Mühazirə :9.
Ümumi mədəniyyət müəllimin peşəkarlığının əsas şərti kimi.
Plan .
Mədəniyyət anlayışı.
Müəllimin nitq mədəniyyəti
Ədəbiyyat siyahısı
1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı 2009
2. Müəllimlərin etik davraniş qaydaları. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 60 nömrəli əmri”.
3. Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, Maarif 1992
4. Xəlilov V. Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri. Bakı 1997.
5. F.Rüstəmov “Pedaqogika tarixi”, Bakı, 2009
6. H.Əhmədov “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”. Bakı, 2014
Mədəniyyət Latın mənşəli “culture” sözündən dönmədir . Antik dövürlərdə “culture”nin ilkin hərfi mənası torpağı becərmək emal etmək torpağı artlayıb yaralı hala salmaq əkin biçinə hazırlamaq becərmək anlamındadır . Qədim dövrlərdə ilk yaranışında bu söz obyektdə insan əməyi ilə aparılan dəyişikləri ifadə etmək ,əkin yerlərinin , torpaq sahələrinin və s şumlandığını və sahmana salındığını bildirmək üçün istifadə edilib . İndinin özündə də Aqrokultura sözü termin kimi mövcuddur . zaman keçdikcə insan fəaliyyətinin nəticəsi olan culture (külrüt- kultura ) sözünün məna və məzmun tutumu daha da dərinləşib . O yalnız praktiki fəaliyyəti deyil , həm də mənəvi fəaliyyət sahələrini əhatə etməyə başladı . Elmə maddi və mənəvi mədəniyyət anlayışları daxil oldu beləcə torpağı becərmək emal etmək . torpağı artlayıb yararlı hala salmaq əkin- biçinə hazırlamaq becərməklə yanaşı artıq insan əlinin zehininin qəlbinin iştirakı ilə yaradılan bütün dəyərlər “ Culture “ - “ külttir”- “Kultura mədəniyyət əlaməti kimi qəbul olmağa başladı .
Müəllimin nitqi başqalarından fərqlənməlidir müəllim şagird və tələbələri ilə ünsiyyətin bütün formalarından fikrini dolğun sanballı aydın və təsirli cümlələrlə ifadə etməyi bacarmalıdır . Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədi ilə fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtuyac da yoxdur . Belə bacarıq xüsusi ilə müəllimdə hökmən nitq vərdişinə çevrilməli , nəzərdə tutulan fikir özünə müvafiq forma ilə verilməlidir .
Müəllim - şagird , müəllim - tələbə münasibətində müəllimin davranışı „rəftarı şəxsi mədəniyyəti ən başlıcası isə davranış tərzi hər zaman önəmli rola malik olmuşdur . Son pxsixoloji ədəbiyyatda təlimin humanistləşdirilməsi şəraitində müəllimin xarakteri aşağıdakı cəhətdən səciyyələndirir müəllimin hər şagirdə hörmətlə yanaşması , şagirdin taleyi ilə maraqlanması , şagirdin qabiliyyət və istedadını optimiscəsinə tanıması , şagirdlərlə partnyor kimi əməkdaşlıq etməsi stimullaşdırma yolu ilə şagirdlərdə daxili motivlər bilməsi , şagird nöqsanlarına dözümlülüyü ünsiyyət mədəniyyətinə sahib olması. Müəllimin nitqi danışığı onun şəxsiyyətini mədəni səviyyəsini dünyagörüşünü müəyyənləşdirən ətrafdakılarla xüsusən şagird və tələbələrə münasibətini nizamlayan başlıca amildir .
Müəllimin qarşısında müxtəlif xarakterli və məzmunlu pedaqoji vəzifələr durur. Bu vəzifələrin müvəffəqiyyətlə həll edilməsi üçün onun yol və vasitələrinin, tərzlərinin müəllimin yiyələnməsi olduqca vacibdir.
Pedaqoji mədəniyyət müəllimin müxtəlif pedaqoji vəzifələri həll etməsinin mühüm və incə aləti olub, onun fəaliyyətinin məzmunu və ahəngdarlığını təmin edən üsulların məcmusudur. Pedaqoji mədəniyyət ünsiyyət texnologiyası və müəllimin nitqin mühüm tərbiyə vasitəsi kimi əhəmiyyətli rol oynayır.
Pedaqoji ədəbiyyatlarda pedaqoji mədəniyyəti bir çox komponentlərdən ibarət olduğu göstərilir.
Birinci qrup komponentlər müəllimin özünü, öz davranışını idarə etməsi bacarıqları ilə bağlıdır. Bunlara müəllimin özünün öz orqanizminə (mimikaya, pantomimikaya) yiyələnməsi, emosiyasını, əhval-ruhiyyəsini idarə edə bilməsi, sosial qavrayış qabiliyyətinə (diqqətlilik, müşahidəçilik, anlamaq) nitq texnikasına (düzgün nəfəsalmaya, səsin nizamlanmasına, diskussiyaya, nitqin normal surətinə) malik olması və s. aiddir.
Pedaqoji məniyyətin komponentləri ayrı-ayrı şəxslərə və kollektivə təsiretmə bacarıqları ilə əlaqələnir və təlim-tərbiyənin texnoloji tərəfini açır. Bunlar l)didaktik təşkilatçılıq, konstruktiv, kommunikativ bacarıqlar 2)pedaqoji ünsiyyətin idarə olunması 3)kollektiv yaradıcı işlərin təşkili bacarıqlarından ibarət olub, müəllimin pedaqoji ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji mədəniyyətin digər bir sıra komponentlər də şagirdlərlə münasibətdə lazım olan üslub və intonasiyanı seçmək, şagirdlərin diqqətini yönəldə bilmək, davranışını idarə etmək, onlara öz münasibətlərini bildirmək bacarıqları və s. daxildir. Təcrübə göstərir ki, yeni fəaliyyətə başlayan gənc müəllimlər pedaqoji mədəniyyət ilə əlaqədar bir sıra tipik pedaqoji səhvlərə məsələn: şagirdlərlə, onların valideynləri ilə ürəkdən söhbət apara bilməmək, həm söhbət olmağa inamsızlıq göstərmək, nitqdə canlılığın olmaması, monoton nitqə malik olması, diksiyanın dəqiq olmaması, səsin optimal yüksəklik tonunu tapa bilməməsi və s. yol verirlər. Bütün bu səhvlər gənc müəllimin şagirdlərlə səmərəli, qarşılıqlı fəaliyyətinə mane olur. Buna görə də gələcək müəllimlərin belə səhvlərə yol verməmələri üçün bu sadə geniş iş aparılması müəllim kadrlarının hazırlanması işində başlıca vəzifələrdən biri olmalıdır. Pedaqoji texnika pedaqoji bacarıq və qabiliyyətlərin kompleksindən yaranaraq müəyyən birlik təşkil edir və formalaşır. Bu birliyin təmin olunmasının bir sıra ümumi xüsusiyyətləri vardır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir.
1.Müəllimin şagirdlərlə qarşılıqlı əlaqəsi. Bu istiqamətdə formalaşmış pedaqoji mədəniyyət şagirdlərlə ünsiyyətdə əlverişli pedaqoji mühit yaratmaqda çətin situasiyalarda tez və düzgün metod və tərzlər seçməkdə və qərar qəbul etməkdə, lazım olan sözü, intonasiyanı, jesti tapmaqda, gözlənilməz pedaqoji situasiyaları həll etməkdə, sakitliyin qorunmasında müəllimə böyük imkanlar yaradır.
Dostları ilə paylaş: |