Epidemiologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya, İmmunoprofilaktika



Yüklə 1.23 Mb.
səhifə1/16
tarix26.12.2016
ölçüsü1.23 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Epidemiologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu

Epidemiologiya, İmmunoprofilaktika

1) Epidemiologiya xəstəlikləri hansı səviyyədə öyrənir?

A) Orqanizm səviyyəsində

B) Orqan səviyyəsində

C) Toxuma səviyyəsində

D) Hüceyrə səviyyəsində

E) Populyasiya səviyyəsində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

2) Klassik epidemiologiyanın öyrənmə obyekti nədir?

A) Qeyri-infeksion xəstəliklərlə xəstələnmə

B) Epidemik proses

C) İnfeksion proses

D) Epifitotik proses

E) Epizootik proses


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

3) “Ekzotik" xəstələnmə dedikdə nə başa düşülür?

A) Həmin ərazi üçün xarakterik olmayan infeksion xəstəliklər

B) Həmin ərazi üçün xarakterik olan infeksion xəstəliklər

C) Həmin ərazi üçün xarakterik olan qeyri – infeksion xəstəliklər

D) Həmin ərazi üçün xas olmayan somatik xəstəliklər

E) Həmin ərazi üçün xarakterik olan endemik xəstəliklər


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

4) Sporadik xəstələnmə nədir?

A) Tək-tək baş verən xəstəliklərdir

B) Xəstəliyin manifest formasıdır

C) Qrupşəkilli xəstələnmələrdir

D) Xəstəliyin yüngül formalarıdır

E) Ekzotik xəstələnmədir


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

5) İnfeksiya mənbəyinin epidemioloji təhlükəliliyi nədən asılı deyil?

A) Xəstəliyin mövsümiliyindən

B) Törədicinin virulentliyi və xaric edilən törədicinin miqdarından

C) Xəstəliyin gedişinin ağırlığından

D) Xəstəliyin dövründən

E) Ətrafdakı şəxslərin həssaslıq dərəcəsindən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

6) Yoluxma mexanizmi nəyə müvafiqdir?

A) Törədicinin ətraf mühitdə davamlılığına

B) Törədicinin virulentliyinə

C) Yoluxma amillərinə

D) Törədicinin sahibin organizmində əsas lokalizasiyasına

E) İnfeksiya mənbələrinin xarakteristikalarına


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

7) Şaquli yoluxma mexanizmi hansı infeksiyalarda mümkündür?

A) Salmonelyozlarda

B) Sifilisdə

C) Göyöskurəkdə

D) Difteriyada

E) Qızılcada


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

8) Qida yoluxma yolu hansı infeksiyalarda mümkündür?

A) A viruslu hepatitində

B) Göyöskürəkdə

C) Malyariyada

D) Səpgili yatalaqda

E) Qızılcada


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


9) Aerozol yoluxma mexanizmi hansı infeksiyalarda mümkün deyil?

A) Məxmərəkdə

B) Taunda

C) Difteriyada

D) Malyariyada

E) Qızılcada


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

10) Təbii ocaqlar hansı infeksiyalar üçün səciyyəvidir?

A) Transmissiv yoluxma mexanizmli antroponozlar üçün

B) Sapronozlar üçün

C) Qeyri - transmissiv zoonozlar üçün

D) Aerozol infeksiyalar üçün

E) Transmissiv zoonozlar üçün


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

11) Epidemik ocaq nədir?

A) Enzootik ocaq

B) Parazit populyasiyası

C) Hər hansı bir infeksion xəstəlik hadisələrinin daima aşkar edildiyi ərazi

D) Ekzotik xəstəliklər ocağı

E) İnfeksiya mənbəyinin olduğu yer və onu əhatə edən ərazi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

12) Hava-damcı yoluxma yolunun realizasiyanın aktivliyi nədən asılıdır?

A) Törədicinin ətraf mühitə davamlılığından

B) Törədicinin virulentliyinin azalma sürətindən

C) Törədicinin ətraf mühitə davamlılığı əhəmiyyət daşımır

D) Aerozolun dispersliyindən

E) Disperslik əhəmiyyət daşımır


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

13) Hava-toz yoluxma ilə ötürülmə imkanı nə ilə müəyyən olunur?

A) Ətraf mühitdə törədicinin virulentliyinin azalması sürəti ilə

B) Aerozolun dispersliyi ilə

C) Törədicinin ətraf mühitdə davamlılığı ilə

D) Yoluxma mexanizmi ilə

E) Xəstələrin ifraz etdiyi patoloji şirənin xüsusiyyətləri ilə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


14) “Endemiya (endemiklik)” termini nəyi ifadə edir?

A) Müəyyən ərazi üçün xarakterik olan, gətirilmə xəstəliklərlə əlaqəsi olmayan yoluxucu xəstəliklərlə xəstələnməni

B) Müəyyən ərazi üçün xarakterik olmayan hər hansı yoluxucu xəstəliklərlə xəstələnməni

C) Müəyyən ərazi üçün xarakterik olan hər hansı yoluxucu xəstəliklərlə xəstələnməni

D) Müəyyən ərazi üçün xarakterik olan hər hansı zoonoz xəstəliklə xəstələnməni

E) Ekzotik xəstələnməni


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

15) Xəstələnmənin səviyyəsi nə zaman endemik xəstələnmə sayılır?

A) Müəyyən əraziyə gətirilmə infeksiya zamanı

B) Müəyyən ərazi üçün səciyyəvidir

C) Müəyyən ərazidə çoxillik səviyyədən xeyli çoxdur

D) Əhalinin illik xəstələnməsi 100 000-dən yüksəkdir

E) Müəyyən ərazi üçün adi səviyyədən yüksəkdir


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

16) Hava-damcı infeksiyası törədicinin hansı amillərlə yayılması nəticəsində baş verən infeksiyadır?

A) Alətlərlə

B) Cərrahın əlləri ilə

C) Tüpürcəklə

D) Tikiş materialı ilə

E) Tamponlar, salfetlərlə


Ədəbiyyat: məlum deyil
17) Törədicinin hava-damcı yoluxma yolu ilə daşınması zamanı patogen stafilokokların rezervuarı nədir?

A) Tibb heyətinin burun-udlağının ön hissələri

B) Tibbi heyətin örtük toxumaları (dəri, selikli qişalar)

C) Xəstənin tənəffüs yolları

D) Xəstənin mədə-bağırsaq yolu

E) Xəstənin burun-udlağı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

18) Birdəfəlik alətlərin istifadə edilməsi zərurəti nədən irəli gəlir?

A) Zöhrəvi xəstəliklərin sayının artması ilə

B) Mikst-infeksiyaların sayının artması ilə

C) QİÇS ilə xəstələrin və B və C hepatitləri virusgəzdirənlərin sayının artması ilə

D) Vərəmlə xəstələnmənin artması ilə

E) İrinli ağırlaşmaların sayının artması ilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


19) Hospital infeksiyaların profilaktikası tədbirlərinə nə aid deyil?

A) Əməliyyatdan sonrakı dövrdə xəstələrin hamısına antibiotiklərin təyin edilməsi

B) Cərrahi agırlaşmalarla xəstələrin yerləşdirildiyi palatalarin tam təmizlənməsi

C) Xəstələrin erkən evə yazılması

D) Diaqnoz nəzərə alınmaqla xəstələrin palatalar üzrə paylanması

E) Əməliyyatdan əvvəl çarpayı-günlərinin azaldılması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


20) Epidemik xəstələnmə nədir?

A) Xəstəliyin tipik formaları

B) Xəstəliyin yüngül formaları

C) Tək-tək xəstələnmə

D) Qrupşəkilli xəstələnmə

E) Xəstəliyin atipik formaları


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

21) Əksepidemik vasitələrin keyfiyyəti nədən asılıdır?

A) İstehsalın dəyərindən

B) İstehsalçı firmanın markasından və nüfuzundan

C) İstehlakçının tələblərindən

D) Bakterioloji müayinələrin nəticələrinin alınması müddətindən

E) Dövlət və sahə standartlarının tələblərinə uyğun olmasından


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

22) Profilaktik quduzluqəleyhinə peyvənd kimlərə təyin olunur?

A) Uşaq məktəbəqədər müəssisələrinin işçilərinə

B) İnfeksion stasionarın heyətinə

C) Qida müəssisələrinin işçilərinə

D) İttutanlara, it sahiblərinə

E) İttutanlara, poçtalyonlara


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

23) Əhalinin qızılcadan qorunmasının əsas vasitəsi hansıdır?

A) Seropozitiv şəxslərin aşkar edilməsi

B) Vaksinoprofilaktika

C) Xəstəliyin mövsümi paylanmasının dəyişməsi

D) Diri qızılca vaksini ilə revaksinasiya

E) Epidemiyaarası dövrün uzanması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


24) Nəyə əsasən əhalinin həqiqi immun təbəqəsi haqqında fikir yürütmək olar?

A) “Seroneqativ” şəxslərin sayına görə

B) 95%-dən yuxarı uşaqların peyvəndlə əhatə olunmasına görə

C) “Seropozitiv” şəxslərin sayına görə

D) Peyvənd olunanların sayına görə

E) Peyvənd olunanlar arasında seroneqativ nəticələrin aşkarlanmasına əsasən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


25) Qızılca ilə xəstələnmənin çoxillik dinamikasının göstəricilərinin əsas meyarı hansıdır?

A) Yaşa görə xəstələnməinin dəyişməsi

B) Ocaqlılıq əmsalının azalması

C) 7%-dən az seroneqativ şəxslərin sayına görə

D) 95%-dən yuxarı uşaqların peyvəndlə əhatə olunması

E) Sporadik xəstələnmə, yəni yayılmayan tək-tək hallar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

26) Qızılca zamanı epidemik prosesin idarə olunmasının effektivliyinin meyarı hansıdır?

A) Xəstələnmənin epidemiyaarası dövrünün azalması

B) Əhalinin indikator qrupları arasında 25%-dən az seroneqativ şəxslərin olması

C) Xəstələnmənin azalması meyli

D) Vaksinlərin immunoloji effektivliyinin 60%-dən yuxarı olması

E) Ocaqlılıq əmsalının artması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


27) Qızılca infeksiyasında yeganə infeksiya mənbəyi kimdir?

A) Xəstə heyvan

B) Virusgəzdirən

C) Xəstə insan

D) Uşaqlar

E) Virusgəzdirən və xəstə insan


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


28) Difteriyanın epidemik ocağında əksepidemik tədbirlərin aparılmasının əsas məqsədi nədir?

A) İmmunlaşdırmanın aparılması

B) Törədicigəzdirənlərin aşkar edilməsi

C) Ocağın lokallaşdırılması və ləğv edilməsi

D) Ocağın sərhədlərinin müəyyən olunması

E) Xəstələrin qeydə alınması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

29) Difteriya ocağında profilaktik peyvəndlər kimlərə edilir?

A) Növbəti vaksinasiya müddəti çatmış uşaqlar və yeniyetmələrə

B) Peyvənd haqqında qeydiyyatı olmayan 30 yaşdan yuxarı böyüklərə

C) Difteriya əkscisimlərin qoruyucu titrləri (1:20 və yuxarı) aşkar edilən şəxslərə

D) 3-4 yaşında olan uşaqlara

E) Ocaqda təmasda olanların hamısına


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

30) Difteriya zamanı antitoksik immunitetin vəziyyəti necə təyin olunur?

A) Vaksinasiyanın effektivliyinin təyin edilməsi ilə

B) Əsnək və burundan götürülmüş yaxmaların bakterioloji müayinəsi ilə

C) Komplementin birləşmə reaksiyası ilə

D) Qeyri-düz hemaqqlütinasiya reaksiyası ilə

E) Passiv hemaqqlütinasiya reaksiyası ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

31) Epidemik göstərişlərə əsasən difteriyaya qarşı vaksinasiyaya kimlər cəlb olunmalıdırlar?

A) Uşaq məktəbəqədər müəssisələrinə gedən uşaqlar

B) Ocaqda təmasda olanların hamısı

C) 5 il əvvəl peyvənd olunmuşlar və qeyri-immun şəxslər

D) Əhalinin indikator qrupları

E) Təqvimə müvafiq peyvənd aparılır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


32) Zonne şigellalarının populyasiyasının heterogenliyi hansı əlamətlərə əsasən təyin olunur?

A) Virulentliyinə əsasən

B) Dissosiasiya etmək qabiliyyətinə əsasən

C) Antigen xassələrinə əsasən

D) Fermentativ aktivliyinə əsasən

E) Biokimyəvi xüsusiyyətlərinə əsasən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


33) Şigelyozlarla mübarizədə hansı tədbirlər aparıcı sayılır?

A) Çoxillik dinamikanın öyrənilməsi

B) Sanitar-gigiyenik

C) Aqrotexniki

D) Planlı immunizasiya

E) Şigelyozlarla alovlanmaların təhlili


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

34) Faqotipləşdirmənin epidemioloji əhəmiyyəti nədən ibarətdir?

A) Alovlanmanın kanalizasiya sistemindəki qəzalarla əlaqəsini öyrənmək

B) Alovlanmanı törədən səbəbi aradan qaldırmaq

C) Alovlanmanın su kəmərində olan qəzalarla əlaqəsini öyrənmək

D) Ehtimal olunan infeksiya mənbəyini müəyyən etmək və ya istisna etmək

E) Nəcislə çirklənmə əlamətlərini aşkar etmək


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


35) Endemik ölkələrdən hava nəqliyyatı ilə gətirilən yoluxmuş keçiricinin dişləməsi nəticəsində baş verən malyariya necə adlanır ?

A) Peyvənd

B) Gətirilmə

C) Təmas-məişət

D) Residiv

E) Aeroport


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


36) Hansı malyariya ocaqları ayırd olunur ?

A) İqlim ocağı

B) Gətirilmə ocaq

C) Peyvənd ocağı

D) Potensial ocaq

E) Sabit ocaq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

37) Vaksinlərin hansı tipi mövcud deyildir ?

A) Kimyəvi

B) Öldürülmüş

C) Toksinlər

D) Diri

E) Qarışıq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

38) HİV-in məhv olduğu minimal temperatur hansıdır ?

A) 50 °


B) 100 °

C) 120 °


D) 75 °

E) 60 °
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



39) Antroponozlarda xəstələnmənin çoxillik dinamikasının meyli nə ilə təyin olunur ?

A) İmmun təbəqənin təbii dəyişmələri ilə

B) Təbii şəraitin dəyişmələri ilə

C) İmmunnizasiyanin keyfiyyəti ilə

D) Həyat şəraitinin dəyişməsi ilə

E) Yoluxma mexanizminin aktivliyinin dəyişməsi ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

40) Müxtəlif xəstəliklərin yaranmasının, yayılmasının ümumi qanunauyğunluqlarını nə öyrənir ?

A) Ümümtibb elmi kimi epidemiologiya

B) Natamam qidalanma zamanı baş verən xəstəliklərin epidemiologiyası

C) Xüsusi epidemiologiya

D) Yoluxucu xəstəliklərin epidemiologiyasi

E) Qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

41) Xəstələnmənin çoxillik göstəricilərinin dinamikasının dövriliyi hansı hallara səciyyəvidir?

A) Sporadik xəstəliklərə

B) Bütün qeyri-infeksion xəstəliklərə

C) Bütün yoluxucu xəstəliklərə

D) Yoluxucu xəstəliklərin əksəriyyətinə

E) Mənşəyindən asılı olmayaraq bütün xəstəliklərə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

42) Ayrı-ayrı infeksiyalar üçün tipik olan dövrilik nə ilə müəyyən edilir?

A) Yoluxma mexanizminin dəyişməsi ilə

B) Yoluxma mexanizminin aktivliyinin dəyişməsi ilə

C) İmmun təbəqədə olan təbii dəyişikliklərlə

D) Həyat şəraitinin dəyişməsi ilə

E) Təbii-iqlim şəraitinin dəyişməsi ilə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989


43) Xəstələnmənin mövsümi yüksəlişləri hansı yoluxucu xəstəliklərə xasdır?

A) bütün yoluxucu xəstəliklərə

B) sporadik xəstəliklərə

C) qeyri-infeksion xəstəliklərin hamısına

D) mənşəyindən asılı olmayaraq xəstəliklərin hamısına

E) yoluxucu xəstəliklərin əksəriyyətinə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989


44) Şaquli yoluxma mexanizmi hansı infeksiyalara xasdır?

A) Toksoplazmoza

B) Qarın yatalağına

C) Dizenteriyaya

D) Salmonelyozlara

E) Hemorragik qızdırmalarda


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

45) Makroorqanizmin yoluxma yolları hansılardır?

A) Mikroskopik, fekal-oral, məişət yolu

B) Alimentar,su, məişət yolu

C) Seroloji, məişət yolu, torpaq ilə

D) Fekal-oral, bioloji, məişət yolu

E) Alimentar, allergik, məişət yolu


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

46) « Sağlam törədicigəzdirmə» diaqnozu hansı şərtlərə əsasən qoyulur?

A) Heç vaxt bu xəstəliklə xəstələnməmişdir

B) Serokonversiya olmamışdır

C) Bu xəstəliyə qarşı peyvənd edilmişdir

D) Xəstədə törədici 3 dəfədən artıq aşkar edilmişdir

E) Əvvəl keçirdiyi analoji xəstəlikdən 1 ildən artıq vaxt keçmişdir


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

47) Epidemik prosesin baş verməsinin labüd səbəbləri hansılardır?

A) İnsan populyasiyası

B) Törədici və insan populyasiyasının qarşılıqlı əlaqəsi

C) Təbii amillər

D) Sosial amillər

E) Törədici populyasiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

48) Hansı zoonoz infeksiyalarda insan infeksiya mənbəyinə çevrilir?

A) Leptospiroz

B) Tulyaremiya

C) Brüselyoz

D) Gənə ensefaliti

E) Taun
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



49) Hansı xəstəlik endemik təzahür edir?

A) Malyariya

B) İİV-infeksiya

C) Qızılca

D) Göyöskürək

E) Səpgili yatalaq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

50) Səhv ifadəni göstərin.Antibakterial preparatlarla təcili profilaktika nə zaman aparılır?

A) Qızılca

B) Kü qızdırması

C) Taun


D) Vəba

E) Qara yara


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


51) Səhv ifadəni göstərin. Aşağıdakılardan hansı epidemik prosesin təzahürüdür?

A) Endemiya

B) Ümumi xəstələnmə

C) Epidemiya

D) Sporadik xəstələnmə

E) Pandemiya


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

52) Hansı halda ocaqda xəstəlik hadisələrinin minimal sayda olması çoxsaylı xəstələnmə sayılar?

A) 2 və daha çox

B) 5

C) 7


D) 10

E) 1
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



53) Su epidemiyasına xas olan əlamət hansıdır?

A) Monoetiolojilik

B) Ağır formaların böyük miqdarda olması

C) 1 yaşa qədər uşaqların daha çox xəstələnməsi

D) 3 yaşa qədər xəstələnmənin sayının çox olması

E) Polietiolojilik


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

54) Müxtəlif ərazilərdə dizenteriya ilə xəstələnmənin səviyyəsini hansı göstəricilərə əsasən müqayisə etmək olar?

A) Ekstensiv göstəricilərə

B) İllik dinamikaya əsasən

C) Mütləq göstəricilərə

D) Çoxillik dinamikaya əsasən

E) İntensiv göstəricilərə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

55) Su mənbəyi çirkab suları ilə çirkləndikdə yaşayış məntəqəsində hansı infeksion xəstəliyin alovlanması baş verə bilər ?

A) Skarlatina

B) Epidemik parotit

C) Qarın yatalağı

D) Qara yara

E) Brüselyoz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

56) Hansı xüsusiyyətlərə görə infeksion xəstəliklər antroponoz, zoonoz və sapronozlar qruplarına bölünürlər?

A) Yoluxma amillərinə görə

B) Yoluxma yollarına görə

C) Yoluxma mexanizminə görə

D) İnfeksiyanın rezervuarına görə

E) İnfeksiya mənbəyinə görə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

57) Təbii ocaqlılıq nəzəriyyəsinin əsas müddəası hansıdır?

A) İnfeksiya törədicisinin heyvanla və canlı parazit keçiriciləri ilə biosenotik münasibətləri nəticəsində insandan asılı olmadan sirkulyasiyası

B) Təbii və sosial şəraitlərin tənzimləyici rolu

C) Yoluxma mexanizminin sahibin orqanizmində törədicinin əsas lokalizasiyasına uyğunluğu

D) Epidemik prosesin fazalı olması

E) Törədicinin bioloji xüsusiyyətlərindən asılı olaraq infeksiyanın başlıca (birincili) yoluxma yollarının etioloji seçiciliyi


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

58) Yoluxma amilləri nədir?

A) Törədicinin toplandığı ətraf mühitin abiotik amilidir

B) Törədici, su mühiti, torpaq, məişət- istehsalat əşyaları

C) Su mühiti, torpaq, məişət- istehsalat əşyaları

D) Törədicinin bir orqanizmdən digərinə keçməsini təmin edən ətraf mühit elementləridir

E) Törədicinin toplandığı ətraf mühitin biotik amilləridir


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

Каталог: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə