İtm-in bir fənn kimi yaranması və onun pedaqoji elmlər arasında yeri



Yüklə 18,44 Kb.
tarix08.11.2022
ölçüsü18,44 Kb.
#67902
Mövzu 2


İTM-in bir fənn kimi yaranması və onun pedaqoji elmlər arasında yeri
İnformatika fənni keçmiş SSRİ ərazisində düz 35 il bundan qabaq, 1985-ci ildən etibarən orta məktəblərdə tədris olunmağa başlanmışdır. Həmin dövrdən keçən illər ərzində bütün dünyada və ölkəmizdə bu sahədə inqilabi də­yi­şik­lik­lər baş vermişdir. 1985-ci ildən başlayaraq İnformatika fənni 10-cu və 11-ci siniflərdə tədris olunurdu.
Yalnız 2005-ci ildə Respublikamızın orta məktəblərinin 5-ci sinifləri üçün dərslik yazıldı və bu iş çox böyük sürətlə bu gün də davam etdirilir. Ölkəmizdə İnformatika fənni 1-ci sinifdən başlayaraq 11-ci sinifə kimi bütün siniflərdə tədris olunur.
İnformatika fənninin tədrisi aparat və proqram təminatı ilə səciyyələnsə də bu fənnə İKT-nin tədrisindən daha geniş çərçivədə yanaşılmalıdır. Məhz buna görə də bəzi qonşu dövlətlərdə bu fənnin adı son bir neçə ildir ki, "İnformatika və İKT" adlandırılır.
İnformatikanın tədrisi metodikası” fənni pedaqoji fənlər silsiləsinin tərkib hissəsi olaraq, İnformatikanın inkişafının müasir dövründə bu elmin təliminin metod və üsullarının öyrənilməsinə həsr olunmuş elmdir. Fənnin məqsədi tələbələrə orta məktəblərdə İnformatikanın tədrisinin metod və vasitələrini öyrətmək, ümumtəhsil məktəbləri üçün ixtisaslaşdırılmış müəllimlər hazırlamaq, gələcəyin müəllimlərinin ümumi informasiya savadını və informasiya mədəniyyətini artırmaq, təhsilə yaradıcı yanaşmanı inkişaf etdirməkdir.
Metod - mənşə etibarı ilə yunan sözü olub,yol, üsul, vasitə deməkdir.
Təlim metodları deyəndə müəllimin şagirdlərlə apardığı iş üsulları başa düşülür.
Bunlar vasitəsilə müəllim şagirdlərə bilik, bacrıq və vərdişlər verir, onların dərk
Təlim metodu ilə təlim priyomu arasında fərq vardır. Müəllimin müsahibəsi metoddur, müsahibənin planı ilə şagirdləri tanış etmək priyomdur
İnformatika fənninin tədrisi metodikası aşağıdakı problemləri həll etməyi məqsədəuyğun hesab edir:



  • Informatikanın öyrənilməsinin konkret məqsədlərini müəyyən etmək;

  • Ümumtəhsil fənni kimi informatikanın bazis tədris planında yerini və məzmununu müəyyən etmək;

  • Qarşıya qoyulmuş məqsədlərə müafiq olaraq təlimin təşkili formalarını işləyib hazırlamaq və məktəbə, praktik müəllimlərə təkliflər etmək;

  • Informatika təliminin vasitələrinə baxmaq və onları praktikada tədbiq etmək üçün praktik müəllimlərə məsləhətlər vermək

Başqa sözlə desək, informatikanın tədrisi metodikası da digər fənlərin tədrisi metodikası da digər fənlərin tədrisi metodikası qarşısında duran ənənəvi üç əsas suala cavab verməlidir.





  1. nə üçün informatikanı öyrənmək olar?

  2. informatikadan nəyi öyrənmək olar?

  3. informatikanı necə öyrənmək olar?


Fənnin mənimsənilməsi nəticəsində tələbələr nəyi bilməlidir?
-orta məktəb informatika kursunun öyrənilməsinin müxtəlif mərhələlərində onun strukturunu və məzmununu,
-orta məktəbdə informatika kursunun əsas mövzularının öyrədilməsi metodikasını,
- informatika siniflərində texniki təhlükəsizlik qaydalarını və sanitar-gigiyenik tələbləri,
-şagirdlərin biliklərinin yoxlanılmasının müxtəlif formalarını bilməlidirlər,
-tədris prosesində müasir proqram təminatını tətbiq etməyi,
- informatika sinfində dərslərin planlaşdırılmasını, hazırlığıni və dərsin düzgün aparılmasını həyata keçirməyi bacarmalıdırlar.
İnformatikanım tədrisi metodikasının başqa elmlərlə əlaqəsi

Informatikanın tədrisi metodikası informatika, pedaqogika, psixologiya, fəlsəfə və kibernetika elmləri ilə sıx əlaqədə inikaşaf etmişdir.


Informatikanın tədrisi metodikasının riyazziyyat elmi ilə sıx əlaqəsi təbiidir, çünki riyazi bölmələr məktəb informatika kursuna xüsusi qaydada işlənildikdən sonra daxil edilir. Bunun üçün riyazi anlayış, fakt və metodların təbii formalaşması prosesini bilmək zəruridir.
Informatikanın tədrisi metodikasının pedaqogika elmi ilə də sıx əlaqəsi vardır. Məlumdur ki, pedaqogika təlimin ümumi qanunauyğunluqlarını öyrənir. Informatikanın tədrisi metodikası bu ümumi qanunlardan geniş istifadə edir.
Informatikanın təlimi prosesi yalnız şagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə almaqla təşkil oluna bilər. Ona görə də informatikanın tədrisi metodikasının psixologiya elminin nəticələrindən istifadə etməsi vacibdir.
Təlim prosesini idarə etmək üçün kibernetika elminin nəticələrindən də istifadə olunmalıdır. Məlumdur ki, kibernetika müxtəlif sistemlərin idarə olunmasının ümumi qanunauyğunluqlarını öyrənir.


Yüklə 18,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin