5. Düzgün (+) və yanlış (–) ifadələri qeyd edin:
Şərtsiz reflekslər orqanizmin daxili mühitinin sabitliyini təmin edir.
Şərtsiz reflekslərin mərkəzi beyin qabığında yerləşir.
Şərti reflekslər təlim nəticəsində formalaşır və insanı mühitin dəyişən
şəraitinə uyğunlaşdırır.
Düşüncəli fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır.
Şifahi nitqin formalaşmasında sağ yarımkürələrin alın payı iştirak edir.
Mücərrəd təfəkkür ikinci siqnal sisteminin iştirakı ilə baş verir.
Uşaqlarda daha güclü iradi yaddaş olur.
6. Düzgün cavabı seçin:
Ali sinir fəaliyyətinin hansı formaları yeni doğulmuş uşaqda olmur, lakin
həyatın sonrakı dövründə, insanlarla ünsiyyətdə olduğu zaman meydana çıxır?
А) Şüur və nitq; В) Elementar düşüncəli fəaliyyət; С) Şərtsiz reflekslər.
İnstinkt nəyin cəmidir?
A) Şərti reflekslərin; В) Şərtsiz reflekslərin; С) Bacarıqların.
İ.P.Pavlovun təcrübəsində it üçün qida necə qıcıqlandırıcıdır?
А) Şərti; В) Şərtsiz; С) Təsirsiz.
Baş beyin qabığının elektrik fəallığının tez-tez dəyişməsi, ətrafların dartılması
hansı yuxu fazası üçün səciyyəvidir?
А) Tez və ləng yuxu fazası; В) Ləng yuxu fazası; С) Tez yuxu fazası.
Qısamüddətli yaddaşa aiddir:
А) Bloknota baxaraq telefon nömrəsinin yığılması; В) Şagirdin dərsdə dinlədiyi
məlumat; С) Yuxarı sinif şagirdinin yaddaşında qalan vurma cədvəli.
7. Suallara cavab verin:
Əsəbiləşmək və hiddətlənmək nəticəsində insanın ürək döyüntülərinin sayı
artır. Bu hadisənin fizioloji mexanizmini izah etməyə çalışın.
Nə üçün sürücüyə “Qarşıda çuxur var” söylədikdə o, çuxuru görməsə belə
avtomobilin əyləcini dərhal basır?
8. Ləng yuxu (L/Y) və tez yuxuya (T/Y) aid əlamətləri əks etdirən düzgün
sıranı seçin:
1. 10–15 dəqiqə davam edir.
2. Orqanizmin bütün sistemlərinin fəallığı azalır.
3. Bədən temperaturu yüksəlir.
4. Əzələlər boşalır.
5. Bədən temperaturu aşağı düşür.
6. Əzələlər yığılır.
7. 1–1,5 saat davam edir.
8. Orqanizmin bütün sistemlərinin fəallığı artır.
155
A) B) C) D)
9. Sxemləri tamamlayın:
10. Mənfi və müsbət emosiyalar həyatımızda hansı rol oynayırlar?
___________________________________________________________
___________________________________________________________
1 T/Y
2 L/Y
3 T/Y
4 L/Y
5 L/Y
6 T/Y
7 L/Y
8 T/Y
1 L/Y
2 T/Y
3 T/Y
4 T/Y
5 T/Y
6 L/Y
7 L/Y
8 L/Y
1 L/Y
2 L/Y
3 T/Y
4 L/Y
5 T/Y
6 L/Y
7 T/Y
8 T/Y
1 T/Y
2 T/Y
3 T/Y
4 L/Y
5 L/Y
6 L/Y
7 L/Y
8 T/Y
156
BÖLMƏ 3. EKOLOJİ SİSTEMLƏR.
İNSAN VƏ ƏTRAF MÜHİT
TƏDRİS VAHİDİ ÜZRƏ
REALLAŞDIRILACAQ ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
7 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
1 saat
Dərs 51 / Mövzu 40:
ORQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ
AMİLLƏR
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq sualları
müzakirə edirlər. Bu mərhələdə BİBÖ cədvəlindən istifadə oluna bilər.
Tədqiqat sualı:
Canlı orqanizmlərə ekoloji amillərin necə təsir göstərir?
Alt
STANDART
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir,
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Abiotik amillərin canlıların həyatında rolunu şərh edir.
Temperatur və rütubətin bitkilərə və heyvanlara təsiri
nəticəsində yaranan uyğunlaşmalara aid təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Ekoloji amillər, abiotik, biotik, antropogen amillər, dözümlülük,
optimal intensivlik, məhdudlaşdırıcı amil
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi
üsullarla əsaslandırır.
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib təqdimatlar
hazırlayır.
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin qorunması ilə bağlı faktları
toplayıb təqdimatlar hazırlayır.
FƏSİL –
6
CANLILAR VƏ ƏTRAF MÜHİT
157
Paraqrafın birinci hissəsi təhlil olunduqdan sonra müəllim şagirdlərlə birlikdə
sxem tərtib edir.
Dərsin əsas məzmunu
• Orqanizmlərin yaşayış mühiti və ekoloji amillər: abiotik, biotik və antropogen.
• Ekoloji amillərin orqanizmə təsir intensivliyi: optimal intensivlik, dözümlülük
həddi, məhdudlaşdırıcı amil.
• Mühitin abiotik amilləri: işıq, temperatur, rütubət.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Şagirdlər dərslikdə təklif olunan qrafikin sadələşmiş formasını dəftərə köçürürlər.
Dözümlülük hәddi
A
şa
ğ
ı
h
әdd
Y
uxar
ı h
әdd
Mәhvolma
Mәhvolma
Am
ilin
әlveri
şlilik
d
әr
әc
әsi
Normal hәyat
fәaliyyәti zonası
Amilin intensivliyi
S
ıx
ınt
ılı
zo
n
a
S
ıx
ınt
ılı
zo
n
a
Opti
mu
m
Biotik
(canlı təbiət)
Orqanizmlərin bir-
birinə təsiri: bitkilərin
həşəratlarla tozlanması,
orqanizmlər arasında
rəqabət, yırtıcılıq,
simbioz və s.
Antropogen
(insan fəaliyyəti)
Canlı orqanizmlərin
həyat şəraitinin
dəyişdirilməsi ilə
müşayət olunan insan
fəaliyyəti.
EKOLOJİ
FAKTORLAR
Abiotik
(cansız təbiət)
İşıq, rütubət, atmosfer
təzyiqi, havanın
temperaturu, torpaqda
mineral duzların
miqdarı, torpağın
nəmişliyi və aerasiyası
və s.
158
Əlavə olaraq şagirdləri real göstəricilərlə tanış etmək olar.
Bitkilərin böyüməsinin temperaturdan asılılığı
Bitki Temperatur,
0
C
minimum optimum maksimum
Arpa
0 – 5
25 – 31
31 – 37
Qarğıdalı
5 – 10
37 – 44
44 – 50
Balqabaq
10 – 15
37 – 44
44 – 50
Xiyar
15 – 18
31 – 37
44 – 50
Optimal rütubət
Qış bağlarında, oranjereyalarda, istixanalarda yetişdirilən bitkilər üçün – 55-75 %.
İnsan üçün – 45-65 %.
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu
•
Temperatur və rütubətin bitkilərə və heyvanlara təsiri nəticəsində yaranan
uyğunlaşmalar.
Elektron resurslar
http://tana.ucoz.ru/load/269-1-0-1005
https://www.youtube.com/watch?v=JV1msrsLHNc
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Abiotik amillərin
canlıların həyatında
rolunu çətinliklə
şərh edir.
Abiotik amillərin
canlıların həyatında
rolunu qeyri-dəqiq
şərh edir.
Abiotik amillərin
canlıların həyatında
rolunu şərh edərkən
bəzi səhvlər buraxır.
Abiotik amillərin
canlıların
həyatında rolunu
düzgün şərh edir.
İŞ
IQ
Ultrabənövşəyi
qısadalğalı - 0,29 mkm-dən
az, uzundalğalı - 0,30-0,40
mkm
yüksək kimyəvi fəallığa
malikdir, böyük dozalarda
canlılara məhvedici təsir
göstərir, az miqdarı D
vitamininin əmələ
gəlməsində iştirak edir
Görünən
0,40-0,75 mkm
fotosintez üçün böyük
əhəmiyyətə malikdir,
heyvanların əksəriyyəti bu
işığı görür
İnfraqırmızı
0,75 mkm-dən çox
istilik mənbəyi, insan gözü
tərəfindən qəbul edilmir
159
Temperatur və
rütubətin bitkilərə və
heyvanlara təsiri
nəticəsində yaranan
uyğunlaşmalara aid
təqdimatları yalnız
yoldaşlarının və
müəllimin köməyi
ilə hazırlayır.
Temperatur və rütu-
bətin bitkilərə və
heyvanlara təsiri
nəticəsində yaranan
uyğunlaşmalara aid
təqdimatları hazır-
layarkən müəllimin
köməyindən istifadə
edir.
Temperatur və
rütubətin bitkilərə
və heyvanlara təsiri
nəticəsində yaranan
uyğunlaşmalara aid
təqdimatlarda kiçik
səhvlər buraxır.
Temperatur və
rütubətin bitkilərə
və heyvanlara
təsiri nəticəsində
yaranan
uyğunlaşmalara
aid ətraflı
təqdimatlar
hazırlayır.
Dərs 52 / Mövzu 41:
TƏBİİ BİRLİKLƏR VƏ EKOLOJİ SİSTEMLƏR
Keçmiş dərsdə və aşağı siniflərdə qazanılan biliklərə əsaslanaraq şagirdlər
sualları müzakirə edir, fərziyyələrini irəli sürürlər.
Tədqiqat sualı:
Müxtəlif növlərin populyasiyaları və cansız təbiət arasında
münasibətlərin xüsusiyyətləri nədən ibarətdir?
Dərsin əsas məzmunu
• Biosenoz–bioloji sistem kimi.
• Biosenozun strukturu.
• Süni biosenozlar.
• Ekoloji sistem. Ekosistemdə orqanizm qrupları: produsentlər, konsumentlər,
redusentlər
• Qida zənciri: mahiyyəti, strukturu.
Alt
STANDARTLAR
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir,
təqdimatlar hazırlayır.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini
ümumiləşdirib təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Təbii birliklər və ekoloji sistemlərin xüsusiyyətləri haqqında
mülahizələrini şərh edir.
Yaşadığı ərazidə yerləşən təbii və süni ekosistemlərlə bağlı
müşahidələrini ümumiləşdirib təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Biosenoz, yarus, ekoloji sistem, produsent, konsument,
redusent, ekoloji piramida
160
Təklif olunan cədvəl, sxem və krossvordlar
Biosenozda orqanizm
qrupları
Anlayışın izahı Misallar
Produsentlər Üzvi
maddələrin istehsal-
çıları. Onlar Yer üzərinə
düşən günəş enerjisini üzvi
birləşmələrin kimyəvi rabi-
tələr enerjisinə çevirir.
Bitkilər, sianobakteriyalar
Konsumentlər Üzvi
maddələrlə qidalanan
heterotroflar. Produsentlər
tərəfindən sintez olunmuş
üzvi birləşmələri mənim-
səyir, digər maddələrə
çevirir.
1-ci dərəcəli konsumentlər:
otyeyən heyvanlar,
bitkilərdə parazitlik edən
göbələklər.
2-ci dərəcəli konsumentlər
- yırtıcılar
EKOLOJİ SİSTEM
İqlim
Torpaq
Bitkilər
Heyvanlar
Mikroor-
qanizmlər
Göbələklə
R
Də
•
Y
•
B
pro
El
htt
htt
Redusentlər
ərsə aid layihə
Yaşadığınız əraz
Bioloji modellər
oqnozlaşdırılma
lektron resursl
tps://www.youtu
tps://www.youtu
•
•
•
Prod
məh
onla
qeyr
parç
mad
və tədqiqat işl
zinin təbii və sü
r üzərində ekos
ası.
lar
ube.com/watch?
ube.com/watch?
•
161
dusent və konsum
hv olduqdan sonr
arın üzvi maddələ
ri-üzvi maddələr
çalayır, mineral
ddələrə çevirirlər
ləri üçün mövz
üni ekosistemlər
istemlərdə baş v
?v=tJjGmEpb19
?v=CEiAYkxhzM
•
mentlər
ra
əri
ə qədər
.
Əsasən
göbələ
zular
rinin müqayisəs
verən dəyişiklik
9M
MU
n bakteriyalar və
əklər
si.
klərin
162
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Təbii birliklər və
ekoloji sistemlərin
xüsusiyyətləri
haqqında
mülahizələrini
çətinliklə şərh edir.
Təbii birliklər və
ekoloji sistemlərin
xüsusiyyətləri
haqqında mülahizə-
lərini şərh edərkən
çoxlu səhvlər
buraxır.
Təbii birliklər və
ekoloji sistemlərin
xüsusiyyətləri
haqqında
mülahizələrini
əsasən şərh edir.
Təbii birliklər və
ekoloji sistemlərin
xüsusiyyətləri
haqqında
mülahizələrini
ətraflı şərh edir.
Yaşadığı ərazidə
yerləşən təbii və
süni ekosistemlərlə
bağlı müşahidə-
lərini ümumiləşdirir,
təqdimatları yalnız
yoldaşlarının
köməyi ilə
hazırlayır.
Yaşadığı ərazidə
yerləşən təbii və
süni ekosistemlərlə
bağlı müşahidə-
lərini ümumiləşdirir,
təqdimatlar hazırla-
yarkən müəllimin
köməyindən istifadə
edir.
Yaşadığı ərazidə
yerləşən təbii və
süni ekosistemlərlə
bağlı müşahidələrini
ümumiləşdirir,
təqdimatlar
hazırlayır, lakin
qeyri-dəqiq faktlar
təqdim edir.
Yaşadığı ərazidə
yerləşən təbii və
süni ekosistemlər-
lə bağlı müşahi-
dələrini ümumi-
ləşdirib dolğun
təqdimatlar
hazırlayır.
Dərs 53 / Mövzu 42:
BİOLOJİ RİTMLƏR
Keçmiş dərsdə və aşağı siniflərdə qazanılan biliklərə əsaslanaraq şagirdlər
sualları müzakirə edir, fərziyyələrini irəli sürürlər.
– Orqanizmlər yaşayış mühitinə necə uyğunlaşırlar?
– Orqanizmlər mühitin təsirinə qarşı necə müqavimət göstərirlər?
Tədqiqat sualı:
Bioloji proseslərin intensivliyinə abiotik faktorları necə təsir
göstərir?
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirə”, yaxud hər
hansı digər üsul ilə aparıla bilər. Tədqiqat zamanı şagirdlərə əlavə mətn, foto və
videomateriallar təqdim etmək məqsədəuyğundur. Təklif olunan sxem, yaxud
cədvəllər tədricən doldurulur.
Alt
STANDART
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir,
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Canlı orqanizmlərin həyatında bioloji ritmlərin rolunu şərh
edir.
Canlı orqanizmlərin həyatında bioloji ritmlərin əhəmiyyətinə
dair təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Bioloji ritm, “bioloji saat”, fotoperiodizm
163
Dərsin əsas məzmunu
• “Bioloji ritm” anlayışı.
• Bitki və heyvanlarda sutkalıq, fəsil ritmləri.
• Fotoperiodizm.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Bioloji ritmlər
Sutkalıq ritmlər
Fəsil ritmləri
Çiçəklərin sübhdən açılması Quşların cənub rayonlarına uçub getməsi
İnsanda yuxu və ayıqlıq Qonur
ayıların yuxulaması
Kirpilərin gecə fəallaşması
Məməlilərin tüləməsi
İnsanın tənəffüs ritmi
Bitkilərin yazda oyanması
İnsanda avitaminozlar
Payızda xəzan hadisəsi
Quşların yuva qurması
Bitkilərdə tumurcuqların şişməsi
İlk çiçəkləyən bitkilərin bitməsi
Bitkilərdə meyvə və toxumların əmələ gəlməsi
Həşəratlarda inkişaf mərhələlərinin bir- birini əvəz
etməsi
Şagirdləri maraqlı əlavə məlumatlarla da tanış etmək faydalı olardı.
1755-ci ildə botanik Karl Linney bitkilərin çiçəkləməsi barədə öz çoxillik
müşahidələrinin nəticələrinə əsaslanaraq “Somnus plantarum” (“Bitkilərin yuxu-
su”) adlanan məşhur əsərini nəşr etdirdi. O, sutka ərzində ləçəklərin hərəkətinin
ritmini onların daxili və xarici tərəfinin qeyri-bərabər böyüməsi ilə izah etdi.
Ləçəklərin vaxtında bağlanması tozcuqları şehlə islanmaqdan qoruyur, quruduq-
dan sonra isə ləçəklər açılır və həşəratların tozcuqlara çatmasına imkan yaranır.
Adətən, çiçəyin belə açılması ertəsi gün, bəzi bitkilərdə isə daha gec baş verir. Bu
müşahidələr “botaniklərin kralını” (həmkarları K.Linneyi belə adlandırırdılar)
çiçək saatı düzəltmək fikrinə yönəldir. Dairəni sektorlara bölür, onların hər birinin
daxilində sutkanın müəyyən vaxtında çiçəkləyən və çiçəkləri bağlanan bitkiləri
yerləşdirirlər. K.Linney belə çiçək saatını Upsaladakı məşhur botanika bağında
yaradır. (http://www.botanichka.ru/blog/2015/03/08/tsvetochnyie-chasyi-mifyi-i-
realnost/).
Bioloji
ritmlər
Sutkalıq
ritmlər
Fəsil
ritmləri
Yerin Günəş ətrafında
fırlanması ilə əlaqədar
baş verir.
Yerin öz oxu ətrafında
fırlanması nəticəsində
baş verir.
164
Ayın dörd fazası ilə bağlı alimlər aylıq bioritmləri də qeyd edirlər: 1-ci faza –
yeni ay, 2-ci faza – böyüyən ay, 3-cü faza – bütöv ay, 4-cü faza – kiçilən ay.
Böyüyən ay fazasında insan daha fəal olur. Kiçilən ay fazasında isə orqanizmin
həyat fəaliyyəti aşağı düşür, fəallıq azalır, yorğunluq hiss edilir. Bütöv ay (3 gün)
və yeni ay (3 gün) fazalarına xüsusi diqqət yetirmək lazımdır. Bu dövrdə eşitmə,
diqqət, görmə aşağı düşür, daha doğrusu, özünüqoruma zəifləyir. Müşahidələrə
görə, həmin günlərdə nəqliyyat qəzaları daha çox qeyd olunur.
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular
•
İnsan orqanizminin bioritmləri. Bioritmlərin insan orqanizminə təsiri.
Elektron resurslar
https://www.youtube.com/watch?v=cPd_ZFRoZbc
https://www.youtube.com/watch?v=G6N1uZIt5sU
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Canlı orqanizmlərin
həyatında bioloji
ritmlərin rolunu
çətinliklə şərh edir
Canlı orqanizmlərin
həyatında bioloji
ritmlərin rolunu
şərh edərkən tez-tez
səhvlər buraxır.
Canlı orqanizmlərin
həyatında bioloji
ritmlərin rolunu
əsasən şərh edir.
Canlı
orqanizmlərin
həyatında bioloji
ritmlərin rolunu
faktlar
əsasında
şərh edir.
Canlı orqanizmlərin
həyatında bioloji
ritmlərin əhəmiy-
yətinə dair təqdi-
matları yalnız
yoldaşlarının
köməyi ilə
hazırlayır.
Canlı orqanizmlərin
həyatında bioloji
ritmlərin əhəmiy-
yətinə dair təqdi-
matlar hazırlayarkən
müəllimin köməyin-
dən istifadə edir.
Canlı orqanizmlərin
həyatında bioloji
ritmlərin
əhəmiyyətinə dair
təqdimatlar
hazırlayır, lakin
qeyri-dəqiq faktlar
təqdim edir.
Canlı
orqanizmlərin
həyatında bioloji
ritmlərin
əhəmiyyətinə dair
təqdimatlar
hazırlayır.
165
Dərs 54 / Mövzu 43:
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ
Mətnlə tanış olmazdan əvvəl şagirdlər mövcud biliklərə əsaslanaraq mühit
amillərinin (ekoloji faktorlar) xüsusiyyətlərini əks etdirən “klaster” tərtib edirlər:
Sonra şagirdlər sualları müzakirə edirlər:
– Müasir cəmiyyətdə antropogen amillər hansı rol oynayır?
– Sizin fikrinizcə, ətraf mühitin çirklənməsinin əsas mənbəyi nədir?
– Ətraf mühitin çirklənməsinin hansı növlərini tanıyırsınız?
– Ətraf mühitin çirklənməsi problemdirmi?
– Yer kürəsinin hansı hissəsində çirklənmə daha çox və ya daha az üzə çıxır?
– Ətraf mühitin qorunmasını müdafiə edən hansı təşkilatları tanıyırsınız?
Tədqiqat sualı:
Ətraf mühitin çirklənməsi insan üçün hansı təhlükə yaradır?
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirələr” üsulu ilə
aparıla bilər. Bunun üçün 3 qrup yaranır, dərslikdəki mətnlə yanaşı şagirdlər əlavə
mətn və şəkillərlə təmin olunur. İşin nəticələri əlavə materiallardan asılı olaraq
plakat, qrafik, diaqram, sxem və cədvəllər formasında tərtib oluna bilər.
Suyun çirklənməsi.
Atmosferin çirklənməsi.
Torpağın çirklənməsi.
Dostları ilə paylaş: |