1. Pedaqogikanın mövzusu və vəzifələri



Yüklə 244,72 Kb.
səhifə1/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
  1   2   3   4   5   6   7   8   9   ...   14
Pedaqogika cavabları


1.Pedaqogikanın mövzusu və vəzifələri.
Cavab--• Pedaqoji proses – öyrədənlə öyrənən arasında xüsusi olaraq təşkil edil¬miş elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman həyat üçün zəruri olan bilik, bacarıq və təcrübənin mənimsənilməsi nəticəsində insanın in¬kişafı təmin edilir
Pedaqogika –insanın bütün həyatı boyu inkişafı üçün mühüm amil və fəa¬liy¬¬yət sahəsi olan pedaqoji prosesin mahiyyətini, qanu¬na¬uy¬ğun-luq¬larını, prinsip, metod və təşkili formalarını öyrənən elmdir.
Pedaqogikanın obyekti – insan və onun həyata hazırlanmasıdır.
Pedaqogikanın predmeti – insan şəxsiyyətinin tərbiyə, təlim və təh¬sil vasitəsilə formalaşdırılması və inkişafına yönəldilmiş pedaqoji pro¬sesdir.
Pedaqogikanın əsas kateqoriyaları
Tərbiyə – həyat üçün zəruri olan sosial təcrübənin və cə-miy¬yət tərəfindən qəbul edilmiş mənəvi dəyərlər sisteminin for-ma¬laşdırılmasın¬da¬nötrü böyüyən nəslə göstərilən məqsədyönlü tə¬sir prosesidir.
Təlim – müəllimlərlə şagirdlərin məqsədyönlü, mütə¬şək-kil qarşılıqlı təsiri nəticəsində ətraf aləmin, onun qa¬nu¬na¬uy¬ğun-luq¬la¬rının dərk edilməsi, fəaliyyət üsullarının mənimsənilməsi və be¬ləliklə, şagirdin inkişafının təmin olunması prosesidir.

  • Təhsil – bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cə¬miy-yət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır.

Pеdaqоgikanın tədqiqat mеtоdları
Tədqiqat mеtоdlarını, adətən, iki yеrə bölürlər:
Ənənəvi tədqiqat mеtоdları:
Müşahidə;
Pеdaqоji müsahibə;
Pеdaqоji təcrübənin öyrənilməsi;
Məktəb sənədlərinin təhlili;
Şagird fəaliyyəti məhsullarının təhlili

  1. Yеni tədqiqat mеtоdları:

Pеdaqоji еkspеrimеnt;
Tеstləşdirmə;
Ankеt;
Qrup diffеrеnsasiyasının öyrənilməsi;
2. Məktəblilərin əmək tərbiyəsi
Əmək tərbiyəsi:
Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək bacarığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik olmasıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, istehsalın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarığı və vərdişlərinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir. İnsanların əməyə hazır şəkildə formalaşdırılması birinci həyati zərurətdir. İnkişaf etmiş demokratik cəmiyyət tələb edir ki, böyüyən nəsl əmək əsasında tərbiyə alsın, hələ kiçik yaşlarından quruculuq və yaradıcılıq fəaliyyətində iştirak etsinlər. Mədəniyyət müəssisələrində isə peşə yönümünün səmərəli aparılması işinə daha geniş imkan vardır. Bu müəssisələrdə nəzəri işlə əməli iş əlaqəli, əyani şəkildə aparılır. Beləki, yeniyetmə və gənclər asudə vaxtlarında öz marağına görə dərnəklərdə birləşir. Bu dərnəklər və digər işlər vasitəsilə gənclər həmin fəaliyyət prosesində bilavasitə məşğul olur, fəaliyyətin əsas məğzi ilə tanış olur. Seçdiyi və ya seçəcəyi peşənin sirlərini öyrənir və bu işlə öz imkanlarını, bu fəaliyyət növündə çalışa biləcəyini şüurlu surətdə dərk edir. Bu zaman artıq peşələr haqqındakı romantika reallaşır, yeniyetmə və gənclər həmin peşəyə şüurlu yanaşırlar.
3 -cu sualin cavabi 1-də
4. Şəxsiyyətin formalaşmasına təsir göstərən amillər.
Cavab-- Pedaqoqlara görə şəxsiyyət – irsi və sosial amillərin təsiri al-tında formalaşan, maddi və mənəvi aləmi dərk edib, müstəqil yara-dıcı fəaliyyət göstərə bilən insandır.
Şəxsiyyətin formalaşması dedikdə - xarici amillərin təsiri altında şəxsiyyətin dinamik funksional, psixoloji quruluşunun dəyişməsi, insanın müəyyən xarakter xüsusiyyətlər qazanması prosesi başa düşülür.

  • Şəxsiyyətin inkişafı və formalaşması haqda nəzəriyyələri üç is¬ti¬¬qamətə ayırmaq olar: bioloji, sosioloji və biososioloji. Bioloji istiqamət tərəfdarlarına görə:

Şəxsiyyət yalnız təbii varlıqdır;
İnsanın davranışı ona yaradılışdan xas olan tələbat və instinct¬lə-rin fəallığı ilə əlaqədardır;
İnsan, cəmiyyətin təlabatına tabe olmaqla öz təbii təlabatlarını bo¬ğur, bunun əvəzində də hər hansı fəaliyyət növü ilə məşğul ol¬ma-ğa məcburdur.
Sosioloji istiqamət tərəfdarlarına görə:
İnsan bioloji varlıq kimi dünyaya gəlir və həyatı boyu tədricən so¬sial¬laşır;
Şəxsiyyətin inkişaf səviyyəsi aşağı olduqca, onun bioloji xü¬su-siy¬yət¬ləri, instinktləri daha güclü ifadə olunur.
Biososioloji istiqamət tərəfdarlarına görə:
Psixi proseslər bioloji təbiətə malikdir;
Şəxsiyyətin maraqları, yönəlməsi, qabiliyyətləri sosial hadisə ki-mi formalaşır.
Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin səmərəli ro¬lu, hər şeydən əvvəl, onun məqsədəyönəldilmiş, sistematik xa¬rak¬ter daşımasıdır. Bundan başqa;
İrsiyyət və mühitin şəxsiyyətin inkişafına təsirini nizamlayır;
Tərbiyənin gücü – inkişafa məqsədyönlü, sistematik və düzgün rəhbərlikdədir;
Tərbiyənin zəif cəhəti – insanın fərdi şüurunun iştirakına əsaslan-masıdır;
Şəxsiyyətin inkişafı və formalaşmasında irsiyyət, mühit və tərbiyənin rolu daha bir zəruri amillə - fəallıqla tamamlanmalıdır. Fəallıq aşağıdakı formalarda təzahür edir:
Hərəkətlərdə - məhz hərəkətlər insanın həyatını təmin edir, or-qa¬nizmi fəaliyyət göstərməyə məcbur edir, onu sağlamlaşdırır və möh¬kəmlədir;
Dünyanı dərk etməkdə - idraki fəallıq öz həyatını müstəqil qur-ma¬ğın çox vacib şərtidir;
Emosiyalarda – uşaqlar şüurlu bacarıq və vərdişlərə yiyələnmə-miş¬dən əvvəl, öz fəaliyyətlərində hisslərə daha çox əsaslanırlar.
Şəxsiyyətin inkişafında və formalaşmasında müxtəlif fəaliyyət növlərinin rolu böyükdür. Şəxsiyyət fəaliyyət prosesində formalaşır, inkişaf edir və tərbiyələnir. İnkişaf, tərbiyə və formalaşma–hər üç məfhum bir-birilə ayrımaz surətdə üzvi əlaqədə və vəhdətdədir. Şəx- siyyət – xüsusilə inkişafda olan uşaq və yeniyetmələr hər gün, hər saat fəaliyyətdədir. İnsanın normal fəaliyyət vəziyyəti, yalnız yuxu istisna olmaqla qalan hallarda fəal hərəkət vəziyyətində olur. İnsan nə qədər ki, yaşayır daim hərəkətdə, fəaliyyətdə olur, işləyir, oxuyur, oynayır, başqa insanlarla ünsiyyət və münasibətdə olur. Bir sözlə, şəxsiyyət daim işdə, əməldə və fəaliyyətdədir. Fəaliyyətsiz insan inkişaf edə bilməz, yaşaya bilməz, mənəviyyatca yüksələ bilməz.
Azərbaycan folklor nümunələrində şəxsiyyətin inkişafında irsiyyətin rolu öz ifadəsini tapmışdır. Xalqı- mızın atalar sözlərində deyilir: “Ot kökü üstə bitər”, “Namərd gəlib mərd olmaz, mərd olmasa atası”, “Quyuya su tökməklə quyuda su olmaz” “Bədəsil əsil оlmаz, bоyuncа qızıl qаlа” sə s.

Dahi Nizami Gəncəvi bu xüsusda belə yazırdı:

Zatı pis olana, üz göstərmə sən, Qurdu bəsləməkdən ziyan çəkərsən.

Məhəmməd Füzuli irsiyyətə, zаtа, kökə üstünlük verərək оbrаzlı şəkildə belə deyirdi:

Hər kimin vаr isə zаtındа şərаrət küfrü, İstilаhаti-ülum ilə müsəlmаn оlmаz.

Marağalı Əvhədi kamil insan yetişdirilməsində irsiyyəti əsas amil hesab etmişdir. O, gənclərə nəsihətində yazırdı:

Sən nəsil törətmək fikrində olsan, İsmətsiz qadınla evlənmə, dayan, Övladın yaramaz, ya oğru olar, Toxum pis əkilsə, pis də verər bar
İlk dəfə fitri qаbiliyyətlər nəzəriyyəsinə zərbəni ingilis filоsо- fu Cоn Lоkk vurmuşdur. O “Ağ lövhə” nəzəriyyəsini irəli sürərək demişdir ki, insan doğularkən “Ağ lövhə” kimi doğulur. Bu lövhəyə nə yazılarsa, insan da elə inkişaf edəcəkdir. О, belə hesаb edirdi ki, uşаq dünyаyа nə şаir, nə həkim, nə də аğа kimi gəlir, irsən uşаğа heç nə verilmir. Cоn Lоkk insаn xаrаkterini аxаr çаyа, tərbiyəni isə bəndlərə bənzədirdi. Аxаr çаyın qаrşısınа bəndlər vurub оnun isti- qаmətini dəyişmək mümkün оlduğu kimi, tərbiyənin gücü ilə insаn xаrаkterini istənilən səmtə yönəltmək оlаr. Con Lokk iddia edirdi ki, təsadüf etdiyimiz adamların onda doqquzu mövcud olduqları və- ziyyətdə-rəhmdil və ya zalım, faydalı və ya faydasız olmalarında tərbiyəyə minnətdardırlar. İnsanlar arasındakı fərqləri məhz tərbiyə yaradır..

5. Yaş dövrləri, məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri




  1. Uşaqların yaş xüsusiyyətləri haqda məlumat

Yaş dövrü dedikdə - fərdin bir şəxsiyyət kimi müəyyən za-man çər¬çivəsində anatomik – fizioloji, psixoloji və sosial dəyişmə-lərlə xa¬rakterizə olunan fiziki və psixi inkişaf səviyyəsi başa dü¬şü-lür. Uşaqları yaş dövrlərinə bölmək və hər bir yaş dövründə onların xüsu¬siyyətlərini bilmək, inkişaf prosesini idarə etmək üçün çox əhə-miyyətlidir.
Pedaqoji baxımdan uşaqların yaş dövrlərini bu cür müəyyən-ləş¬dirirlər:
Çağalıq dövrü - 1 – yaşadək
Erkən məktəbəqədər yaş dövrü - 1-3 – yaşlar
Məktəbəqədər yaş dövrü - 3-6 – yaşlar
Kiçik məktəbyaşı dövrü - 6-10 – yaşlar
Orta məktəbyaşı dövrü - 10-15 – yaşlar
Böyük məktəbyaşı dövrü -15-17 – yaşlar

Azərbaycan xalq pedaqogikasında insanın bütün həyatını əhatə edən yaş bölgüsü mövcuddur.


Uşaqlıq -0- 15 yaşlar
Yеtkinlik - 15-30 yaşlar
Orta yaş - 30-45 yaşlar
Ahıllıq - 45-60 yaşlar
Piranilik - 60-75 yaşlar
Nuranilik - 75-90 yaşlar
Uzunömürlülük - 90 yaşdan sоnra

  1. Kiçik yaşlı məktəblilərin psixofizioloji xüsusiyyətləri:

Məktəb yaşına keçid uşaqların fəaliyyətində, ünsiyyətində, başqaları ilə münasibətdə ciddi dəyişikliklərlə müşayət olunur. 6-7 yaşlarında uşağın həyatında ilk böyük dəyişiklik baş verir: təlim əsas fəaliyyət növünə çevrilir, yeni vəzifələr meydana gəlir, həyat tərzi dəyişir.Müasir birinci sinif şagirdinin fərqləndirici xüsusiyyətlərinə bunları aid etmək olar:
Müəllimlərlə, böyüklərlə münasibətin həddən artıq “azad”, “demokratik” xarakteri;
Məktəbin intizam qaydalarına biganəlik, məsuliyyətsizlik, bəzən etiraz;
İnkişafın, xüsusilə texnoloji inkişafın yüksək sürəti;
Öz hərəkətlərində, hisslərinin ifadəsində geniş azadlıq;
Yeni şəraitə, yəni adamlarla ünsiyyətə tez alışmaq;
Televiziyaya, müxtəlif multimediya vasitələrinə hədsiz aludəçilik;
İnformasiya axınında sərbəst fəaliyyət göstərə bilmək və s.Bütün bunlar məktəb pedaqogikasının, xüsusilə tərbiyə nəzə¬riy-yə¬sinin çevik xarakter daşımasını tələb edir.
6. Didaktika, onun əsas anlayışları və sahələri


  1. Didaktika haqqında anlayış.

Pedaqogikanın mühüm bölmələrindən biri didaktikadır. Yunan di¬lində “didaktikos” – “öyrədən, təlimə aid olan”, “didasko” – “öy¬rə¬nən” deməkdir. Didaktika məfhumu ilk dəfə alman alimi Vol¬fhanq Ratke (Ratixiy) tərəfindən “Didaktikadan qısa hesabat, yaxud Tə¬lim sənəti” əsərində işlənmişdir.

Didaktikanın inkişaf mərhələləri:

I mərhələ - Y.A.Komenskiyədək – elməqədərki mərhələ. Bu mərhələdə didaktik mülahizələr bilavasitə tərbiyəvi ənə¬nə-lə¬rin icrası prosesində yaranırdı.

II mərhələ - Y.A.Komenskidən – idarəetmə proseslərinin ümu¬mi nəzəriyyəsi kimi meydana gələn kibernetikanın ya¬ran¬ma¬sı-na¬dək (1950). Bu mərhələdə pedaqoji və didaktik nəzəriyyələrin, əsas qanun və qanunauyğunluqların formalaşması sürətlə inkişaf edir.

III mərhələ - Kibernetikanın meydana çıxmasından bu günə qə¬dər. Pedaqogika və didaktikada olan problemlərin həlli üçün key-fiy¬yətcə yeni nəzəriyyələrin yaranması, yeni didaktik materialların, İKT-nin, öyrədici və nəzarətedici proqramların tətbiq edildiyi mər-hə¬lə.


  • Didaktika – pedaqoji elmin xüsusi sahəsi olub təhsil və tə¬li-min mahiyyəti, məzmunu, prinsipləri, təşkili formaları, fəa¬liy-yət və inkişaf qanunauyğunluqlarını tədqiq edir. Didaktika həm də ümumi pedaqojikanın əsas bölmələrindən bi-ri¬dir.


Pedaqogikanın formalaşmış sahələrindən biri olan didaktika özü qollara şaxələnmişdir: ümumi didaktika, xüsusi didaktika, mək- təbəqədər təlim-tərbiyə didaktikası, məktəb didaktikası, ilk-peşə ix- tisas məktəbi didaktikası, orta ixtisas məktəbi didaktikası, ali mək- təb didaktikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili didaktikası, xüsusi məktəb didaktikası, ixtisasartırma didaktikası, əlahiddə didak- tika və s.

7.Elmi idrak və təlim.



8. Təlimin mərhələləri.


Təlim –tərbiyənin ali məqsədi yüksək əxlaqa və güclü xarak¬te¬rə malik şəxsiyyət yetişdirməkdir
Təlim prosesi təsəvvürlərdən anlayışlara, anlayışlardan yaradıcı xa¬rakterli bacarıqlara doğru baş verir.

9.Təhsil sistemi, onun qurluşu və prinsipləri


Cavab--• Təhsil sistemi – ölkə daxilində mövcud olan təlim-tərbiyə müəs¬sisələrinin məcmuyuna deyilir.
Bəşəriyyətin tarixi inkişafı sübut edir ki, “təhsil” və “cəmiyyət” an¬layışları sıx əlaqədədir.
Müasir təhsil sisteminin funksiyaları kimi bunları göstərmək olar:
Fərdin daxili aləmini humanist ideallar əsasında zənginləşdirmək;
Cəmiyyətin tələblərinə müvafiq əxlaqi keyfiyetlerin for¬malaş¬dı-rıl¬ması;
İnsanların mədəni səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi.
Təhsilin sosial əhəmiyyəti kimi bunları göstərmək olar:
Cəmiyyət həyatında baş verən bu və ya digər tendensiyanın in¬ki-şa¬fına təsir göstərmək imkanı;
Böyüyən nəsli qlobal, yaxud lokal problemlərin həllinə ha¬zır¬la-maq.
Təhsil sahəsində aparılan islahatların istiqamətləri bunlardır:
Təhsil sisteminin bütün mərhələlərinin yenidən qurulması;
Təlim-tərbiyə işlərinin məzmununu, üsul və vasitələrini təkmil-ləş¬dirmək;
Pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması işinin sə¬viyyəsini yüksəltmək.
Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa ça¬tan təhsil formasıdır. Sxem 2


  • Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fər¬di məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin ve¬ril¬mə-si ilə müşayət olunmayan təhsil formasıdır.



  • İnformal təhsil – özünütəhsil yolu ilə bilik, bacarıq və vər-diş¬lərə yiyələnmə formasıdır



  • Əyani təhsil – tədris planında nəzərdə tutulmuş fənlərin təh-sil müəssisəsində təlim məşğələlərinə gündəlik davam etməklə təd¬risini təmin edən təhsilalma formasıdır.



  • Qiyabi təhsil - əyani təhsil formasında nəzərdə tutulmuş məş¬ğələ saatlarının 30-40 %-i həcmində tərtib edilmiş tədris pla-nı¬na əsasən istehsalatdan ayrılmadan təşkil edilən təhsilalma for-ma¬sıdır.




  • Distant – məsafədən təhsil – tədris müəssisəsinə gəlmədən, tə¬limin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsa¬sında təşkil olunduğu təhsil alma forması.



  • Sərbəst (eksternat) təhsil – tədris fənlərini təlim məş¬ğə¬lə¬lə-rin¬də iştirak etmədən müstəqil öyrənməyə və uyğun tədris planı üz¬rə imtahanların verilməsinə əsaslanan təhsil alma formasıdır.

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri:


    • Humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad in¬kişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təh¬lü-kə¬sizliyin, ətraf mühitə və insanlara qarşı hörmətin, tolerantlıq və dö¬zümlülüyün prioritet kimi qəbul olunması;



    • Demokratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edil¬¬məsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edil-mə¬¬sində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəs¬-sisələrinin muxtariyyətinin artırılması;




    • Bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təh-sil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olun¬ması;



    • Millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qo-run¬ması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dün¬yəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;




    • Keyfıyyətlilik – təhsilin mövcud standartlara, normalara, sosial iq¬tisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraq¬la¬rı-na uyğunluğu;



    • Səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, fay¬dalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;




    • Fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, təd¬ris proqramları və planları əsasında təhsilin bir neçə səviy¬yə¬də əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia-lektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bü¬tün həyatı boyu ardıcıl davam etməsi;



    • Varislik – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ar¬-dıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;




    • Liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıq¬lı¬ğı-nın genişləndirilməsi;



    • İnteqrasiya- milli təhsil sisteminin dünya təhsil sisteminə sə¬¬-mərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.

Təhsil sisteminin quruluşu
Təhsil sisteminə aiddir;
Bütün təhsil müəssisələri;
Təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri gös-tə¬rən digər qurumlar;
Təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat ins¬titutları və informasiya mərkəzləri;
Layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi – profilaktik və əc¬za-çılıq strukturları;
İdman, istirahət və sağlamlıq kompleksləri;
Kampuslar;
Mədəni-maarif müəssisə və təşkilatları;
Təhsili idarəetmə orqanları;
Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları, as¬sosiasiyalar, cəmiyyətlər.


  • Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında tədris pro¬sesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında döv-lət sənədi verən qurumdur.

10.Təhsilin məzmununu müəyyən edən sənədlər.


Cavab—Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıda- kılardır:


  • Təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rə- qabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliy- yət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;



  • Öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbu- lunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak et- mək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;




  • Təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, mü- asir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnmə- sini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;



  • Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqa- mət tapmaq bacarığını formalaşdırmaq;




  • Cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr po- tensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;



  • Təhsil müəssisələrində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulması- nı təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zora- kılığa yol verməmək.

Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və digər normativ hüquqi aktlarla tənzimlənir.

11. Müəllim peşəsi və ona verilən tələblər.


Cavab—Müəllimlik peşəsinə verilən pedaqoji tələblər: İbtidаi sinif müəlliminin pеdаqоji fəаliyyəti еlə qurulmаlıdır кi, о nəinкi öz şagirdlərinə, həttа ətrаfdаkı insаnlаrа nümunə оlmalıdır. Müəllimlik pеşəsi öz səciyyəvi cəhətlərinə görə fərqlənir. Müəllimin pqdaqoji fəaliyyətinə verilən tələblər sırasına bunlar daxildir.
1. Мüəllimin pеşəsinə sеvgisi. Hər pеşədə оlduğu kimi müəllim də öz pеşəsini böyük məhəbbətlə sеvməli, оnun bаşqа pеşələrdə gözü оlmаmаlıdır. Мüəllim təkcə dərsliklə dеyil, bütün mаddi və mənəvi vаrlığı ilə öyrədici, inаndırıcı, tərbiyəеdici оlmаlıdır.
2. Müəllimin ixtisasına uyğun biliklər sisteminə yiyələnməsi. Müəllim iхtisаsını yахşı bilməsini tələb edir. Мüəllim öz iхtisаsı ilə bərаbər digər еlmlərdən də хəbərdаr оlmаlı, vаcib məsələləri bilməlidir. Bu qəbildən fəlsəfə, pеdаqоgikа, psiхоlоgiyа, fiziоlоgiyа, sоsiоlоgiyа kimi еlmləri mütаliə еdib öyrənməlidir. Mmüəllim biliyi uşаqlаrın bаşа düşəcəyi, sаdə bir dillə аnlаtmаğı, yаşаuyğunluq, fərdiləşmə, prinsiplərinə müvаfiq şəkildə bаşа sаlmаğı bаcаrmаlıdır. Мüəllimin nitqi ifаdəli və səlis оlmаlıdır.
3. Müəllimin öyrətmə metodikası. Мüəllim öyrədən, tərbiyə еdən və inkişаf еtdirən bir şəхsdir. Öyrədə bilmək üçün öyrənmək lаzımdır. Müəllim öyrətmə mеtоdikаsınа yiyələnmədikdə yetişdirmələrin yaxşı öyrədə bilməz.
Bir çох müəllimlər də vаr ki, özünü yахşı göstərmək üçün kоllеktivin qılığınа girir, mаrаqlı söhbətlər еdir, lətifələr söyləyir, ucuz hörmət qаzаnmаq istəyir. Əlbəttə, bеlələrinin də gеc-tеz üstü аçılır. Ünsiyyətdə bərаbərlik yохdursа, о hеç vахt səmərəli оlа bilməz. Dеmоkrаtik əməkdаşlığа mаlik müəllim hər bir şаgirdə böyük hörmət və еhtirаmlа yаnаşır. О öz fəаliyyəti ilə uşаqlаrdа аzаdfikirlilik, yаrаdıcılıq, təşəbbüskаrlıq, tənqidi təfəkkür, qеyri-stаndаrt düşüncə fоrmаlаşdırır. Bеlə müəllim, müаsir məktəbin müəllimidir. Bеlə müəllim yеni düşüncəyə, yеni pеdаqоji təfəkkürə mаlik müəllimdir. Мəktəbimiz yаlnız bеlə məüllimlərin sаyəsində inkişаf еdir və yüksəlir.

12. Təlimdə müəllim və şagird fəaliyyətinin xüsusiyyətləri.


Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.

Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən “müəllim – şagird” münasibətlərinin qurulmasında pedaqoji taktı – nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim – şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.

Müəllim və şagird arasında problemlər adətən, sinifdən-sinfə keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Məsələn, 4-cü sinifdən 5-ci sinfə keçəndə yeni müəllimlərlə tanışlıq zamanı şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər olur. Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, bir neçə müəllimin qarşısında otururlar. Yeni müəllimlərlə tanışlıq onların özünəməxsus xarakterlərinin formalaşmasında mühüm rol oynasa da, ibtidai sinfi yenicə bitirmiş şagirdlər arasında çaşqınlıq yaradır. Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbəri və məktəbin psixoloqu kömək etməlidir.

İlk vaxtlarda onların çoxu ağlayır, müəllimə öz şıltaqlıqlarını bildirir, bunun da həlli yolu ondan ibarətdir ki, uşaqlar məktəbə gəlməmişdən əvvəl mütləq məktəbəqədər müəssisələrə, yəni uşaq bağçalarına getməli, cəmiyyətin arasında özlərini necə aparmaq lazım olduqlarını öyrənməlıdirlər.

Düzgün qurulmuş müəllim – şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird – müəllim problemlərinin yaranmasına gətirib çıxarır.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün bu təklifləri irəli sürürəm:




  1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji məktəblərdə psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır.



  1. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.




  1. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.



  1. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.

13. Təlimin prinsipləri haqqında ümumi məlumat.
Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.
Pedaqoji ədəbiyyatda prinsiplərin təsnifatında vahidlik yoxdur: təklif olunan prinsiplərin miqdarı, sistemi və ifadəsində müxtəlif fərqlər özünü göstərir. Bu fərqlər isə prinsiplərin əsasında duran təlim qanunlarının kifayət qədər öyrənilməməsi ilə bağlıdır.
Təlim prinsipləri didaktik qanunauyğunluqlarla sıx bağlı olduğundan onları həmin qanunauyğunluqlar əsasında təsnif etmək daha düzgündür. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasındakı çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir.
Təlimin qanunları ilə prinsipləri arasındakı əlaqəni nəzərdən keçirək.
14. Təlimdə əyanilik prinsipi. KLASSİK PEDAQOQLAR ƏYANİLiK HAQQİNDA.
Təlimdə əyanilik prinsipi


  • Əyanilik prinsipi tələb edir ki, təlim yalnız şifahi şəkildə müəl-li¬min sözləri üzərində deyil, bilavasitə müşahidəyə təqdim edilən kon¬kret şeylər və hadisələr üzərində qurulsun.

  • Əyanilik prinsipinin əsaslandığı pedaqoji qanunauyğunluq be-lə¬dir:

əyani vasitələrdən istifadə zamanı şagirdlərin diqqəti yalnız mü-şa¬hidə olunan konkret obyektlərin əlamətləri ilə məh¬dud¬laş¬dı¬rıl¬dıq-da əsasən qavrayış və təsəvvürlərin formalaşmasına, həmin əla¬mət-lər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə an¬layışların formalaşmasına imkan yaranır.


  • Əyanilik prisipinin əsaslandığı psixoloji qanunauyğunluq:

Xarici qıcıqlara cavab reaksiyası görmə orqanlarında başqa duy-ğu¬lara nisbətən daha həssaslıqla baş verir;
Reseptorlarla mərkəzi sinir sistemi arasında ötürücülük qa¬bi¬liy¬yə-ti optik kanalda daha yüksəkdir;
Görmə orqanlarından baş beyinə daxil olan informasiya uşağın yad¬daşında asan, tez və möhkəm saxlanılır.
15.Təlimdə fərdi yanaşma prinsipi. Klassik pedaqoqlar fərdi yanaşma haqqında.
Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi məktəblərimizin qarşısında ən mühüm vəzifə kimi durur. Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə fərdi yanaşma prinsipi mühüm rol oynayır.
Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, onun biliyində və əxlaqında nəzərə çarpan qüsurları vaxtında görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf etdirməyə imkan verir. Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır, həm də necə rəftar apardığını da unutmamalıdır.

Sevimli şairimiz S.Vurğun yazırdı: “Müəllimlik işində adamlarla, xüsusən şagirdlərlə mədəni rəftar böyük əhəmiyyət kəsb edir. Uşaqlarla mədəni davranmağı bacarmayan müəllim yüksək nüfuz sahibi ola bilməz. Həssas uşaq ürəyi haqsızlığa, əsasız məzəmməti, ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır”.

Müəllim o vaxt şagirdlərə təsir göstərmək üçün əlverişli yol tapa bilər ki, şagirdlərin fəaliyyətində onları işə sövq edən səbəbləri dərindən öyrənsin. Fərdi yanaşma hər bir şagirdin qabiliyyətinin, marağının, meylinin, bilik və bacarığının formalaşmasına imkan verir. Fərdi yanaşma prinsipinin mahiyyəti klassik pedaqoqların və digər elm xadimlərinin əsərlərində daha aydın göstərilmişdir.
Təlim-tərbiyə işi ilə məşğul olan müəllim, uşağı, onun inkişaf xüsusiyyətlərini, keçirdiyi həyat şəraitini yaxşı öyrənməlidir. Böyük pedaqoq bu məqsədlə müəllimlərdən uşaq psixologiyasını öyrənməyi tələb edərək yazırdı:
“Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda öyrənməlidir”.
Hər bir müəllim uşaq ruhuna təsir göstərməyi bacarmalıdır, əgər bacarmırsa, onun uşaqlar arasında da nüfuzu yüksək ola bilməz. Tərbiyə vermək üçün müəllim şagirdin marağını, dünyagörüşünü, səyini, həyat təcrübəsini, onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir.
Müəllimlər şagirdlərə, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün gündəlik istiqamət verməlidirlər. Belə şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır.
Lakin şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə inamsızlığı, yoldaşlarından geri qalması, müəllimin düzgün olmayan rəyi, ailədə çox əzizləmək kimi hallar şagirddə məsuliyyətsizlik yarada bilər. Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, nitqi zəif inkişaf edən, işi səliqəsiz yerinə yetirən, dikbaş, tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, yeni mövzunun sual-cavabla möhkəmləndirilməsi mərhələsində kimlərə və hansı suallarla müraciət edəcəyini nəzərə almalıdır. Müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu elm və texnika ilə, habelə müasir həyatla əlaqələndirməli, həm də bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol verməməlidir.
K.D.Uşinski bu nöqsanlardan bəhs edərkən yazırdı:

“Müəllim üçün kitabda müəyyən səhifəni dırnaqla və karandaşla işarə edib, onu gələn dərsə kimi öyrənməyi tapşırmaqdan asan şey yoxdur. Lakin çox erkən vaxtdan özbaşına buraxılan şagirdin bu əziyyətli səhifə üzərində necə can çəkdiyini, mənasını bilmədən onu necə əzbərlədiyini, işə necə yanaşmaq lazım olduğunu bilməyərək öz zəhmətini dəfələrlə necə artırdığını, həm dəftəri, həm əllərini və həm də üzünü mürəkkəbə bulayaraq yaza bilmədiyi hərf üzərində necə göz yaşı tökdüyünü müşahidə edin – o zaman siz, bəzən şagirddə təlimə qarşı nifrətin haradan doğulduğunu anlarsınız”.


Aparılan təcrübələr göstərmişdir ki, müəllimlər ev tapşırıqlarından iki variantda istifadə etməlidirlər.
Birincisi, ev tapşırığı zəiflər üçün nisbətən sadələşdirilməli, qüvvətli şagirdlər üçün biliyin dərinləşdirilməsi məqsədi ilə mürəkkəbləşdirilməlidir.
İkincisi, ev tapşırığının verilməsi ilə əlaqədar olaraq təlimdə yetirməyən şagirdlər üçün müəllim onların nədə yetirmədiklərinə aid qabaqca tapşırıq müəyyən etməlidir, eyni zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, onların biliyini daha da dərinləşdirsin. Evə tapşırıq verərkən bərabərçiliyə yol vermək olmaz. Ev tapşırığının fərdiləşdirilməsi hər bir şagirdin səmərəli işləməsini gücləndirir, onun geriliyini aradan qaldırır və müstəqil işləməsi üçün şərait yaradır. Bütün bunlar şagirdlərin elmi-dünyagörüşünü və onların dərin biliklər sisteminə yiyələnməsinə zəmin yaradır. Müasir dövrdə yeni insanların formalaşması əməli vəzifəyə çevrilməlidir
16. Təlimin əsas üsul və vasitələri.
Kurikulumda müəyyənləşdirirlmiş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim metodları ilə yanaşı aşağıdakı interaktiv üsulların istifadəsi tövsiyə olunur:
• BEYİN HƏMLƏSİ (əqli hücum),
•AKVARİUM
•AUKSİON
•ZİQZAQ
•MÜHAZİRƏ
•KARUSEL
•KLASTER (şaxələndirmə)
•SUALLAR
•ROLLU OYUN
•ANLAYIŞIN ÇIXARILMASI
•MÜZAKİRƏ
•QƏRARLAR AĞACI
•SÖZ ASSOSİASİYALARI
•PROBLEMLİ VƏZİYYƏT
•VENN DİAQRAMI
•SORĞU VƏRƏQLƏRİ VƏ MÜSAHİBƏ
•KONSEPTUAL CƏDVƏL
•DƏYİRMİ MASA

17. Təlimdə müvəffəqiyyətə nəzarət üsulları.


Nəzarət təlim prosesinin mühüm ünsürlərindən biridir. Nəzarət yoxlama və qiymətləndirmə ilə birlikdə təlimin son pilləsini təşkil edir. Nəzarət dedikdə, əldə olunan nəticəni qarşıya qoyulmuş məqsədlə tutuşdurmaq başa düşülür. Müəllim həm təlim prosesinin gedişinə, həm də nəticəsinə (şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə) nəzarəti həyata keçirir.

Pedaqoji nəzarətin bir neçə funksiyası vardır: yoxlama funksiyası (mənimsəmə səviyyəsini üzə çıxarmaq), diaqnostik funksiya (çətinlikləri, onların səbəblərini müəyyən etmək), proqnostik funksiya (təlimi, mənimsəməni təkmilləşdirmək yollarını müəyyən etmək), tərbiyə funksiyası (məsuliyyət, özünə inam hissi formalaşdırmaq, müəllim və şagirdləri fəallaşdırmaq).

Təlimdə nəzarət bir çox cəhətdən əhəmiyyətlidir. O, həm şagird və müəllim üçün, həm də valideynlər, məktəb rəhbərliyi və dövlət üçün vacibdir. Şagird bu yolla öz təlim uğurları və ya uğursuzluqları haqda məlumat əldə edir (daxili əks əlaqə), təlimə səy və məsuliyyətini artırır. Müəllim şagirdlərin təlim səviyyəsi haqda məlumat alır (xarici əks əlaqə), öz iş metodlarını təkmilləşdirir. Valideynlər, məktəb rəhbərləri və dövlət orqanları nəzarət (yoxlama və qiymətlər) sayəsində təlim vəziyyəti ilə tanış olur, təlimə nəzarət və rəhbərliyi gücləndirirlər.

Nəzarət müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə cari (gündəlik), tematik (iri mövzu və bölmə üzrə), dövri (vaxtaşırı, rüblərin sonunda) və yekun nəzarəti (ilin sonunda) fərqləndirilir.

Təlimə nəzarət bir sıra metodlarla həyata keçirilir: sorğu, müsahibə, müşahidə, yoxlama yazı işləri, test yoxlamaları, əməli və qrafik işlərin icrası və s. (Bu haqda “Təlim metodları” mövzusunda bəhs edilmişdir).

Pedaqoji nəzarətin səmərəsi üçün ona bir sıra tələblər verilir:




  1. Nəzarət zamanı müəllim xeyirxah, diqqətli və qayğıkeş olmalı, pedaqoji takt, dözüm göstərməlidir. O, şagirdlərin səhvlərini səbirlə düzəltməli, bu zaman kobudluğa və əsəbiliyə yol verməməlidir;



  1. Nəzarət hərtərəfli olmalı, təlimin həm kəmiyyətini, həm də keyfiyyətini aşkara çıxarmağa yönəlməlidir;




  1. Nəzarət müntəzəm olmalıdır: müəllim təlimin bütün gedişində, dərs boyu şagirdin təliminə nəzarət etməli, onu tənzim etməlidir. Bu halda şagirdlərin təlimə məsuliyyəti, səyi və fəallığı artır;

Ç) nəzarət konkret və müyəssər olmalıdır: aşkara çıxarılan müsbət və mənfi cəhətlərin nədən ibarət olması dəqiq müəyyən edilməli, verilən tapşırıqlar və məsləhətlər konkret və gücə uyğun olmalıdır. Bu, nəzarətin təsirini artırır.

Təlimdə nəzarət yoxlama, uçot və qiymətləndirmə ilə sıx bağlıdır. Yoxlama nəzarət vasitəsidir. Uçot nəzarətin müəyyən sənədlərdə (jurnal, imtahan vərəqi, müvəffəqiyyət cədvəli və s.) əksidir. Qiymət təlim müvəffəqiyyətinin kəmiyyət göstəricisi, balla ifadəsidir.

18.Müasir dərs və ona verilən tələblər.



Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin