çalışıb.Əslində əsərin məğzindən çox şey çıxarmaq olur.Ətrafımızda çox insan olmasa da olar,insan olsa bəsdir.Raskolnikovun yaşadığı dövr ilə müasir dövrümüzü müqayisə etdik də bir çox bənzər situasiyalarla rastlaşırıq.Raskolnikovun törətdiyi cinayət bəlkə də, bir psixoloji hadisə olmuşdur.Günümüzdə baş verən intiharların da bir çoxunun səbəbi psixoloji problemlərə dayanır.
İntihar səbəbləri olaraq insanların problemlərə güc gələ bilməməsi,problemlərə məğlub olması onların həyatlarının məhvinə sürükləyir.Valideynləri tərəfindən dəstək almamaları,sonra cəmiyyət tərəfindən qınanılmaları, ani bir çətinlikdə həyatdan sıxılmaları və.s onların ümid işıqlarının sönmələrinə səbəb olur.Amma unutmayın ki,həyatda həmişə tam olmaq,xoşbəxt olmaq,kiməsə özünü açıqlamaq,sevilmək və təsdiqlənmək,xilasedici,şanslı və.s olmaq məcburiyyətində deyilik.Bu həyatı hər kəs özü yaşamalıdır.Bəlkə də,dünyanın ən çətin hissi odur ki, özünü aid olmadığın yerdə hiss edirsən.Hər insan cəmiyyətə qarşı maskalanır.Yəni görünən və görünməyən tərəfi var.Raskolnikovun daxili aləmi ilə xarici görünüşün də belə düşünmək olar.Cəmiyyət onu qəddar,cani bir qatil olaraq tanıyırsa,onun daxili aləmi bizim görə bilmədiyimiz şəkildə daha məsum ola bilər.
Müəllif əsərin sonunu oxucuların beynində sual yaranacaq şəkildə bitirmişdir.
Mənim fikrimcə,müəllif istəyirdi ki,biz oxucular əsəri daha fərqli şəkildə təsəvvür edə bilək.Əsər haqqında çox araşdırmalar apardım və çox düşündüm.Mənim fikrimcə,iki ehtimal yarana bilər:1)Raskolnikov başqa bir aləm də,ya da “dərin yuxu” da ola bilər.2)Cinayəti Raskolnikov törətməyə də bilər.Əsərdən fərqli olaraq Raskolnikov olduğu “dərin yuxudan” ayılaraq,nə baş verdiyini anlamağa çalışır.O,öz vəziyyətini anladıqdan sonra,əvvəlkindən fərqli olaraq həyata qarşı daha güclü və iradəli olur.Bəlkə də,əsərin sonunda hadisələr tamamilə dəyişir, daha xoşbəxt olur.Amma unutmayın ki,hadisələr mənim təsvir etdiyimdən də daha fərqli ola bilər.İnsanlara qarşı daha cəsarətli, fikirlərini sərbəst deməkdə əsl bir şəxsiyyət olmuş da ola bilər.Əslində izah etmək istədiyim də budur:
”Əsl şəxsiyyət necə olmalıdır?”
Bu sırada ağlıma Cek Londonun “Martin İden” obrazı gəldi.O da əvvəllər həyata qarşı daha zəif görünümlü insan idi,amma həyatdakı çətinliklərə qarşı sinə gərib əsl şəxsiyyət kimi formalaşdı.Təəssüflər olsun ki,Martin İden əsərin sonunda intihar elədi.Bəlkə də,Raskolnikov Martin İdendən fərqli olaraq Tanrıdan onun bağışlanmasını istəyir.Görəsən hadisələr Raskolnikovun aləmində necə baş verib?
Sonyayla münasibəti necə oldu,cinayət işləməsəydi təhsilinə,həyatına davam edərdimi?
Əsərin sonunu ağlıma gətirirəm və əsərin bitmə nöqtəsi ilə başlama nöqtəsi arasında əlaqə yaratmağa çalışıram.Raskolnikov cinayət işləməsəydi,ya da həbs həyatından sonrakı həyatı necə olacaqdı?
“Sonya da bütün günü həyəcan içində oldu,axşam hətta yenə naxoşladı.Lakin o elə xoşbəxt idi,o heç gözləmədən elə xoşbəxt olmuşdu ki,az qalırdı öz xoşbəxtliyindən qorxsun.Yeddi il,ancaq yeddi il.Raskolnikov heç bilmirdi ki,yeni həyat onun əlinə havayı düşməyəcək,bu həyat ona baha başa oturacaq,göstərəcəyi böyük qəhrəmanlıq hesabına başa gələcək...”
Lakin burada yeni əhvalat başlayır;bu əhvalat yavaş-yavaş yeniləşən,daxilən tamamilə dəyişən,yavaş-yavaş bir aləmdən başqa bir aləmə keçən,bu vaxta qədər tanımadığı,bilmədiyi yeni bir həyatla tanış olan bir adamın əhvalatıdır.Bu yeni bir hekayənin mövzusu ola bilər...
Əgər əsər davam etmiş olsaydı,mənim fikrimcə,Raskolnikovun bu yaşadıqları oyana bilmədiyi dərin yuxunun məhsulu ola bilərdi.Bəlkə də,sual yaranacaq ki niyə görə Raskolnikovun başına gələn hadisələri sadəcə “dərin yuxu” ya da oyana bilmədiyi aləmlə izah etməyə çalışırıq?
Çünki əsərdə gördüyümüz Raskolnikov bizi daha çox kədərləndirə və ya qəzəbləndirə də bilər,amma bir də düşünün ki Raskolnikovun başına gələn hər şey sadəcə qaranlıq dünyadan ibarət bir yuxudur.
Raskolnikov dərin yuxudan oyandıqdan sonra ilk öncə ətrafına göz gəzdirir.Dərin yuxuda olarkən yaşadıqlarının həqiqət, yoxsa yalan olduğunu anlamağa çalışırdı.Raskolnikovu yenə fikir aparır,həyəcanlanır,nitqi tutulur və.s kimi hisslər keçirir.Hətta heç kimi görmək istəmir,özünü hərkəsdən uzağ tutmağa çalışır.Aradan bir müddət keçdikdən sonra Raskolnikov qaçdığı gerçəkləri araşdırmağa başlayır.
Görəsən Raskolnikov sonda özünü axtarıb tapa biləcəkmi?
Zənnimcə,Raskolnikov öz daxili aləminin axtarışı zamanı bir çox gözləmədiyi hadisələrlə üzləşəcək.Raskolnikovu özünü axtarma yolunda maneələrlə yanaşı xoş nəticələr doğuran məqamlarda olacaq.Həyat bir tərəfdən kədər,məyusluq gətirsə də bir tərəfdən də,sevinc və xoşbəxtlik bəxş edir.Raskolnikovu da həm kədərli həm də xoşbəxt olacağı günlər gözləyirdi. Raskolnikov təhsilini maddi problemlərə görə başa vura bilmirdi,amma mənim təxəyyülümdə isə Raskolnikov təhsil həyatını yüksək nəticə ilə bitirmiş bir tələbə olaraq yaranmışdı.O,bir hüquqşünas olaraq öz sahəsi üzrə bacardıqları ilə seçilən biri idi.Əsərdən də bildiyimiz kimi Raskolnikovun tək yaxın dostu Razumixin idi.Razumixin Raskolnikovla görüşdüyü zaman şəhərdə böyük cinayətin işləndiyini və şəhəri böyük vahimə bürüdüyünü qeyd etmişdir.Raskolnikov isə hələ də yuxunun təsirindən oyana bilməmişdi.Raskolnikov Razumixinə cinayətin nə səbəbə və kim tərəfindən törədildiyini sual verəndə Razumixin onu açıqlaya bilməmişdi.İndi bizə qəribə gələ bilər ki,bu cinayət doğurdanmı Raskolnikov tərəfindən törədilib,yoxsa sadəcə insanlar tərəfindən uydurulan bir xəbər idi?
Raskolnikov bu xəbərdən sonra onu düşünməyə başladı və sadəcə bu sual onu maraqlandırdı?
Bu yuxuyla xəbərin əlaqəsi nə idi?
Xəbərin doğru olub-olmadığını dostu ilə birlikdə müəyyənləşdirir və öyrənir ki,bu həqiqətən doğrudur...
Bəs niyə bu cinayət törənib? Bəlkə elə bu cinayəti işləyən yenə Raskolnikovdur,bəlkə onun cəmiyyətlə deyil də sadəcə psixi durumu ilə bağlıdır.Razumixin həmkarının fikrini soruşduqda Raskolnikov heç bir şey deyə bilmir.Razumixin onu ilk dəfə idi ki,belə susqun görürdü.Raskolnikov həmkarına bu məsələ ilə maraqlanıb vaxt itirməməyi təklif edir.Razumixin səbəbini soruşduqda isə belə cavab alır:Bizim kimi işinin ustası olan çox hüquqşünas var.Razumixin ilk öncə Raskolnikovla eyni düşünməsə də sonradan bu fikirlə razılaşır.Raskolnikov Razumixini bu məsələdən uzaqlaşdırdıqdan sonra özü bu məsələ ilə maraqlanmağa başlayır.Hətta əlindəki bütün işləri kənara qoyaraq diqqətini bu məsələyə çevirir.Raskolnikovun ağlına tək sual gəlir.”Bu cinayətdirmi, yoxsa,mənim bu həyatda etdiyim hər hansısa bir səhvin cəzasıdırmı?”
Razumixin:Cinayətdən nə xəbər var?
Raskolnikov: Yeni bir məlumat olsa səninlə bərabər məndə eşitmiş olardım.
Razumixin:Raskolnikov, gəl, bizdə bu məsələni araşdıraq.
Raskolnikov:Məncə,bu məsələni çoxda araşdırmayaq.
Razumixin:Niyə axı?
Raskolnikov:Bizim bu məsələdən nə kimi çıxarımız olacaq axı?
Razumixin:Hər zaman çıxar üçün çalışmamalıyıq.Bir az da maraq üçün...
Raskolnikov:Oldu o zaman.Söylə görək cinayət aləti nədir?
Razumixin:İlkin araşdırmalar göstərir ki,cinayət kəsici alətlə törədilib.
Raskolnikov:Kəsici alət?Məsələn: araşdırmalar zamanı hansı ehtimalın üzərində durulur?
Razumixin:Cinayət ərazisi yaxınlığında baltaya rast gəlinib.
Raskolnikov:Bəs cinayət aləti o baltadırmı?
Razumixin:Baltadakı qan araşdırılır.Sənində bildiyin kimi baltadakı izlərlə qadının başındakı yara izləri uyuşarsa cinayət aləti baltadır.
Raskolnikov:Bilirəm, həmkarım.
Razumixin:Bizdə bu məsələni araşdıraqmı?
Raskolnikov:Məncə yox.Çünki cinayəti araşdıranlar çoxdur,qısa zamanda da nəticə alınar.
Razumixin:Yaxşı, dostum.
Raskolnikov:Hələlik.
Bu dialoq bitdikdən sonra Raskolnikov masa başına keçir, bir bardağ su içir.Sanki onu qorxu hissi bürümüşdü.Çünki gedişat onun yuxusunda gördüyü hadisələrlə uyuşurdu.Raskolnikov həyəcanla cinayət alətinin araşdırmasının sonunu gözləyirdi.Balta cinayət aləti olsa daha sonra bu məsələnin nə yerlərə gedəcəyini təxmin belə edə bilmirdi.Növbəti gün Razumixin Raskolnikovun evinin qapısını döyərək Raskolnikovu yuxudan oyadır.Qan-tər içində olan Razumixin evə daxil olur.

Raskolnikov:Dostum nə olub,nədir bu təlaşın səbəbi?


Razumixin:Cinayət alətinin araşdırması sona çatıb.
Raskolnikov:Nəticə?
Razumixin:Cinayət aləti baltadır.
Bunu eşidən Raskolnikovu qorxu bürüyür.Onun əlləri əsməyə başlayır.
Razumixin:Niyə bu qədər qorxdun ki?
Raskolnikov:Gör, cəmiyyət nə haldadır ki,bu cinayətlərin sonunun hara getdiyini bilmək olmur.
Razumixin:Yəni sənin bu qorxu hissinin tək səbəbi budurmu?Onsuz bilirsən ki,bu cəmiyyətdə həmişə qurbanlar çox olur.Ya bu həyatın qanunlarına uymalısan,ya da o qanunlara uymayıb öz qanunlarını yazmalısan.
Raskolnikov:Əlbəttə,mütləq ki, elədir.
Belə bir dialoq verməyimin,təxəyyülümdə bunu canlandırmağımın əsas səbəbi budur ki,Raskolnikov obrazı hər iki ehtimalda eyni hissləri keçirir.Fərqli olan odur ki,vicdan səsi Raskolnikovu narahat etmir.Çünki balta,cinayət,qorxular və.s Raskolnikovun birə-bir yuxusu ilə eynidir.Amma hələ də maraqlıdır ki bu cinayəti kim işləyib?
Bu əsərin gedişatı eyni olaraq A.Kristinin “Rocer Ekloyd”əsərinə bənzəyir.Əsəri oxuyub bitirənə kimi kimin qatil olduğunu bilmək olmurdu,amma bu əsərdə qatil bəlli idi.Lakin mən təxəyyülümdə elə canlandırdım ki,hər ehtimalda cinayəti Raskolnikovun işləmədiyini düşünməliyik,çünki biz o əsəri sadəcə oxuyuruq.Bəlkə cinayətin gedişatı dəyişir,ya da o,cinayəti işləyibsə Raskolnikovun başqa problemidə ola bilər.Hər ehtimalda bizim üçün bu maraqlıdır:Cəmiyyət bunu necə qarşılayır?
Dostoyevski əsərdə təsvir edib ki,Raskolnikov cinayəti işləyib ilk Sonyaya etiraf etmişdi,doğurdan da elədir?
Məncə,əsərdə elə ən güclü tərəf onların sevgisidir.Raskalnikov hər zaman ona böyük ümidlərlə bağlanmışdı və bu sonuna kimi belə də davam etdi.Bəs Raskolnikov niyə özündən şübhələnirdi?
Sizcə də qəribə deyil? Həyatda baş vermiş cinayət Raskalnikovun yuxusunda təsvir olunur.Niyə bu qədər hadisə ona belə təsir etsin ki?
Bəlkə onun həyata qarşı amansız üsyanı idi,bəlkə də o,bu həyatı çox ciddiyə alıb,hər hadisədən çox təsirlənirdi,ya da hər şeyi özünə bağlayırdı.Baxın,insan düşündükcə çox fikirlər yaranır.Raskolnikovu güclü və iradəli olaraq təsvir etmək istəyirəm,mən onu cinayət işləyən biri olaraq deyil də,bütün haqsızlıqları aşkar edən hüquqşünas olaraq görmək istəyirəm.Onun həyatdan bezməsini deyil də insanlara yol verən tərəf olaraq görməsini istəyirəm.Raskolnikov çox güclüdür və mən buna inanıram.Bunu belə də göstərəcəm.Qeyd etdiyim kimi Raskolnikovun Sonyaya olan məhəbbəti çox fərqli idi.Onların eşqləri adi və sıradan deyildi,onlar ən çətin anda bir-birlərinə yuva olmuşdu.Eşqsiz insan olmadığı kimi də Raskolnikovu da Sonyasız təsəvvür etmək mənim üçün qəribə gələ bilərdi...
Raskolnikovu ifadə etsəydim,yəqin ki bu sözlərlə edərdim:
Gecələri göyqurşağına boyamağmıdır günahım?
Hər kəs qışqırarkən şeirlər oxumaqmı,
Susmağmıdır sözün bitdiyi yer,
Amansız yuxum qaçır neçə gecə,
Bu damı əleyhimə sübutdur?
Sondan saymağa başladım adları
Belə xoşuma gəlir,
Bəyənməsələr də sevirəm əllərimi,
Heç olmayacaq xəyallar görürəm
Məğlub olacağım savaşlara girirəm.
Etiraf edirəm...
Silin adımı hər yerdən,
Yoxam sizin oyun uzərində qurulan savaşlarınızda,
Kirli sevinclərinizə oyuncaq etməyin məni.
Gözyaşlarınızı da bölüşmürəm daha mən,
Yalandan təriflərinizə ehtiyacım yoxdur.
Bu sürgün hara kimi sürülər daha?
Kölgələr hasara vurular heç?!
Çəkilin,yerimədiyiniz yollarımı kirlətməyin...
Düşünün ki,bu həyatda heç kimə zərəri dəyməyən bir insan anidən bütün insanların gözündə aciz birinə çevrilir, cəmiyyət tərəfindən sevilmədiyi üçün duyğusuz birinə çevrilir.Sadəcə öz həyatını məhv edərək varlığıyla başqalarını narahat edə bilir.Düşündüm ki,əgər Raskolnikovun qatil olması insanları bu qədər incidirsə,onu təhsilinə qayıdan,həyatına normal davam edən,istedadlı bir gənc olaraq təsvir etsəm insanlar onu tənqid etməyib sevə bilərmi?
Zənnimcə,yox...
Raskolnikovun varlığı deyildi bizi incidən,bizim qüsur axtarmağımız idi onu belə sevməmək.Kim deyə bilər ki bu dünyada bu qədər insan canına qıyır,özünü incidir,etdiyi bir hərəkətlə insanların gözündən düşür və biz onları qınayırıq,amma niyə belə etdiyini heç sorğulayırıq?
Bəlkə sadəcə maddiyat deyildi,bəlkə tənhalıq deyildi onu cinayətə sürükləyən...
Bəlkə də,bu uşaqlıqdan qalan bir travma idi...
Susmaq,sadəcə müşahidə etmək,həyata qarşı yorğun olmaq bizi bu dünyadan ayıran hiss deyildi ki?
Əslində Yunus Əmrənin də dediyi kimi: Məni sorma mənə,məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri...
Hər kəsə və hər şeyə qarşı yad olmaq,mənasını itirən hər şeyə üz döndərmək və ədalətli görünüb də ədalətli olmayan həyatdan incimək,susmaq və yenə susmaq-hər şey bizi yavaş-yavaş qoparır.Ya ümidlərini yenidən işıqlandırmaq üçün savaşmalısan,ya da o ümidlərini qaranlıq bir qutuya sığdırıb ölü canlı kimi yaşamalısan.Bilmirəm,sadəcə Raskolnikov deyildi mənə yaxın,həyata üz döndərən bütün qəhrəmanlar yaxın idi nədənsə...
Ya olduğun kimi görünürsən, ya da səndə digərləri kimi xoşbəxtmiş kimi görünüb bədbəxt olmağa davam edirsən.Əsas məsələ də budur ki,bu işdə gərək elə eləyəsən ki,mümkün qədər gözə çarpmayasan...Əsas da elə xırda şeylərdir,xırda şeylər...Bax,bu xırda şeylər həmişə adamı məhv edir,hər şeyi məhv edir.
Məndə Raskolnikov kimi azı min dəfə insanlardan acıq eləmişəm,küsmüşəm,amma sonra yenə də barışmışam,onların yanına qayıtmışam...
Kimsə səni sən olduğun üçün sevmiyəcək;hərkəs səni,səni sevmənin onlara nə qədər yaraşacağını düşündüyü üçün,yəni özləri üçün sevəcək və bu da demək olar ki insan belə edərək yenə özünü sevəcək.Sən heç sevilməmiş olacaqsan hekayənin sonunda.Çox qəribədir ki, sevdiyimiz insanların hər yalanında bir doğru,sevmədiyimiz insanların hər doğrusunda bir yalan axtarırıq.İnsanlar sevdiyi insanlara güvənməyi hər zaman seçirlər.İnsan sevdiyinin yalanı belə olarsa yenədə sevdiyini yalanı ilə qəbullanar və hər zaman ona inanmağa davam edər.Raskolnikov ilə Sonya münasibəti də,bu fikirlərlə uyğunlaşır.Onların arasındakı sevgi hissi və bir-birlərinə olan güvənləri hər maneəyə qarşı birgə mübarizə aparmalarının bariz sübutudur.İnsan birini sevirsə əgər sevdiyini qüsurları ilə qəbullanar.Sonya da,əsərdə olduğu kimi Raskolnikov cinayət törətməsinə baxmayaraq onun yanında olmağa davam etməsi bu fikirlərlə üst-üstə düşür.Günümüzdə də,belə sevgiyə dəyər verən bir-birləri üçün fədakarlıqlar edən insanlar çoxdur.
Rus ədəbiyyatının digər görkəmli nümayəndəsi Tolstoyun “İnsan nə ilə yaşayır”əsəri də məzmun baxımından bu əsərlə üst-üstə düşür.Orada Allah tərəfindən göndərilən insan bir ailə tərəfindən necə qarşılandığını görmüş oluruq.Bu əsər insana çox dərs verir.Tanımadığımız insan belə olanda onu dərhal tənqid etməyə çalışırıq.Simonun Allah tərəfindən göndərilən Qəriblə qarşılaşması və onu evinə gətirdiyi zaman Mitryona onu çox tənqid edir,lakin sonda belə bir şey öyrənirik ki,nə olursa olsun insanlıq mütləq yaşamalıdır.Bəlkə də,durun bir çox insana sual verin ki İnsan nə ilə yaşayır? Hər kəs fərqli cavab verə bilər...
Kimisi deyəcək ki,maddiyyatla,kimisi qürüru ilə,kimisi də deyəcək ki,sevgi ilə və.s fikirlər fərqli ola bilər.Məncə,insanı yaşadan onun xəyalları da ola bilər.Məsələn:Məni ən çox hədəflərim bağlayırsa bu həyata,bir başqasını maddiyyat yaşadar.Hər kəs öz yaşamına görə buna qərar verir.Amma nə olursa olsun bizi yaşadan “insan”lıq olmalıdır.Mütləq ki o olmalıdır...
İndi isə ikinci ehtimalımız üzərindən danışaq.Svidriqaylov obrazı üzərindən təhlilimizi aparaq.
Svidriqaylov əsərdə arxa planda qalmış adı az hallanan daha çox özündə mənfi xüsusiyyələri cəmləşdirən bir obraz kimi qələmə alınmışdır.Bəlkə də,cinayəti Raskalnikov deyil də,Svidriqaylov törətmişdir.Hər bir insan cinayət potensialına malikdir.Sadəcə insanların bu potensialını ortaya çıxaracaq nadir məqamlar olur.Heç bir insan anadangəlmə qatil deyildir.Bəzən həyatda çox çətin çıxılmaz vəziyyətlər olur ki,bu səbəblər insanların cinayət törətməsi ilə nəticələnir.Hər bir cinayətin əlbəttə, bir cəzası olur.Lakin hər cinayət də doğru cəzalandırılmır.Bəzən olur ki,cinayəti törədən insan yerinə günahsız insanlar cəza çəkmək məcburiyyətində qalırlar.Keçmişdə olduğu kimi,bu gündə belə hallarla rastlaşılır.Bəlkə də,Svidriqaylov Raskolnikovu hər hansı bir üsulla aldadıb və ya təhdid edərək cinayətə vadar etmiş ola bilər.Günümüzdə də belə təhdidlərlə törədilən cinayət hadisələri görürük.Raskolnikovun əsərin əvvəlində də bəhs olunduğu kimi psixoloji xəstəliyi vardır.Bu xəstəliyə sahib olan insan stresli anda nə edəcəyini tam olaraq düşünə bilmir.Məncə, Raskolnikovda belə xəstəliyin olduğunu bilən birisi onu cinayət işləməyə vadar edə biləcək əsl potensiallı qatildir.Məncə, mənfi xüsusiyyətlərə malik olan Svidriqaylovun cinayət törətmə və ya cinayətə təşəbbüs etdirmə kimi potensiala sahib bir qatil kimi görmək olar.Əsərdə belə bir məqam diqqət çəkir ki,Raskolnikov polis şöbəsinə əlləri əsə-əsə etiraf məqsədi ilə gedərkən orada öyrənir ki,başqa biri cinayəti törətdiyini etiraf etmişdi. Svidriqaylov obrazını sadəcə öz təxəyyülümə əsaslanaraq söylədim.Bəlkə də,heç onun bu məsələyə aidiyyatı belə yoxdur,amma Svidriqaylov tipdə olan insanlar hər zaman məntiqlə hərəkət edən və qərarlarını ağılla verən insanlardır.Hər zaman onun xarakterində olan insanlar mənim üçün daha təhlükəli gəlir.Bəs biz onu cəmiyyətdə formalaşan şəxsiyyət olaraq götürə bilərikmi?
Mən onu əsl şəxsiyyət kimi həm götürə bilərəm,həm də yox.Raskolnikov və Dunyaya qarşı münasibətləri əsərdə də daha açıq şəkildə göstərilib.Əslində yeni nə ola bilər deyə düşünürəm sanki hər obraz öz daxilində sirli olaraq qalır və onları müəyyən etmək olmur.Bunun üçün onu hər ehtimalda təhlil etməyə çalışıram.Niyə də Raskolnikovun qatil olmasına səbəb olmasın?!
Svidriqaylov sanki intiqam almağı sevən bir obrazdır.İntiqam hissi insanı demək olar ki,hər şeyə sövq edə bilər və onu hər addım atmağa da məcbur edə bilər.Bəlkə də,qarının ölmünə səbəb özü omuşdur?
Cinayət törətməyə meyli olmayan bir insanı cinayət törətməyə təşəbbüs etmək kimi bir faktorda mövcuddur.Hər məsələ danışılaraq həll edilir.Raskolnikovun yaşadığı evin qarıya aid olmasını əsərin əvvəlindən bilirik.Lakin Raskolnikovun maddi cəhətdən çox çətin vəziyyətdə olması məlumatınada sahibik.Bütün bunlara əsasən yenə də Raskolnikova nə güzəşt edilir,nə də anlayan olurdu.Dostoyevski bu əsərində bir çox hadisələri müxtəlif obrazlar üzərindən insanlara çatdırmağa çalışmışdır.Əsərdə Raskolnikovun cinayət törətdiyi məlumdur.Baş verən hadisələr sanki hamısı Raskolnikovun əleyhinə qurulmuş bir oyun idi.Hər baş verən hadisə və ya yaşananlar Raskolnikovu cinayətə aparan yola sanki işıq tuturdu.Mənim əsərdə diqqətimi cəlb edən əsas məqamlardan biri də həbsxana həyatı idi.Demək olar ki,ən çox kədərləndiyim və ən çox pis olduğum hissə o idi.Albert Kamyunun “Yad”əsərində azadlıq məsələsi ön plana qoyulmuşdu.İnsan sanki həyata qarşı yadlaşır və özündən başqa kimsənin olmadığına burada fərqinə varırsan.Raskolnikov və həmin obrazın ortaq cəhəti o idi ki,hər ikisinin həyata qarşı ümidi vardı və qaranlıq bir yerin imkansız vaxtda işıqlana biləcəyinə çox inanırdılar.Bəlkə də,bu imkansız grünə bilər,amma bunu düşünmək belə imkansız deyil.Cəmiyyətin ən saxtakar və ən yalançı insanına çevrilmək,onların gözündə düşmən kimi görünmək bəzən onlara böyük acı verə bilərdi,amma yenə də hər şeyə rəğmən yaşamalıydı...
Mənim təxəyyülümdə yaranan Rasklonikovla müəllifin yaratdığı Raskolnikov arasında fərq ola bilər.Raskolnikovun həyata qarşı çarəsizliyi,insanlardan üz döndərməsi və bütün dünyaya böyük nifrət bəsləməsi bəlkə də onu bizdən uzaqlaşdıra bilər,amma onun daxili aləminin bir o qədər saf hisslərlə bəsləndiyini də vurğulamalıyam.Əsərdə Raskolnikova anası məktub yazdıqdan sonra təsirlənir və öz qüruruna sığışıdıra bilmir ki,niyə bacım başqa biriylə mənə görə evlənməlidir ki?
Mən də istəyirəm ki Raskolnikovun bacısı Dunya Raskolnikovla həqiqətən,bu məsələyə görə üzləşsəydi bizə necə təsir edərdi sualına dialoq yaradaraq cavablandırım.Məqsədim bunu daha təsirləndirici şəkildə göstərməkdir...
Raskolnikov:Bu qədər mənasız həyatda,bu qədər ədalətsiz həyatda öz həyatını və gələcəyini qurban etmək asandırmı?
Dunya:Bəlkə də,insanlara qəribə gələ bilər və onlar düşünə bilər ki,həyatda nə olursa olsun yaşadığın həyatı qardaş belə olsa ona fəda etməməlisən,amma mən bilirəm ki onsuz bu toplum hər zaman kimlərisə qınayır və mənim bu həyatda səndən və anamdan başqa kimimsə yoxdur.Buna görə də sənin uğrunda hər zaman özümü fəda etməyə hazıram.
Raskolnikov:Amma heç kim istəməz ki,əgər Tanrı deyilən anlayış varsa,onun verdiyi bu həyatı sən yenə də mən belə daxil olsam özünü fəda etməməlisən.Bunu yaşamaq çətindir,çünki mən həyatı yaşaya bilmirəm,mən bəzən nəfəs ala bilmirəm.Deyə bilərsən ki bir insanın bu zalım dünyada heçmi yaxını olmaz,heçmi ona yol göstərəni olmaz?
Dunya:Bizim kimimiz var ki kimsədə olsun...? Məgər bu dünya güllük-gülüstanlıq olsaydı onda nə dərdimiz olardı...?
Raskolnikov:Həyatda susacaq qədər qorxaq,çarəsiz qalacaq qədər aciz olmamalıdır insan...
Mənim isə bildiyim tək reallıq budur.
Dunya:O zaman hər kəs öz dərdi qədər susmalıdır.
Bu sadəcə mənim beynimdə canlandırdığım bir dialoqdur,çünki mənə əsərdə ən çox təsir edən elə bacı və qardaş münasibəti də olmuşdu.Bəlkə də,çox mənasız gələ bilər,amma reallıq deyilki?
Reallıqdır...həm də heç təxmin edə bilmədiyimiz qədər..
Razumixin:Raskolnikov, deyəsən bu cinayət cəzasız qalacaq.
Raskalnikov:Niyə?Elə işmi olar?
Razumixin:Ortada cinayət aləti var, amma cinayəti törədən insandan iz yoxdur.
Raskolnikov:Elə şey ola bilməz.Hər bir cinayətkar arxasında iz qoyur bunu səndə bilirsən.
Razumixin:Bilirəm, dostum, amma istintaq müddəti uzandıqca-uzanır.Heç bir nəticə yoxdur.
Raskolnikov:Mən əminəm ki,ədalət öz yerini tapacaq.Bu cinayət də cəzasız qalmayacaq.
Razumixin:Balta üzərində qan var, amma iz yoxdur.
Raskolnikov:Cinayət yerindən başqa dəlil tapılmadımı?Şahid olan yoxdurmu?
Razumixin:Başqa dəlil barədə məlumatım yoxdur,amma cinayət alətinin daşın altına qoyulması şübhə doğurur.
Raskolnikov:Nə şübhəsi?
Razumixin:Əgər cinayəti professional biri işləmiş olsaydı,yəni potensiallı bir qatillə qarşı-qarşıya olsaydıq o cinayət alətini cinayət törədilən ərazidə qoyub qaçmazdı.Amma görünür ki, cinayəti ilk dəfə işləmiş biri ilə rastlaşmışıq ki,cinayət alətini cinayət törədilən ərazidə qoyub qaçmışdır.
Raskolnikov:Doğrudur,dostum.Bu qarının öldürülmə səbəbi səncə nədir?
Razumixin:Qarı maddi cəhətdən imkanlı olub.
Raskolnikov:İndi aydın oldu.
Razumixin:Deyirsən yəni cinayət pul üçün törədilib?Lizaveta adlı xanım bəs niyə öldürülüb?
Raskolnikov:Bəlkə də,cinayətə şahidlik edib.
Razumixin:Ola bilər.Hər ehtimalın üzərində durmaq lazımdır.Amma əsas ehtimalımız sənin indi söylədiyin maddiyata görə törədilmiş cinayət daha məntiqli gəlir.
Raskolnikov:Mənim fikrimcə, pula görə və təcrübəsiz biri tərəfindən törədilmiş cinayətlə üz-üzəyik.
Razumixin:Cinayət pula görə törədilibsə əgər bu zaman ortaya bir fikir çıxır ki,pula ehtiyyacı olan biri tərəfindən törədilmiş cinayətdir.
Raskolnikov:Qarının gəlir yeri nə idi?
Razumixin:Qarı yataqxanada qalan oğlana bir otaq kirayə verib ordan gələn pul ilə yaşayırmış və çoxlu qzılları var imiş.
Raskolnikov:Qızıllar?
Razumixin:Hə dostum.Yenə nə gəldi ağlına...?
Bu hissəni mən bu şəkildə təsəvvürümdə yaratdım.Sanki hadisələr getdikcə Raskolnikovun yuxularını daha da təsdiqləyir,amma sonrası necə olacaq o daha da maraqlıdır.Ortada törədilən bir cinayət var,amma kimin işlədiyi bəlli deyil.Bəs sizcə, bu cinayəti işləyən insanın haqqı var idimi?
Əlbəttə,yox.Raskalnikov bir hüquqşunasdırsa bu cinayəti sizcə,səbəbini tapa biləcəkmi?
Ya da Dostoyevskinin əsərdəki hadisələri ilə mənim təxəyyülümdə canlandırdığım hadisələr üst-üstə düşəcəkmi...?
Raskolnikov:Burda oğurluq zamanı törədilmiş cinayət ehtimalı da ağla gəlir.
Razumixin:Mənim ağlıma ilk öncə oğurluq ehtimalı gəlmişdi,ancaq o ehtimal cinayət törədilməsi üçün keçərli səbəb deyil məncə.
Raskolnikov:Olması mümkündür,unutma..Çünki oğurluq zamanı baş verən hadisələri təxmini canlandır.
Razumixin:Yenə də cinayət üçün əsaslı səbəb deyil ,çünki əgər oğurluq üzərində törədilmiş cinayət olsaydı, Lizaveta niyə öldürülsün axı?
Raskolnikov:Bayaq dediyim kimi cinayətə şahid olduğu üçün ola bilər.
Bu hissədə isə hər şey yavaş-yavaş aydınlaşmağa başlayır.Baxın,bir cinayət işləndiyi zaman bir ehtimalı düşünmək yanlış olar.Aqata Kristi dedektiv əsərlər yazarkən bütün obrazlarını qatilmiş kimi düşündürür və əgər bu əsərdə də dedektiv xüsusiyyət varsa mütləq ki,hər ehtimalı düşünmək lazımdır.Cinayət necə və niyə baş vermişdi?
Bunu artıq yavaş-yavaş müəyyənləşdirmək lazımdır.Mən bununla göstərəcəm ki,cinayət işlənən zaman hər xəbəri qəbul etmək və onu hər baxımdan müşahidə etmək lazımdır.
Razumixin:Raskalnikov istintaqdan yeni xəbər var.
Raskolnikov:Nə xəbəri?
Razumixin:Cinayət aləti tapılan ərazinin yaxınlığında oğurlanan qızıllarda tapılmışdır.
Raskolnikov:Onda mənim oğurluq fikrim suya düşmüş olur.
Razumixin:Hə məncədə bu artıq oğurluq işini aşmış olur.
Raskolnikov:Ortada törədilmiş 2 cinayət var.Cinayət törədilməsi üçün keçərli səbəbimiz pul idi, lakin cinayətkar pulları da cinayət ərazisində qoyub oranı tərk edib.İndi bu məchul vəziyyəti necə həll edək,məsələyə haradan başlayaq?
Razumixin:Bəlkə də,cinayətkarın psixoloji problemləri olub?
Raskolnikov:Necə yəni psixoloji problem,xəstəlik nəzərində tutursan ,yoxsa, o an gələn stress, qorxu hissi?
Razumixin:O an gələn qorxu,stress hissi olsa belə bu dərəcədə insan məqsədindən yayınmaz.
Raskolnikov:Yəni sənin fikrincə cinayətkarın bir xəstəliyi var.
Razumixin:Doğrudur,dostum.Amma yenə də qarının ilk öncə pullarının oğurlanması istintaq gedə-gedə cinayət aləti tapılan yerdən,qızılların gözdən qaçması da bir şübhə ortaya çıxarmış olur.
Raskolnikov:Nə demək istəyirsən?Yəni biri sonradan o qızılları ora qoyub istintaq müddətini dəyişdirməyə çalışır.
Razumixin:Düz düşünürsən.Əlimizdə 2 ehtimalımız var:
Raskolnikov:Birinci ehtimalımız- psixoloji xəstəliyi olan bir cinayətkarla üz-üzəyik,ikinci ehtimalımız- istintaq müddətində cinayəti ört-basdır etmək istəyən bir cinayətkar var.
Razumixin:Əgər istintaq müddətini dəyişdirəcək,ağıllarda fərqli suallar yaranmasına səbəb olacaq biri ilə qarşı-qarşıya gəlmişiksə bu cinayətkar potensiallı qatildir.
Cinayətin hər ehtimalı dəyərləndirilir və yavaş-yavaş Raskolnikovu dərin həyəcan bürüyür.Onun yuxusunda baş verən hadisələr hissə-hissə gün üzünə çıxır.Dostoyevski əsərdə Raskolnikovu ancaq həyəcan keçirən bir obraz kimi təsvir edirdisə,bu mənim təxəyyülümdə də o şəkildədir.Çünki Raskolnikovun qəlbində dinmək bilməyən hiss hər dəfə yenidən canlanırdı.Bəlkə,onu dindirmək çətin ola bilərdi,amma yenə də keçib getməyən duyğular onu tərk etmək istəmirdi.Bəs Raskolnikov bundan sonra nə edəcək o maraqlıdır...Qatil kimdir? Bu qatilin Raskolnikovla nə kimi əlaqəsi ola bilər?
Raskolnikov:Qarının otağını kirayə verdiyi cavan oğlan istintaqa cəlb olunubmu görəsən?
Razumixin:Mövzunun o qədər də dərinliyinə enə bilmirik, çünki hüquqşünas olsaq da,bizim öhdəliyimizdə olan bir məsələ deyil.
Raskolnikov:Düz deyirsən, dostum.Bizim öhdəliyimizdə olmasa belə maraqlı gəlmişdi.Yenə də istintaqla və ya bu məsələ ilə bağlı yeni bir xəbər olarsa mənimlə bölüşərsən.
Raskolnikov bütün bunlardan sonra artıq özü ilə tənha qalır.İndi isə onu maraqlandıran sadəcə sallar var idi.Niyə belə bir şey onunla bağlı olsun,niyə Raskolnikov həyəcan keçirir və özünü itirirdi?
Onun bu cinayətlə əlaqəsi var idimi?
Deməli belə bir məsələ ortaya çıxır ki,Dostoyevskinin yaratdığı Raskolnikovla mənim təxəyüllümdə yaratdığım Raskolnikov çox da fərqlənmir.Hər iki ehtimalda o,cinayət işləyir.Raskolnikov sadəcə mənim beynimdə təhsilini bitirən,yaxşı hüquqşünas olan bir gəncdir.Təəssüflər olsun ki,Raskolnikov yenə də həyata qarşı soyuyur və o, heç bir ədalətsizliyini qəbul edə bilmir.Sanki içində dinmək bilməyən bir fırtına baş verirdi.Göy üzündən də əzəmətli yer var,dənizdən də...İnsan qəlbinin ən sirli dərinlikləri...
Bir insan qəlbində nələr daşıyır onu müəyyən etmək elə bilirsiz asandır? Qoyun,əlinizi vicdanınıza.Kimin qəlbi hər mənada daha sakit və daha hüzurludur? Kim deyə bilər ki mən mükəmmələm və xoşbəxtəm?
Heç kim,inanın buna heç kim... Biz nə xoşbəxt,nə də tam bədbəxt insanlarıq.Biz sadəcə bu həyatda zülm çəkməyə məhkum qalmış insanlarıq.Hər cəzanın bir bədəli var.Hər etdiyimiz hərəkətin bir nəticəsi olur.Yaxşılıq edirsənsə yaxşılıq qazanacaqsan,lakin pislik edirsənsə pislik qazanacaqsan.Bu həyat şahmat oyunu kimidir.Ya qalib gəlir şah olursan, ya da məğlub olursan.Seçim bizim əlimizdədir.Ya talehini idarə etməyi bacarmalısan,ya da talehinin məhv olduğunu izləməlisən.İndi hər kəs düşünsün ki,cinayət işləmək nə asan,nə də səbəbsiz olur.Səbəb olmalıdır,həm də mütləq olmalıdır.Zəkalı görünüb axmaq kimi davranmaqdan yaxşı bir şey yoxdur.Bu ifadənin mənasını daha yaxşı başa düşəcəyik.İndi Raskalnikovmu günahkardır,yoxsa, cəmiyyətmi?
Hansı ehtimal seçdiniz? Yenə Raskolnikov?

Qatil yenə də Raskolnikov oldu.Bu cinayəti işləyən o idi.Raskolnikov yuxudan ayıldı və o heç nəyə inana bilmədi,amma inandığı tək bir gerçək vardı.Onu bu cinayəti işləməyə sürükləyən səbəb...


Yenə insanlar,yenə cəmiyyət...
Başa düşmək istəmiriki ki,bu insanın qəlbi rahat deyildi,özünə gələ bilmirdi.O,bu həyatı yaşamağa layiq deyildi.Hər ehtimalda Raskolnikov qarını və Lizavetanı öldürmüşdür.Mən onu hüquqşünas olaraq ona görə təsəvvür etmək istədim ki,Raskolnikov ədalətli bir hüquqşünas olsaydı belə cinayətə necə baxardı? Siz düşündünüz ki bəlkə də,mən onu qatil yox,günahsız biri olaraq yaradacam?
Etmədim bunu,yaratmadım,çünki o,bunu etmişdi...Raskolnikovun mənə görə haqlı tərəfləri çox idi,amma cinayət işləməməsi üçün haqsız səbəbi də yox idi.Cinayət işləmiş və həyatını məhv etmiş bir insanın sonunu müsbət olaraq təsəvvür etmək olar?
Dostoyevski əsərin sonunu şübhəli məqamla ona görə bitirmişdi ki,oxucular necə yanaşacaq,necə Raskolnikov yaradacaq?
Mənim ağlımda yaratdığım Raskolnikov yenə də eyni idi,amma mən onun sonunu müsbət yaradıb həyatına olduğu kimi davam edən bir insan olaraq bitirmək istəmərəm.Çox qəribədir,həm də çox qəribə...
Bir tərəfdə sevdiyin insanı qatil olaraq görürsən,bir tərəfdə isə onu o ləkədən xilas etmək istədikdə yenə o bataqlığa sürükləyirsən.Bunu mən etmirəm,çünki Raskolnikov öz talehini özü idarə elədi.Ani bir qərarla hərəkət elədi və indi onu sevən insanlar belə onu oradan xilas edə bilmir.Ya Raskolnikovu olduğu kimi qəbul etməlisən,ya da tənqid edib onu cəmiyətin ən dərin bataqlığına göndərərək həyatını məhv edəcəksən...
Demək olar ki,Raskolnikov və əsərdəki hər obraza münasibətimizi bildirdik.Dostoyevskinin digər əsərləri var ki,oradakı obrazlar haqqında da daha yaxşı məlumatlar vermək olar.Məsələn:”İdiot”əsərindəki obrazlar və əsərdəki cəmiyyətin təsvirinə baxaq:
Nastasiya Filippovna obrazı-Onun ən paradoksal davranışları fikrin dönüşlərini ifadə edir.Ümumiyyətlə,Nastasiya Filippovnanın portreti Dostoyevskinin ən yaxşı təsvirlərindən olub, bütün süjet xəttlərinin birləşdiyi və bütün əhvalatların ayrıldığı mərkəzdir.
Bu mürəkkəb və dərin qadın surətinin iki cür şərhi vardır.Həmin şərhlərdən birinə görə,Dostoyevskinin qadın qəhrəmanı-eyş-işrət düşkünü,yüngül əxlaqlı,şəhvani ehtirasa mübtəla bir qadındır;onun məhv olmasına səbəb də elə bu keyfiyyətlərdir.Özünü “küçə qadını”, ”Roqojinin aşnası”,”abırsız”adlandırması da əbəs deyildir.Onun çöhrəsində “misilsiz bir qürur” ifadəsi vardır.O,amansız kinli,qəddar qadındır.Romanın qəhrəmanlarından biri onun gözəlliyini ”fantastik və iblisanə” adlandırır.Dostoyevski öz qadın qəhrəmanına “bəraət qazandırır”.Ədib onu kübar Peterburqun pozğun cəmiyyəti fonunda təsvir edərək,qadının ilk rast gəldiyi,mənəvi və daxili aləmi büllur kimi saf bir insana qarşı yüksək duyğusunun yaranmasını çox gözəl vermişdir.Yeni həyata qədəm qoyan Nastasiya Filippovna totskilərə,yepançinlərlə,ivolginlərə qarşı qiyam edir.Qadının,gənc bir qızı sevgi və səadət kimi ülvi hüquqdan məhrum etmiş olar şəhvət düşkünlərinin gözünün içinə dediyi etiraz sözləri həqiqət və ədalət sədalarıdır.
Qəlbən sevdiyi və eynilə qəlbən də sevildiyini bilə-bilə Nastasiya Filippovnanın özünü knyaz Mışkinə yaraşdırmaması fikri əsərin faciəli dönüş finalıdır.
Aqlaya Yepançina surəti Nastasiya Filippovna ilə təzad təşkil edir.O öz mühitinə qarşı tənqidi münasibət bəsləyə bilən qüvvətli və ağıllı qızdır.Aqlaya öz yuvasından azadlığa can atır.Onu inqilabi ədəbiyyat cəlb edir;o,”bütün qadağan olunmuş kitabları oxumuşdur”.Romanın sonunda Aqlaya öz aristokrat mühiti ilə əlaqəsini kəsir,taleyini polşalı inqilabçı ilə bağlayır ki,onun əsarət altında olan vətənini azad etmək uğrunda mübarizə aparsın.
Nastasiya Filippovanın bu general qızına qarşı səmimi diqqəti də buradan irəli gəlir,rəqiblərin məşhur görüşü və bu görüşdə hüquqsuz və nəsibsiz qadın qələbə çalır.Dostoyevski bu həyatı “məhv olmuş qadın”ın ən yüksək ləyaqət və heysiyyət duyğusunu da, nəhayət,onun təhqir edilmiş varlığını bürüyən iztirab təlatümünü də sənətkarlıqla açıb göstərmişdir.
Dostoyevskinin ən çox sevdiyi kitablardan birində eybəcərlər kilsəsinə qarşı Paris Notrdam kilsəsi dayanmışdır.Gözəl Esmeralda isə eybəcər və müdhiş Kvazimodada sevgi ehtirası doğurur.Dostoyevski öz realist romanlarında,bəzən də yeni dövrün ruhuna uyğun dəyişdirilmiş və həyatın dərin qatlarına doğru qəfil,cəsarətli dönüş etmiş sonrakı romantizm üsullarından istifadə edirdi.Ona görə də “İdiot”un başlıca mövzusuna,əsas motivi bir növ parodiya halına salan xüsusi epizodlar uyğunlaşdırılır.Lebedevin qrafinya dyu Barri haqqındakı rabitəsiz hekayəti Mışkinin ölümünə məhkum edilmişin son günü haqda təsirli düşüncələrini tamamlayır.Holbeynin “Çarmıxdan çıxarma” əsəri haqqında İppolitin qeydi Mışkinlə Nastasiya Filippovanın elə həmən şəkildən aldıqları təəssüratın bir növ kinayəli şərhidir.Bütün bunlar romanın əsas mövzusu üçün bir sıra uyğunluqlar,paralellər,yaxud”süjet qafiyələri”yaradır və leytmotivlər əmələ gətirir.
Dostoyevski burada öz sevimli üsulunu tətbiq etmişdir.Bu əsər haqqında məlumat verməyimin məqsədi odur ki,Dostoyevski burada cəmiyyətdəki təbəqələşməni və oradakı durumu obrazlar vasitəsi ilə ifadə etməyə çalışıb.Məsələn onun “Yer altından qeydlər”əsərində də insan daxili aləminin durumunu,insan hisslərinin təsviri verilib.
Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz,insanlardan qaçan,daha çox öz daxilinə qapanmış,qaraqabaq insan tipinə,məhz bu romanda da rast gəlirik.Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs,cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir.Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. “Mən xəstə bir adamam”ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxsiyyət,cəmiyyətdən nə üçün qaçdığından,öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəhs edir.İkinci hissədə isə o,daxilinə qapanmadan öncəki sosial həyatından bir neçə səhnə nəql edir.Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər bir roman olmaqla yanaşı,eyni zamanda möhtəşəm bir psixi təhlil xarakteri də daşıyır.Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır.
Hər insanın xatirələrində hər kəsə aça bilmədiyi,bəlkə ancaq dostlarına deyə bildiyi şeylər var.Elə şeylər də var, onları heç dostlarına da aça bilməz,ancaq özünə açar,həm də sirr olaraq.Nəhayət, elə şeylər də var,insan onu özünə belə açmağa qorxur və belə şeylər hər bir ləyaqətli insanın içində üst-üstə qalaqlanır.
Dostoyevskinin bütün əsərlərində qəhrəmanların talehindən və onların tənhalığından söz açılır.Biz bu obrazlar vasitəsilə bəzən özümüzdə axtarıb da tapa bilmədiyimiz sualların cavabını tapa bilirik.Bunu digər rus müəlliflərin əsərlərində görə bilərik.Bəzən mövzu baxımından çox uzaq olur,amma yenə də onların daxili aləminə endiyimiz zaman öz şüurumuzu və düşündüklərimizi daha yaxşı anlaya bilirik.
Turgenevin”Atalar və oğullar”əsərindəki Bazarov obrazı bir az çox düşündürücü obrazdır.Ona görə həyatın mənası yox,real olan şeylər sadəcə görünən şeylərdir.Əslində bəlkə də,bu əsərlə Dostoyevski əsərindəki obrazlar arasında çox oxşar şey yoxdur,amma önəmli olan hər obrazın çətin və anlaşılmayan tərəfləri çoxdur.Mən rus ədəbiyyatı nümunələrində çox diqqət etmişəm ki,müəlliflər obrazlarını o qədər sirli yaradıb ki,onları müəyyən etmək heç də asan deyil.A.Puşkinin “Yevgeni Onegin”əsəri də bura aiddir.Yevgeni obrazının nə etmək istədiyini bir an anlamaq olmurdu.Sanki o,varlıq içində yoxluq çəkirdi.Onun əsərdə Tatyana ilə olan münasibətini Raskalnikov və Sonyaya bənzətmək belə olar.Yəni bunların hər birini müəyyən yerlərdə müqayisə vermək olar.
Qayıdaq əsərə:
Raskolnikov:Razumixin ağlımda oturmayan hissələr var.
Razumixin:Nə məsələn?
Raskolnikov:İlk cinayət törədilərkən evin qapısı açıq idi yoxsa qapalı?
Razumixin:Bu necə sualdır axı,qapı təbii ki,açıq olmuşdur ki, Lizaveta evə daxil ola bilmişdi.
Raskolnikov:Bəs səncə də bu cinayət araşdırmasında diqqətsizliklərə yol verilməmişdirmi?
Razumixin:Nə düşünürsən yenə?
Raskolnikov:Məgər səncə də cinayətkar qapını açıq qoyub evə daxil olub qarını öldürdükdən sonra qızılları axtarma müddətini düşünməyibmi?
Razumixin:Ağla belə bir sual da gəlir.Qarı qapını özü açmışdır.Və evin salonunda cəsəd tapılmışdır.Bəs səncə də bu hissə daha qəribə deyilmi?
Raskolnikov:Onda belə qənaətə gələ bilərik ki,cinayəti törədən şəxs qarının tanıdığı biri idi.
Raskolnikovun Razumixinlə olan bu dialoqu Raskolnikovun öz yuxusunda gördüyü hadisələrə cavab tapmaq və cinayətin həqiqətən də,yuxusunda olduğu kimi olub olmadığını dəqiqləşdirmək istəyi idi.Raskolnikov az da olsa,cinayətin yuxusunda olduğu kimi olmadığını düşünürdü.Amma içində böyük bir qorxu hissi daşıyırdı ki,bəs birdən cinayət yuxumda olduğu kimi olarsa əgər cinayətkar bu halda özüm oluram.Raskolnikovun bu məsələ ilə yaxından və stressli bir şəkildə maraqlanması Razumixində azca da olsa, şübhə hissi doğururdu.Mənim təxəyyülümdə ki,hadisələr Dostoyevskinin “Cinayət və Cəza”əsərində baş verən hadisələrin baş verdiyi kimi olmama ehtimalını da ön plana çıxarır.Razumixin Raskolnikovdan şübhələnməyə başlamışdı.Çünki cinayətdən öncə Raskolnikov özü də o mənzildə yaşamışdı.Raskolnikovun psixologiyasının yerində olmamasının bir çox göstəricisi vardır.Cinayət törədəcəyi ana qədər o bir çox diqqətsiz və diqqətsizliklə yanaşı çox ağıllı addımlarda atırdı.Sanki onun ağlı gəlib-gedirdi.O cinayəti törədərkən həyəcanlanmır,soyuqqanlı rəftar edirdi lakin cinayətin öyrənilməsi şübhəsi daha çox qorxmağına səbəb olurdu.Əsəri oxuyarkən diqqətimi çəkən məqamlar olurdu.Cinayət baş verdən hissəni oxuduğumda ən çox diqqətimi çəkən hissələrdən biridə cinayət baş verdiyi müddətdə aşağı mərtəbələrdə rəngsazların çalışması və bu cinayətin eşidilməməsi biraz inandırıcı gəlmir.Cinayət mənzilin 4-cü mərtəbəsində törədilmişdir.Rəngsazlar isə 2-ci mərtəbə çalışırdılar.Halbuki Raskalnikov cinayəti törədəcəyi ana qədər bir neçə dəfə ətrafa nəzər yetirirdi və səssizlik olduğunu görürdü.Əsərdə belə məqam var ki,qarı qapını azca açmışdı ki,Raskolnikov qapını özünə çəkir və qısa olsada aralarında çəkişmə olur.Cinayət törəndikdən sonra Raskolnikov evdən çıxmaq istədiyində evə başqalarının gəldiyini eşidib içəridən qapını kilidləyib səssizcə gözləyir.Və bu anda “sanki dəhşətli bir yuxu görürdü” deyə ağlından keçirirdi.Mənim təxəyyülümdə canlandırdığım hadisələrdə məhz bu düşüncə üzərində formalaşdı.
Razumixin:Bəlkə də,tanımadığı birisi idi cinayəti törədən.
Raskolnikov:Sən heç axşam tanımadığın adama qapı açarsan?Özüdə bilirsən ki,evində qır-qızıl var.
Razumixin:Düz deyirsən amma insandı bilmirik nə məqsədlə qapı açılıb.
Raskolnikov:Aşağı mərtəbədə rəngsazlar işləyirdi.Bəlkə də cinayəti onlardan birisi törədib.
Razumixin:Niyə öldürsün tanımadığı birini?
Raskolnikov:Bilmirik axı bəlkə də,rəngsaz qılığında bir oğru idi.
Razumixin:Əslində düz deyirsən bu ehtimal da ağla batandır.
Raskolnikov bu düşüncələriylə Razumixindən istintaq müddəti haqqında məlumatları almağa davam edir.O yuxusunda olduğu kimi hadisələrin olub olmadığına əmin olmaq istəyir.Razumixin isə getdikcə şübhələnməyə başlayır.İnsan bir mövzuda şübhələnirsə deməli o mövzuda o insana görə nəsə doğru olmayan bir şey olur. Razumixin hələdə istintaq müddətindən xəbərlər gətirməyə dəvam edir.
Razumixin:Raskolnikov,evin mətbəxində,vedrənin içində bulanıq su tapılıb.Hətta suyun rəngi bulanıq qana bənzəyir.
Raskolnikov:Qatil yəni balta ilə cinayəti törətdikdən sonra baltadakı qan izlərini təmizləmək üçün onu yuyub.
Razumixin:Hə ilk öngörüşlər belə olmuşdur sonradan ekspertlərin araşdırmasıyla təsdiqləndi.
Raskolnikovun yuxusunda baş verən hadisələr artıq yavaş-yavaş öz təsdiqini tapırdı.Bunu görən Raskolnikov qorxu hissinə qapılmağa başlayırdı.Onun gördüyü yuxudakı kimi baş verirdi hadisələr.Bunun sonunun həbs olduğunu bilə-bilə hələdə qaçmırdı.Amma tam əmin olmaq istəyirdi və buna görədə sonuna qədər gözləyəcəkdi.
Raskolnikov:Cinayət şübhəlisi varmı?
Razumixin:Bir nəfər etiraf edib.Amma tam şübhələri doğrultmur.
Raskolnikov:Necə yəni?
Razumixin:Sanki törətmədiyi cinayəti etiraf edib.
Raskolnikov:Kimdir etiraf edən?
Razumixin:O gün binada işləyən rəngsazlardan biri.
Raskolnikov bir müddət susur...Heç bir şey deyə bilmir, çünki o yuxusunun o hissələrini xatırlamırdı.Razumixin bu susqunluqdan heç bir şey anlamayıb oradan uzaqlaşdı.Raskolnikov yuxusunu xatırlamağa nə qədər çalışdısa yuxunun bəzi yerlərini xatırlaya bilmirdi.Raskolnikov azda olsa rahatladı çünki o öz-özlüyündə düşünürdü ki, bəlkə cinayəti mən törədməmişəm.İstintaq müddətində gələn etirafa polis inanmır və araşdırmağa davam edir.Yalnız tək cinayət şübhəlisi yenə də rəngsaz idi.Çünki o etiraf etmişdi.Bir gün Raskolnikovun qapısı döyülür.Qapını döyən polis idi.Raskolnikov qapını açır...
Polis:Salam.Rodion Raskolnikov sizsiniz?
Raskolnikov:Salam. Buyurun, mənəm.
Polis:Bizimlə gəlməlisiniz,yəqin ki,öldürülən qarı və bacısı haqqında xəbəriniz var?
Raskolnikov:Xəbərim var,amma mənlə nə əlaqəsi var hadisənin?
Polis:Siz bildiyimə görə hüquqşünassınız.
Raskolnikov:Bəli.
Polis:Gedişatları bizdən yaxşı bilirsiniz.Xaiş edirəm, çətinlik yaratmadan gedək.
Raskolnikov qorxudan nə edəcəyini bilmədi və daha çox şübhə çəkməmək üçün polislərlə getməli oldu.Beləliklə, istintaqa Raskolnikovda daxil edildi. Porfiri Petroviç istintaqı aparan pristav idi.Petroviçlə Raskolnikov arasında keçən dialoqa nəzər salaq:
Petroviç: Rodion Raskolnikov, cinayət gecəsi harada idin?
Raskolnikov:Evimdə...
Petroviç: Cinayət törədiləndə heç bir səs eşitmədin və ya tanımadığın birini görmədin?
Raskolnikov: Xeyr, nə kimsəni gördüm, nə də səs eşitdim.
Petroviç: Düzünü de!!!(Sərt şəkildə bağırır)
Raskolnikov:Düzünü deyirəm olanlar bunlardı.Mənim məsələ ilə əlaqəm yoxdur.
Petroviç: Yalan danışma! Qarının yaxınında gümüş qutu tapıldı və üzərində sənin barmaq izin var.
Raskolnikovu qorxu bürümüşdü.Və ürək döyüntüsü getdikcə artırdı.Sanki ürəyi yerindən çıxacaqdı.Petroviç isə durmadan basqı edirdi.Raskolnikov soyuqqanlı olmasa hər an açıq verə bilərdi.Amma yuxusu tamda yadında olmadığına görə sağlam düşünə bilmirdi.Gördüyümüz kimi xəstəlikdən çox insanı bir çox çətin vəziyyətə salan amil qorxu hissidir.İnsan etmədiyi bir şeyi bir az hədə qorxu ilə bəlkə də qəbullana bilər.Raskolnikov obrazı isə mənim təxəyyülümdə gördüyünüz kimi özü belə cinayəti törətdiyindən əmin deyil.
Raskolnikov:Bir bardağ su ala bilərəm?
Petroviç:Ordan su gətirin qatilə!
Raskolnikov psixoloji olaraq çökürdü.Amma o istintaq vəziyyətini bildiyi üçün soyuqqanlılığını bacardığı qədər qorumağa çalışırdı.Petroviç isə işini ustalıqla psixoloji olaraq və psixologiyadan əlavə sərt bir şəkildə qarşısındakı adama təsir etməyi bacarırdı.İkisidə ədalət işçisi olduğundan bir-birilərinin düşüncələrinə az-çox hakim idilər.Əsasda Raskolnikov çünki onun vəzifəsi hüquqşunaslıq idi.
Raskolnikov:Siz kimsiniz ki,mənim kimi bir hüquqşünası əsas dəlil olmadan günahlandırırsınız!?
Petroviç: Mən kiminlə necə danışmalı olduğumu çox yaxşı bilirəm.Özü də burada sualları mən verirəm!
Raskolnikov:Siz sual vermirsiniz açıq şəkildə mənlə qatil kimi rəftar edirsiniz.
Petroviç:Az danış!İndi isə sualıma cavab ver.Qarının yanında olan gümüş qutusunu qarıya niyə və nə vaxt vermisən?
Raskolnikov:Mən evin ödənişini gecikdirmişdim. Maddi çətinlik olduğuna görə və imkan tapan kimi gətirib borcumu verdim.
Petroviç:Mənim sualım bu deyildi.Verilən suala cavab ver!
Raskolnikov:Mən həmin gecə gəldim qarıya gümüş qutunu verdim və evimə qayıdıb yatdım.
Petroviç:Cinayəti niyə törətmisən?Etiraf et!
Raskolnikov:Mən cinayət törətməmişəm.Əgər cinayəti mən törətmişəmsə,haradadır dəlil,sübut?
Petroviç:İstintaq davam edir heç narahat olma.Buraxın getsin!
Raskolnikov əlləri əsə-əsə polis şöbəsindən uzaqlaşır.O evinə gedir və təlaşlı şəkildə nə edəcəyini düşünməyə başlayır.Birdən qapı yenə döyülür.Bu dəfə gələn Razumixin idi.
Razumixin:Yoldaş, nə oldu səni niyə sorğuya aparıblar?
Raskolnikov:Qarıya olan borcumu gümüş qutu ilə ödəmişdim onun üzərində barmaq izim tapılıb.
Şübhəli olaraq çağırıldım sonra isə bir şey çıxmayacağını anlayıb sərbəst buraxdılar.
Bu çox qəribə bir hadisədir amma yuxudur.Yuxularımız bəzən tərif edilməyəcək dərəcədə qəribə olsa da ancaq bəzəndə həqiqətlərdən xəbər verir.Cəmiyyətimizdə belə yuxu ilə əlaqədar müxtəlif anlayışlar vardır.Əsasəndə xalqlar arasında müxtəlif anlayışlar mövcuddur.İlk olaraq Raskalnikovu düşünürən o idi ki,mən cinayəti yuxumda necə törədim axı?
“Cinayət və cəza” əsəri olduqca sirli əsərdir.Hadisələri bəzən təxəyyülümdə canlandırmaq belə mənə çətin gəlir.Cinayət işləndiyi zaman hər ehtimal mümkündür,amma unutmayaq ki,dəlil,iz-bunlar bizi nəticəyə aparır.Bütün bu verdiyim dialoqlar öz təxəyyülümdə canlandırdığım hadisələrdir,çünki əsərdə tam da görmək istədiyim və lazım olan hissələr olduğunu düşünürəm.Cəza ən son nöqtədir,amma cinayət elə deyil...
Cinayət çox düşündürücüdür.Çox düşünürəm və anlamağa çalışıram...
Niyə,niyə bu cinayət işlənsin? Sanki fakt çatışmır və onu tapa bilmirəm.Ya da birini tapdıqdan sonra digərini itirirəm.Bu əsərə yüngül yox,çox ciddi yanaşmaq lazımdır.Niyə insan cinayət işləsin?
Maddiyyat niyə onu o məqama çatdırsın? Elə faktlar müəyyən etmişəm ki,sadəcə dəhşətli gəlir.Nəticələr: 1)Raskolnikov normal həyatda həyəcanlı olsa belə cinayəti işlədiyi zaman çox normal və qatil necə davranmalıdırsa elə davranır
2)Baltanı qanlı halda suya salması və onu təmizləməsi...
3)Qarını sərbəst öldürdüyü andan azca keçməsi ilə dərin həyəcan və qorxunun onu bürüməsi..
Bunlar çox əsaslıdır və düşündürücüdür.Əvvəl düşünürəm ki,xəstə deyib keçə bilmərəm və daha sonra anlayıram ki,onu o məqama çatdıran xəstəliyidir.Biz bəzən əsərin öncələrinə diqqət etmirik,amma elə əsəri açan tam da o əsərin əvvəlləridir.Tam da elə hadisələr oradan başlayır.İpoxondriya xəstəsi gəncin qəribə davranışları və gərginliyi...
Niyə bunlar önəmli fakt olmasın ki...?
Biz insanlar dürüst olduğumuzu düşünürük,amma deyilik.Biz həqiqətləri özümüzə etiraf etməyi qorxuruq və istəsək belə bunu bacara bilmirik.Özümüzdə olan səhvi başqasında tez müəyən edirik,amma bunu özümüz qəlbimizdə etiraf edə bilmirik.Sadəcə dəhşətdir...
Həyatımız sanki tragikomediyadan ibarətdir.Ağlamalı olduğumuz hala gülə bilirik.Bunu durmadan yaşayırıq və heç bir şəkildə dərs çıxarmaq istəmirik.Dostoyevski bəzilərimizə sadə və asan gəlir,amma yazdığı hər bir əsərdə cəmiyyət üçün bir iz qoyub.Silinməyən iz qoyub...
Cəmiyyətimiz bundan dərs çıxarır? Gündən-günə təhlükəyə sürüklənən cəmiyyət bundan dərs çıxarmır.Ya biz o batağlıqda çürüyüb gedirik,ya da onun ən dərinliklərində sadəcə mübarizə aparıb yoruluruq.Hər iki ehtimal bizi həyatdan soyudur.Şəxsiyyət olmaq asandır? Şəxsiyyət olaraq formalaşırıq? Şəxsiyyət olmaq üçün nə edirik? Şəxsiyyət cəmiyyətdə olur?
Şəxsiyyət olmaq üçün hər şeyi normal qəbul etməliyik və nə yaşayarıqsa yaşayaq hər şeyi səbrlə qəbul etməliyik.Bizi qalib edən də budur.Şəxsiyyət cəmiyyətdə olur,amma orada formalaşırsa belə orada da bata bilər.Bir çox şey bizim əlimizdədir.Ya taleyini seç,ya da taleyinə küsüb məğlub olarsan.Seçim sizindir...
Raskolnikov olmaq üçün çox şeyi itirməlisən.Raskolnikov olmaq üçün ölərək yaşamağı bacarmalısan.Raskolnikov olmaq üçün həyatını məhv etməyi gözə almalısan.Raskolnikov olmaq üçün fəda etməlisən özünü...
Raskolnikov olmaq üçün yaşamağı bacarmalısan,amma susmağı da bacarmalısan...
Hər zaman kimlərsə üçün özümüzü fəda edirik və yenə ən son planda özümüz oluruq.Ruhumuz məhkum qalıb bu həyatda.Azad ola bilmirik,qurtula bilmirik.Sanki o dörd divar arasında qalan məhkumlar kimi...Bəzən ağır gəlir hər şey...qurtulmaq istəyirsən,amma bacara bilmirsən.Ya güclü olub yenidən qalxırsan,ya da elə öncədən təslim olursan.Çox mübarizə aparmaq da yaxşı deyil.Bəlkə Raskalnikovun təslim olma vaxtı çatmışdı.Bəlkə artıq özünü özü üçün fəda etməliydi.Əsərdə zamanı geri qaytara bilsəydim istədiyim Raskolnikovu yarada bilərdim,amma bunu edə bilmədim.Raskolnikov özünü elə bir uçuruma atmışdı ki sevimli qəhrəmanımı yenidən yaradıb onu oradan xilas edə bilmədim.Onu haqlı çıxarmağa çalışdım,onun hekayəsin yenidən yazmağa çalışdım,amma o,öz hekayəsini silinməz şəkildə çoxdan yazmışdı.Həm də elə yazmışdı ki,ona yenidən şans verilməsinə belə icazə vermədi.Yarada bilmədim,xilas edə bilmədim onu..
Məhkum kimi qalmış həyata küsmüşdü.Raskolnikov gələcəyini,prinsipini öldürdü,qarını deyil...
Ölüm dediyin nədir ki? Ölüm hər zaman var,amma vicdanla ölmək asandırmı düşünürsüz?
Əlimizi vicdanımıza qoyaq və sual verək ki,nə qədər insan özünü incidmədən köçüb getdi həyatdan?
Nə qədər insan hekayəsini yenidən yaza bildi? Kimlər taleyi ilə barışıb köçdü bu həyatdan?
Heç biri və bəlkə də, heç birimiz...
Ölümdən qaçırıq,amma ölümə yaxınlaşırıq xəbərimiz yoxdur...
O,bizə bəzən böyük hədiyyə,bəzən isə gözləmədiyimiz anda gələn qonaqdır.Heç ayrılmaq istəmirsən,heç doymursan və heç getmək istəmirsən bu həyatdan...
Gedirsən,amma qayıda bilmirsən.Hekayəm bitir və mən artıq canlı ölüyə çevrilən insan oluram.Bəs sonra yaşaya bilirəm? Onu qaytara bilirəm?
Edə bilmirəm və məğlubmu,yoxsa,qalibmi oluram?
Onu məndə bilmirəm...
Raskolnikov artıq qaçış yolunun olmadığını başa düşməyə başlamışdı.Gördüyü yuxu onun törətdiyi cinayətin sanki özəti idi.O, bu qorxunc hadisəni necə etdiyini tək bir şeyə bağlaya bilirdi o da xəstəliyi...
Raskolnikov etiraf etmək istəyirdi, amma düşünürdü ki,bəs mənim sonrakı həyatım necə olacaq?
Bəlkə də,sonrakı həyatım olmayacaq.İki nəfərin ölümünü bir hüquqşünas kimi düşündük də bilir ki,ağır cəza onu gözləyir.Artıq o,çox narahat olmağa başlayır.Gecələr yuxuları pozulur, yuxularında cinayəti görür və kabuslar içərisində oyanırdı.O öz vicdanını susdura bilmirdi.Sadəcə vicdanının susdurmağının tək yolu cinayəti etiraf edib təslim olmaqdı.Bir neçə dəfə o cinayəti etiraf etmək üçün polis şöbəsinə getsə də bunu etməyi bacarmırdı.Bütün həyatını dəyişdirəcək o qərarı zatən qəbullanmışdı.Raskolnikov öz beynindəki düşüncələrini susdurmağı bacarmırdı.Artıq o özüdə bezmişdi bu vəziyyətdən.Etiraf etmək qərara gəlir və polis şöbəsi istiqamətində yola düşür.
Yolda Razumixinlə rastlaşır.
Razumixin:Hara gedirsən yoldaş?
Raskolnikov:Şöbəyə gedirəm bir işim var.Bəs sən haradan gəlirsən?
Razumixin:İstintaqla bağlı yeni xəbər gəldi ki,rəngsaz sərbəst buraxılıb onun dedikləri ilə cinayət araşdırmaları tutşmurdu.
Raskolnikov bu xəbəri eşitdikdən sonra məyus şəkildə geriyə döndü.Evində son dəfə düşüncəyə daldı.O artıq əmin idi ki,etiraf etməsə belə bu işin sonu yaxınlaşır.Əlbəttdə, bu işin sonu Raskolnikovun həbs olunması ilə yekunlaşırdı.Gecə yenə kabus görən Raskolnikov yuxudan oyanır və səhərə kimi oyaq qalır nə edəcəyini düşünür.Hər tərəfli düşünsə belə görür ki,tək çıxış yolu etirafdadır.Səhər açılır o şöbəyə yollanır.Şöbəyə çatdıqda son dəfə ətrafa baxınıb daxil olur içəriyə.Bir başa pristavın otağına tərəfə gedir.Petroviçi taparaq ona deyir...
Raskolnikov:Pristav salam.
Petroviç:Salam
Raskolnikov:Mənim cinayət haqqında sizə söyləyəcəklərim var.
Petroviç:Sizi eşidirəm buyurun,vaxtım azdır.
Raskolnikov:Cinayəti törədəni bilirəm və yaxından tanıyıram.
Petroviç:Kimdi qatil?
Raskalnikov:Rodion Raskolnikov
Təxəyyülümdə canlandırdığım hadisələrdə onu göstərmək istəyirəm ki,insan cinayətkar olsa belə vicdanı ilə hərəkət edə bilir.Raskolnikov obrazıda vicdanının sözünü dinləyərək cinayəti etiraf edir.Etiraf etməyib cinayətin üstü açılmadan o qaçıb gedə bilərdi, amma o vicdanının sözünü dinləyərək öz-özünə azda olsa təsəlli vermiş oldu.
Petroviç Raskolnikovdan cinayətin necə baş verdiyini danışmasını istəyir.Raskolnikov cinayəti necə törətmişdirsə elə olduğu kimi də danışır.Petroviç masadan qalxıb otağı tərk edir.Qapının önündə duran polislərə deyir ki,cinayətkar buradadır.Gəlin,cinayətkarı aparın nəzarətxanaya.
Raskolnikov nəzarətxanaya aparıldıqdan bir neçə gün sonra məhkəmə baş tutur.
Hakim:Görünən odur ki,cinayəti bir hüquqşünas törədib.Rodion Raskolnikov nə üçün cinayət işləmisiniz?Özünüzü necə müdafiə edəcəksiniz?
Raskolnikov:Bəli, cinayəti mən törətmişəm.Cinayəti törətmə səbəbim... Qarı məni cinayəti törətməyə təşəbbüs etmişdi.
Hakim:Qoca qarı nə etmiş ola bilərki,siz onun həyatına son qoyasınız?
Raskolnikov:Maddi vəziyyətimin pis olduğunu bildiyi halda mənə etdiyi basqılar və ailəmin çətin vəziyyətdə olması məni cinayət törətməyə qədər gətirib çıxardı.Qısacası hakim bəy mənim cinayət törətməyimin başlıca səbəbi həyatın ağır imtahanlarına güc gələ bilməməyim idi.
Hakim:Təhsilini məhv etməyə dəydi?
Raskolnikov:Mənim psixoloji xəstəliyim var.O anda etdiyim bir çox şeylərdən xəbərim yox idi.
Hakim:Bəs sonradan necə xəbərin oldu?
Raskolnikov:Qəribə olsa da dərin yuxuda oldum.Bütün yaşanan hadisələri tək-tək təkrar törətdim.
Hakim:Bəs Lizavetanı niyə qətlə yetirdin?
Raskolnikov:Lizavetanın günahı yox idi.Amma cinayət anında ora gəlib çıxması və baş verən hadisənin şahidi olduğuna görə onu da öldürməyə məcbur qaldım.

Hakim Raskolnikovla bu dialoqdan sonra hökmü oxuyur.Sibirə sürgünə yollanan Raskolnikov oradakı cəzasını çəkdikdən sonra katorqaya yollanır.Həbsxana dövründə onun ən böyük dəstəkçisi Sonya olmuşdur.


Bütün bunlardan sonra obrazı və əsəri ümumiləşdirib artıq yekunlaşdırmağa çalışıram.Hər insanın yaşadığı taleh çox fərqlidir.Biz bununla böyük əsər sayəsində şahid olduq.Kimisi Raskolnikovun yanından ötüb keçdisə,kimisi onu anlamağa çalışdı.Mən onun yanından ötüb keçmədim.Sadəcə özümə suallar verdim.Cəmiyyət dəyişər,yoxsa,şəxsiyyət?
Cəmiyyət dəyişməz,şəxsiyyət dəyişər,insan dəyişər.Bir toplumu necə dəyişdirmək olar?
İnsan istəkləri onu dəyişər,insanın arzuları və xəyalları dəyişər.Nələrsə bizi dəyişər.Həyat uzun bir yoldur.Bu yolda kimin nə qədər yaşayıb-yaşayamayacağını həyat göstərər.Ya əvvəl zəif olur,ya da yaşanan hər şeydən sonra güclü bir şəxsiyyət oluruq...
Yenə dəyişdim,amma cəmiyyət dəyişmədi.İnsanlar fərqlidir,hər kəs eyni deyil.Günahkar və casus bir həyatı yaşamaqdansa daha saf və ağıllı insan olaraq həyatımı yaşaya bilərəm.Bəlkə də,bununla dünyamı dəyişmiş olaram.
Raskolnikovun işlədiyi cinayəti bir başqası,yəni özünüz işləsəydiniz insanların sizə göstərdiyi reaksiyaya necə qarşılıq verərdiniz?
Daha öncə qeyd eləmişdim ki,daha doğrusu maraqlı bir sual qoymuşdum.O sualı burada təkrar edəcəm,çünki artıq beynimdə nə varsa hər şeyi tamam yazmışam və o suala cavab vermək istəyirəm.”Bir nəfəri öldürənə qatil,min nəfəri öldürənə qəhrəman deyirik.Niyə?
Çünki oyunu belə qurmuşuq.Bəs mən min nəfəri öldürən bir insanı öldürsəm siz arxamdan nə deyərdiniz? Qatilmi,qəhrəmanmı?”
Bu sualın çox sadə cavabı var.Əminliklə deyə bilərəm ki,siz mənə “qatil” deyərdiniz.Çünki bir insanı günahlandırmaq çox asandır.Bəs bir insan tənhalığa çəkilirsə,o,tənhalığı ilə fərqlənə bilər?
Yəni nə dərəcədə bizim gözümüzdə yüksələ bilər?
Təbii ki,heç bir şəkildə.Heç kim tənhalığı ilə başqalarının gözündə yüksələ bilməz...
Qurduğum bu dialoqlar və yaratdığım bu səhnələrin bir çoxu xəyali təsvirimdir.Bilirsiz bunu niyə elədim? Çünki bir obrazı yaxından tanımaq və onu dəqiq bilmək istəyiriksə,onu müəllifin dilindən və öz xəyal gücünüzdən istifadə edin.Raskolnikovu daha başqa necə təsvir edə bilərdim,ya da onu daha necə ifadə edə bilərdim...?
Bəlkə də,çox,amma onu bu şəkildə yarada bildim.
Dostoyevski polifinist yazıçıdır,yəni o digər yazıçılar kimi deyil.Dostoyevski heç vaxt hansı obrazının tərəfində olduğunu göstərməyib.O,tamamilə oxucusunun ixtiyarına buraxmışdır.Məsələn:Tolstoy elə deyil.Onun hər bir əsərində yaratdığı obraza olan münasibətini görə bilərik,amma Dostoyevski heç elə deyil.Mən bunu Turgenevin”Atalar və oğullar”əsərində belə hiss elədim.Bazarov obrazı necə sirli görünür.Bəlkə də,kənardan baxdığımız zaman çox sadə və sıxıcı görünür,amma daxili aləminə endiyimiz zaman onun necə də fərqli olduğunu görə bilərik.Aleksandr Puşkinin”Yevgeni Onegin”əsərində də Onegin obrazını belə deyə bilərəm.O da sanki başqa aləmdə həyat yaşayır və bəzən nə istədiyini anlaya bilməyənlərdən idi.Hər müəllif bunu yarada bilmir.Onların yaşadığı aləmdən çox şey asılı idi.Dostoyevski olmaq zənnimcə,asan deyil...
Cek Londonun yaradıcılığında da bunu hiss etmişəm.Çox mübahisəlidir,həm də çox...
Əsəri oxuduğum an sanki müəllifin işlətdiyi hər ifadəni addım-addım izləmişəm,amma elə məqamlar var ki,bu gün Dostoyevski olsa ona verə biləcəyim çox sual var.Aradan illər ,əsrlər belə keçsə yenə də bu əsər haqqında tam fikir söyləmək qəti mümkün deyil.Əgər bu cinayətin səbəbini doğurdan da,bilmək istəyiriksə ya onu yaşayıb oxumalısan,ya da onun haqqında saatlarla belə olsa düşünməlisən.Bəzən düşünmək belə çox şeyin açarıdır.Mən ilk dəfə bu əsəri oxuduğum zaman tanımadığım bir insana qarşı maraq hissi oyandı və bu hissin arxasıyca getdim.İlk verdiyim sual bu oldu:Niyə cinayət? Bunun başqa yolu yox idi?
Əsəri dəfələrlə oxuduqdan sonra yavaş-yavaş o düyümlər açılmağa başladı.Ya yaşadığımız bu həyat sadəcə bir oyundan ibarətdir,ya da bizim heç ciddiyə almayacağımız qədər vacibdir.
Nəticələrə əsaslanaraq qeyd etmək istəyirəm ki,Raskolnikovun cinayət işləməsinin 4 səbəbini qeyd etmək olar:1)Onun içindəki tamah hissi onu o yola aparır.
2)Ailəvi səbəbləri
3)Yaşadığı cəmiyyətin ona ədalətsiz gəlməsi
4)Ən vacib-xəstəliyi və içindəki səsin onu o yola doğru aparması
Raskolnikovun ən böyük problemi həmişə dediyimiz kimi onun xəstəliyinin olması idi.Bəlkə də,hər kəsi əsəbləşdirən o idi ki, bu insan normalda həyəcanlı və gərgin olursa niyə cinayət işlədiyi zaman sanki zövq alırmış kimi davranırdı?
Bunun səbəbi çox sadə idi.Bu hiss Raskolnikovdan asılı deyildi.Sadəcə o anı yaşayırdı.Hər şeyi qaydasına görə oynayırdı.Raskolnikov çox ağıllı obraz idi,ona ağılsız və məntiqsiz demək doğru olmazdı.Əsərin sonunun necə bitməsini heç birimiz bilmirik.Daha doğrusu Dostoyevskinin əsərin necə bitəcəyinə dair bizə heç bir iz qoymamışdır,amma hər zaman ipuc qoymuşdur.Bu ipuclardan yola çıxaraq o səhnəni xəyalımda təsvir etmişəm.Əgər Raskolnikovun bizə demək istədiyi bir söz olsaydı nə olardı sizcə?
Əslində bunu əsərdə dediyi ifadələrdən bizə göstərməyə çalışmışdır.Məncə,Raskalnikovun talehi gözlənilməz sonluqla bitmişdir və eyni Marin İden də olduğu kimi...
Bunu tam da olmasa bu şəkildə ifadə elədim: Əgər bu həyatda insanlıq deyilən bir anlayış varsa biz bunu niyə göstərə bilmirik?
Yaşamaq və nəfəs almaq niyə bəzən bu qədər çətin gəlir? Susmaq hər şeyi ifadə etmirmi?
Mən sizin yaratdığınız qanunlara deyil də öz qanunlarımı yaratmağa çalışdım.Mən bütün bu yaşadıqlarıma görə heç kimi deyil,sadəcə özümü günahlandırıram.Ya mən bunları yaşamağa layiq bir insanam,ya da bütün bunlardan qurtulmağın yollarını axtarıb da ondan xilas ola bilməyən bir caniyəm.Məni günahlandıra bilərsiz,amma bu sizin haqlı olduğunuz bir mənanı ifadə etmir.Mən bəlkə də haqsız biriyəm,bəlkə də sizin gözünüzdə qorxaq və özünü gizlətməyə çalışan biriyəm,amma mən sadəcə məni anlamanızı istədim.Mən çox güclü durmağa çalışdım,amma olmadı.Mən özümə məğlub oldum və o nə idisə mən ondan qurtula bilmədim.Siz isə bunu bilə-bilə mənim o yola getməyimə səbəb oldunuz...
Yenidən həyatı yaşamaq şansım olsaydı,bilmirəm bəlkə də,daha mənalı həyat sürər və daha cəsarətli olardım.Mən gizləndim,amma məni görmədiniz.Yanımdan keçib getdiniz.Nə qədər insan dönüb mənə fikir verdi? Kimlər mənim düşdüyüm bu halı anlamağa çalışdı?
Heç kim danışmadı və heç kim məni görmək istəmədi.Mənim adım Raskolnikovdur.Raskolnikov “parçalanmaq”deməkdir.Raskolnikov şəxsiyyət olmağı bacardı.Mənim dünyamda da,müəllifin dünyasında da...
Siz məni o dünyadan xilas etmək istəmədiniz,çünki siz məni o dünyaya layiq gördünüz...
Siz yaşadığınız həyatı özünüzə layiq görürüsüz?
Əgər bunu belə qəbul etmək istəyirsizsə bu sizlərin problemidir.Mən bu ədalətsiz həyatı qəbul edə bilməzdim və mən bu şəkildə davam da edə bilməzdim,lakin cinayət işləmək mənim üçün ağır belə olsa əqidəm bundan üz döndərmədi.Vicdanım? bunu soruşursuz bəlkə də...
Vicdanım isə susmur,sanki ürəyimin ən dərinliklərində bir yer mənə hələ də niyə yaşadığımı soruşur.Siz elə düşünürsüz ki mən heç utanmıram? Mənim üçün heç ağır deyil?
Mənə yaşamaq belə ağır gəlir.Nə edə bilərəm axı...?
Mən bütün bunları niyə yaşamalıyam? Kim yaşadığı həyatı indiyə kimi sorğulamayıb ki?
Mən bunlara layiq deyildim,olmazdım da...Məni o yola getməyimə vadar edən səbəblər vardı sadəcə...
Mən isə bunu etdim,amma özümü məhv elədim,həyatımı,gələcəyimi və özümü itirdim.Heç vaxt onu yenidən tapa bilmədim.İndi yenə də məni günahlandıra bilərsiz,amma mənim kimi nə qədər gənc insanlar var ki,bunları yaşayır.Biz heç birimiz bunları yaşamağa layiq deyilik.Sadəcə cəmiyyət qurbanları olan canlı ölülərik...
Mən şəxsiyyət olduğumu qəbul edirəm,amma siz bunu etməyə bilərsiz.Şəxsiyyət olmaq sizə görə fərqli şeylər tələb edə bilər,amma şəxsiyyət olmaq üçün insan olmaq kifayətdir.Bunun sadəcə bir açıqlaması vardı və o sadəcə insan olmaqdan ibarətdir.Aparın əlinizi vicdanınıza və bu sualı verin:Niyə biz bu həyatı belə yaşayarıq,niyə hər şey bizim təsvir etmək istədiyimiz şəkildə deyil?
Bu suala cavab tapdıqda mənim nə demək istədiyimi yaxşı başa düşəcəksiz.Bəlkə də,heç bir zaman bunu anlaya bilmiyəcəksiz.Çünki siz istəklərinizi dilə gətirməkdən və onlarıı yaşamaqdan qorxursuz.Qorxu-bizi yeni addımlar atmaqdan,fikirlərimizi sərbəst deməkdən çəkindirir.Mən isə qorxaq olmamağa çalışdım,lakin bunu nə dərəcədə etdiyimi bilmədim.Mənim hekayəmi bilmək üçün onu yaşamaq lazımdır,amma unutmayın ki,Raskolnikov olub həyatı bu şəkildə yaşamaq üçün çox şey itirməlisiz.Raskolnikov olmaq asan deyil.Ölümü gözə almağı bacarmalısız,çünki mən ölərək yaşamağı gözə alanlardanam.Mənim hekayəmi başa düşənlər düşdü.Məni bu yolda anlayan oldu,yarı yolda qoyan da oldu.Amma mən özümü yarı yolda qoymadım.Mənim hekayəm bu qədər.Mənim həyatım bir çoxunuza dərs,bəzilərinizə isə mənasız bir hekayə olaraq gəldi.Hər kəs adını yaşadaraq və ona layiq olaraq yaşasın...”
Bu ifadələr hər biri Raskolnikovun dilindən verilib,amma əsərdə deyil.Bunlar mənim göstərmək istədiyim Raskolnikovun ifadələridir.Gənc bir tələbənin,gənc bir insanın insanlara demək istədiyi ifadələrdir.Bunları verərək bir az da olsa qəlbimizdə mərhəmət hissini oyatmaq istədim.Gülməli deyil? Bir qatildən həyat dərsi öyrənmək qədər qəribə nə ola bilər ki...?
Sizə görə qatil,mənə görə isə bir şəxsiyyət.Həm də önəmli şəxsiyyət...
Raskolnikov mənim qəlbimdə yaşayan,qorxmadan və çəkinmdən çox sevdiyimi deyə biləcəyim qədər önəmli bir obrazdır.Əslində o,heç bir zaman saxta olmadı və hər zaman olduğu kimi göründü.Onun tək qüsuru qatil olması idi.Necə də önəmli faktdır.Necə də qəribə səslənir.İnsan canına qıymaq və ona əzab vermək...
Qarını öldürdü və onun həyatına bir nöqtə qoydu,amma özünə silinmək bilməyən nöqtə qoydu.Harada itirdi və harada qazandı,necə oldu? və.s heç bilinmədi...Çox dəhşətlidir...
Onun üçün yaşamaq belə ağır gəlirdi.Yaşamaq qədər ağır gələn heç nə yox idi...
Raskolnikovu sadəcə yaşadıqları və həyat da sıxmırdı.onun seçimləri,qərarları onu bəzən dəhşətə gətirirdi.Sanki hərdən özünə qəsd edirdi,amma anlaya bilmirdi.Bütün bunları sanki mənasız yerə etdiyini düşünürdü.
İndi düşünün ki,siz çox ədalətlisiz,yoxsa,bir insan canına qıyan qatil?
