MÖVZU7. ÖYRƏNMƏNİN MÜVƏFFƏQİYYƏTİNİ TƏMİN
EDƏN AMİLLƏR
P L A N:
1. Öyrənmənin mahiyyəti və quruluşu
2. Öyrənmənin mexanizmi
3. Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillər
4. Öyrənmənin müvəffəqiyyətini təmin edən xariji amillər
1. Öyrənmə- insanın həyatda qazanılmış xüsusiyyətlərindən,
xüsusilə onu
gələjəyə istiqamətləndirən hərəkətlərindən yaranan davamlı, məqsədəuyğun bir
prosesdir.
Heyvanlarda öyrənmə-orqanizmə təsir edən müəyyən stimula əsasən əmələ
gələn reaksiyaların orqanizm tərəfindən mənimsənilməsi nətijəsidir.
İnsanların öyrənmə prosesinin mexanizmi ilə heyvanların öyrənmə prosesinin
mexanizsi arasında bəzi zahiri oxşarlıqlar vardır. Lakin heyvanlardan fərqli olaraq
insanların öyrənmə
prosesində ümumiləşdirmə, müjərrədləşdirmə əməliyyatları
iştirak edir.
İnsanlarda öyrənmə- müəyyən situasiyada müəyyən
hərəkət və fəaliyyətlə
şərtləşən biliklərin mənimsənilməsi prosesidir.
Öyrənmənin Pavlov modeli aşağıdakı jəhətləri
müəyyənləşdirməyə bizə
imkan verir:
1. Ətraf aləmin bioloci əhəmiyyətə malik olan jisim və hadisələrinin yeni
xüsusiyyətlərinə yiyələnmə
öyrənmənin mahiyyətini təşkil edir.
2. Öyrənmənin məzmununu birdəfəlik və ya müəyyən fasilədən sonra
beyinə təsir edən jisim və hadisələrin siqnalları arasında
yaranan sinir rabitələri
təşkil edir.
3. Sinir rabitəsinin yaranmasının
əsas şərtləri bioloci əhəmiyyət kəsb edən
şərti qıjıqlandırıjıların şərtsiz qıjıqlandırıjılar ilə möhkəmləndirilməsi və təkrarıdır.
4. Öyrənmənin əsasını isə stimulların generalizasiyası, onların möhkəmlən-
dirilməsi zamanı sönməsi təşkil edir. Öyrənmənin bu mexanizmi informa- siyanın
analiz, sintez edilməsinə imkan verir.