Elmi və elmi-kütləvi ədəbiyyatla işin təşkili
Yuxarı siniflərdə şagirdlərə elmi və elmi-kütləvi ədəbiyyatda verilən
məlumatlarla işləmək metodikasını öyrətmək çox vacibdir. Mürəkkəbliyindən asılı
olaraq bu işi bir neçə formada təşkil etmək mümkündür:
1) kartoteka;
2) məruzə;
3) referat.
Kartoteka kiçikölçülü (təqribən A4 vərəqin yarışı, yaxud bir qədər də kiçik)
kartoçkalar toplusudur. Hər bir kartoçkada yalnız bir obyekt haqqında informasiya
yazılır. Bu informasiya yığcam, konkret və eyni zamanda tam olmalıdır. Adətən,
mətnə aid informasiyaların annotasiya şəklində yazılması daha məqsədəuyğundur.
Annotasiyaların təxmini planı belə olmalıdır:
1) mətnin adı;
2) mətnin əsas ideyaları;
3) əsas ideyanın təsdiqinə yönəlmiş faktlar, arqumentlər və təcrübələr;
4) ziddiyyət yaradan digər ideyalar;
5) biliklərin azlığından yaranan problemlər;
6) bu problemlərin həll yolları.
Kartoteka toplamağı öyrətmək üçün dərslikdəki mətnlərdən başlamaq olar.
Məruzə. İlkin mərhələdə ensiklopediya və ya internet məlumatlarından istifadə
edilməklə elementar şəkildə hazırlana bilər. Məruzənin əsas məqsədi müxtəlif
fikirlərin, nəzəriyyələrin müqayisəsi, mümkün təzadların axtarılması və s. ola bilər.
Məruzənin həcmi 2 səhifədən artıq olmamalıdır.
Referat məruzədən onunla fərqlənir ki, müəllif problemi qısaca ifadə edir,
onun həlli üçün fərziyyələr irəli sürür. Bu iş forması məruzədən daha yüksək
qiymətləndirilir. Şagirdlər üçün referatın həcmi 5-10 səhifədən artıq olmamalıdır.
24
Referatı necə yazmalı
Referat şagirdin müstəqil elmi-tədqiqat işidir. Burada o, tədqiq edilən
problemin mahiyyətini açır, müxtəlif yanaşmaları və öz şəxsi fikirlərini irəli sürür.
Referatın mövzularını müəllim müəyyənləşdirir, şagird isə onlardan seçir.
Müəllim şagirdləri referatın yazılma formasına olan tələblərlə tanış etməli,
təqribi həcmi müəyyənləşdirir və araşdırılacaq ilkin mənbələri göstərməlidir.
Müəllim referat üçün müvafiq ədəbiyyatın seçilməsində də şagirdlərə kömək
etməlidir.
Referat üzərində işin mərhələləri
1. Mövzunun seçilməsi. Mövzu öz əhəmiyyətinə görə aktual olmaqla yanaşı,
həm də məzmununa görə orijinal və maraqlı olmalıdır.
2. Mövzu üzrə əsas mənbələrin müəyyən edilməsi və onların araşdırılması.
3. Baxılan ədəbiyyatların xülasəsinin (biblioqrafiya) tərtib edilməsi.
4. Məlumatların işlənməsi və sistemləşdirilməsi.
5. Referatın məzmun planının hazırlanması.
6. Referatın yazılması.
7. Tədqiqatın nəticələrinin təqdim edilməsi.
Referatın tərtibatı
1. Titul vərəqi. Bu vərəqdə müəllifin və işin adı, yazılma tarixi, həmçinin işin
yerinə yetirildiyi şəhər (rayon, kənd) qeyd edilir.
2. Plan – mündəricat. Burada referatın hissələrinin (giriş, fəsillər, paraqraflar və
s.) adı və səhifələri ardıcıllıqla göstərilir.
3. Giriş. Tədqiq olunan problemin mahiyyəti formalaşdırılır, seçilən mövzu
əsaslandırılır, onun əhəmiyyəti və aktuallığı müəyyən olunur, referatın məqsədi
göstərilir, istifadə olunan ədəbiyyatın icmalı verilir.
4. Əsas hissə. Məzmun məntiqi ardıcıllıqla formalaşan fəsillərdən
(paraqraflardan) ibarət olmalıdır. Hər fəsildə müəllifin tədqiqatları nəticəsində
problemin bir hissəsinin həllini göstərən açıqlamalar, mülahizələr və s. şərh olunur.
5. Nəticə. Mövzu üzrə nəticələr çıxarılır, ümumiləşdirilmiş bir fikir, yaxud
tövsiyələr təklif edilir.
6. Ədəbiyyat siyahısı
.
Təlim layihələri
Layihə – konkret bir problemin həllinə yönəlmiş və əvvəlcədən qoyulmuş
məqsədlərə nail olmaq üçün həyata keçirilən fəaliyyət formasıdır. Layihəyə
məruzələr, referatlar, tədqiqat və şagirdlərin digər müstəqil yaradıcılıq işlərinin
nəticələri də bir element kimi daxil ola bilər. Bu halda hər bir material layihənin
məqsədinə nail olmağa xidmət etməlidir.
Layihə üçün mövzular seçilərkən bəzi məsələlərə diqqət yetirmək lazımdır.
Şagirdlərə onların nisbətən tanış olduqları mövzuları vermək tövsiyə olunur.
25
Layihəni yerinə yetirəcək şagirdin mövzu barədə ilkin təsəvvürlərinin olması
vacibdir. Lakin çox yaxın mövzunun seçilməsi də məqsədəuyğun deyil. Mövzu elə
seçilməlidir ki, şagird layihə üzərində çalışdığı zaman yeni bilik və bacarıq əldə
edə bilsin.
Layihələr öyrədici və müstəqil yaradıcı iş olmaqla iki növə ayrılır. Təlim
layihələrinin yerinə yetirilməsi şagirdlərdə bir çox mühüm bacarıqların
formalaşmasına səbəb olur. Komandada birgə işləmək, müstəqil tədqiqat aparmaq,
nəticələri düzgün sistemləşdirmək və onları lazımi qaydada təqdim etmək kimi
mühüm vərdişlərin yaranmasında layihə fəaliyyətinin böyük əhəmiyyəti vardır.
Bu məqsədlə dərslikdə hər fəslin sonunda öyrənilmiş materialın dərinləşdiril-
məsi və müxtəlif tətbiq sahələri haqqında biliklərin genişləndirilməsi məqsədilə bir
neçə təlim layihəsinin mövzuları verilmişdir. Təbiidir ki, müəllim şagirdlərə
özünün də məqsədəuyğun hesab etdiyi müxtəlif mövzularda təlim layihələri verə
bilər. Aşağı siniflərdə layihələrin yerinə yetirilməsində müəllimin rolu daha çox
idisə, yuxarı siniflərdə bu, tədricən minimuma endirilməlidir.
ÜMUMİLƏŞDİRİCİ DƏRSLƏRİN TƏŞKİLİ
Ümumiləşdirici dərslərin əsas didaktik məqsədi – mühüm mövzuların tədrisi
zamanı əldə edilən biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə
dərslər biliklərin daha da dərinləşdirilməsinə və nəzərdə tutulmuş bacarıqların tək-
milləşdirilməsinə yardım edir. Ümumi sorğu keçirməklə şagirdlərin çətinlik çək-
dikləri mövzuları və nisbətən zəif reallaşdırılmış standartları müəyyən etmək olar.
Bu zaman dərsi şagirdlərin zəif cəhətlərinin aradan qaldırılması istiqamətində qur-
maq daha məqsədəuyğundur.
İl ərzində 2 ümumiləşdirici dərs nəzərdə tutulmuşdur. Dərsdə müəllim
şagirdlərə yarımil ərzində reallaşdırılması nəzərdə tutulan alt standartlar üzrə sual
və tapşırıqlar verməlidir. Bu zaman mühüm anlayışlar təkrar edilməli, standartların
reallaşma səviyyəsini yüksəltmək məqsədilə müxtəlif tapşırıqlar verilməlidir.
Dərsin digər bir məqsədi böyük summativ qiymətləndirməyə hazırlaşmaqdır.
MÜASİR QİYMƏTLƏNDİRMƏ
Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə,
xüsusiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir.
Müasir qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin
qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə
əsaslanmır, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə stan-
dartları əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir.
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi
növlərə bölünür.
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagird-
lərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymət-
ləndirmə şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər apar-
26
mağa, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat
almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşımır, rəqəmdən
istifadə edilmir, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.
Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən
olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsi-
nin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamət-
ləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənil-
məsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, ya-
rımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi-
dir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin
etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ
qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ
isə ildə iki dəfə – yarımillərin sonunda aparılır.
Şagirdə yarımillik qiymət çıxarmaq üçün bu düsturdan istifadə olunur:
100
60
100
40
...
2
,
1
2
1
2
,
1
BSQ
n
ksq
ksq
ksq
Y
n
. Burada Y
1
və Y
2
– şagirdin I və II
yarımil üzrə qiymətini, ksq
1,
ksq
2
,...,
ksq
n
– şagirdin müvafiq yarımil ərzində kiçik
summativ qiymətləndirmələrinin nəticələrini,
n – müvafiq yarımildə keçirilən kiçik
summativ qiymətləndirmələrin sayını, BSQ
1
və BSQ
2
isə I və ya II yarımildə
keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
Yarımillik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı cədvəldə şagirdin
yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası
göstərilmişdir.
Y1 Y2 İllik
Y1 Y2 İllik
Y1 Y2 İllik
Y1 Y2 İllik
2 2 2 3 2 2 4 2 2 5 2 2
2 3 3 3 3 3 4 3 4 5 3 4
2 4 3 3 4 4 4 4 4 5 4 5
2 5 4 3 5 4 4 5 5 5 5 5
27
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ
TEXNOLOGİYASININ ŞƏRHİ
9-cu sinifdə ümumi biologiyanın nəzəri və tətbiqi əsaslarının öyrənilməsi
nəzərdə tutulur. Dərslikdə verilən bəzi məlumatlarla şagirdlər 6–8-ci siniflərdən
qismən tanış olduqları üçün hər bölmənin əvvəlində təqdim edilən mövzular üzrə
bilikləri aşkarlamaq məqsədilə diaqnostik qiymətləndirmə aparmaq tövsiyə olunur.
Diaqnostik qiymətləndirmə müəllim tərəfindən istənilən formada – şifahi
sorğu, mətnlər, qısa yazılı yoxlama işi və s. – keçirilə bilər. Suallar bu fəsildəki
bilikləri əldə etmək üçün şagirdlərin aşağı siniflərdə keçdikləri materialları əhatə
etməlidir. Əgər şagirdlər verilən sualların hər hansında zəiflik göstərirlərsə,
müəllim onun izahına bir qədər artıq vaxt ayırmalıdır.
Diaqnostik qiymətləndirmə üçün suallar:
Canlı orqanizmləri öyrənən elm sahələri hansılardır? Onların tədqiqat
obyektləri nələrdir?
Canlı orqanizmlərin əsas xüsusiyyətləri hansılardır?
Canlı orqanizmlərin hansı quruluş səviyyələri var?
Hüceyrənin tərkibinə hansı qeyri-üzvi maddələr daxil olur? Onların nə
kimi əhəmiyyəti var?
Hüceyrənin tərkibinə hansı üzvi maddələr daxil olur? Onların nə kimi
əhəmiyyəti var?
Bitki, heyvan və göbələk hüceyrələrinin kimyəvi tərkibinin hansı
xüsusiyyətləri var?
28
Dərs 1 / Mövzu 1:
CANLILARIN ƏSAS HƏYATİ XASSƏLƏRİ
Mövzuya keçməzdən əvvəl şagirdlər biliklərindən faydalanaraq sualları müzakirə
edir və müxtəlif fikirlər irəli sürürlər.
– Biologiya elmi nəyi öyrənir?
– Canlı təbiətin hansı aləmlərini tanıyırsınız?
– 6-8 siniflərdə biologiyanın hansı elm sahələrini öyrənmisiniz? ( botanika,
zoologiya, anatomiya, mikologiya və s. terminlərinin təkrarı və izahı)
Dərslikdəki suallar müzakirə olunur. Müzakirə zamanı müəllim şagirdlərin
fikrini ona yönəldir ki, Yer üzərində yaşayan hər bir canlı orqanizm bir sistemdir
və ona məxsus olan əlamətlərə cansız sistemlərdə rast gəlinmir. Lakin bu
əlamətlərin içərisində yalnız canlı orqanizmlərə məxsus olanı yoxdur. Bu səbəbdən
də orqanizmi təsvir edən zaman canlının bütün xassələrini nəzərə almaq lazımdır.
Məsələn, buz sırsırası böyüyə bilər, xarici mühitlə mübadilə mövcuddur, inkişaf
var, amma özünütörətmə qabiliyyəti yoxdur. Qayadan qopub düşmüş daş özünə
bənzər çoxlu xırda daşlara parçalanır, lakin onlar böyüyə bilmir, qıcığa cavab
vermək qabiliyyətləri və hərəkətlilikləri yoxdur.
Sonra aşağı siniflərdə tanış olduqları məlumatlara əsaslanan şagirdlər
cavablarını lövhədəki cədvəldə qeyd edirlər (cədvəlin bir neçə sətri boş saxlanılır
və dərsin tətbiq mərhələsində tamamlanır). Məsələn,
Canlıların əsas həyati xassələri Onların səciyyəvi xüsusiyyətləri
Çoxalma Öz
növünə aid olan fərdlərin sayının
artırılması
Böyümə və inkişaf Bədən ölçülərini böyütmək qabiliyyəti
Hərəkət Yerdəyişmə qabiliyyəti
Qıcıqlanma Xarici
mühitin
təsirinə cavab vermək
... ...
... ...
Tədqiqat sualı:
Canlıların əsas həyati xassələri hansılardır?
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı
təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən
dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
Təlim
NƏTİCƏLƏRİ
Canlıların əsas səciyyəvi əlamətləri ilə bağlı məlumatları
təqdim edir.
Canlılara xas olan bioloji proseslərin mahiyyəti və məzmununu
riyazi üsullarla əsaslandırır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Qıcıqlanma, assimilyasiya, dissimilyasiya, irsiyyət, dəyişkənlik,
təkamül, özünütörətmə, maddələr və enerji çevrilmələri
29
Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert”, “Fasiləli oxu”, “Kiçik qruplarda
müzakirələr” üsulları ilə aparıla bilər. Tədricən həm “Öyrəndiklərinizi tətbiq edin
və yoxlayın” bölümündə təqdim olunmuş, həm digər tərtib olunmuş sxem, yaxud
cədvəllər doldurulur.
Dərsin əsas məzmunu
• Canlı orqanizmlər oxşar kimyəvi tərkibə və quruluş prinsipinə malikdirlər.
• Əksər orqanizmlərin əsas struktur vahidi hüceyrədir.
• Bütün canlı orqanizmlər “açıq sistem”dir. Başqa sözlə, canlı orqanizmlər onlara
yalnız xarici mühitdən enerji və maddələr davamlı şəkildə daxil olduqda dayanıq-
lıdırlar.
• Canlı orqanizmlər ətraf mühit amillərinin dəyişməsinə cavab verirlər. (Qıcıqlanma)
• Canlı orqanizmlər inkişaf edirlər. (Böyümə və inkişaf)
• Canlılar çoxalırlar. (Özünütörətmə)
• Bütün canlılar irsiyyətə və dəyişkənliyə malikdirlər.
• Canlı orqanizmlər müəyyən mühit şəraitinə uyğunlaşırlar. (Uyğunlaşma)
Məsələlərin həlli (məsələlərdə canlıların hər hansı əsas həyati xüsusiyyətləri əks
olunmuşdur):
Müəllim aşağıdakı hesablamaları apararkən fənlərarası inteqrasiya yaratmaqla,
şagirdlərin riyaziyyat fənnindən reallaşdırdıqları bacarıqlara istinad edir.
1) Əgər 1 ay ərzində 1000 Kolorado böcəyi 4000 × 50 = 200 000 sm
2
yarpaq
sahəsi yeyirsə, bu sahəni 200 000/50 = 4 000 sürfə yeyə bilər (qidalanma).
2) 30 gün ərzində kütlə 30×0,5=15 kq artır, ayın sonunda xəzər suitisinin balasının
kütləsi 4+15 = 19 kq olacaq (böyümə).
Təklif olunan cədvəl, sxem və krossvordlar
•
•
•
•
•
•
•
30
Xüsusiyyət Xassələrin üzə çıxması
Kimyəvi tərkib
Canlı orqanizmlər də cansız təbiətin obyektlərini əmələ
gətirən kimyəvi elementlərdən təşkil olunmuşlar. Lakin canlı
və cansızlarda elementlərin nisbəti eyni deyil. Canlı
orqanizmlərin kimyəvi tərkibinin 98%-i dörd elementin –
karbon, oksigen, azot və hidrogenin payına düşür.
Maddələr və enerji
çevrilmələri
Qidalanma, qazlar mübadiləsi, ifrazat prosesləri.
Assimilyasiya – üzvi maddələrin sintezi + dissimilyasiya –
üzvi maddələrin parçalanması. Dissimilyasiya nəticəsində
ayrılan enerjinin müəyyən hissəsi assimilyasiya proseslərinə
sərf olunur.
Çoxalma
(özünütörətmə)
Valideynin özünəoxşar nəsil törətməsi irsiyyət sayəsində
mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz
qaldığı üçün bu oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır.
Böyümə və inkişaf
Orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnkişafla
müşayiət olunan böyümə sayəsində orqanizmdə yeni
keyfiyyət dəyişkənliyi yaranır.
Tarixi inkişaf
Canlı aləmin sadədən mürəkkəbə doğru inkişaf tarixi –
təkamül.
Hərəkət Fəzada yerdəyişmə qabiliyyəti. Aktiv və ya passiv hərəkətlər.
Qıcıqlanma
Xarici mühitin təsirinə qarşı orqanizmin cavabvermə
qabiliyyəti.
Yaşayış mühitinə
uyğunlaşma
Həyat tərzi ilə əlaqədar canlı sistem müəyyən mühit
şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular
• “Həyat” anlayışının qədim və müasir alimlər tərəfindən formalaşdırılmış tərifi.
• Canlı və cansız təbiətdə gedən oxşar proseslərin müqayisə olunması.
Elektron resurslar
http://videouroki.net/filecom.php?fileid=98667566
http://interneturok.ru/ru/school/biology/9-klass/bvvedenieb/obschie-svoystva-
zhivyh-organizmov
http://12.ort.ru/index.php/6-klass/urok-1-biologiya-kak-nauka-obshchie-svojstva-
zhivykh-organizmov
Qiymətləndirmə meyarları: məlumatın təqdim olunması, hesablama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Canlıların əsas
səciyyəvi əlamətləri
ilə bağlı məlumatları
təqdim etməkdə
çətinlik çəkir.
Canlıların əsas
səciyyəvi əlamətləri
ilə bağlı məlumatları
müəllimin köməyi ilə
təqdim edir.
Canlıların əsas səciy-
yəvi əlamətləri ilə
bağlı məlumatları
təqdim edərkən kiçik
qeyri-dəqiqliyə yol
verir.
Canlıların əsas
səciyyəvi əlamətləri
ilə bağlı məlumatları
ətraflı təqdim edir.
31
Canlılara xas olan
bioloji proseslər
zamanı baş verən də-
yişikliklərə aid riyazi
hesablamaları
yoldaşları və
müəllimin köməyi ilə
aparır, nəticələri
çıxarmaqda çətinlik
çəkir.
Canlılara xas olan
bioloji proseslər za-
manı baş verən dəyi-
şikliklərə aid riyazi
hesablamaları aparar-
kən tez-tez səhvlərə
yol verir, nəticələri
müəllimin köməyi ilə
çıxarır.
Canlılara xas olan
bioloji proseslər
zamanı baş verən də-
yişikliklərə aid riyazi
hesablamaları əsasən
aparır, nəticələri
çıxarır.
Canlılara xas olan
bioloji proseslər
zamanı baş verən də-
yişikliklərə aid riyazi
hesablamaları düzgün
aparır, düzgün
nəticələr çıxarır.
Dərs 2 / Mövzu 2:
CANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ
Mətnlə tanış olmazdan əvvəl şagirdlər qazanılan biliklərə əsaslanaraq dərslik-
dəki sualları müzakirə edirlər.
Quruluş səviyyəsinin dərk edilməsində “ bioloji sistem” anlayışı əsas anla-
yışdır. Bunu nəzərə alaraq müəllim dərsin əvvəlində “sistem” anlayışını izah edir.
Sistem – bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrdən müəyyən bir qayda əsasında
təşkil olunmuş vahid bir tamdır.
Şagirdlər qazanılan biliklərə əsaslanaraq aşağıdakı sualları müzakirə edirlər:
– “Bioloji sistem” terminini necə başa düşürsünüz?
– “Bioloji sistem” terminini canlılara, yoxsa cansız materiyaya tətbiq etmək olar?
– Bioloji sistemlərə misal göstərin.
– Adını çəkdiyiniz bioloji sistemi hansı daha kiçik sistemlər əmələ gətirir?
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, canlı varlıqlar aləmi
– müxtəlif mürəkkəblik dərəcəsi olan bioloji sistemlərin məcmusudur.
Tədqiqat sualı:
Canlıların öyrənilməsi hansı quruluş səviyyələrində aparıla
bilər?
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirələr” (quruluş
səviyyələri üzrə 7 qrupa bölünməklə) üsulu ilə aparıla bilər. Bu zaman müəllim
dərsliklə yanaşı, qruplara əlavə mətnlər təqdim edə bilər. Nəzəri materialla tanış ol-
duqca tədricən dərsliyin “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölümündə təq-
dim olunmuş cədvəl, yaxud digər sxem və cədvəllər doldurulur. Bu cədvəl lövhədə
çəkilə və müvafiq sətri hər bir qrupun nümayəndəsi tərəfindən doldurula bilər.
Alt
STANDART
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya,
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya,
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Biokimya, sitologiya, histologiya, populyasiya, biogeosenoz,
biosfer
32
Dərsin əsas məzmunu
• “Sistem” anlayışı. Sistemin elementləri, elementlər arasında əlaqələr
• Əsas bioloji sistemlər: hüceyrə, toxuma, orqan, orqanizm, populyasiya, növ,
biosenoz, biosfer.
• Canlı təbiətin quruluş səviyyələri: molekulyar, hüceyrə, toxuma – orqan, orqa-
nizm, populyasiya-növ, biogeosenotik, biosfer səviyyələri
Təklif olunan cədvəl, sxem və krossvordlar
№ Quruluş səviyyəsi
Təşkil olunduğu
komponentlər
Əsas proseslər
1 Molekulyar
Zülallar, nuklein turşuları,
polisaxaridlər və digər
molekullar
Maddələrin sintezinin və
parçalanmasının oksidləşmə-
reduksiya reaksiyaları, irsi
məlumatların köçürülməsi və
ötürülməsi və s.
2 Hüceyrə
Hüceyrənin quruluş
hissələri, orqanoidlər
Maddələr mübadiləsi, irsi
məlumatların hüceyrədən
hüceyrəyə ötürülməsi,
hüceyrələrin bölünməsi və s.
Molekulyar
Hüceyrə
Toxuma-orqan
Orqanizm
Populyasiya-növ
Biogeosenotik
Biosfer
3
4
5
6
7
Toxuma-orqa
Orqanizm
Populyasiya-n
Biogeosenoti
Biosfer
an Mənşəc
quruluş
yerinə y
qrupu
Sərbəst
olan bü
ya çoxh
sistem
növ
Növü
ayrı pop
(tarixən
yaşayan
fərdlər
k Müəyyə
yaşama
müxtəli
onların
Biogeo
biosfer
33
cə eyni olan, ox
şlu və eyni funk
yetirən hüceyrəl
t yaşamağa qab
ütöv birhüceyrəl
hüceyrəli canlı
ü təşkil edən ayr
pulyasiyalar
n müəyyən ərazi
n eyni növə aid
cəmi)
ən ərazidə birgə
ağa uyğunlaşan
if canlı qrupları
yaşayış mühiti
senozlar birləşə
əmələ gətirir.
xşar
ksiya
lər
Toxumal
müəyyən
müəyyən
yetirən o
gətirirlər
bil
li və
Fərdlərin
ölənə qəd
proseslər
rı-
idə
olan
Bu səviy
inkişaf p
növlərin
ola bilər
ə
və
Biosistem
edən mad
dövranı
ərək Bu
səviy
orqanizm
ilə əlaqəd
və enerji
verir
lar birləşərək
n quruluşlu olan
n funksiyaları ye
orqanları əmələ
r
n doğulan andan
dər olan inkişaf
ri
yyədə baş verən
rosesləri yeni
yaranmasına sə
min sabitliyini t
ddələr və enerji
yyədə canlı
mlərin həyat fəa
dar maddələr dö
çevrilmələri ba
n və
erinə
n
f
tarixi
əbəb
təmin
i
liyyəti
övranı
aş
|