YAŞAR SEYİDLİ, NAİLƏ ƏLİYEVA, XUMAR ƏHMƏDBƏYLİ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Biologiya” fənni üzrə
DƏRSLİK
Dərsliklə bağlı rəy, irad və təkliflərin
və
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az
Biologiya 9
XUMAR ƏHMƏDBƏYLİ, NAİLƏ ƏLİYEVA, YAŞAR SEYİDLİ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Biologiya” fənni üzrə
Dərsliklə bağlı rəy, irad və təkliflərin
və
derslik@edu.gov.az
elektron ünvanlara göndərilməsi xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
©
Azərbaycan Respublikası
Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az
Biologiya 9
HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Musiqisi
sözləri
3
KİTABIN İÇİNDӘKİLӘR
DӘRSLİK KOMPLEKTİ HAQQINDA ............................................... 4
DӘRSLİK KOMPLEKTİNİN STRUKTURU ........................................ 6
DӘRSLİYİN FӘSİLLӘR ÜZRӘ MӘZMUNU ..................................... 8
BİOLOGİYA FӘNN KURİKULUMU HAQQINDA ............................... 9
MÖVZULAR ÜZRӘ MӘZMUN STANDARTLARININ
REALLAŞMA CӘDVӘLİ VӘ TӘDRİS SAATLARININ BÖLGÜSÜ ......... 12
İLLİK PLANLAŞDIRMA NÜMUNӘSİ .............................................. 15
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ ...................................... 16
BİOLOGİYA DӘRSLӘRİNDӘ MÜASİR TӘLİM TEXNOLOGİYALARI ... 18
BİOLOJİ BİLİKLӘRİN SİSTEMLӘŞDİRİLMӘSİ ............................... 22
MÜASİR QİYMӘTLӘNDİRMӘ ...................................................... 25
MÖVZULAR ÜZRӘ TӘLİM MATERİALLARI İLӘ
İŞ TEXNOLOGİYASININ ŞӘRHİ
1. CANLI ORQANİZMLӘRİN KİMYӘVİ TӘRKİBİ ............................ 35
2. HÜCEYRӘ CANLININ QURULUŞ VӘ İNKİŞAF VAHİDİDİR .......... 58
3. ORQANİZM TAM BİR SİSTEMDİR ........................................... 91
4. POPULYASİYA. NÖV .............................................................. 109
5. ALI SİNİR FӘALİYYӘTİ .......................................................... 134
6. CANLILAR VӘ ӘTRAF MÜHİT .................................................. 156
7. İNSAN SAĞLAMLIĞINA ӘTRAF MÜHİTİN TӘSİRİ ..................... 173
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR ....................... 196
TÖVSİYӘ OLUNAN MӘNBӘLӘR .................................................. 203
4
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
IX sinif üçün “Biologiya” dərslik komplekti Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) əsasında hazırlanmışdır.
Dərslik hazırlanarkən onun aşağıdakı funksiyaları və təlim materiallarının
təqdimolunma prinsipləri nəzərə alınmışdır:
Öyrədici/inkişafetdirici funksiya – şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfək-
kürünün inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlə-
rinin formalaşdırılmasını nəzərdə tutur.
Dərslik biologiya elminin əsaslarını şərh etməklə yanaşı, təlim materialının
mənimsənilməsi məqsədi ilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi
öyrədir. Dərsliklə iş zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması
və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsi, əsas anlayışların
çıxarılması üçün zəruri olan bilik, bacarıq və vərdişlər inkişaf etdirilir. Dərslik
şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin, obrazların, öyrəndikləri qayda,
qanun və nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa imkan verir. Təlim
materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, təd-
qiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim edilməsi, təbiətdə
və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair
vərdişlərin formalaşdırılmasına imkan yaradır.
Tərbiyəedici funksiya dərsliyin məzmununun şagirdlərdə mənəvi dəyərlərin
formalaşmasına təsiri, dərsliklə iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik
hissi, zəhmətsevərlik, öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə uy-
ğun hərəkət etmək kimi şəxsi keyfiyyətlərin inkişafını nəzərdə tutur. Bütün bunlara
dərsliyin məzmununun humanistləşdirilməsi, sosiallaşdırılması (ümumbəşəri
dəyərlərə, inkişafın sosial istiqamətdə aparılmasına diqqət yetirilməsi) və ekoloji-
ləşdirilməsi (insanı onun yaşadığı mühitlə, həyatın bərpa olunması şəraiti ilə sıx
əlaqədə nəzərdən keçirmək) yolu ilə nail olmaq olar. Bununla bərabər, təklif olu-
nan bir çox tapşırıqların yerinə yetirilməsi onların qrup və ya cütlər şəklində yerinə
yetirilməsini nəzərdə tutur, deməli, ünsiyyətqurma, birlikdə qərar qəbuletmə kimi
vərdişlərin inkişafına imkan yaradır.
İnformasiya prinsipi – şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə
məlumatla təmin edir, onların dünyagörüşünü formalaşdırır.
Transformasiyaedici (dəyişdirici) prinsip – dərslikdəki material şagirdlərin yaş
xüsusiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, ya-
radıcı qavrama baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələrin
izahı baxımından mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.
Sistemləşdirici prinsip – dərslikdəki material sistemli şəkildə, məntiqi və
xronoloji ardıcıllıq nəzərə alınaraq verilmişdir.
İnteqrasiya prinsipi – biologiyanın digər bölmələri arasında inteqrasiyanın
olması şagirdlərə canlı orqanizmlərin xüsusiyyətini daha dərindən dərk etməyə,
insanın fəaliyyəti üçün bioloji qanunauyğunluqları qiymətləndirməyə imkan verir.
Biologiya kursunun strukturunun əsas prinsiplərindən biri fəndaxili və fənləra-
rası əlaqənin nəzərə alınmasıdır. O digər fənlərə aid olan bir sıra anlayışların məz-
muna daxil edilmədən onlara əsaslanmağa imkan verir. Dərslikdə həmçinin ölkəşü-
naslıq prinsipi də nəzərə alınmışdır.
pro
dia
Hə
su
ak
nə
mü
bil
ya
ara
ve
əsa
raq
öy
tut
ap
bil
La
da
Üm
tət
ha
Əyanilik prin
oseslərin təsvir
aqram, foto şək
HƏR BİR
XAR
ər bir mövzu üzr
Maraqoyatm
allar verilir. Ve
ktiv fəaliyyətə cə
Fəaliyyət. M
əticə əlaqələrini
üxtəlif praktik t
lər. Bu tapşırıql
aratmağa xidmə
aşdırmaq üçün s
İzahlar. Fəa
erilir. Əsas anla
as məzmunu bu
Bu maraqlıd
qlı məlumatlar v
Öyrəndiklə
yrəndiklərini qi
tulur. Verilən s
parmaq, əlaqə y
liklərə dəyər ve
ayihə. Evdə yer
aşıyır, onları yeri
mumiləşdirici
tbiqi ilə bağlı s
azırlıq məqsədi i
nsipi – nəzəri
ri onların asan
klində verilmiş m
R MÖVZU Ü
RAKTERİNƏ
rə təlim materiall
ma (motivasiya
erilən suallar əv
əlb etməyi nəzə
Maraq yaradılan
n müəyyən edi
tapşırıqlar verili
lar mövcud bili
ət edir. Yerinə y
suallar verilir.
aliyyət zamanı
yışlar, mövzu i
urada əks olunur
dır! Mövzuya ai
verilir.
ərinizi tətbiq
iymətləndirmək
sual və tapşırıql
yaratmaq, yarad
ermək və onlara
rinə yetirilməsi
inə yetirmək üçü
tapşırıqlar. H
sual və tapşırıql
ilə də istifadə o
5
məlumatlarla
qavranılmasına
müxtəlif illüstra
ÜZRƏ TƏLİM
Ə GÖRƏ QRU
ları xarakterinə g
a). Maraq oyatm
vvəllər qazanılm
ərdə tutur.
hadisələrin ara
ilməsinə yönəld
ir. Həmin işlər f
klərlə öyrənilən
yetirilmiş işin n
müəyyən edilə
ilə bağlı izahlar
r.
id bilikləri geni
edin və yox
k, zəif cəhətlər
lar mövzuda öy
dıcılıq bacarıql
a münasibət bild
nəzərdə tutulur
ün müxtəlif mənb
Hər fəslin sonu
lar verilmişdir.
oluna bilər
işləyərkən çət
a imkan verir.
asiyalarla təmin
M MATERİAL
UPLAŞDIRIL
görə aşağıdakı ki
maq üçün mövz
mış biliklərə əs
aşdırılmasına, b
dilmiş təcrübə, l
fərdi və qrup şə
n yeni təlim ma
nəticəsini müza
ən faktlarla ba
r, təriflər, qayda
işləndirmək üçü
xlayın. Hər m
rini müəyyən e
yrənilənləri tam
larını inkişaf et
dirmək məqsədi
r. Bu layihələr e
bələrdən istifadə
unda bu vahid
Onlar summat
tin təsəvvür o
Dərslik şəkil,
edilmişdir.
