55
I FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
1. Düzgün (+) və yanlış (–) ifadələri qeyd edin:
Sitologiya elmi hüceyrənin, onun orqanoidlərinin funksiyalarını,
quruluşunu və çoxalmasını öyrənir.
Amöb və leykoplast – bir quruluş səviyyəsinin canlı sistemləridir.
Ürək orqanizm səviyyəsində olan canlı sistemdir.
Canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və
enerjinin biosfer səviyyəsində çevrilmələri öyrənilir.
Lizosom hüceyrə səviyyəsində olan sistemdir.
İnsan askaridi parazitlik etdiyi bağırsaq kimi eyni səviyyəyə aid sistemidir.
Göyərçin orqanizm səviyyəsində olan canlı sistemdir.
2. Düzgün variantı müəyyən edin:
Zülalların tərkibinə azotlu əsaslar / aminturşular daxil deyil.
RNT molekulunun nukleotidlərinin tərkibinə DNT-dən fərqli olaraq
urasil / sitozin azotlu əsasları daxildir.
Zülalın birincili quruluşu spiral / zəncir formasındadır.
Sellülozanın, nişastanın, qlikogenin monomeri ribozadır /qlükozadır.
5 qram zülalın / yağın parçalanmasından daha az enerji ayrılır.
Xlorofilin tərkibinə Mg / Fe ionları daxildir.
Hüceyrənin tərkibində ən çox rast gələn element oksigendir /
karbondur.
Əgər DNT zəncirinin 28%-i quanin və sitozin nukleotidindən
ibarətdirsə, belə halda adenin nukleotidinin miqdarı 28% / 36% olar.
3. Müvafiq nuklein turşularının (DNT və RNT) adlarını daxil etməklə cümlələri
tamamlayın.
1. __________ -nin hər üç növü _________-nin üzərində sintez olunur.
2. Orqanizmin əksər hüceyrələrində irsi məlumatların daşıyıcısı
__________ -dir.
3. _____________ molekulunun tərkibinə riboza karbohidratı daxildir.
4. _______________-nin ikiqat zəncirində azot əsasları daxilə doğru
yönələrək bir-biri ilə hidrogen rabitəsi ilə birləşir.
5. A, T, Q və S nukleotidləri ___________-nin zəncirini təşkil edir.
6. _____________ spiral halında burularaq bir-birinə sarılmış iki
polimer zəncirdən ibarətdir.
7. Reduplikasiya – ___________-nin ikiləşməsi prosesidir.
8. _____________ monomerləri nukleotidlər olan birzəncirli polimer
birləşmədir.
9. ______________ -nin bir növü zülalın ilkin quruluşu haqqında
məlumatı _____________-dən zülalın sintez edildiyi yerə aparır.
56
4. DNT molekulunun bir zəncirində olan nukleotid ardıcıllığı belədir:
AQT TAA QAT AST SQA TTT ASQ
Həmin molekulun digər zəncirində nukleotid ardıcıllığı necə olar?
___________________________________________________
5. Uyğunluğu müəyyən edin:
1.
Zülallar
2. Lipidlər
3. Karbohidratlar
4. DNT
5. RNT
6. DNT molekulunun bir zəncirində 350 quanin və 300 timin nukleotidi olarsa,
həmin molekulda nukleotidlərin ümumi sayını hesablayın.
__________________
7. Canlı sistemin xassələrini və onlara aid konkret nümunələri boş xanalara
yazmaqla cədvəli tamamlayın.
Canlı sistemin xassəsi
Nümunə
Maddələr və enerji mübadiləsi
Mühit şəraitinə uyğunlaşma
qabiliyyəti
Göbələk mitselisinin torpaq
altında inkişafı
Çoxalma
məməlilərdə qış yuxusu; böyümə və inkişaf; tənəffüs prosesi zamanı oksigenin
udulması və karbon qazının xaric edilməsi; bakteriyaların bölünməsi
8. Düzgün cavabı qeyd edin:
• Maddələr mübadiləsi və enerji çevrilmələri, qıcıqlanma, böyümə və
inkişaf, çoxalma əsas əlamətləridir:
А) populyasiyanın B) orqanizmin C) növün D) biogeosenozun
a. Monomeri nukleotiddir.
b. Tərkibinə A, Q, S, T nukleotidləri daxildir
c. Tərkibində riboza var
d. 1 qramının parçalanması zamanı 38,9 kC
enerji ayrılır
e. Monomerlər peptid rabitələrlə birləşir
f. Bu molekulun 3 növü var
g. 1 qramının parçalanması zamanı 17,6 kC
enerji ayrılır
h. Bitki hüceyrələrində miqdarı daha çox olur
i. Qliserin və yağ turşularına parçalanır
j. İrsi məlumatın daşıyıcısıdır
57
• Canlı cansızdan nə ilə fərqlənir?
А) mühitin təsiri altında obyektin xassələrinin dəyişməsi ilə;
B) maddələr dövranında iştirakı ilə;
C) özünütörətmə qabiliyyəti ilə;
D) mühitin təsiri altında obyektin ölçülərinin dəyişməsi ilə
• Maddələr dövranı və enerji çevrilmələri:
А) həm canlı, həm cansız təbiət obyektləri üçün səciyyəvidir.
B) canlını cansızdan ayıran əsas xüsusiyyətdir.
C) birhüceyrəliləri çoxhüceyrəlilərdən ayıran əlamətdir.
D) heyvanları insandan fərqləndirən xüsusiyyətdir.
• Biosfer səviyyəsi üçün xarakterik olan bioloji hadisə canlıların:
А) özünütörətmə qabiliyyətidir.
B) cinsi çoxalması zamanı irsi məlumatların mübadiləsidir.
C) qeyri-cinsi çoxalmasıdır.
D) maddələr və enerji dövranıdır.
9. Cədvəli tamamlayın.
10. Suallara cavab verin:
Zülalın denaturasiyası nədir?
Karbohidratlar hüceyrədə hansı funksiyaları yerinə yetirir?
58
TƏDRİS VAHİDİ ÜZRƏ
REALLAŞDIRILACAQ ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
12 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
1 saat
Dərs 11 / Mövzu 9:
HÜCEYRƏNİN ÖYRƏNİLMƏSİ.
HÜCEYRƏ NƏZƏRİYYƏSİ
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq
dərslikdəki sualları müzakirə edir, sxem tərtib edirlər.
Alt
STANDART
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya,
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Sitologiya elminin və hüceyrənin öyrənilməsi tarixi barədə
məlumat toplayır və təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Sitologiya, hüceyrə biologiyası, ziqot
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, biokimya) barədə məlumat
toplayır və təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir avadanlıq-
lardan istifadə qaydalarını izah edir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi
üsullarla əsaslandırır.
FƏSİL –
2
HÜCEYRƏ CANLININ QURULUŞ VƏ
İNKİŞAF VAHİDİDİR
59
Sonra laboratoriya işi yerinə yetirilir, cədvəl tamamlanır. Bu mərhələdə
şagirdlərin canlı orqanizm hüceyrələrinin öyrənilməsi zamanı istifadə etdikləri
metod (mikroskopiya), laboratoriya avadanlıqlarından istifadə qaydaları və işin
ardıcıllığı müzakirə olunur. Daha sonra müəllim hüceyrənin öyrənilməsinin müasir
metodları barədə qısa məlumat verir:
1. İŞIQ MİKROSKOPU. Hüceyrənin formaları və strukturu öyrənilir: nüvə, miti-
xondrilər, xloroplastlar, Holci kompleksi.
2. ELEKTRON MİKROSKOPU. XX əsrin 30-cu illərində kəşf edilmişdir. Müasir
mikroskoplar 1 000 000 qədər böyüdə bilir. Hüceyrə orqanoidlərinin quruluşunu
daha dəqiqliklə öyrənməyə imkan verir.
3. DİFERENSİAL SENTRİFUQA METODU. Orqanoidlərin müxtəlif sıxlıqda
olmasına əsaslanır, sentrifuqanın çox yüksək sürətlə fırlanması zamanı or-
qanoidlər sıxlığına görə məhlulda laylarla yerləşirlər.
4. FLUORESENT MİKROSKOPİYA. Canlı hüceyrələri ultrabənövşəyi işıqda
müşahidə edirlər. Bu zaman bəzi komponentlər o dəqiqə, digərləri isə yalnız xü-
susi rəngləyici maddələr əlavə olunduqdan sonra işıqlanmağa başlayır. Bu üsul
nuklein turşularının, vitaminlərin, yağların olduğu yerləri görməyə imkan verir.
5. HÜCEYRƏ VƏ TOXUMA KULTURASI METODU. Hüceyrələrin böyüməsini
və bölünməsini, müxtəlif maddələrin hüceyrəyə təsirini müşahidə etməyə,
hüceyrə hibridlərinin alınmasına imkan verir.
Tədqiqat sualı:
Alimlər tərəfindən hüceyrənin öyrənilməsi necə aparılırdı?
Canlı orqanizm hüceyrələrinin quruluşu, kimyəvi tərkibi və
funksiyaları haqqında biliklər nəyə lazımdır?
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin məqsədəuyğun hesab etdiyi
üsullarla aparıla bilər. İş zamanı şagirdlər təklif olunan cədvəli doldururlar.
Dərsin əsas məzmunu
• “Sitologiya” – hüceyrə haqqında elmdir.
• Hüceyrənin öyrənilməsinin müasir metodları.
• Hüceyrənin öyrənilməsi tarixi.
• Hüceyrə nəzəriyyəsi. Müasir hüceyrə nəzəriyyəsinin müddəaları.
• Hüceyrə haqqında biliklərin əhəmiyyəti
.
Sonuncu (5-ci) bəndə aid şagirdlərin fikirləri ümumi siyahı şəklində tərtib oluna
bilər. Məsələn,
Prokariot
formalaşmış nüvəsi olmayan
birhüceyrəli orqanizmlər
Eukariot
hüceyrələrində formalaşmış
nüvələri olan orqanizmlər
Orqanizmlər
60
Hüceyrənin öyrənilməsinin əhəmiyyəti:
1. Təbabətdə xəstəliyin səbəblərini öyrənmək üçün.
2. Canlı orqanizmləri sistemləşdirmək üçün.
3. Genetikada (irsi xəstəliklər).
4. Kənd təsərrüfatında (gen, hüceyrə mühəndisliyi, seleksiya).
5. Təkamül prosesini anlamaq üçün.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Kəşfin tarixi
Alim
Kəşfin mahiyyəti
1590-cı il
Zaxari
Yansen
İlk mikroskopu ixtira etdi
1665-ci il
R.Huk
Düzəltdiyi mikroskopda nazik mantar kəsiyinə
baxarkən onun arı şanına bənzər ayrı-ayrı
gözcüklərdən təşkil olunduğunu görmüş və bunu
“sitos” – hüceyrə adlandırmışdır. Robert Huk canlı
hüceyrəni deyil, onun yalnız qılafını görsə də,
“hüceyrə” termini sonradan biologiyada özünə
geniş yer tapdı.
1680-ci il
Anton van
Levenhuk
Canlı birhüceyrəli orqanizmləri ilk dəfə kəşf edən
olmuşdur. Onun mikroskopu obyekti 270 dəfəyə
qədər böyütmüşdür.
1831-1833 il Robert
Broun
Bitki hüceyrəsində sferik fiqur görür, sonra onu
“nüvə” adlandırır.
1838-ci il
Mattias
Şleyden
Bitki hüceyrəsinin quruluşu haqqında əsas
materialları toplamış və ümumiləşdirmişdir.
1839-cu il
Teodor
Şvann
Öz məlumatlarını M.Şleydenin tədqiqatları ilə
müqayisə edərək heyvan və bitki hüceyrələrinin
quruluşca oxşar olduğunu müəyyən etdi. Bununla o
göstərdi ki, orqanizmlərin ümumi quruluş vahidi
hüceyrədir.
XX əsrin
əvvəllərində
Karl
Ber
Məməlilərin yumurtahüceyrəsini kəşf etdi və bütün
çoxhüceyrəli orqanizmlərin mayalanmış bir
hüceyrədən – ziqotdan başlanğıc götürdüyünü
göstərdi. Bununla da o sübut etdi ki, hüceyrə təkcə
canlı orqanizmlərin quruluş vahidi deyil, həm də
inkişaf vahididir.
61
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular
• Hüceyrənin kəşfi tarixi. Hüceyrə nəzəriyyəsi.
• Sitologiyanın metodları. Hüceyrə nəzəriyyəsi.
Elektron resurslar
http://files.school-collection.edu.ru/dlrstore/000004a1-1000-4ddd-f3c3-
4f0046bc4323/273.swf
http://files.school-collection.edu.ru/dlrstore/0000049e-1000-4ddd-f5dd-
270046bc4323/index_mht.htm
http://files.school-collection.edu.ru/dlrstore/000004c8-1000-4ddd-48a9-
110046bc432d/028.swf
Qiymətləndirmə meyarları: təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Sitologiya elminin
və hüceyrənin öyrə-
nilməsi tarixi barə-
də məlumatı yalnız
yoldaşlarının
köməyi ilə toplayır,
təqdimatı hazırla-
maqda çətinlik
çəkir.
Sitologiya elminin
və hüceyrənin
öyrənilməsi tarixi
barədə qeyri-
dolğun məlumat
toplayır və təqdi-
matı müəllimin
köməyi ilə
hazırlayır.
Sitologiya elminin
və hüceyrənin
öyrənilməsi tarixi
barədə məlumat
toplayır və təqdi-
matlar hazırlayar-
kən kiçik qeyri-
dəqiqliklərə yol
verir.
Sitologiya elminin
və hüceyrənin
öyrənilməsi tarixi
barədə dolğun
məlumat toplayır və
ətraflı təqdimatlar
hazırlayır.
Dərs 12 / Mövzu 10:
HÜCEYRƏSİZ ORQANİZMLƏR. VİRUSLAR
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq dərslikdəki
sualları cavablandırırlar.
Tədqiqat sualı:
Hansı virus xəstəlikləri var və onlar necə yayılır?
Məlumatın birinci hissəsi ilə tanış olduqdan və praktik işi yerinə yetirdikdən
sonra şagirdlər (müəllimin köməyi ilə) lövhədə ümumi cədvəl (yaxud Venn
diaqramını) tərtib edirlər.
Alt
STANDART
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Virus xəstəlikləri, onlarla yoluxma yolları ilə bağlı təqdimatlar
hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Kapsid, poliomielit, vaksinləşdirmə, interferon
62
Virusların xüsusiyyətləri
Canlı orqanizmlərlə
oxşarlığı
Canlı orqanizmlərdən
fərqi
Viruslara xas olan
əlamətlər
1) Çoxalma qabiliyyəti
2) İrsiyyət
3) Dəyişkənlik
4) Ətraf mühitə
uyğunlaşma qabiliyyəti
1) Xarici mühitdə cansız
kristal formasında
olurlar
2) Qidalanmırlar
3) Böyümürlər
4) Maddələr mübadiləsi
baş vermir
5) Hüceyrəsiz quruluş
1) Çox kiçik ölçülərə
malikdirlər
2) Sadə quruluş (nuklein
turşusu + zülal)
3) Canlı və cansız təbiət
arasında aralıq mövqe
tuturlar.
4) Yüksək çoxalma sürəti
5) İrsi məlumatın
daşıyıcısı həm DNT, həm
də RNT ola bilər.
Müəllim şagirdlərin fikrini ona yönəldir ki, viruslar Yer üzərində mövcud olan
yeganə qeyri-hüceyrəvi quruluşlu canlı varlıqlardır, canlı hüceyrədən kənarda
fəaliyyət göstərə bilmirlər, canlı və cansız təbiət arasında aralıq mövqe tuturlar.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirə” üsulu ilə
aparıla bilər. Bunun üçün dərsliklə yanaşı, müəllim şagirdlərə əlavə mətnlər payla-
yır. İş zamanı şagirdlər təklif olunan cədvəli (“Öyrəndikərinizi tətbiq edin və yox-
layın” bölümündə 3-cü tapşırıq) doldururlar.
Dərsin əsas məzmunu
• Virusların quruluşunun və həyat fəaliyyətinin xüsusiyyətləri.
• İnfeksion xəstəliklərin yaranmasında virusların rolu.
• Müxtəlif virus xəstəliklərinin yaranması üsulları və profilaktikası.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Dərsin sonunda ümumi cədvəllər tərtib oluna bilər. Məsələn,
Xəstəlik (insan)
Yoluxma yolları
Zədələnən orqanlar
Qrip
damcı infeksiyasıdır
əsasən tənəffüs yollarını
zədələyir
Çiçək
hava-damcı yolu ilə (yara ilə
təmasda olaraq ötürülməsi
mümkündür).
əvvəl tənəffüs yolları, sonra dəri
zədələnir.
Qızılca damcı infeksiyasıdır ağız boşluğundan bronxlara
qədər bütün tənəffüs yolları,
daha sonra dəri və bağırsağın
zədələnməsi müşahidə edilir.
Poliomielit
hava-damcı yolu ilə, su və
ərzaq məhsulları ilə,
udlaq və bağırsaq, bəzən
onurğanın hərəki neyronları
63
çirklənmiş əşyalarla, xəstə
insanın nəcisindən milçəklər
vasitəsilə digər insana keçə
bilir.
zədələnir
Hepatit A
çirklənmiş qida vasitəsilə qaraciyər zədələnir
Hepatit B
qan vasitəsilə qaraciyər zədələnir
Quduzluq
qan vasitəsilə sinir
sistemi
zədələnir
QİÇS
qan vasitəsilə
immun sistemi zədələnir
Virusların əlamət
və xüsusiyyətləri
1. Kiçik ölçülərə malik həyat formalarıdır.
2. İrsi məlumatları daşıyan nuklein turşularından və qoruyucu
zülal örtükdən – kapsiddən təşkil olunmuşlar.
3. Canlı orqanizmlərin hüceyrələrində çoxala bilirlər
4. Hüceyrəyə düşmüş virusun irsi materialı sahib orqanizmin
genetik koduna daxil olaraq onu dəyişir və məhv edir.
Yoluxma yolları
1. Hava-damcı
2. Qan vasitəsi ilə
3. Kontakt yolu
Virus xəstəlikləri
1. Qrip
2. Çiçək
3. Hepatit
4. Qızılca
5. QİÇS və s.
İnsan xəstəlikləri
Heyvan xəstəlikləri Bitki
xəstəlikləri
Qrip, çiçək, su çiçəyi, qızılca,
poliomielit, hepatit, quduzluq,
QİÇS, parotit
Qarayara, taun,
quduzluq, quş qripi,
donuz qripi
Tütün mozaikası virusu,
bitkilərdə sarılıq virusu
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular
• Virusların kəşfinin tarixi.
• QİÇS virusu: yoluxma yolları və profilaktikası.
• Hepatit virusu: yoluxma yolları və profilaktikası.
Elektron resurslar
http://tana.ucoz.ru/load/1/249-1-0-2913
https://www.youtube.com/watch?v=--uD0mcENjU
http://tana.ucoz.ru/load/1/249-1-0-3321
http://tana.ucoz.ru/load/video_quot_zhiznennyj_cikl_virusa_grippa_h1n1_quot/27
2-1-0-4306
https://www.youtube.com/watch?v=HoJ7KxtE9Oc
64
Qiymətləndirmə meyarı: təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Virus xəstəlikləri,
onlarla yoluxma
yollarını çətinliklə
izah edir, təqdimatı
yalnız müəllimin
köməyi ilə
hazırlayır.
Virus xəstəlikləri,
onlarla yoluxma
yollarını qismən
izah edir, mövzu ilə
bağlı təqdimatı
müəllimin köməyi
ilə hazırlayır.
Virus xəstəlikləri,
onlarla yoluxma
yollarını əsasən izah
edir, mövzu ilə
bağlı təqdimat
hazırlayır.
Virus xəstəlikləri,
onlarla yoluxma
yolları ilə bağlı
ətraflı təqdimatlar
hazırlayır.
Dərs 13 / Mövzu 11:
HÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN
FUNKSİYALARI
Şagirdlər aşağı siniflərdə qazanılan biliklərə əsaslanaraq sualları müzakirə
edirlər.
Tədqiqat sualı:
Canlı orqanizm hüceyrələrinin strukturu və funksiyaları
necədir?
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirə” üsulu ilə
aparıla bilər. Bunun üçün sinifdəki şagirdlər 3 (birmembranlı, ikimembralı və
membran quruluşu olmayan orqanoidlər), yaxud 7 (orqanoidlərin sayına görə)
qrupda işləyirlər. Bu halda müəllim şagirdləri əlavə mətn, sxem və mikrofotoşəkil-
lərlə təchiz edə bilər. Tədricən cədvəlin müvafiq xanalarında qeydlər aparılır.
Dərsin əsas məzmunu
• Hüceyrə canlı orqanizmlərin quruluş vahididir.
• Birmembranlı orqanoidlər.
• İkimembranlı orqanoidlər.
• Membran quruluşu olmayan orqanoidlər.
Alt
STANDART
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya,
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Sitologiya elminin tədqiqat obyekti olan hüceyrə orqanoidlə-
rinin quruluş və funksiyaları haqqında məlumat toplayır və
təqdim edir.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Membranlı və membransız orqanoidlər, endoplazmatik şəbəkə,
Holci kompleksi, lizosom, mitoxondri, plastid, ribosom, hüceyrə
mərkəzi
65
Təklif olunan cədvəl, sxem və krossvordlar
Orqanoid Quruluş xüsusiyyətləri Funksiyası
Endoplazmatik
şəbəkə
Birmembranlı.
Membranla əhatələnmiş kanal və
boşluqlar sistemidir: dənəvər və
hamar. Dənəvər endoplazmatik
şəbəkənin membranı üzərində
çoxlu ribosom yerləşir.
Hamar endoplazmatik şəbəkədə
karbohidrat və lipidlər əmələ
gəlir. Dənəvər şəbəkədə zülal
sintez olunur. Maddələrin
hüceyrə daxilində daşınmasını
təmin edir.
Holci
kompleksi
Birmembranlı.
Müxtəlif lövhəciklər, kanalcıqlar
və qovuqcuqlardan təşkil
olunmuşdur.
Hüceyrədə yaranan maddələri
toplamaq və hüceyrədən xaricə
daşınmasında iştirak etməkdir.
Lizosom
Birmembranlı.
İçərisində zülalları,
karbohidratları və lipidləri həll
edən fermentlər olan qovuqcuq
Hüceyrədaxili həzmdə iştirak edir
Mitoxondri
İkimembranlı, oval formalı
orqanoid
Hüceyrə tənəffüsündə iştirak edir,
yaranan enerjini ATF enerjisi
şəklində ehtiyat halında saxlayır
Plastid
İkimembranlı.
3 növ: xloroplastlar, leykoplastlar,
xromoplastlar.
Xloroplastlar yaşıl rəngdədir, ona
yaşıllıq verən xlorofil
piqmentidir. İşıqda
xloroplastlarda fotosintez gedir.
Leykoplastlar rəngsizdir və
ehtiyat qida maddələri toplaya
bilir.
Xromoplastlarda bitkiyə müxtəlif
rənglər verən piqmentlər olur.
Ribosom
Membran quruluşu olmayan
orqanoid.
İki hissədən (böyük və kiçik)
ibarətdir.
Zülalların biosintezi. Zülal sintez
etmək üçün qrup – polisom
halında birləşir.
Dostları ilə paylaş: |