Əlbəttə,heç kim.Heç kim iddia edib deyə bilməz ki,mən çox dürüstəm.Dürüst olmaq üçün həyatın qanunlarını satmalısan və hər daim özün olmalısan.Real olmaq qədər çətin heç nə yoxdur.Xəyallar aləmindən qurtulub real olmağa çalışmaq çox ağırdır.Dostoyevski dahidir,o,mükəmməl əsər yazıb.Bir zamanlar V.Hüqo haqqında araşdırma apardığım zaman bir cümlə oxumuşdum.Orada deyilirdi ki,əgər bir yazıçı,bir insan öz həyatını-problemini bəşəriyyətə bağlayırsa və o bunu təsvir edirsə onu mütləq “dahi” adlandırmaq lazımdır.Bəli,Dostoyevski dahidir...
Dostoyevski bəşəriyyət problemini izah etmişdir.O,hadisələri bir obraz üzərində qurub insan talehini təsvir etmişdir.Biz hər nə axtarırıqsa onu cəmiyyətdə axtarırıq.Biz səbəb axtarırıq...
O qədər küsürük,inciyirik,sıxılırıq.Yaşamaq ağırdır...Bunu dərk edirik?
O,çox ağırdır.Mübarizə aparmaq ağırdır.Nəfəsini tutub mir uzun yolda yeriyirsən,saatlarla o yolda təkbaşına yerimək bilirsiz nə deməkdir? Sonunun hara getdiyini bilmədiyin yol...
Hara gedir sonumuz? Nə qədər insanın dilindən kədərli sözlər,üsyan edən şeirlər səslənəcək...?
Nə duran,nə də durduran var.O qədər çılız görünürük ki,bundan heç xəbərimiz belə olmur.Başqalarının sahib olduğu şeylərə sahib olmaq,onlar kimi davranmaq və onlar kimi yaşamaq istəyirik.Nə qədər acizik ki,nə qürurumuzu,nə də xarakterimizi düşünürük.Sözdə yenilikçi olub,amma yenilikdən başqa hər şey edirik.Çox cəsarətliymişik kimi davranıb,amma qorxaq davranırıq.Harada bəs dediklərimiz?
Tənbəl insana gülürük və onu lağ edirik,amma o tənbəl dediyimiz insan belə ən azından özüdür.Çünki vəzifəsi bəllidir.Soyuqqanlı insanları tənqid edirik,amma yenə də özünəməxsus keyfiyyəti var.Sözdə insanıq,amma insanların yaşayıb,insanlığın olduğu bir dünyadayıq.Bu nə zamanla,nə də cəmiyyətlə bağlıdır.Bu elə birbaşa bizimlə bağlıdır.Baxın,bəzən ağlımızla bəzən də qəlbimizlə qərar veririk,amma yaxşı nəticələr almaya bilərik.Yenə də düşsək belə qalxmağı bilirik.Çünki biz varlığıq,biz insanıq.İnsan olmaq bu demək deyil ki?
Niyə özümüzü dəyərli hiss edib həyata davam etmirik?Hər zaman ya keçmişdə,ya da kimdəsə ilişib qalırıq.Bunu qəbul etmirik,amma real olan budur.Biz şəxsiyyətik və biz bunu bildiyimiz halda niyə elə davranmırıq?
Tolstoyun da dediyi kimi “nədir insanı yaşadan?”,nədir sizləri yaşadan?
Ömrümüzün sonuna kimi bu sualın cavabını axtaracağıq.Bəlkə də,hər zaman səhv cavab verəcək və onun doğru yolunu tapa bilmiyəcəyik.Ya pul,ya xoşbəxtlik,ya da nələrinsə yaşatdığını deyəciyik.Əslində bizi yaşadan elə bizlərik.Ölmək istədiyimiz zaman dənizdə öz əllərimizlə boğub özümüzü öldürmək istəyirik,amma sonra hansısa qüvvə bunu etməyin yanlış olduğunu deyir.Sonra başa düşürsən ki,əslində sən özünü deyil,sən o dinmək bilməyən ağrılarını öldürmək istəyirsən.Ya hekayən bitir,ya da hekayənə davam edirsən.Həyat sadəcə xoş şeylərdən ibarət deyil,mənim anlaya bilmədiyim bir şey var.Pozitiv insanlar hər gün həyatdan zövq aldıqlarını deyir,lakin mənə görə çox mənasız fikirdir.Həyat əgər bu qədər pozitivdirsə niyə içimdə zülm çəkirəm?
Niyə yalan danışaraq özümə xəyanət etməyə çalışıram?
Mənə görə,bu sadəcə özünü aldatmaqdır.Bəzən xoşbəxt olduğumuz zaman ona anidən sevinirik,amma unuduruq.Bədbəxt olduğumuz zaman isə xoşbəxt olduğumuz anı unuduruq.
Biz nankor olmuş oluruq? Niyə yalan danışım ki?
Özümə yalan deyə bilərəm,amma qəlbimə əsla...
O,mənə imkan verməz.”Cinayət və cəza”əsəri də belə deyilmi?
Əsərdə cinayət işləyən qatil vicdanından xilas ola bilmir və günahkar olduğu üçün cəzalanır.Eyni həyatda olduğu kimidir.Günah işləməyin qarşılığı cəzadır.”Cəza cinayətdən sonra gəlir...”
Müəllif əsəri kədərli sonluqla tam bitirməsə də,əslində son olan hər şey kədərlidir.Mən o sonu da yaratdım və hekayəmi belə yazdım.Raskolnikov mənim qəlbimdə hər zaman silinmək bilməyən bir iz qoyan qəhrəman oldu.Raskolnikovu başa düşməyim və onun yaşadıqları bir insana bu qədərmi təsir edər...?
Mən onu qatil olduğuna görə deyil,həyatın qum saatı kimi olub axıb gedən zamandan ibarət olduğunu söylədiyi üçün sevdim.Mən heç vaxt onun yanından,düşüncələrindən ötüb getmədim.Mən onu başqa biri olmadığı üçün sevdim.Sizə görə Raskolnikov sadəcə bir qatil ola bilər,amma mənə görə Raskolnikov həyatın ən qəddar imtahanlarına tutulan bir qəhrəmandır.Raskolnikovun da dediyi kimi:Həyat adilər və qeyri-adilərdən ibarətdir.Çox şey itirdi və çox güclü dayandı,amma olmadı...
Mübarizə aparmaq belə bəzən kifayət etmir.Ya bu qanunları qəbul etməlisən,ya da ömür boyu məhkum kimi yaşamağa razı olmalısan.
“Azad olmaq necə də gözəl səslənir...bilmədiyin bir hissi,yaşamadığım bir şeyi necə sevə bilərəm,ilahi...kim bilir bəlkə layiq deyildim,kim bilir bunu yaşamalıydım və belə də bitti.Necə xilas edə bilərəm özümü bu məhkum həyatdan? Bir məhkum insan halımı görsə qəlbi ağrımazmı mənə? Ya bəlkə o,məni başa düşər? Nə də olsa azadlıq....necə də gözəl səslənir...illərdir görmədiyin bir təbiəti,duymadığın səsi yenidən-illər sonra duymaq deyilmi azadlıq?
Hər şeyin öldüyünü bildiyin anda başını göyə qaldırıb bir quşun uçduğunu gördüyün anda sevinərək “azadlıq” dediyin zaman deyilmi azadlıq?
Bittiyini düşündüyün anda yenidən başlayacağını gördüyün an demək deyilmi azadlıq?
Nədir insanı yaşadan? “azadlıq”dır...Azadlıqdır bizi yaşadan...
Nə pul,nə mal-mülk,nə sevda,nə də xoşbəxtlikdir.Azadlıqdır insanı yaşadan və başını göyə qaldırdığın anda başlayan hekayəndir azadlıq..”
İndi anladınızmı nədir şəxsiyyət? Şəxsiyyət olmaq-azad olma deməkdir.Yaşamaq və nəfəs almaq necə də vacibdir.Hekayənizin bittiyinə inanmayın,bittiyi anda başlayır.Savaşın,əyilməyin,cəmiyyətin dilində aciz qatil olmaqdansa güclü və iradəli biri olaraq yaşayın.Yalnız və yalnız bunlardır məni,Raskalnikovu yaşadan...
Mən qəhrəmanımın hekayəsini bitirmək istəyirəm,amma mənim bitirdiyim anda bir başqası onu oxuyub yenidən davam etdirə bilər,çünki Raskalnikovun hekayəsi bitmir,əksinə biz onu yaşadırıq və onu qəlbimizin ən dərinliklərində saf,məsum biri olaraq yaşadırıq.Mən onun talehinin Martin İden kimi bitməsinə icazə vermək istəmirəm.Mən qəhrəmanımı yaşatmaq istəyirəm,çünki yaşamağın necə ağır olduğunu və yaşayan insanın necə əzab çəkdiyini göstərmək istəyirəm.
Bir ip düşünün.Bu iplə intihar da edə bilərsiz,amma özünüzü xilas da edə bilərsiz.Unutmayın ki,iplər sizin əlinizdədir.İpləri qırmayın,onu möhkəm tutun və davam edin.Yaşamaq gözəldir,həyat gözəldir...ümid edirəm ki ağrı ilə sevincin bir tərəzidə necə yerləşdiyini bilmək də gözəldir.Heç nə və heç kim üçün həyatı məhv etmək önəmli deyil.Hekayənizi bitirənlərdən deyil,yazanlardan olun.Cəmiyyəti formalaşdıran insandırsa,bizi də yetişdirən odur.Cəmiyyətin şəxsiyyətlərindən olun.
Dostoyevski bu gün yaşamasa belə o,çox böyük bir xəzinə qoymuşdur.O,qəhrəmanın hekayəsini yazmışdır və biz oxucular bu gün onun hekayəsini davam etdirə bilirik.Bu gün mən onu yaşada bilərəm,amma başqası onu yaşatmaq istəməyə bilər.Qatil olmaq insan öldürmək deyil,ümidləri öldürməkdir.Heç vaxt kiminsə ən əsası öz ümidlərinizi öldürməyin.Ümidlərinizi yaşadanlardan olun.Hekayəm bitti...qəhrəmanın talehinin necə olduğunu sadəcə o bilir,amma bu həyat heç də onun üçün asan başa gəlməyəcək.Mənim onun haqqında yazacağım hekayəm bu qədər...

ƏDƏBİYYAT SİYAHISI


1.F.M.Dostoyevski-“Cinayət və cəza”,Bakı,”Parlaq imzalar” Nəşriyyatı-2021,672s
2.Bakı Slavyan Universiteti.”Kitab aləmi” nəşriyyatı-Poliqrafiya mərkəzi-2005.M.Baxtin “Dostoyevski poetikasının problemləri”
3.Tağıyeva Mahrux Məzahim qızı.Fyodor Dostoyevski yaradıcılığının Azərbaycanda Tədqiqi Tarixi-Bakı:Mütərcim,2019-256s
4.Tağıyeva Mahrux Məzahim qızı.Fyodor Dostoyevski Azərbaycan dilində-Bakı:Mütərcim,2020-224s
5.Reyhan Mirzəzadə.Fikrin böyük sənətkarı Naxçıvan-2021 “Əcəmi” Nəşriyyatı-Poliqrafiya birliyi,1049s
6.F.M.Dostoyevski.”İdiot”.Bakı,”Şərq-Qərb”, 2006,728s
7.A.Abbas.”Allahı qatil edənlər”.Bakı,YYSQ-2014,198s
8.C.London.”Martin İden”.Bakı,”Şərq-Qərb”,2009,203s
9.F.Dostoyevski.”Ölü evdən qeydlər”.Bakı,Qanun Nəşriyyatı,2013,376s,1000 tiraj
10.Vilyam Şekspir.Seçilmiş əsərlər iki cilddə I cild.”Öndər Nəşriyyat”.Bakı-2004,736s
11.Fridrix Şiller.Seçilmiş əsərləri.Bakı,”Öndər Nəşriyyat”,2004,352s
12.Viktor Hüqo.”Səfillər” I-II hissələr.Bakı,”Öndər Nəşriyyat”,2005,648s
13.İvan Sergeyeviç Turgenev.Seçilmiş əsərlər iki cilddə I icild.Bakı,”Şərq-Qərb”,2006,358s
14.İrvinq Stoun.”Yaşamaq yanğısı”.”Avrasiya-Press”.Bakı-2006,454s
15.Lev Nikolayeviç Tolstoy.Seçilmiş Əsərlər üç cilddə I cild.Bakı,”Şərq-Qərb”,2009,645s
16.Türk əsilli ruslar-Dostoyevski.”Dünyanı yalnız gözəllik xilas edəcək”.Minaxanım Təkləli-Xalq Cəbhəsi-2017,27 dekabr
17.Ünsürlərin hakimiyyəti Dostoyevski haqqında.Xatirə Nurgül.Ədəbiyyat qəzeti-2017,15 iyul
18.Dostoyevski və ata qatilliyi.Məti Osmanoğlu.Ədəbiyyat qəzeti-2015,19 dekabr
19.Dostoyevskinin yaradıcılıq yolu.Kaspi qəzeti-2016,15 sentyabr
20.Fyodor Mixayloviç Dostoyevski.”Alçaldılmış və təhqir edilmiş insanlar”.Bakı,”Şərq-Qərb”,2007,374s
Yüklə 110,46 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin