4. Cədvəlin müvafiq sütunlarında yaşamaq uğrunda mübarizəyə aid misalları
qeyd edin:
1. Şam və tozağacı arasında işıq uğrunda mübarizə. 2. Şirlər və antiloplar arasında
mübarizə. 3. Sürüdə başçı olmaq uğrunda mübarizə. 4. Quşlar və həşəratlar arasın-
da mübarizə. 5. Alaq otlarının mədəni bitkiləri sıxışdırması. 6. Kaktusda yarpaqların
tikana çevrilməsi. 7. Məməlilərdə tüləmə. 8. Tülkü və canavarlar arasında ərazi uğ-
runda mübarizə. 9. Qaramal və lentşəkilli qurdlar arasında mübarizə. 10. Canavar
və gənə arasında mübarizə. 11. Sürüdə erkəklərin dişi uğrunda mübarizəsi.
Növdaxili mübarizə
Növarası mübarizə
Əlverişsiz mühitlə mübarizə
5. Yeni növlərin əmələ gəlməsi ardıcıllığını müəyyən edin:
a) təbii seçmə yeni şəraitdə əmələ gələn uyğunlaşma əlamətlərini qoruyub
saxlayır; b) şəraitin dəyişməsi zamanı populyasiyalarda yeni mutasiyalar və
gen kombinasiyaları yaranır; c) ilkin növün ayrı-ayrı populyasiyalarında mühit
şəraiti dəyişir və yaşayış uğrunda mübarizə kəskinləşir; d) yeni növlər əmələ
gəlir; e) tədricən ilkin növün əlamətlərinin ayrılması baş verir.
6. Şəkildə növəmələgəlmənin hansı forması göstərilmişdir?
Növəmələgəlmənin mərhələlərini təsvir edin.
1…………………………………………………………
…………………………………………………………..
2…………………………………………………………
……………………………………………………………
3………………………….................................................
……………………………………………………………
4…………………………………………………………..
…………………………………………………………..
7. Hər sual üçün 3 düzgün cavabı qeyd edin.
1. Təbii seçmədən fərqli olaraq süni seçmə:
a) insan tərəfindən məqsədyönlü aparılır.
b) təbiətdə baş verir.
c) sortun, cinsin fərdləri arasında aparılır.
d) populyasiyalar arasında baş verir.
e) mədəni formaların yaranması ilə nəticələnir.
f) yeni növlərin yaranması ilə nəticələnir.
133
2. Təkamülün nəticələrini seçin:
a) yeni bitki sortlarının yaranması.
b) dəyişmiş şəraitdə yeni növlərin yaranması.
c) yeni ev heyvan cinslərinin yaranması.
d) dəyişmiş şəraitdə yeni uyğunlaşmaların formalaşması.
e) sabit şəraitdə mövcud olan növlərin saxlanması.
f) yumurtalıq toyuq cinslərinin yaradılması.
8. Sxemi tamamlayın.
9. İfadələrdə boş yerlərə uyğun gələn açar sözlərini yazın.
Açar sözlər: süni seçmə, ontogenez, populyasiya, irsiyyət, təbii seçmə, mutasiya,
dəyişkənlik
Bir növə aid olan və eyni ərazidə yaşayan orqanizmlər qrupu ___________
əmələ gətirir.
Orqanizmlərin öz əlamətlərini, inkişaf xüsusiyyətlərini nəsildən-nəsilə ötürmək
qabiliyyətinə _____________ deyilir.
Müəyyən təbii şəraitə daha yaxşı uyğunlaşan fərdlərin seçilməsi __________
adlanır.
Orqanizmlərin fərdi inkişafı _____________adlanır.
_______orqanizmlərin yeni əlamətlər və xassələr qazanmaq xüsusiyyətidir.
Orqanizmin bu və ya digər əlamətlərin dəyişməsinə gətirib çıxaran irsi
xassələrinin kəskin dəyişməsi _____________ adlanır.
İnsan üçün lazım olan əlamətlərə malik yeni heyvan cinslərinin və mədəni bitki
sortlarının yaradılması prosesi _____________ adlanır.
10. Hər hansı ev heyvanı və ya mədəni bitki nümunəsində sxemi doldurun və
seçiminizi izah edin:
а) ümumi əcdad
b) seçmənin nəticələri
c) sortun və ya cinsin alınmasının mümkün mərhələləri
İnsanın təkamül amilləri
Sosial
Bioloji
134
TƏDRİS VAHİDİ ÜZRƏ
REALLAŞDIRILACAQ ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
7 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
1 saat
Dərs 43 / Mövzu 33:
ALİ SİNİR FƏALİYYƏTİ. ŞƏRTSİZ
REFLEKSLƏR
Mətnlə tanış olmazdan əvvəl şagirdlər qazanılmış biliklərə əsaslanaraq
dərslikdə verilmiş, yaxud aşağıdakı sualları müzakirə edirlər:
– Bizim orqanizmimiz müxtəlif orqanlar sistemindən təşkil olunmuşdur. Hansı
sistemlər orqanizmin fəaliyyətini tənzim edir?
– Bu sistemlərin köməyi ilə baş verən tənzimləmə növləri necə adlanır? (sinir və
humoral)
– Sinir fəaliyyətinin əsasını nə təşkil edir? (refleks)
– Refleks baş verən zaman sinir impulslarının keçdiyi yol necə adlanır? (refleks
qövsü)
– Refleks qövsü hansı hissələrdən ibarətdir?
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Şərtsiz refleksləri növlərini və mexanizmini şərh edir.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Şərtsiz refleks, instinkt, şərti refleks
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi
üsullarla əsaslandırır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar hazırlayır.
FƏSİL –
5
ALİ SİNİR FƏALİYYƏTİ
135
– Hansı refleksləri tanıyırsınız? (diz, gözün qırpılması)
Dərslikdə verilmiş krossvordu həll edərkən şagirdlər anlayışları təkrarlayır,
onların tərifini verirlər.
Tədqiqat sualı:
Reflekslərin hansı növləri var? Onların əhəmiyyəti nədir?
Mövzuda verilmiş nəzəri materialla tanışlıq “Fasiləli oxu”, “İnsert”, yaxud hər
hansı digər üsul ilə aparıla bilər.
Dərsin əsas məzmunu
• Ali sinir fəaliyyəti.
• Davranışın reflektor nəzəriyyəsi.
• Şərtsiz reflekslər, təsnifatı, xüsusiyyətləri.
• İnstinkt.
Tədricən sxem, yaxud cədvəllər doldurulur.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Təklif olunan cədvəli şagirdlər dəftərlərinə çəkib bu dərsdə “Şərtsiz reflekslər”,
növbəti dərsdə isə “Şərti reflekslər” sütununu doldururlar.
Şərtsiz reflekslər
Şərti reflekslər
Anadangəlmə
Şərtsiz
reflekslər
Qida
Cinsiyyət
Müdafiə
Səmt
Şərtsiz
reflekslər
Anadangəlmə
Dəyişilməz
İrsən nəslə
ötürülür
Mərkəzi onurğa beynində, beyin kötüyü və
baş beyinin ağ maddəsində olan boz
maddədən ibarət düyünlərdə yerləşir
136
İrsən nəslə ötürülür
Ömürboyu qalır
Orqanizmi sabit şəraitə uyğunlaşdırır
Refleks qövsü onurğa beyni, yaxud beyin
kötüyündən keçir
Şərtsiz refleks
Qıcıq Cavab
reaksiyası
Qida
qidanın ağız boşluğuna düşməsi
ağız suyunun ifrazı
Müdafiə
tozun burun boşluğuna düşməsi
asqırma
gözə güclü işığın düşməsi
göz qırpma
Səmt
qəflətən arxadan kəskin səsin
eşidilməsi
başın səsə tərəf çevrilməsi
qəflətən otaqda işığın yanması
başın çevrilməsi, gözlərin
yığılması
Dərsdə şagirdləri aşağıdakı videomateriallarla tanış etmək mümkündür:
Elektron resurslar
http://www.youtube.com/watch?v=fqN_VCIJ12Q
http://tana.ucoz.ru/load/1/257-1-0-2984
Qiymətləndirmə meyarı: şərhetmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Şərtsiz refleksləri,
növlərini və
mexanizmini
çətinliklə şərh edir.
Şərtsiz refleksləri,
növlərini və
mexanizmini
müəllimin köməyi
ilə şərh edir.
Şərtsiz refleksləri,
növlərini və
mexanizmini əsasən
şərh edir.
Şərtsiz refleksləri,
növlərini və
mexanizmini
düzgün şərh edir.
Dərs 44 / Mövzu 34:
ŞƏRTİ REFLEKSLƏR. REFLEKSLƏRİN
TORMOZLANMASI
Ötən dərsdə öyrənilən məlumatları nəzərə alaraq dərsin əvvəlində müəllim
şagirdlərə bir neçə həyati hadisəni müzakirə etməyi təklif edir:
– İnsan portağalı həyatında birinci dəfə görürsə, onun ağız suyu ifraz olunacaqmı?
Niyə?
– Niyə əli bir dəfə yanmış uşaq oddan uzaq durmağa çalışır?
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Şərti reflekslərin yaranma mexanizmini şərh edir.
Şərti reflekslərin insanların həyatında roluna dair təqdimatlar
hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Vərdiş, avtomatlaşmış fəaliyyət, xarici (şərtsiz) və daxili (şərti)
tormozlanma
137
Müzakirələr nəticəsində şagirdlərdə şərtsiz və şərti reflekslərin fərqi haqqında
müəyyən təsəvvürlər formalaşır. Verilmiş refleksləri təsnif edərkən şagirdlər belə
nəticəyə gəlirlər ki, şərti reflekslərin yaranması üçün müəyyən şərtlər tələb olunur.
Tədqiqat sualı:
Şərti reflekslərin yaranması üçün nə kimi şərtlər tələb
olunur? İnsan həyatında şərti reflekslərin əhəmiyyəti nədən
ibarətdir?
Dərsin əsas məzmunu
• Şərti reflekslər.
• Reflekslərin tormozlanması.
Məlumat şagirdlər üçün yeni olduğuna görə o, videomateriallar əsasında
öyrənilə bilər. Aşağıdakı ünvanda rus dilində müxtəlif videomateriallar
yerləşdirilmişdir. Dərsdən əvvəl müəllim onları nəzərdən keçirməli, hər hansını
seçib dərsdə şagirdlərə nümayiş etdirməlidir. Bu zaman film səssiz nümayiş
etdirilir və müəllim lazımi şərhlər verir.
http://www.youtube.com/watch?v=H5aF8eQbMwM
http://www.youtube.com/watch?v=dZtePOgw14c
Dərsin materialı nisbətən mürəkkəb və böyük həcmlidir. Yeni anlayışları başa
düşmək, rahat qavramaq üçün videomaterialların nümayişi və dərsin izahı zamanı
bəzi sualların təkrarlanması zəruridir. Məsələn, “Beyin yarımkürələri qabığının
quruluşu”, “şərtsiz reflekslər” və s.
Nümayiş zamanı müəllim filmi dayandıraraq istiqamətləndirici suallar verir.
– Şərti refleksin yaranması üçün nə lazımdır?
– Onun yaranması üçün əsas şərt nədir?
– İşığın yanmasına qarşı ağız suyunun ifrazı şərti refleksini necə yaratmaq olar?
– Şərti və şərtsiz reflekslərin oxşar və fərqli cəhətləri hansılardır?
– Şərti refleks şərtsiz reflekslə necə əlaqəlidir? və s.
Filmlə tanış olduqdan sonra dərsliyin E blokunda “Öyrəndiklərinizi tətbiq edin
və yoxlayın” bölümündəki 1-ci tapşırığı yerinə yetirmək olar
.
Tapşırığı yerinə
yetirdikdən sonra keçən dərsdə tərtib olunmuş cədvəli tamamlamaq tövsiyə olunur.
Şərtsiz reflekslər
Şərti reflekslər
Anadangəlmə Ömürboyu
qazanılır
İrsən nəslə ötürülür
İrsən nəslə keçmir
Ömürboyu qalır
Ömürboyu dəyişir, yox ola bilər
Orqanizmi sabit şəraitə uyğunlaşdırır Orqanizmi
dəyişkən şəraitə uyğunlaşdırır
Refleks qövsü onurğa beyni, yaxud beyin
kötüyündən keçir
Mərkəzi beyin qabığında yerləşir
Mətnin “Reflekslərin tormozlanması” hissəsinin öyrənilməsi dərslik, videofilm və
suallar əsasında təşkil olunur:
– Reflekslərin tormozlanması nə vaxt baş verir?
138
– Daxili tormozlanma mexanizmi xarici tormozlanmadan nə ilə fərqlənir?
– Tormozlanmanın insan fəaliyyətində, davranışında əhəmiyyəti nədir? və s.
Tədricən sxemlər, cədvəllər tərtib olunur, izahatlar verilir.
Tormozlanma
növləri
Xüsusiyyətləri Nümunə
Əhəmiyyəti
Xarici
Yeni güclü qıcığın
təsirindən yaranır
İtdə ağız suyu ifrazı baş
verdiyi zaman güclü zəng
səsi eşidildikdə səmt
refleksi yaranır, ağız
suyu ifrazı kəsilir.
Orqanizm mühi-
tin daim dəyişən
həyat şəraitinə
uyğunlaşır.
Daxili
Şərti qıcıqlandırıcı
şərtsiz qıcıqlandırıcı
ilə möhkəmləndiril-
mədikdə yaranan şərti
refleks tədricən zəiflə-
yir və sönür.
Lampa yandırıb bir neçə
dəfə yemək vermədikdə
itdə lampanın yanmasına
qarşı ağız suyu ifrazı
dayanır.
İnsanda reflekslərin tormozlanmasına aid nümunələri tapmaq evə tapşırıq kimi
verilə bilər.
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu
• Məktəblilərdə şərti reflekslərin yaranması və yox olub itməsi.
Elektron resurslar
http://www.youtube.com/watch?v=6Lv7SKQhF2k
http://www.youtube.com/watch?v=-3gj1VvHwJo
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Şərti reflekslərin
növlərini və
mexanizmini
çətinliklə şərh edir.
Şərti reflekslərin
növlərini və
mexanizmini
müəllimin köməyi
ilə şərh edir.
Şərti reflekslərin
növlərini və
mexanizmini əsasən
şərh edir.
Şərti reflekslərin
növlərini və
mexanizmini
düzgün şərh edir.
Şərti reflekslərin
insanların həyatında
roluna dair
təqdimatları yalnız
müəllimin köməyi
ilə hazırlayır.
Şərti reflekslərin
insanların həyatında
roluna dair təqdi-
matları hazırlayar-
kən yoldaşlarının
köməyindən istifadə
edir.
Şərti reflekslərin
insanların həyatında
roluna dair
təqdimatlarda kiçik
səhvlər buraxır.
Şərti reflekslərin
insanların
həyatında roluna
dair dolğun
təqdimatlar
hazırlayır.
139
Dərs 45 / Mövzu 35:
DÜŞÜNCƏLİ FƏALİYYƏT. NİTQ. TƏFƏKKÜR
Mətnlə tanış olmazdan əvvəl müəllim şagirdləri real faktlarla tanış edir:
– Kambocada 19 il əvvəl çəngəlliklərdə itkin düşmüş 27 yaşlı qız tapılmışdır. Qız
itən zaman 8 yaşı vardı. Bu illər ərzində o, danışıq qabiliyyətini itirmişdir. Atası
onu əlinin üzərində olan çapığa görə tanımışdır.
– Afrika ölkələrinin birində 10 yaşlı oğlan meymun sürüsündə yaşayırdı.
– İki bacı canavar sürüsündə böyümüşdür.
– 10 yaşlı oğlan küçə itlərinin başçısına çevrilmişdir.
Sadalanan bu müxtəlif hadisələri bir ümumi fakt birləşdirir: ömrünün ilk 5-6
ilini heyvan cəmiyyətində keçirən uşaqlar, demək olar ki, heç vaxt insan dilində
danışmağı, digər insanlarla şüurlu ünsiyyətdə olmağı, dik gəzməyi öyrənə bilmir-
lər. Onlar sonradan insanlar arasında yaşasalar da, kifayət qədər diqqət görsələr də,
yenə digər insanlar kimi ola bilmirlər.
– Uşağı mükəmməl insan hesab etmək üçün onda hansı psixi keyfiyyətlər for-
malaşmalıdır? (nitq, təfəkkür, yaddaş)
Tədqiqat sualı:
Düşüncəli fəaliyyət nə deməkdir? İnsanda düşüncəli
fəaliyyətin xüsusiyyətləri nədən ibarətdir?
Dərsin əsas məzmunu
• Düşüncəli fəaliyyət: insan və heyvanlarda oxşar və fərqli xüsusiyyətlər.
• Birinci və ikinci siqnal sistemləri.
• Nitq, növləri, xüsusiyyətləri.
• Nitqin inkişafına təsir edən amillər.
• Nitqin əhəmiyyəti.
• Təfəkkür əməliyyatları.
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
“Düşüncəli fəaliyyət” anlayışını şərh edir.
Nitq və təfəkkür əməliyyatlarının növlərini təsvir edir,
mexanizmini şərh edir.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Düşüncəli fəaliyyət, birinci və ikinci siqnal sistemləri, təfəkkür
əməliyyatları
140
Təklif olunan cədvəl, sxem və krossvordlar
Mövzunun E blokunda verilmiş “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın”
bölümündə təqdim olunmuş birinci tapşırıq bütün siniflə yerinə yetirilə bilər.
Lazım gəldikdə müəllim müvafiq izahat və əlavələr edir.
Təfəkkür
əməliyyatları
Təsvir Misal
Analiz
Əşya və hadisələri xəyalən
hissələrə və xüsusiyyətlərə
bölmək
Mitoz və meyoz: bölünmələrin,
qız hüceyrələrin sayı və s.
Sintez Hissələri və xüsusiyyətləri
xəyalən birləşdirmək
Biologiya + kimya = biokimya
Ümumiləşdirmə Əşya və hadisələri xəyalən
təbii əlamətlərinə görə
birləşdirmək
Adenin, timin, quanin, sitozin –
nukleotidlər
Müqayisə
Əşya və hadisələri
müqayisə etmək, onlar
arasında oxşarlığı və
fərqləri tapmaq
Zülal və polisaxaridlər. Oxşarlıq:
polimer, üzvi maddə və s.
Fərq: zülalların monomeri –
aminturşu, polisaxaridin
monomeri – monosaxarid və s.
Şifahi
(sol yarımkürələrin
alın payı)
Yazılı
(gicgah və təpə
payları)
Xarici
Daxili
NİTQ
Birinci siqnal sistemi
İnsan görmə, eşitmə, qoxu və s. duyğu
orqanları vasitəsilə xaricdən gələn
müvafiq siqnalları qəbul edir və
ətrafdakı hadisələrə cavab verir
İkinci siqnal sistemi
Nitq əşya və ya hadisələri ifadə edən
sözlərdən təşkil olunmuşdur. Hər bir söz
onların təyin etmək üçün səs siqnalıdır.
Siqnal sistemləri
141
Elektron resurslar
https://www.youtube.com/watch?v=eUBiI3K4kAY
https://www.youtube.com/watch?v=miQBxM8heR0
Qiymətləndirmə meyarları: şərhetmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
“Düşüncəli
fəaliyyət” anlayışını
yalnız müəllimin
köməyi ilə şərh edir.
“Düşüncəli
fəaliyyət” anlayışını
çətinlik çəkərək şərh
edir.
“Düşüncəli
fəaliyyət” anlayışını
əsasən şərh edir.
“Düşüncəli
fəaliyyət”
anlayışını ətraflı
şərh edir.
Nitq və təfəkkür
əməliyyatlarının
növlərini müəllimin
köməyi ilə təsvir
edir, mexanizmini
çətinliklə şərh edir.
Nitq və təfəkkür
əməliyyatlarının
növlərini təsvir edir,
mexanizmini
müəllimin köməyi
ilə şərh edir.
Nitq və təfəkkür
əməliyyatlarının
növlərini təsvir edir,
mexanizmini şərh
edərkən səhvlər
buraxır.
Nitq və təfəkkür
əməliyyatlarının
növlərini təsvir
edir, mexanizmini
şərh edir.
ANALİZ
MÜQAYİSƏ
MÜCƏRRƏDLƏŞDİRMƏ
Əşya və hadisələri
xəyalən hissələrə və
xüsusiyyətlərə
(forma, rəng, dad...)
bölmək
Əşya və hadisələri
tutuşdurmaq, oxşar
və fərqli cəhətləri
müəyyən etmək
Bir əlaməti
digərlərindən
ayırmaq (analiz
əsasında həyata
keçirilir)
Hissələri və
xüsusiyyətləri xəyalən
birləşdirmək
Əşya və hadisələri
xəyalən təbii
əlamətlərinə görə
birləşdirmək
TƏFƏKKÜR ƏMƏLİYYATLARI
ÜMUMİLƏŞDİRMƏ
SİNTEZ
Bu həndəsi fiqurlardır
dairəvi bərk
ağ yeyilmir
mü
– B
– N
– İ
– E
– E
– E
– E
Bu
– Ş
əz
– S
– M
– E
mü
Tə
A
S
T
N
Ə
A
T
D
“Emosiya”
üzakirəsi əsasın
Bizim ovqatımı
Niyə biz hadisə
İnsan ətrafında
Emosiya nədir?
Emosiyalar han
Emosional vəzi
Emosiyalar nec
u mərhələdə şag
Şəklə əsasən ins
ələlərin forması
Sizcə, belə emo
Müxtəlif insanla
Emosiyaların if
Mövzunun B
üəllim şagirdlər
ədqiqat sualı:
İ
Alt
STANDART
Təlim
NƏTİCƏLƏRİ
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Dərs 46 / Mövz
haqqında dərs
nda qurulur:
ıza, hərəkətlərim
ələrə, insanlara m
baş verən hadis
?
nsı qruplara bölü
yyətlərdə orqan
ə ifadə olunur?
girdlərə kiçik pr
sanların emosio
ına görə təsvir e
osional vəziyyət
ar emosiyaların
fadəsində hansı
blokundakı “F
ri tədqiqat sualı
İnsanın yaddaş
meyarlara əsa
3.1.2. İnsan
təqdimatlar
Müsbət v
təsnif edir
Yaddaş pr
Mühit am
şərh edir,
Emosiya, se
obrazlı, hərək
142
u 36:
EMOSİY
slikdəki məlum
mizə nə təsir edi
müxtəlif cür mü
sələrə münasibə
ünür?
nizmdə hansı fiz
raktik iş də təkli
onal vəziyyətini
edin.
tlərin səbəbləri n
nı eyni ifadə ed
oxşar cəhətləri
Fəaliyyət” bölü
ı ilə tanış edir.
şı hansı orqanl
asən yaddaşı nö
nın ali sinir fəaliy
r hazırlayır.
və mənfi emosiya
r, mexanizmini şə
roseslərinin mexa
millərinin insanın
təqdimatlar haz
ensor, qısamüddə
kət və emosional
Dostları ilə paylaş: |