Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur. Protokol №8



Yüklə 49 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü49 Kb.
#35043
  1   2   3   4
7 ci movzu monqollar


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018
1.Monqolların Azərbaycana yürüşləri.

XIII əsrin əvvəlində Mərkəzi Asiyanın şərqində Monqol dövləti yarandı və qısa zamanda Sakit okeandan Avropanın mərkəzinə kimi böyük ərazini işğal etdi. Monqol dövləti 1206-cı ildə Onon çayı sahilində monqol əyanlarının-noyonlarm qurultayında yaradıldı, Temuçin Çingiz xan adı ilə onun ilk xaqanı oldu. Çingiz xan qonşu türk tayfalarını: yakut, uyğur,,merkut və qırğızları tabe edib, onların hesabına çoxsaylı və çox möhkəm intizamlı atlı qoşun yaratdı. Monqollar 1211-1215-ci illərdə Şimalı Çini ələ keçirdilər və çinlilərdən o dövrün ən müasir döyüş texnikası: daş atan, yanğın törədən, divar deşən qurğularından istifadəni öyrəndilər. Çingiz xan 1219-1220-ci illərdə daxili çəkişmələrdən zəifləmiş Xarəzmşahlar dövlətini məhv etdi, İräna və Qafqaza ordu göndərdi.

Monqol yürüşləri ərəfəsində Azərbaycanda Eldənizlər, Şirvanşahlar və Ağsunqurilər dövlətləri mövcud idi. Ağsunqurilər Rəvvadilər nəslindən idi, paytaxtı Marağa şəhəri idi. Eldənizlər dövləti feodal çəkişmələrdən çox zəifləmişdi. 1220-ci ildə monqolların Azərbaycana birinci yürüşü başlandı. Cəbə və Subutayın başçılıq etdikləri bu yürüş kəşfiyyat xarakteri daşıyırdı. Monqollar Marağa, Zəncan, Ərdəbil, Sərab şəhərlərini qarət edib Təbrizə yaxınlaşdılar. Atabəy hökmdarı Özbək Naxçıvana Əlincə qalasına qaçdı. Təbrizin müdafiəsinə şəhərin hakimi Şəmsəddin Tuğrayi başçılıq etdi. Təbrizin qala divarları möhkəmləndirildi. ŞTuğrayi monqollarla danışığa girib qızıl və paltar xərac verməklə şəhəri dağıntıdan xilas etdi. Daha sonra monqollar Beyləqana hücum etdilər. Yerli əhali ciddi, müqavimət göstərdiyi üçün, düşmən Beyləqanı tutduqda tamam dağıtdı. Monqollar Gəncəyə yaxınlaşanda şəhər əhalisinin möhkəm müdafiəyə hazırlaşdrqlarım gördülər.Ona görə şəhərdən xərac almaqla kifayətləndilər. Oradan Gürcüstana hücum edib, gürcü^erməni qüvvələrini məğlub etdiLər. Sonra da Şirvana soxuldular. Şirvanşah qaçdı, lakin Şamaxı əhalisi şəhərin müdafiəsinə qalxdı. Monqolların bu yürüşü haqqında məlumat vermiş ərəb tarixçisi İbn əl-Əsir yazmışdır ki, şamaxılılar monqollara qarşı qətiyyətlə vuruşaraq söyləmişdilər: “Qılınca sarılmaq lazımdır, qılıncdan başqa qurtuluş yoxdur. Şərəflə ölmək ən yaxşısıdır.” Monqollar Şamaxını böyük itkilər hesabına tuta bildilər. Bütün əhalisini qırdılar, şəhəri dağıtdılar. 1222-ci ildə monqollar Dərbəndə çatdılar və qala divarlarının çox möhkəm olmasını .görüb hiylə işlətdilər. Danışıqlar aparmağı təklif etdilər və yanlarına gələn elçiləri məcbur etdilər ki, onları dağlardan keçən gizli yollarla şimala keçirsinlər. Şimali Qafqazda monqollar alanları və qıpçaqları ayrı-ayrilıqda məğub etdilər. 1223- cü iidə isə Kalka çayı sahilində rus-qıpçaq qoşunlarına qalib gəldilər və İdil (Volqa) boyundakı Bulqar dövlətinə basqın etdilər. Lakin ona məğlub oldular və Monqolustana döndülər.

Azərbaycan 1225-ci ildə Xarəzmşahm oğlu Cəlaləddinin hücumuna məruz qaldı. Düşmən Təbrizə yaxınlaşanda Atabəy Özbək Əlincə qalasında gizləndi və orada öldü. Eldənizlər dövləti süqut etdi. Təbriz 7 gün müqavimət göstərdikdən sonra ələ keçirildi. Ardınca digər bölgələr tutuldu. Cəlaləddin Gəncəni özünə iqamətgah etdi. 1227-ci ildə Ağsunqurilər dövlətini süquta uğratdı, Şirvanşahlar dövlətini asılı hala saldı və ildə 100 min dinar xərac ödəməyə məcbur etdi. Əhali üzərinə qoyulan vergilər də artırıldı. Cəla­ləddinin təyin etdiyi canişinlər ölkəni çapıb talayırdı. Cəlaləddinin zülmünə qarşı 1231-ci ildə Gəncədə usta Bəndərin başçılığı ilə böyük üsyan oldu. Təbriz, Xoy, Mərənd və Naxçıvanda da üsyanlar baş verdi..

1231-ci ildə monqolların Azərbaycana ikinci yiirüşii başlandı. Çormoğonun başçılıq etdiyi bu yürüşün birinci ili Təbriz tutuldu, şəhərin ən tanınmış sənətkarları Monqol dövlətinin paytaxtına - Qcıraqorumagöndərildi. 1235-ci ildə Gəncə, ardınca Şəmkir, Tovuz, Bakı ələ keçirildi. 1239-cu ildə Dərbəndin tutulması ilə Azərbaycanın işğalı başa çatdı. Monqolların bu yürüşdə məqsədi Azərbaycanda və qonşu bölgələrdə möhkəmlənmək idi. 1239-1256-cı illərdə Azərbaycanı və Cənubi Qafqazın digər bölgələrini ali monqol xaqanının təyin etdiyi canişin Arqun ağa idarə etdi. O, yerli feodalların çoxunu torpaq mülkündən məhrum etdi. Yalnız bəzi feodallar ali monqol xaqanından öz malikanələrini idarə etmək üçün icazə sənədi - yarlıq ala bildilər. Arqun ağanın Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların monqol əyanlarından asılılığını getdikcə artırmaq idi.

Ali monqol xaqanı XIII əsrin ortalarında Ön Asiyaya qoşun göndərdi. Hülakü xanın başçılıq etdiyi bu üçüncii yiiriiş zamanı - 1256-cı ildə Azərbaycan yenidən tabe edildi. 1258-ci ildə Hülakü xan Bağdadı tutdu və Abbasilər xilafətinə son qoydu, yeni tutulmuş ərazilərdə Hülakülər dövlətini yaratdı. Hülakü xan ali monqol xaqanından elxan titulu aldığı üçün yaratdığı dövlət həm də Elxanilər adlanırdı. Azərbaycan bu dövlətin mərkəzi vilayətinə çevrildi. Paytaxtı öncə Marağa, sonra Sultaniyyo və Təbriz oldu. Qarabağ elxanilərin yaylağı, Muğan isə qışlağı idi. Hülakü dövlətinin mərkəzi vilayəti Azərbaycan idi. XIII-XIV əsrlərdə Azərbaycan adı ilə müasir Şimali və Cənubi Azərbaycan əraziləri nəzərdə tutulurdu. Həmin dövrdə Azərbaycan ərazisi 250 min kv.km. idi.

Çingiz xanın digər nəvəsi Batı xan 1239-1240-cı illərdə Şimali Qafqazı işğal etdi və Volqaboyunda yaratdığı Qızıl Ordu dövlətinə daxil etdi. Hülakü dövləti yarandığı zamandan Elxanilərlə Qızıl Ordu xanları arasında Azərbaycan uğrunda müharibə başlandı. Qızıl Ordu xanları Azərbaycan ərazisinin Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Əslində isə Azərbaycandan keçən mühüm karvan yollarına nəzarəti ələ keçirməyə, buradakı əlverişli qışlaqlara yiyələnməyə can atırdılar. Lakin 100 ilə qədər davam edən Elxani-Qızıl Ordu müharibələrində heç bir tərəf tam qələbə qazana bil­mədi. Qafqazın şimalı Qızıl Ordunun, Dərbənddən cənub torpaqlar isə Elxani dövlətinin tabeliyində qaldı.


Yüklə 49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin