Qrup: 128t fənn



Yüklə 72,19 Kb.
tarix02.01.2022
ölçüsü72,19 Kb.
#42227
Müasir Tarix





Ad: Mamed Soyad: Mirzəyev

Fakültə: Siyasi və ictimai elmlər İxtisas: Tarix

Qrup: 128T

Fənn: Müasir tarix 1

Mövzu: ABŞ II dünya müharibəsi illərində Müəllim: tüfd. Arif Əlizadə



PLAN


ABŞ İkinci Dünya müharibəsi illərində

Ədəbiyyat siyahısı




ABŞ İkinci Dünya müharibəsi illərində


İkinci dünya müharibəsi 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başladı. İngiltərə və Fransa isə sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər.



İkinci dünya müharibəsi başladıqdan az sonra sentyabrın 3-də F.D.Ruzvelt amerikan xalqına müraciət edərək ölkəni müharibədən kənarda saxlayacağını qeyd etdi. Konqresin 1939-cu ilin sentyabrın 5-də keçirilən xüsusi sessiyasında 1937-ci ildə qəbul edilmiş

«Bitərəflik haqqında» qanun qüvvəyə mindi. Ruzvelt 1935-ci ilin avqustundan sonra «Bitərəflik haqqında» sayca dördüncü olan qanunu 1939-cu ilin noyabrın 5-də imzaladı. Lakin tezliklə Qərbi Avropada Hitlerin işğalları ABŞ-ı da narahat etməyə başladı. Müharibə konqresi və hökuməti hərbi qüvvələrin artırılması üzrə iri planların yerinə yetirilməsinə başlamağa məcbur etdi. Çox gizli şəraitdə atam bombasının yaradılması işi inkişaf etdirildi. 1939-cu ildə ABŞ-a böyük italyan fiziki Ferme gəldikdən sonra, zəncirvari nüvə reaksiyasının qiyməti müəyyənləşdirildi. Nüvə silahı hazırlamaq layihəsi «Manxetten» adlanırdı. ABŞ-ın Los-Alamos şəhərində laboratoriya təşkil edildi. 2 min elmi işçi və 150 min işçi bu işə cəlb edildi. Görkəmli alimlərdən R.Oppenqeymer, N.Bor, B.Buş, A.Komerton bu işlə məşğul olmağa başladılar. Hələ 1939-cu ilin payızında «Bitərəflik haqqında» qanuna yenidən baxıldı və Almaniya ilə müharibə edən ölkələr haqqını nəğd ödəmək və öz gəmilərində aparmaq şərti ilə ABŞ-dan silah və müharibə materilaları almaq imkanı əldə etmiş oldular. 1940-cı ilin sentyabrın 2-də bağlanmış sazişə əsasən İngiltərənin 1941-ci ilin əvvəllərində işləyib hazırladığı plan müharibədə onların koalision strategiyasının əsasını qoydu. ABŞ müharibədə iştirak etməsə də, getdikcə Böyük

Britaniyaya hərbi-iqtisadi yardımı artırdı.



ABŞ-ın hərbi büdcəsi 1940-cı ildə 5 dəfə artırılaraq 10,5 milyard dollar təşkil etdi. ABŞ-ın 47 ştatı neytralitetin ləğv edilməsinə tərəfdar çıxdı. Avropada «qəribə» müharibə başa çtadıqdan sonra Ruzvelt «Milli müdafiə proqramı»nı irali sürdü. Bu proqrama əsasən konqress hərbi xərcləri 17,7 mld. dollara, ordunun sayını isə 280 min nəfərdən 1 mln. 200 min nəfərə çatdırmaq barədə qərar qəbul etdi. 1940-cı ilin sentyabr ayında «dinc dövrdə» ilk dəfə olaraq seçmə hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Müəyyən ixtisası şəxslər orduya çağırıldı. İqtisadiyyatı yenidən qurmaq məqsədi ilə 1941-ci il iyulun 30-da vitse-prezident H.Uelles başda olmaqla İqtisadi Müdafiə İdarəsi yaradıldı. İqtisadiyyatı yenidən qurmaq üçün 20 yeni idarə təşkil edildi. Müharibənin başlanması amerikan iqtisadiyyatının inkişafına müsbət təsir göstərdi. 1940-cı ilin oktyabr ayında kapitalın amortizasiyası (kapitalın işlənməsi nəticəsində get-gedə onun qiymətinin azalması) haqqında qanun qəçbul edildi. Bu qanuna görə korporasiyaların ödədiyi vergilərin həcmi aşağı salındı. Ölkə iqtisadiyyatında iri şirkətlərin xüsusi çəkisi artdı. Lakin onu da qeyd etmək lazımdır ki, bu dövrdə ABŞ-dakı 184-min sənaye müəssisəsinin 150-yə qədəri ancaq hərbi sənaye ilə məşğul olurdu. Perl-Harbordakı hadisə ərəfəsində dünya silah istehsalında ABŞ-ın payı 12%-dən çox deyildi.

1940-cı ilin dekabr ayında Ruzvelt «ox» ölkələrinə qarşı

döyüşən dövlətlərə amerikan yardımı göstərməyi təklif etdi. 1941-ci il yanvarın 10-da ABŞ konqresinə təqdim olunan amerikan silahlarını və digər materiallarını başqa ölkələrə icarəyə verməyi nəzərdə tutan qanun layihəsi martın 11-də qəbul edildi. Bu «Lendz-liz sistemi» adlandırıldı. Lend-liz proqramının rəhbəri H.Hopkins idi. Həmin qanuna görə düşmənə qarşı müdafiəsinin ABŞ üçün həyati

əhəmiyyəti olan ölkələrə borc olaraq və ya icarə qaydası ilə silah və ya hərbi material verilməsi nəzərdə tutulurdu. Bu, əslində ABŞ-ın öz təhlükəsizliyini müharibədə iştirak edən ölkələrin səyi ilə təmin etmək istədiyini göstərirdi. Lend-liz üzrə kömək alan dövlətlər ABŞ hökuməti ilə sazişlər imzalayırdı. Bu sazişlərə əsasən həmin dövlətlərə göndərilən və müharibə vaxtı məhv edilmiş, itirilmiş, yaxud işlədilmiş maşınların, müxtəlif hərbi texnikanın, silahın və sair predmetlərin haqqı müharibə qurtardıqdan sonra ödənilməli deyildi. Müharibədən sonra salamat qalmış və mülki istehlak üçün istifadə edilə biləcək malların və materialların haqqını Amerikanın verdiyi uzunmüddətli kredit əsasında tamamilə, yaxul, qismən ödəmək nəzərdə tutulurdu. Hərbi materialların qaytarılmasını ABŞ tələb edə blərdi. Əslində bu qanun ABŞ-ın «ox dövlətlərinə» qarşı elan edilməmiş müharibəsi demək idi. Qanun elə həmin gün İngiltərə və Yunanıstana tətbiq edildi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdikdən iki gün sonra iyunun 24-də Ruzvelt sovet hökumətinə kömək göstərməyə hazır olduğunu bildirdi. ABŞ hökumətinin 1941-ci il iyunun 23-dəki bəyanatında deyilirdi ki, «Hitlerizm əleyhinə hər hansı mübarizə onun mənşəyindən asılı olmayaraq, indiki alman rəhbərlərinin sonunu sürətləndirir. Hitler orduları bu gün Amerika qitəsi üçün başlıca təhlükədir». SSRİ-yə Almaniyanın hücumundan iki gün sonra ABŞ-ın ictimai rəyi öyrənən institutunun keçirdiyi sorğu zamanı əhalinin 72%-i Rusiyanın, 4%-i isə Almaniyanın qalib olmasını istədiyini bildirdi. Lakin ABŞ SSRİ-yə kömək etməzdən əvvəl bir neçə ay müddətində «Rusiyanın müqavimət göstərmək qabiliyyətinin» necə olduğunu özü üçün aydınlaşdırmış, bundan sonra isə öz mövqeyini müəyyənləşdirmişdir. 1941-ci ilin iyulun axırlarında Stalinlə Hopkinsin danışıqlarında müəyyən edildi ki, Qızıl

Ordunun ən çox ehtiyacı olan şeylər – zenit topları, iri kalibrli pulemyotlar, tüfənglər, yüksək oktanlı aviasiya benzini və təyyarə istehsalı üçün lazım olan alüminiumdur. ABŞ əslində bu malları SSRİ-yə tez göndərməyə çalışmırdı. ABŞ-ın keçmiş xarici işlər naziri İkes yazırdı ki, ABŞ rəhbərliyi çalışırdı ki, «ruslar özlərinin bütün qızılını, lap tükənənə qədər bizə versinlər, bu qızıl onlara göndərilən malların haqqı kimi hesab ediləcək. Həmin andan etibarən biz Lend- liz haqqında qanunu Rusiyaya tətbiq edəcəyik. Göndərilən malların haqqı olaraq SSRİ Birləşmiş Ştatlara həm də strateji xammal- manqan, xrom, asbest, platin və s. verirdi.

1941-ci ilin oktyabrın 1-də ABŞ prezidentinin nümayəndəsi A.Harriman Moskvada 9 ay müddətində – 1942-ci il iyunun 30-dək SSRİ-yə mal göndərilməsi barədə ilk protokolu imzaladı. İdxal edilən malların dəyəri 1 milyard dollar təşkil edirdi. Bu malların haqqını ödəmək üçün verilən müamiləsiz kredit müharibə qurtardıqdan 5 il keçdikdən sonra başlayaraq 10 il müddətinə qaytarılmalı idi. ABŞ- dan ilk dəfə SSRİ-yə mal göndərilməsi 1941-ci ilin oktyabr ayında oldu. Həmin ildə SSRİ ABŞ-dan 545 min dollar dəyərində müxtəlif silahlar və hərbi materilalar aldı. 1942-ci ilin fevralında Ruzvelt ikinci milyard dolları avans vermiş və kredit verilməsi şərtlərinə yenidən nəzər salmağı arzu etmiş, sonra isə Stalinə yazmışdı ki, amerikan silahlı qüvvələrindən istifadə etməyi də planlaşdırır. Bu məsələlər 1942-ci ilin mayında Molotovun ABŞ-a səfəri zamanı Vaşinqtonda müzakirə edilmişdi. Bir illik ikinci protokol hazırlandı, bu protkola müvafiq olaraq başlanğıcda 8 milyon ton material göndərmək nəzərdə tutulurdu. Lakin F.Ruzvelt əvvəl vəd edilmiş, amma 1942-ci ildə hələ açılmamış ikinci cəbhənin açılmasını təmin etməyi dəlil gətirərək SSRİ-yə mal göndərilməsi həcmini 2,5 milyon tona qədər azaltdı.

1941-ci ilin avqust ayında Nyufaundlend adasında Ruvelt və Çörçilin görüşündə müharibənin aparılması məqsədlərinə dair

«Atlantika Xartiyası» qəbul edildi. Sənəddə aşağıdakı umumi prinsiplər elan edilirdi: bu dövlətlər ərazi iddialarına can atmırlar, hər hansı ərazi – sərhəd dəyişikliklərinə imkan verməyəcəklər, bütün xalqların öz müqəddəratını təyin etmə hüququna tərəfdardırlar; Almaniya məğlub ediləcək və nasional-sosializm rejimi tam məhv ediləcəkdir; dövlətlər mübahisəli məsələləri zor gücünə həll etməyəcəklər; dəniz və okeanlarda gəmilər sərbəst üzəcəklər; səmərəli əməkdaşlıq edəcəklər. ABŞ 1935-ci ildə qəbul edilmiş

«Bitərəflik haqqında qanunu»nun bütün müddəalarından 1941-ci ilin dekabrınadək imtina etdi. ABŞ-ın bu addımı atmasına səbəb o idi ki, Almaniya bloku ölkələrinin iddialarının həyta keçirilməsi ABŞ-ın mövqeyinə ciddi zərlə endirərdi. Avropada qələbə qazanan və Avrasiyaya nəzarət edən Almaniya ABŞ-ın fiziki mövcudluğunu sual altına qoymağa imkan qazanardı. Belə şəraitdə ABŞ-ın Almaniya bloku əleyhinə müharibəyə qoşulacağı şəksiz idi.

Yaponiya 70-ci meridiandan Şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. Şahzadə Konol Yaponiyada hakimiyyətə gəldikdən sonra 1940-cı ilin iyulunda Cənub-Şərqi Asiyanı işğal etmək və Sakit okeanda İngiltərə və ABŞ-la müharibə etmək qərarına gəldi. 1941-ci ilin yayında o Hind-Çinə qoşun yeritdi. ABŞ iqtisadi təzyiq və diplomatiya yolu ilə Yaponiyanı güzəştə getməyə məcbur etmək istəiyrdi. 1941-ci ilin oktyabrında müdafiə naziri Todzio Yaponiyanın Almaniyadakı keçmiş səfiri Kurusu Vaşinqtona göndərdi ki, ABŞ-dakı səfir Nomurla birilkdə ABŞ hökuməti ilə danışıqlar aparsın. Lakin bu danışıqlar bir nəticə vermədi. 1941-ci ilin dekabrın 7-də Yaponiya Havay adalarında yerləşən Perl-Xarbordakı hərbi-dəniz bazasını

bombardman etdi. 272 təyyarə, 5 gəmi sıradan çıxdı, 3 min adam öldü. Dekabrın 8-də Ruzvelt yaranmış vəziyyətlə bağlı konqresin hər iki palatasında çıxış etdi. Bundan dərhal sonra ABŞ İkinci dünya müharibəsinə qoşuldu. Elə həmin gün Fransa və İngiltərə Yaponiyaya, İtaliya və Almaniya isə ABŞ-a müharibə elan etdilər. Sakit okeanda müharibənin yeni mərhələsi başladı. 1941-ci ilin dekabrın 11-də Almaniya, İtaliya və Yaponiya arasında Berlin paktından əlavə yeni pakt bağlandı ki, onlar bir- birinin razılığı olmadan İngiltərə və ABŞ-la sülh bağlamasınlar. Yaponlar Tailandı, Filippini tutdular. Sakit okeanda Yaponiyanın rolunu azaltmağa çalışmaq məqsədi ilə 1941-ci il dekabrın 19-da ABŞ, Böyük Britaniya və Çin hərbi nümayəndələrinin Çinçində keçirilən konfransında hərbi əməliyyatları əlaqələndirmək barədə razılığa gəlindi. ABŞ Sakit okeanda müharibəyə tam hazır olmadığına görə vaxtda udmaq istəyirdi. ABŞ-ın Sakit okean donanmasına Makartur və Nimits başçılıq edirdi. 1941-ci ilin dekabrın 25-də Honkonq alındı. 1942-ci ilin fevralın 15-də Sinqapur yaponlar tərəfindən tutuldu. ABŞ və İngiltərənin Sakit okeanda mövqeyi zəflədi.

Latın Amerikası ölkələrinin hərbi əməliyyatlarda iştirak etmək

arzularına baxmayaraq, ABŞ buna imkan vermədi. Çünki onların müharibədə iştirakı vəziyyəti ağırlaşdırar və ABŞ-ın qayğılarını artırardı. Həmin ölkələrin əsas vəzifəsi müttəfiqləri əsasən ərzaq və digər məhsullarla təmin etmək idi.

1941-ci il dekabrın 22-dən 1942-ci il yanvarın 14-dək Vaşinqtonda ABŞ və Böyük BRitaniya rəhbərlərinin görüşündə

«Arkadiya» adı altında müharibənin birgə strateji planını işləyib hazırlamaq, Sakit okeanda və Şimali Afrikada əməliyyatları aparmaq məsələləri müzakirə edildi.



1942-ci ilin yanvarın 15-19-da Rio-de-Janeyroda Amerika dövlətlərinin xarici işlər nazirlərinin üçüncü məsləhət məclisi keçirildi. Məclisdə «ox» ölkələri ilə diplomatik münasbətlərin kəsilməsi barədə məsələ müzakirə edildi. Amerika qitəsində «ox» dövlətlərinin təxribatçılıq hərəkətlərinə qarşı birgə fəaliyyəti gücləndirmək qərara alındı. Siyasi müdafiə üzrə fövqəladə məsləhət komitəsi yaradıldı. Müşavirənin yekununda Amerika dövlətlərarası müdafiə şurası yaradıldı. Konfransdan sonra Latın Amerikasında ABŞ-ın rolu xeyli ücləndi. 1942-ci il aprelin 1-də ABŞ prezidenti Ruzvelt Qərbi Arvopada hərbi əməliyyatların aparılmasına dair strateji planı təsdiq etdi.

Cənub-Şərqi Asiyada və Sakit okeanın Qərb hissəsində ABŞ- ın, Böyük Britaniyanın və Niderlandın ən mühüm müstəmləkələrinə və hərbi bazalarına yiyələnən Yaponiya Avstraliyanı hücumla hədələyirdi. Lakin artıq 1942-ci ildə ABŞ iqtisadiyyatının hərbi qaydada qurulması başa çatdırıldı. Amerika həri donanması dünyada ən güclü donanmaya çevrildi. O, 17 xətt, 8 təyarə daşıyan, 40 zirehli,

178 minadaşıyan gəmidən, 114 sualtı qayıqdan ibarət idi. Təyyarə daşıyan gəmilərdə yerləşdirilmiş amerikan təyyarələri yapon dəniz desantçılarının yerini müəyyənləşdirərək yapon gəmilərinə zərbə endirdilər. 1942-ci ilin may döyüşləri nəticəsində Yaponiya Mərcan dənizində bir təyyarə gəmisi, bir kreyser və 70-dən çox təyyarə itirdi. Bu, ABŞ-ın müharibədə qazandığı ilk qələbə idi. Yaponiyanın Miduey adasındakı (Havay adalarından Şimal-qərbə doğru) amerikan bazasını tutmaq təşəbbüsü onun özünün böyük məğlubiyyəti ilə qurtardı. 1942-ci ilin iyununda yapon donanması 4 təyyarə gəmisi və 260-dan çox təyyarə itirdi. Yaponiyanın hərbi dəniz qüvvələrinin qüdrəti sarsıldı və o, Sakit okean hövzəsində müdafiəyə keçməli oldu. Üstünlük Sakit okeanda ABŞ donanmasının əlinə keçdi.



Bununla da, İkinci dünya müharibəsinin birinci mərhələsi başa çatmış və ikinci mərhələsi başlamış oldu.

1942-ci ilin iyununda Miduey adası yaxınlığındakı döyüşdə yapon admiralı Yamamatonun vəziyyəti düzgün qiymətləndirə bilməməsi nəticəsində ABŞ donanması yapon donanması üzərində qələbə çaldı. İkinci dünya müharibəsinin birinci mərhələsi başa çatdı. 1942-ci il avqustun 7-də 10 min nəfərlik amerikan dəniz piyadaları Quadolkanal adasında hərbi əməliyyata başladılar. Amerikan komandanlığı eyni zamanda Solomon adalarında və Tulaqi adasında hərbi əməliyyata girdi. 1942-ci ilin avqust – noyabr ayları arasında olan altı döyüşün hamısı ABŞ silahlı qüvvələrinin qələbəsi ilə qurtardı. Yaponiyanın hərbi dəniz qüvvələrinin qüdrəti sarsıldı və Sakit okean hövzəsində müdafiəyə keçməli oldu. Bu qələbə ilk növbədə həm də ABŞ hərbi sənayesinin sürətli inkişafının nəticəsi idi. Artıq 1942-ci ildə ölkə sənayesinin -i silah istehsalı ilə məşğul idi.

1942-ci ilin oktyabrın 2-də konqres iqtisadi sabitlik haqqında qanun qəbul etdi. Qanunun həyata keçirilməsi məqsədilə C.Birns başda olmaqla İqtisadi Sabitləşdirmə Şurası yaradıldı. 1943-cü ildə ölkədə sənaye məhsulu istehsalı ən yüksək səviyyəyə çatdı. Elektrik enerjisi istehsalına görə ABŞ Almaniyanı 5, Yaponiyanı 8 dəfə ötüb keçdi. Ölkə sənayesinin hissəsi silahlanmaya yönəldildi. 1943-cü il iyulun 1-də “Federal gəlir vergisi haqqında qanun” qüvvəyə mindi. 1943-cü ildə ölkə iqtisadiyyatı tamamilə hərbi relsə keçirildi. 1943-cü ilin yazında artıq ABŞ 8 milyon 540 min hərbi qüvvəyə malik idi. 1943-cü ildə ölkədə 80 milyard dollarlıq silah istehsal edilirdi. Lend-liz qanunu üzrə Berlin paktı üzvləri ilə müharibə aparan ölkələr üçün 11 milyard 733 milyon dollar vəsait ayrılmışdı. Müharibənin gedişində antihitler



koalisiyasının keçirdiyi konfrans və görüşlərdə ABŞ fəal iştirak etdi. 1943-cü ilin yanvarın 14-də Kasablanka şəhərində keçirilmiş ABŞ və İngiltərə hökumət başçılarının konfransında Qərb müttəfiqlərinin 1943-cü il üçün hərbi planın hazırlanmasında necə razılığa gəlmək məsələsi müzakirə edildi. Qərara alındı ki, 1943-cü ildə Siciliya adasına qoşun çıxarılsın. Siciliya adasına çıxmaq planı “Xaski” planı adlandırıldı. Konfransda ABŞ təklif etdi ki, Çinə kömək edilsin. F.Ruzvelt həmçinin Fransa məsələsinə də xüsusi diqqət yetirməyi vacib hesab etdi. Konfrans qərara aldı ki, fransız ordusunun silahlanmasına qayğı artırılsın. Fransa generalı Jiro bu işə başçılıq etməli idi. Fransada 250 min nəfərlik yeni ordu yaradılması qərara alındı.



1943-cü il iyul ayının 10-da ingilis-amerikan ordu hissələri Siciliyaya çıxarıldı. İtaliyada Mussolini devrildi. 1943-cü ilin sentyabrın 3-də Müttəfiqlər Siciliya adasında Kassibilye adlanan yerdə İtaliya ilə barışıq sazişi bağladılar. 1943-cü il sentyabrın 29-da Malta adasında Eyzenhauer və İtaliya tərəfdən general Bodolyonun İtaliyanın təslim olmasının geniş şərtlərini imzalaması ilə İtaliya

Almaniya

blokundan çıxdı

və oktyabrın 13-də Almaniyaya müharibə

elan etdi.







1943-cü

ilin yazında

Vaşinqtonda növbəti ingilis-amerikan

konfransı keçirildi. Danışıqlar 1943-cü ilin may ayının 12-dən 25-nə qədər davam etdi. Konfransda Stalinqradda qələbə F.Ruzvelt tərəfindən yüksək qiymətləndirildi. Konfransda mühüm diqqət Yaponiya ilə müharibə məsələsinə verildi. ABŞ çalışırdı ki, Sakit okean və Uzaq Şərqdə vəziyyətə nəzarət etsin, buradan bütün metropoliyaları, o cümlədən, Böyük Britaniyanı sıxışdırıb çıxarsın. İngiltərə baş naziri Çörçill buna qəti etirazını bildirdi. Konfransda Birmanı azad etmək yolu ilə Çinə kömək etmək qərara alındı.

1943-cü ilin fevralında yapon donanmasının Solomon adalar arxipelaqından çıxarılması ilə Sakit okeanda müharibənin gedişində ABŞ-ın xeyrinə kəskin dönüş başa çatmış oldu. 1942-ci ilin oktyabrında ingilis ordusu tərəfindən Əl-Əlameyn yaxınlığında italyan-alman birləşmələri mühasirəyə alınıb darmadağın edildikdən sonra, noyabr ayında general Duayt Eyzenhauerin komandanlığı altında ABŞ qoşunları Mərakeşdən Şimali Afrikaya çıxarıldılar. İtlayan-alman qoşunları həm şərqdən, həm də qərbdən sıxışdırılaraq təslim edildi. 1942-ci ildə və 1943-cü ilin əvvəllərində Atlantik okeanda kommunikasiyaları ələ keçirmək uğrunda alman donanması total dəniz müharibəsinə başladı. 1943-cü ilin mart ayında Amerika sahillərində ən böyük dəniz döyüşü oldu. Döyüşdə almanların 40-a qədər sualtı qayığı iştirak edirdi. Onlar ABŞ-ın 21 gəmisini batırdılar. Lakin sualtı qayıqlardan müdafiə olunmağın mükəməl texnikasına amerikanların sürətlə yiyələnməsi Almaniyanı böyük sualtı müharibədə uğursuzluğa düçar etdi. Atlantik okean uğrunda döyüş ABŞ-ın qələbəsi ilə başa çatdı.

Hərbi əməliyyatların qızğın gedişi vaxtı 1943-cü il avqust ayının 14-ü ilə 24-ü arasında ABŞ prezidenti F.Ruzvelt və İngiltərə baş naziri U.Çörçillin iştirakı ilə Kvebekdə konfrans keçirildi. Konfransda sovet-alman cəbhəsində hər iki tərəfdən 4 milyon adamın iştirak etdiyi, 60 min silah və minomyotdan, 13 mindən çox tankdan, 12 min döyüş təyyarəsindən istifadə edilmiş Kursk döyüşündə Sovet silahlı qüvvələrinin qələbəsi yüksək qiymətləndirildi. Konfransda ABŞ qəti bildirdi ki, o, ikinci cəbhənin Fransadan açılmasına tərəfdardır. Bu əməliyatın “Overlord” adlandırılması qərara alındı. Konfransda Britaniya adalarında ekspedisiya korpusu yerləşdirmək haqqında “Denkin” planı da

bəyənildi.

Avqustun 19-da konfransda atom bombasının yaradılması haqqında gizli saziş bağlandı. Bununla belə, ABŞ atom silahının istehsalında elmi tədqiqatlar sahəsində öz hakim mövqeyini saxlayırdı. Kvebekdə Fransa Milli Azadlıq Komitəsinin rəsmən tanınması məsələsində fikir müxtəlifliyi meydana çıxdı. Şimali Fransa ABŞ-a ərazi baxımdan daha yaxın olduğu üçün ABŞ yenə də ikinci cəbhənin Şimali Fransadan açılması tərəfdarı olduğunu nümayiş etdirdi.

1943-cü ilin oktyabr ayının 19-dan 30-a qədər ABŞ, SSRİ və İngiltərənin hökumət başçılarının Tehran görüşünə hazırlaşmaq məqsədi ilə Moskvada bu ölkələrin Xarici İşlər Nazirlərinin konfransı keçirildi. Konfransda müharibənin vaxtını qısaltmaq (Sovet təklifi), BMT-nin yaradılması (ABŞ təklifi), Almaniya problemi, İtaliyada vəziyyət, Avstriyanın taleyi, Avropa məsləhət komissiyasının təsisi və s. məsələlər irəli sürüldü. Uzun müzakirələrdən sonra tərəflər ancaq müharibəni tezliklə qurtarmaq barədə razılığa gələ bildilər. Almaniyanın gələcək taleyi məsələsindən danışılarkən ABŞ-ın dövlət katibi Xell ABŞ-ın Almaniyanın parçalanmasına tərəfdar olduğunu bildirdi. SSRİ bu məsələnin hərtərəfli araşdırmaq üçün Avropa məsləhət komissdiyasının yaradılmasını məqsədəuyğun hesab etdi. Konfransda müharibədən sonra Avropa dövlətlərinin birləşməsi məsələsi də müzakirə edildi. İngiltərə tərəfindən Avropada iki konfederasiyalı dövlətin – Mərkəzi Avropa və Cənub-Şərqi Avropa konfederasiyalarının yaradılması təklifi SSRİ tərəfindən qəti rədd edildi. İtaliya və Avstriya haqqında bəyannamə, “Azad edilmiş Fransanın idarə edilməsinin ümumi sxemi” adlı sənəd qəbul edildi. BMT-nin yaradılması haqqında SSRİ, ABŞ, Çin, İngiltərə ümumi bəyannamə imzaladılar.



1943-cü ilin noyabrında, Tehran konfransı ərəfəsində Misirin paytaxtı Qahirədə Ruzveltlə Çörçillin görüşü təşkil edildi. Böyük Britaniya Sovet hökuməti ilə Tehranda danışıqlar üçün ABŞ-la birgə xətt işləyib hazırlamaq və strategiyalarını birləşdirməyə cəhd etsə də, Ruzvelt buna qəti etirazını bildirdi. Ruzvelt Stalinə qarşı vahid cəbhə təşkil etməyi arzu etmədiyini bildirdi. Qahirə görüşündə Uzaq Şərq məsələsi, həmçinin Birmadan yaponların qovulması üçün hazırlanmış “Bakanur” əməliyyat planı geniş müzakirə edildi. İngiltərə bununla razılaşmadı. Konfransda Çin nümayəndə heyətinə başçılıq edən Çan- Kayşi İngiltərənin Honkonqu qaytarmasını tələb etdi. Çörçill bu tələbi qəti rədd etdi. Yaponiyanın məğlub edilməsinin birinci dərəcəli vəzifə olması barədə bəyannamə qəbul edildi.



1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1-dək “Evrika” şərti adı altında Tehranda antihitler koalisiyasının konfransı keçirildi. Burada ABŞ prezidenti F.Ruzvelt, İngiltərə baş naziri U.Çörçill, SSRİ rəhbəri İ.Stalin ilk dəfə görüşdülər. Konfransda ikinci cəbhənin açılması və müharibənin tezliklə qurtarması əsas məsələ idi. İkinci cəbhə ilə əlaqədar bəzi fikir ayrılıqları meydana çıxdı. Çörçill kommunizmin Avropaya yayılmasının qarşısını almaq məqsədi ilə ikinci cəbhənin Balkanlardan, Stalin isə alman ordusunun bir hissəsinin qərbə istiqamətlənməsi, parçalanması üçün Almaniya sərhədlərinə daha yaxın olan Şimali Fransadan açılmasını istəyirdi. Avropada müharibənin tez qurtarmasında və bütün qüvvələrin Yaponiyaya yönəldilməsində maraqlı olan Ruzvelt Stalinin fikrini müdafiə etdi. 1944-cü ilin mayında ikinci cəbhə Şimali Fransadan (Normandiyadan) açılmalı, “Overlord” əməliyyatı 1944-cü ilin iyulun 25-nə qədər yerinə yetirilməli idi. Beləliklə ilk dəfə olaraq antihitler koalisiyasının ümumi hərbi strategiyasının əsasları işlənib hazırlandı. Bundan başqa Almaniyanın gələcək taleyi və Polşa məsələsi də



diqqət mərkəzində idi. Konfransda Çörçill təklif edirdi ki, Polşanın əsas həlledici sərhəddi Kerzon xətti ilə müəyyənləşdirilsin. Keniqsberq və onun ətraf rayonlarının SSRİ-yə verilməsi barədə razılıq əldə edildi. Bunun müqabilində isə SSRİ Almaniya ilə müharibə qurtardıqdan sonra Yaponiya ilə müharibə edəcəyinə razılıq verdi Tehranda hər üç dövlət başçısının İranın ərazi bütövlüyünü qorumaq niyyətində olduqlarını bildirən bəyannamə qəbul edildi. Müttəfiq dövlətlər Türkiyənin antihitlerçi koalisiya tərəfinə qoşulması və Yuqoslaviya partizanlarına yardımına dair tədbirləri barədə razılığa gəldilər.Konfransda Almaniyanın taleyi məsələsi də müzakirə olundu. Ruzvelt Almaniyanı beş dövlətə bölməyi təklif etdi. Bu dövlətlər Prussiyada, Hannover və Almaniyanın şimal-qərb rayonlarının, Saksoniya və Leyspiqdə, Hessen əyaləti, Darmstadt, Kessel, Reyndən cənubda olan rayonlar, Vestfaliyanın qədim şəhərlərində, Bavariya, Baden və Vürtenberqdə təşkil edilməli idi. Ruzvelt həmçinin təklif edirdi ki, Almaniyadan Hamburq və Kil kanalı rayonu ayrılaraq, ya Birləşmiş Millətlərin, ya da dörd dövlətin idarəçiliyinə verilsin. Rur və Saar vilayətlərinə də Birləşmiş Millətlər nəzarət etməli idi. Çörçill bu təklifi bəyəndi. Stalinin təklifi ilə Almaniya haqqında məsələ Avropa məsləhət komissiyasının müzakirəsinə verildi.

1943-cü ilin noyabrında Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə 14

dövlət tərəfindən Millətlər cəmiyyətinin bərpası və inzibati idarəsinin təsis edilməsi haqqında saziş imzalandı.

1944-cü ilin iyunun 6-da Normandiya sahillərində (Şimali Fransada) La-Manş zonasında İngilis-amerikan aviasiyası desant çıxardı. Hərbi əməliyyata 6 min gəmi cəlb edildi. Ikinci cəbhə amerikan generalı D. Eyzenhauerin komandanlığı altında açıldı. Bu hadisə Almaniyanın beynəlxalq mövqelərinə ciddi zərbə vurdu,



antihitlerçi koalisiyanın isə nüfuzunu artırdı.

1944-cü ilin iyun ayında ABŞ-ın Brutton-Vuds şəhərində ABŞ nümayəndə heyətinin rəhbəri Q.Morqentaunun rəhbərliyi altında 44 dövlətin iştirakı ilə konfrans keçirildi. Konfrans Beynəlxalq Valyuta Fondunun (BVF) təşkil edilməsi haqqında qərar qəbul etdi. Konfransda həmçinin Beynəlxalq yenidənqurma və inkişaf bankı da təsis edildi. ABŞ təşkil edilən hər iki qurumda aparıcı rola malik oldu.

Müharibənin son dövründə BMTinin yaradılması işi sürətləndirildi. 1944-cü ilin avqustun 21-dən sentyabrın 28-ədək Vaşinqton yaxınlığındakı Dumbarto-oksda ABŞ, Böyük Britaniya və SSRİ nümayəndə heyətlərinin konfransında Birləşmiş Millətlər Təşkilatının yaradılması məsələsi müzakirə edildi. Təşkilatın fəaliyyət prinsipləri müəyyənləşdirilərək razılaşdırıldı. Tərəflər üzvlük və səlahiyyətlər haqqında da razılığa gəldilər.

1944-cü ilin sentyabr ayının 11-i ilə 16-sı aradında Kvebekdə hökumət başçıları səviyyəsində ingilis-amerikan danışıqları keçirildi. Rur hövzəsinə və Saar vilayətinə hücumu genişləndirmək və tezliklə “Almaniyanın ürəyinə müdaxilə etmək” qərara alındı. Bu danışıqlarda həmçinin Uzaq Şərq və Sakit okeanda hərbi əməliyyatların aparılması probleminə də baxıldı. Konfransda əsas diqqət Almaniya və onun Avropada rolu məsələsinə yetirildi. Konfrans iştirakçıları ABŞ-ın maliyyə naziri Q.Morqentaunun öz köməkçiləri ilə Almaniyanın bölüşdürülməsinə dair hazırladığı planla tanış edildi. Həmin plana görə Rur və şimali-qərbi alman əraziləri beynəlxalq zonaya çevrilməli, Saar və Reynlə Mozelon arasındakı ərazi Fransaya verilməli idi. Ölkənin qalan ərazisinin isə Şimali və Cənubi alman dövlətlərinə bölünməsi nəzərdə tutulurdu. Londonda isə əksinə müharibədən sonrakı Avropada silahlı qüvvələərin saxlanılması nəzərdə tutulurdu. Onlar həm Rusiyanın “Ac

qarnından” həm də Duvrun ağ qayasından qorunmaq üçün bunu vacib hesab edirdilər. London belə bir “hasarı” imperialist Almaniyasının şəxsində görürdü.

İngiltərə və ABŞ-ın Almaniyaya dair planlarında ölkəni hər şeydən əvvəl, əkinçilik və heyvandarlıq ölkəsinə çevirmək əsas məqsəd idi.

1944-cü ildə ABŞ xarici siyasətini xeyli fəallaşdıraraq Latın Amerikası ölkələrinə, Yaxın və Orta Şərq regionuna xüsusi diqqət yetirməyə başladı. ABŞ həmin il ərazində İranla iqtisadi-siyasi müqavilə bağladı. ABŞ Abadanda aerodrom tikdirdi. 1944-cü ilin iyunundan Misirdə ABŞ tərəfindən hərbi bazalar tikilməyə başlandı. Əfqanıstan ərazisində də 1943-cü ildən başlayaraq hərbi bazalar tikintisi davam etdirildi.

1944-cü ilin avqustun 8-də ABŞ neft kompaniyalarının Səudiyyə Ərəbistanı və Küveytdə bərabər konssesiyalarına dair ingilis-amerikan sazişi bağlandı. ABŞ Sakit okean regionuna xüsusi diqqət yetirərək Avstraliya və Yeni Zellandiyada hərbi bazaların tikintisinə başladı.

1944-cü ildə ABŞ-da sənaye məhsulu müharibədən əvvəlki illərlə müqayisədə iki dəfədən çox artdı. Hərbi sənaye inkişaf etdi. 1944-cü ilin oktyabr ayında artıq ölkədə atom bombasının hazırlanmasına başlanıldı. Ölkədə kənd təsərrüfatı istehsalı da müharibədən əvvəlki dövrlə müqayisədə 40% artdı.

1944-cü il noyabrın 4-də keçirilən prezident seçkilərində ABŞ xalqına sosial-iqtisadi rifah, tam məşğulluq təmin edəcəyini vəd edən F.Ruzvelt 26 milyon, respublikaçılaçılar partiyası namizədi T.Dyui isə 22 milyon səs topladı. F.Ruzvelt dördüncü dəfə ABŞ-ın prezidenti seçildi.

1944-cü ildə ABŞ yapon silahlı qüvvələri tərəfindən Sakit



okeanda tutulmuş adaları azad etmək uğrunda müharibəyə başladı. 1944-cü ilin fevralında Marşall adaları, iyun-avqust aylarında isə Mariana adaları yaponlardan təmizləndi. Bu Yaponiyanın vəziyyətini ağırlaşdırdı. ABŞ yapon donanmasına və Sakit okeanın qərb hissəsinə nəzarət imkanı qazandı. Yaponiyanın öz adaları üçün də təhlükə yarandı. Yaponlardan azad edilmiş adalarda isə ABŞ tərəfindən Hərbi-hava və Hərbi dəniz qüvvələri tikilməyə başlandı. 1944-cü ilin oktyabrında general Makarturun başçılığı altında ABŞ qoşunu yaponları Filippin adalarından qovmağa başladı. Bu Yaponiyanı mühüm xammal bazasından məhrum etmək, eyni zamanda cənub dənizlər zonası ilə əlaqəsini kəsmək demək idi. 1944- cü ilin sonunda yaponlar Filippinin mərkəz hissəsindən məhrum oldular. Leyte adası yaxınlığındakı böyük dəniz döyüşündə (1944-cü il 23-25 oktyabr) yaponlar məğub oldular. Bismark arxipelaqı adalarında, Yeni Qvineya və Karolin adalarında 10-a yaxın yapon diviziyası mühasirəyə düşdü. Müttəfiqlərin qoşunları və Birma vətənpərvərləri Birmanın şimal və mərkəz hissəsini yaponlardan təmizlədilər. Yaponiya mühüm kauçuk və neft mənbələrini itirmiş oldu.

1944-cü ilin sonlarında ABŞ və İngiltərə Sakit okean və

Cənub-Şərqi Asiyada böyük silahlı qüvvələr cəmləşdirdilər. Ən ciddi zərbəni yaponlara ABŞ Filippin adasında – Lusonda vurdu. 1945-ci ilin martına qədər Filippin adalarının xeyli hissəsi azad edildi. Amerikanlar Yaponiyanın İzdoneziya ilə dəniz əlaqəsini kəsməklə onu daha bir mühüm neft mənbəyindən məhrum etdilər. 1945-ci ilin mayından avqustuna qədər yaponlar Birmadan da qovuldular. 1945- ci ilin yayında ingilis-avstraliya qoşunları İzdonezyanı yaponlardan təmizləməyə başladılar.

ABŞ-ın silahlı qüvvələrinin Yaponiyanın əsas adalarından 600

km məsafədə yerləşən Okinava adası uğrunda mübarizə apardığı döyüşlər üç aydan sonra adanın ABŞ tərəfindən tutulması ilə nəticələndi. Adanın coğrafi vəziyyəti Şərqi-Çin dənizində ABŞ-ın ağalığına və onun Yaponiyanın öz ərazisi üçün də təhlükə təşkil etməsinə imkan verirdi.

1945-ci ilin birinci yarısında Yaponiya öz ərazisini müdafiə etmək üçün hələ kifayət qədər güclü olduğundan ABŞ və İngiltərə onu tam məğlub edə bilmədilər. Lakin Almaniyanın danışıqsız təslim olması, Avropada müharibənin başa çatması, yapon komandanlığını müdafiə strategiyasına keçməyə məcbur etdi. Yaponlar öz qoşunlarını ikinci dərəcəli rayonlardan geri çəkərək onları nisbətən daha vacib nöqtələrdə mərkəzləşdirdilər.

1945-ci ilin yanvarın 17-də Amerikanın xarici işlər naziri Ribberton tərəfindən memorondum verildi. Həmin sənəddə Avropa sivilizasiyasını Sovet təhlükəsindən qorumaq üçün Qərbə birləşməsi təklif edilirdi.

F.D.Ruzvelt 1945-ci ilin yanvarında radio ilə çıxışında bildirdi ki, “Dünya azad və sülhsevər xalqların yalnız vahid qərarı ilə saxlanıla və ləyaqətli ola bilər. Bu xalqlar hörmət istəyirlərsə, bir- birlərinə səbrli münasibət göstərməyə çalımalıdırlar. İnsanlar bir- birinin fikirlərini və əhval-ruhiyyələrini başa düşməlidirlər. Yaşadığımız dünyaya bədxah qüvvələr “güc siyasəti” terminindən yanaşıb onu ağırlaşdırırlar. Lakin bueynəlxalq həyatda bu termin ağalıq etməməlidir.

1945-ci ilin fevraln 2-də (Yaltada keçiriləcək konfransdan əvvəl) Çörçill və Ruzvelt Maltada görüşərək Qərbi Avropada hərbi əməliyyatların aparılması məsələlərini yenə də müzakirə etdilər. 1945-ci ilin fevralın 4-ü ilə 11-i arasında Krımda (Yaltada) Antihitler koalisiyasının növbəti konfransı oldu. Konfransa Fransaya



Almaniyada işğal zonası ayrılması məsələsi müsbət həl edildi. Fransanın nümayəndəsi Nəzarət Şurasının üzvü oldu. Almaniyadan alınacaq təzminatın ümumi məbləği 20 milyard dollar həcmində müəyyənləşdirildi. Onun 50%-i, yəni 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda “Azad Avropa haqqında bəyannamə” qəbul edildi.



1945-ci ilin aprelin 12-də Ruzveltin gözlənilmədən vəfatından sonra prezident səlahiyyətlərini vitse-prezident Harri Trumen həyata keçirməyə başladı.

1945-ci ilin aprelin 25-də BMT nizamnaməsinin qəbuluna həsr edilmiş konfransda ABŞ nümayəndə heyəti də iştirak etdi. 1945-ci ilin mayın 8-də Berlində Antihitler koalisiyasının üzvü olan böyük dövlətlərin Almaniyanın danışıqsız təslim olması haqqında aktı imzalaması ilə Avropada müharibə qurtarmış oldu. 1945-ci ilin iyunun 16-da Almoqordoda ABŞ dünya tarixində ilk dəfə olaraq atom bombasını sınaqdan çıxartdı. ABŞ nümayəndə heyəti 1945-ci ilin iyulun 17-dən avqustun 2- dək keçirilən Potsdam konfransında da iştirak etdi. 1945-ci ilin iyulun 26-da tarixə Potsdam bəyannaməsi kimi daxil olan sənədi ABŞ, Böyük Britaniya və Çin imzaladılar. Yaponiya isə bu ultimatumu rədd etdi və müharibəni davam etdirməyi qərara aldı. Yaponiyanı antifaşist koalisiyasını parçalamaq planı baş tutmadı. 1945-ci il avqustun 9-da SSRİ Yaponiyaya müharibə elan etdi. 1945-ci il avqustun 6-da Xirosima, avqustun 9-da isə Naqasaki şəhərlərinə ABŞ atom bombası atdı. Bu hərbi zərurətdən irəli gəlmirdi. Sadəcə olaraq bu addımla ABŞ bütün dünya qarşısında öz strateji üstünlüyünü nümayiş etdirmək istəyirdi. Atom bombasının atılması nəticəsində bu şəhərlərdə 270 min dinc əhali həlak oldu, sonrakı illərdə isə şüalanmadan 180 min adam öldü.

Həmin ərazilərdə bu hadisələrin təsirindən bugün də xeyli insan əziyyət çəkir.

1945-ci il avqustun 14-də Yaponiya hökuməti təslim olmağı qərara alaraq Potsdam bəyannaməsinin şərtlərini qəbul etdiyini bildirdi. Lakin müttəfiqlər hücumu davam etdirdilər. 1945-ci il avqustun 28-də ABŞ komandanlığı öz qoşunlarını Yaponiya ərazisinə çıxarmağa başladı.

ABŞ müharibənin sonunda mübahisəsiz dünyada hegemon dövətə çevrilmişdi. Bu üstünlük onun bir sıra mühüm iqtisadi və hərbi göstəricilərinin digər ölkələrlə müqayisəsində aydın görünür. Artıq 1944-cü ilin sonunda ABŞ-ın ticarət donanması Böyük Britaniyanın ticarət donanmasını 2,5 də ötüb keçmişdi. 1945-ci ilin birinci yarısında ölkədə 30,2 min gəmi istehsal edilmişdi. 1945-ci ilin əvvəllərində ABŞ Yaponiyanı xətt gəmilərində 6, ağır kreyserlərdə 7, sualtı qayıqlarda 3 dəfə ötüb keçdi. ABŞ artıq hərbi sahədə dünyanın ən qüdrətli dövlətinə çevrilmişdi.

1945-ci ilin sentyabr ayının 2-də isə ABŞ-ın “Missuri” linkorunda Yaponiya danışıqsız təslim olmaq haqda aktı imzalandı. Bu aktı Yaponiya tərəfdən Xarici İşlər Naziri Siqeminu və Yaponiya silahlı qüvvələrinin Baş Ştabının rəisi Ymedzu imzaladı. Sonra akta ABŞ, Çin, SSRİ, Böyük Britaniya, Avstraliya, Kanada, Fransa, Hollandiya, Yeni Zellandiya, da öz imzalarını qoydular.

İkinci dünya müharibəsindən sonra ABŞ dünyanın birinci super dövlətinə çevrildi və dünyaya rəhbərlik etmək arzusunu reallaşdırmaq üçün fəaliyyətini genişləndirdi.






Ədəbiyyat siyahısı


S.Mustafaeyva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi I, II hissə. Bakı, 2007-ci il.

Səmayə Mustafayeva. ABŞ və Böyük Britaniyanın ən yeni tarixи (1918-2007) Bakı-2009, ADPU-nun nəşriyyatı.








Yüklə 72,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin