10. Suallara cavab verin:
• Tibbi-genetik məsləhətlərin əhəmiyyəti nədir?
• İnfeksiyalar reproduktiv sağlamlığa necə təsir edir?
______________________________________________________________
_________________________________________________________
1.______
2.______
3.______
4.______
5.______
6. ______
7. ______
8. ______
1
b
2
g
3
s
4
g
5
b
1 s
2 g
3 b
4 g
5 b
1
g
2
g
3
b
4
s
5
b
1
b
2
s
3
g
4
b
5
g
196
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR
Dərs 34/ Mövzu 25:
NÖV VƏ ONUN KRİTERİLƏRİ
DƏRSİN GEDİŞİ
MOTİVASİYA:
Müəllim “Qonur ayı” şəklini nümayiş etdirir və suallar verir:
–
Bu heyvanın adı “qonur ayı”dır. İki sözdən hansı cinsin və hansı isə növün
adını göstərir?
– Həmin cinsə aid olan başqa bir heyvan adını söyləyin. ( Ağ ayı) .
Müəllim ağ ayının şəklini qonur ayının şəklinin yanında asır və sinfə müraciət
edir:
– Eyni cinsə aid olan iki növü müqayisə edin. Onların oxşar və fərqli
cəhətlərini göstərin.
– Növ nədir?
Müzakirə zamanı müəllim şagirdlərin cavabları əsasında ümumi nəticə çıxarır:
1. Növ bioloji təsnifatda əsas kateqoriyadır.
2. Oxşar növlər bir cinsdə birləşir.
3. Növü adlandırmaq üçün əvvəlcə növün aid olduğu cinsin adı (isim),
sonra isə növ adı (sifət) göstərilən binar nomenklaturadan istifadə
olunur.
4. Müxtəlif növlərə aid olan fərdlər bir-birindən xarici əlamətlərinə,
yaşayış yerlərinə və s. xüsusiyyətlərinə görə fərqlənirlər.
Sonra müəllim şagirdlərdən onların evlərinin, məktəbin yaxınlığında rast
gəldikləri bitki və heyvan növlərinin adlarını sadalamağı xahiş edir. Tədqiqat sualı
formalaşdırılır.
Tədqiqat sualı:
Hər bir növ hansı əlamət və xüsusiyyətlərinə görə digərindən
fərqlənir?
Alt
STANDART
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar
hazırlayır.
TƏLİM
NƏTİCƏLƏRİ
“Növ”, “növün kriteriləri” anlayışlarının mahiyyətini şərh edir.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, kiçik qruplarda iş
İstifadə olunan
İŞ ÜSULLARI
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə
İNTEQRASİYA
C–2.1.8, Az.dili–2.1.4
RESURSLAR
Dərslik, şəkil və mətnlər, kompüter, proyektor, iş vərəqləri.
197
TƏDQİQATIN APARILMASI
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri fəsilələrə görə 6 kiçik qrupa (növün
kriterilərinə müvafiq olaraq) bölür.
Hər bir qrup növün bir kriterisini şərh edən mətn alır. 5-7 dəqiqə ərzində
cədvəlin müvafiq sətrini doldurmaq tələb olunur. Qruplar çıxış edib kriterinin
mahiyyətini və çatışmazlığını izah edir, “Növün kriteriləri” cədvəlini doldururlar.
Müəllim mövzu ilə bağlı əlavə mətn və şəkillər də hazırlaya bilər. Bütün
qruplara eyni təlimat verilir.
Tapşırıq. Mətni oxuyun. Məlumatı cədvəlin müvafiq xanalarında yerləşdirin.
Kriterinin adı Hansı xüsusiyyətlərə
əsaslanır?
İstisnalar
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Qruplar öz işlərini təqdim edir. Hər qrup cədvəlin tamamladığı sətrini lövhəyə
yapışdırır. Qruplar bir-birinin işləri ilə tanış olur, nəticələri müzakirə edirlər.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim məlumatı ümumiləşdirir və şagirdlərlə birlikdə nəticə çıxarır:
Heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Bu səbəbdən növü
müəyyən etmək üçün bütün kriterilərin cəmindən istifadə etmək lazımdır.
Ümumi cədvəl tərtib olunur.
Kriterinin adı Hansı xüsusiyyətlərə
əsaslanır?
İstisnalar
Morfoloji kriteri
Növlərin xarici və daxili
quruluşlarında olan fərqlərə
görə müəyyən olunur.
Qara siçovulun iki əkiz növü
məlumdur
Genetik kriteri
Növlərin xromosom
yığımında olan fərqlərə görə
müəyyən edilir.
Sağlam insanda 46 xromosom
olduğu halda, Daun xəstəliyi
olan insanlarda 47 xromosom.
Fizioloji kriteri
Növlər arasında olan həyat
proseslərində, xüsusən də
çoxalmada olan fizioloji
fərqlərə görə müəyyən edilir.
Təbiətdə bəzən ayrı-ayrı
növlərə mənsub fərdlər (sarı
bülbül, alacəhrə, qovaq və sö-
yüdün bəzi növləri) çarpaz-
laşır və döllü nəsil verirlər
Coğrafi kriteri
Hər bir növün müəyyən
coğrafi ərazidə yaşaması və
coğrafi areal tutmasına
əsaslanır.
Bəzən kosmopolit (hər yerdə
yayılan) növlərə (məsələn,
dam sərçəsi, boz siçovul) də
rast gəlinir.
198
Ekoloji kriteri
Növün müəyyən ekoloji mühit
şəraitində yaşamasına
əsaslanır.
İnsanlarla birgə yaşayan
tarakanlar, milçəklər, siçanlar
və ev heyvanları, bəzi alaq
otları dəqiq ekoloji
uyğunlaşmaya malik deyil.
Biokimyəvi kriteri
Növləri zülal və nuklein
turşularının tərkibi və
quruluşuna görə
fərqləndirməyə imkan verir.
Bəzən növ daxilində baş verən
mutasiyalar nukleotidlərin
zəncirdən düşməsinə səbəb
olur və bu, yeni əlamətin
yaranmasına gətirib çıxarır.
YARADICI TƏTBİQETMƏ
Bu mərhələdə müəllim şagirdlərə bir neçə tapşırıq təklif edə bilər.
A) Müəllim mətni oxuyaraq siniflə müzakirə aparır:
1. Bir neçə rayonda məskunlaşan adi tülkü tədricən bir-birini əvəz edən bir neçə
coğrafi forma əmələ gətirir. Meşə zonasında yaşayan ən şimal formalar daha iridir.
Çöl və çöl-səhra zonasında yaşayan tülkülər ölçülərinə görə kiçik olurlar. Orta
Asiya səhralarında yaşayanlar isə onlardan da kiçik olur və ən kiçik ölçüdə olanlar
Əfqanıstanda, Pakistanda, Hindistanda məskunlaşır. Cənuba getdikcə orada
yaşayan tülkülərin quyruğunun və qulaqlarının daha uzun olduğu müşahidə edilir.
2. Avropanın malyariya xəstəliyi olmayan rayonlarında malyariya ağcaqanadına
rast gəlmək olar. Bundan başqa, bəzi yerlərdə ağcaqanad insanın, bəzi yerlərdə isə
yalnız ev heyvanlarının hesabına qidalanır. Bəzi rayonlarda bir qədər duzlu sularda,
digərlərində isə yalnız şirin sularda çoxalırlar. Xarici formasına görə, demək olar
ki, bir-birindən fərqlənmirlər. Fərqləri yumurtanın strukturunda, sürfələrdə qılların
sayı və şaxələnməsində olur.
Müzakirə üçün suallar:
1. Mətndə hansı kriterilərdən danışılır?
2. Mətndə bir, yoxsa müxtəlif növlərdən danışılır?
3. Oxuduğunuz mətndən hansı nəticə çıxarmaq olar?
В) “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölməsindəki “Bioloji məsələlər”
müzakirə olunur, nəticələr çıxarılır.
С) Hər qrup mövzuya aid 5-6 sözdən ibarət krossvord tərtib edərək digər qrupa onu
həll etməyə verir. Dərsin sonunda krossvordlar müzakirə olunur, qiymətləndirilir.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün
meyar cədvəli hazırlayır. Dərsin mərhələlərində şagirdlərin fəaliyyətini bu
meyarlara uyğun olaraq izləyir və qeydlərini cədvəldə yazır.
199
Elektron resurslar:
https://www.youtube.com/watch?v=0OXXUebGoI8
https://www.youtube.com/watch?v=KMdkws7VBZQ
https://www.youtube.com/watch?v=ugeAWrHMGxU
http://tana.ucoz.ru/load/342-1-0-2085
http://tana.ucoz.ru/load/266-1-0-1009
Dərs 46 / Mövzu 36:
EMOSİYALAR. YADDAŞ
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim şagirdləri hekayədən bir parça ilə tanış edir:
Behişt ətri
... Evimizin arxasında qızılgüllər böyük bir sahəni tutmuşdu. Gül kollarından sonra
üzümlük başlayırdı.
... Qəflətən elə bir leysan başladı ki, tut ucundan – göyə çıx. Leysan qəflətən başla-
dığı kimi, qəflətən də kəsdi, gün çıxdı.
Mən yağışdan sonra torpaqdan gələn ətri çox xoşlayıram. Odur ki bu ətri
qoxulamaq üçün həyətə düşdüm. Amma havada torpaq ətrini başqa bir ətir
üstələmişdi. Ətraf qızılgül ətri ilə dolmuşdu. Ətrin mənbəyi məlum idi. Mən
evimizin arxasına keçdim. Gözümün qarşısında açılan mənzərədən donub qaldım.
İlahi, bu nə ecazkar mənzərə, bu nə möcüzədir, təkrarolunmaz gözəllikdir? Bu ki,
əsl behişt ətridir. Bu sözləri mən indi, o hadisədən onilliklər keçəndən sonra yada
salsam da, elə o zaman da bu sözlərə uyğun hislər keçirirdim.
Mətnlə tanışlıqdan sonra müəllim sinfə müraciət edir:
– Bəs siz uşaqlıq illərindən hansı xatirələri yada salırsınız?
– Hansı hadisələr uzun müddət yadda qalır, hansılar isə tez unudulur?
– Bu nədən asılıdır?
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır.
TƏLİM
NƏTİCƏLƏRİ
Müsbət və mənfi emosiyaları ifadələrinə və yaranmasına görə
təsnif edir, mexanizmini şərh edir.
Yaddaş proseslərinin mexanizmini şərh edir.
Mühit amillərinin insanın emosiyalarına və yaddaşına təsirini şərh
edir, təqdimatlar hazırlayır.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə
İstifadə olunan
İŞ ÜSULLARI
Beyin həmləsi, fasiləli oxu, təqdimat
İNTEQRASİYA
Az.dili.-3.1.3; H.B.-2.1.1; Az.tarixi – 1.2.2; İnf.-3.3.3.
RESURSLAR
Dərslik, şəkillər, kompüter, proyektor, elektron təqdimatlar, rəngli
karandaş və flomasterlər, A3 və ya A4 vərəqlər
200
– Bütün insanların yaddaşı eynidirmi?
Bu mərhələdə şagirdlər fərdi şəkildə “Fəaliyyət” bölümündə verilən, yaxud
aşağıdakı praktik işi yerinə yetirirlər (bu halda şəkil böyük formatda lövhədə
nümayiş etdirilir).
Tapşırıq: Qarşınızda müxtəlif söz yığını var (Sözlər bir-biri ilə əlaqəsi olmayan
14-15 müxtəlif şəkillə də əvəz oluna bilər). 30 saniyə ərzində bu sözlərə diqqətlə
baxıb onları yadda saxlamağa çalışmalısınız. 10 saniyə fasilə verdikdən sonra bir
dəqiqə ərzində onları yada salıb dəftərinizdə qeyd etməlisiniz.
Müəllim:
– Əgər 6 sözdən az yadda saxlamısınızsa, deməli, yaddaşınız zəifdir və siz onu
məşq etdirməlisiniz. 6-9 söz – yaxşı, 10 söz isə yaddaşınızın əla olduğunu
göstərir.
Tədqiqat sualı:
İnsanın yaddaşı hansı orqanlar sistemi ilə əlaqədardır? Hansı
meyarlara əsasən yaddaşı növlərə ayırmaq olar?
TƏDQİQATIN APARILMASI
Tədqiqat işi bütün siniflə (“Fasiləli oxu” üsulu ilə), yaxud kiçik qruplarda
aparılır. Şagirdlər dərslikdəki məlumatla tanış olduqca sxemləri doldururlar.
Müəllim belə tapşırıq verir:
– Dərslikdəki mətni oxuyun. Yaddaşın növlərini sxemin müvafiq xanalarında qeyd
edin. Hər yaddaş növünə misal göstərin.
ve
Ta
– T
for
– S
So
tap
“Emosiya” an
erilə bilər. Bunu
apşırıq:
Təqdim olunan
rmasının dəyişm
Sizcə, bunun sə
onra müəllim “e
pşırır. (müsbət v
nlayışının izahı
un üçün lövhədə
insanların vəziy
məsinə görə təs
əbəbi nədir?
emosiya” anlayı
və mənfi)
201
və emosiyaların
ə şəkil nümayiş
yyətini dodaqla
svir edin. (sevin
ışını izah edir,
n növləri dərsin
edilir:
arın, gözlərin, m
nc, qorxu, qəzəb
şagirdlərə emos
n ikinci hissəsind
mimiki əzələlərin
b, təəccüb və s.)
siyaları təsnif e
də də
n
etməyi
202
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ.
Müəllim tədqiqat işinin nəticələrini müzakirə edir.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim şagirdlərə məlumatı ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır:
– İnsanın mərkəzi sinir sisteminin köməyi ilə fərdi təcrübə toplamaq, onu
yadda saxlamaq və lazım gəldikdə təkrarlamaqla səciyyələnən proseslər məcmusu
yaddaş adlanır. Yaddaşın formalaşmasında beyin qabığı iştirak edir.
Yaddaş xatırlama, yaddasaxlama və təkraretmə kimi proseslərdən ibarətdir.
Bu proseslərin müddətindən asılı olaraq yaddaşı 3 tipə ayırırlar: sensor və ya ani
yaddaş, qısamüddətli yaddaş, uzunmüddətli yaddaş. Məlumatın yaddaqalma xüsu-
siyyətinə görə iki cür yaddaş ayırırlar: iradi və qeyri- iradi yaddaşlar.
İnsanda meydana çıxmasına görə aşağıdakı yaddaş tiplərinə bölünür: hərəkət
yaddaşı, obrazlı yaddaş, emosional yaddaş və söz yaddaşı.
Yaddaşın tipləri bir-biri ilə əlaqəlidir. Bəzən məlumatın yadda saxlanılmasın-
da bir neçə yaddaş növü iştirak edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim dərsin bu mərhələsində şagirdlərə yaddaşı möhkəmləndirmək üçün
tövsiyələr adlı siyahı tərtib etməyi tapşırır. Tapşırığı evə vermək də mümkündür.
Evə “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölümündəki 2-ci və 3-cü
tapşırıqlar verilir.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
203
Tövsiyə olunan mənbələr
1. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Z.A.Veysova. Birləşmiş Millətlər Təşkilatının
Uşaq Fondu (UNICEF)
2. Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları. A.Krouford, E.Vendi Soul, S.Metyu,
C.Makinster
3. Пасечник В.В. Введение в общую биологию и экологию. 9 класс. Тематическое и
поурочное планирование к учебнику А.А. Каменского, Е.А. Криксунова, В.В.
Пасечника: Пособие для учителя. – М.: Дрофа, 2004.
4. Пепеляева О.А., Сунцова И.В. поурочные разработки по общей биологии: 9 класс. –
М.: ВАКО, 2009.
5. Биология. 8-9 классы: рефераты / сост. М.В. Высоцкая. – Волгоград: Учитель, 2007.
6. Биология. 9 класс. Подготовка к государственной итоговой аттестации – 2010: учебно
– методическое пособие / А.А. Кириленко, С.И. Колесников – Ростов н/Д: Легион,
2009.
7. Открытые уроки по биологии. 7-9 классы / авт.-сост. В.В. Балабанова, Т.А.
Максимцева. – Волгоград: Учитель, 2003.
8. Справочник учителя биологии: законы, принципы, правила, биографии ученых/ авт.-
сост. Н.А. Степанчук. – Волгоград: Учитель, 2010.
9. Биология. 5-9 классы: проектная деятельность учащихся / авт.-сост. Е.А. Якушкина и
др. – Волгоград: Учитель, 2009.
10. Биология. 6-9 классы. Конспекты уроков: семинары. Конференции, формирование
ключевых компетенций / авт.-сост. И.Н. Фасевич и др. – Волгоград: Учитель, 2009.
11. Олимпиадные задания по биологии. 6-11 классы /авт.-сост. Л.М. Кудинова. –
Волгоград: Учитель, 2005.
12. Занимательная биология на уроках и внеклассных мероприятиях. 6-9 классы / авт.-
сост. Ю.В. Щербакова, И.С. Козлова. – М.: Глобус, 2010.
13. Ватуев А.С., Гуленкова М.А., Еленевский А.Г. Биология: Большой справочник для
школьников и поступающих в вузы. -М.: Дрофа, 2004;
14. Болгова И.В. Сборник задач по Общей биологии для поступающих в вузы. – М.:
«Оникс 21 век» «Мир и образование», 2005;
15. Козлова Т.А., Кучменко B.C. Биология в таблицах 6-11 классы: Справочное пособие.
-М.: Дрофа, 2002.
16. “Ümumi biologiya, 10-11-ci sinif”. Dərs vəsaiti. Bakı, 2011.
17. Пименов А.В., Пименова И.Н. Биология. Дидактические материалы к разделу
«Общая биология». «Издательство НЦ ЭНАС», 2004.
18. Реброва Л.В., Прохорова Е.В. Активные формы и методы обучения биологии. М.:
Просвещение, 1997.
19. Фросин В. Н., Сивоглазов В. И. Готовимся к единому государственному экзамену:
Общая биология. – М.: Дрофа, 2004. – 216 с;
20. Калинова Г.С. Подготовка к экзаменам; М.:АСТ*Астрель, 2004г.
21. Суханова Т.С. Биология/Экзамен для всех/, – М.;Вентана-Граф,2004г.
22. Чередникова Г.В.Биология.9 класс/для преподавателей/.-Волгоград: Учитель, 2009г.
23. www.bio.1september.ru
24. www.bio.nature.ru
25. http://gimbioperm.blogspot.com/
26. http://bio.reshuege.ru/?redir=1
204
Biologiya – 9
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Biologiya” fənni üzrə müəllim üçün metodik vəsait
Tərtibçi heyət:
Müəlliflər:
Xumar Elçin qızı Əhmədbəyli
Nailə İlyas qızı Əliyeva
Yaşar Mədət oğlu Seyidli
Dil redaktoru
K.Cəfərli
Nəşriyyat redaktoru
K.Abbasova
Texniki redaktoru
Z.İsayev
Dizayneri
P.Məmmədov
Korrektoru
A.Məsimov
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Kağız formatı: 70 x 100
1
/
16
.
Səhifə sayı 204. Fiziki çap vərəqi: 12,75.
Tirajı: 7000. Pulsuz.
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap edilmişdir.
Dostları ilə paylaş: |