LLARININ
LMASI
imi qruplaşdırılm
zu ilə bağlı mü
saslanır və şagi
bu hadisələrin s
laboratoriya işl
əklində yerinə y
aterialı arasında
akirə etmək, sə
ağlı bəzi açıqla
alar, bir sözlə, d
ün nümunələr v
mövzuda şagir
etmək üçün nə
mamlamaq, araş
tdirməklə yana
i daşıyır.
eksperiment xar
ə edilə bilər.
üzrə öyrənilə
iv qiymətləndir
olunan
sxem,
mışdır.
üxtəlif
irdləri
səbəb-
ləri və
yetirilə
əlaqə
hvləri
amalar
dərsin
və ma-
rdlərin
əzərdə
dırma
şı, bu
rakteri
ənlərin
rməyə
6
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU
Dərslik 3 bölmə və 7 fəsildən ibarətdir:
I. HÜCEYRƏ VƏ ORQANİZM CANLI SİSTEMİN ƏSASIDIR
1. Canlı orqanizmlərin kimyəvi tərkibi
2. Hüceyrə canlının quruluş və inkişaf vahididir
3. Orqanizm tam bir sistemdir
II. ÜZVİ ALƏMİN TƏKAMÜLÜ
4. Populyasiya. Növ
5. Ali sinir fəaliyyəti
III. EKOLOJİ SİSTEMLƏR. İNSAN VƏ ƏTRAF MÜHİT
6. Canlılar və ətraf mühit
7. İnsan sağlamlığına ətraf mühitin təsiri
1. Canlıların əsas həyati xassələri
2. Canlıların quruluş səviyyələri
1. CANLI
ORQANİZMLƏRİN
KİMYƏVİ TƏRKİBİ
3. Hüceyrənin kimyəvi tərkibi
4. Hüceyrənin qeyri-üzvi birləşmələri
5. Hüceyrənin üzvi birləşmələri:
karbohidratlar, lipidlər
6. Hüceyrənin üzvi birləşmələri: zülallar və
onların quruluşu
7. Zülalların xassələri və bioloji funksiyaları
8. Nuklein turşuları
2. HÜCEYRƏ CANLININ
QURULUŞ VƏ İNKİŞAF
VAHİDİDİR
9. Hüceyrənin öyrənilməsi. Hüceyrə
nəzəriyyəsi
10. Hüceyrəsiz orqanizmlər. Viruslar
11. Hüceyrə strukturları və onların funksiyaları
12. Canlı orqanizmlərdə maddələr mübadiləsi və
enerji çevrilmələri
13. İrsi məlumatlar və genetik kod
14. Zülalların biosintezi
15. Avtotrof orqanizmlərdə maddələr və enerji
mübadiləsi
16. Heterotrof yolla qidalanan orqanizmlərdə
maddələr və enerji mübadiləsi
17. Hüceyrənin həyat dövriyyəsi. Xromosomlar
18. Hüceyrənin bölünməsi. Mitoz
19. Hüceyrənin bölünməsi. Meyoz
FƏSİLLƏR MÖVZULAR
7
FƏSİLLƏR MÖVZULAR
7. İNSAN SAĞLAMLIĞINA
ƏTRAF MÜHİTİN TƏSİRİ
45. İnsan orqanizminə ətraf amillərin təsiri.
Stress
46. İnsan irsiyyəti və onun formalaşmasında
mühitin rolu
47. İnsan irsiyyətinin öyrənilməsi üsulları
48. İrsi xəstəliklər
49. Cinsiyyətin xromosom təyini. Cinsiyyətlə
ilişkili keçmə
50. İnsanın həyat tərzi
51. Reproduktiv sağlamlıq
4. POPULYASİYA. NÖV
25. Növ və onun kriteriləri
26. Populyasiyanın quruluşu və müxtəlifliyi
27. Üzvi aləmin təsnifatı və təkamülü. Təkamül
təliminin yaranması
28. Darvinin təkamül təlimi
29. Yaşamaq uğrunda mübarizə
30. Təbii seçmə və orqanizmlərin mühit
şəraitinə uyğunlaşması
31. Mikrotəkamül. Yeni növlərin əmələ gəlməsi
32. İnsanın formalaşmasına sosial amillərin
təsiri
6.
CANLILAR VƏ ƏTRAF
MÜHİT
40. Orqanizmin yaşayış mühiti. Ekoloji amillər
41. Təbii birliklər və ekoloji sistemlər
42. Bioloji ritmlər
43. Ətraf mühitin çirklənməsi
44. Bioloji müxtəlifliyin saxlanılması. Azərbay-
canda ekoloji problemlər
5. ALİ SİNİR FƏALİYYƏTİ
33. Ali sinir fəaliyyəti. Şərtsiz reflekslər
34. Şərti reflekslər. Reflekslərin tormozlanması
35. Düşüncəli fəaliyyət. Nitq. Təfəkkür
36. Emosiyalar. Yaddaş
37. Yuxu
38. Ali sinir fəaliyyətinin əsas tipləri
39. Xarakter və qabiliyyət
3. ORQANİZM TAM BİR
SİSTEMDİR
20. Orqanizmlərin çoxşəkilliliyi
21. Orqanizmin çoxalma formaları
22. Cinsi hüceyrələrin yaranması və mayalanma
23. Bitkilərdə cinsi çoxalma
24. Orqanizmlərin fərdi inkişafı
8
DƏRSLİYİN FƏSİLLƏR ÜZRƏ MƏZMUNU
“Canlı orqanizmlərin kimyəvi tərkibi” fəslində hüceyrənin kimyəvi tərkibi,
kimyəvi elementlərin hüceyrənin həyat fəaliyyətində rolu, üzvi və qeyri-üzvi
maddələr haqqında məlumat verilir. Şagirdlərdə mineral maddələr və suyun
hüceyrədə rolu haqqında təsəvvürlər formalaşdırılır. Fəsildə hüceyrələrdə olan
makromolekullar, onların quruluşu, tərkibi və əhəmiyyəti barədə məlumat verilir.
“Hüceyrə canlının quruluş və inkişaf vahididir” fəslində hüceyrə
orqanoidlərinin quruluşu, yerinə yetirdikləri funksiyaları haqqında məlumat verilir
və həmçinin hüceyrə səviyyəsində baş verən proseslərdən bəhs edilir. Avtotrof və
heterotrof canlılarda maddələr mübadiləsinin xüsusiyyətləri – zülalın biosintezi,
fotosintez, ATF-in sintezi haqqında məlumat verilmişdir. Bu fəsildə hüceyrə
səviyyəsində baş verən mitoz və meyoz prosesləri haqqında məlumat təqdim
olunmuşdur. Qeyri-hüceyrəvi quruluşa malik olan canlılar – viruslar haqqında
məlumat da (quruluşu, virus xəstəliklərinin profilaktikası) bu fəslə daxil edilmişdir.
“Orqanizm tam bir sistemdir” fəslində canlı orqanizmlərin çoxşəkilliliyi,
təsnifatı, xüsusiyyətləri haqqında məlumat verilmişdir. Şagirdlər orqanizmlərin
cinsiyyətli və cinsiyyətsiz çoxalma formaları, qametogenez və onun mərhələləri,
ontogenezin – fərdi inkişafın müxtəlif canlılarda xüsusiyyətləri ilə tanış olurlar. Bir
sözlə, orqanizm səviyyəsində baş verən proseslər haqqında məlumat alırlar.
“Populyasiya. Növ” fəslində şagirdlər “populyasiya” və “növ” anlayışları ilə
tanış olurlar. Biologiyanın Darvinəqədərki dövrdə inkişafı və Darvinin təkamül
təlimi haqqında təsəvvürlər əsasında üzvi aləmdə baş verən proseslər haqqında
məlumat alırlar. Təkamülün hərəkətverici qüvvələri, insanın formalaşmasında
sosial amillərin əhəmiyyəti haqqında fikirlər bu fəsildə öyrənilir.
“Ali sinir fəaliyyəti” fəslində insanın davranışı və psixikası öyrənilir. Şagirdlər
ali sinir fəaliyyətinin və insanın davranışının, şərti və şərtsiz reflekslərin,
tormozlanmanın xüsusiyyətləri ilə tanış olurlar. Fəsildə nitq, yaddaşın formaları,
təfəkkür, təfəkkür əməliyyatları haqqında məlumat verilmişdir. Şagirdlər yuxunun
fizioloji xüsusiyyətləri, onun əhəmiyyəti və gigiyenası ilə tanış olurlar.
“Canlılar və ətraf mühit” fəsli ekoloji sistemlərin, təbii birliklərin və onlara
təsir edən amillərin öyrənilməsinə həsr olunmuşdur. Şagirdlər ekoloji sistemlərin
quruluşu, tərkibi və fəaliyyəti barədə məlumat alırlar. Müasir dövrdə yaranan
ekoloji problemlər, onların qarşısının alınması yolları ilə, Azərbaycan Respublika-
sında bu istiqamətdə görülən işlərlə tanış olurlar.
“İnsan sağlamlığına ətraf mühitin təsiri” fəsli insanın ətraf mühitlə (təbii,
sosial) qarşılıqlı təsirinə həsr olunmuşdur. Bu fəsildə ekoloji amillərin insan
irsiyyətinə və sağlamlığına təsiri, zərərli vərdişlərin insanın həyat tərzinə və
reproduktiv sağlamlığına təsiri haqqında məlumat verilmişdir. Həmçinin fəsildə
irsi xəstəliklər, onların səbəbləri və öyrənilməsinə dair materiallar təqdim
olunmuşdur.
Hər bir fəsildə praktik bacarıqların formalaşmasına və bilik səviyyəsinin
yüksəlməsinə yönəlmiş laboratoriya və praktik işlər öz əksini tapmışdır.
9
BİOLOGİYA FƏNN KURİKULUMU HAQQINDA
Biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) dərslik və dərs
vəsaitlərinin, metodik göstəriş və tədris materiallarının planlaşdırılması, təlim
üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi
üçün müvafiq təlimatlar formasında hazırlanan qaydaların əsasını təşkil edən,
milli və ümumbəşəri dəyərləri nəzərə almaqla tərtib olunmuş sənəddir. Orada
nəticəyönümlülük, şəxsiyyətyönümlülük və inkişafetdiricilik əsas keyfiyyət
kimi nəzərə alınmışdır.
Biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) cəmiyyətin inkişafının
əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaş-
dırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərar qəbul
etməsi üçün zəruri bilik və bacarıqlara malik olmasına, praktik həyata
hazırlanmalarına yönəlməklə yanaşı, şagirdlərin təfəkkürünün inkişafında və
həyati bacarıqlarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır.
Biologiya həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu
elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu
qanun və qanunauyğunluqlara, müxtəlif hadisələrə yaxından bələd olması
onların canlılar haqqında zəruri dünyagörüşlərini artırmaqla yanaşı, cəmiyyətdə
yaşamaq üçün bir sıra həyati bacarıqları mənimsəmələrinə imkan yaradır.
Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalaşmalarına təkan
verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları
istiqamətləndirmək üçün biologiya fənninin məzmunu nəticələr formasında
təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə
bildiyindən məzmun standartı kimi qəbul edilərək biologiya fənni üzrə təhsil
proqramında (kurikulumunda) aparıcı yer tutur və bütövlükdə təhsil proqramı
üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir.
Biologiya fənni üzrə təhsil proqramında (kurikulumunda) məzmun standart-
larının digər fənlərə aid olan standartlarla əlaqələndirilməsinə xüsusi diqqət
yetirilmiş və cədvəl şəklində ümumiləşdirilmişdir. Bu, təhsil proqramına
(kurikuluma) inteqrativ xarakter gətirməklə onun fənlər üçün vahid olan bir
məqsədə – bütöv şəxsiyyətin formalaşdırılmasına yönəlmiş sənəd kimi dəyərini
gücləndirmişdir.
Biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) həm də müəllim və
şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks
xarakter daşıyır. O, bütövlükdə biologiya təlimi prosesinin nizamlanması, həyata
keçirilməsi üçün geniş imkanlara malik olması ilə fərqlənir. Biologiyanın
öyrənilməsi prosesində dərslik müəlliflərinin, məktəb rəhbərlərinin, müəllim və
şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin tələbatlarına uyğun
açıq bir sistem yaradır. Bu sistem ardıcıl olaraq yeniləşdirilməklə inkişaf edir.
10
IX sinif üzrə məzmun standartları
IX sinfin sonunda şagird:
canlıları
öyrənən
elm
sahələrinin
(sitologiya,
histologiya,
biokimya) xüsusiy
-
yətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir laboratoriya ava
-
danlıqlar
ın
dan istifadə qaydalarını izah
e
dir;
bioloji
prosesləri,
orada
baş
verən
dəyişiklikləri
izah
edir,
riyazi
üsullarla
əsaslandırır;
insanın
formalaşmasında
sosial
amillərin
rolunu
və
ali
sinir
fəaliyyətinin mexa-
nizmini şərh edir;
irsi xəstəlikləri, onların qarşısının alınması yollarını,
sağlam həyat tərzi və
reproduktiv sağlamlığın əhəmiyyətini izah edir;
regional ekoloji problemlər
i
, ekoloji amillərin canlıların həyatında rolunu izah
edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir.
Dostları ilə paylaş: |