YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   2   3   4   5   6   7   8   9   ...   20

 
D
ərslik, mü
şahid
ə v
ər
əq
əl
əri
, el
ektr
on t
əqdim
at,
 kompüter
,
pr
oyektor
, inter
aktiv lövh
ə (mimio
 v
ə ya “Promethean”).
İnter
net saytlar
ı:  
http://myblog-bio.blogspot.c
om/2013/02/blog-post_19.html 
https://ww
w
.edumedia-sc
iences.com/ru/m
edia/546
 
 
  
D
ərslik, mü
şahid
ə v
ər
əq
əl
əri,
 elektro
n t
əqdim
atlar
, kompüter

pr
oyektor
, inter
aktiv lövh
ə (mimio v
ə ya “Pro
methean”)

İnter
net saytlar
ı:  
http://biology-online.ru/video/dvoi
noe-oplodotvor
enie-u-
cvetko
vyh
-rastenii-
uchebnyi-rolik.html
 
http://myblog-bio.blogspot.c
om/2013/03/blog-post_5.html 
 
 
D
ərslik, mü
şahid
ə v
ər
əq
əl
əri
, el
ektr
on t
əqdim
at,
 kompüter
,
pr
oyektor
, inter
aktiv lövh
ə (mimio
 v
ə ya “Promethean”).
İnter
net saytlar
ı:  
https://ww
w
.youtube.com
/watch?v=
3gkcxdvKlV

İnteqrasiya 
Az.
di
li.
–1.
1.
1,
 
2.
1.
4;  
Az.
tari
xi
– 
1.
2.
2;  
 
İnf.
-3.
3.
3.
 
Az.
di
li.
– 2.
1.
4;
 
C.
–2.
1.
8;
  
A
z.tarixi
–1
.2
.2
 
Az.
di
li.
–1.
1.
1,
 
2.
1.
4.
 
Az.
di
li.

1.
1.
1,
 
2.
1.
4.
 
Az.
di
li.

1.
1.
1,
 
2.
1.
4;  
Az.
tari
xi
– 
1.
2.

Mövzular 
Orqanizmlərin 
çoxşəkilliliyi
Orqanizmin 
çoxalma 
formaları 
 
Cinsi 
hüceyrələrin 
yaranması və 
mayalanma 
Bitkilərdə cinsi 
çoxalma 
 
 
Orqa-
nizmlərin 
fərdi 
inkişafı 
Fəsil 3. 
ORQANİZM TAM BİR SİSTEMDİR 
 
Mövzular üzrə 
reallaşdırılan 
standartlar 
1.
1.
1,  
2.
1.

2.
1.

2.
1.

2.
1.

 
2.
1.


 
16
FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ 
 
 
 
FƏSİL VƏ MÖVZULAR 
FƏNNİN ADI VƏ ALT STANDARTLARIN 
NÖMRƏSİ 
 
1. Canlıların əsas həyati 
xassələri  
Az.dili.-2.1.4, 4.1.1; Riy.- 4.2.1, 5.1.1; Az.tarixi – 1.2.2  
2. Canlıların quruluş səviyyələri Az.dili.-1.1.1; F.-2.1.3; ; K.-4.1.1;  İnf.-3.3.3. 
1. Canl
ı or
qaniz
m

rin
 
kimy
əvi t
ərk
ib

3. Hüceyrənin kimyəvi tərkibi Az.dili.-1.1.1; 
F.-2.1.3. 
4. Hüceyrənin qeyri-üzvi 
birləşmələri 
Az.dili.-1.1.1, 4.1.1; F.-2.1.3; K.-4.1.1,  Az.tarixi – 1.2.2 
5. Hüceyrənin üzvi birləşmələri:
karbohidratlar, lipidlər 
Az.dili.-4.1.1; F.-2.1.3; Riy.- 4.2.1;  Az.tarixi – 1.2.2 
6.  Hüceyrənin üzvi birləşmə-
ləri: zülallar və onların quruluşu
Az.dili.-1.1.1; F.-2.1.3; Riy.- 4.2.1 
7. Zülalların xassələri və bioloji  
funksiyaları 
Az.dili.-1.1.1; F.-2.1.3; Tex.-1.3.2., 1.3.3 
8. Nuklein turşuları 
Az.dili.-1.1.1; F.-2.1.3;  Riy.- 4.2.1 
2. Hüceyr
ə can


n qur
ulu
ş v
ə inki
şaf vahididir
 
 
9. Hüceyrənin öyrənilməsi. 
Hüceyrə nəzəriyyəsi 
Az.dili.-1.1.1, 2.1.4;  Az.tarixi – 1.1.2, 1.2.2 
10. Hüceyrəsiz orqanizmlər. 
Viruslar 
Az.dili.-2.1.4, 2.1.4;  İnf.-3.3.3;  Az.tarixi – 1.1.2 
11. Hüceyrə strukturları və 
onların funksiyaları 
Az.dili.-1.1.1, 2.1.4;  İnf.-3.3.3. 
12. Canlı orqanizmlərdə 
maddələr mübadiləsi və enerji 
çevrilmələri  
Az.dili.-2.1.4; K.-4.1.1;  Az.tarixi – 1.1.2 
13. İrsi məlumatlar və genetik 
kod  
Az.dili.-1.1.1; Riy.- 4.2.1 
14. Zülalların biosintezi 
Az.dili.-2.1.4;  Az.tarixi – 1.1.2, 1.2.2
15. Avtotrof orqanizmlərdə 
maddələr və enerji mübadiləsi 
Az.dili.-1.1.1; K.-4.1.1; Riy- 5.1.1. 
16. Heterotrof yolla qidalanan 
orqanizmlərdə maddələr və 
enerji mübadiləsi 
Az.dili.-1.1.1, 2.1.4 
17. Hüceyrənin həyat 
dövriyyəsi. Xromosomlar 
Az.dili.-1.1.1, 2.1.4;  Az.tarixi – 1.1.2 
18. Hüceyrənin bölünməsi. 
Mitoz 
Az.dili.-1.1.1, 2.1.4;  Tex.-1.3.2., 1.3.3 
19. Hüceyrənin bölünməsi. 
Meyoz  
Az.dili.-1.1.1, 2.1.4;  Tex.-1.3.2., 1.3.3 
3.
 Or
qaniz
m
 tam 
bir
 siste
m
dir
 
20. Orqanizmlərin çoxşəkilliliyi  Az.dili.-1.1.1, 2.1.4;  Az.tarixi – 1.2.2;  İnf.-3.3.3. 
21. Orqanizmin çoxalma 
formaları  
Az.dili.-1.1.1, 2.1.4; C.-2.1.8;  Az.tarixi – 1.2.2 
22. Cinsi hüceyrələrin 
yaranması və mayalanma 
Az.dili.-1.1.1, 2.1.4. 
23. Bitkilərdə cinsi çoxalma 
Az.dili.-1.1.1, 2.1.4; 
24. Orqanizmlərin fərdi inkişafı  Az.dili.-1.1.1, 2.1.4;  Az.tarixi – 1.2.2

 
17
Riy. – Riyaziyyat, H.B. – Həyat bilgisi, C-coğrafiya,  Kim. – Kimya, Ədəb. – Ədəbiyyat, Az.dili – 
Azərbaycan dili, F. – Fizika, 
Az.tarixi – Azərbaycan tarixi, İnf. – İnformatika, Tex. - Texnologiya
 
4. Populyasiya. 
Növ
 
25. Növ və onun kriteriləri Az.dili.-1.1.1, 
2.1.4.
26. Populyasiyanın quruluşu və 
müxtəlifliyi  
Az.dili.-1.1.1, 2.1.4;  Riy.- 4.2.1, 5.1.1;  Az.tarixi – 1.2.2 
27. Üzvi aləmin təsnifatı və 
təkamülü. Təkamül təliminin 
yaranması 
Ədəb.-2.2.1; H.B.-1.1.1;  Az.tarixi – 1.1.2 
28. Darvinin təkamül təlimi  
Ədəb.-2.2.1;  H.B.-1.1.1. 
29. Yaşamaq uğrunda mübarizə Az.dili.-1.1.1.
30. Təbii seçmə və orqanizmlə-
rin mühit şəraitinə uyğunlaşma-
sı 
Az.dili.-1.1.1, 2.1.4 
31. Mikrotəkamül. Yeni 
növlərin əmələ gəlməsi 
Az.dili.-1.1.1, 4.1.1. 
32. İnsanın formalaşmasına 
sosial amillərin təsiri 
Az.dili.-1.1.1, 4.1.1. 
5. Ali sinir f
əaliyy
əti
 
33. Ali sinif fəaliyyəti. Şərtsiz 
reflekslər  
Az.dili.-1.1.1, 4.1.1. 
34. Şərti reflekslər. Reflekslərin 
tormozlanması 
Az.dili.-1.1.1;  H.B.-2.1.1;  Az.tarixi – 1.2.2 
35. Düşüncəli fəaliyyət. Nitq. 
Təfəkkür 
Az.dili.-1.1.1; H.B.-2.1.1;  Az.tarixi – 1.2.2 
36. Emosiyalar. Yaddaş 
Az.dili.-3.1.3; H.B.-2.1.1;  Az.tarixi – 1.2.2;  İnf.-3.3.3. 
37. Yuxu  
Az.dili.-1.1.1; C.-1.2.1, 1.2.2; H.B.-2.1.1;  İnf.-3.3.3. 
38. Ali sinir fəaliyyətinin əsas 
tipləri  
Ədəb.-2.2.1;  T.-1.2.1;  H.B.-2.1.1;  İnf.-3.3.3. 
39. Xarakter və qabiliyyət 
Az.dili.-1.1.1;  T.-1.2.1;  H.B.-2.1.1;  İnf.-3.3.3. 
6. Canl
ıla
r v
ə 
ət
raf 
mühit
 
40. Orqanizmin yaşayış mühiti. 
Ekoloji amillər  
Az.dili.-1.1.1; Riy.- 4.2.1, 5.1.1. 
41. Təbii birliklər və ekoloji 
sistemlər  
Az.dili.-1.1.1, 4.1.1;  Az.tarixi – 1.2.2 
42. Bioloji ritmlər 
Az.dili.-1.1.1; C.-1.2.1, 1.2.2. 
43. Ətraf mühitin çirklənməsi  Kim.-4.2.1;  H.B.- 1.2.1. 
44. Bioloji müxtəlifliyin 
saxlanılması. Azərbaycanda 
ekoloji problemlər 
C.-2.1.8, 3.2.5; Kim.-4.2.1; Riy.-5.1.2; H.B.- 1.2.1;
 
 
Az.tarixi – 1.2.2, İnf.-3.3.3. 
7. 
İnsan  sa
ğlaml
ığ
ına 
ətraf
 
mühitin t
əsir
i 
45. İnsan orqanizminə ətraf  
amillərin təsiri. Stress 
Az.dili.-1.1.1; H.B.-2.1.1.  
46. İnsan irsiyyəti və onun 
formalaşmasında mühitin rolu  
Az.dili.-1.1.1, 4.1.1. 
47. İnsan irsiyyətinin 
öyrənilməsi üsulları  
Az.dili.-1.1.1, 4.1.1. 
48. İrsi xəstəliklər 
Az.dili.-1.1.1; H.B.-4.1.1;  Az.tarixi – 1.2.2 
49. Cinsiyyətin xromosom 
təyini. Cinsiyyətlə ilişkili keçmə
Az.dili.-1.1.1, 4.1.1. 
50. İnsanın həyat tərzi 
Ədəb.-2.2.1;  H.B.-2.1.1; Az.tarixi – 1.2.2
51. Reproduktiv sağlamlıq 
Az.dili.-1.1.1;  H.B.-4.1.1;  Az.tarixi – 1.2.2 

 
18
BİOLOGİYA DƏRSLƏRİNDƏ 
 MÜASİR TƏLİM TEXNOLOGİYALARI 
 
Mətnlərlə işin təşkili 
 
Müasir dövrdə məktəbdə biologiya fənninin məqsədi təkcə müəyyən informasi-
yanı mənimsətmək deyil, həm də şagirdlərdə universal bacarıqlar olan  kommuni-
kativ, idraki, reflektiv bacarıqları formalaşdırmaqdır.  
Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün 
təşkili mühüm əhəmiyyət kəsb edir. İnformasiyanın tam mənimsənilməsi üçün şa-
girdlər oxuduqlarını başa düşməlidirlər. Mətnlə  iş üsullarının öyrənilməsi  şagird-
lərə  mətnlə müstəqil işləmək bacarıq və  vərdişlərinə yiyələnməyə imkan verir. 
Bununla yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ün-
siyyət vərdişlərini formalaşdırır.  
Mətnlə  aşağıda təsvir olunan iş üsulları bu bacarıqların formalaşdırılmasına 
yardım edir. Qeyd olunan üsulların tətbiqinə aid nümunələr metodik vəsaitdə 
dərslərin tədris materialları ilə iş texnologiyalarının şərhində verilmişdir.  
1.  Seçmə oxu. Mətnin ayrı-ayrı abzasları seçilərək nəzərdən keçirilir, yəni 
şagirdlərin diqqəti mətnin yalnız onlar üçün zəruri olan hissələrinə yönəldilir. 
Oxu üçün informasiyanın seçilməsi dərsin məqsədindən asılıdır.  
2.  Mətni öz sözləri ilə danışma. Şagird mətni oxuyur və ciddi elmi terminlərdən 
istifadə etmədən, anladığı kimi öz sözləri ilə danışır.   
3.  Mətnin planının tərtib edilməsi

Plan sadə  və ya mürəkkəb ola bilər.  Sadə 
plan mətnin əsas hissələrinin siyahısıdır. Şagirdlər mətnin abzaslara bölünməsi-
nə diqqət etməlidirlər. Hər abzasın məğzi qısa qeyd olunur. Onlar ardıcıllıqla 
dəftərə yazılır. Abzaslar həmişə  mətnin məzmun bölgüsünü tam əhatə etmir. 
Şagirdlər mətnin hansı hissələrini birləşdirmək, hansı hissələrini ayırmağa 
diqqət etməlidirlər. Bunu mətnin həcminə diqqət yetirməklə  həll etmək olar: 
adətən, böyük abzaslar bir neçə əsas fikri birləşdirir, kiçik abzaslar isə birlikdə 
vahid məzmun fraqmentinin yaranmasına tabe olur. Mürəkkəb planın  tərtibi 
zamanı şagirdlər təkcə əsas hissələrin qısa icmalını vermir, həm də onları daha 
kiçik hissələrə bölərək məzmunu daha ətraflı ifadə edirlər.  
4.  Konspekt tərtibetmə. 
M
ətnin məzmununun ifadə olunması. Konspektləşdirmə 
müxtəlif formalarda ola bilər: 
а) xətti konspektləşdirmə. Mətnin məzmununun tezislər şəklində qısa ifadəsi;  
b)  klaster qurulması. Metodik ədəbiyyatda bu strategiyanın dərsin müxtəlif 
mərhələlərində məsələn, motivasiyada, yaxud müəyyən mövzunu öyrəndik-
dən sonra ümumiləşdirmə  və refleksiyada tətbiq edilməsi tövsiyə olunur. 
Lakin o həmçinin informasiyanın konspektləşdirilməsi üçün də səmərəlidir;  
с) cədvəl formasında konspektin tərtibi.  Sual-cavab formasında tərtib edilir;  
d)  dayaq siqnallar əsasında konspekt tərtibi.  Dayaq siqnallar hər bir insanın 
beynində müəyyən  şəxsi assosiasiyalar yaradan işarələr – simvollardır. 

 
19
Fərqli insanlar üçün bu işarələr fərqli ola bilər. Konspekt tutarkən bir çox 
sözlərin əvəzinə şəkil, sxem, simvol və ya işarələrdən istifadə olunur; 
е) məntiqi konspektlərin tərtibi. Burada mətnin aşağıdakı məzmun elementləri 
göstərilir: anlayış  və onların  əsas xassələri; səbəb-nəticə  əlaqələri; səciy-
yələndirilən obyektlərin ümumi xüsusiyyətləri; hər hansı prosesin inkişaf 
istiqamətləri; canlıları, hadisə və prosesləri səciyyələndirən ən vacib faktlar.  
5.  Mətndə əsas sözlərin çıxarılması üsulu (açar sözlər, anlayışlar, terminlər). 
Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. 
Adətən,  əsas sözlər mətndə yağlı  şriftlə, yaxud kursivlə ayrılır. Bu sözlərin 
köməyi ilə  mətnin  əsas məzmununu bərpa etmək olar. Şagirdlər mətni 
oxuyaraq onları  dəftərlərinə yazırlar.  Şagirdlərə seçdirilmiş sözlər  əsasında 
mətnin məzmununu danışmağı və ya lüğət tərtib etməyi tapşırmaq olar.  
6.  Mətnə aid sualların hazırlanması:  
а)  ardıcıl suallar üsulu. Bu üsulu cütlərlə  həyata keçirmək daha məqsədəuy-
ğundur. Şagirdlər öyrənilən mətni abzaslar üzrə növbə ilə ucadan oxuyurlar. 
Bir abzası oxuduqdan sonra ikinci şagird oxunan abzasa aid sual verir, birin-
ci isə onları cavablandırır. Sonra onlar rollarını dəyişirlər: sual verən şagird 
mətni oxumağa davam edir, ikinci isə oxunan abzasa aid ona suallar verir;  
b) Açar sözlər əsasında mətnə suallar hazırlamaq. Bu üsulu da cütlərlə həyata 
keçirmək daha məqsədəuyğundur. Cütlərə daxil olan şagirdlər mətni növbə 
ilə abzaslar üzrə oxuyurlar. Birlikdə hər abzasda açar sözlər müəyyən olunur 
və dəftərə qeyd edilir. Sonra hər bir şagird fərdi olaraq bu sözlərə aid suallar 
tərtib edir və sualları öz dəftərinə yazır. Cütlərə daxil olan şagirdlər tərtib et-
dikləri sualları bir-birinə verməklə sorğu keçirirlər: növbə ilə  şagirdlərdən 
biri sualı oxuyur, digəri isə onu cavablandırır;  
с)
 
mətndə anlaşılmayan fikirləri müəyyən etmək və onlara aid suallar hazırla-
maq.  
7.  Mətndə səbəb və nəticə əlaqələrinin aşkar edilməsi. 
 
 
 
 
 
 
 
 
 
8.  İnformasiyanın müxtəlif təqdimat hazırlama formalarından istifadə 
edərək mətnin dəyişdirilməsi.  Mətnin məzmununu sistemləşdirici və 
təsnifedici cədvəllərin, sxemlərin, qrafik və diaqramların köməyi ilə vermək.  
SƏBƏB 
Müəyyən dəyişkənliyə səbəb 
olan hadisə və ya prosesdir.
NƏTİCƏ 
Bu hadisə və ya prosesin  
səbəb olduğu nəticədir. 

 
20
9.  İNSERT.  “İnsert”  sözünün ingilis dilindən tərcüməsi “səmərəli oxu və 
düşünmə üçün interaktiv qeydetmə sistemi” deməkdir. Onun tətbiqi bir neçə 
mərhələ üzrə aparılır.  
 
Birinci mərhələdə şagirdlər mətnin nişanlanma sistemi ilə tanış olurlar. Dərsin 
məqsədindən, sinfin hazırlıq səviyyəsindən,  şagirdlərin yaş xüsusiyyətindən asılı 
olaraq bu, müxtəlif cür aparıla bilər.  
 “✓” qeyd işarəsi şagirdlərə məlum olan informasiya qarşısında qoyulur.  
“–” işarəsi onlara məlum olan biliklərə zidd məlumatlar aşkar edildikdə 
qoyulur.  
“+” işarəsi  şagirdlər üçün maraqlı, yeni və gözlənilməz bir məlumat olduqda 
qeyd edilir 
“?” işarəsi aydın olmayan informasiya olduqda, nəyisə öyrənmək zərurəti 
yarandıqda qoyulur.  
İkinci mərhələdə şagirdlər mətni oxuyaraq ayrı-ayrı abzas və cümlələri onların 
kənarında uyğun işarələrlə qeyd edirlər.  
Üçüncü mərhələdə  şagirdlər informasiyanı sistemləşdirir, öz sözləri ilə onu 
İNSERT cədvəlinə yazırlar.  
 

  
 (məlumdur) 
– 
 (əvvəlki 
biliklərimə ziddir)  
+  
 (maraqlı və yeni 
məlumatdır) 
?  
 (aydın deyil, 
öyrənmək istərdim)  
... ... ... ... 
... ... ... ... 
 
Dördüncü mərhələdə  şagirdlər ardıcıl olaraq cədvəlin hər qrafasını müzakirə 
edirlər.  
10. Mətn  əsasında yaradıcılıq işləri:  rəsm çəkmək, kağız, gil, qum, plastilinlə 
müxtəlif konstruksiyalar qurmaq.  
11. Mətndə verilən informasiyanın praktik tətbiqi.  
12. BİBÖ cədvəlinin doldurulması  (“Bilirəm” – “Bilmək istəyirəm” – 
“Öyrəndim”). Üsulun icra alqoritmi:  
1. Lövhədə və dəftərlərdə cədvəl tərtib edilir:  
BİLİRƏM BİLMƏK İSTƏYİRƏM ÖYRƏNDİM 
... ... ... 
... ... ... 
 
2. Mətnlə tanış olmazdan qabaq şagirdlər müstəqil və ya qrup şəklində əvvəlcə 
“Bilirəm”, sonra isə “Bilmək istəyirəm” sütunlarını doldururlar.  
3. Mətni oxuyaraq və ya oxunanların müzakirəsi prosesində  şagirdlər 
“Öyrəndim” sütununu doldururlar.  
4. Nəticələrin çıxarılması, sütunların məzmununun tutuşdurulması. 

 
21
Şagirdlərə  əlavə olaraq daha iki sütunu – “informasiya mənbələri” və “nə 
anlaşılmadı” başlıqlı sütunları doldurmağı tapşırmaq olar.  
13.  Mətndəki materiallara uyğun cədvəl və sxemlərin tamamlanması.  
14. Şərh olunan oxu. Mətn oxunarkən izahat, mühakimə, fərziyyələr və  şərhlərlə 
müşayiət olunur.  
15. Müqayisəli təhlil.  Tədqiq olunan iki və daha artıq obyektin (hadisə, proses) 
ümumi və fərqli əlamətlərinin aşkar edilməsi və tutuşdurulması üsulu.  
16. Özünə  nəzarət.  Mətnlə tanışlıqdan  əvvəl müəyyən fərziyyələr yürüdülür və 
proqnozlar verilir. Mətnlə tanış olduqca proqnozlaşdırılan mülahizələr mətnlə 
yoxlanılır.  
17.  Krossvordlarla iş. Krossvord formasında təklif olunan tapşırıqlar idrak fəaliy-
yətinin fəallaşmasına, dərs materialının daha yaxşı qavranmasına, təlim 
fəaliyyətinin dinamikliyinə, yarışmaqla bilik və bacarıqların nümayişinə kömək 
edir. Krossvordlar həm dərsin müxtəlif mərhələlərində  tətbiq oluna, həm də 
şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmə vasitəsi kimi istifadə edilə 
bilər. Krossvordları həll edərkən müxtəlif iş formalarını – fərdi, cütlərlə, qrup 
şəklində, frontal sorğu formalarını tətbiq etmək olar. Krossvordlar həm böyük 
kağız vərəqlər üzərində, həm də interaktiv lövhədə (və ya “Mimio studio” 
proqramında) tərtib edilə bilər. Krossvordlar müəllim, yaxud şagirdlər 
tərəfindən tərtib edilə bilər. Onların bir neçə variantı mümkündür: 
 
Klassik krossvordlar.  Şagirdlər verilən tərif və izahatlara əsasən termin və 
anlayışları tapırlar. Bu, anlayışları  fərqləndirməyə  və onları daha yaxşı yadda 
saxlamağa yardım edir.  
Doldurulmuş krossvordlar.  Şagirdlər krossvordda doldurulmuş termin və 
anlayışlara özləri tərif verirlər. Bu, şagirdlərin termin və anlayışların təriflərini 
yadda saxlamağa kömək edir.  
 “Lal” krossvordlar. Bu halda krossvordun yalnız forması (boş xanalar) verilir, 
şagirdlər özləri anlayışları  daxil edir və onları izah edən ifadələri hazırlayırlar.  
“Özün tərtib et”. Şagirdlər istədikləri formada bioloji termin və anlayışlardan 
ibarət krossvord tərtib edirlər. 
 

 
22
BİOLOJİ BİLİKLƏRİN SİSTEMLƏŞDİRİLMƏSİ  
 
9-cu sinif  biologiya fənnində canlı təbiətin təşkilinin müxtəlif səviyyələrində 
baş verən  əsas bioloji proseslərin mahiyyətinin öyrənilməsinə  əhəmiyyətli yer 
ayrılır. Bioloji proseslər və onların qanunauyğunluqlarının öyrənilməsi zamanı 
şagirdlərdə formalaşdırılan əsas bacarıqlardan biri də öyrənilmiş materialın düz-
gün sistemləşdirilməsi, fikirlərin dəqiq, aydın və  səlis  şərh edilməsi, təqdimat 
hazırlama bacarıqlarıdır. 9-cu sinfin buraxılış sinfi olduğunu nəzərə alaraq təq-
dimat hazırlama bacarıqlarının formalaşdırılmasına daha çox diqqət yetirilməli-
dir. Bu bacarıqların aşağıdakı standartlar vasitəsilə reallaşdırılması nəzərdə tutul-
muşdur:  
 
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, biokimya) barədə 
məlumat toplayır və təqdimatlar hazırlayır. 
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır. 
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır. 
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və təqdimat-
lar hazırlayır. 
3.1.1.  İnsanın formalaşmasında sosial amillərin rolu və  əhəmiyyətinə dair təqdi-
matlar hazırlayır. 
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar hazırlayır. 
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini şərh edir, refe-
ratlar hazırlayır. 
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.  
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib təqdimat-
lar hazırlayır. 
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin qorunması ilə bağlı 
faktları toplayıb təqdimatlar hazırlayır. 
 
Bu alt standartların bilik hissələri dərslikdə verilmiş nəzəri və praktik təlim 
materialları vasitəsilə mənimsədilir. Fəaliyyət hissələrinin reallaşdırılması üçünsə 
müəllimin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərdə müstəqil olaraq 
müvafiq məlumatları  əldə etmək, bunun üçün müxtəlif mənbə  və vasitələrdən 
düzgün yararlanmaq, informasiya texnologiyalarının imkanlarından faydalanmaq,  
toplanmış informasiyanı düzgün sistemləşdirmək və ümumiləşdirmək bacarıqla-
rının formalaşdırılmasıdır.  
Müvafiq bacarıq və  vərdişlərin formalaşdırılması üçün müəllim 9-cu sinif 
biologiya kursunun başlanğıcından şagirdləri müxtəlif əlavə mənbələrlə işləməyə 
istiqamətləndirməli və  əldə olunacaq məlumatların düzgün sistemləşdirilməsi 
yolları barədə tövsiyələr verməlidir. Bu baxımdan dərslikdə  hər bir fəslin 
sonunda, müəllim üçün metodik vəsaitdə isə demək olar ki, hər bir dərsdə 
öyrənilən materiallarla bağlı  təqdimatlar hazırlamaq üçün müxtəlif mövzuların 
təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təqdimatların müzakirələrinə isə 

 
23
dərslərin illik planlaşdırılmasına uyğun olaraq (bax: alt standartların 
reallaşdırılma cədvəli) akademik saatlar nəzərdə tutulur.  
Bioloji biliklərin formalaşdırılması  və sistemləşdirilməsində  təsnifat 
cədvəllərinin, məntiqi sxemlərin, qrafik, diaqram və müxtəlif siyahıların böyük 
əhəmiyyəti vardır. Çoxillik pedaqoji təcrübələrdə şagirdlərin yeni bilikləri bu cür 
sistemləşdirilmiş məlumatlar şəklində daha yaxşı qavradıqları sübut olunmuşdur. 
Bu məqsədlə müəllim üçün metodik vəsaitdə bütün mövzular üzrə  cədvəl və 
sxemlər təklif olunur. Şagirdlərin qazandıqları biliklərin müxtəlif təqdimat 
formalarında – kartoteka, məruzə, referat, elektron təqdimat və s. formalarda 
təqdim edilməsi isə müstəqil tədqiqat aparmaq, nəticələri sistemli və düzgün 
şəkildə  təqdim etmək bacarıqlarının formalaşdırılmasında mühüm əhəmiyyət 
daşıyır.  
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin