4
PROQRAM TƏMİNATI
(SOFTWARE) VƏ ONUN TƏSNİFATI
Yeni informasiya texnologiyasının sürətli inkişafı və onun tətbiq sahəsinin genişlənməsi kompüterin texniki və proqram təminatlarının intensiv inkişafı nəticəsində baş verir.
Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi başa düşülür, bu da öz növbəsində kompüterin idarə edilməsini və hər hansı predmet sahənin məsələsinin həllini təmin edir.
Müasir kompüterlərin proqram təminatına (PT) müxtəlif yönlü proqramlar daxildir ki, onları da yerinə yetirdikləri funksiyalara görə üç qrupa bölmək olar (şəkil 4.1.):
sistem proqram təminatı (system software);
tətbiqi proqram təminatı (application software);
instrumental proqram təminatı - proqramlaşdırma vasitələri (software tools).
Şəkil 4.1. Kompüterin proqram təminatının təsnifatı
Dostları ilə paylaş: |