Mövzu 6: Universal öyrənmə dizaynı - inklüziv şəraiti yaradan nəzəri konsepsiya. Müxtəlif məhdudiyyəti olan uşaqların differensiallaşması, əsas sinif strategiyaları və adaptasiyası. Plan: 1. Müxtəlif məhdudiyyəti olan uşaqların differensiallaşması. Əsas sinif strategiyaları. 2. Təlim mühitinin adaptasiyasının hədəfləri. 3. Universal öyrənmə dizaynı anlayışı. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına əsasən universal dizayna “əşyalar, şərait, proqramlar və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı şərait” kimi tərif verilir. Buna görə də universal dizayna əlilliyi olan şəxslər üçün müvafiq şərait yaradan yardımçı cihazlar, digər dəstəkləyici sistemlər və tənzimləmələr daxildir. Universal dizayn dedikdə inklüziv təhsilə xas vacib məqam sinifdə şagirdlər üçün təmin edilən təlim mühitidir.
Təlim mühitinin adaptasiyası üçün 5 tövsiyə:
Məkanı hədəfə uyğun hazırlayın.
Təlim hədəfini müəyyən edin. Fiziki məkanların müxtəlif fəaliyyətlərin əsas hədəflərinə müvafiq olaraq necə dəyişə biləcəyini nəzərdən keçirin. Məsələn, birgə işləmək hədəfin bir hissəsidirsə, mühitdəki partlaları, stulları və digər əşyaları birgə işin daha tez yaranması üçün necə təşkil oluna biləcəyi barədə düşünün. Əgər hədəf sinfin birgə müzakirəsi və ya şagirdlərin müstəqil işləməsidirsə, strukturların təşkili fərqli olacaq.
2. Hər kəs üçün əlçatan müvafiq resurs əraziləri təklif edin.
Resurs sahələri şagirdlərə dəstək və əsas strukturları təmin edir. Məsələn, lüğətlər, kalkulyatorlar, yazı vasitələri, qrafik orqanayzer və müxtəlif növ dəftərlər, rəngli kağızlar kimi seçimlər qoyulan sahələr ola bilər. Aşağı sallanan işıqlar, qulaqcıqlar və rahat stullar olan sakit zona yaradıla bilər. Cari dərs mövzusunun əsas ideya, yaxud xülasəsini əks etdirəcək bir guşə yaradıla bilər. Bu, şagirdlərin təlimini dəstəkləmək üçün seçə biləcəyi iş ərazisinin bir hissəsidir.
Rəqəmsal resurs və materialları inteqrasiya edin.
Rəqəmsal resurslar ənənəvi çap olunmuş materialların vermədiyi çevikliyi təklif edir. Rəqəmsal mətn şagirdlər üçün vacib olan xüsusiyyətlərə malikdir:
Mətnin səsləndirilməsi alətindən istifadə edərək ucadan oxuma imkanı;
Təlim prosesini vurğulayın. Təlim üçün vaxtaşırı formativ rəylər mühüm əhəmiyyət kəsb edir. Təlim zamanı yalnız son nəticə deyil, təlim prosesinin özü də xüsusi əhəmiyyətə malikdir. Təlim prosesinin müxtəlif mərhələlərində prosesin özünə diqqəti yönəltmək prosesin əhəmiyyətini anlamaqda şagirdlərə kömək edir. Yəni təlimdə yalnız nəticə əldə etməyə can atmaq, nəticəyönümlü olmaq vacib deyil, həm də təlim prosesində fəal iştirak etmək də mühmüdür.
Təlim mühitində qoyulan hədəflərə nail oluduğunuza əmin olun.
Təlim mühitində çoxsaylı yerlərdə təlim hədəfi aydın qeyd olunmalıdır. Məsələn, şifahi şəkildə hədəfi bildirə, yaza, qrup şəklində müzakirə edə və bütün məlumat xarakterli materiallarda vurğuaya bilərsiniz. Mühitdə hədəflərin əlçatan olması şagirdlərin tez-tez hədəfə istinad etmələrini və məqsədyönlü şəkildə bu istiqamətdə çalışma ehtimalını artırır.
Təlim metodlarının adaptasiyası .
Universal öyrənmə dizaynı hər kəs üçün bərabər imkanlar yaradan dərslərin və təlim mühitnin hazırlanmasında müəllimlərə kömək edən bir yanaşmadır. Bu, şagirdlərin öyrənməsi üçün təqdimatın, hərəkət və ifadənin, dərsə cəlb olunmanın çoxsaylı vasitələrindən istifadə edərək sinifdə bütün uşaqları əhatə edən dərsləri hazırlamaq və qiymətləndirmək üçün müəllimlərə imkanlar verir.
Əsas sinif strategiyaları və adaptasiya: Bütün uşaqlar üçün:
Dərsin planlaşdırmasını hazırlayın, mövzulara dair fəaliyyətləri planlaşdırın və sonda həyata keçiriləcək təlimi nəzərdən keçirin.
İstedadlı uşaqlar üçün əlavə fəaliyyətlər hazırlayın.
Universal öyrənmə dizaynından (UÖD) istifadə edin: Dərsdə müxtəlif vasitələrdən - vizual, eşitmə, kinestetik və sairdən istifadəni təmin edin.
Çevik olun və eyni öyrənmə bacarıqları və nəticələrini araşdırmaq üçün müxtəlif fəaliyyətlər təklif edin.
Dərsdən öncə uşaqlara öyrənəcəkləri mövzu barədə məlumat verin – təlimdə çətinlikləri olan uşaqlar təkrar izahata ehtiyac duyurlar.
Uşaqların bir-birilərinə kömək edəcəkləri mühiti yaradaraq ünsiyyət və əməkdaşlıq mədəniyyətini aşılayın.
Dərs müddətində uşaqlar ilə qarşılıqlı münasibət qurun:
Uşaqları müşahidə edin və onların işlərini yoxlamaq üçün onlarla birlikdə qeydiyyat aparın;
Dərs boyunca başa düşüldüyünüzü yoxlayın.
Uşaqlardan nə gözlədiyinizi onlara izah edin. Əsas anlayışlardan istifadə edin. Uşaqlar istədiyiniz kimi tez başa düşmədikdə səbrli olun. Tapşırıqlara başlamazdan əvvəl təlimatları və izahatları təkrarlayın. Təlimə fokuslanın və hər kəsdən sinifdə çox çalışmalarını və dərsdə öyrənmələrini gözlədiyinizi açıq izah edin.
Əlilliyi olan uşaqları onlara dəstək ola biləcək uşaqlarla birlikdə qruplaşdırın.
Tapşırığı bitirmək üçün daha çox vaxta ehtiyacı olan uşaqlara şərait yaradın.