Erməni vandallarının işğal siyasətinin əsas məqsədlərindən biri də əzəli torpaqlarımızdakı tarixi-mədəniyyət, dini abidələrimizi dağıtmaq idi ki, bu iyrənc niyyətlərini də qısa zamanda reallaşdırdılar



Yüklə 0,78 Mb.
tarix10.05.2022
ölçüsü0,78 Mb.
#56957
Zəngilan rayonu dağıdılmış infrastuktur obyektləri -2


https://medeniyyet.az/page/news/54400/Bir-Cengilik-Zengilan-vusali.html?lang=az

Erməni vandallarının işğal siyasətinin əsas məqsədlərindən biri də əzəli torpaqlarımızdakı tarixi-mədəniyyət, dini abidələrimizi dağıtmaq idi ki, bu iyrənc niyyətlərini də qısa zamanda reallaşdırdılar. Onlar İslam memarlığına məxsus tikililəri – türbə və məscidləri viran qoydular. Bu terrordan özünəməxsus memarlıq həlli olan məscidləri ilə tanınan Zəngilan da öz nəsibini aldı və bizə sadəcə tarixi faktların susqun statistikası qaldı...

Zəngilan şəhərində yerləşən İslam memarlığı nümunələrindən biri İmam Hüseyn məscidi idi. Məscidin Səfəvilər dövründə (XVII-XVIII əsrlər) tikilməsi ehtimal olunur. 12 x 20 metr ölçülü məscidin inşasında əsasən yerli əhəngdaşından istifadə edilib. Bu məsciddən əlavə 5 yerli əhəmiyyətli dini tikili də erməni barbarlığının qurbanı olub.

Rayon ərazisində ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən Dairəvi qüllə (Hacıalılar kəndi), Qız qalası (Əmirxanlı kəndi), Yenikənd və Şərifan kəndlərindəki iki Orta əsr sərdabəsi, eləcə də yerli əhəmiyyətli qəsr və qalalar da erməni vandalları tərəfindən dağıdılıb.



http://eco.gov.az/az/nazirlik/xeber?newsID=433

Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirmiş, nəticədə çay suyunda formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanmışdır. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırmışlar.

Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmış və ərazi yandırılmışdır.

https://www.azercosmos.az/Calendar_2022_AZ.pdf

Zəngilan rayonu, Ağalı kəndi Azərbaycanda ilk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunda həyata keçirilir. Beş komponent üzrə aparılacaq “Ağıllı kənd” layihəsinə yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri daxildir. “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peyki tərəfindən oktyabr 2021-ci il tarixində əldə olunmuş təsvir.



Uzun müddət ərzində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində mövcud olmuş, hazırda isə tam və ya qismən dağıdılmış tarix və mədəniyyət abidələrinin (Dünya əhəmiyyətli tarixə malik daşınmaz tarixi və mədəniyyət abidələrinin; Respublika əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrinin; Yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrinin) Siyahısı(Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərari ilə təsdiq edilmişdir)

http://elibrary.bsu.edu.az/dbmast/komplekst_hesabat.pdf






Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin