Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu
• İnsan tərəfindən təbii və süni karbohidratlardan, lipidlərdən istifadə olunması.
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Hüceyrənin üzvi
birləşmələrinin –
karbohidrat və
lipidlərin
xüsusiyyətlərini
yalnız müəllimin
köməyi ilə şərh edir.
Hüceyrənin üzvi
birləşmələrinin –
karbohidrat və
lipidlərin xüsusiy-
yətlərini şərh
edərkən səhvlərə yol
verir.
Hüceyrənin üzvi
birləşmələrinin –
karbohidrat və
lipidlərin xüsusiy-
yətlərini əsasən şərh
edir.
Hüceyrənin üzvi
birləşmələrinin –
karbohidrat və
lipidlərin
xüsusiyyətlərini
düzgün şərh edir.
Karbohidrat və
lipidlərin oksidləş-
məsi zamanı baş
verən dəyişikliklərə
aid riyazi
hesablamalarda
çoxlu səhvlər
buraxır, nəticələri
çətinliklə çıxarır.
Karbohidrat və
lipidlərin oksidləş-
məsi zamanı baş
verən dəyişikliklərə
aid riyazi
hesablamaları qeyri
– dəqiq aparır, nəti-
cələri müəllimin
köməyi ilə çıxarır.
Karbohidrat və
lipidlərin oksidləş-
məsi zamanı baş
verən dəyişikliklərə
aid riyazi
hesablamalar
apararkən kiçik
səhvlərə yol verir,
müvafiq nəticələr
çıxarır.
Karbohidrat və
lipidlərin
oksidləşməsi
zamanı baş verən
dəyişikliklərə aid
riyazi
hesablamaları tam
düzgün aparır və
müvafiq nəticələr
çıxarır.
Dərs 6 / Mövzu 6:
HÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:
ZÜLALLAR VƏ ONLARIN QURULUŞU
Mövzu ilə tanış olmazdan əvvəl şagirdlər mövcud biliklərə əsaslanaraq
aşağıdakı sualları müzakirə edə bilərlər:
– Sadalanan maddələri hansı ümumi xüsusiyyət birləşdirir: pepsin, insulin,
hemoqlobin, albumin, fibrin, miozin, kollagen, tripsin? (hamısı zülaldır)
– Onlar harada təsadüf olunur?
– Niyə bir çox alimlər “zülal” anlayışını “həyat” anlayışı ilə eyniləşdirirlər?
Dərslikdəki suallar müzakirə edilir, BİBÖ cədvəlindən də istifadə etmək
mümkündür. Əlavə olaraq aşağıdakı cədvəl nümayiş oluna bilər.
Alt
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən
dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
Təlim
NƏTİCƏLƏRİ
Zülalların quruluş xüsusiyyətlərini şərh edir.
Zülalların quruluş xüsusiyyətlərinə aid riyazi hesablamalar
aparır və müvafiq nəticələr çıxarır
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Aminurşular, radikal, polipeptid, birincili, ikincili, üçüncülü və
dördüncülü quruluş
45
Bəzi toxumalarda zülalların miqdarı (orqandan su çıxarıldıqdan sonra)
Əzələlər – 80%
Piy toxuması, sümüklər, dişlər – 14–28%
Böyrəklər – 72%
Beyin – 45%
Dəri – 63%
Bitki toxumları – 10–15%
Qaraciyər – 57%
Gövdə, yarpaq, köklər – 3% –5%
Tədqiq at sualı:
Zülalın quruluşu necədir? Zülal molekulunun quruluşu onun
xassələri və funksiyaları ilə necə əlaqəlidir?
Dərsin əsas məzmunu
• Zülallar üzvi birləşmələrdir, biopolimerdirlər.
• Zülalların tərkibindəki aminturşular.
•
Aminturşuların kimyəvi tərkibi və quruluşu.
• Aminturşular halqalarının polipeptid molekulunda birləşmə prinsipi.
• Zülalların fəza quruluşu.
Mövzu ilə tanış olduqca müəllim əyilən məftil və müxtəlif ölçülü və rəngli iri
muncuq dənələrinin köməyi ilə zülalın birincili quruluşunun modelini düzəldir.
Sonra onun üzərində ikincili, üçüncülü və dördüncülü quruluşu modelləşdirir.
Məsələlərin həlli
Şagirdlər dərslikdəki (“Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” blokunda), yaxud
müəllimin məsləhət bildiyi digər məsələləri həll edib nəticə çıxarırlar.
Hesablamaları apararkən şagirdlər riyaziyyat və kimya fənlərindən əldə etdikləri
bacarıqlara istinad edirlər.
Şərti olaraq bir aminturşu qalığının molekul kütləsi 110 a.k.v. təşkil edirsə:
1. İnsanın qan zərdabında olan albumin zülalının təxmini molekul kütləsi – 68400-
dir. Bu zülalın tərkibindəki aminturşu qalıqlarının miqdarını tapın.
Həlli:
68400/110 ≈ 622
46
Təklif olunan cədvəl, sxem və krossvordlar
Strukturun
tipi
Quruluşu Kimyəvi rabitələr
Birincili aminturşuların birləşmə
ardıcıllığından ibarət uzun
zəncir şəklində
aminturşular arasında kimyəvi
təbiətinə görə kovalent peptid
rabitələr
İkincili zəncir spiral halında burulur.
hər burumları arasında
hidrogen rabitəsi
Üçüncülü
spiral sap daha da sıx
burularaq mürəkkəb fəza
quruluşu (konfiqurasiya)
yaradır, zülal molekulu kürəcik
və ya yumaq (qlobula) şəklini
alır
radikallar arasında hidrofob
qarşılıqlı təsiri, S-S rabitələr
Dördüncülü
üçüncülü struktura malik bir
neçə zülal zəncirinin
birləşməsi hesabına yaranır,
adətən, qeyri-zülali komponent
də daxil ola bilir.
hidrofob qarşılıqlı təsiri,
hidrogen rabitələri
Elektron resurslar
https://www.youtube.com/watch?v=3Apx22oEx7Q
http://tana.ucoz.ru/load/1/339-1-0-3340
http://tana.ucoz.ru/load/339-1-0-853
http://tana.ucoz.ru/load/339-1-0-851
https://www.youtube.com/watch?v=8rYMOBe03a8
47
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Zülalların quruluş
xüsusiyyətlərini
yalnız müəllimin
köməyi ilə şərh
edir.
Zülalların quruluş
xüsusiyyətlərini
şərh edərkən
səhvlərə yol verir.
Zülalların quruluş
xüsusiyyətlərini
əsasən şərh edir.
Zülalların quruluş
xüsusiyyətlərini
düzgün şərh edir.
Zülalların quruluş
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
yalnız müəllimin
köməyi ilə aparır,
nəticə çıxarmaqda
çətinlik çəkir.
Zülalların quruluş
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
apararkən tez-tez
səhvlərə yol verir,
müvafiq nəticələr
çıxarmaqda çətinlik
çəkir.
Zülalların quruluş
xüsusiyyətlərinə aid
riyazi hesablamalar
apararkən kiçik
səhvlərə yol verir,
müvafiq nəticələr
çıxarır.
Zülalların quruluş
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
düzgün aparır və
müvafiq nəticələr
çıxarır.
Dərs 7 / Mövzu 7:
ZÜLALLARIN XASSƏLƏRİ VƏ BİOLOJİ
FUNKSİYALARI
Mövzu ilə tanış olmazdan əvvəl şagirdlər keçən dərslərdə qazanılmış
biliklərdən faydalanaraq sualları müzakirə edirlər:
– Biopolimer nədir? Biopolimerlərə misal göstərin.
– Hansı maddələri zülal və ya protein adlandırırlar?
– Zülalın ilkin (ikincili, üçüncülü, dördüncülü) quruluşu nədir?
– Zülalın hansı xassələri onların quruluşundan asılıdır?
Sonra keçən dərsdəki siyahı ( pepsin, insulin, hemoqlobin, albumin, fibrin,
miozin, kollagen, tripsin) bir daha nümayiş etdirilir və “Adıçəkilən zülallar
orqanizmdə hansı funksiyaları yerinə yetirir?” sualına şagirdlərin cavabları lövhədə
qeyd olunur.
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, zülallar tərkibinə,
quruluşuna görə mürəkkəb üzvi birləşmələrdir; orqanizmlərin həyat fəaliyyətində
vacib funksiyalar yerinə yetirir; orqanizmlərin oxşarlığı və fərqi onların zülal
yığımı ilə müəyyən olunur; zülallar həm vacib, həm də müxtəlif funksiyalar yerinə
yetirir.
Alt
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya
işlərində müasir avadanlıqlardan istifadə qaydalarını izah edir.
Təlim
NƏTİCƏLƏRİ
Zülalların funksiyalarını şərh edir.
Zülalların quruluş xüsusiyyətlərinin öyrənilməsinə dair
laboratoriya işlərində müasir avadanlıqlardan istifadə
qaydalarını izah edir və təcrübələr aparır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Denaturasiya, renaturasiya, bioloji katalizator, fermentlər
48
Tədqiqat sualı:
Zülallar orqanizmdə hansı funksiyaları yerinə yetirir?
Tədqiqat “Kiçik qruplarda müzakirələr” üsulu ilə aparıla bilər. Bu halda
müəllim qruplara zülalların funksiyaları haqqında əlavə mətnlər və şəkillər təqdim
etməlidir. Tədricən təklif olunan sxem, yaxud cədvəllər doldurulur, kiçik bukletlər
(tablolar) tərtib olunur.
Dərsin əsas məzmunu
• Denaturasiya, onun səbəbləri və əhəmiyyəti. Renaturasiya
• Zülalların hüceyrədə katalitik funksiyası. Fermentlər, onların hüceyrədə rolu.
• Zülalların inşaat, nəqliyyat, qoruyucu, tənzimləyici, hərəkət və s. funksiyaları.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Zülalların funksiyası Misal
İnşaat Birləşdirici toxumalara daxil olan kollagen, tüklərdə,
dırnaqlarda və dəridəki keratin, damarların
divarlarında – elastin.
Katalitik Orqanizmdə baş verən bütün kimyəvi çevrilmələr
bioloji katalizatorlar olan fermentlərin iştirakı ilə
həyata keçir (məs., tripsin, katalaza).
Energetik 1q
zülalın parçalanmasından 17,6 kC enerji ayrılır.
Nəqliyyat Qanın daşıyıcı funksiyası, yəni oksigenin toxumalara
nəql olunması zülali maddə olan hemoqlobinin işti-
rakı ilə həyata keçirilir.
Tənzimləyici
İnsulin hormonu qanda karbohidratların miqdarını
tənzimləyir.
Qoruyucu Orqanizmi
xəstəliktörədici amillərindən mühafizə
edən zülali maddələr – antitellər, qanın laxtalanma-
sında iştirak edən fibrin, fibrinogen.
Hərəkət
Əzələlərin hərəkət aktında spesifik zülali maddələr
olan aktin və miozin.
49
Ekskursiya, müşahidə, praktik və laboratoriya işləri
Praktik iş. Zülalın fəza quruluşunun modelləşdirilməsi.
Şagirdlər cütlüklərdə əyilən məftildən və plastilindən istifadə edərək zülal
molekulunun fəza quruluşunu modelləşdirirlər. Daha sonra plastilindən
düzəltdikləri kürələri birləşdirib-ayıraraq denaturasiya və renaturasiyanı
modelləşdirirlər. Şagirdlər zülalın təbii strukturunun pozulması səbəblərini izah
edirlər.
Laboratoriya işi. Toxumalarda hidrogen peroksidin fermentativ parçalanması.
Təchizat: 5 sınaq şüşəsi, hidrogen peroksidin (Н
2
О
2
) 3%-li məhlulu, bitki
toxumaları (çiy və bişmiş kartof), heyvan toxumaları (çiy və bişmiş ət), qum,
pipet.
İşin gedişi:
1) 5 sınaq şüşəsi hazırlayın. Birinciyə qum, ikinciyə çiy kartof, üçüncüyə bişmiş
kartof, dördüncüyə çiy ət, beşinciyə isə bişmiş ət qoyun. Hər sınaq şüşəsinə
Н
2
О
2
əlavə edin, prosesləri müşahidə və təsvir edin.
2) Aldığınız nəticələri cədvəldə qeyd edin.
Tədqiqatın nəticələri
Sınaq
şüşəsi
Tərkibi Nə edirəm? Nə müşahidə edirəm?
№1
№2
№3
№4
№5
spirt
yüksək
temperatur
DENATURASİYA
turşular
radiasiya
qələvilər
50
3) Baş verən hadisələri izah edib nəticə çıxarın.
4) Suallara şifahi cavab verin:
1. Hansı sınaq şüşəsində fermentin fəallığı müşahidə edildi? Nəticəni izah edin.
2. Fermentin fəallığı canlı və ölü toxumalarda özünü necə büruzə verir?
Müşahidələrinizi izah edin.
3. Canlı bitki və heyvan toxumalarında fermentin fəallığı fərqlənirmi?
4. Hidrogen peroksidin parçalanmasını təmin edən katalaza fermenti bütün
canlı orqanizmlərdə rast gəlinirmi?
Cavabınızı əsaslandırın və nəticə çıxarın.
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu
• İnsan və digər canlı orqanizmlər tərəfindən zülal mənşəli təbii maddələrdən
istifadə olunması
Elektron resurslar
https://www.youtube.com/watch?v=MtpG2mRLyAg
http://how-make.ru/publ/denaturacija_jaichnogo_belka_sulfatom_medi/5-1-0-694
http://www.bionet.nsc.ru/chair/cib/presentations/sharonova/img1.html
http://www.ebio.ru/gen05.html
http://dic.academic.ru/dic.nsf/ruwiki/854577
http://schools.iskitim-city.ru/2/p53aa1.html
Qiymətləndirmə meyarları: şərhetmə, izahetmə, təcrübəaparma
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Zülalların
funksiyalarını
çətinliklə şərh edir.
Zülalların funksiya-
larını müəllimin kö-
məyi ilə şərh edir.
Zülalların funksiya-
larını əsasən şərh
edir.
Zülalların
funksiyalarını
dolğun şərh edir.
Yalnız müəllim və
yoldaşlarının
köməyi ilə
zülalların quruluş
və xüsusiyyətlərinin
öyrənilməsinə dair
laboratoriya
işlərində müasir
avadanlıqlardan
istifadə qaydalarını
izah edir və
təcrübələr aparır.
Zülalların quruluş
və xüsusiyyətlərinin
öyrənilməsinə dair
laboratoriya
işlərində müasir
avadanlıqlardan
istifadə qaydalarını
izah edərkən və
təcrübələr
apararkən çoxsaylı
səhvlərə yol verir.
Zülalların quruluş
və xüsusiyyətlərinin
öyrənilməsinə dair
laboratoriya
işlərində müasir
avadanlıqlardan
istifadə qaydalarını
izah edərkən və
təcrübələr
apararkən bəzi
qeyri-dəqiqliyə yol
verir.
Zülalların quruluş
və xüsusiyyətlərinin
öyrənilməsinə dair
laboratoriya
işlərində müasir
avadanlıqlardan
istifadə qaydalarını
dolğun izah edir
və müstəqil olaraq
təcrübələr aparır.
51
Dərs 8 / Mövzu 8:
NUKLEİN TURŞULARI
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq aşağıdakı
sualları müzakirə edə bilərlər:
– Üzvi maddələrin hansı xüsusiyyətləri var?
– Hansı üzvi maddələr daha çox funksiya yerinə yetirir?
– Hüceyrədə zülal molekulundakı aminturşular ardıcıllığı barədə məlumat harada
saxlanılır?
– Hüceyrənin hansı struktur komponentləri irsi məlumata görə cavabdehdir?
– Xromosom nədən təşkil olunub?
– DNT nədir?
Dərslikdəki suallar müzakirə edilir, bu mərhələdə BİBÖ cədvəlindən istifadə
etmək mümkündür. Sonra müəllim şagirdləri tarixi faktla tanış edir:
“ Nuklein turşuları XIX əsrin 60-cı illərində isveçrəli alim Mişer tərəfindən
tapılmışdır. Hüceyrə nüvəsində tapılan bu maddələri nuklein adlandırmışdı. Lakin
laboratoriya cihazları kifayət qədər inkişaf etmədiyi üçün onların kimyəvi
quruluşunu öyrənə bilməmişdi.
Yalnız XX əsrin 30-cu illərində nuklein turşularının kimyəvi quruluşu
öyrənilmiş və onların iki tipdə (DNT və RNT) olduğu, bütün canlı orqanizm
hüceyrələrinin tərkibində olduğu müəyyən edilmişdi.
Onların quruluşunun incəlikləri əsrin ortalarına qədər məlum deyildi. Yalnız
1953-cü ildə “Nature” jurnalında ilk dəfə olaraq Uotson, Krik və Uilkinson
tərəfindən DNT molekulunun fəza quruluşu şərh edilmişdi”.
Tədqiqat sualı:
Nuklein turşuların quruluşu necədir? Onlar hüceyrədə hansı
funksiyaları yerinə yetirir?
Dərsin əsas məzmunu
• Nuklein turşuları: DNT və RNT.
• DNT və RNT-nin nukleotid tərkibi.
• DNT-nin quruluşu, funksiyası, yerləşməsi.
• Komplementarlıq prinsipi (Çarqaf qaydası), DNT-nin reduplikasiyası.
• RNT-nin quruluşu, funksiyası, yerləşməsi.
• RNT-nin formaları, funksiyaları.
Alt
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən
dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
Təlim
NƏTİCƏLƏRİ
Nuklein turşularının xassələri və bioloji funksiyalarını şərh edir.
DNT molekulunun quruluşunun xüsusiyyətlərinə aid riyazi
hesablamalar aparır və müvafiq nəticələr çıxarır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Nukleotid, dezoksiribonuklein və ribonuklein turşuları, adenin,
quanin, sitozin, timin, komplementarlıq, reduplikasiya, ribosom-
RNT-si, məlumat-RNT-si, nəqliyyat-RNT-si
52
Məsələlərin həlli
Şagirdlər “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” blokunda verilmiş məsələlərlə
yanaşı, müəllimin də təklif etdiyi digər məsələləri həll edə bilərlər. Aşağıdakı
hesablamaları apararkən şagirdlər riyaziyyat fənnindən reallaşdırdıqları bacarıqla-
ra istinad edirlər.
1. DNT molekulunda S nukleotidləri 27% təşkil edərsə, qalan nukleotidlərin faizlə
nisbətini tapın.
Həlli:
S – 27% təşkil edərsə, Q – 27% təşkil edir.
A – 23% və T – 23% ((100% – 2×27%)/2 = 23%)
2. DNT molekulunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir.
Həmin DNT molekulunda A, T, S nukleotidlərinin sayı nəyə bərabərdir?
Həlli:
680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edərsə, DNT
molekulunda cəmi 4250 nukleotid var (68000/16%=4250).
Komplementarlıq prinsipinə görə DNT molekulunda 680 S nukleotidi, 1445 – T
və 1445 A nukleotidi var: (4250 – 680×2)/2=1445.
3. DNT molekulunda A nukleotidləri 36% təşkil edərsə, Q nukleotidlərin faizlə
nisbətini tapın.
Həlli:
A nukleotidləri – 36% təşkil edərsə, komplementarlıq prinsipinə görə DNT
molekulunda Q nukleotidlərin faizlə nisbəti – 14%-dir:
(100% – 36%×2)/2=14%
4. DNT molekulunun bir zəncirində olan Т-S-Q-T-А-S-А-Q-А-Q-Т-S nukleotid
ardıcıllığına komplementar fraqmenti yazın.
(Cavab: A-Q-S-A-T-Q-T-S-T-S-A-Q)
Təklif olunan cədvəl, sxem və krossvordlar
Xüsusiyyəti
DNT RNT
Hüceyrədə
yeri
Nüvə, plastidlər, mitoxondrilər Nüvə, sitoplazma, ribosom,
plastidlər, mitoxondrilər
Molekulun
quruluşu
Spiral halında burularaq bir-
birinə sarılmış monomer-
nukleotidlərdən təşkil olunmuş
iki polimer zəncirdən ibarətdir.
Zəncirin uzunluğu yüzlərlə nm
(nanometr), eni isə 2 nm-ə
qədərdir.
Bir polimer zəncirdən ibarətdir
53
Nukleotidin
quruluşu
Azot əsasları: adenin, quanin,
sitozin, timin + dezoksiriboza +
+ ortofosfat turşusu qalığı.
Nukleotidlər iki zəncir
arasında bir-birinə
komplementarlıq əsasında
birləşir (A-T, Q-S)
Azot əsasları: adenin, quanin,
sitozin, urasil+ riboza+
ortofosfat turşusu qalığı .
Funksiyası
İrsi məlumatların daşıyıcısı
Zülal sintezində iştirak edir.
Ribosom-RNT-si (r-RNT) ri-
bosomun əsas tərkib hissəsini
təşkil edir. Məlumat- RNT-si
(m-RNT) zülalın ilkin quru-
luşu haqqında məlumatı DNT-
dən zülalın sintez edildiyi yerə
aparır. Nəqliyyat-RNT-si (n-
RNT) özünə aminturşu
birləşdirərək onları zülalların
sintez olunduğu yerə –
ribosoma daşıyır.
RNT-nin növləri
Funksiyası: ribosomun əsas
tərkib hissəsini təşkil edir
Funksiyası: zülalın ilkin quruluşu
haqqında məlumatı DNT-dən zülalın
sintez edildiyi yerə aparır.
Funksiyası: özünə aminturşu
birləşdirərək onları zülalların sintez
olunduğu yerə – ribosoma daşıyır.
Ribosom-
RNT-si
Məlumat-
RNT-si
Nəqliyyat-
RNT-si
54
Elektron resurslar
https://www.youtube.com/watch?v=WD42HQa9Bkg
https://www.youtube.com/watch?v=BoUJP6CnMqM
http://tana.ucoz.ru/load/genialno_prosto_o_DNT/263-1-0-3792
http://tana.ucoz.ru/load/1/263-1-0-3279
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Nuklein turşularının
xassələri və bioloji
funksiyalarını şərh
etməkdə çətinlik
çəkir.
Nuklein turşularının
xassələri və bioloji
funksiyalarını şərh
edərkən tez-tez
səhvlər buraxır.
Nuklein turşularının
xassələri və bioloji
funksiyalarını
əsasən şərh edir.
Nuklein turşularının
xassələri və bioloji
funksiyalarını
düzgün şərh edir.
DNT molekulunun
quruluşunun
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
düzgün aparmır,
nəticə çıxarmaqda
çətinlik çəkir.
DNT molekulunun
quruluşunun
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
çətinliklə aparır,
nəticələri yalnız
müəllimin köməyi
ilə çıxarır.
DNT molekulunun
quruluşunun
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
əsasən aparır və
nəticələr çıxarır.
DNT molekulunun
quruluşunun
xüsusiyyətlərinə aid
riyazi hesablamaları
düzgün aparır və
müvafiq nəticələr
çıxarır.
Dostları ilə paylaş: |