1. Din haqqında anlayış. dünya dinlərinin yayılma arealı



Yüklə 19,39 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü19,39 Kb.
#39433
  1   2
Əhali Coğrafiyası


Plan.

1. Din haqqında anlayış.

2. dünya dinlərinin yayılma arealı.

Dinlər mədəniyyətin formalarından biri olub, fövqəl qüvvələrəsitayişə əsaslanan dünya görüşü, habelə mənəvi, əxlaqi formaların müqəddəsləşməsidir. Din sözünə tez-tez rast gəlinir. Bu hər şeydən əvvəl Allaha etiqada əsaslanan dünya baxışlarının məcmuyudur. Bu gün etiraf etmək lazımdır ki, din xalqların tarixində mühüm yer tutur və bu sadəcə Allaha inanmaq və inanmamaq məsələsi deyil, din bütün xalqların həyatına nüfuz edir. İnsan dini mərasimlərdə doğulur və ölür. Ölkələrin əksəriyyətində etika, əxlaq, mənəviyyat dini xarakter daşımışdır. Din siyasətdir. Səlibçilər özlərinin istilaçılıq yürüşlərini Allahın adı ilə həyata keçirmişlər. Şərq ölkələrində qruplaşmalar arasında mübarizələr dəfələrlə canlı müharibələrə səbəb olmuşdur. Dinin bəşəriyyətə xeyir gətirməsi naminə müasir dünyada baş verən bir çox prosesləri dərk etmək üçün onu öyrənmək lazımdır. ETT-nin nailiyyətlərinə mədəniyyət və təhsilin inkişafına baxmayaraq bu gün din cəmiyyətdə və məişətdə böyük rol oynamaqdadır. Bu kilsənin xüsusilə katolik kilsəsinin iri bankir torpaq sahibi kimi çıxış etdiyi siyasətlə, tərbiyyəyə, məktəb təhsilinə, həyatın bir çox digər sahələrinətəsir göstərən iqtisadi cəhətdən inkişaf etmiş qərb ölkələrinə aiddir. Bu, MDB ölkələrinə də aiddir. Ümumi mədəniyyət və təhsil səviyyəsinin adətən aşağı olduğu İEOÖ-də dinin təsiri daha çox böyükdür. Ona görə də müasir dövrün bir çox proses və hadisələrini başa düşmək üçün əhalinin dini tərkibi ilə tanışlıq zəruridir.

Bəşər tarixində böyük siyasi münaqişələrin əksəriyyəti dini səbəblərdən irəli gəlmişdir. Planetin demək olar bütün qaynar nöqtələrində baş verən, yaxud yaxın keçmişdə baş vermiş amansız qaqnlı toqquşmalarda insanlar arasında dini fərqlər böyük rol oynayır. Keçmiş Yuqoslaviyada provaslav serblər, katolik xotvatlar, müsəlman boniyalılar provaslavların üstünlük təşkil etdiyi Gürcüstanda isə müsəlman acarlar, eləcə də abxazlar və lazlar yaşayırlar. Müsəlman azərbaycanlılar və katolik ermənilər Dağlıq Qarabağda bir-biri ilə vuruşmuşlar. Dünyanın bir çox ölkələrində bir sıra ictimai təşkillatlar və siyasi partiyalar dini təmayülüdür. Gürcüstanda dünyada analoqu olmayan siyasi siyasi partiya-Xristian-Müsəlman İttifaqı qeydə alınmışdı. Dinlər qəbilə, tayfa, məhəlli və dünya dinlərinə bölünür.

Yer üzərində geniş yayılmış dünyəvi dinlərə buddizm, xristianlıq, islam dini aiddir. Qəbilə, tayfa dinləri sosial-iqtisadi cəhətdən geri qalmış xalqların, qəbilələrin ilkin etiqad dinidir.

Fetişizm - insanın təxəyyülünü heyrətləndirən hər hansı cansız əşyaların daş, ağac parçası, yaxud heyvan bədəninin bir hissəsinə, fövqaltəbii qüvvələrə inamdır. O cümlədən füqurcuqlara, bütlərə və s. inanmaqdır. Fetişizmin digər etiqad formaları ilk növbədə totemizm ilə birləşir.

Totemizm - qəbilənin bu və ya digər heyvanlardan, yaxud bitkidən törədiyinə inam və bu heyvana, bitkiyə itayətidir. Məs: Avstraliyada bu kenqru, emu dəvəquşu, obosiumdur. Onları öldürmək və yemək olmaz.

Şamanizm - ayrı-ayrı adamların vəcd halına gələrək ruhlarla ünsiyyətə girmək və onların gücündən müalicə, praktik məqsədlər üçün istifadə etmək bacarığına inamdır. Şamanizm bəşəriyyətin dini etiqadlarında xüsusi mərhələ olub, ovçuluğun, balıqçılığın, yığıcılığın əsas həyati vasitələr olduğu vaxtlarda yaranmışdır.

İudaizm - bu günə qədər gəlib çıxmış ən erkən dini etiqadlardan sayılır. O müasir İsrail dövlətinin ərazilərində formalaşmış, çox Allahlı din kimi formalaşmışdır.

Sikhizm-hinduizmdə təriqət olmuşdur. Hindistanın Pəncab ştatında yayılmışdır. Dinin əsasını tək Allahlılıq, kastaların inkar edilməsi təşkil edir.

Konfusuçilik və daosizm-müasir Çinin ərazisindəyaranmış insanların yüksək və aşağı kastalara bölünməsini qanuni hesab edirdi.

Sintoizm-fəlsəfi-dini sistem kimi Yaponiyada təşəkkül tapmışdır. O, təbiət allahlarına və əcdadlara səcdə əsasında yaranmışdır. Baş Allahları Günəş İlahəsi Amaterasu və onun nəslindən olan Drimmudur.

Hinduizm-e.ə.I minilliyin II yarısında Cənubi Asiyada meydana gələrək Hindistanın kasta sistemini qanuniləşdirən brahmanizmdən törənmişdi. Hindistan, Nepal, Şri-Lanka və Banqladeşin əhalisinin xeyli hissəsi hinduistdir.

Budduizm dünya dinlərinin ən qədimi sayılır. E.ə VI əsrdə yaranmışdı.Əgər xristianlar insanın bir dəfə ölüb, sonradan Allah dərgahı qarşısında dayanacağına inanırsa, budduistlər, eləcədə hinduistlər hər bir ruhun yenidən doğulmasından danışırlar. Budduizm kasta sistemini ləğv edir. Budduizm ardıcılları vegeterianlardır. Onlar qidalanmada ət məhsullarından istifadə etmirlər. Hind -Çin yarımadası və Şri-Lanka əhalisinin əksər hissəsi budduizmə etiqad edirlər.

Lamanizm-Monqolustan, Tibet əhalisi arasında, Şərqi Buryatiyada. Kalmikiyada və Tuvada yayılmışdır. Əksər məlumatlara görə budduistlərin sayı 400 milyon nəfərdir.

Xristianlıq-Eramızın I minilliyin əvvəllərində müasir İsrail dövlətinin ərazisində meydana gəlmişdi. Xristianlıq Allahın 3-ata, oğul və müqəddəa ruh siyasətində mövcud olmasıdır. Oğul-allah insanların günahını yumaq və Yer üzərində “İlahi hökmranlığı” bərqərar etməkdən ötrü yenidən zühur etmək üçün əzablı ölümü qəbul etməkdir. Xristianlığın müqəddəs kitabı-Bibliya, Əhli-Ətiqdən və Əhdi-Cədiddən ibarətdir. Əsas etnik prinsipləri dözüm və mərhəmətdir. 1054-cü ildə Roma (qərb) və Konstantinopol (şərq) qolları arasında tam ayrılma nəticəsində xristianlığın katolizmə və provaslavlığa parçalanması baş verdi. Onlar arasında əsas fərq müqəddəs ruhun zühuru məsələsindədir. Katoliklərə görə o, Ata Allahdan, oğul Allahdan, provaslavlara görə ata allahdan törəmişdir. XVI əsrdə Reformasiya nəticəsində Papa hakimiyyətini rədd edən və xristianlığın üçüncü əsas cərəyanına çevrilən protestantlıq (protest sözündəndir) katolizmdən ayrıldı. Protestantlar öz növbəsində ingilis kilsəsinə, lüterantlığa və kalvinizmə bölündü. Sonuncudan isə reformistlər, presviterianlar və babtistlər qopdular. Protestanlığın mərkəzi ABŞ-dır. Bu kilsələrin mərkəzi buradadır. Pravoslav kilsəsi 120 milyon, Roma-katolik kilsəsi 700 milyona yaxın, protestant kilsəsi isə təqribən 350 milyon dindarı öz sıralarında birləşdirir.

İslam-bu termin ərəbcədən tərcümədə “itaətetmə” deməkdir. Bu dini qəbul edənlərə mömin (müslim) deyilir. Bu dinin ikinci adı müsəlmanlıq da buradandır. İslam dünya dinlərinin ən gəncidir. O VII əsrin əvvəllərində Ərəbistan yarımadasında yaranmışdır. İslama sitayiş edənlərin sayına görə II yerdədir. Hazırda dünyada 120-dən çox ölkədə 1milyard 150 milyondan artıq adam bu dunə etiqad edir. İslam ən çpx Afrikada (əhalisinin 50%) və Asiyada (20%) yayılmışdır. Müsəlmanların yarıya qədəri dörd ölkədə-İndoneziya, Pakistan, Banqladeş və Hindistanda yaşayır. MDB-də əcdadları islamı qəbul etmiş 60-dan artıq xalq yaşayır. Burada müsəlmanların sayı 50 milyondan çoxdur. Dünyanın 28 ölkəsində islam dövlət dini, rəsmi din elan olunmuşdur. İslam şəriətinin əsas müüdəaları başlıca müqəddəs kitab olan “Quran”da (ərəbcə-mütaliə, qiraət) şərh edilmişdir. Digər dünya dinləri kimi islam da vəhy edilmişdir.

Müsəlman hədisinə görə Quranın ayələri Məhəmməd Peyğəmbərə mələk Cəbrayıl vasitəsilə ayrı-ayrı vəhylərlə, əsasən, gecələr nazil olmuşdur. İslam dini ibadət sisteminin ən mühüm hissəsi şəriətdir. Şəriət müsəlmanların bütün ictimai və şəxsi həyatını tənzimləyir, əxlaq, hüquq və mədəniyyət qanunlarının toplusudur. Şəriət Qurana və Sünnəyə (Məhəmməd Peyğəmbərin həyatından bəhs edən kəlamlar və hədislər toplusudur) əsaslanır. İslamda üç əsas məzhəb təşəkkül tapıb. Sünnülik-onun tərfdarları Qurandan əlavə, Məhəmmədinj qohumların və əsabələrinin dilindən yazıya alınmış hədisləri müqəddəs sayır və ali müsəlman hakimiyyəti (imam-xəlifə) məsələsinin həllində bütün isalamın razılığına əsaslanırlar. Azlıq təşkil edən şiəlik-onlar ancaq Əli tərəfdarlarını (Əlinin və onun arvadı, Məhəmmədin qızı Fatimənin övladlarını) imam-xəlifə kimi qəbul edirdilər. Xaiçilik-sünnülüyə yaxın təlim olub, həyatda sərt davranış qaydalarına əməl olunmasını tələb edirdi. Xarici dəbdəbəni pisləyir, əyləncə, musiqini qadağan edirlər.




Yüklə 19,39 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin